Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-53/2023 13.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Rəşid qızının, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 13 iyul 2023-cü il tarixdə saat 12:55-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1974-cü ildə Laçın rayonunun Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilməmiş, Laçın rayonunun Hacılar kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonunun Diyallı kəndində məskunlaşaraq orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Zərərçəkmiş şəxs İsmayıllı rayonunun Diyallı kəndində yerləşən fermasında çobanlıq etməyə dair Zərərçəkmiş şəxs təklifi ilə razılaşaraq 02 dekabr 2022-ci tarixdə həmin fermaya gəlmiş və sonuncunun şifahi razılaşma əsasında ona etibar etdiyi 107 baş qoyun, 2 baş keçi, 3 baş quzu, 5 baş dana və 17 baş qazın çobanlığını etməyə başlamış, həmin vaxt o, qeyd olunan heyvanlardan bir hissəsini mənimsəmək qərarına gələrək, bu məqsədlə 02 dekabr 2022-ci il tarixdən 12 yanvar 2023-cü il tarixədək olan müddət ərzində, dəqiq tarixləri və saatları məlum olmayan vaxtlarda Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş 4 baş hər birinin diri çəkisi 35-40 kiloqram, təmiz ət çəkisi təxminən 18-20 kiloqram təşkil edən, hər biri 270 manat dəyərində olmaqla cəmi 1080 manat dəyərində erkək qoyunları, 1 baş diri çəkisi 45-50 kiloqram, təmiz ət çəkisi təxminən 22-25 kiloqram təşkil edən 300 manat dəyərində erkək qoyunu, 7 baş hər birinin təmiz ət çəkisi təxminən 5-6 kiloqram təşkil edən, hər biri 70 manat dəyərində olmaqla cəmi 490 manat dəyərində qazları vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq mənimsəyib ayrı-ayrı şəxslərə satmaqla əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs ümumilikdə 1870 (min səkkiz yüz yetmiş) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Sonuncunun ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə hökm çıxarılanadək zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə- əmtəəşünaslıq ekpertizasının 01 mart 2023-cü il tarixli 9/1176 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıda müəyyən edilir: 1) 1 baş diri çəkisi 45-50 kq, təmiz ət çəkisi 22-25 kq olan erkək qoyun - 300,0 manat, 2) 4 baş hər birinin diri çəkisi 35-40 kq, təmiz ət çəkisi 18-20 kq olan erkək qoyunlar 1080,0 (4 başx270) manat, 3) 7 baş hər birinin təmiz çəkisi 5-6 kq olan qazlar-490,0 (7 baş x 70 man) manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat təşkil edir. İsmayıllı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli PHŞ-6-47/2-175/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinkika şöbəsinin “Narkoloji”, “Ruhi-Əsəb və “Nevroloji” kabinetlərdə dispanser qeydiyyatda yoxdur. İsmayıllı RİH başçısının Diyallı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli 262 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonunun Hacılar kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonunun Diyallı kəndində məskunlaşaraq orada yaşayır. Təqsirləndirilən şəxs ailə tərkibi özündən və xx.xx.2002-ci il təvəllüdlü oğlu Rəşaddan ibarətdir, yaşayış yeri üzrə nümayəndəliyə barəsində yazılı və şifahi məlumat daxil olmamışdır. 25 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmin tələbnamədən eyni zamanda müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrinə əsasən əvvəllər cinayət məsuliyyətindən azad edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-ci il tarixdə saat 20:05-də şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 14 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin gün saat 18:40-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. dir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, Zərərçəkmiş şəxs İsmayıllı rayonunun Diyallı kəndində yerləşən fermasında çobanlıq etməyə dair Zərərçəkmiş şəxs təklifi ilə razılaşaraq 02 dekabr 2022-ci tarixdə həmin fermaya gəlmiş və sonuncunun şifahi razılaşma əsasında ona etibar etdiyi 107 baş qoyun, 2 baş keçi, 3 baş quzu, 5 baş dana və 17 baş qazın çobanlığını etməyə başlamış, həmin vaxt o, qeyd olunan heyvanlardan bir hissəsini mənimsəmək qərarına gələrək, bu məqsədlə 02 dekabr 2022-ci il tarixdən 12 yanvar 2023-cü il tarixədək olan müddət ərzində, dəqiq tarixləri və saatları məlum olmayan vaxtlarda Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş 4 baş hər birinin diri çəkisi 35-40 kiloqram, təmiz ət çəkisi təxminən 18-20 kiloqram təşkil edən, hər biri 270 manat dəyərində olmaqla cəmi 1080 manat dəyərində erkək qoyunları, 1 baş diri çəkisi 45-50 kiloqram, təmiz ət çəkisi təxminən 22-25 kiloqram təşkil edən 300 manat dəyərində erkək qoyunu, 7 baş hər birinin təmiz ət çəkisi təxminən 5-6 kiloqram təşkil edən, hər biri 70 manat dəyərində olmaqla cəmi 490 manat dəyərində qazları vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq mənimsəyib ayrı-ayrı şəxslərə satmaqla əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs ümumilikdə 1870 (min səkkiz yüz yetmiş) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Sonuncunun ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə hökm çıxarılanadək zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədimiş, ondan şikayət və tələbini yoxdur və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73-1.1-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci mаddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Məhkəmə qərara gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut və müsadirə edilməli əmlak yoxdur. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 305-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-53/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-53/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver