Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-53/2024 03.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 03 dekabr 2024-cü il tarixdə saat 15:12-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1992-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 455 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 27 iyul 2024-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, qeyd edilən tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yaşadığı evin yaxınlığında saxlanılıb İsmayıllı rayon polis şöbəsinə dəvət edilərək həmin gün saat 18 radələrində üzərində şəxsi axtarış aparılarkən əlində olan göy rəngli sellofan torbanın içərisindən göy rəngli sellofan torbada qablaşdırıb saxladığı xeyli miqdar təşkil edən 455 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonunun İsmayıllı kəndində yaşayır, fərdi əməklə məşğul olmaqla dolanışığını təmin edir. Arabir narkotik vasitə olan marixuana istifadə etmişdir. Bundan heç kimin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. 27 iyul 2024-cü il tarixdə günorta saatlarında Xanagah kəndi ərazisində yerləşən meşəyə göbələk yığmağa gtmiş, meşə sahəsində rastına zibillik çıxmışdır. Həmin zibillikdə 1 ədəd göy rəngli sellofan torba onun diqqətini cəlb etmiş və həmin torba diqqətini cəlb etmiş, yaxınlaşıb torbanı götürmüş və açdıqda həmin torbanın içərisində də daha bir ədəd sellofan torbanın olduğunu və həmin torbanın yapışqanlı lentlə bağlandığını görmüşdür. O, yapışqanlı lenti açıb torbanın içərisində baxdıqda orada yaşıl rəngli bitki kütləsinin olduğunu görmüşdür. O, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmiş və marixuanadan istifadə etdiyi üçün həmin torbanı özü ilə götürüb piyada yaşadığı ünvana yola düşmüşdür. Həmin gün, yəni 27 iyul 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evinin yaxınlığında olarkən bir neçə şəxs ona yaxınlaşmış, özlərini təqdim edərkək onların İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları olmalarını bildirmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirəcəklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək onu özləri ilə birlikdə İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Bundan sonra onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirdilər. Həmçinin polis əməkdaşları ona şəxsi axtarış prosesini video kamera vasitəsilə qeydə alacaqlarını demiş, o, buna etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. O, əlində olan göy rəngli sellofan torbada qurudulmuş marixuana olduğunu bildirmiş və həmin göy rəngli sellofan torbanı təqdim etmişdir. Sellofan torba açılıb baxıldıqda içərisində başqa bir torba aşkar edilmiş, həmin torbaya baxış keçirildikdə içərisindən narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilmişdir. Sorğu zamanı o, həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, 27 iyul 2024-cü il tarixdə günorta saatlarında Xanagah kəndi ərazisində yerləşən meşə sahəsindəki zibillikdən tapdığını, əvvəllər marixuanadan istifadə etdiyi üçün torbanı götürdüyünü, özünün istifadəsi məqsədi ilə özü ilə götürərək yaşadığı ünvanda gətirib orada gizlətmək fikrinin olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, elə həmin sellofan torbada qablaşdırılmış və götürülmüşdür. Bundan başqa üzərindən heç bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib olunmuş, protokolun doğruluğunu o, vəkili və polis əməkdaşları imzaları ilə təsdiq etmişlər. O, başqa heç kimə narkotik satmamış, nə də pay verməmişdir. Hazırda əməlindən peşmandır. Törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini başa düşür, bir daha belə əməllərlə məşğul olmayacaqdır. Gəncdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, qeyd etdikləri nəzərə alınaraq ona həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. X6 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. Bu hadisə olan ərəfədə isə İsmayıllı RPŞ-nin məsul növbətçisi vəzifəsini əvəz etmişdir. 27 iyul 2024-cü il tarixdə 18 radələrində o, İsmayıllı RPŞ-nin məsul növbətçisi vəzifəsini əvəz edən zaman polis əməkdaşları sonradan adını bildiyi İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs İsmayıllı RPŞ-nə gətirmişlər. Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında Hüseyinə hüquq və vəzifələri izah olunmuş, onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Bundan sonra Hüseyinin, vəkili İslam İsmayılovun və onların iştirakı ilə sonuncunun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Həmçinin onlar Hüseyinə şəxsi axtarış prosesini video kamera vasitəsilə qeydə alacaqlarını demişlər, Hüseyin isə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarışda o da iştirak etmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Hüseyin həmin vaxtı əlində olan göy rəngli sellofan torbada narkotik vasitə hesab olunan qurudulmuş marixuana olduğunu, təqdim edə biləcəyini bildirmiş və həmin göy rəngli sellofan torbanı təqdim etmişdir. Torba açılıb baxıldıqda içərisində başqa göy rəngli sellofan torba aşkar edilmiş, həmin torbaya baxış keçirildikdə içərisində yaşımtıl rəngli, spesifik qoxuya malik kütlə aşkar edilmişdir. Sorğu zamanı Hüseyin həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, kütləni 27 iyul 2024-cü il tarixdə günorta saatlarında Xanagah kəndi ərazisində yerləşən meşə sahəsində zibillikdən tapdığını, əvvəllər istifadə etdiyi üçün qoxusundan içərisində nəşə kimi adlandırılan marixuana olmasını bildiyini, həmin vaxtı tək olduğunu və sellofan torbanı götürdüyünü, qurudulmuş marixuana narkotik vasitə qəbul etdiyi üçün sonra istifadə etməyindən ötrü özü ilə götürərək yaşadığı ünvanda gizlətmək fikrinin olduğunu bildirmişdir. Aşkar edilmiş sellofan torbada olan qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuş, qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən qeyd olunandan əlavə narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib olunmuş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. X2 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 27 iyul 2024-cü il tarixdə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş və əməliyyat-istintaq qrupu yaradılmışdır. Qrupun tərkibinə o, istintaq bölməsinin müstəntiqi, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, PPXB-nin polis nəfəri daxil edilmişdir. Həmin gün saat 17 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs İsmayıllı rayonunun İsmayıllı kəndində piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, özlərini təqdim edərək İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlar Hüseyinə üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirəcəklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək Hüseyinin onlarla birlikdə İsmayıllı RPŞ-nə getməyə dəvət etmişlər. Hüseyin onlara etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında Hüseyinə hüquq və vəzifələri izah olunmuş, onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Bundan sonra Hüseyinin, vəkilinin və onların iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Həmçinin onlar Hüseyinə şəxsi axtarış prosesini video kamera vasitəsilə qeydə alacaqlarını demişlər. Sonuncu heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarışda İsmayıllı RPŞ-nin məsul növbətçisi vəzifəsini əvəz edən İTBnin polis sahə rəisi, polis kapitanı X14 da iştirak etmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, həmin vaxtı əlində olan göy rəngli sellofan torbada narkotik vasitə hesab olunan qurudulmuş marixuana olduğunu, təqdim edə biləcəyini bildirmiş və həmin göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin göy rəngli sellofan torba açılıb baxıldıqda içərisində başqa göy rəngli sellofan torba aşkar edilmiş, həmin 01 ədəd göy rəngli sellofan torbaya baxış keçirildikdə içərisində yaşımtıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilmiş, sorğu zamanı Hüseyin, həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, həmin kütləni 27 iyul 2024-cü il tarixdə günorta saatlarında Xanagah kəndi ərazisində yerləşən meşə sahəsində tək olduğu zaman həmin göy rəngli sellofan torbada tapdığını, həmin sellofan torbanı açıb içərisinə baxarkən quru halda və əvvəllər istifadə etdiyi üçün qoxusundan isə nəşə kimi adlandırılan marixuana olmasını bildiyini, həmin vaxtı tək olduğunu və sellofan torbanı götürdüyünü, qurudulmuş marixuana narkotik vasitə qəbul etdiyi üçün sonra istifadə etməyindən ötrü özü ilə götürərək yaşadığı ünvanda gizlətmək fikrinin olduğunu bildirmişdir. Aşkar edilmiş 01 ədəd göy rəngli sellofan torbada olan qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuş, sellofan torba qablaşdırılmış və götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib olunmuş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şahid, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X11 da eyni məzmunlu ifadə verərək X4 ifadəsində göstərilənləri təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Şəxsi axtarış aparılması və götürmə barədə” 28 iyul 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan torbada 455 qram çəkidə qurudulmuş marixuana aşkar edilmiş və 1 ədəd kağız zərfə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 28 iyul 2024-cü il tarixli 3-16-16/2-17/665 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan torbada...” adlar və imzalar yazılmış sellofan torbanın içərisindəki 01(bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi – 455,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Qeyd edilən məhkəmə-bioloji ekspertiza rəyinin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi 455,0 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 454,95 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2024-cü il tarixli 1745 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 454,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 455 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 27 iyul 2024-cü il tarixə kimi üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 455 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 27 iyul 2024-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, qeyd edilən tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yaşadığı evin yaxınlığında saxlanılıb İsmayıllı rayon polis şöbəsinə dəvət edilərək həmin gün saat 18 radələrində üzərində şəxsi axtarış aparılarkən əlində olan göy rəngli sellofan torbanın içərisindən göy rəngli sellofan torbada qablaşdırıb saxladığı xeyli miqdar təşkil edən 455 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindən alınmış 21 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış 25 oktyabr 2024-cü il tarixli 2843 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayır, subaydır, ailə tərkibi özündən, 1965-ci il təvəllüdlü atası X3 və 1965-ci il təvəllüdlü anası X1 ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X10 Hüquqi Şəxsindən alınmış 23 oktyabr 2024-cü il tarixli 18-1-47/2- 1185/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxsun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il saat 17:43-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 iyul 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 16:38-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 454,95 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il saat 17:43-dən 29 iyul 2024-cü il saat 16:38dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 3(üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 2(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndindəki) evi tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 454,95 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 35(otuz beş) manat 97(doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-53/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-53/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver