Məhkəmə qərarları › İş №1(037)-51/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-51/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-51/2023 17.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 17 avqust 2023-cü il tarixdə saat 17:17-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1992-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin avqust ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus, ətrafı daş hasarla əhatə olmuş, bir mərtəbəli evin qarşısına gəlib, ətrafı müşahidə edərək evdə və ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq həyətin giriş hissəsində olan, təxminən bir metr hündürlükdə dəmir barmaqlıqdan olan giriş qapısının üzərindən keçməklə saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə qanunsuz olaraq saxlanc yeri hesab olunan fərdi yaşayış evinin taxta materialdan olan pəncərəsinin şüşəsini taxta çərçivə hissəsinə bərkidildiyi mismarlarını əyib yerindən çıxarmaqla evin içərisinə daxil olaraq, oradan təxminən 200 manat dəyərində 1 ədəd 10 litr tutumlu samovarı götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin oktyabr ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus, ön və sol tərəfi mişar daşları ilə, arxa və sağ tərəfləri dəmir setka məftillə əhatələnmiş, ön hisədə iki laylı giriş dəmir qapısı olan fərdi yaşayış evinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq həyətin mişar daşından olan təxminən iki metr hündürlükdə daş hasarının üzərindən keçməklə saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə həmin həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan, yaşayış olmayan bir mərtəbəli kürsülü evin iki laylı taxta materialdan olan qapısının dəmir halqasının əyib çıxarılması yolu ilə evin içərisinə qanunsuz olaraq daxil olmaqla evin zal hissənə keçmiş, oradan sonuncuya məxsus hər birinin dəyəri təxminən 500 manat təşkil edən 2 ədəd 5 litr tutumlu, hər birinin dəyəri təxminən 500 manat təşkil edən 2 ədəd 8 litr tutumlu və hər birinin dəyəri təxminən 500 manat təşkil edən 2 ədəd 10 litr tutumlu samovarları götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin dekabr ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus, ön və sol tərəfi mişar daşları ilə, arxa və sağ tərəfləri dəmir setka məftillə əhatələnmiş, ön hisədə iki laylı giriş dəmir qapısı olan fərdi yaşayış evinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq həyətin mişar daşından olan təxminən iki metr hündürlükdə daş hasarının üzərindən keçməklə saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə həmin həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan bir mərtəbəli kürsülü evin taxta materialdan pəncərəsini taxta çərçivə hissəsinə bərkidildiyi xırda mismarlarını əyib yerindən çıxardıb və fiziki güc tətbiq edərək açmaqla qanunsuz olaraq evin içərisinə daxil olaraq, oradan sonuncuya məxsus dəyəri təxminən 300 manat təşkil edən 1 ədəd 7 litr tutumlu, mis materialdan samovarı götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin dekabr ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs6 məxsus, ətrafı daş hasarla əhatə olunmuş fərdi yaşayış evinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra saxlanc yeri hesab olunan evin həyətinin giriş hissəsində olan dəmir darvazanın hasara birləşən hissəsinin üzərindən qalxıb tullanmaqla qanunsuz olaraq həyətinə, sonra isə həyətyanı sahədə yerləşən bir mərtəbəli kürsülü evə yaxınlaşıb, evin saxlanc yeri hesab edilən zirzəmisinin asma qıfılla bağlanan taxta qapısını fiziki güc tətbiq edib açaraq zirzəmiyə qanunsuz daxil olmaqla, oradan dəyəri təxminən 350 manat təşkil edən 1 ədəd 15 kiloqram tutumlu mis qazanı, dəyəri təxminən 450 manat təşkil edən 1 ədəd 20 kiloqram tutumlu mis qazanı, dəyəri təxminən 130 manat təşkil edən 1 ədəd 5 litrlik samovarı, dəyəri təxminən 300 manat təşkil edən 1 ədəd elektrik generatorunu, dəyəri təxminən 100 manat təşkil edən 1 ədəd dəmir çarpayını və dəyəri təxminən 150 manat təşkil edən 1 ədəd dəmir çarpayını götürüb qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1480 (min dörd yüz səksən) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin yanvar ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs5 məxsus olmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 X1 rayonunun Quşencə kəndinin ərazisinə düşən meşə sahəsində yerləşən, arıçılıq təsərrüfatı sahəsi olan, ətrafı taxta və şiferlə inşa edilmiş bir mərtəbəli yardımçı tikilinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra giriş hissədə yerləşən, təxminən bir metr hündürlükdə dəmir lövhə qapını açıb təsərrüfat sahəsinə daxil olmuş, oradan isə saxlanc yeri hesab olunan yardımçı tikiliyə yaxınlaşmış, həmin yardımçı tikilinin taxtadan olan giriş qapısını fiziki güc tətbiq edib yerindən çıxarmaqla qanunsuz olaraq içərsinə daxil olub, oradan sonuncuya məxsus dəyəri 180 manat təşkil edən 1 ədəd 7 litr tutumlu, gümüşü rəngli samovarı götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 180 (yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin fevral ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus, ətrafı daş hasarla əhatə olmuş, iki mərtəbəli fərdi yaşayış evinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq həyətin mişar daşından olan təxminən iki metr hündürlükdə daş hasarının üzərindən keçməklə saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə qanunsuz olaraq saxlanc yeri hesab olunan fərdi yaşayış evinin birinci mərtəbəsinin zal hissəsinin taxta materialdan olan pəncərə şüşəsini çərçivə hissəsinə bərkidilmiş mismarlarını əyib yerindən çıxarmaqla içəri daxil olaraq, oradan sonuncuya məxsus dəyəri təxminən 170 manat təşkil edən 1 ədəd 5 litr tutumlu samovarı götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 170 (yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, ailəsilə birlikdə İsmayıllı rayonu Quşencə kəndində yaşayır. Fərdi əməklə məşğul olmaqla dolanışığını təmin edir. Mahiyyət üzrə bildirmişdir ki, maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 2022-ci ilin avqust ayında, dəqiq tarixini və vaxtını xatırlamadığı günündə, axşam saatlarında hava qaralandan sonra yaşadığı İsmayıllı rayonu Quşencə kəndi ərazisində gəzməyə başlamışdır. Bir qədər gəzdikdən sonra həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus evin qarşısına gəlmişdir. Evdə işıqlar yanmadığını gördükdə evdə heç kimin olmadığını düşünmşdür, çünki, Zərərçəkmiş şəxs2 ilin çox hissəsini Bakı şəhərində olduğunu bilmişdir. Ətrafa diqqət yetirərək kimsənin olmadığına əmin olduqdan sonra həyətin giriş hissəsində qoyulmuş, təxminən bir metr hündürlükdə olan dəmir barmaqlıqdan giriş qapısının üzərindən həyətə tullanmışdır. Daha sonra həyətdə gəzərək evə yaxınlaşmış və evin taxta materialdan hazırlanmış pəncərəsinin şüşəsini bərkidildiyi mismarlarını əyərək və əli ilə fiziki güc tətbiq edib açmış və evə daxil olmuşdur. Bir qədər ətrafa göz gəzdirib oğurlaya biləcəyi əşyalar olub olmadığına fikir vermişdir. Lakin heç bir şey tapa bilməmişdir. Daha sonra yataq otağında olan taxta qapını itələyib açaraq yataq otağına daxil olmuşdur. Bu zaman orada, yataq otağında olan şkafın yanında yerə qoyulmuş bir ədəd samovarı görərək götürüb gəldiyi yolla geri qayıdaraq oradan uzaqlaşmışdır. Həmin 01 ədəd samovarı İsmayıllı şəhərində dəmirçilik fəaliyyəti ilə məşğul olan tanışı Seymura satmış və əldə etdiyi pulu öz maddi ehtiyaclarına sərf etmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmişdir, bu məqsədlə 2022-ci ilin oktyabr ayında, dəqiq tarixini və vaxtını xatırlamadığı günündə, axşam saatlarında hava qaralandan sonra yaşadığı İsmayıllı rayonu Quşencə kəndi ərazisində gəzməyə başlamışdır. Bir qədər gəzdikdən sonra həmkəndli Zərərçəkmiş şəxs1 məxsus evin qarşısına gəlmişdir. Evdə işıqlar yanmadığını gördükdə evdə heç kimin olmadığını düşünmüşdür, çünki, Zərərçəkmiş şəxs1 ilin çox hissəsini Bakı şəhərində olduğunu bilmişdir. Ətrafa diqqət yetirərək kimsənin olmadığına əmin olduqdan sonra həyətin təxminən iki metr hündürlükdə, mişar daşından olan hasarının üzərinə qalxaraq oradan həyətə tullanmışdır. Daha sonra həyətdə gəzərək evə yaxınlaşmış və evin taxta materialdan hazırlanmış qapısının üzərində olan dairəşəkilli metalı əyib qıraraq qapını açmış və evə daxil olmuşdur. Bir qədər ətrafa göz gəzdirib oğurlaya biləcəyi əşyalar olub olmadığına fikir vermişdir. Daha sonra zal hissədə olan taxta qapını itələyib açaraq yataq otağına daxil olmuşdur. Bu zaman orada, yataq otağında olan şkafın üzərində qoyulmuş altı ədəd samovarı görərək götürüb gəldiyi yolla geri qayıdaraq oradan uzaqlaşmışdır. Həmin 06 ədəd samovarı İsmayıllı şəhərində dəmirçilik fəaliyyəti ilə məşğul olan tanışı Seymura satmışdır və əldə etdiyi pulu öz maddi ehtiyaclarına sərf etmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmişdir, bu məqsədlə 2022-ci ilin dekabr ayında, dəqiq tarixini və vaxtını xatırlamadığı günündə, axşam saatlarında hava qaralandan sonra yaşadığı İsmayıllı rayonu Quşencə kəndi ərazisində gəzməyə başlamışdır. Bir qədər gəzdikdən sonra həmkəndlisi Zərərçəkmiş şəxs4 məxsus evin qarşısına gəlmişdir. Evdə işıqlar yanmadığını gördükdə evdə heç kimin olmadığını düşünmüşdür, çünki, Zərərçəkmiş şəxs4 ilin çox hissəsini Sumqayıt şəhərində olduğunu bilmişdir. Ətrafa diqqət yetirərək kimsənin olmadığına əmin olduqdan sonra həyətin mişar daşından olan hasarının üzərinə qalxaraq oradan həyətə tullanmışdır. Daha sonra həyətdə gəzərək evə yaxınlaşmış və evin taxta materialdan və şüşələri xırda mismar vasitəsi ilə bərkidilmiş pəncərəsinə əli ilə güc verərək itələyib açmış və sonra zala daxil olmuşdur. Bir qədər ətrafa göz gəzdirib oğurlaya biləcəyi əşyalar olub olmadığına fikir vermişdir. Bu zaman orada, pəncərənin qarşısında olan qab-qacaq yığmaq üçün nəzərdə tutulmuş yerə qoyulmuş bir ədəd samovarı görərək götürüb gəldiyi yolla geri qayıdaraq oradan uzaqlaşmışdır. Həmin 01 ədəd samovarı İsmayıllı şəhərində dəmirçilik fəaliyyəti ilə məşğul olan tanışı Seymura satmış və əldə etdiyi pulu öz maddi ehtiyaclarına sərf etmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 2022-ci ilin dekabr ayında, dekabr ayının ortalarında, dəqiq tarixini və vaxtını xatırlamadığı günündə, axşam saatlarında hava qaralandan sonra yaşadığı İsmayıllı rayonu Quşencə kəndi ərazisində gəzməyə başlamışdır. Bir qədər gəzdikdən sonra həmkəndlisi Zərərçəkmiş şəxs6 yaşadığı evin qarşısına gəlmişdir. Evdə işıqlar yanmadığını gördükdə evdə heç kimin olmadığını düşünmüşdür, çünki, Zərərçəkmiş şəxs6 həyat yoldaşı Şahid2 xəstə olduğundan ara-bir Bakı şəhərinə, xəstəxanaya müalicə almağa getdiyini və həmin zaman da Zərərçəkmiş şəxs6 da onunla birgə Bakı şəhərində olduğunu bilmişdir. Ətrafa diqqət yetirərək kimsənin olmadığına əmin olduqdan sonra həyətin giriş qapısı olan təxminən iki metr hündürlükdə dəmir darvazanın hasara birləşən hissəsi üzərinə qalxaraq oradan həyətə tullanmışdır. Daha sonra həyətdə gəzərək evə yaxınlaşmışdır və evin birinci mərtəbəsinidə yerləşən zirzəmiyə tərəf getmişdir. Zirzəminin qapısı taxta materialdan olmaqla asma qıfıl vasitəsi ilə bağlanmışdır. O, əli ilə güc verərək qıfılın cəftəsinin birini yerindən çıxarmış və itələyib qapını açdıqdan sonra zirzəmiyə daxil olmuşdur. Bir qədər ətrafa göz gəzdirib oğurlaya biləcəyi əşyalar olub olmadığına fikir vermişdir. Bu zaman zirzəmidə olan taxta dolabın üzərinə qoyulmuş iki ədəd dəmir qazanı və bir ədəd samovarı görərək onları götürüb gəldiyi yolla geri qayıdaraq oradan uzaqlaşmışdır. Həmin 02 ədəd mis materialdan olan qazanları yaşadığı İsmayıllı rayonu Quşencə kəndi ərazisinə gəlmiş tanımadığı səyyar metal qəbulu ilə məşğul olan şəxsə 80 manat məbləğində, 01 ədəd nerjavik materialdan olan 5 litr həcmli samovarı isə İsmayıllı şəhərində qalayçı işləyən, əvvəllər tanıdığı Seymur adlı şəxsə satmış və əldə etdiyi pulu öz maddi ehtiyaclarına sərf etmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 2022-ci ilin dekabr ayında, dəqiq tarixini və vaxtını xatırlamadığı günündə, axşam saatlarında hava qaralandan sonra yaşadığı İsmayıllı rayonu Quşencə kəndi ərazisində gəzməyə başlamışdır. Bir qədər gəzdikdən sonra həmkəndlisi Habil Azayevə məxsus yaşayış evinin yanına gəlmişdir. İşıqlar yanmadığını gördükdə orada heç kimin olmadığını düşünmüşdür, çünki, Habil Azayevin həmin evə arabir nəzarət etmək üçün gəldiyini, yəni daimi olaraq orada qalmadığını bilmişdir. Ətrafa diqqət yetirərək kimsənin olmadığına əmin olduqdan sonra həyətin girişi olan iki laylı tünd qəhvəyi rəngli dəmir qapını fiziki güc tətbiq edib əlimlə itələyərək açmış və həyətə daxil olmuşdur. Daha sonra həyətdə gəzərək evə yaxınlaşmış və evin taxta materialdan və şüşələri xırda mismar vasitəsi ilə bərkidilmiş pəncərəsinin şüşələrindən birini çıxarmış, sonra əlini həmin hissədən keçirərək pəncərənin cəftəsini açmış və itələyib pəncərəni açdıqdan sonra zal otağına daxil olmuşdur. Bir qədər ətrafa göz gəzdirib oğurlaya biləcəyi əşyalar olub olmadığına fikir vermişdir. Bu zaman otaqda, sol tərəfdə divar küncündə yerə qoyulmuş 01 ədəd mis materialdan ləyən və 01 ədəd mis materialdan tavanı görərək götürüb gəldiyi yolla geri qayıdaraq oradan uzaqlaşmışdır. Həmin 01 ədəd mis materialdan ləyən və 01 ədəd mis materialdan tavanı yaşadığı İsmayıllı rayonu Quşencə kəndi ərazisinə gəlmiş tanımadığı səyyar metal qəbulu ilə məşğul olan şəxsə satmış və əldə etdiyi pulu öz maddi ehtiyaclarına sərf etmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 2023-cü ilin yanvar ayının sonlarında, dəqiq tarixini və vaxtını xatırlamadığı günündə, axşam saatlarında hava qaralandan sonra yaşadığı İsmayıllı rayonu Quşencə kəndi ərazisində gəzməyə başlamışdır. Bir qədər gəzdikdən sonra həmkəndlisi Zərərçəkmiş şəxs5 məxsus kənd ərazisində yerləşən meşə hissəsində olan tikilinin yanına gəlmişdir. Orada Zərərçəkmiş şəxs5 arıçılıq təsərrüfatı olmasını bilmişdir, həmin arıçılıq təsərrüfatında işıqlar yanmadığını gördükdə orada heç kimin olmadığını düşünmüşdür, çünki, Zərərçəkmiş şəxs5 həmin yerə arabir gəldiyini, yəni daimi olaraq orada qalmadığını bilmişdir. Ətrafa diqqət yetirərək kimsənin olmadığına əmin olduqdan sonra açıq ərazidə olan həmin təsərrüfat sahəsinin təxminən bir metr hündürlükdə dəmir lövhə qapını açıb təsərrüfat sahəsinə daxil olmuş, orada yerləşən tikiliyə yaxınlaşmış və tikilinin taxta materialdan olan köhnə qapısını əli ilə güc verərək yerindən çıxarmış, daha sonra qapını kənara qoyaraq içəri daxil olmuşdur. Bir qədər ətrafa göz gəzdirib oğurlaya biləcəyi əşyalar olub olmadığına fikir vermişdir. Bu zaman orada, oturacaq stulunun yanında qoyulmuş bir ədəd samovarı görərək götürüb gəldiyi yolla geri qayıdaraq oradan uzaqlaşmışdır. Həmin 01 ədəd materialdan olan samovarı İsmayıllı şəhərində dəmirçilik fəaliyyəti ilə məşğul olan tanışı Seymura satmış və əldə etdiyi pulu öz maddi ehtiyaclarına sərf etmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 2023cü ilin fevral ayında, dəqiq tarixini və vaxtını xatırlamadığı günündə, axşam saatlarında hava qaralandan sonra yaşadığı İsmayıllı rayonu Quşencə kəndi ərazisində gəzməyə başlamışdır. Bir qədər gəzdikdən sonra həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus evin qarşısına gəlmişdir. Evdə işıqlar yanmadığını gördükdə evdə heç kimin olmadığını düşünmüşdür, çünki, Zərərçəkmiş şəxs3 ilin çox hissəsini Bakı şəhərində olduğunu bilmişdir. Ətrafa diqqət yetirərək kimsənin olmadığına əmin olduqdan sonra həyətin mişar daşından olan hasarının üzərinə qalxaraq oradan həyətə tullanmışdır. Daha sonra həyətdə gəzərək evə yaxınlaşmış və evin birinci mərtəbəsinidə yerləşən zal otağına tərəf getmişdir. Otağın taxta materialdan və şüşələri xırda mismar vasitəsi ilə bərkidilmiş pəncərəsi olmuşdur. O, əli ilə güc verərək pəncərənin şüşələrindən birini çıxarmış, sonra əlini həmin hissədən keçirərək pəncərənin cəftəsini açmış və itələyib pəncərəni açdıqdan sonra zal otağına daxil olmuşdur. Bir qədər ətrafa göz gəzdirib oğurlaya biləcəyi əşyalar olub olmadığına fikir vermişdir. Bu zaman orada, giriş qapısının yanında, divar küncündə qoyulmuş bir ədəd samovarı görərək götürüb gəldiyi yolla geri qayıdaraq oradan uzaqlaşmışdır. Həmin 01 ədəd samovarı İsmayıllı şəhərində dəmirçilik fəaliyyəti ilə məşğul olan tanışı Seymura satmış və əldə etdiyi pulu öz maddi ehtiyaclarına sərf etmişdir. Hazırda əməlindən peşmandır. Həmin cinayəti maddi ehtiyac üzündən törətmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə aradan qaldırmış və onlarla barışıq əldə etmişdir. Himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Onun İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evi vardır. O, Bakı şəhərində daimi yaşadığından arabir rayona gələrək kənddəki evinə baş çəkib nəzarət edir. xx.xx.2022-ci il tarixdə əvvəllər olduğu kimi İsmayıllı rayonu Quşencə kəndinə gəlmişdir. Həyətin qapısını açıb içəri keçmiş və evə doğru yaxınlaşmışdır. Evə girdikdən sonra isə zal hissəsinin taxta pəncərəsinin şüşələrindən birinin sındırıldığını görmüşdür. Bundan sonra o, evdən oğurluq olmasını düşünüb evi axtarmağa başlamışdır. Bütün otaqlara baxsa da, hər şey yerində olmuşdur. Lakin yataq otağına keçib axtardığı zaman orada saxladığı və uzun müddətdir ki, istifadə elədiyi 10 litrlik tutumu olan aliminium materialdan hazırlanmış, bir ədəd samovarımın yerində olmadığını aşkar edərək və pəncərə şüşəsinin sındırılmasını gördükdən sonra evindən oğurluq olması ona məlum olmuşdur. O, bu barədə DİN-nin 102 xidmətinə və İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmişdir, daha sonra polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 200 manat maddi ziyan vurulmuşdur. Həmin samovar ona məxsus olmuşdur, lakin o, həmin oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini görməmiş, lakin İsmayıllı RPŞdə aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən qeyd etdiyi əşyaları oğurlayan şəxs İsmayıllı rayon Quşencə kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs6 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Quşencə kəndində yaşayır. Həyat yoldaşı Şahid2 təxminən 8 ildir ki, şəkər xəstəliyindən və dializdən əziyyət çəkir. Onun müalicəsi məqsədilə ara-sıra Bakı şəhərinə gedir, müalicə olunduğu vaxt Bakı şəhərində qalır və müalicə bitdikdən sonra isə yenidən birgə yaşadıqları ünvana, İsmayıllı rayonu Quşencə kəndində yerləşən evlərinə qayıdırlar. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Şahid2 müalicəsi ilə əlaqədar olaraq təkrarən Bakı şəhərinə getməli olmuşlar. Getməzdən öncə evin qapılarını kilidləyərək evdən çıxmış və Bakı şəhərinə getmişlər. xx.xx.2023-cü il tarixdə isə həyat yoldaşının müalicəsinin bitməsi səbəbi ilə onunla birlikdə İsmayıllı rayonu Quşencə kəndində yerləşən evlərinə qayıtmışlar. Giriş darvazasını açıb həyətə daxil olduqda evin birinci mərtəbəsində yerləşən zirzəminin taxta qapısının açıq olduğunu görmüşdür. O, zirzəmiyə yaxınlaşıb içəri girib diqqətlə baxdıqdan sonra oraya qoyduğu 01 ədəd 15 kq həcmli, mismaterialdan olan qazanın, 01 ədəd 20 kq həcmli mismaterialdan olan qazanın və 01 ədəd nerjavik materialdan, gümüşü rəngli, 5 litrlik samovarın yerində olmadığını, qapının da açıq olmasına görə oğurlanması ona məlum olmuşdur. O, bu barədə İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmiş, daha sonra polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Polis əməkdaşları ilə birlikdə zirzəmiyə təkrar baxdıqları zaman isə sadaladığı 01 ədəd 15 kq həcmli mismaterialdan olan qazanın, 01 ədəd 20 kq həcmli mis materialdan olan qazanın və 01 ədəd nerjavik materialdan, gümüşü rəngli, 5 litrlik samovardan əlavə 01 ədəd elektrik generatorunun və 02 ədəd dəmir çarpayıların da oğurlanması ona məlum olmuşdur. Bununla da ona təxminən 1240 manat maddi ziyan vurulmuşdur. Həmin əşyalar ona məxsus olmuşdur, lakin o, həmin oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini görməmiş, lakin İsmayıllı RPŞ-də aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən qeyd etdiyi əşyaları oğurlayan şəxs İsmayıllı rayon Quşencə kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu X5 Karxanası ev 20 ünvanında yaşayır. Onun İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evi vardır. O, Bakı şəhərində daimi yaşadığından arabir rayona gələrək kənddəki evinə baş çəkib nəzarət edir. xx.xx.2023-cü il tarixdə əvvəllər olduğu kimi İsmayıllı rayonu Quşencə kəndində gəlmişdir. Həyətin qapısını açıb içəri keçmiş və evə doğru yaxınlaşmışdır. Evə girdikdən sonra isə birinci mərtəbədə yerləşən zal hissəsinin taxta pəncərəsinin şüşələrindən birinin yerindən olmadığını və çıxarıldığını görmüşdür. Bundan sonra o, həmin zal hissəsinə keçərək ətrafa baxmağa başlamışdır. Həmin zaman isə zal hissədə giriş qapısının yanında yerə qoyduğu mərhum anasına cehizlik olaraq verilmiş və ondan özünə qalmış bir ədəd nerjavik materialdan, 5 litr tutumlu samovarın yerində olmadığını aşkar edərək və pəncərə şüşəsinin də yerindən çıxarılmasını gördükdən sonra evindən oğurluq olması ona məlum olmuşdur. O, bu barədə İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmişdir, daha sonra polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 170 manat maddi ziyan vurulmuşdur. Həmin samovar ona məxsus olmuşdur, lakin o, həmin oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini görməmiş, lakin İsmayıllı RPŞ-də aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən qeyd etdiyi əşyaları oğurlayan şəxs İsmayıllı rayon Quşencə kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Onun İsmayıllı rayonu Quşencə kəndində ona məxsus fərdi yaşayış evi vardır. O, arabir gələrək həmin evinə baş çəkir, həmçinin bir neçə gün kənddə qalıb istirahət edir. 2022-ci ilin dekabr ayınında kəndə gələrək evinə getdiyi zaman isə evin taxta materialdan olan pəncərəsinin açıq halda olmasını görmüşdür. Bundan sonra o, evin içərisinə daxil olaraq ətrafa baxmağa başlamışdır. Həmin zaman isə otaqda olan pəncərə qarşısında qab-qacaq yığmaq üçün nəzərdə tutulmuş yerdə qoyduğu bir ədəd mis materialdan, 7 litr tutumlu samovarın yerində olmadığını aşkar edərək və pəncərənin açıq olmasını gördükdən sonra evdən oğurluq olması ona məlum olmuşdur. O, həmin zaman işləri olduğu üçün bu barədə müraciət edə bilməmişdir. Lakin 2023-cü ilin mart ayında İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmiş, daha sonra polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 300 manat maddi ziyan vurulmuşdur. Həmin samovar ona məxsus olmuşdur, lakin o, həmin oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini görməmiş, lakin İsmayıllı RPŞ-də aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən qeyd etdiyi əşyaları oğurlayan şəxs İsmayıllı rayon Quşencə kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Onun İsmayıllı rayonu Quşencə kəndində özünə məxsus fərdi yaşayış evi vardır. O, əsasən yay aylarında arabir gələrək həmin evinə baş çəkir, həmçinin bir neçə gün kənddə qalıb istirahət edir. 2022-ci ilin noyabr ayında kəndə gələrək evinə getdiyi zaman isə evin taxta materialdan olan qapısının üzərində olan, qıfıl bağlamaq üçün istifadə etdiyi dairə şəkilli metalın qırıldığını görmüşdür. Bundan sonra o, evin içərisinə daxil olaraq ətrafa baxmağa başlamışdır. Həmin zaman isə zal hissəyə keçid üçün nəzərdə tutulan qapının açıq olmasını görmüşdür. Bundan sonra oraya keçmiş və ətrafa baxmağa başlamışdır. Həmin zaman isə otaqda olan şkafın üzərinə qoyduğu iki ədəd mis materialdan, 5 litr tutumlu, iki ədəd mis materialdan, 8 litr tutumlu və iki ədəd mis materialdan, 10 litr tutumlu olmaqla ümumilikdə altı ədəd samovarın yerində olmadığını aşkar edərək və qapının da açıq olmasını gördükdən sonra evdən oğurluq olması ona məlum olmuşdur. O, həmin zaman işləri olduğu üçün bu barədə müraciət edə bilməmişdir. Lakin 2023-cü ilin mart ayında İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmişdir, daha sonra polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 3000 manat maddi ziyan vurulmuşdur. Həmin samovarlar ona məxsus olmuşdur, lakin o, həmin oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini görməmiş, lakin İsmayıllı RPŞ-də aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən qeyd etdiyi əşyaları oğurlayan şəxs İsmayıllı rayon Quşencə kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Quşencə kəndində yaşayır. O, İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən meşə sahəsində, X4 Təsərrüfatı Mərkəzi ilə aralarında bağlanmış müqaviləyə əsasən meşələrin qorunması, ağacların əkilməsi və qulluq qedilməsi və s. fəaliyyətlə məşğul olur. Bununla bərabər isə arı da saxlayır. Arı saxladığı yerin yaxınlığında isə özünə məxsus yarım tikili vardır. Yay aylarında mütəmadi olaraq, qış ayları və soyuq havalarda isə həftədə bir dəfə gedərək həm arılara, həm də yarım tikiliyə baş çəkir. 2023-cü ilin yanvar ayının əvvəllərində gedərək həmin yerə baş çəkərək hər şeyin qaydasında olduğunu görmüşdür. Bundan sonra təxminən 2023-cü ilin yanvar ayının sonlarında həmin yerə təkrar getdiyi zaman isə yarım tikilinin taxta materialdan olan giriş qapısının petlə hissəsindən çıxarılaraq kənara qoyulduğunu görmüşdür. Bundan sonra o, həmin yarımtikilinin içərisinə daxil olaraq ətrafa baxmağa başlamışdır. Həmin zaman isə otaqda olan oturmaq üçün nəzərdə tutulmuş stulun yanında yerə qoyduğu bir ədəd gümüşü rəngli, 7 litr tutumlu samovarın yerində olmadığını aşkar edərək və qapının da yerindən çıxarılmasını gördükdən sonra yarımtikilidən oğurluq olması ona məlum olmuşdur. O, həmin zaman işləri olduğu üçün bu barədə müraciət edə bilməmişdir. Lakin 2023-cü ilin mart ayında İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmişdir, daha sonra polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 180 manat maddi ziyan vurulmuşdur. Həmin samovar ona məxsus olmuşdur, lakin o, həmin oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini görməmiş, lakin İsmayıllı RPŞ-də aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən qeyd etdiyi əşyaları oğurlayan şəxs İsmayıllı rayon Quşencə kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhər M.Fizuli küçəsi dalan 1 ev 5 ünvanında yaşayır. Fərdi əməklə, yəni İsmayıllı şəhəri Mərkəzi bazarında qalayçılıqla məşğul olmaqla dolanışığını təmin edir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onun tanışıdır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik yoxdur. Mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin oktyabr ayında, dəqiq tarixini xatırlamadığı günündə işlədiyi mağazaya gələrək satılıq samovarı olduğunu və satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs samovarın haradan olduğunu, oğurluq olub olmamasını soruşmuşdur. Raqub isə cavabında özünə məxsus olduğunu, özünün də samovar alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. O, başqa heç nə soruşmamış və həmin samovarı Təqsirləndirilən şəxs satın almışdır. Lakin həmin samovarı neçəyə aldığını xatırlamır. Bu hadisədən bir müddət sonra Təqsirləndirilən şəxs təkrar yanına gələrək satılıq samovar olmasını bildirmişdir. O, keçən dəfə Raqubdan soruşanda samovar alıb satdığını dediyi üçün bu dəfə sorğu sual etmədən razılaşmış və həmin samovarı da satın almışdır. Lakin həmin samovarı da neçəyə aldığını xatırlamır. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayına qədər daha bir neçə dəfə yanına gəlmiş və ona samovar satmışdır. Son dəfə isə 2023-cü ilin mart ayında, dəqiq tarixini xatırlamadığı günündə Təqsirləndirilən şəxs işlədiyi mağazaya gələrək satılıq samovarı olduğunu və satmaq istədiyini bildirmişdir. O, Raqubdan soruşanda samovar alıb satdığını dediyi üçün bu dəfə sorğu sual etmədən razılaşmış və həmin samovarı da satın almışdır. Lakin həmin samovarı da neçəyə aldığını xatırlamır. İsmayıllı RPŞ-də aparılan araşdırma zamanı isə ona məlum olmuşdur ki, həmin samovarlar oğurluq olmuş, yəni Təqsirləndirilən şəxs həmin samovarları ayrı-ayrı şəxslərdən oğurlamışdır. Raqubun həmin samovarları kimdən və haradan oğurlamasından məlumatsızdır. Cinayət işi üzrə Şahid2 şəkər xəstəliyi və dializdən əziyyət çəkdiyi üçün hazırda bakı şəhərində yerləşən tibb müəssisəsində stasionar müalicədə olduğundan onun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində arvadı, iş üzröə Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, 13 avqust 2022-ci il tarixli hadisə yerin baxış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, İsmayıllı rayonu Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin İsmayıllı rayonu Quşencə kəndində yerləşən, vət. Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş verməsi, həmin evin biri yataq, digəri qonaq olmaqla iki otaqdan ibarət olması müəyyən olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 evin qonaq otağında olan pəncərəni göstərərək pəncərənin şüşələrindən birinin sındırıldığını, naməlum şəxsin bu yolla içəri daxil olduğunu, qonaq otağında oğurlanmış samovarın yerini göstərərək həmin yerdən bir ədəd samovarın oğurlandığını bildirdi. Baxış zamanı hər hasnı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli hadisə yerin baxış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, İsmayıllı rayonu Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin İsmayıllı rayonu Quşencə kəndində yerləşən, vət. Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evində baş verməsi, həmin evin bir mərtəbəli və kürsülü halda olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu Quşencə kəndində yerləşən evinə qayıtdığını, həyətə daxil olduqda evin birinci mərtəbəsində yerləşən zirzəminin taxta qapısının açıq olduğunu, zirzəmiyə yaxınlaşıb diqqətlə baxdıqda oraya qoyduğu 02 ədəd qazanın, 01 ədəd 5 litrlik samovarın, 01 ədəd elektrik generatorunun və 02 ədəd dəmir çarpayıların da oğurlanmasnı müəyyən etdiyini bildirmişdir. Baxış zamanı hər hansı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli hadisə yerin baxış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, İsmayıllı rayonu Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin İsmayıllı rayonu Quşencə kəndində yerləşən, vət. Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində baş verməsi, həmin evin iki mərtəbəli, birinci mərtəbəsinin zirzəmi olaraq istifadə edilməsi və üzərinin suvaqla örtülü olması müəyyən olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu Quşencə kəndində gəldiyini, evə girdikdən sonra isə birinci mərtəbədə yerləşən zal hissəsinin taxta pəncərəsinin şüşələrindən birinin yerindən olmadığını və çıxarıldığını zal hissəsinə keçərək ətrafa baxdıqda giriş qapısının yanında yerə qoyduğu mərhum anasına cehizlik olaraq verilmiş və ondan özünə qalmış bir ədəd 5 litr tutumlu samovarın yerində olmadığını aşkar etdiyini bildirdi. Baxış zamanı hər hasnı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli hadisə yerin baxış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, İsmayıllı rayonu Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs5 məxsus yarım tikilidə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin İsmayıllı rayonu Quşencə kəndində yerləşən, vət. Zərərçəkmiş şəxs5 məxsus yarım tikilidə baş verməsi, həmin tikilinin bir mərtəbəli olması, ətrafının metal torla əhatə olunması və girişdə dəmir lövhələrin qoyulması müəyyən olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs5 2023-cü ilin yanvar ayının sonlarında oraya getdiyi zaman isə yarım tikilinin taxta materialdan olan giriş qapısının petlə hissəsindən çıxarılaraq kənara qoyulduğunu, həmin yarımtikilinin içərisinə daxil olaraq ətrafa baxdıqda, otaqda olan oturmaq üçün nəzərdə tutulmuş stulun yanında yerə qoyduğu bir ədəd 7 litr tutumlu samovarın yerində olmadığını aşkar etdiyini bildirdi. Baxış zamanı hər hasnı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli hadisə yerin baxış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, İsmayıllı rayonu Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin İsmayıllı rayonu Quşencə kəndində yerləşən, vət. Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində baş verməsi, həmin evin bir mərtəbəli, kürsülü halda və ətrafında pənərələrdən ibarət aynabənd olması, həyətin ətrafının mişar daşından ibarət hasarla hasarlanması müəyyən olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs4 2022-ci ilin dekabr ayınında kəndə gələrək evinə getdiyi zaman evin taxta materialdan olan pəncərəsinin açıq halda olmasını, evin içərisinə daxil olduqda otaqda olan pəncərə qarşısında qab-qacaq yığmaq üçün nəzərdə tutulmuş yerdə qoyduğu bir ədəd 7 litr tutumlu samovarın yerində olmadığını aşkar etdiyini bildirdi. Baxış zamanı hər hasnı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli hadisə yerin baxış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, İsmayıllı rayonu Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin İsmayıllı rayonu Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində baş verməsi, həmin evin bir mərtəbəli, kürsülü halda və ətrafında pənərələrdən ibarət aynabənd olması, həyətin ətrafının mişar daşından ibarət hasarla hasarlanması müəyyən olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 2022-ci ilin noyabr ayında kəndə gələrək evinə getdiyi zaman evin taxta materialdan olan qapısının üzərində olan, qıfıl bağlamaq üçün istifadə etdiyi dairə şəkilli metalın qırıldığını gördüyünü, evin içərisinə daxil olaraq ətrafa baxdıqda, zal hissəyə keçid üçün nəzərdə tutulan qapının açıq olmasını gördüyünü, oraya keçib ətrafa baxdıqda otaqda olan şkafın üzərinə qoyduğu iki ədəd, 5 litr tutumlu, iki ədəd, 8 litr tutumlu və iki ədəd, 10 litr tutumlu olmaqla ümumilikdə altı ədəd samovarın yerində olmadığını aşkar etdiyini bildirdi. Baxış zamanı hər hasnı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli təqdim edilmiş əşyalara baxış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 təqdim etdiyi əşyalara baxış keçirilmiş, baxış zamanı Şahid1 təqdim etdiyi əşyalar 01 ədəd gümüşü rəngli 5 litr tutumlu samovar, 01 ədəd gümüşü rəngli, 7 litr tutumlu samovar və 02 ədəd gümüşü rəngli hər biri 5 litr tutumlu samovarlardan ibarətdir. Baxışda iştirak edən Şahid1 təqdim etdiyi həmin samovarları ona İsmayıllı rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs gətirib satdığını bildirərək həmin əşyaları istintaqa təqdim etdi. Təqdim olunmuş əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd gümüşü rəngli 5 litr tutumlu samovar bir ədəd iri sellofan torbaya, 01 ədəd gümüşü rəngli, 7 litr tutumlu samovar bir ədəd iri sellofan torbaya, 01 ədəd gümüşü rəngli 5 litr tutumlu samovar bir ədəd iri sellofan torbaya və 01 ədəd gümüşü rəngli 5 litr tutumlu samovar bir ədəd iri sellofan torbaya qoyulub qablaşdırılaraq götürüldü. Təqdim etdilmiş əşyalara baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 iyun 2023-cü il tarixli 9/4334 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may-dekabr aylarına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 500.00 (beş yüz) manat, ekspertiza tədqiqatına təqdim edilməmiş 10 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayından 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2200.00 (iki min iki yüz) manat müəyyən edilir: Ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların 2022-ci ilin may-dekabr aylarına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: 1) 01 ədəd gümüşü rəngli, 5 litr su tutumlu samovar – 120.00 (yüz iyirmi) manat; 2) 01 ədəd gümüşü rəngli, 7 litr su tutumlu samovar – 140.00 (yüz qırx) manat; 3) 02 ədəd gümüşü rəngli, hər biri 5 litr su tutumlu samovar – 240.00 (iki yüz qırx) manat; Ekspertiza tədqiqatına təqdim edilməyən malların 2022-ci ilin iyul ayından 2023-cü ilin mart ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: 1) 01 ədəd gümüşü rəngli, 10 litr tutumlu samovar – 160.00 (yüz altmış) manat; 2) 01 ədəd 36 sm diametrli 15 kq tutumlu mis qazan – 350 (üç yüz əlli) manat; 3) 01 ədəd 40 sm diametrli 20 kq tutumlu mis qazan – 450 (dörd yüz əlli) manat; 4) 01 ədəd elektrik generatoru – 120 (yüz iyirmi) manat; 5) 02 ədəd dəmir çarpayı – 80 manat; 6) 01 ədəd gümüşü rəngli, 5 litr su tutumlu samovar – 120.00 (yüz iyirmi) manat; 7) 01 ədəd gümüşü rəngli, 7 litr su tutumlu samovar – 140.00 (yüz qırx) manat; 8) 01 ədəd 50 sm diametrli nazik formalı mis ləyən – 50 (əlli) manat; 9) 01 ədəd 36 sm diametrli mis tava – 30 (otuz) manat; 10) 02 ədəd gümüşü rəngli hər biri 8 litr tutumlu samovar – 300 (üç yüz) manat; 02 ədəd gümüşü rəngli hər biri 10 litr tutumlu samovar – 400 (dörd yüz) manat; Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqin maddi sübut qismində tanınmasına dair qərarından görünür ki, Şahid1 təqdim etdiyi əşyaya baxış keçirilən zaman götürülmüş, 01 ədəd gümüşü rəngli 5 litr tutumlu samovar, 01 ədəd gümüşü rəngli, 7 litr tutumlu samovar, 01 ədəd gümüşü rəngli 5 litr tutumlu samovar və 01 ədəd gümüşü rəngli 5 litr tutumlu samovarlar maddi subut kimi tanınmış və saxlanılması üçün İsmayıllı RPŞ-nin MSSK-na təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun əməlində həmin cinayətlərin tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişlər və şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin avqust ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus, ətrafı daş hasarla əhatə olmuş, bir mərtəbəli evin qarşısına gəlib, ətrafı müşahidə edərək evdə və ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq həyətin giriş hissəsində olan, təxminən bir metr hündürlükdə dəmir barmaqlıqdan olan giriş qapısının üzərindən keçməklə saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə qanunsuz olaraq saxlanc yeri hesab olunan fərdi yaşayış evinin taxta materialdan olan pəncərəsinin şüşəsini taxta çərçivə hissəsinə bərkidildiyi mismarlarını əyib yerindən çıxarmaqla evin içərisinə daxil olaraq, oradan təxminən 200 manat dəyərində 1 ədəd 10 litr tutumlu samovarı götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin oktyabr ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus, ön və sol tərəfi mişar daşları ilə, arxa və sağ tərəfləri dəmir setka məftillə əhatələnmiş, ön hisədə iki laylı giriş dəmir qapısı olan fərdi yaşayış evinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq həyətin mişar daşından olan təxminən iki metr hündürlükdə daş hasarının üzərindən keçməklə saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə həmin həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan, yaşayış olmayan bir mərtəbəli kürsülü evin iki laylı taxta materialdan olan qapısının dəmir halqasının əyib çıxarılması yolu ilə evin içərisinə qanunsuz olaraq daxil olmaqla evin zal hissənə keçmiş, oradan sonuncuya məxsus hər birinin dəyəri təxminən 500 manat təşkil edən 2 ədəd 5 litr tutumlu, hər birinin dəyəri təxminən 500 manat təşkil edən 2 ədəd 8 litr tutumlu və hər birinin dəyəri təxminən 500 manat təşkil edən 2 ədəd 10 litr tutumlu samovarları götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin dekabr ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus, ön və sol tərəfi mişar daşları ilə, arxa və sağ tərəfləri dəmir setka məftillə əhatələnmiş, ön hisədə iki laylı giriş dəmir qapısı olan fərdi yaşayış evinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq həyətin mişar daşından olan təxminən iki metr hündürlükdə daş hasarının üzərindən keçməklə saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə həmin həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan bir mərtəbəli kürsülü evin taxta materialdan pəncərəsini taxta çərçivə hissəsinə bərkidildiyi xırda mismarlarını əyib yerindən çıxardıb və fiziki güc tətbiq edərək açmaqla qanunsuz olaraq evin içərisinə daxil olaraq, oradan sonuncuya məxsus dəyəri təxminən 300 manat təşkil edən 1 ədəd 7 litr tutumlu, mis materialdan samovarı götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin dekabr ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs6 məxsus, ətrafı daş hasarla əhatə olunmuş fərdi yaşayış evinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra saxlanc yeri hesab olunan evin həyətinin giriş hissəsində olan dəmir darvazanın hasara birləşən hissəsinin üzərindən qalxıb tullanmaqla qanunsuz olaraq həyətinə, sonra isə həyətyanı sahədə yerləşən bir mərtəbəli kürsülü evə yaxınlaşıb, evin saxlanc yeri hesab edilən zirzəmisinin asma qıfılla bağlanan taxta qapısını fiziki güc tətbiq edib açaraq zirzəmiyə qanunsuz daxil olmaqla, oradan dəyəri təxminən 350 manat təşkil edən 1 ədəd 15 kiloqram tutumlu mis qazanı, dəyəri təxminən 450 manat təşkil edən 1 ədəd 20 kiloqram tutumlu mis qazanı, dəyəri təxminən 130 manat təşkil edən 1 ədəd 5 litrlik samovarı, dəyəri təxminən 300 manat təşkil edən 1 ədəd elektrik generatorunu, dəyəri təxminən 100 manat təşkil edən 1 ədəd dəmir çarpayını və dəyəri təxminən 150 manat təşkil edən 1 ədəd dəmir çarpayını götürüb qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1480 (min dörd yüz səksən) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin yanvar ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs5 məxsus olmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 X1 rayonunun Quşencə kəndinin ərazisinə düşən meşə sahəsində yerləşən, arıçılıq təsərrüfatı sahəsi olan, ətrafı taxta və şiferlə inşa edilmiş bir mərtəbəli yardımçı tikilinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra giriş hissədə yerləşən, təxminən bir metr hündürlükdə dəmir lövhə qapını açıb təsərrüfat sahəsinə daxil olmuş, oradan isə saxlanc yeri hesab olunan yardımçı tikiliyə yaxınlaşmış, həmin yardımçı tikilinin taxtadan olan giriş qapısını fiziki güc tətbiq edib yerindən çıxarmaqla qanunsuz olaraq içərsinə daxil olub, oradan sonuncuya məxsus dəyəri 180 manat təşkil edən 1 ədəd 7 litr tutumlu, gümüşü rəngli samovarı götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 180 (yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin fevral ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Quşencə kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus, ətrafı daş hasarla əhatə olmuş, iki mərtəbəli fərdi yaşayış evinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq həyətin mişar daşından olan təxminən iki metr hündürlükdə daş hasarının üzərindən keçməklə saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə qanunsuz olaraq saxlanc yeri hesab olunan fərdi yaşayış evinin birinci mərtəbəsinin zal hissəsinin taxta materialdan olan pəncərə şüşəsini çərçivə hissəsinə bərkidilmiş mismarlarını əyib yerindən çıxarmaqla içəri daxil olaraq, oradan sonuncuya məxsus dəyəri təxminən 170 manat təşkil edən 1 ədəd 5 litr tutumlu samovarı götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 170 (yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxsın himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəməklə onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsın məhkumluğu yoxdur. İsmayıllı RİHB-nin Quşencə kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Hacılı X2 rayonunun Quşencə kəndində qeydiyyatdadır və yaşayır, evlidir, himayəsində bir azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin Quşencə kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X3 hüququlu şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6- 47/2-328/23 nömrəli məktubdan görünür ki, Hacılı X2 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 18 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 10:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 04 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Quşencə kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd gümüşü rəngli, 5 litr su tutumlu samovarın Zərərçəkmiş şəxs6, 01 ədəd gümüşü rəngli, 7 litr su tutumlu samovarın Zərərçəkmiş şəxs4, 02 ədəd gümüşü rəngli, hər biri 5 litr su tutumlu samovarların Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 2 (iki) il 6(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 2(iki) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Quşencə kəndindəki evi tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd gümüşü rəngli, 5 litr su tutumlu samovarın Zərərçəkmiş şəxs6, 01 ədəd gümüşü rəngli, 7 litr su tutumlu samovarın Zərərçəkmiş şəxs4, 02 ədəd gümüşü rəngli, hər biri 5 litr su tutumlu samovarların Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar