Məhkəmə qərarları › İş №1(037)-52/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-52/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-52/2023 24.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 24 oktyabr 2023-ci il tarixdə saat 15:53-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1992-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvvəllər məhkum olunmayan, işləməyən, İsmayıllı şəhəri X14 küçəsi dalan 6, ev 13-də yaşayış qeydiyyatında olan və hazırda həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının sonlarında, dəqiq tarixi və saatı məlum olmayan vaxtda qeydiyyat şəhadətnaməsi ilə Laçın rayonunun Arduşlu kənd sakini X3 mülkiyyətində olan və nəqliyyat vasitəsinin idarə edilməsinə dair verilmiş və etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış xx.xx.2021-ci il tarixli 883820 nömrəli etibarnamə əsasında idarə etdiyi “BMW” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət sahibinin etibarından sui-istifadə edərək sonuncunun xəbəri olmadan satıb özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, 2022ci ilin avqust ayının sonlarında, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda İsmayıllı şəhər sakini Zərərçəkmiş şəxs həmin avtomobilin öz mülkiyyətində olmasını bildirərək 7600 manata satmaq istədiyini söyləmiş, bununla bağlı Zərərçəkmiş şəxs ilə danışaraq sonuncunu inandırmaq üçün avtomobilin cərimələrini ödədikdən sonra gəlib etibarnamə verəcəyini deməklə aldadıb 2022-ci ilin avqust ayında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs İsmayıllı şəhəri, Nəriman ünvan 1 ünvanda yerləşən “Bolluq” adlı marketin yanında quraşdırılmış “Milliön” ödəmə sistemi vasitəsi ilə onun tanışı Səidə Əliəkbərovanın adına olan "xxxx" ASC-yə aid 4169-7413-1418-9562 nömrəli kart hesabına göndərdiyi 1600 manat pulu, daha sonra 2022-ci ilin avqust ayının sonlarında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs İsmayıllı şəhərinin Qələbə küçəsində yerləşən “Talıstanaltı” adlanan çay evinin həyətində əlbəəl aldığı 3100 manat pulu, bundan sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs İsmayıllı şəhəri, Nəriman ünvan 1 ünvanda yerləşən “Bolluq” adlı marketin yanında quraşdırılmış “Milliön” ödəmə sistemi vasitəsi ilə onun tanışı Səidə Əliəkbərovanın adına olan "xxxx" ASC-yə aid 4169- 7413-1418-9562 nömrəli kart hesabına göndərdiyi 220 manat pulu, sonra isə 2022-ci ilin noyabr ayının əvvəllərində, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs İsmayıllı şəhəri, Nəriman ünvan 1 ünvanda yerləşən “Bolluq” adlı marketin yanında quraşdırılmış “Milliön” ödəmə sistemi vasitəsi ilə onun tanışı Səidə Əliəkbərovanın adına olan "xxxx" ASC-yə aid 4169-7413-1418-9562 nömrəli kart hesabına göndərdiyi 210 manat pulu, yəni ümumilikdə xeyli miqdar təşkil edən 5130 (beş min yüz otuz) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünə məxsus tünd boz metallik rəngli “BMW” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşınını Cavid adlı şəxsə girov qoyub pul götürmüş, daha sonra isə götürdüyü pulu ödəyib yenə həmin avtomaşınını götürmüşdür. Sonuncu dəfə 2021-ci ilin dekabr ayında yenə Cavid adlı şəxsin yanına gedərək təcili pul lazım olduğu üçün avtomaşınını girov qoyub Caviddən 3000 manat məbləğində pul götürmüşdür. Eyni zamanda aylıq olaraq 400 manat olmaqla ümumilikdə isə Cavidə 6000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Məlum prosesi Cavid Mehtiyev həyata keçirmişdir. X4 adına keçsə də Cavid Mehtiyev onun adına sürmə etibarnaməsi vermiş və avtomaşın özünün istifadəsində olmuşdur. Ona etibarnamə 05 iyun 2022-ci il tarixinədək verilmişdir. 2022-ci ilin avqust ayında avtomaşının üzərində cərimələr olduğu üçün və avtomaşını sürmədiyi üçün yenidən etibarnamə almamışdır. Daha sonra isə o, həmin avtomaşını satmaq qərarına gəlmiş və 25 avqust 2022-ci il tarixdə İsmayıllı şəhər sakini Ramiq adlı şəxsə avtomaşını 7600 manata satmağa razılaşmışdır. Həmin puldan Ramiq ilk olaraq 1600 manatını kart vasitəsiylə ödəmişdir. Belə ki, Ramiq həmin pulu onun xanım tanışı olan X6 banka aid ödəmə kartına göndərmişdir. O, həmin pulu götürmüşdür. Daha sonra pulun 3100 manatını isə o, İsmayıllı şəhəri Qələbə küçəsində yerləşən “Talıstanaltı” deyilən çayxanada almışdır. Ardınca 2022-ci ilin sentyabr və oktyabr aylarında 210 və 220 manat məbləğlərində pulu Ramiq Pirverdiyev eyni qaydada ona tanışı Səidə Əliəkbərovaya məxsus eyni karta ödəniş etmişdir. Lakin daha sonra heç bir ödəniş etməmişdir. Etibarnaməsinin müddəti 05 iyun 2022-ci il tarixdə bitdiyi halda 2022-ci ilin avqust ayında avtomaşını satmaqda məqsədi səhhətində olan problemlər olmuş, o, avtomaşınını satıb pulu öz müalicəsinə xərcləmişdir. Daha sonra isə eşitmişdir ki, Ramiq ondan İsmayıllı RPŞ-nə şikayət etmişdir. Sözügedən cinayət əməlini tək özü törətmişdır. Barəsindəki cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Bundan əlavə, o, "xxxx"ın İsmayıllı rayon filialında törətdiyi cinayətə görə vurulmuş ziyanın 25% olaraq 1285 manat pul vəsaitini X2 müvafiq hesabına ödənilmişdir. Ona görə də barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2022-ci ilin avqust ayında tanışı Şahid2 Təqsirləndirilən şəxs “BMV” markalı avtomaşın satdığını məlumat vermişdir. Nurlanı təxminən 3-4 ildir tanımış və normal münasibəti olmuşdur. O, özünə avtomaşın almaq fikri olduğu üçün Nurlanın mobil nömrəsinə zəng vurub maşın barədə maraqlanmışdır. Nurlan ona həqiqətən də “BMV” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşını təcili pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Eləcə də Nurlan demişdir ki, “avtomaşının qeydiyyat şəhadətnaməsi öz adınadır, avtomaşını almaq üçün tam olaraq pulu çatmasa müəyyən bir qismini ödəyib, qalanını isə 1 il müddətində aylıq ödəmə sistemi ilə ödəyə bilər”. Eləcə də demişdir ki, hazırda ona adi etibarnamə, ödənişi tam edib qurtardıqdan sonra isə baş etibarnamə verəcəkdir. Telefon əlaqəsi zamanı Nurlan avtomaşını 7600 manata satdığını demişdir. O, Nurlana demişdir ki, maşını alacağı təqdirdə 5000 manat pul verə bilər, qalan 2600 pulu isə 1 il müddətində hər ay 216 manat olmaqla hissə hissə ödəyə bilər. Danışıq zamanı Nurlan alqı satqı barədə şifahi razılıq vermişdir. Bundan sonra Nurlan ona demişdir ki, “sənə bir kart deyəcəm həmin karta beh at”. Bundan sonra Nurlan Səidə adlı qadının adına olan “Kapital banka” aid kart şəklini görmüş və İsmayıllı şəhəri N.Nərimanov küçəsində yerləşən “Milliön” ödəmə sistemindən Səidənin adına olan karta dostu Ələkbərdən 1600 manat borca pul alaraq həmin karta ödəniş etmişdir. Nurlana bundan sonra zəng vurub pulu atdığını məlumat vermiş və hazırda Bakı şəhərində olduğunu, axşam saatlarında avtomaşınla birgə İsmayıllı rayonuna gəlib avtomaşını ona “təhvil” verəcəyini demişdir. Lakin Nurlan 2 gündən sonra İsmayıllı rayonuna gəlmiş və ona zəng vurub avtomaşını gətirdiyini, hazırda İsmayıllı rayonunda yaşadığı ünvanda olduğunu demişdir. Bundan sonra Nurlanın yaşadığı ünvana getmiş və Nurlanın dediyi BMV markalı avtomaşın həyətin qarşısında olmuşdur. O, avtomaşını götürüb İsmayıllı şəhərində yerləşən “Talıstan altı” deyilən çay evinə gəlmişdir. Həmin yerə Nurlan da gəlmişdir. Bundan sonra dostu Ələkbərə zəng vuraraq ona 3100 manat pul gətirməsini xahiş etmişdir. Ələkbər ona həmin miqdarda pulu gətirmişdir. Bu zaman Ələkbərin yanında qardaşı Asim də olmuşdur. Ələkbərdən 50 və 100 luk əskinazlarla 3100 manat pulu alıb əlbəəl şəkildə 25 avqust 2022-ci il tarixdə saat 10-11 radələrində Nurlana vermişdir. Nurlandan isə ona etibarnamə verməsini bildirdikdə birinci hazırda Bakı şəhərində adını demədiyi bir firmada ekspeditor işlədiyini, işdən xəbərsiz bura gəldiyini və dərhal Bakı şəhərinə gedib maşının üzərində 600 manat civarında cərimə olduğunu, həmin cəriməni ödəyib ona etibarnamə göndərəcəyini demişdir. Avtomaşın da onda qalmışdır. Bundan sonra Nurlan getmişdir. Həmçinin Nurlanla aralarında razılıq belə olmuşdur ki, o, avtomaşını 10 gün sürəcək və həmin 10 gün ərzində avtomaşında nə nasazlıq yaransa həmin nasazlıqları düzəltdirib Nurlana bu barədə məlumat verəcək və həmin pulu da ümumi veriləsi puldan çıxacaqdır. O, həmin 10 gün ərzində isə avtomaşına 400 manat lazımlı hissələr üçün, 200 manat yağı üçün, 300 manat isə usta pulu kimi əlavə xərc qoymuşdur. Beləliklə, onun cəmi 6000 min manat xərci çıxmışdır. Sonrakı günlərdə hər gün Nurlanı yığıb cərimələri ödəyib ödəmədiyini, etibarnaməni “nəyə görə göndərmədiyini” soruşduqda Nurlan hər dəfə ona müxtəlif bəhanələr gətirməklə söhbətdən yayınmış və başının “qarışıq” olduğunu bildirmişdir. Buna baxmayaraq o, 2022-ci ilin oktyabr ayında verdiyi sözə sadiq qalaraq oktyabr ayının əvvəllərində təxminən 3-5i arası olan günlərin birində Nurlana Səidə adlı qadının Kapital banka aid olan kartına Nərimanov küçəsində yerləşən “millionlə” 220 manat pul göndərmişdir. O, yenə Nurlana zəng vurub cərimə və etibarnamə ilə maraqlandıqda Nurlan mənə “səbrli olmağını, yaxın müddətə hər şeyi həll edəcəyini” demişdir. Oktyabr ayında da Nurlan ona etibarnamə verməmiş və cəriməni də ödəməmişdir. 2022-ci ilin noyabr ayında da o, Nurlana 210 manat pulu eyni qaydada Səidə adlı qadının kartına ataraq ödəmişdir. Lakin yenə də Nurlan ona etibarnamə verməmiş və cəriməni də ödəməmişdir. O, Nurlana bu barədə sual verdikdə sonuncu “darıxmamağını” demişdir. 2022-ci ilin dekabr ayında artıq Nurlandan onu aldatmasından şübhələnərək avtomaşını Nurlanın “necə” əldə etməsini maraqlanmağa başlamış və bu zaman öyrənmişdir ki, məlum markalı avtomaşını avtomaşın kirayəsi ilə məşğul olan şirkətə girov qoyaraq pul götürdüyünü və həmin avtomaşının artıq Nurlana məxsus olmadığını, hətta Nurlana verilən etibarnamənin də vaxtının bitdiyini öyrənmişdir. Artıq başa düşmüşdür ki, Nurlan onun əvəzsiz olaraq 5130 manat məbləğində pulunu ələ keçirmiş və əlavə olaraq 900 manat da avtomaşına xərci çıxmışdır. Nurlan tərəfindən aldadıldığını artıq bildiyi üçün maşının ödənişini etməyi dayandırmış və heç bir ödəniş etməmişdir. 31 dekabr 2022-ci il tarixdə Nurlan ona zəng edərək onunla görüşməy istədiyini demiş və 01 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində “Məxməri” adlanan çay evinin qarşısında Nurlanla görüşmüşdür. Nurlan ondan ödənişləri etməyini tələb etmiş, lakin o, Nurlana heç bir ödəniş etməyəcəyini demişdir. Nurlan ona avtomobilin yerdə qalan borcunu cərimələr və sənədləşmə çıxmaq şərti ilə ödəməyini, özünün isə avtomobili girov qoyduğu şirkətə borcunu ödədikdən sonra avtomaşını onun adına keçirməyi təklif etmişdir. 02 yanvar 2023-cü il tarixdə o, Nurlana zəng edərək “nə fikirləşdiyini” soruşmuş və Nurlan yenə müxtəlif bəhanələr gətirməklə söhbətdən yayındığı üçün Nurlana demişdir ki, “gəl maşını götür, mənim 6000 manat pulumu geri qaytar”. Nurlan bu zaman ona demişdir ki, “sənə mən 5500 manat pul qaytara bilərəm. Qalanını qaytarmayacam.” O, Nurlana demişdir ki, “sən pulumu tam qaytarmırsansa get maşının sənədlərini tam düzəlt və mənə baş etibarnamə ver. Mən də sənin qalan pulunu həmin dəqiqə ödəyim və bu proses başa çatsın.” Beləcə söhbətləri yekunlaşmışdır. 04 yanvar 2023-cü il tarixdə o, Nurlana zəng vurub “harda” olduğunu soruşmuşdur. Nurlan evdə olduğunu dediyi üçün qapılarına getmişdir. O, yenə də pulunu tələb etmiş, Nurlan ondan yenə də vaxt istəmişdir. Keçən müddət ərzində nə pulu qaytarılmış, nə də ki maşın sənədləşdirilmiş halda ona verilmədiyi üçün 07 yanvar 2023-cü il tarixdə İsmayıllı RPŞ-nə məlum məzmunda ərizə ilə müraciət etmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Şahid3 ifadə verərək göstərdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla normal münasibəti vardır. 25 avqust 2022-ci il tarixdə o, “Talıstan altı” deyilən çayxanaya getdikdə orada Ramiq, Nurlan, Şükür və Nurlanın tanımadığı dostunun çay içdiklərini görmüşdür. O da onlara qoşulub çay içmişdir. Bu zaman onların arasında maşın alqı satqısı ilə bağlı söhbət getmişdir. Başa düşmüşdür ki, Ramiq Nurlandan maşın almaq istəyir. BMV markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomaşın orada olmuşdur. Daha sonra ona zəng gəldiyindən həmin yerdən uzaqlaşmışdır.Oradakı söhbət zamanı Nurlan satdığı BMV markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomaşının “girovda” ya da “icarədə” olmasından danışmamışdır. Lakin sonradan Ramiqdən eşitmişdir ki, Nurlandan həmin avtomaşını almış, avtomaşının pulunu bir neçə dəfəyə vermiş, belə ki, ilk olaraq 1600 manat pulu kart vasitəsiylə ödəmiş, 25 avqust 2022-ci il tarixdə Ələkbərdən 3100 manat pul alaraq məlum çayxananın həyətində əlbəəl Nurlana vermiş, daha sonra iki dəfə də kart vasitəsiylə Nurlana pul göndərmiş, o, Nurlana cəmi 5100 manat pul verməklə yanaşı 900 manat da avtomaşına xərcləmiş, aralarında olan razılığa əsasən Nurlan Ramiqə Bakı şəhərinə getdikdən 1- 2 gün sonra etibarnamə verməli, cəmi 7600 manat pulu tam ödəyib qurtardıqdan sonra isə Nurlan Ramiqə baş etibarnamə verməli olduğu halda hazırkı müddətə qədər bunu etməmiş, eləcə də Ramiqin pulunu da geri qaytarmamışdır. Şahid2 ifadə verərək göstərdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla normal münasibəti vardır. 2022-ci ilin avqust ayında o, Nurlanın “Bmv” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşını satmasını Ramiqə məlumat vermişdir. Bundan sonra Ramiq Nurlanla avtomaşınla bağlı telefonla zəng vurub danışmış və bununla bağlı geniş söhbət aparılmışdır. Onların aralarında olan razılıq da Ramiqin dediyi kimi olmuşdur. Nurlan avtomaşının qeydiyyat şəhadətnaməsinin öz adına olduğunu, Ramiqə avtomaşını almaq üçün tam olaraq pul çatmasa müəyyən bir qismini ödəyib, qalanını isə 1 il müddətində aylıq ödəmə sistemi ilə ödəyə biləcəyini, eləcə də hazırda Ramiqə adi etibarnamə verəcəyini, ödənişi tam edib qurtardıqdan sonra isə ona baş etibarnamə verəcəyini, avtomaşını isə cəmi 7600 manata satdığını demişdir. Ramiq isə Nurlana avtomaşını alacağı təqdirdə ona 5000 manat məbləğində pul verə biləcəyini, qalan 2600 pulu isə 1 il müddətində hər ay 216 manat olmaqla hissə hissə ödəyə biləcəyini demiş, danışıq zamanı Nurlan Ramiqə də alqı satqı barədə şifahi razılıq vermişdir. Bundan sonra Nurlanın göndərdiyi karta Ramiq 1600 manat pul göndərmiş və Nurlan Bakı şəhərindən gəldikdən sonra avtomaşını Ramiqə verəcəyini demişdir. O, həmin pulu göndərəndə görməsə də bu barədə Nurlan da Ramiq də məlumat vermişdir. Bu 25 avqust 2022-ci il tarixindən bir neçə gün əvvəl baş vermişdir. Bu ana qədər olan söhbətlərin hamısından xəbəri olmuşdur. 25 avqust 2022-ci il tarixdə saat 10-11 radələrində Ramiq ona zəng vuraraq “Talıstan altı” deyilən çay evinə gəlməyini xahiş etmişdir. O, Ələkbər, Asim və Ramiq ora gəlmişdir . Az sonra isə Nurlan adını bilmədiyi dostu ilə birgə həmin yerə gəlmişdir. Orada maşının alqı satqısı ilə bağlı söhbət davam etmiş və Nurlan Ramiqdən əlavə ödəniş tələb etdiyi üçün Ramiq də Ələkbərdən borc pul istəmiş və Ələkbər Ramiqə 3100 manat pul vermişdir. Ramiq də bundan sonra həmin pulu əlbəəl şəkildə Nurlana vermişdir. Bundan sonra Nurlan maşını açarı ilə birgə Ramiqə vermişdir. X13 etibarnamə verməsini bildirdikdə Nurlan hazırda adını demədiyi bir firmada ekspeditor işlədiyini, işdən xəbərsiz bura gəldiyini və dərhal Bakı şəhərinə gedib avtomaşının üzərində 600 manat civarında cərimə olduğunu, həmin cəriməni ödəyib ona etibarnamə göndərəcəyini bildirmişdir. Həmçinin həmin vaxtı Ramiqlə Nurlan arasında belə razılıq olmuşdur ki, Ramiq avtomaşını 10 gün sürəcək və həmin 10 gün ərzində avtomaşında nə nasazlıq yaransa həmin nasazlıqları Ramiq düzəltdirib Nurlana bu barədə məlumat verəcək və həmin pulu da ümumi veriləsi puldan çıxacaqdır. Bundan 10 gün ərzində isə Ramiq həmin Bmv markalı avtomaşına 400 manat lazımlı hissələr üçün, 200 manat yağı üçün, 300 manat isə usta pulu kimi əlavə xərc qoymuşdur. Avtomaşın da Ramiqdə qalmışdır. Aralarında olan razılığa əsasən sonrakı aylarda da Ramiq 220 və 210 manat olmaqla kartla pul ödəmişdir. X15 nə etibarnamə, nə də baş etibarnamə verməmişdir. Sonradan da eşitmişdir ki, Ramiq məlum məsələ ilə bağlı İsmayıllı RPŞ-nə müraciət etmişdir. Danışıq vaxtı Nurlan satdığı “BMV” markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomaşının “girovda və ya icarədə” olmasını bir sözlə avtomaşının “problemli” vəziyyətdə olmasını Ramiqə məlumat verməmişdir. Şahid1 ifadə verərək göstərdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla normal münasibəti vardır. 2022-ci ilin avqust ayının ortalarında Ramiq ona Təqsirləndirilən şəxs “BMV” markalı avtomaşın satdığını demişdir. Ramiqin avtomaşın almaq fikri olduğu üçün Nurlanın mobil nömrəsinə zəng vurub avtomaşın barədə maraqlanmışdır. Həmin vaxtı 2022-ci ilin avqust ayının axırları olmuşdur. Nurlan həqiqətən də BMV markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomaşını təcili pula ehtiyacı olduğu üçün satdığını demişdir. Eləcə də Nurlan Ramiqə demişdir ki, avtomaşının qeydiyyat şəhadətnaməsi öz adınadır, avtomaşını almaq üçün tam olaraq pulu çatmasa müəyyən bir qismini ödəyib, qalanını isə 1 il müddətində aylıq ödəmə sistemi ilə ödəyə bilər. X12 demişdir ki, hazırda maşını adi etibarnamə ilə verəcək, ödənişi tam edib qurtardıqdan sonra isə baş etibarnamə verəcəkdir. Nurlan avtomaşını 7600 manata satdığını demişdir. Ramiq isə Nurlana demişdir ki, maşını alacağı təqdirdə ona 5000 manat pul verə bilər, qalan 2600 pulu isə 1 il müddətində hər ay 216 manat olmaqla hissə hissə ödəyə bilər. Danışıq zamanı Nurlan ona alqı satqı barədə şifahi razılıq vermişdir. Bundan sonra Nurlan Ramiqə demişdir ki, “sənə bir kart diyəcəm həmin karta beh at”. Nurlan qeyri qanuni birlikdə yaşadığı Səidə adlı qadının adına olan Kapital bankına aid kart şəklini Ramiqə göndərmişdir və daha sonra Ramiq gəlib ondan 1600 manat borca pul istəmiş və məsələ ilə bağlı baş verənlərinin hamısını ona danışmışdır. O, Ramiqə 1600 manat borca pul vermişdir. Ramiq bundan sonra İsmayıllı şəhəri N.Nərimanov küçəsində yerləşən “Milliön” ödəmə sistemindən Səidənin adına olan karta 1600 manatı pulu ödəmişdir. Ramiq Nurlana bundan sonra zəng vurub pulu atdığını məlumat vermiş və Nurlan hazırda Bakı şəhərində olduğunu və axşam saatlarında avtomaşınla birgə İsmayıllı rayonuna gəlib avtomaşını təhvil verəcəyini demişdir. Lakin Nurlan 2 gündən sonra İsmayıllı rayonuna gəlmiş və Ramiqə zəng vurub avtomaşını gətirdiyini demişdir. 24 avqust 2022-ci il tarixdə axşam saatlarında Ramiq ona zəng vurub məsələ barədə olanları danışmaqla yanaşı ondan yenə də 3100 manat məbləğində borca pul istəmişdir. O, Ramiqə həmin pulu sabahısı gün verə biləciyini demiş və 25 avqust 2022-ci il tarixdə saat 10-11 radələrində evdə olarkən Ramiq zəng vuraraq pulu gətirməyini xahiş etmiş və onun “Talıstan altı” deyilən çayxanaya gəlməyini bildirmişdir. O, bundan sonra həmin məbləğdə pulla birgə məlum çayxanaya getmişdir. Bu zaman tanışları Şahid2, Təqsirləndirilən şəxs, Nurlanın tanımadığı dostu, Zərərçəkmiş şəxs oturub çay içən görmüşdür. Az sonra həmin yerə qardaşı Asim də gəlmişdir. Ramiq ondan 50 və 100-lük əskinazlarla 3100 manat pulu əlbəəl alıb elə əlbəəl şəkildə də Nurlana vermişdir. Ramiq daha sonra Nurlandan özünə etibarnamə verməsini bildirdikdə Nurlan hazırda Bakı şəhərində adını demədiyi bir firmada ekspeditor işlədiyini, işdən xəbərsiz bura gəldiyini və dərhal Bakı şəhərinə gedib avtomaşının üzərində 600 manat civarında cərimə olduğunu, həmin cəriməni ödəyib ona etibarnamə göndərəcəyini bildirmişdir. Avtomaşın da Ramiqdə qalmışdır. X9 arasında razılıq belə olmuşdur ki, Ramiq avtomaşını 10 gün sürəcək və həmin 10 gün ərzində avtomaşında nə nasazlıq yaransa, həmin nasazlıqları düzəltdirib Nurlana bu barədə məlumat verəcək və həmin pulu da ümumi veriləsi puldan çıxacaqdır. Eləcə də qeyd etmişdir ki, məlum vaxtı Nurlan satdığı “BMV” markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomaşının “girovda” ya da “icarədə” olmasından heç kimə bəhs etməmişdir. Bundan sonra da Nurlan dostu ilə birgə çıxıb getmişdir. Sonradan Ramiqdən eşitmişdir ki, Ramiq 4700 manatdan əlavə olaraq kart vasitəsiylə 400 manat olmaqla Nurlana cəmi 5100 manat pul vermiş, həmçinin avtomaşına həmin 10 gün ərzində isə avtomaşına 400 manat lazımlı hissələr üçün, 200 manat yağı üçün, 300 manat isə usta pulu kimi olmaqla cəmi 900 manat pul xərcləmiş, aralarında olan razılığa əsasən Nurlan Bakı şəhərinə getdikdən 1- 2 gün sonra Ramiqə etibarnamə verməli olduğu halda, cəmi 7600 manat pulu tam ödəyib qurtardıqdan sonra isə Nurlan Ramiqə baş etibarnamə verməli olduğu halda hazırkı müddətə qədər bunu etməmiş, eləcə də Ramiqin pulunu da geri qaytarmamışdır. 24 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Müstəntiqin 16 iyun 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli 978 saylı arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, dalan 6, ev 13-də qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və 1964-cü il təvəllüdlü atası X10 və 1969-cu il təvəllüdlü anası X1 ibarətdir, yaşayış yerində yaşadığı müddətdə barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. 975755 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 1997ci il buraxılışlı, “BMW 520 minik” markalı, sedan tipli, tünd boz metallik rəngli avtomaşın Laçın rayonu Arduşlu kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq ünvan 2 ünvanında yaşayan X5 məxsusdur. 05 dekabr 2021-ci il tarixli 883820 nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi X7 tərəfindən İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdən 05 iyun 2022-ci il tarixədək “BMW 520 minik” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşını – “nəqliyyat vasitəsini idarə etmək” səlahiyyəti verilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/4263 nömrəli rəyindən məlum olur ki, 1997-ci il buraxılışlı, tünd boz metallik rəngli, sedan tipli, “BMW 520 minik” markalı, **-NK- *** dövlət qeydiyyat nişanlı avtomaşının 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 7000,00 manat müəyyən olunmuşdur.Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqin maddi sübut qismində tanınmasına dair qərarından görünür ki, “BMW 520 minik” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşın maddi subut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxs Habil Baxışova ümumilikdə 5130 (beş min bir yüz otuz) manat məbləğində manat maddi ziyan vurulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin ziyan Zərərçəkmiş şəxs tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu zyanı ödədiyini, dövlət nəfinə ödəniş etdiyini, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu zyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmiş və barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi məqsədilə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi üçün ona müəyyən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs vaxt verilmiş və o, məhkəməyə törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə sənəd təqdim etmişdir. "xxxx"ın İsmayıllı rayon filialının 24 oktyabr 2023-cü il tarixli 13838 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə görə vurulmuş ziyanın 25% olaraq onun adından 1285 manat pul vəsaiti X2 müvafiq hesabına ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməmişdir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan “BMW 520 minik” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan “BMW 520 minik” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar