Məhkəmə qərarları › İş №1(037)-53/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-53/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-53/2022 14.09.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 və Qəbələ rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X10, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə 13 sentyabr 2022-ci il tarixdə saat 17:06-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1994-cü ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum edilməmiş, subay, işsiz, İsmayıllı rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 05 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi Zərərçəkmiş şəxs4 mülkiyyətində olan “VAZ 21063 minik” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Balik kəndinin ərazisindən keçən hissəsində, İsmayıllı şəhəri istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 20-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkət təhlükəsizliyini təmin etməyərək idarə etdiyi avtomobili ötmə əməliyyatı aparmaq üçün yolun qarşı sol hərəkət zolağına çıxararaq əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs3 mülkiyyətində olmaqla sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ- 21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaratmaqla yol hərəkəti qaydalarını pozmuş və Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ- 21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun Qaraməryəm istiqamətində sağ ehtiyyat hissəsinə istiqamətləndirib hərəkətini davam etdirmək istəyən zaman o da idarə etdiyi avtomobili yolun İsmayıllı şəhəri istiqamətində yolun sol ehtiyyat hissəsinə eyni tərəfə istiqamətləndirmiş, bu zaman qarşı əks hərəkət zolağında asvalt örtüklü yol üzərində Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi toqquşmuşdur. Nəticədə o, ehtiyatsızlıqdan “VAZ-21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 açıq kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət edilən alın sümüyünün basılmış sınığı, alın nahiyəsinin əzilmiş yarası, hər iki mil sümüyünün, sol diz qapağının yerdəyişmiş, Th10 fəqərənin kompression sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, toqquşduğu “VAZ 21063 minik” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs2 sağ qulağın, sağ dirsək oynağının, sağ budun yaraları, sol qamış sümüyünün yerdəyişmiş sınığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, eləcə də toqquşduğu “VAZ 21063 minik” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs4 3200 (üç min iki yüz) manat və “VAZ-21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs3 7045 (yeddi min qırx beş) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 05 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində sürücülük hüququ əsasında idarə etdiyi qonşusu Zərərçəkmiş şəxs3 məxsus “VAZ-21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 20-ci kilometrliyində, yolun İsmayıllı rayonunun Balik kəndinin ərazisindən keçən hissəsində, rayonunun Qaraməryəm kəndi istiqamətində, öz hərəkət yolunda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən, qarşıdan İsmayıllı şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs2 sürücülük hüququ olmadan idarə etdiyi Çingiz Abdiyevin mülkiyyətində olan “VAZ-21063” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ötmə əməliyyatına başlayaraq onun hərəkət yoluna çıxdığını görüb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücünün hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair tələbinə riayət etməyərək, yəni vaxtında tədbir görüb idarə etdiyi avtomobilin sürətini tam azaltmaqla avtomobilin dayandırılmasına nail olaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkət təhlükəsizliyini təmin etməyərək yol hərəkəti qaydalarını pozmuş və öz hərəkət yolunun sağ hissəsində avtomobilinin qabaq sağ hissəsi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ-21063” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 sağ saidin arxa nahiyəsinin yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almasına, həmin avtomobilin sərnişinləri olan Zərərçəkmiş şəxs2 sağ qulağın, sağ dirsək oynağının, sağ budun yaraları, sol qamış sümüyünün yerdəyişmiş sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına, onun toqquşduğu avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs1 açıq kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət edilən alın sümüyünün basılmış sınığı, alın nahiyəsinin əzilmiş yarası, hər iki mil sümüyünün, sol diz qapağının, yerdəyişmiş, Th10 fəqərənin kompression sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti almasına, eləcə də “VAZ-21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs3 7045 (yeddi min qırx beş) manat və idarə etdiyi “VAZ-21063” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Çingiz Abdiyevə 3200 (üç min iki yüz) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 1(037)-53/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, atası X4 etibarnamə əsasında “Vaz 21063” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 5 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində sürücülük hüququ olmadan həmin avtomobillə yaşadığı İsmayıllı rayonunun Təzəkənd kəndindən nişanlısı Zərərçəkmiş şəxs2 yaşadığı Ucar rayonunun Türkəci kəndinə yola düşmüşdür. Saat 14 radələrində İlqarənin yaşadığı evə çatmış, orada çay içdikdən sonra İlqarə ilə birlikdə İsmayıllı rayonuna yola düşmüşlər. İlqarə ön sərnişin oturacağında, o, isə sükan arxasında əyləşmişdir. Qaraməryəm-İsmayıllı-Şəki yolunun Balik kəndindən keçən hissəsində təxminən 50 km/saat surətlə hərəkətdə olarkən önündə qara rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “Range Raver” markalı avtomobil, həmin avtomobilin önündə isə dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı avtomobil hərəkət etmişdir. “Range Rover” markalı avtomobil “Kamaz” markalı avtomobili ötüb keçmək üçün qarşı yola çıxmış, o da avtomobili ilə “Range Raver” markalı avtomobilin arxası ilə getmişdir. “Range Raver” markalı avtomobili ötmə əməliyyatını həyata keçirib öz hərəkət zolağına qayıtmış, o isə qarşı tərəfdən qara rəngli “Vaz 21104” minik markalı avtomobilin gəldiyini görmüşdür. “Range Rover” markalı avtomobil hündür olduğu üçün o “Vaz 21104” markalı avtomobilin qarşıdan gəldiyini görə bilməmişdir. O, baş verəcək hadisənin qarşısını almaq üçün avtomobili İsmayıllı şəhəri istiqamətində olan yolun sol ehtiyat hissəsinə doğru yönəltmişdir. Əks təqdirdə onun idarə etdiyi avtomobilin “Kamaz” markalı avtomobillə toqquşacağı qaçılmaz idi. Həmin vaxt onun idarə etdiyi avtomobilin ön sağ hissəsi “Vaz 21104” markalı avtomobilin ön hissəsinə dəymiş, avtomobili digər avtomobilə dəydikdən sonra yolun sol ehtiyyat hissəsidə dayanmışdır. O, dərhal avtomobildən düşərək İlqarəni avtomobildən çıxartmış və kənarda oturdaraq ona su vermişdir. Bu zaman orada yol ilə hərəkət edən avtomobillər dayanmış və “Vaz 21104” markalı avtomobildə olan şəxslərin avtomobildən çıxarılmasına köməklik göstərmişlər. “Vaz 21104” markalı avtomobildə iki nəfər kişi, bir nəfər qadın və iki nəfər uşaq olmuşdur. Bir müddət sonra İsmayıllı RMX-nın TTYS-nın işçiləri hadisə yerinə gələrək onu və İlqarəni xəstəxanaya aparmışlar. Xəstəxanada olarkən xəsarət alan şəxsin adının Maarif olduğunu öyrənmişdir. Xəstəxanada həkimlər tərəfindən ona və İlqarəyə tibbi yardım göstərilmişdir. Avtomobili idarə edərkən tam ayıq və sağlam olmuşdur. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, onlara vurduğu ziyanı tamamilə ödəmişdir. Sonuncuların ondan şikayət və tələbləri yoxdur. Ailəsində ondan başqa işləyib gəlir əldə edən şəxs yoxdur. Qeyd etdiyi halları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, oğlu Zərərçəkmiş şəxs3 mülkiyyətində “VAZ-21104” markal, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Onun həmin avtomobilə dair 15 sentyabr 2021-ci il tarixə kimi qüvvədə olan etibarnaməsi olmuşdur. Özünün sürücülük hüququ olmadığından 5 sentyabr 2021-ci il tarixdə dostu və qonşusu Təqsirləndirilən şəxs1 oğlunun avtomobili ilə onu yaşadıqları Göyçay rayonunun Qaraməryəm kəndindən İsmayıllı rayonunun Gənzə kəndinə aparmağını xahiş etmişdir. Tələt ona etiraz etməmiş və səhər saatlarında onlar Gənzə kəndinə getmişlər. Onlar yeznəsi Vəligildə yemək yemiş, çay içmiş və söhbət etmişlər. Günorta saatlarında o, Vəlinin qızı Aygün və iki azyaşlı nəvəsi ilə birlikdə Qaraməryəmə getmək üçün yola düşmüşlər. Avtomobili Tələt idarə etmiş, o avtomobilin ön sərnişin oturacağında, Aygün və uşaqları isə arxa sərnişin oturacağında əyləşmişlər. Qaraməryəm-İsmayıllı-Şəki yolunun Balik kəndindən keçən hissəsində, “Göl” kafesinin yanından keçən zaman yolun sol hərəkət hissəsindən, yəni qarşı hərəkət zolağından “Kamaz” markalı avtomobilin arxasından ağ rəngli “Vaz 21063” minik markalı avtomobilin gəldiyini görmüş, bu zaman Tələt avtomobili yolun sağ ehtiyat hissəsinə doğru istiqamətləndirmişdir. Həmin vaxt “Vaz 21063” markalı avtomobilin sürücüsü də avtomobili İsmayıllı şəhəri istiqamətində olan yolun sol hərəkət hissəsinə doğru istiqamətləndirdiyi üçün onların olduğu avtomomobilin ön hissəsi həmin avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Bundan sonra nə baş verdiyini dəqiq xatırlamır. Xəstəxanada onun baş nahiyyəsindən ağır xəsarət aldığı məlum olmuşdur. Hazırda səhhəti normaldır. O, təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxs1 qarşı tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs1 barədə cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 isə ona vurduğu ziyanla bağlı iş üzrə yekun qərar qəbul edildikdən sonra sığorta təşkilatı tərəfindən ona ödəniləcək məbləğlə birlikə müəyyən bir məbləğin odəniləcəyi barədə razılaşmışlar. Ödəniləcək ziyanlığın məbləğindən asılı olaraq mülki qaydada iddia qaldırıb qaldımayacağı barədə həmin ödənişdən sonra qərar verəcəkdir. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs2 şikayəti və tələbi yoxdur. Cinayət işinin Təqsirləndirilən şəxs2 dair hissədə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, 2020-ci ilin avqust ayında “VAZ 21104 minik” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili alaraq mülkiyyətinə keçirmişdir. Həmin avtomobili barəsində atası Maarifə xx.xx.2021-ci il tarixədək müddətə baş etibarnamə vermişdir. 05 sentyabr 2021-ci il tarixdə atası və atasının dostu Tələt onun avtomobil ilə İsmayıllı rayonuna getmişlər. İsmayıllı rayonundan qayıdanda Qaraməryəm- İsmayıllı-Şəki yolunun İsmayıllı rayonunun Balik kəndindən keçən hissəsində Tələtin idarə etdiyi ona məxsus avtomobil ilə Xudaverdi adlı şəxsin idarə etdiyi avtomobil toqquşmuşdur. Nəticədə atası ağır dərəcəli bədən xəsarətləri almışdır. Həmin vaxt avtomobildə qohumu Aygün və sonuncunun uşaqları da olmuşlar. Hadisə Xudaverdinin qəfildən Tələtin hərəkət yoluna çıxması nəticəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ona 7045 manat maddi ziyan dəymişdir. O, təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxs1 qarşı tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs1 barədə cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 isə ona vurduğu ziyanla bağlı iş üzrə yekun qərar qəbul edildikdən sonra sığorta təşkilatı tərəfindən ona ödəniləcək məbləğlə birlikə müəyyən bir məbləğin odəniləcəyi barədə razılaşmışlar. Ödəniləcək ziyanlığın məbləğindən asılı olaraq mülki qaydada iddia qaldırıb qaldımayacağı barədə həmin ödənişdən sonra qərar verəcəkdir. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs2 şikayəti və tələbi yoxdur. Cinayət işinin Təqsirləndirilən şəxs2 dair hissədə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Çingiz Abdiyev ifadə verərək göstərdi ki, 2019-cu ilin dekabr ayında mülkiyyətində olan “Vaz 21063” markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobili İsmayıllı rayonunun Təzəkənd kənd sakini X1. Aralarında rəsmi alqı-satqı olmasa da Adgözələ etibarnamə vermişdir. Adgözəl Əkbərov gələcəkdə avtomobili öz adına keçirəcəyini demişdir. X2 həmin avtomobillə qəza törətdiyini eşitmişdir. Baş vermiş hadisə nəticəsində ona heç bir ziyan dəyməmişdir. Təqsirləndirilən şəxslər olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb və şikayəti yoxdur. Cinayət işi üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun nişanlısıdır. 5 sentyabr 2021ci il tarixdə saat 14 radələrində Xudaverdi atasına məxsus “Vaz 21063” minik markalı **- UN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Ucar rayonunun Türkəci kəndinə gəlmişdir. Xudaverdi çay içmiş, daha sonra isə o, valideyninin razılığı ilə Xudaverdi ilə birgə Təzəkənd kəndinə getmək üçün yola çıxmışlar. Avtomobili Xudaverdi idarə etmiş, o isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Qaraməryəm-İsmayıllı-Şəki yolunun Balik kəndindən keçən hissəsində yolun kənarında olan gölə baxmış, anidən avtomobilin hansısa avtomobillə toqquşduğunu hiss etmiş və huşunu itirmişdir. Ayılanda Xudaverdinin ona su verdiyini görmüş, biraz sonra İsmayıllı RMX-nın TTYS-nın işçiləri hadisə yerinə gələrək onu və Xudaverdini xəstəxanaya aparmışlar. Xəstəxanada onun ayağından xəsarət alması məlum olmuşdur. Xudaverdi onun müalicə xərclərini ödəmiş və müalicə olunaraq tamamilə sağalmışdır. Hazırda səhhəti normaldır. Ona vurulmuş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. X5 ifadə verərək göstərdir ki, 2021-ci ilin avqust ayının ortalarında uşaqları ilə birlikdə yaşadığı Bərdə rayonundan İsmayıllı rayonunun Gənzə kəndində yaşayan atasıgilə gəlmişdir. 5 sentyabr 2021-ci il tarixdə səhər saatlarında dayısı Zərərçəkmiş şəxs1 dostu Tələt ilə birlikdə Tələtin idarə etdiyi avtomobillə Gənzə kəndinə gəlmişlər. Onlar birlikdə yemək yeyib çay içmiş və söhbət etmişlər. Günorta saatlarında dayısı Maarif, sürücü Tələt, o və azyaşlı uşaqları birlikdə Gənzə kəndindən Göyçay rayonunun Qaraməryəm kəndi istiqamətində yola düşmüşlər. Avtomobili Tələt idarə etmiş, Maarif ön sərnişin oturacağında, o və uşaqları isə arxa sərnişin oturacağında əyləşmişlər. Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu Balik kəndindən keçən hissəsində yola baxarkən anidən yolun sol hərəkət hissəsindən, yəni qarşı hərəkət zolağından “Kamaz” markalı avtomobilin arxasından ağ rəngli “Vaz 21063” avtomobilin gəldiyini görmüş, həmin vaxt Tələt idarə etdiyi avtomobili sağa tərəf, yəni yolun sağ ehtiyat hissəsinə doğru istiqamətləndirmişdir. Bu zaman “Vaz 21063” markalı avtomobilin sürücüsü də avtomobili İsmayıllı şəhəri istiqamətində olan yolun sol hərəkət hissəsinə doğru istiqamətləndirdiyi üçün onların əyləşdikləri avtomomobilin ön hissəsi ilə həmin avtomobilin ön hissəsi toqquşmuşdur. Hadisədən sonra o, avtomobildən düşmüş və uşaqlarını da avtomobildən düşürmüşdür. Qısa müddət İsmayıllı RMX-nın TTYS-nın işçiləri hadisə yerinə gələrək “Vaz 21063” markalı avtomobilin sürücüsünü və həmin avtomobildə sərnişin olan qızı bir avtomobildə, Maarifi isə başqa bir avtomobildə xəstəxanaya aparmışlar. Məhkəmə-tibbi ekspertizasının 9 sentyabr 2021-ci il tarixli 414 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ saidin arxa nahiyəsinin yarası küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 05 sentyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 6 oktyabr 2021-ci il tarixli 472 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ qulağın, sağ dirsək oynağının, sağ budun yaraları, sol qamış sümüyünün yerdəyişmiş sınığı bərk-küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 05 sentyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2021-ci il tarixli 493 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- açıq-kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət edilən alın sümüyünün basılmış sınığı, alın nahiyəsinin əzilmiş yarası, hər iki mil sümüyünün, sol diz qapağının yerdəyişmiş, Th10 fəqərənin kompression sınığı bərk-küt əşya(alət) təsirindən törənmişdir, 05 sentyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 yanvar 2022-ci il tarixli 9/9176 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2006-cı il buraxılışlı “Vaz 21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3255,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1855,0 manat; Təmir-bərpa işlərinin qiyməti – 1400,0 manat. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən 1988-ci il buraxılışlı “Vaz 21063” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 4000,0 manat müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 4000,00 manat olmuş avtomobilə, qüsur aktına müvafiq olaraq 4100,0 manat xərc çəkilib təmir edilməsi məqsədəmüvafiq və rentabelli hesab edilmir. Təqdim edilmiş qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 20 % -ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 4000,00 manat olmuş 1988-ci il buraxılışlı “Vaz 21063” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 3200,00 (4000-20%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli 22 nömrəli arayışın surətindən görünür ki, 2006-cı il buraxılışlı “Vaz 21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı dəymiş ümumi ziyan 7045,0 manat müəyyən edilir. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 25 yanvar 2022-ci il tarixli 8/3273 nömrəli rəyindən görünür ki, “Vaz-21063” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomlbilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədrzalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. VAZ-21104 markalı **-BU-*** dövlət qeydiyyat niaşnlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Kompleks əlavə məhkəmə-yol nəqliyyat hadisələri və məhkəmə-trasoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli 8/535 nömrəli rəyindən görünür ki, “Vaz-21063” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomlbilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədrzalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. VAZ-21104 markalı **-BU- *** dövlət qeydiyyat niaşnlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Vaz-21063 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təmir olunduğundan, Vaz-21104 markalı 02-Bu-230 və Vaz-21063 markalı **-UN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hansı bucaq altında toqquşmasını müəyyən etmək mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. AD 634612 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21063 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir. 29 iyun 2021-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X9 tərəfindən etibarlılıq müddəti 29 iyun 2021-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək baş etibarnamə əsasında VAZ-21063 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 etibar edilmişdir. Təqsirləndirilən şəxs1 30 aprel 2013-cü il tarixdə verilmiş və 30 aprel 2023-cü il tarixədək etibarlılıq müddəti olan AB 520910 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. AD 911848 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21104 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs3 mülkiyyətindədir. 15 senyabr 2020-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən etibarlılıq müddəti 15 senyabr 2020-ci il tarixdən 15 senyabr 2021-ci il tarixədək baş etibarnamə əsasında VAZ-21104 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 etibar edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin 04 noyabr 2021-ci il tаriхli 016-312-2371- 1221 nömrəli məktubundаn görünür ki, Təqsirləndirilən şəxs1 BDYPİ Qеydiyyаt-İmtаhаn Şöbəsinin sürücülük hüququndаn məhrum еdilənlərin siyahısında yoxdur. Həmin məktubdan müəyyən olunur ki, hadisə zamanı VAZ-21063 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmuş Təqsirləndirilən şəxs2 adına sürücülük vəsiqəsi verilməmişdir. “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair 05 sentyabr 2021-ci il tarixli 403 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt, yəni 05 sentyabr 2021-ci il tarixdə ayıq olmuş, spirtli içki qəbul etməmişdir. “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair 05 sentyabr 2021-ci il tarixli 404 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt, yəni 05 sentyabr 2021-ci il tarixdə ayıq olmuş, spirtli içki qəbul etməmişdir. 19 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Müstəntiqin 12 fevral 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 11 fevral 2022-ci il tarixli 131 və 132 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1953-cü il təvəllüdlü atası X4 və 1955-ci il təvəllüdlü anası X6 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq оna ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Cinayət işi üzrə 278 (iki yüz yetmiş səkkiz) manat ekspertiza xərcinin 139 (bir yüz otuz doqquz) manat hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Cinayət işi üzrə 278 (iki yüz yetmiş səkkiz) manat ekspertiza xərcinin 139 (bir yüz otuz doqquz) manat hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar