Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-51/2022 27.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə 27 oktyabr 2022-ci il tarixdə saat 16:10-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1961-ci il tarixdə İsmayıllı rayonunun Talış kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, İsmayıllı rayonunun Talış kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2017-ci ilin iyun ayında “X20, stabil gərginlik stenokardiyası f.s İİİ, tez-tez tutmalarla, aterosklerotik-kardioskleroz, sol mədəciyin xroniki anvrizması, hidrotoraks, hidroperikart, hipertoniya xəstəliyi, ən yüksək risk, üç İİİ, mədəcik ekstrasistoliyası” və bu tipli xəstəliklərinin özündə olmadığını bildiyi halda aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə əlillik dərəcəsi almaqla dövlət tərəfindən pensiya verilməsinə nail olmaq üçün həmin müddətdə müraciəti əsasında naməlum şəxs tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq özü barəsində “X20, stabil gərginlik stenokardiyası f.s İİİ, tez-tez tutmalarla, aterosklerotik-kardioskleroz., sol mədəciyin xroniki anvrizması, hidrotoraks, hidroperikart, hipertoniya xəstəliyi, ən yüksək risk, üç İİİ, mədəcik ekstrasistoliyası” kimi xəstəliklərin yalandan qeyd edildiyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 üçbucaqlı möhüründən köçürmə yolu istifadə edilməklə, “Əliyeva D.” adlı müalicə həkiminin və “Şahid6” adlı şöbə müdirinin imzaları saxtalaşdırılmaqla əvvəlki tarixə qanunsuz olaraq hazırlanmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 14 sentyabr 2016-cı il tarixli 5858 nömrəli və 15 aprel 2017-ci il tarixli 2679 nömrəli hüquq verən rəsmi sənəd hesab olunan saxta epikrizlərini 2017-ci ilin iyun ayında əldə etdikdən sonra saxta olduğunu bilə-bilə həmin epikrizlərdən istifadə etməklə 07 iyun 2017-ci il tarixdə onları İsmayıllı rayon Mərkəzi Xəstəxanasında həmin Xəstəxananın cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının həkimlərinə təqdim edib onları aldatmaqla, barəsində 07 iyun 2017-ci il tarixli, 0264003AAE11 nömrəli Forma 88 arayışın tərtib edilərək həmin arayışı Tibbi Sosial Ekspertiza və X15 daxil edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasına göndərilib həmin Agentliyin 08 iyun 2017ci il tarixli qərarı ilə barəsində 5 il müddətə İİ qrup əlilliyin təyin edilməsinə və bununla əlaqədar adına açılmış "xxxx" ASC-yə məxsus 4127********7094 nömrəli kart hesabına 20 iyul 2017-ci il tarixdən 12 noyabr 2021-ci ilin tarixədək olan müddətdə cəmi 10.824,91 manat (on min səkkiz yüz iyirmi dörd manat doxsan bir qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının köçürülməsinə nail olmuş, həmin pul vəsaitini İsmayıllı rayonunda yerləşən ayrı-ayrı bankomatlardan qeyd edilən müddətdə çıxarıb nağdlaşdıraraq şəxsi ehtiyaclarına sərf etməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus ümumilikdə 10.824,91 manat (on min səkkiz yüz iyirmi dörd manat doxsan bir qəpik) məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2016-cı ildə ürəyində ağrılar olduğu üçün Bakı şəhərində yerləşən adını bilmədiyi xəstəxanada müayinə olunmuşdur. Bundan sonra 2017-ci ilin may ayının sonu iyun ayının əvvələrində təsadüfən tanış olduğu bir nəfərə ürəyindəki ağrılar barədə danışmışdır. Həmin şəxs xəstəliyə görə əllillik dərəcəsi ala biləcəyini demişdir. O xəstəliyi ilə əlaqədar heç bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxs ona xəstəxanadan epikriz alaraq əllillik dərəcəsi almaqda köməklik edə biləcəyini demiş və bu məsələyə görə ondan 150 manat pul almışdır. Bir müddətdən sonra həmin şəxs xəstəliyi ilə bağlı epikrizləri ona vermiş, o həmin epikrizləri İsmayıllı RMX-nın Həkim Məsləhət Komissiyasına təqdim etmişdir. Komissiyada müayinədən keçən zaman həqiqətən xəstə olduğunu, bununla bağlı Elmi X6 stasionar müaliəcələr alması barədə yalandan məlumat vermişdir. Komissiyaya təqdim etdiyi epikrizlərdəki möhürlər rəngli olduğundan komissiyanın üzvləri epikrizlərin saxta olmasından şübhələnməmişlər. Həmin epikrizlərdə onun xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Elmi X6 stasionar qaydada müalicədə olması göstərilmişdir. Epikrizlər həkim məsləhət komissiyasına təqdim edildikdən sonra ona 2-ci qrup əlillik təyin edilmişdir. Bu məsələdən bir müddət sonra o, "xxxx" ASC-nin İsmayıllı rayon filialından onun adına gəlmiş plastik pensiya kartını almışdır. 2017-ci ilin iyul ayından 2021-ci ilin dekabr ayına kimi təxminən 150-250 manat civarında hər ay pensiya almışdır. Həmin pensiya "xxxx" ASC tərəfindən ona verilmiş plastik karta köçürülmüş, o da həmin kart vasitəsi ilə təyin edilmiş pensiyanı İsmayıllı rayonunda yerləşən "xxxx" ASC-nin bankomatlarından çıxarıb öz ehtiyaclarına xərcləmişdir. Ona qarşı olan mülki iddianı qəbul edir. Barəsindəki cinayət işinin məhkəmə icraatı zamanı mülki idda tələbi üzrə ondan tələb olunan bütün məbləği müvafiq hesaba ödəmiş və mülki iddaçı ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin (mülki iddiaçının) ondan şikayət və tələbi yoxdur. Mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi iddia ərizəsinin baxılmamış saxlanılması barəsində ərizə vermiş, o işin mahiyyəti üzrə həll olunmasını tələb etmir. Bundan əlavə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq olunması məqsədilə onun tərəfindən dövlət büdcəsinə cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2707 manat pul ödənilmişdir. Ona görə də barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə törətdiyi xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət nəticəsində 20 iyul 2017-ci il tarixdən 12 noyabr 2021-ci ilin tarixədək olan müddətdə cəmi 10.824,91 manat (on min səkkiz yüz iyirmi dörd manat doxsan bir qəpik) məbləğində əlilliyə görə əmək pensiyası almış, bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus ümumilikdə 10.824,91 manat (on min səkkiz yüz iyirmi dörd manat doxsan bir qəpik) məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqının gedişində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin adından mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs 10.824,91 (on min səkkiz yüz iyirmi dörd manat doxsan bir qəpik) manat maddi zərərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin hesabına tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə icraatı zamanı mülki idda tələbi üzrə ondan tələb olunan bütün məbləği müvafiq hesaba ödəmiş və təmsil etdiyi mülki iddiaçı ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi olaraq ondan şikayət və tələbi yoxdur. İddia ərizəsinin qaytarılmasını və mülki iddianın baxılmamış saxlanılmasını xahiş edir. İş üzrə icraata xitam verilməsinə və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə etiraz etmir. Şahid1 ifadə verərək göstərdi ki, 1993-cü ildən İsmayıllı rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində həkim reanimatoloq, 2005-ci ildən İsmayıllı rayon mərkəzi poliklinikasında kordioloq vəzifəsində işləyir. İş fəaliyyəti xəstələrin qəbulundan, diaqnozunun qoyulmasından, müalicəsindən, anesteziaların verilməsində iştirakdan ibarətdir. Təqsirləndirilən şəxs onun xəstəsi olmuşdur. Təqsirləndirilən şəxs 2016-2017-ci illərdə Akademik C.Abdullayev adına Elmi Tədqiqat institutunda stasionar müalicədə, xx.xx.2019-xx.xx.2019-cu tarixlərdə İsmayıllı rayon mərkəzi xəstəxanasında stasionar müalicədə olmuşdur. O xəstəxanada stasionar müalicədə olarkən “Essensial hipertenziya; Hipertonik kriz; ÜİX−Stabil gərginlik stenokardiyası, İİİ f.s.; Aterosklerotik kardioskleroz; Sol mədəciyin xroniki anevrizması; Şəkərli diabet, İİ tip; Ürək çatmamazlığı, İİİf.s.” diaqnozu qoyulmuşdur. İsmayıllı RMX-də qoyulmuş diaqnoz 2016-2017-ci illərdə Təqsirləndirilən şəxs Elmi Tədqiqat institutunda qoyulmuş diaqnozla uyğun olmuşdur. Həmin diaqnoza görə müalicə həkimi X12 onun sənədlərini yığaraq Forma 88 arayışını tərtib etmiş və İsmayıllı RMX-nın Həkim Məsləhət Komissiyasına təqdim etmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs Elmi Tədqiqat institutunda müayinə və müalicə olması üçün göndəriş verilməmiş, sonuncu həmin instituta özü şəxsən müraciət etmişdir. Elmi X6 işləyən həkimlər elmi dərəcəsi olan mütəxəssislər olmuş, ona görə də onların həmin həkimlərin diaqnozunu inkar etmək üçün diaqnostik vasitələri olmamışdır. Buna görə də o, Təqsirləndirilən şəxs təqdim etdiyi epikrizlərin saxta ola biləcəyini düşünməmuşlər. O, Təqsirləndirilən şəxs diaqnoz təyin edərkən yanaşı diaqnoz kimi Elmi X5 diaqnozlarını təsbit etmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs qoyulan diaqnozlar sonuncunun ambulator kitabçasında olan Elmi X11n xx.xx.2016-cı il tarixli 5858 nömrəli və xx.xx.2017ci il tarixli 2679 nömrəli epikrizlərinə əsasən qoyulmuşdur. Şahid2 ifadə verərək göstərdi ki, 2015-ci ildən 2019-cu ilə kimi İsmayıllı rayon mərkəzi xəstəxanasının baş həkimi işləmiş, eyni zamanda həmin xəstəxanada həkim məsləhət komissiyasının sədri olmuşdur. Onun vəzifəsi xəstəxanada işin təşkili, əmək intizamı istehsalat intizamı, sənədlərin doldurulması və s. ibarət olmuşdur. Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə Həkim məsləhət komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim məsləhət komissiyasının tərkibinə daimi üzv kimi həkim-əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Xəstələr HMK-na şöbə müdiri, müalicə həkimi tərəfindən təqdim olunurlar. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. Həkim məsləhət komissiyasının funksiyaları xəstəyə müəyyən olunmuş diaqnozun aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfındən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi: - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK-sı tərəfındən təyin edilmiş əlillik müddətinin başa çatması ilə əlaqədar xəstələrin təkrar müayinə edilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin işi ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunmasından ibarətdir. Həkim məsləhət komissiyası yuxarıda qeyd olunduğu kimi komissiyaya müraciət edən şəxslərin xəstəliyinin müayinə və müalicə metodları ilə dəqiqləşdirilərək əlillik dərəcələrinin təyinatı üzrə forma- 88-lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərilməsini həyata keçirir. 2017-ci ildən həkim məsləhət komissiyaları rayonda yerləşməklə müvafiq elektron forma 88 tərtib edərək elektron imza ilə təsdiq etməklə həmin xidmətə göndərmiş, həmin xidmətin göndərişi əsasında TSEK-lərdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılmışdır. Ona elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən ona məxsus olmuşdur. Elektron imza ona məxsus olsa da imzanı sistemə həkimin nəzarəti və redaktəsi altında operator daxil etmişdir. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılmış, xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropatoloq tərəfindən müayinə olunur, lazım gəldikdə isə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu Forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin Forma 88-i sistemə daxil etmək mümkün olmamışdır. O, İsmayıllı rayon sakini Təqsirləndirilən şəxs tanımamışdır. İsmayıllı rayon mərkəzi xəstəxanasında Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş Elmi X11na məxsus epikrizlərdəki diaqnozları dəqiqləşdirmək üçün hər hansı tibbi avadanlıq, ən əsası da epikrizdəki diaqnozu dəqiqləşdirmək üçün Exo aparatı olmamışdır. Həmçinin Elmi X11 isə ixtisaslaşmış tibb müəssisəsi olduğundan Təqsirləndirilən şəxs təqdim etdiyi Elmi X5 epikrizlərini nəzərə alaraq göndərişdə həmin epikrizlərdəki diaqnozlara əsaslanmışlar. Həkim Məsləhər Komissiyasının ixtisaslaşmış tibbi müəssisəsindən verilmiş epikrizlərin həqiqiliyini yoxlamaq, eyni zamanda bununla bağlı sorğu vermək kimi də səlahiyyətləri olmamışdır. Bu səlahiyyət əlilliyin təyini üzrə Dövlət Sosial Ekspert Komissiyasına aid olmuşdur. Həkim Məsləhət Komissiyasının işi ancaq vətəndaşın ixtisaslaşmış tibbi müəssisəsindən təqdim etdiyi epikrizlərdəki diaqnozu Forma 88-ə yazıb doldurmaq və elektron qaydada Dövlət Sosial Ekspert Komissiyasına göndərməkdən ibarət olmuşdur. Dövlət Sosial Ekspert Komissiyası ancaq ixtisaslaşmış tibbi müəssisələrinin diaqnozunu qəbul etmişdir. Xəstələrin əksəriyyəti özləri ixtisaslaşmış tibbi müəssilərindən xəstəlikləri ilə bağlı epikriz təqdim etdiklərindən Təqsirləndirilən şəxs təqdim etdiyi epikriz saxta olmasını fikirləşməmişlər. Təqsirləndirilən şəxs qeyd edilən epikrizləri özü təqdim etmiş, lakin komissiyaya müraciət edən xəstələrin ixitsaslaşmış tibbi müəssisəsindən epikrizi olmadıqda komissiya tərəfindən həmin xəstəyə ixtisaslaşmış tibb müəssisəsinə göndəriş verilmiş, xəstə özü epikriz gətirdikdə isə təkrar müayinəyə göndərməyə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 0264003AAE11 nömrəli göndəriş komissiya üzvlərinin hər birinin ümumi razılığı əsasında sistemə işlənmiş və üzvlərin iştirakı ilə operator tərəfindən imzalanmışdır. O da sədr kimi HMK-nın üzvlərinin imzalarını təsdiq etmişdir. Şahid3 ifadə verərək göstərdi ki, 2000-ci ildən isə İsmayıllı RMX-nın poliklinika şöbəsinin müdiridir. Bununla yanaşı, 2017-ci ildən İsmayıllı rayon mərkəzi xəstəxanasının həkim məsləhət komissiyasının üzvüdür. İş fəaliyyəti xəstələrin qəbulundan, diaqnozunun qoyulmasından, müalicəsindən ibarətdir. 2017-ci ildən həkim məsləhət komissiyaları rayonda yerləşməklə müvafiq elektron forma 88 tərtib edərək elektron imza ilə təsdiq etməklə həmin xidmətə göndərmiş, həmin xidmətin göndərişi əsasında TSEK-lərdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılmışdır. Ona elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən ona məxsus olmuşdur. Elektron imza ona məxsus olsa da imzanı sistemə həkimin nəzarəti və redaktəsi altında operator daxil etmişdir. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılmış, xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropatoloq tərəfindən müayinə olunur, lazım gəldikdə isə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu Forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin Forma 88-i sistemə daxil etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. İsmayıllı rayon mərkəzi xəstəxanasında Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş Elmi X5 epikrizlərindəki diaqnozları dəqiqləşdirmək üçün hər hansı tibbi vasitə olmamış, Elmi X11 isə ixtisaslaşmış tibb müəssisəsi olduğundan Təqsirləndirilən şəxs təqdim etdiyi Elmi X5 epikrizlərini nəzərə alaraq göndərişdə həmin epikrizlərdəki diaqnozlara əsaslanmışlar. Xəstələrin əksəriyyəti ixtisaslaşmış tibbi müəssilərindən xəstəlikləri ilə bağlı epikriz təqdim etdiklərindən Təqsirləndirilən şəxs təqdim etdiyi epikrizlərin saxta olmasını fikirləşməmişlər. Təqsirləndirilən şəxs təqdim etdiyi epikrizlərin həqiqiliyinə inandıqları üçün sorğu verərək dəqiqləşdirmə aparmamışlar, həmçinin də İsmayıllı RMX-də lazımı tibbi avadanlıqlar olmadığı üçün diaqnozu dəqiqləşdirə bilməyərək Təqsirləndirilən şəxs təqdim etdiyi epikrizlərə əsaslanmışlar. Təqsirləndirilən şəxs əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 0264003AAE11 nömrəli göndəriş komissiya üzvlərinin hər birinin ümumi razılığı əsasında sistemə işlənmiş və üzvlərin iştirakı ilə operator tərəfindən imzalanmışdır. Şahid4 və X18 şahidlər Şahid1, Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadələr verərək onların ifadələrində göstərilən xüsusatları təsdiq etmişlər. Şahid6 qızı ifadə verərək göstərdi ki, 1984-cü ildən akademik C.M.Abdullayev adına Elmi X6 işləyir. 2002-ci ildən 2018-ci ilə kimi həmin institutda miakart infarktı şöbəsinin müdiri vəzifəsində işləmiş, daha sonra isə həmin institutda elmi laboratoriyanın kiçik elmi elmi işçisi vəzifəsində işləmişdir. O, şöbə müdiri işlədiyi dövrdə baş həkim tibb elmləri doktoru Əhməd Babayev olmuşdur. Təqsirləndirilən şəxs adına verilmiş Elmi X5 iki epikriz saxta olmuş, ümumiyyətlə epikrizlərin tərtibi belə Elmi X5 epikrizlərinə uyğun olmamışdır. Həmçinin diaqnozların kodları da düzgün yazılmamışdır. Belə ki, epikrizlərdə klinik diaqnozun qarşısında yazılmış ÜİX, stabil gərginlik stenikardiyası f.s.İİİ xəstəliyinin kodu İ.20.5 olduğu halda, epikrizdə İ 20.1 yazılmışdır. Bundan başqa epikrizlərdə klinik diaqnozun qarşısında yazılmış “tez-tez tutmalar” termini İnstitutun termini deyildir. Epikrizlərdəki şöbə müdiri “Şahid6” adının qarşısındakı imza da ona məxsus deyildir, həmçinin Elmi X6 “Əliyeva D.” adında həkim işləməmişdir. Həmçinin epikrizlərdəki möhürün yeri düzgün deyildir. Belə ki, 2018-ci ilə kimi möhür epikrizin son vərəqəsində aşağı sağ küncdə vurulmuş və baş həkimin adı, soyadı göstərilməklə imzası olmuşdur. O, ümumiyyətlə Təqsirləndirilən şəxs adında şəxsi tanımamış, sonuncu onun xəstəsi olmamışdır. Komisyon məhkəmə-tibbi ekspertizasının 14 yanvar 2022-ci il tarixli 989/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı və xx.xx.2021-ci il tarixdə “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”tun Konsultativ-poliklinika şöbəsində aparılmış funksional diaqnostik müayinə cavablarına əsasən onda “X20; Stabil gərginlik stenokardiyası, İİ f.s.; Arterial hipertoniya, İİ dərəcə; Şəkərli diabet, İİ tip, İnsulindən asılı olmayan forma” kimi xəstəliklərinin olduğu müəyyən edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Elmi X6 “X20; Stabil gərkintik stenokardiyası İİİ f.s., tez-tez tutmalarla; Aterosklerotik-kardioskleroz; Sol mədəciyin xroniki anevrizması; Hidrotoraks, hidroperikart; Hipertoniya xəstəliyi, ən yüksək risk İİİ, mədəcik ekstrasistoliyası” diaqnozu və xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək “İsmayıllı rayon Mərkəzi xəstəxanası”nda “Essensial hipertenziya; Hipertonik kriz; X20; Stabil gərginlik stenokardiyası, İİİ f.s.; Aterosklerotik kardioskleroz; Sol mədəciyin xroniki anevrizması; Şəkərli diabet, İİ tip; Ürək çatmamazlığı, İİİ f.s.” diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicədə olduğu qeyd edilmişdir. Hər iki tibb müəssisələrində təyin edilmiş əsas diaqnozun ağırlaşmaları Təqsirləndirilən şəxs hazırki müayinəsi zamanı öz təsdiqini tapmamışdır. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Təqsirləndirilən şəxs adına 0264003AAE11 nömrəli göndərişin rəsmilləşdirilməsi zamanı qeyd edilmiş əsas diaqnozun ağırlaşmaları hazırki müayinədə öz təsdiqinin tapmaması nəzərə alaraq, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən Səhiyyə sistemində qüvvədə olan təlimat pozğunluğu kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs adına 0264003AAE11 nömrəli göndərişin rəsmiləşdirilməsi zamanı hiperdiaqnostikaya yol verilmişdir. Məhkəmə-xətşünaslıq, sənədlərin texniki ekspertizalarının 14 mart 2022-ci il tarixli 4/193-5/165 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adına tərtib edilmiş 14 sentyabr 2016-cı il tarixli 5858 nömrəli epikrizdə “Əliyeva D.” adının qarşısındakı imza ilə 15 aprel 2017-ci il tarixli 2679 nömrəli epikrizdə “Əliyeva D” adının qarşısındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. Ekpertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adına tərtib edilmiş 14 sentyabr 2016-cı il tarixli 5858 nömrəli epikrizdə “Şahid6” adının qarşısındakı imza ilə 15 aprel 2017-ci il tarixli 2679 nömrəli epikrizdə “Şahid6” adının qarşısındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxs adına tərtib edilmiş 14 sentyabr 2016-cı il tarixli 5858 nömrəli epikrizdə “Əliyeva D.” adının qarşısındakı imza, 15 aprel 2017-ci il tarixli 2679 nömrəli epikrizdə “Əliyeva D” adının qarşısındakı imza ilə Təqsirləndirilən şəxs adına tərtib edilmiş 14 sentyabr 2016-cı il tarixli 5858 nömrəli epikrizdə “Şahid6” adının qarşısındakı imza, 15 aprel 2017-ci il tarixli 2679 nömrəli epikrizdə “Şahid6” adının qarşısındakı imza müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli 5858 nömrəli və 15 aprel 2017-ci il tarixli 2679 nömrəli epikrizlərdəki Şahid6 adının qarşısındakı imzalar, X13 adına tərtib edilmiş 23 sentyabr 2016-cı il tarixli, 3046 nömrəli epirkizdə “t.e.n Şahid6F” adının qarşısındakı imza, X3 adına tərtib edilmiş 07 yanvar 2017-ci il tarixli, 4595 nömrəli epirkizdə “t.e.n Şahid6F” adının qarşısındakı imza, X9 adına tərtib 29 aprel 2017-ci il tarixli, 1647 nömrəli epirkizdə “t.e.n Şahid6F” adının qarşısındakı imzalar-Şahid6 qızı tərəfindən yox başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekpertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adına tərtib edilmiş 14 sentyabr 2016-cı il tarixli 5858 nömrəli və 15 aprel 2017-ci il tarixli 2679 nömrəli epikrizlərin arxa hissərində olan ştamp əksi hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köüçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdirlər. Təqdim edilmiş X13 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, 3046 nömrəli, X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 4595 nömrəli və X9 adına tərtib xx.xx.2017-ci il tarixli, 1647 nömrəli epikrizlərin arxa tərəflərində olan ştamp əksi relyef klişeden sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar. Təqdim edilmiş Təqsirləndirilən şəxs adına tərtib edilmiş 14 sentyabr 2016-cı il tarixli 5858 nömrəli və 15 aprel 2017-ci il tarixli 2679 nömrəli, X13 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, 3046 nömrəli, X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 4595 nömrəli və X9 adına tərtib xx.xx.2017-ci il tarixli, 1647 nömrəli epikrizlərin üzərlərində olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M Abdullayev adına Elmi tədqiqat X10 vərəqəsi üçün” məzmunlu ştamp əksləri öz aralarında eynilik təşkil edirlər. Aarılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Akademik C.M Abdullayev adına Elmi X5 19 yanvar 2022-ci il tarixli 21 nömrəli məktubundan görünür ki, həmin İnstitutda Əliyeva D. adında müalicə həkimi işləməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 05 mart 2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Agentlikdə əyani müayinə edilmiş, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci il tarixdən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon mərkəzi xəstəxanası tərəfindən rəsmiləşdirilmiş göndərişdə qeyd edilmiş diaqnoz (X20. Stabil gərginlik stenokardiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əllillik təyininə əsas vermir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şəki-Zaqatala Regional filialının 21 yanvar 2022-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2021-ci il tarixədək pensiyanın ödənişi davam etdirilmiş, xx.xx.2021-ci il tarixdən pensiyanın ödənişi dayandırılmışdır. Təqsirləndirilən şəxs adına hazırlanmış saxta 5858 №-li “Xəstənin xəstəlik tarixindən Epikriz”indən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə “ümumi zəiflik, ürək nahiyəsində adi yeriş zamanı və sakitlikdə sıxıcı−basıcı xarakterli tutmaşəkilli ağrılar, ağrıların sol qola, sol çənəyə ötürülməsi, təngənəfəslik, ölüm qorxusu, ürəkdöyünmə, ürəksıxılma, boğulma, köp, halsızlıq, yuxusuzluq” şikayətləri ilə “Elmi X11”na müraciət etmişdir. xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs sahə həkiminin nəzarətində olmaq şərti ilə kafi vəziyyətdə evə yazılmışdır. Kliniki diaqnoz kimi “ÜİX−Stabil gərkintik stenokardiyası İİİf.s., tez-tez tutmalarla; Aterosklerotik-kardioskleroz; Sol mədəciyin xroniki anevrizması; Hidrotoraks, hidroperikart; Hipertoniya xəstəliyi, ən yüksək risk İİİ, mədəcik ekstrasistoliyası” qeyd edilmişdir. Təqsirləndirilən şəxs adına hazırlanmış saxta 2679 №-li “Xəstənin xəstəlik tarixindən Epikriz”indən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə təngənəfəslik, adi yeriş zamanı və sakitlikdə ürək nahiyəsində sıxıcı−basıcı xarakterli tutmaşəkilli ağrılar, ağrıların sol qola, sol kürəkaltına, sol çənəyə ötürülməsi, ümumi zəiflik, başgicəllənmə, ölüm qorxusu, ürəkdöyünmə, ürəksıxılma, boğulma, köp, halsızlıq, yuxusuzluq şikayətləri ilə “Elmi X11”na müraciət etmişdir. xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs sahə həkiminin nəzarətində olmaq şərti ilə kafi vəziyyətdə evə yazılmışdır. Kliniki diaqnoz kimi “ÜİX−Stabil gərkintik stenokardiyası İİİf.s., tez-tez tutmalarla; Aterosklerotik-kardioskleroz; Sol mədəciyin xroniki anevrizması; Hidrotoraks, hidroperikart; Hipertoniya xəstəliyi, ən yüksək risk İİİ, mədəcik ekstrasistoliyası” qeyd edilmişdir. Akademik C.Abdullayev adına X4 Publik Hüquqi şəxsin 13 noyabr 2021-ci il tarixli, 7/9-400 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs akad. C.M.Abdullayev adına X2 stasionar və ya ambulator qeydiyyatı yoxdur. "xxxx" ASC-dən daxil olmuş diskə baxış keçirilməsinə dair 03 may 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus 4127********7094 nömrəli kart hesabına 20 iyul 2017-ci il tarixdən 12 noyabr 2021-ci ilin tarixədək olan müddətdə cəmi 10.824,91 manat (on min səkkiz yüz iyirmi dörd manat doxsan bir qəpik) məbləğində pul köçürülmüşdür. 04 may 2022-ci il tarixli BPM**********44 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına dəymiş ziyanın 3.900 manat miqdarında hissəsi ödənilmişdir. 10 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Müstəntiqin “Maddi sübut qismində tanınması” barədə 04 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs adına hazırlanmış 14 sentyabr 2016-cı il tarixli 5858 nömrəli və 15 aprel 2017-ci il tarixli 2679 nömrəli saxta epikrizlər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Müstəntiqin 04 may 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 10 may 2022-ci il tarixli 113 və 114 nömrəli arayışlardan və xasiyyətnamədən surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Talış kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, yaşayış yerində yaşadığı müddətdə barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ümumilikdə 10.824,91 manat (on min səkkiz yüz iyirmi dörd manat doxsan bir qəpik) məbləğində maddi ziyan vurulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin ziyanın 3.900 manat hissəsi işin ibtidai istintaqı zamanı, qalan, yəni 6.924,91 manat hissəsi isə məhkəmə icraatı zamanı zərərçəkmiş (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tam ödənilmişdir. “KapitalBank”ın İsmayıllı rayon filialının 12 sentyabr 2022-ci il tarixli 19086 və 29 sentyabr 2022-ci il tarixli 8056 nömrəli qəbzlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs mülki iddia üzrə ondan tələb olunan 6.924,91 manat məbləğini zərərçəkmiş (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tam ödəmişdir. Zərərçəkmiş (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu zyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmiş və barəsində Cinayət Məcələsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi məqsədilə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi üçün ona müəyyən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən Vüsal Ağayevə vaxt verilmiş və o, məhkəməyə törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə sənəd təqdim etmişdir. “KapitalBank”ın İsmayıllı rayon filialının 27 oktyabr 2022-ci il tarixli 25215 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə görə vurulmuş ziyanın 25% olaraq onun adından 2707 manat pul vəsaiti X7 müvafiq hesabına ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməmişdir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə vurulmuş maddi ziyan olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 3900 (üç min doqquz yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs adına hazırlanmış 14 sentyabr 2016cı il tarixli 5858 nömrəli və 15 aprel 2017-ci il tarixli 2679 nömrəli saxta epikrizlər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iclasında həm də müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 1(037)-51/2022 nömrəli qərarı əsasında zərərçəkmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Təqsirləndirilən şəxs qarşı cinayət hadisəsi nəticəsində vurulmuş 10.824,91 (on min səkkiz yüz iyirmi dörd manat doxsan bir qəpik) manat maddi zərərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin hesabına tutulması barədə mülki iddia ərizəsi qəbul edilmiş, cinayət işi üzrə zərərçəkmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göründüyü kimi mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi iddia ərizəsinin qaytarılması barəsində ərizə vermiş, cavabdeh Təqsirləndirilən şəxs isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Ona görə də cinayət işi üzrə mülki iddia baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilərək, ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə vurulmuş maddi ziyan olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 3900 (üç min doqquz yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin hesabına ödənilsin. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına–büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs adına hazırlanmış 14 sentyabr 2016cı il tarixli 5858 nömrəli və 15 aprel 2017-ci il tarixli 2679 nömrəli saxta epikrizlər cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 10.824,91 (on min səkkiz yüz iyirmi dörd manat doxsan bir qəpik) manat maddi ziyan tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-51/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-51/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver