Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-53/2021 02.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 iştirakı ilə 02 noyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 15 mart 1983-ci ildə İsmayıllı rayonu Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, İsmayıllı rayonu Cülyan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkаn tədbiri sеçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdə, saat 14:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan idarə etdiyi, anası Zərərçəkmiş şəxs3 mülkiyyətində olan “Mitsubishi Airtrek minik” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu istiqamətindən İsmayıllı şəhəri H.Əliyev prospekti ilə İsmayıllı şəhərinin mərkəzi istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına, nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına və yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edən 1.1-1.3 üfiqi nişanlanma xətlərini kəsib keçmək qadağan olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsi daxilində avtomobili saatda 60 kilometrdən artıq sürətlə idarə edib hərəkətin intensivliyini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almamış, habelə hərəkət üçün təhlükə yarandığını görərək nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına başlamış, İsmayıllı şəhəri H.Əliyev prospekti ilə Cavanşir küçələrinin kəsişməsində qurulmuş işıqforun hərəkəti davam etməsini bildirən yaşıl işığında, eyni istiqamətdə olmaqla yolun hərəkət hissəsində hərəkətə başlayaraq, yolun əks tərəfindəki “Dost Market” adlı mağazanın bərabərliyində sola dönmə maneviri edən Zərərçəkmiş şəxs1 sürücülük hüququ olmaqla və etibarnamə əsasında idarə etdiyi arvadı Zərərçəkmiş şəxs4 mülkiyyətində olan “Mersedes-benz C200” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfindən qarşı hərəkət zolağında toqquşmuş, toqquşmanın təsirindən Mersedes-benz C200 markalı avtomobil irəli atılmaqla “Dost Market” mağazasının önündə, yol kənarında dayanmış Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla sürücülük hüququ əsasında sonuncunun idarə etdiyi “Vaz 21070 minik” markalı **- NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön söl hissəsi ilə toqquşmuş, hadisə nəticəsində ehtiyatsızlıqdan Mersedes-benz C200 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ əlin birinci barmağın daraq sümüyünün oynaq başının sınığı, təpə və alın nahiyyəsinin sıyrıqlarından ibarət sağlamlığın uzun müddətə polulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarət almasına, Mersedes-benz C200 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala düşməsi ilə əlaqədar həmin avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 2445.00 (iki min dörd yüz qırx beş) manat, Vaz 21070 minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala düşməsi ilə əlaqədar mülkiyyətçisi Zərərçəkmiş şəxs2 1045.00 (bir min qırx beş) manat və idarə etdiyi Mitsubishi Airtrek minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala düşməsi ilə əlaqədar avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs3 4850.00 (dörd min səkkiz yüz əlli) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 28 fevral 2021-ci il tarixdə saat 14:00 radələrində yaşadığı İsmayıllı rayonu Cülyan kəndindəki evindən çıxaraq idarə etdiyi anası Zərərçəkmiş şəxs3 mülkiyyətində olan “Mitsubishi Airtrek minik” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon mərkəzinə gəlmək üçün yola düşmüşdür. Həmin vaxt onun həmin аvtоmоbilə dair etibarlılığı qüvvədə olmuş etibarnaməsi və sürücülük vəsiqəsi olmamışdır. İsmayıllı şəhəri H.Əliyev prospekti ilə şəhərinin mərkəzi istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olmuşdur. H.Əliyev prospekti ilə Cavanşir küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığının sönmüş və yaşıl işıq yandığı üçün avtomobilin hərəkət sürətini azaltmamış, işıqfordan sonrakı bir tərəfli yolla hərəkətini davam etdirmişdir. O, qarşı hərəkət zolağına çıxaraq maneyə yaratmadan sürüb getmək istəmiş, bu zaman bir qədər irəlidə yolun sağ hərəkət zolağında hərəkət edən Mersedes-benz C 200 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən yolun sol hərəkət hissəsinə dönmə əməliyyatı etmişdir. O, həmin avtomobilin onun önünə çıxmasını təxminən 10 metrdən görmüş, avtomobilin əyləcini basaraq bir qədər də sola çəksə də hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobillə həmin avtomobilin axra sol hissəsi toqquşmuşdur. Zərbənin təsirindən Mersedes-benz C 200 markalı avtomobil irəli atılaraq həmin yerdə yerləşən “Dost Market” mağazasının önündə durmuş Vaz 21070 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfinə dəymişdir. Hadisə nəticəsində hər üç avtomobilə ziyan dəymiş, özü və Mersedes-benz C 200 markalı avtomobilin sonradan tanıdığı sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Vaz 21070 markalı avtomobilin sonradan tanıdığı sürücüsü Zərərçəkmiş şəxs2 isə xəsarət almamışdır. Avtomobildə sərnişin olmamış, özü spirtli içki qəbul etməmiş, tam ayıq və sağlam olmuşdur. “Mitsubishi Airtrek minik” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanı tamamilə ödəmiş və həmin avtomobilin mülkiyyətçisi Xuraman Məmmədovun ona qarşı tələb və şikayəti yoxdur. Onun ötmə əməliyyatını başa çatdırmasını gözləmədən xarici işıq siqnallarından istifadə etməyərək ani olaraq sola dönmə əməliyyatına başlamaqla onun yoluna çıxdığı üçün hadisənin baş verməsində Mersedes-benz C 200 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1, dayanma-durma qaydalarını pozduğu üçün isə Vaz 21070 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 də günahı vardır. Buna baxmayaraq o özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ona qarşı tələb və şikayətləri yoxdur, maddi imkanı olmadığından həmin zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyə bilməmişdir. Onun barəsində qəbul olunacaq yekun qərar qanuni qüvvəyə mindikdən sonra sığorta təşkilatı onlara vurulmuş maddi ziyanı ödəyəcəkdir. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Himayəsində bir azyaşlı uşağı olmaqla ailəsində ondan başqa işləyib gəlir əldə edən şəxs yoxdur. İş üzrə yekun qərar qəbul edilərkən qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, oğlu Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdə saat 14 radələrində idarə etdiyi onun mülkiyyətində olan Mitsubishi Airtrek minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə İsmayıllı şəhəri H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olmuşdur. İrəlidə, H.Əliyev prospekti ilə Cavanşir küçəsinin kəsişməsində yerləşən işıqforun yaxınlığında Mersedes-benz markalı avtomobilin yolun sağ hərəkət hissəsində hərəkətdə ola-ola anidən yolun sol hərəkət hissəsinə, Rəşadın önündə dönmə etmiş, bu zaman Rəşad avtomobilin əyləcini sıxsa da hadisənin qarşısını ala bilməmişdir. Rəşadın idarə etdiyi avtomobili həmin Mersedes-benz markalı avtomobilin axra sol hissəsindən toqquşmuş, həmin avtomobil də irəli atılaraq prospektdəki işıqforun yanında durmuş Vaz 21070 markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə zamanı ona məxsus “Mitsubishi Airtrek minik” markalı avtomobilinə maddi zərər vurulmasına baxmayaraq onun Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur, ona vurulmuş ziyan tamamilə ödənilmiş və Rəşad onunla barışıq əldə etmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 28 fevral 2021-ci il tarixdə saat 14 radələrində arvadı Zərərçəkmiş şəxs4 mülkiyyətində olmaqla baş etibarnamə əsasında idarə etdiyi Mersedes-benz C 200 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yaşadığı İsmayıllı rayonu Cülyan kəndindən rayon mərkəzinə getmişdir. Saat 14:30 radələrində H.Əliyev prospekti ilə Cavanşir küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında dayanmış, yaşıl işıq yandıqdan sonra hərəkətə başlayaraq sola dönmək istəmişdir. 20-30 km/saat sürətlə hərəkətini davam etdirərkən avtomobilin arxasını göstərən güzgüsündən qara rəngli bir avtomobilin sürətlə gələrək qarşı hərəkət zolağına çıxmaqla onun sola dönməsinə məhəl qoymayaraq onun avtomobilini ötüb keçmək istəmişdir. Bu zaman həmin avtomobil onun idarəsindəki avtomobilin axra sol hissəsindən toqquşmuş, zərbənin təsirindən onun idarə etdiyi avtomobil irəli atılaraq orada yerləşən “Dost Market” mağazasının önündə durmuş Vaz 21070 markalı avtomobilin qabaq tərəfdən sol hissəsinə toqquşmuşdur. Hadisə nəticəsində avtomobilinə ziyan dəyməklə yanaşı özü də xəsarət almışdır. Vaz 21070 markalı avtomobilin sonradan adını bildiyi sürücüsü Zərərçəkmiş şəxs2 və Mitsubishi Airtrek minik markalı avtomobilin sonradan adını bildiyi sürücüsü Təqsirləndirilən şəxs xəsarət alıb-almamalarını görməmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir, ayıq və sağlam olmuşdur. Hazırda səhhəti normaldır. Ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 ifadə verərək göstərdi ki, “Mersedes-benz C 200” markalı **-EE- *** dövlət qeydiyyat nişanlı аvtоmоbil mülkiyyətində olsa da faktiki əri Zərərçəkmiş şəxs1 məxsus olmaqla etibarnamə əsasında Vasifin istifadəsindədir. Vasif 28 fevral 2021-ci il tarixdə saat 14 radələrində həmin avtomobilə İsmayıllı şəhəri H.Əliyev prospekti ilə Cavanşir küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında dayanmış, işıqforun yaşıl işığında hərəkətə başlayarkən arxadan adını sonradan bildiyi Rəşad Məmmmədovun idarə etdiyi Mitsubishi Airtrek minik markalı avtomobil sürətlə gələrək Vasifin idarəsindəki ona məxsus avtomobilin axra sol hissəsindən toqquşmuşdur. Zərbənin təsirindən Vasifin idarə etdiyi Mersedes-benz C 200 markalı avtomobil irəli atılaraq İsmayıllı şəhəri H.Əliyev prospektində, işıqforun yanında durmuş Vaz 21070 markalı avtomobilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobilinə vurulmuş ziyanın ödənilməsi iş üzrə yekun qərar qəbul edildikdən sonra sığorta təşkilatı tərəfindən ona ödəniləcəyi barədə razılaşmışlar. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, mülkiyyətindəki Vaz 21070 markalı **- NR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sərnişin daşımaqla ailəsinin dolanışığını təmin edir. 28 fevral 2021-ci il tarixdə saat 14 radələrində İsmayıllı şəhəri H.Əliyev prospekti ilə Cavanşir küçəsinin kəsişməsində yerləşən “Dost Market” adlı mağazanın önündə durmuş, özü də avtomobildə əyləşərək müştəri gözləmişdir. Bu zaman İsmayıllı şəhəri H.Əliyev prospekti ilə üzü şəhərinin mərkəzi istiqamətində Mersedes-benz markalı bir avtomobilin gəlib işıqforun qırmızı işığında dayandığını görmüşdür. İşıqforun yaşıl işığı yandıqdan sonra sola dönmə siqnalından istifadə etməklə sola, yəni Cavanşir küçəsinə dönməyə başlamışdır. Həmin prospektdən təxminən 150 metr aralıdan şəhərinin mərkəzi istiqamətində təxminən 120-130 km/saat sürətlə Mitsubishi markalı avtomobilin hərəkətdə olduğunu görmüş və həmin avtomobil yoldan çıxaraq qarşı hərəkət zolağına çıxmaqla işıqforun yaşıl işığında sola dönmə əməliyyatı edən Mersedes-benz markalı avtomobilin axra sol hissəsindən toqquşmuşdur. Zərbənin təsirindən Mersedes-benz markalı avtomobil irəli atılaraq onun avtomobilinin qabaq sol hissəsinə dəymişdir. Hadisə nəticəsində hər üç avtomobilə ziyan dəymiş, özü isə xəsarət almamışdır. Adlarını sonradan bildiyi Mersedesbenz C 200 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və Mitsubishi Airtrek minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə xəsarət almışlar. Hadisə baş verməzdən əvvəl spirtli içki qəbul etməmiş, ayıq və sağlam olmuşdur. Hadisə nəticəsində avtomobilinə vurulmuş ziyanın ödənilməsi iş üzrə yekun qərar qəbul edildikdən sonra sığorta təşkilatı tərəfindən ona ödəniləcəyi barədə razılaşmışlar. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə-tibbi ekspertizasının 02 mart 2021-ci il tаriхli 58 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ əlin birinci barmağın daraq sümüyünün oynaq başının sınığı, təpə və alın nahiyyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 28 fevral 2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 02 mart 2021-ci il tаriхli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – qismən hərəkət məhtudluğu, və hematrozla müşaiyət edilən sol diz oynağının sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 28 fevral 2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 08 aprel 2021-ci il tаriхli 8/631 nömrəli rəyindən görünür ki, təqdim olunan məlumatlara əsasən, Mitsubishi Airtrek minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etmklə onun hadisənin qarşısını almasına texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin birinci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Mersedesbenz C 200 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etmklə hadisənin qarşısını almasına texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 iyul 2021-ci il tаriхli 09/3677 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş 31 may 2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2002-ci il buraxılışlı Mitsubishi Airtrek minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2021-ci ilin fevral ayına dəymiş ziyan təxminən 1630,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -980,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 650,00 manat. Qüsur aktında işlək hissələrin bəzi detallarının sıradan çıxdığı qeyd edilsə də həmin hissələr aydın olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş 03 mart 2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 1999-cu il buraxılışlı Mersedes-benz C 200 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2021-ci ilin fevral ayına dəymiş ziyan təxminən 2260,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -1340,00 manat; Təmir-bərpa işlərinin qiyməti -920,00 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş 02 mart 2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2005-ci il buraxılışlı Vaz 21070 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyan təxminən 916,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -386,00 manat; Təmir-bərpa işlərinin qiyməti -630,00 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə-trasoloji və təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 26 iyul 2021-ci il tаriхli 8/1196 nömrəli rəyindən görünür ki, avtomobillər təmir olunduğundan toqquşma bucaqlarını müəyyən etmək mümkün deyildir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Mitsubishi Airtrek minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almasına texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin birinci bəndinin tələblərinə uyğunsuzluq olmuş, o, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin birinci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mersedes-benz C 200 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etmklə hadisənin qarşısını almasına texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 21070 minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Ağsu RQİ və TBŞ tərəfindən verilmiş 03 may 2021-ci il tarixli 016-312-858-1221 nömrəli məktubdan müəyyən olunur ki, Mitsubishi Airtrek minik” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı аvtоmоbil İsmayıllı rayon Cülyan kəndində qeydiyyatda olmaqla orada yaşayan Zərərçəkmiş şəxs3 mülkiyyətindədir və həmin avtomobilə dair Təqsirləndirilən şəxs adına 07 aprel 2020-ci il tarixədək istifadə hüququ verən etibarnamə olmudur. Həmin təşkilat tərəfindən verilmiş 05 may 2021-ci il tarixli 016-312-866-1221 nömrəli məktubdan müəyyən olunur ki, BDYPİ-nin mərkəzi informasiya sistemində Təqsirləndirilən şəxs adına etibarlılıq müddəti 07 aprel 2010-cu il tarixdən 07 aprel 2020-ci il tarixədək olan AB 185382 saylı, etibarlılıq müddəti 01 mart 2021-ci il tarixdən 01 mart 2031-ci il tarixədək olan BC 601106 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. 28 fevral 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verdiyi zaman Təqsirləndirilən şəxs adına Mitsubishi Airtrek minik” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı аvtоmоbilə dair etibarlılığı qüvvədə olmuş etibarnamə və sürücülük vəsiqəsi olmamışdır. 10 avqust 2021-ci il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X3 Hüquqi Şəxsdən alınmış 10 avqust 2021-ci il tarixli 02-01- 1498/21 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə 28 fevral 2021-ci il tarixli 59 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt, 28 fevral 2021-ci il tarixdə saat 14:30-da ayıq olmuşdur. 09 avqust 2021-ci il tarixli 215 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Cülyan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X2, 2006 və 2011-ci il təvəllüdlü uşaqları Toğrul və Talehdən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Müstəntiqin 10 avqust 2021-ci il tаriхli qərаrındаn görünür ki, Təqsirləndirilən şəxs bаrəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkаn tədbiri sеçilmişdir. AD № 953607 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes-benz C 200” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı rayon Cülyan kəndində yaşayan Zərərçəkmiş şəxs4 mülkiyyətindədir. ƏN-V № 414906 nömrəli etibarnamədən görünür ki, sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mersedes-benz C 200” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair istifadə hüququ olmuşdur. AE 970921 №-li “B” katiqoriyalı sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, hadisə baş verən vaxt, 28 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 sürücülük hüququ olmuşdur. AD № 652404 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21070” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 mülkiyyətindədir. AB 583916 №-li “B” katiqoriyalı sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, hadisə baş verən vaxt, 28 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 sürücülük hüququ olmuşdur. X1 Mərkəzi tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli 15 nömrəli məktubdan görünür ki, “Vaz 21070” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq kapot, qabaq bufer, sol bakavin, sol krel, abrisovka, alt çaşka, üst çaşka, amartizator, pavarotnik, sol fara, alt və üst panel, matorun paduşkası tamamilə sıradan çıxması nəticəsində avtomobilə dəymiş ziyanın ümumi məbləği 1045.00 manat təşkil edir. Həmin təşkilat tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli 17 nömrəli məktubdan görünür ki, “Mersedes-benz C 200” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa bufer, arxa sol krel, arxa alt çaşka, arxa üst çaşka, arxa amartizator, sol təkər diskiləri, arxa travers çaşka, arxa sil qapı, qabaq sol qapı, qapı üstü abivka, krel altı, hava soranın tamamilə sıradan çıxması nəticəsində avtomobilə dəymiş ziyanın ümumi məbləği 2445.00 manat təşkil edir. Həmin təşkilat tərəfindən verilmiş 31 may 2021-ci il tarixli 30 nömrəli məktubdan görünür ki, “Mitsubishi Airtrek minik” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön bufer, ön yəhər, sağ qabaq krel, sol qabaq krel, abrisovka, qabaq kapot və üst panel, radyator, və işlək hissələrin bəzi detalların tamamilə sıradan çıxması nəticəsində avtomobilə dəymiş ziyanın ümumi məbləği 4850.00 manat təşkil edir. Müstəntiqin 07 avqust 2021-ci il tаriхli qərаrındаn görünür ki, cinаyət işi üzrə “Mitsubishi Airtrek minik” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil mаddi sübut qismində tаnınmış və sahibi Zərərçəkmiş şəxs3 məsul saxlancına verilmişdir. Müstəntiqin 07 avqust 2021-ci il tаriхli qərаrındаn görünür ki, cinаyət işi üzrə “Mersedes-benz C 200” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil mаddi sübut qismində tаnınmış və sahibi Zərərçəkmiş şəxs4 məsul saxlancına verilmişdir. Müstəntiqin 07 avqust 2021-ci il tаriхli qərаrındаn görünür ki, cinаyət işi üzrə “Vaz 21070 markalı”**-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil mаddi sübut qismində tаnınmış və sahibi Zərərçəkmiş şəxs2 məsul saxlancına verilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 11 avqust 2021-ci il tаriхli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi, Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 əməlində Аzərbаycаn Rеspublikаsı İХM-nin 327.8-ci mаddəsinin tərkib əlаmətləri, Zərərçəkmiş şəxs2 əməlində həmin Məcəllənin 346.1-ci mаddəsinin tərkib əlаmətləri olduğundan bаrələrində inzibаti qаydаdа tənbеh tədbirləri görülməsi üçün qərаrın sürəti İsmayıllı RPŞ-nin DYPB-nə göndərilmiş, Mitsubishi Airtrek minik markalı **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar dərmiş ziyanın müəyyən edilməsi ilə bağlı əldə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi deyil, Təqsirləndirilən şəxs dedikləri əsas götürülərək ziyanın məbləği 4850 (dörd min səkkiz yüz əlli) manat kimi qəbul edilmiş, Zərərçəkmiş şəxs1 istifadəsində olan Mersedes-benz C 200 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı əldə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi deyil, Zərərçəkmiş şəxs1 dedikləri əsas götürülərək ziyanın məbləği 2445 (iki min dörd yüz qırx beş) manat kimi qəbul edilmiş, Zərərçəkmiş şəxs2 mülkiyyətində olan Vaz 21070 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı əldə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi deyil, Zərərçəkmiş şəxs2 dedikləri əsas götürülərək ziyanın məbləği 1045 (bir min qırx beş) manat kimi qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq оna ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 01 (bir) il 06(altı) ay müddətə və azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il 06(altı) ay müddətə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3– cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Bununla belə, iş üzrə maddi sübutlar olan “Mitsubishi Airtrek minik” markalı **-VB- ***, “Mersedes-benz C200” markalı **-EE-*** və “Vaz 21070 minik” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə 346.1.21 və 353.4.10–ci maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 450 manat təşkil etmişdir. Həmin məbləğ hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə ekspertiza xərci olan 450 (dörd yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübutlar - “Mitsubishi Airtrek minik” markalı **-VB-***, “Mersedesbenz C200” markalı **-EE-*** və “Vaz 21070 minik” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-53/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-53/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver