Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-54/2021 21.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə 21 dekabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 3 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin Bakı şəhəri Yasamal rayon X19 hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi işləmiş, daxili xidmət baş leytenantı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin Bakı şəhəri Yasamal rayon X19 hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni işləmiş, daxili xidmət çavuşu, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü və qeyrisi vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə qeyrisini təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X19 Xidməti üzrə 13 aprel 2017-ci il tarixli əmri ilə FHN-nin X19 Xidmətinin Bakı şəhəri Yasamal rayon X19 hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə FHN-nin X19 Xidmətinin Bakı şəhəri Yasamal rayon X19 hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində işləyən, daxili xidmət çavuşu Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib özləri barədə geniş əlaqələrindən istifadə edərək FHN-nin vəzifəli şəxslərinin vasitəsi ilə həmin orqanda istənilən şəxsi işə düzəltmək imkanlarının olmasına dair uydurma fikir formalaşdırıb, özünə 2020-ci ilin sentyabr-oktyabr aylarında bununla bağlı müraciət etmiş X9 özləri barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Əhliyət Əzizovun övladı X10 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunu FHNnin X19 Xidmətinin İsmayıllı rayonu X2biliyyət imtahanından keçirməyə, yanğın söndürən vəzifəsinə qəbul etdirməyə və çıxacaq digər xərclərə görə özü və qabaqcadan əlbir olmaqla “Məmmədəli” kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 vasitəsilə birbaşa yolla maddi nemət olan 13.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Əhliyət Əzizovun maddi imkanının aşağı olması ilə əlaqədar həmin məbləği tam deyil, müəyyən qismini verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 12 oktyabr 2020-ci il tarixdə İsmayıllı şəhəri ərazisində 100 manat, Raquf Əzizlinin qabiliyyət imtahanlarından və tibbi komissiyadan keçirilməsi üçün X13 Əzizli vasitəsilə 2020-ci ilin oktyabr ayında Bakı şəhəri ərazisində ümumilikdə 1.500 manat, 2020-ci ilin oktyabr ayının sonlarında İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində 40 manat, 2020-ci ilin noyabr ayının ortalarında İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən Əhliyət Əzizovun yaşadığı evin həyətində 5.000 manat məbləğində pulu özü, 19 dekabr 2020-ci il tarixdə həmin yerdə 5.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 aldıqdan sonra həmin pul vəsaitini sonuncu ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Əhliyət Əzizova məxsus ümumilikdə 11.640 (on bir min altı yüz qırx) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Raquf Əzizlinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Əhliyət Əzizovu vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü və qeyrisi vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə qeyrisini təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının FHN-nin X19 Xidməti üzrə 21.01.2016-cı il tarixli əmri ilə Azərbaycan Respublikasının FHN-nin X19 Xidmətinin Bakı şəhəri Yasamal rayon X19 hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə FHN-nin X19 Xidmətinin Bakı şəhəri Yasamal rayon X19 hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində işləyən, daxili xidmət baş leytenantı Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib özləri barədə geniş əlaqələrindən istifadə edərək FHN-nin vəzifəli şəxslərinin vasitəsi ilə həmin orqanda istənilən şəxsi işə düzəltmək imkanlarının olmasına dair uydurma fikir formalaşdırıb, Təqsirləndirilən şəxs1 2020-ci ilin sentyabr-oktyabr aylarında bununla bağlı müraciət etmiş X9 özləri barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Əhliyət Əzizovun övladı X10 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunu FHN-nin X19 Xidmətinin İsmayıllı rayonu X2biliyyət imtahanından keçirməyə, yanğın söndürən vəzifəsinə qəbul etdirməyə və çıxacaq digər xərclərə görə özü və qabaqcadan əlbir olmaqla onu “Məmmədəli” kimi təqdim edən Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 13.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Əhliyət Əzizovun maddi imkanının aşağı olması ilə əlaqədar həmin məbləği tam deyil, müəyyən qismini verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 12 oktyabr 2020-ci il tarixdə İsmayıllı şəhəri ərazisində 100 manat, Raquf Əzizlinin qabiliyyət imtahanlarından və tibbi komissiyadan keçirilməsi üçün X13 Əzizli vasitəsilə 2020-ci ilin oktyabr ayında Bakı şəhəri ərazisində ümumilikdə 1.500 manat, 2020-ci ilin oktyabr ayının sonlarında İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində 40 manat, 2020-ci ilin noyabr ayının ortalarında İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən Əhliyət Əzizovun yaşadığı evin həyətində 5.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs1, 19 dekabr 2020-ci il tarixdə həmin yerdə 5.000 manat məbləğində pulu şəxsən özü aldıqdan sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, qabaqcadan əlbir olduğu sonuncu ilə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Əhliyət Əzizova məxsus ümumilikdə 11.640 (on bir min altı yüz qırx) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Raquf Əzizlinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Əhliyət Əzizovu vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, 5 aprel 2017-ci il tarixdən Azərbaycan Respublikasının FHN-nin Bakı şəhəri Yasamal rayonu X19 Xidmətinin 31 saylı Yanğından mühafizə bölməsinin növbə rəisinin köməkçisi vəzifəsində işləyir, daxili xidmət baş leytenantıdır. X37 tanışlığı sonuncunun oğlu Yaqub Əzizli vasitəsi ilə yaranmışdır. Belə ki, karantin dövrünə təsadüf edilən 2020-ci ilin yay aylarında iş yoldaşı Təqsirləndirilən şəxs2la birlikdə pandemiya qaydalarını pozduqları üçün saxlanılaraq Bakı şəhəri Nərimanov rayonu 17-ci polis bölməsinə aparılmışlar. Bu zaman orada xidmətdə olan Daxili Qoşunların hərbi qulluqçusu Yaqub Əzizli ilə tanış olmuş və həmin vaxtdan sonra Yaqubla onların dostluq münasibətləri yaranmışdır. Həmin vaxtdan bir neçə ay sonra tarixini xatırlamadığı gündə Yaqubun dəvəti ilə o, Anarla birlikdə Yaqubun yaşadığı İsmayıllı rayonunun Kəlbənd kəndinə qonaq gəlmiş, orada Yaqubun atası Əhliyət Əzizovla tanış olmuşdur. Onların evində yeyib içərək ümumi söhbətlər etmiş və Bakı şəhərinə qayıtmışlar. 2021-ci ilin yanvar ayında böyrəyində daş olduğu üçün cərrahi əməliyyat olunmuş və pula ehtiyacı yaranmışdır. Atası ilə münasibətləri soyuq olduğundan atasından pul istəyə bilməmiş və əlacsızlıqdan Yaqub Əzizlidən 900 manat borc pul almışdır. O, pulu alarkən Yaquba borcunu 300 manat faizi ilə birlikdə ödəyəcəyini bildirmişdir. Bir neçə gündən sonra Yaqub ondan pulu tələb etmiş və xəstəxanada olduğundan pulu sağalandan sonra qaytaracağını demişdir. Yaqub bu məsələni artıq atasının da bildiyini deyərək təkidlə pulu faizi ilə birlikdə tələb etmişdir. O naəlac qalaraq atasına xəbər göndərmiş və atası bu məsələni bildikdən sonra ona 900 manat pul vermişdir. Təxminən 15 gündən sonra o, Təqsirləndirilən şəxs2 yanına çağıraraq 900 manat pulu ona vermiş və Yaqubun kartına ödəməyini xahiş etmişdir. Elə həmin gün Anar ona zəng edərək ona verilmiş pulun 880 manatını Yaqubun əmək haqqı kartına göndərdiyini, 20 manatını isə maşınına benzin vurduğunu demişdir. Bundan bir neçə gün sonra Yaqub Əzizli ona zəng edərək verdiyi borcun faizlərini qaytarmasını xahiş etmiş və bu borc məsələsindən atası Əhliyət Əzizovun da xəbərdar olduğunu qeyd etmişdir. O isə faizi ödəməyə imkanı olmadığını demiş və borcu iki ay müddətinə götürdüyünü, lakin 15 gün müddətinə qaytardığı səbəbindən hər hansı faiz ödəməyəcəyini bildirmişdir. Bundan sonra Yaqubun atası Əhliyət Əzizov dəfələrlə ona zəng edərək borcun faizini qaytarmasını, əks halda onu və Təqsirləndirilən şəxs2 şərləyəcəyini bildirmişdir. Bu danışıqlar zamanı Əhliyyət onlardan 300 manat faizin əvəzinə 10.000 manat pul alacağını demişdir. O Əhliyyətə belə bir pul almadıqlarını demiş və ona əlavə heç bir ödəniş etməyəcəyini bildirmişdir. Bundan sonra Əhliyət Əzizov onun iş yerinə basqın edərək ondan əsassız olaraq dediyi məbləği pulu tələb etmiş və dəfələrlə ona zənglər edərək hədələmişdir. Onun hədələyici zənglərindən təngə gəlmiş və görüşməyi qərara almışlar. Əhliyyət Bakı şəhərinə gəlmiş və Anar, Anarın arvadı Xavər, o və arvadı Yavərxanım Bakı şəhəri Xətai rayonunda yerləşən Bravo marketin yaxınlığında Əhliyyətlə görüşmüşlər. Həmin görüş zamanı Əhliyyət son dərəcə aqressiv vəziyyətdə onlardan pul tələb etmiş, onları təhqir etmiş, hansı yolla olursa olsun tələb etdiyi pulu onlardan alacağını demişdir. Bu zaman Anarın arvadı Xavər Əhliyyətə yaxınlaşmış və ondan pulu nə üçün və necə verdiyini soruşmuşdur. Bu zaman Əhliyyət guya oğlunun işə düzəlməsi məsələsi ilə əlaqədar onlara pul verdiyini demişdir. O və Anar isə bunun yalan olduğunu demiş və Əhliyyətə şikayət etməyini demişdir. Bu məsələdən bir neçə gün sonra Əhliyyət ona zəng edərək bu məsələdən onu kənarlaşdırdığını və pulu Anardan alacağını demişdir. O, bir daha Əhliyyətə ondan heç bir məbləğdə pulun alınmadığını bildirmiş və əgər ondan kiminsə tərəfindən əsassız yerə pul alınıbsa hüquq-mühafizə orqanlarına şikayət etməyini məsləhət görmüşdür. X6 əməkdaşı olduğu nazirliyə şikayət edərək guya övladının işi ilə bağlı Anara və ona 10.000 manat verdiyini, onların isə həmin pulu alaraq ələ keçirdiklərini bildirmişdir. Hal bu ki, Əhliyət Əzizov övladının işə qəbulu ilə bağlı ona hər hansısa bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs2 isə Əhliyyətin pul verib verməməsindən məlumatsızdır. O heç vaxt Əhliyət Əzizovun övladının işə qəbulu ilə bağlı danışıq aparmamış və bunun müqabilində pul almamışdır. Yalnız sonuncunun oğlu Yaqubdan 900 manat faizə borc almış, həmin pulu faizi ilə birlikdə qaytaracağına söz versə də pulu vaxtından əvvəl qaytardığı üçün faiz ödəməmişdir. Təqsirləndirilən şəxs2 isə Əhliyət Əzizova 3.500 manat pulu hansı səbəbdən ödəməsini bilmir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli hesab etmir və ona bəraət verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə özünü təqsirli bilməməsinə dair ifadəsinə münasibət bildirərək hesab edir ki, onun ifadəsi özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti güdür. Onun ifadəsi şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirilmə protokolları, zənglərlə bağlı səs yazıları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, 2010-cu ildən hal-hazırkı vaxta kimi FHN-nin DYMX-nin Yasamal rayon DYMH-nin 31 saylı YMB-nin yanğınsöndürəni vəzifəsində çalışır. Əhliyət Əzizovu iş yoldaşı Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımış və münasibəti yaranmışdır. Belə ki, Əhliyyətin oğlu Yaqub Nicatla dost olmuşdur. Nicatın təklifi ilə onlar birlikdə Yaqubun yaşadığı İsmayıllı rayonunun Kəlbənd kəndinə qonaq gəlmiş, orada Yaqubun atası Əhliyət Əzizovla tanış olmuşdur. Onların evində yeyib içərək ümumi söhbətlər etmiş və Bakı şəhərinə qayıtmışlar. 2021-ci ilin yanvar ayında Nicatın böyrəyində daş olduğu üçün cərrahi əməliyyat olunmuş və pula ehtiyacı yaranmışdır. Həmin vaxt Nicatın Yaqubdan borc pul aldığı barədə məlumatlı olmuşdur. O istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 2020-ci ilin sonlarında tanış olduğu Əhliyət Əzizovun övladı Raquf Əzizlini çalışdıqları qurumun X19 Hissəsinin İsmayıllı rayon bölməsinə yanğınsöndürən kimi işə qəbul etdirəcəyi vədini verməklə bununla bağlı Raquf Əzizlinin işə qəbulu ilə bağlı xəstəxanadan sağlamlıq arayışı və müxtəlif dövlət idarələrindən arayışlar aldığını bildirmişdir. Əslində isə belə bir məsələ olmamış, Yaqub Nicatdan müəyyən məsləhətlər almış, arayışlardan bir neçəsinin alınmasına bir yerdə getmişlər. X27 atası Əhliyət Əzizov ilə aralarında mübahisə yaranmışdır. Onlar birlikdə rayona gəldiklərinə görə Əhliyət Əzizov onların əlbir olduqlarını düşünərək ondan da pul tələb etməyə başlamış və onun da barəsində şikayət etmişdir. Bu səbəbdən o, işini itirməmək üçün Əhliyət Əzizovun tələb etdiyi pulun 5.000 manatını ödəməyi öz öhdəsinə götürərək həmin puldan 3.500 manatını Əhliyət Əzizova ödəmiş, qalanını isə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Əhliyət Əzizov övladının işə qəbulu ilə bağlı Nicata və ona heç bir məbləğdə pul verməmişdir. Əhliyət Əzizovun yaşadığı ünvana Təqsirləndirilən şəxs1 xahişi ilə yalnız qonaq kimi getmişlər. Ona ləqəb olaraq Məmmədəli deyildiyindən X42 və ailə üzvlərinə onu Məmmədəli kimi təqdim etmişdir. X17 onun adının Anar olduğunu bilmişdir. Onun Nicatla birlikdə Əhliyyətdən ittihamla müəyyən edilmiş məbləğdə pulu aldıqlarına dair məhkəmə hazırlıq iclasında verdiyi ilkin ifadəsinə münasibətdə isə qeyd edir ki, bu ifadəni Əhliyyətin təkidli xahişləri və tələbi əsasında vermişdir. Belə ki, cinayət işinin məhkəməyə verilməsi ərəfəsində Əhliyyət dəfələrlə ona zənglər edərək məhkəmədə Nicatın əleyhinə ifadə verməyini tələb etmiş, bunu edəcəyi təqdirdə ona qarşı şikayətçi olmayacağını, hətta ondan aldığı 3500 manatı qaytaracağını, ona əlavə pul verəcəyini demişdir. O, Əhliyətə inandığından bu məzmunda ifadə vermişdir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli hesab etmir və ona bəraət verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəyə münasibət bildirərək qeyd edir ki, onun özünü verilmiş ittiham üzrə təqsirli bilməməsi və Təqsirləndirilən şəxs1 və onun Əhliyyət Əzizovdan oğlunun işə düzəlməsi məsələsi üçün pul almamasına dair qeyd etdiyi xüsusatlar özünü və Təqsirləndirilən şəxs1 müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsi onun özünün ibtidai istintaqın gedişində verdiyi ifadəsi, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edilir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqın gedişində verdiyi ifadəsində göstərmişdir ki, özünü ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilmir. 2010-cu ildən hal-hazırkı vaxta kimi Azərbaycan Respublikasının FHN-nin DYMXnin Yasamal rayon DYMH-nin 31 saylı YMB-nin yanğınsöndürəni vəzifəsində çalışır. X38 Məmmədov vasitəsi ilə tanımış və münasibəti yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin sonlarında tanış olduğu Əhliyət Əzizovun övladı Raquf Əzizlini çalışdıqları qurumun X19 Hissəsinin İsmayıllı rayon bölməsinə yanğınsöndürən kimi işə qəbul etdirəcəyi vədini verməklə bununla bağlı Raquf Əzizlinin işə qəbulu ilə bağlı bir neçə sağlamlıq və bu kimi dövlət idarələrindən keçirməklə arayışlar almışdır. Qeyd olunan qulluğa qəbul ilə bağlı nə qədər pulun alınması barədə məlumatı olmasa da, Təqsirləndirilən şəxs1la aralarında olan danışıqlar zamanı bu iş həll edildikdən sonra Əhliyət Əzizovdan pul alacağını bildirmiş, lakin alınacaq pulun məbləği barədə onun məlumatı olmamışdır. Eləcə də, Təqsirləndirilən şəxs1 bu işin icrası ilə bağlı ona heç bir pul verməmişdir. Sadəcə olaraq ona İsmayıllı rayonuna aparmağı ilə əlaqədar yol xərci kimi iki dəfə 100 manat pul vermişdir. Daha sonra bilmədiyi səbəbdən Təqsirləndirilən şəxs1 qeyd olunan işə qəbul məsələsini icra edə bilməmiş və bu səbəbdən də onun Əhliyət Əzizov ilə aralarında mübahisə yaranmışdır. Nicat onun da həmin məsələdə adını hallandırdığından Əhliyət Əzizov onların əlbir olduqlarını düşünərək ondan da pul tələb etmiş və barəsində şikayət etmişdir. Bu səbəbdən o, işini itirməmək üçün Əhliyət Əzizovun tələb etdiyi pulun 5.000 manatını ödəməyi öz öhdəsinə götürərək həmin puldan 3.500 manatını artıq Əhliyət Əzizova ödəmiş, qalanını isə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Əhliyət Əzizov övladının işə qəbulu ilə bağlı ona pul verməmiş, bu iş ilə bağlı Təqsirləndirilən şəxs1 nə qədər pul verməsi barədə məlumatsızdır. Təqsirləndirilən şəxs1 bu işin icrası üçün Ə.Əzizovun övladını bir neçə qurumdan yoxlanışdan keçirməklə müvafiq sənədlərin alınmasında fəal iştirak etmişdir. Əhliyət Əzizovun yaşadığı ünvana getməkdə başqa məqsədi olmamış, çünki oraya Təqsirləndirilən şəxs1 xahişi ilə getmiş və Nicat ona Əhliyət Əzizovun evinə getməkdə məqsədinin sonuncunun övladını işə qəbul etdirmək olduğunu bildirmişdir. Eləcə də o, Əhliyət Əzizovun yaşadığı ünvana Təqsirləndirilən şəxs1 ilə birlikdə gedərək orada ailə üzvləri ilə söhbət edən zaman N.X28 tək halda yanına çağıraraq onlardan kənar təxminən 10 dəqiqə ayrı qalmışlar. Həqiqətən də onun adı Əhliyət Əzizov və ailə üzvlərinə Təqsirləndirilən şəxs1 tərəfindən Məmmədəli kimi təqdim olunmuşdur. O, Nicata adını düzgün təqdim etməsini bildirsə də, Nicat buna etiraz edərək adını düzgün təqdim etməmiş və ona da adını düzgün təqdim etməyə imkan verməmişdir. X20 kimi tanıtdığı onun adından Əhliyət Əzizovdan pul aldığından yalanının ortaya çıxmaması üçün adını düzgün təqdim etməyə imkan vermədiyini düşünür. Şahid X23 ifadə verərək göstərdi ki, hərbi qulluqçu olan böyük oğlu Yaqub 2020-ci ilin sentyabr ayının axırlarında gücləndirilmiş karantin rejimi ilə bağlı Bakı şəhəri Nərimanov rayonu ərazisində digər xidmət yoldaşları ilə xidmətdə olarkən karantin rejimi qaydalarını pozmuş Nicat və Anarı saxlayaraq 17-ci polis bölməsinə gətirərək polisə təhvil vermişlər. Yaqub bölmədə həmin şəxslərlə söhbət edərkən onlar özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim etmiş və onların Yaqubla münasibətləri yaranmışdır. Həmin ərəfələrdə o, kiçik oğlu Raqubu işə düzəltmək istəmişdir. Yaqub bu məsələni biləndən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olan dostu Təqsirləndirilən şəxs1 mobil nömrəsini ona verərək həmin şəxsin X34 Nazirliyinin İsmayıllı rayonu ərazisindəki qurumlarından birinə işə düzəltməyə kömək edəcəyini bildirmişdir. 11 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Nicatla əlaqə saxlayaraq oğlunu işə düzəltməyə kömək edə biləcəyini soruşmuşdur. Nicat ona heç bir problem olmadığını, Qəbələ rayonuna gələcəyini və onunla da görüşəcəyini bildirmişdir. Elə həmin gün saat 16 radələrində Nicat onun yaşadığı İsmayıllı rayonu Kəlbənd kəndinə gəlmişdir. Evdə oturub çay içdikdən sonra X36 Nazirliyində işləyən yüksək vəzifəli tanışı vasitəsilə oğlu Raqufu işə düzəldəcəyini, bunun müqabilində 10.000 manat pulun həmin şəxsə çatacağını, 3.000 manat pulun isə özü və bu işi həll etməkdə köməklik göstərən Məmmədəli kimi təqdim etdiyi şəxsə çatacağını bildirmişdir. Nicat həmçinin sənədlərin toplanması zamanı lazım olacaq müəyyən ödənişlərin də onun tərəfindən ödəniləcəyini bildirmişdir. Həmin söhbətlər yaşadığı evdə ikisinin arasında olmuşdur. Həmin gün Nicat onlarda qalmış, səhəri gün, yəni 12 oktyabr 2020-ci il tarixdə onlar birgə Raqufun oxuduğu Kəlbənd məktəbinə gedərək həmin məktəbdə oxumasına dair məktəb direktoru Bəkir müəllimdən arayış almışlar. Həmçinin həmin gün icra nümayəndəsi Paşa müəllimdən yaşayış yeri və ailə tərkibi barədə arayış da almışlar. İcra nümayəndəliyində arayışı yazan icra nümayəndəsinin müavini Geray müəllim arayışın hara təqdim edilməsi barədə soruşmuş, bu zaman Nicat duruxmuş və cavab verə bilməmişdir. Daha sonra İsmayıllı mərkəzi rayon xəstəxanasına gələrək oradan özünü Fidan kimi təqdim edən tibb işçisindən sağlamlıq barədə arayış da götürmüş, İsmayıllı şəhərindəki Unibankın yanındakı fotostudiyada Raqufun şəkilini çıxardaraq həmin arayışlara əlavə etmişdir. Sonra isə ikisi birlikdə İsmayıllı şəhər bazarının yanına gəlmişlər. X7 bir tələbə yoldaşı ilə görüşmüşdür. Həmin şəxsi üzdən tanıyır. Nicat telefonda kiminləsə danışdıqdan sonra ona Şamaxı Asan Xidmətdə işləyən hansısa bir şəxslə oturub yemək yeyərək Raqufun işinin həll olunması üçün hansısa sənəd alacağını deyib bu məqsədlə ondan 100 manat pul istəmişdir. O, Nicata 100 manatı vermiş və ondan bir daha bu işi sona çatdıra bilibbilməyəcəyini soruşmuşdur. Nicat ona tam arxayın olmağını demiş və özünün də Xocalıdan olduğunu bildirmişdir. Nicata tam inanmış və onu yola salmışdır. Bundan sonra təxminən bir həftə keçəndən sonra Nicat ona zəng edərək uşağı təcili Bakı şəhərinə göndərməyini tapşırmış və səhər saat 09:30-da Bakıda olmağını xahiş etmişdir. Raqufu ertəsi gün Bakı şəhərinə yola salmışdır. Onu Bakıda digər oğlu Yaqub qarşılamışdır. Yaqub Nicata zəng edərək görüşmüşlər. Oğlu Raqufu Bakıya göndərərkən imtahanlardan və tibbi komissiyadan keçmək üçün Nicata verməyə ona 1000 manat pul vermişdir. Bundan əlavə oğluna öz xərclərini qarşılamaq üçün də pul vermişdir. Bundan əlavə Nicatın xahişi ilə 150 manatı isə Nicatın özünə göndərmişdir. Həmin pulu oğlu Yaqub Nicatın dediyi bir qadına çatdırmışdır. İmtahanlara və tibbi komissiyadan keçirməyinə görə ümumilikdə 1500 manat xərci çıxmışdır. Həmin gün Nicat Raqufu götürüb İsmayıllı rayonu Kürdmaşı kəndinə gəlmişdir. Nicat onlara Kürdmaşı kəndində qalacağını bildirərək onlara çatacaq 3000 manat puldan 40 manat pulu göndərməyini xahiş etmişdir. O da Kürdmaşı kəndində yaşayan tanışı Məlahət Fərzəliyevanın vasitəsilə Nicata 40 manat pul vermişdir. Bu məsələdən az bir müddət sonra o, Nicatla telefonda danışarkən Məmmədəli müəllim adlı bir şəxsin telefon nömrəsini ona vermiş və Məmmədəlinin oğlunun iş məsələsi ilə məşğul olan adam olduğunu demişdir. O, Məmmədəli ilə telefonla danışarkən sonuncu oğlunun işinin yaxın müddətdə düzələcəyini bildirmişdir. Bundan bir müddət sonra oğlu Yaqub məzuniyyətə çıxaraq kəndə gəlmişdir. Bundan bir neçə gün sonra, təxminən 2020-ci ilin noyabr ayının ortalarında Nicatın Məmmədəli kimi təqdim etdiyi, sonradan isə adının və soyadının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxslə birgə onun yaşadığı kəndə gəlmişlər. Evdə oturub çay içərkən o, böyük qardaşı Əfqanı də evlərinə çağırmışdır. Nicat çölə çıxaraq onu çağırıb oğlu Raqufun imtahanlardan keçdiyini, danışdıqları 10000 manatın yarısını indi verməli olduğunu, FHN-də işləyən yüksək vəzifəli tanışının pulu gözlədiyini bildirmişdir. O da Nicata zərfin arasında 5000 manat nağd şəkildə pul vermişdir. Nicat və Anar gedərkən pay kimi bir hind toyuğu və bir kiloluq bankada bal da vermişdir. Onlar gedəndə Nicat Məmmədəlinin, yəni Anarın ayaqqabılarını hörmət əlaməti olaraq onun ayaqlarının altına qoymuş, o, Nicatın bu hərəkətindən sonra Məmmədəlinin həqiqətən də yüksək hörmətə malik bir adam olduğuna inanmışdır. Bir müddət keçəndən sonra 19 dekabr 2020-ci il tarixdə gecə Nicat və Məmmədəli kimi tanıdığı Anar yenidən yaşadığı kəndə gəlmişlər. Nicat və Anarla kəndin içərisində görüşmüş, Nicat ona oğlunun yanvar ayının birindən işə çıxacağını bildirərək qalan 5000 manatı istəmişdir. Orada oğlu Raqufun yanında Nicata 5000 manat pulu vermək istədikdə Nicat pulun Məmmədəliyə çatacağını və pulu Məmmədəliyə verməsini demişdir. O da pulu Məmmədəliyə vermiş, sonuncu pulu alıb cibinə qoymuşdur. Orada da o hər ikisindən təkidlə bu məsələni həll etmələrini xahiş etmiş, kənddə pərt olmaq istəmədiyini demişdir. Nicat Məmmədəlinin qaynatasının bu məsələ ilə məşğul olduğunu demiş və onu bir daha arxayın etmişdir. Yanvar ayının biri olmasına baxmayaraq oğlunu heç kim çağırmamışdır. O, həm Nicatla, həm də Məmmədəli ilə telefonla əlaqə saxlamış, onlar isə müxtəlif bəhanələr gətirərək işin yaxın vaxtlarda həll olunacağını bildirmişlər. 30 yanvar 2021-ci il tarixdə Məmmədəli oğlu Yaqubun bank kartına ona verməsi üçün 700 manat pul göndərmişdir. Həmin pulun nə olduğunu soruşduqda Məmmədəli və Nicat kabinet pulu olduğunu, Raquf idman imtahanından keçərkən artıq ödənişlər olunduğunu, buna görə həmin artıq ödəmələri geri alaraq ona qaytardıqlarını bildirmişlər. Bundan sonra o, Nicata və Məmmədəliyə daha da inanmış və Raqufu işə düzəldəcəklərinə tam əmin olmuşdur. Lakin həmin vaxtdan bir neçə müddət keçsə də, Raqufun iş məsələsindən bir xəbər olmamışdır. Bu ərəfədə dəfələrlə Nicata və Məmmədəliyə zənglər etmiş, hər dəfə onlar narahat olmamağı, Raqufun işinin düzəlməyinə az qaldığını, sənədlərin “ağsaqqal”ın stolunun üzərində olduğunu, əmrin imzalandığını deyərək onu inandırmışlar. İşin bu qədər müddətdə düzəlmədiyini görərək aldadıldığından şübhələnmiş və mütəmadi Nicata və Məmmədəliyə zənglər etmişdir. Artıq onlar onun zənglərinə cavab verməməyə başlamış, cavab verdikləri zaman isə qısa cavablar verərək telefonlarını söndürmüşlər. 22 mart 2021-ci il tarixdə oğlu Yaqub onun maaş kartına Nicat və Məmmədəli tərəfindən yenidən 180 manat pul göndərildiyini bildirmişdir. O da zəng edərək həmin pulu hansı məqsədlə göndərdiklərini Nicat və Məmmədəlidən soruşmuşdur. Hər ikisi Raqufun işini düzəldə bilmədiklərini, buna görə həmin pulu göndərdiklərini bildirmişlər. O isə verdiyi bütün pulu, yəni 11600 manatı tam şəkildə geri tələb etdikdə onlar pulu aldıqlarını danmışlar. Bundan sonra mart ayının 25də o, Bakı şəhərinə pulunu geri almağa getmişdir. Nicatla Məhəmmədəli ona müxtəlif yerlər deyərək həmin yerlərə gəlməyini demiş, o həmin yerlərə getdikdə onları orada görməmişdir. Nəhayət həmin gün Bakı şəhəri Xətai rayonunda yerləşən Bravo marketin qarşısında Nicat və Məmmədəli ilə görüşmüşdür. Onlar həmin yerə öz arvadlarını da gətirmişlər. Bu zaman Anarın arvadı Xavər ərinə şər atdığını deyərək səs-küy salmış, Nicat və Anar isə ondan pul almalarını danmışlar. Sonradan ara sakitləşmiş, Anarın arvadı Xavər ona mart ayının 29-da bir adamla görüşəcəyini, onun oğlunun iş məsələsini həll edəcəyini bildirmişdir. O, yenə də inanmış və rayona qayıtmışdır. Mart ayının 28-də Xavər ona zəng edərək işin düzəlmədiyini bildirmiş və məsələsini Nicat və Anarla həll etməyi məsləhət bilmişdir. Bundan bir neçə gün sonra Bakı şəhərinə gedərək Yasamal rayonunda yerləşən Nicatın və Anarın iş yerinə getmiş, Nicat onu girəcəkdə görərək üstünə gəlmiş və təhqiramiz sözlərlə onu təhqir edərək oradan çıxıb getməsini tələb etmişdir. O da bundan sonra məcbur olaraq şikayət etmişdir. Şikayəti əsasında araşdırma aparılan zaman Təqsirləndirilən şəxs2 ona 3.500 manat pul ödəmiş, 1.500 manatı isə hissə-hissə ödəyəcəyini ona bildirmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs2 şikayəti olmaması barədə ərizəni araşdırmaya təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə ona heç bir məbləğdə pul ödəməmiş, əksinə şərləndiyini və ondan heç bir məbləğdə pul almadığını bildirmişdir. Şahid X24 ifadə verərək göstərdi ki, atası Əhliyət 2020-ci ilin sentyabr ayından başlayaraq onu işə qoymağa çalışmış, bunun üçün tanıdığı adamlara xahiş etmişdir. Bu məsələni hərbiçi olan qardaşı Yaqub biləndən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olan dostu Təqsirləndirilən şəxs1 mobil nömrəsini atasına verərək onu Nicatın vasitəsi ilə işə düzəldə biləcəyini demişdir. 11 oktyabr 2020-ci il tarixdə səhər saatlarında atası Nicatla əlaqə saxlayaraq onun iş məsələsini Nicata demişdir. Həmin gün saat 16 radələrində Nicat onların yaşadığı İsmayıllı rayonu Kəlbənd kəndinəki evlərinə gəlmişdir. Nicat onların evində oturub çay içdikdən sonra onu Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışı vasitəsilə işə düzəldəcəyini atasına demişdir. Həmin gün Nicat onlarda qalmış, səhəri gün, yəni 12 oktyabr 2020-ci il tarixdə Nicat atası ilə birlikdə Kəlbənd məktəbinə, kənd icra nümayəndəliyinə gedərək onun barəsində arayışlar almışlar. Bundan sonra təxminən bir həftə keçəndən sonra Nicat atasına zəng edərək onu təcili Bakı şəhərinə göndərməyini tapşırmış və səhər saat 09:30-da Bakıda olmağını xahiş etmişdir. Ertəsi gün səhər tezdən atası onu Bakı şəhərinə yola salmış və Yaquba çatdırmaq üçün pul vermişdir. O həmin pulun hansı məbləğdə olduğunu bilmir. Bundan əlavə atası ona özünə xərcləməsi üçün də pul vermişdir. Həmin məbləğin nə qədər olmasını xatırlamır. Bakıda onu qardaşı Yaqub qarşılamış və bir yerdə Nicatın dediyi Biləcəri qəsəbəsində yerləşən bir binanın yanına getmişlər. Nicat onları qarşılamış və Yaqubdan müəyyən məbləğdə pul götürərək özü içəri daxil olmuşdur. Onlar isə binanın girişində qalmışlar. Bir müddətdən sonra Nicat içəridən çıxaraq onu idman üzrə imtahandan keçirdiyini və sair məsələləri həll etdiyini demişdir. Sonra isə onlar göy rəngli bir binanın yanına getmişlər. Orada da Nicat Yaqubdan müəyyən məbləğdə pulu götürərək içəri daxil olmuş və onlar yenə də çöldə qalmışlar. Az bir müddət sonra Nicat oradan çıxmış və buradakı işi də aşırdığını bildirərək NZS adlanan bir yerə getmək lazım olduğunu demişdir. Onlar bir yerdə həmin yerə getmiş və orada bir nəfərlə görüşmüşlər və onunla çay işmişlər. Həmin adam Nicatın tanışı olmuş və onun işə düzəlməsində köməklik edəcəyini bildirmişdir. Oradan çıxdıqdan sonra Nicat onları Maştağada olan hansısa bir xəstəxanaya göndərmiş, oradakı həkimə tapşırdığını bildirmişdir. O, qardaşı ilə Maştağaya getmiş və həmin xəstəxananı taparaq bir həkimlə görüşmüşlər. Qardaşı həmin həkimlə görüşmüş və oradan çıxaraq qayıtmışlar. Sonra danışdıqları kimi Nicatla birlikdə rayona qatıtmışlar. Şahid X25 ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin tağım komandiri vəzifəsində çalışır. 2020-ci ilin sentyabr ayında ölkə ərazisində gücləndirilmiş karantin dövründə Nərimanov RPİ-nin 17-ci polis bölməsinə nəzarətçi kimi xidmətdə olduğu zaman iki nəfər şəxs karantin saatı qaydalarını pozduqları üçün gecə saatlarında bölməyə gətirilmişlər. Sənədləşmə aparılan zaman həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edərək Fövqəladə Hallar Nazirliyində rəhbər vəzifədə işlədiyini bildirmiş, yanındakı şəxsi isə “Məmmədəli müəllim” kimi təqdim etməklə onun polkovnik-leytenant rütbəli rəisi olduğunu bildirmişdir. Nicat ona FHN-ə işə qəbul işlərinə də baxdığını bildirdikdə qardaşı Raquf üçün iş axtardıqlarını xatırlayaraq dərhal bu barədə maraqlanmışdır. Nicat ona qardaşını FHN-ə işə qəbul etdirə biləcəyini bildirmişdir. Onlar bir birilərinə telefon nömrələrini vermiş və əlaqə saxlayacaqlarını bildrmişlər. O, atası ilə danışaraq bu şəxslərlə tanış olduğunu və qardaşını işə qəbul etdirə biləcəklərini demiş və Nicatın mobil nömrəsini atasına vermişdir. Atası Nicatla danışmış və qardaşının işi ilə bağlı sövdələşmələri başlamışdır. Daha sonra Nicatın 2020-ci ilin sonlarında onların yaşadığı kəndə getməsi, atasından qardaşını işə düzəldəcəyi vədi ilə Məmmədəli ilə birlikdə iki dəfəyə olmaqla ümumilikdə 10000 manat pul almaları barədə məlumatlı olmuşdur. 2020-ci ilin oktyabr ayının ortalarında atası ona zəng edərək Nicatın Raqufu idmandan və həkim komissiyasından keçmək üçün Bakıya çağırdığını demiş və Raqufu səhər qarşılamağını xahiş etmişdir. Ertəsi gün o qardaşını Bakıda qarşılamış və bu zaman qardaşı imtahanlardan və tibbi komissiyadan keçməsindən ötrü atasının göndərdiyi 1000 manat məbləğdə pulu ona vermişdir. Nicata zəng edərək görüşmüşlər və bu zaman Nicat hər bir məsələni düzüb qoşduğunu, Biləcəri qəsəbəsinə getməlu olduqlarını demişdir. Orada bir binanın yanında Nicat ondan 350 manat alaraq onlara maşında oturmalarını deyərək həmin binaya girmişdir. Az müddətdən sonra Nicat oradan çıxaraq 9-cu mikrorayonda daha bir idarəyə getməli olduqlarını demişdir. Onlar 9-cu mikrorayona gedərək göy rəngli bir binanın yanında dayanmış və bu dəfə də Nicat ondan 250 manat pul alaraq binaya girmişdir. Bir müddətdən sonra Nicat oradan da çıxmış və NZS qəsəbəsinə getmk lazım olduğunu demişdir. Onlar birlikdə oradan NZS qəsəbəsindəki FHN-nin hansısa bir tibb bölməsinə getmişlər. Orada onlar hündürboylu mülki geyimdə olan bir şəxslə görüşmüş və onunla çay işmişlər. Həmin şəxs də qardaşının işə düzəlməsində köməklik edəcəyini demişdir. Oradan çıxdıqdan sonra Nicat onlardan ayrılmış və ondan daha 350 manat alaraq Maştağaya getməli olduqlarını bildirmişdir. O qardaşı ilə Maştağaya narkoloji dispanserə getmiş və bir həkimin yanına girərək onun Təqsirləndirilən şəxs1 tərəfindən göndərildiyini bildirmişdir. Həkim ona “lap yaxşı, bu barədə məlumatlıyam” deyərək çıxıb getmələrini bildirmişdir. Onlar birlikdə Bakı şəhərinə qayıtmış və əvvəlcədən danışdıqları kimi qardaşını Nicatla İsmayıllı rayonuna yola salmışdır. Raqufun İsmayıllıdan Bakıya gəlməsi də daxil olmaqla onların Bakı şəhərində qardaşının imtanahlardan və tibbi komissiyadan keçirilməsi üçün nəğd şəkildə Nicata verdiklərindən əlavə yemək-içməyə, yola və digər xərclərə 350 manat pul xərcləmişdir. Bundan bir müddət sonra atası ona rayondan 150 manat pul göndərmiş və həmin pulun Raqufun qabiliyyət imtahanı və tibbi komissiyadan keçirilməsi üçün Nicata verməli olan məbləğin qalığı olduğunu demişdir. Atası həmin pulu Nicata çatdırmağını xahiş etmiş, Nicata zəng edərək bu barədə məlumat verdikdən sonra Nicat pulu şəhərin xatırlamadığı yerinə aparmasını və orada həmin pulu ondan əmisi qızının qəbul edəcəyini demişdir. O, Nicatın dediyi yerə getmiş və 150 manat pulu Nicatın tapşırığı ilə onu orada gözləyən ağbənizli, qucağında körpə uşağı olan tanımadığı bir qadına vermişdir. Beləliklə Raqufun qabiliyət imtanahlarından və tibbi komissiyadan keçirilməsi üçün ümumilikdə 1500 manat xərci çıxmışdır. 30 yanvar 2021-ci il tarixdə Məmmədəli onun bank kartına atasına verməsi üçün 700 manat pul göndərmişdir. O bu barədə dərhal atasına məlumat vermiş, atası da Nicat və Məmmədəli ilə danışdıqdan sonra həmin pulun ona qaytarılası pul olduğunu demişdir. 22 mart 2021-ci il tarixdə onun maaş kartına Nicat və Məmmədəli tərəfindən yenidən 180 manat pul göndərilmişdir. O bu barədə də dərhal atasına məlumat vermişdir. Nicat ondan heç vaxt borc pul istəməmiş, o da Nicata hansısa bir məbləğdə borc pul verməmişdir. Əlavə şahid qismində dindirilmiş X8 ifаdə verərək göstərdi ki, o, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Kəlbənd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. 2020-ci ilin oktyabr ayının tarixini dəqiq xatırlamadığı günündə kənd sakini Əhliyət Əzizov tanımadığı bir nəfərlə icra nümayəndəliyinə gələrək oğlunun işi ilə əlaqədar təcili Bakıya arayış getməli olduğunu bildirmişdir. Arayışın yazılmasını müavininə tapşırmış, müavini isə arayışın hara təqdim edilməsini soruşduqda Əhliyət arayışın Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim ediləcəyini bildirmişdir. Deyilən məzmunda arayış yazılmış, onun və müavininin imzasından sonra həmin arayış möhürlənərək Əhliyətə təqdim edilmişdir. Bu zaman Əhliyət icra nümayəndəliyinin inzibati binasında olmuş, onunla gələn ağbəniz, orta köklükdə olan, ortaboy, təxminən 30 yaşlarında olan adam isə binanın girişində Əhliyyəti gözləmişdir. Əlavə şahid qismində dindirilmiş X31 ifаdə verərək göstərdi ki, o, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Kəlbənd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsində işləyir. 2020-ci ilin oktyabr ayının tarixini dəqiq xatırlamadığı günündə səhər saatlarında iş yerində olarkən kənd sakini Əhliyət Əzizov tanımadığı bir nəfərlə nümayəndəliyin inzibati binasının foyesində onunla görüşmüş və oğlunun işi ilə əlaqədar yaşayış yerindən arayış və xasiyyətnamə lazım olduğunu bildirmişdir. O, tələb olunan ünvanın dəqiq yazılmalı olduğunu bildirdikdə Əhliyyət və yanındakı şəxs tələb olunan yerə təqdim edilməsi üçün yazılmalı olduğunu demişlər. O isə bunun yolverilməz olduğunu dedikdə Əhliyət arayışın və xasiyyətnamənin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim ediləcəyini bildirmişdir. O, deyilən məzmunda arayışı və xasiyyətnaməni yazmış, onun və müavininin imzasından sonra həmin arayış və xasiyyətnamə möhürlənərək Əhliyətə təqdim edilmişdir. Əhliyətlə gələn adam orta köklükdə olan, ortaboy, təxminən 30 yaşlarında olmuşdur. Əlavə şahid qismində dindirilmiş X32 ifаdə verərək göstərdi ki, o, İsmayıllı rayon Kəlbənd kənd orta məktəbinin direktoru vəzifəsində işləyir. 2020-ci ilin oktyabr ayının tarixini dəqiq xatırlamadığı günündə səhər tezdən evində olarkən kənd sakini Əhliyət Əzizov onun evinə gəlmiş və ondan oğlu Raquf üçün xasiyyətnamə istəmişdir. O Əhliyətə oğlunun nə məktəbli, nə də ki, məktəbin işçisi olmadığını deyərək xasiyyətnamə verə bilməyəcəyini demişdir. Onların söhbəti hətyətdə olmuş, həmin vaxt onların söhbətləşdikləri yerin lap yaxınlığında həyətdən çöldə qara rəngli bir avtomobil dayanmışdı. Həmin avtomobilin sükanı arxasında yumrusifət, dolu bir oğlan oturmuşdu. Bu zaman həmin oğlan ona xasiyyətnamənin Əhliyyətin oğlu Raqufun məktəbdə oxuduğu dövr üçün verilməli olduğunu demişdi. Bu zaman o, belə məzmunda xasiyyətnamənin verilməsinin mümkün olduğunu bildirmişdir. Həmin oğlanın bu sözü ona avtomobildən düşərək deməsini, yaxud da sükan arxasından deməsini xatırlamır. Onlar xasiyyətnamənin “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim edilməsi üçüntəqdim olunur” cümləsinin yazılmasını da xahiş etmişlər. Amma həmin xahişin kim tərəfindən edildiyini xatırlamır. Əlavə şahid qismində dindirilmiş X5 ifаdə verərək göstərdi ki, 2020-ci ilin oktyabr ayının ortalarında hava artıq qaralan vaxtı yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndində qonşusugildə olarkən yaxın tanışı Əhliyət ona zəng edərək oğlu Raqufun Kürdmaşıda olduğunu, ona 40 manat pul verilməli olduğunu demişdir. Əhliyətə yola çıxdığını demiş və evdən deyilən yerə çıxmışdır. Orada Raqufun bir xarici markalı ağ avtomobilin yanında durduğunu görmüş və ona özü ilə evə getməli olduğunu demişdir. Raquf onu həmin maşına dəvət etmiş və o, maşınını qabaq sərnişin oturacağına oturmuşdur. Raqub isə arxada oturmuş və maşında sürücüdən və Raqubdan əlavə daha bir nəfərin də olduğunu görmüşdür. Hava qaranlıq olduğundan o arxada oturan şəxsin üzlərini görə bilməmiş, avtomobili sürənin isə yumrusifət cavan oğlan olduğunu xatırlayır. Onlar birlikdə avtomobillə evinədək getmişlər. O evdən 40 manat pul götürərək Raqufa vermişdir Raquf həmin pulu ondan götürərək həmin ağ avtomobildəki bir nəfərə vermişdir. O, Raqufdan bu məsələnin nə olduğunu soruşduqda həmin pulun onun işə düzəlməsi ilə əlaqədar verildiyini demişdir. Daha sonra onlar çıxıb getmişlər. Əlavə şahid qismində dindirilmiş X39 ifаdə verərək göstərdi ki, o, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal- Qərb regional idarəsinin əməkdaşıdır. Təqsirləndirilən şəxs1 onunla bir yerdə Fövqəladə Hallar Nazirliyinin akademiyasında oxumuşdur. Digər Təqsirləndirilən şəxs2 isə tanımır. Nicat ondan bir kurs aşağı oxumuş və tələbə vaxtı bir-biri ilə yoldaşlıq etmişlər. 2020-ci ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə İsmayıllı şəhər bazarının yaxınlığında olarkən təsadüfən Nicatı görmüş və görüşmüşlər. Nicatla bir-iki dəqiqə ümumi söhbət etdikdən sonra bir-birilərinə telefon nömrələrini vermiş və ayrılmışlar. Görüşdükləri zaman Nicatın yanında tanımadığı bir nəfər də olmuşdur. Əlavə şahid qismində dindirilmiş X33 ifаdə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Digər Təqsirləndirilən şəxs2 isə oğlunun iş yoldaşı kimi tanımışdır. 2021-ci ilin əvvəllərində oğlu böyrəkdaşı xəstəliyindən əziyyət çəkdiyini ona bildirmiş və əməliyyat olunması üçün pula ehtiyacının olduğunu demişdir. O, oğlunu əməliyyat etdirmiş və həmin vaxt onların Əhliyət tərəfindən təhdiq edilməsi məsələsini eşitmişdir. Oğlundan işin mahiyyətini soruşmuş, bu zaman oğlu ona N saylı hərbi hissənin zabiti olan bir oğlanla tanış olaraq dostluq etdiklərini, böyrək ağrısından əziyyət çəkdiyi zaman həmin adamdan 900 manat borc aldığını demişdir. Əslən İsmayıllıdan olan həmin şəxs sonradan pulun faizi ilə birlikdə qaytarılmasını tələb etmişdir. Məsələni dəqiqləşdirmək üçün Anarın evinə getmiş və Anarla bu mövzuda söhbət etmişdir. Anar Yaqub adında ümumi tanışlarının olduğunu demiş, lakin onun atasından kiminsə işə düzəlməsi üçün hansısa pul məbləğini almasını qətiyyətlə inkar etmişdir. Bundan sonra o, 900 manat pulu taparaq oğluna vermiş və pulu təcini həmin adama qaytarmağı tələb etmişdir. Nicat pulu ondan alaraq Anara vermiş və Yaquba qaytarmasını xahiş etmişdir. Anar da pulun müəyyən bir hissəsini Yaqubun maaş kartına göndərmiş, bir hissəsini isə özündə saxlamışdır. Bir müddətdən sonra Anar həmin pulu da Yaqubun kartına göndərmişdir. Sonradan eşitmişdir ki, Yaqubun atası, sonradan adının Əhliyət olduğunu bildiyi şəxs Anarın keçmiş arvadı Xavərin mobil telefon nömrəsini tapmış və ona mütəmadi zənglər etməyə başlamışdır. Həmin vaxt o, Xavərə Əhliyətlə danışmamağı məsləhət görmüş və Əhliyətin onu şantaj edəcəyi barədə xəbərdarlıq etmişdir. Əlavə şahid qismində dindirilmiş X4 ifаdə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun əridir. Digər Təqsirləndirilən şəxs2 isə ərinin iş yoldaşı kimi tanımışdır. Anarı çox vaxtlar Məmmədəli deyə çağırırlar. 2021-ci ilin mart ayının dəqiq xatırlamadığı günündə ərinin iş yoldaşı olan Anarın maşınında əri ilə xəstəxanaya gedərkən ərinə zəng gəlmiş və onu Bakı şəhəri Xətai rayonunda yerləşən Bravo marketin qarşısına çağırmışlar. Bu zaman Anarın avtomobilində onun arvadı Xavər də olmuşdur. Ora getdikdə orada ərinin dostu Yaqubu və onun atasını, sonradan adının Əhliyət olduğu şəxsi görmüşdür. Söhbətin konkret nədən getdiyini bilməsə də mübahisə edənlərin danışıqlarından bunun ərinin Yaqubdan aldığı borca görə faiz məsələsi olduğunu ehtimal etmişdir. Çünki Əhliyyət faiz tələb edirdi, hətta faiz verilməsə 900 manat borcu 9000 manat edib tələb edəcəyini bildirirdi. Nicat isə həmin vaxt uca səslə Əhliyətin yalan danışdığını, əgər onun əməlində hansısa bir qanunsuzluq varsa polis şikayət etməyi bildirmişdir. Əri böyrəkdaşı xəstəliyindən əməliyyat olunan zaman dostu Yaqubdan borc pul almışdı. Yaqun bir-iki dəfə onların evində qonaq olmuş, çay içmiş, çörək yemişdir. Bir dəfə də Nicatın böyrəyinin ağrısı tutduğu zaman onu xəstəxanaya çatdırmışdır. X22 borc aldığını qaynatası bilmiş və həmin məbləği gətirib Nicata verərək təcili pulu qaytarmaq lazım olduğunu demişdir. O, Bravo marketin qarşısında olan mübahisənin bununla əlaqədar olduğunu zənn etmişdir. Sonra Anarın arvadı Xavər Əhliyəti kənara çəkərək söhbət etmişlər və ara sakitləşmişdir. Əlavə şahid qismində dindirilmiş Şahid qızı ifаdə verərək göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs2 onun əri olmuş, lakin 2019-cu ildə boşanmışlar. Boşanmalarına baxmayaraq, hazırda Anara məxsus ünvan 4 ünvanında birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs1 isə Anarın iş yoldaşı kimi tanıyır. 2021-ci ilin mart ayının 25-də Anarla birlikdə oğlu Yusifi xəstəxanaya apararkən Anara iş yoldaşı Nicat zəng eləmiş və Anarı Əhmədli qəsəbəsindəki “Bravo” marketin qarşısına çağırmışdır. Anar da Nicatın vacib işi olduğunu bildirdiyindən onlar xəstəxanaya deyil, Nicatın dediyi yerə getmişlər. “Bravo” marketin qarşısına çatdıqda orada Nicatın yanında sonradan adının Əhliyət olduğunu bildiyi bir kişi və hərbi geyimdə bir oğlan olmuşdur. Əhliyət Anara və Nicata aldıqları pulu geri qaytarmalarını tələb etmişdir. Nicat ona cəmin 950 manat pul aldığını, həmin pulu da qaytardığını demişdir. Anar isə həmin vaxt ümumiyyətlə pul almadığını bildirmişdir. O, həmin kişini sakitləşdirməyə çalışaraq nə baş verdiyini soruşmuş, Əhliyət ona Nicat və Anarın oğlunu FHN-də işə düzəltmək adı ilə aldadaraq pulunu ələ keçirdiklərini bildirmişdir. O, həmin şəxsi sakitləşdirmək üçün həqiqətən pulu alınıbsa həmin pulun geri qaytarılmasına, yaxud da oğlunun iş məsələsinə köməklik edəcəyini söyləmişdir. Hətta belə bir halın baş verdiyi təqdirdə Anarın xalasına da məlumat verəcəyini demişdir. Bundan sonra onlar oradan uzaqlaşmışlar. O, Anar və Nicatdan pul alıb-almadıqlarını soruşduqda belə bir halın baş vermədiyini bildirmişlər. Qeyd etdiyi vaxtdan bir müddət sonra Əhliyət onun mobil telefon nömrəsini Nicatdan alaraq onunla əlaqə saxlamışdır. O, telefon danışıqları zamanı Əhliyətə bu məsələyə aydınlıq gətirməyə köməklik edəcəyini bildirmişdir. X48 və Anarın ondan pul aldığını və geri qaytarmadıqlarını bildirsə də, Anarla Nicat təkidlə pul almadıqlarını bildirmişlər. Sonradan artıq arada qalmamaq üçün bu məsələyə qarışmamaq qərarına gələrək Əhliyətə bu məsələni Anar və Nicatla danışıb həll etməsini bildirmişdir. Bir müddət sonra Əhliyət Anar və Nicatdan dələduzluq etmələri barədə şikayət etmişdir. Anar pul almadığını bildirsə də, işini itirməmək və övladlarının gələcəyi üçün Əhliyətin iddia etdiyi pulu ödəmək qərarına gəlmiş, buna görə də Əhliyətə nağd şəkildə 3.500 manat verərək qalan 1.500 manatı da hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Əhliyətin onunla olan danışıqların yazıldığı səs yazılarına gəldikdə isə hesab edir ki, Əhliyyət həmin səs yazılarının hamısını istintaqa və məhkəməyə təqdim etməmiş, yalnız özünə sərf edən epizodlar üzrə olan səs yazılarını təqdim etmişdir. Çünki, Əhliyət sonradan onu və Anarı ağıq şəkildə şantaj etməyə başlamış, onun dediklərini etməsə, konkret olaraq Nicatın üzünə durmadıqları təqdirdə onları müxtəlif vasitələrlə hədələmişdir. 22 iyul 2021-ci il tarixli "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair izahlı disk hesabatlarına baxış keçirilməsi protokolundan görünür ki, disklərdə X11 istifadəsində olmuş ********** və ********** saylı, X12 istifadəsində olmuş ********** saylı, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə dair sms mətnləri, danışıqlar, abunəçilər və anten məlumatları vardır. Qeyd edilən mobil telefon nömrələrinə dair sms mətnlərinin olduğu qovluqlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Telefon danışıqlarının olduğu qovluqlara baxış zamanı X23, X25, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus yuxarıda göstərilən mobil telefon nömrələri arasında müxtəlif vaxtlarda danışıqların aparıldığı müəyyən olunmuşdur. Bundan əlavə, anten məlumatlarının olduğu qovluqlara baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrələrinin 19 dekabr 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində olan müxtəlif anten dairələrində olduqları müəyyən edilmişdir. Qeyd edilənlərdən başqa qovluqlara baxış zamanı iş üçün əhəmiyyət kəsb hər hansı başqa bir hal müəyyən edilməmişdir. X11 ərizəsinə əlavə etdiyi yaddaş kartına və verdiyi izahatlarına əlavə etdiyi səs yazılarının olduğu 2 ədəd diskə baxış keçirilməsinə dair 12 iyul 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin elektron məlumat daşıyıcılarında 5 ədəd Audio, 1ədəd PTT formatlı fayl, 1 ədəd “Whatsapp Audio”, yaddaş kartında isə 7 ədəd səs yazısının olduğu fayl vardır. Həmin səs yazılarında Əhliyət Əzizov ayrı-ayrı şəxslərlə telefon və “Whatsapp” messenger proqramı vasitəsilə apardığı danışıqları qeydə almışdır. Əhliyət Əzizovun 20.05.2021-ci il tarixdə verdiyi izahatına əlavə etdiyi diskdə olan 1-ci faylda “Nicat” deyə müraciət etdiyi şəxslə arasında aparılan telefon danışığının 2 dəqiqə 45 saniyəlik səs yazısı vardır. Həmin səs yazısında Əhliyət Əzizov “Nicat” deyə müraciət etdiyi şəxsə harada olmasını soruşur, Nicat isə hüzrdə olduğunu bildirir. Daha sonra X35 “Məmmədəli” müəllimin nə səbəbə belə etdiyini soruşur. Bundan sonra Nicata ardıcıllıqla sadalayaraq ilk əvvəl onlara gəldikdə sonuncunun məsələni həll edəcəyinə söz verdikdən sonra razılaşdıqlarını, səhəri gün birlikdə icra nümayəndəliyindən sənəd aldıqlarını, daha sonra xəstəxanaya gedərək oradan da sənəd aldıqlarını, sonra onu yola salanda cibinə 100 manat pul qoyduğunu, uşağı Bakıdan gətirdikdə Kürdmaşıda 40 manat pul verdiyini, Bakıda oğlunun onun tapşırığı ilə bir qadına 150 manat verdiyini bildirir, Nicat da ilk öncə bunları təsdiqləsə də, sonradan danışıq başa çatmadan kəsilir. Həmin diskin 2-ci faylında Əhliyət Əzizov “Xavər xanım” deyə müraciət etdiyi şəxslə telefonla danışır. Səs yazısının məzmununda məsələnin nə yerdə olduğunu soruşduqda qarşı tərəf bu barədə işdən sonra danışacağını, alındığı təqdirdə xəbər verəcəyini, əks halda pulu kimə veribsə ondan da tələb etməsini bildirəcəyini deyir. Əhliyət Əzizov həmin şəxsə minnətdarlığını bildirir və işin alınmayacağı halda Məmmədəli və Nicatdan tələb edəcəyini deyir. Qeyd edilən diskin 3-cü faylında Əhliyət Əzizov ilə “Nicat” deyə müraciət etdiyi bir nəfər şəxs arasında aparılan telefon danışığının 5 dəqiqə 30 saniyəlik səs yazısı vardır. Səs yazısında Əhliyət Əzizov həmin şəxsdən pulunu tələb edir, həmin şəxs isə heç bir məbləğdə pul almadığını, onu şərlədiyini bildirir. Həmin diskin 4-cü faylında Əhliyət Əzizov ilə “Xavər xanım” deyə müraciət etdiyi bir nəfər şəxs arasında aparılan telefon danışığının 12 dəqiqə 16 saniyəlik səs yazısı vardır. “Xavər xanım” deyə müraciət etdiyi şəxs Əhliyət Əzizova məsələnin onun tərəfindən həll edilə bilməyəcəyini, axşam Anar evə gəldikdə onunla söhbət edəcəyini, əgər pul alıblarsa Nicatla birlikdə geri qaytarmalarını deyəcəyini, lakin Anar və Nicatın pul almadıqlarını, sadəcə az bir miqdarda pul aldıqlarını və geri qaytardıqlarını, aralarında 300 manat pul qaldığını bildirdiklərini söyləyir, Əhliyət Əzizov isə onlara konvertdə 2 dəfəyə şəxsən özü 10.000 manat pul verdiyini və əlavə də pul verdiyini bildirir. “Xavər xanım” deyə müraciət etdiyi şəxs yenə də bu barədə Anarla danışacağını bildirir və yekunlaşmadan telefon danışığı kəsilir. Diskdə olan 5-ci faylda Əhliyət Əzizov ilə “Nicat” deyə müraciət etdiyi bir nəfər şəxs arasında aparılan telefon danışığının 13 dəqiqə 54 saniyəlik səs yazısı vardır. Səs yazısında Ə.Əzizov “Məmmədəli” adlı şəxsdən narazılıq edir, Nicat adlı şəxs də Məmmədəli ilə mübahisə etdiyini və işi həll etmədiyi təqdirdə hansı səbəbdən pulu xərclədiyini dediyini bildirir. Həmin səs yazısında Nicat adlı şəxs sənədlər hazırlanarkən və həkimdən keçərkən artıq pul alındığını və 700 manat məbləğində pulun onun təşəbbüsü ilə geri qaytarıldığını bildirir. Həmçinin səs yazılarında Ə.Əzizov tərəfindən “Məmmədəli” adlı şəxsə konvertdə pul verildiyini təsdiq edir. Ə.Əzizov Məmmədəli müəllimin nə işi həll etdiyini, nə də bu işin həll olunmayacağını bildirmədiyini deyir. Diskdə olan PTT formatlı faylda isə bir nəfər şəxsin səs yazısı əks olunur. Həmin şəxs “Əhliyar dayı” deyə müraciət edərək hansısa şəxslə yenidən danışacağını, məsələni həll edib-etməyəcəyini soruşacağını, həmin adamla mübahisə etdiyini və bu səbəbdən danışmaq istəmədiyini, ona görə də yazaraq soruşacağını deyir. 1 ədəd “Whatsapp Audio” adlı faylda Əhliyət Əzizov ilə “Məmmədəli-Anar” deyə müraciət etdiyi bir nəfər şəxs arasında aparılan telefon danışığının 2 dəqiqə 33 saniyəlik səs yazısı vardır. Səs yazısında həmin şəxs Əhliyət Əzizova Bakıya gəlməsini, ondan şikayəti olmaması barədə ərizə verdikdən sonra 4.000 manat pul verəcəyini, qalan 1.300 manat pulu isə hər ay az-az ödəyəcəyini bildirir. Əhliyət Əzizov da bununla razılaşır. Anar kimi müraciət olunan şəxs həmçinin onun arvadından da şikayətçi olmamasını bildirdikdə, Əhliyət Əzizov onun arvadına pul vermədiyini və heç bir şikayəti olmadığını bildirir. Məhkəmə baxışı iclasında həmin disklərdə olan səs yazıları tərəflərin və şahidlər X23 və Şahid qızının iştirakı ilə bir daha dinlənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, şahidlər Əhliyət Əzizov və Şahid dinlənilən səslərin onlara məxsus olduğunu, aralarında həqiqətən də həmin məzmunlarda danışıqların olduğunu etiraf etmişlər. Əhliyət Əzizovun istintaqa təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona 3.500 manat məbləğində nağd pul ödəmiş, 1.500 manat pulu isə aylıq hissəhissə ödəməyi öhdəsinə götürmüşdür, həmin ərizədə X49 Kərimovdan heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. X12 istintaqa təqdim etdiyi qəbzlərin şəkilindən görünür ki, həqiqətən də onun “KapitalBanka” məxsus maaş kartına ünvan 5 ünvanında yerləşən “eManat” ödəmə terminalından 30.01.2021-ci il tarixdə 700 AZN, 22.03.2021-ci il tarixdə isə 180 AZN pul köçürülmüşdür. “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X50 tərəfindən verilmiş arayışdan görünür ki, 12 oktyabr 2020-ci il tarixdə İsmayıllı rayon Kəlbənd kəndində yaşayan X15 Fövqəladə Hallar Nazirliyinə təqdim etmək üçün sağlamlıq haqqında arayış verilmişdir. İsmayıllı rayonu İcra hakimiyyəti başçısının Kəlbənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 12 oktyabr 2020-ci il tarixdə İsmayıllı rayon Kəlbənd kəndində yaşayan X15 Fövqəladə Hallar Nazirliyinə təqdim etmək üçün yaşayış yeri haqqında arayış verilmişdir. A.Mürsəlov adına İsmayıllı rayonu Kəlbənd kənd tam orta məktəbi tərəfindən verilmiş arayışdan görünür ki, 12 oktyabr 2020-ci il tarixdə İsmayıllı rayon Kəlbənd kəndində yaşayan X16 xasiyyətnamə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X50 tərəfindən verilmiş məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada müalicədə olmamışlar və qeydiyyatda yoxdurlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X50 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada müalicədə olmamışlar. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fövqəladə hallar orqanlarında xidmət edirlər və hərbi qulluqçu deyillər. Həmin məktuba əlavə olunmuş 3021/Ş nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 20 dekabr 2010-cu il tarixdə Nazirliyin X19 Xidmətinin Bakı şəhəri Yasamal rayon X19 hissəsinin yanğınsöndürəni vəzifəsinə təyin edilərək fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmişdir. Həmin məktuba əlavə edilmiş 0080/q nömrəli əmrdən çıxarışdan görünür ki, 21 yanvar 2016-cı il tarixdə X19 Xidmətinin Bakı şəhəri Yasamal rayon X19 hissəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu Təqsirləndirilən şəxs2 tutduğu vəzifədən azad olunaraq həmin hissənin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsinə təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş 0315/Ş nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 13 aprel 2017-ci il tarixdə Nazirliyin X19 Xidmətinin Bakı şəhəri Yasamal rayon X19 hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsinə daxili xidmət leytenantı xüsusi rütbəsi verilməklə təyin edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin Yasamal rayon X19 Hissəsi tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş yeri üzrə mənfi xarakterizə olunmuşlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 Nicat X18 işə düzəlməsi məsələsi ilə məşğul olmasını və digər xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir. Əhliyət Əzizov ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Əhliyət Əzizov ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir. Əhliyət Əzizov ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Əhliyət Əzizov ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı söyləmişdir. Yaqub Əzizli ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Yaqub Əzizli ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir. AZ-İİ seriyalı 947037 nömrəli və AZ-Vİ seriyalı 265737 nömrəli doğum haqqında şəhadətnamələrinin surət.indən müəyyən edilir ki, Nicat X1 ilə birgə nikahlarından 20 avqust 2012-ci il tarixdə Leyla və 14 fevral 2019-cu il tarixdə Gülnar anadan olmuşlar. AZE seriyalı 11877083 nömrəli şəxsiyyət vəsiqəsinin surət.indən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Şahanə Kərimova ilə birgə nikahlarından 27 avqust 2008-ci il tarixdə Tunar anadan olmuşdur. AZ-İİİ seriyalı 223638 nömrəli və AZ-İİİ seriyalı 764029 nömrəli doğum haqqında şəhadətnamələrinin surət.indən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Şahid ilə birgə nikahlarından 13 noyabr 2013-cü il tarixdə Yusif və 15 aprel 2016-cı il tarixdə Ofelya anadan olmuşlar. Müstəntiqin maddi sübut qismində tanınma barədə 26 iyul 2021-ci il qərarından müəyyən edilir ki, Əhliyət Əzizovun ərizəsinə əlavə etdiyi, səs yazılarının olduğu 1 ədəd yaddaş kartı, izahatlarına əlavə etdiyi 2 ədəd CD disk, eləcə də "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 3 ədəd telefon danışıqlarına dair izahlı disk və X12 izahatına əlavə etdiyi, onun “KapitalBanka” məxsus əmək haqqı kartına ünvan 5 ünvanında yerləşən “eManat” ödəmə terminalından 30.01.2021-ci il tarixdə 700 AZN, 22.03.2021-ci il tarixdə isə 180 AZN pul köçürülməsi barədə qəbzlərin şəkli maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Müstəntiqin sübutların qiymətləndirilməsinə dair 26 iyul 2021-ci il qərarından müəyyən edilir ki, Əhliyət Əzizov rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyindən o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmadan barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Yaqub Əzizlinin əmək haqqı kartına Təqsirləndirilən şəxs2 vasitəsilə köçürdüyü 880 manat məbləğində pul vəsaiti cinayət işi üzrə dələduzluq əməlinə münasibətdə dəymiş maddi ziyanın ödənilməsi kimi qəbul edilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Əhliyət Əzizova ödədiyi 3.500 manat məbləğində pul vəsaiti cinayət işi üzrə dələduzluq əməlinə münasibətdə dəymiş maddi ziyanın ödənilməsi kimi qəbul edilmişdir. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair 26 fevral 2021-ci il il tarixli qərarlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların törətdikləri cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən həmin Məcəllənin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş rüşvət verməyə təhrik etmə cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri onların cəzasını ağırlaşdıran hallardır. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinin ibtidai istintaqı dövründə Əhliyyət Əzizova vurulmuş maddi ziyanın müəyyən bir hissəsini ona ödəmişdir. Əhliyyət Əzizov cinayət işi üzrə zərərçəkmiş qismində tanımadığından, ibtidai və məhkəmə istintaqında şahid qismində dindirildiyindən Təqsirləndirilən şəxs2 ona vurduğu maddi ziyanın bir hissəsini könüllü olaraq Əhliyyət Əzizova ödəməsi cəzanı yüngülləşdirən hal kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinin təsiri altına düşmür. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, onların cinayətlərin törədilməsində faktiki iştiraklarının xarakteri və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə onların təsirini, şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətlərini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları və işin digər faktiki halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsi nəzərdə tutulmasa da məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin Bakı şəhəri Yasamal rayon X19 hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsində işlədiyi müddətdə törətdiklərini nəzərə alaraq onların müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını məqsədəuyğun hesab etmir və qərara gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilməklə əlavə cəzalar da təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələrinə əsasən barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasını Bakı şəhəri ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-a dək yaşadığı ünvan 2 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilməli,ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1ci maddələrinə əsasən barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasını Bakı şəhəri ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-a dək yaşadığı ünvan 3 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutlar X11 ərizəsinə əlavə etdiyi səs yazılarının olduğu 1 ədəd yaddaş kartı, izahatlarına əlavə etdiyi 2 ədəd CD disk, eləcə də "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən İstintaq idarəsinə daxil olmuş 3 ədəd telefon danışıqlarına dair izahlı disk və X12 izahatına əlavə etdiyi, onun “KapitalBanka” məxsus maaş kartına ünvan 5 ünvanında yerləşən “eManat” ödəmə terminalından 30.01.2021-ci il tarixdə 700 AZN, 22.03.2021-ci il tarixdə isə 180 AZN pul köçürülməsi barədə qəbzlərin şəkili cinayət işinin materiallarına saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1ci maddələrinə əsasən barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 04 (dörd)il müddətə azadlığın məhdudlaşdırılması cəzasını Bakı şəhəri ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00a dək yaşadığı ünvan 2 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1ci maddələrinə əsasən barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 04 (dörd)il müddətə azadlığın məhdudlaşdırılması cəzasını Bakı şəhəri ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00a dək yaşadığı ünvan 3 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar X11 ərizəsinə əlavə etdiyi səs yazılarının olduğu 1 ədəd yaddaş kartı, izahatlarına əlavə etdiyi 2 ədəd CD disk, eləcə də "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən İstintaq idarəsinə daxil olmuş 3 ədəd telefon danışıqlarına dair izahlı disk və X12 izahatına əlavə etdiyi, onun “KapitalBanka” məxsus maaş kartına ünvan 5 ünvanında yerləşən “eManat” ödəmə terminalından 30.01.2021-ci il tarixdə 700 AZN, 22.03.2021-ci il tarixdə isə 180 AZN pul köçürülməsi barədə qəbzlərin şəkili cinayət işinin materiallarına saxlanılsın. İş üzrə mülki iddia tələbi və ekspertiza xərci yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-54/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-54/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver