Məhkəmə qərarları › İş №1(037)-54/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-54/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-54/2023 01.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi (atası) X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 müdafiəçisi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə 01 avqust 2023-cü il tarixdə saat 12:37-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 2004-cü ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olmaqla orada yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 25 avqust 2006-cı ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq və müəyyən etdi: Təqsirləndirilən şəxs1 həmkəndlisi xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 İsmayıllı rayonunun Topçu kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq dükanından oğurluq etmək barədə təklifi ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə İsmayıllı rayonunun Topçu kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus dükanın qarşısına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra dükanın giriş qapısına yaxınlaşıb fiziki müdaxilə etməklə qapının qıfılını sındırıb, Təqsirləndirilən şəxs2lə birlikdə qanunsuz olaraq saxlanc yeri hesab olunan dükana daxil olaraq içəridəki kassadan cəmi 20 manat məbləğində qəpik pulları, cəmi 330 manat məbləğində müxtəlif əskinaslı kağız pulları, 35 ədəd hər birinin dəyəri 1 manat olan “sim”, 5 ədəd hər birinin dəyəri 3 manat olan “sim”, 7 ədəd hər birinin dəyəri 2 manat olan “nar”, 3 ədəd hər birinin dəyəri 5 manat olan “nar”, 2 ədəd hər birinin dəyəri 3 manat olan “cin” danışıq konturu kartlarını, siqaret vitrinindən 30 qutu hər birinin dəyəri 3 manat 40 qəpik təşkil edən “Vinston” kompact markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Sobranie” kompact markalı siqaretləri, 10 qutu hər birinin dəyəri 3 manat 20 qəpik təşkil edən “LD” markalı siqaretləri, 5 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən “Kent 8” qalın markalı siqaretləri, 8 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən nazik “Kent 4” markalı siqaretləri, 5 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Davidoff” nazik uzun markalı siqaretləri, 3 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Vincester” nazik markalı siqaretləri, ərzaq vitrinindən isə 6 ədəd hər birinin dəyəri 1 manat təşkil edən fındıqlı “Alpen gold” markalı şokoladları götürüb qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 732,8 manat (yeddi yüz otuz iki manat səksən qəpik) məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 İsmayıllı rayonunun Topçu kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ərzaq dükanından oğurluq etmək barədə təklifi ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə xx.xx.2022ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə İsmayıllı rayonunun Topçu kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus dükanın arxa tərəfinə gəlib ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra o, özləri ilə gətirdiyi dəmir parçası ilə dəmir qapının keçəcəyini müdaxilə edib açdıqdan sonra Təqsirləndirilən şəxs2lə birlikdə qanunsuz olaraq saxlanc yeri hesab olunan dükana daxil olaraq içəridəki kassanın siyirməsindən 1, 5, 10 və 20 manatlıq pul əskinaslarından ibarət cəmi 250 manat kağız pulu, orada olan kauçuk qabın içərisindən cəmi 16 manat məbləğində qəpik pulları, 11 ədəd 1 manatlıq “cin”, 11 ədəd 2 manatlıq “cin”, 9 ədəd 2 manatlıq “nar”, 10 ədəd 1 manatlıq “sim”, 10 ədəd 2 manatlıq “sim” danışıq kontur kartlarını, siqaret vitrinindən 40 qutu hər birinin dəyəri 3 manat 20 qəpik təşkil edən “LD” kompact markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 3 manat 20 qəpik təşkil edən “LD” markalı siqaretləri, 30 qutu hər birinin dəyəri 3 manat 40 qəpik təşkil edən “Vinston” nazik markalı siqaretləri, 10 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən “Kent 1” qalın markalı siqaretləri, 10 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən “Kent 4” qalın markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən “Kent 8” qalın markalı siqaretləri, 60 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Sobranie” markalı siqaretləri, 40 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Palmal” markalı siqaretləri, 30 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Rotmas” kompakt markalı siqaretləri, 50 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Vincester” markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 2 manat 60 qəpik təşkil edən “Vest” qalın markalı siqaretləri, 80 qutu hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən “Classik” markalı siqaretləri, 10 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Davidoff” uzun markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən “Senate” nazik markalı siqaretləri, 30 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Bakı” markalı siqaretləri, 40 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Argo” qalın markalı siqaretləri, 50 qutu hər birinin dəyəri 2 manat 40 qəpik təşkil edən “Viceroy” nazik markalı siqaretləri, 50 qutu hər birinin dəyəri 2 manat 40 qəpik təşkil edən “Magna” nazik markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Dunhil” markalı siqaretləri, 11 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Prima” qalın markalı siqaretləri, ərzaq vitrinindən 2 ədəd hər birinin dəyəri 5 manat təşkil edən 490 qramlıq “Qusarskaya” markalı mal əti konservlərini, 1 ədəd dəyəri 7 manat təşkil edən 490 qramlıq “Super Sun” markalı mal əti konservini, 3 ədəd hər birinin dəyəri 4 manat 50 qəpik təşkil edən 250 qramlıq “Super Sun” markalı mal əti konservini, 9 ədəd hər birinin dəyəri 3 manat 50 qəpik təşkil edən 250 qramlıq “Sardina” markalı balıq əti konservlərini, 9 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən 370 qramlıq “Ruslada” markalı qənnadı dolğularını (squsenka), 6 ədəd hər birinin dəyəri 5 manat 50 qəpik təşkil edən “Çokokrem” markalı şokolad yağlarını, 23 ədəd hər birinin dəyəri 50 qəpik təşkil edən “Dirol” markalı saqqızları, 3 ədəd hər birinin dəyəri 1 manat təşkil edən 200 qramlıq “Green Food” markalı ketçupları, 2 ədəd hər birinin dəyəri 60 qəpik təşkil edən 70 qramlıq süfrə xardalını, 2 ədəd hər birinin dəyəri 1 manat 50 qəpik təşkil edən 380 qramlıq “Jelaniya” markalı mayonezləri, 3 ədəd hər birinin dəyəri 70 qəpik təşkil edən “Rapira” markalı lezvaları (kəsiciləri), 3 ədəd hər birinin dəyəri 9 manat təşkil edən 700 qramlıq “Moskovskaya” markalı kolbasaları, 4 ədəd hər birinin dəyəri 3 manat 50 qəpik təşkil edən 250 qramlıq “Krakovskaya” markalı kolbasaları, 2 sellofan qablaşmada hər birinin dəyəri 6 manat təşkil edən “Ocaq” markalı sosiskaları, 3 kiloqram hər kiloqramının dəyəri 4 manat 50 qəpik təşkil edən “Südlü” markalı sosiskaları, içki vitrinindən isə 1 ədəd dəyəri 10 manat təşkil edən 750 qramlıq “Blagk JAGK” markalı viskini, 2 ədəd hər birinin dəyəri 7 manat təşkil edən 750 qramlıq “X13” markalı şampanları, 1 ədəd dəyəri 7 manat 50 qəpik təşkil edən “Az Granata” istehsallı 700 qramlıq “Pearl” markalı nar şərabını götürüb qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2445,5 manat (iki min dörd yüz qırx beş manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Topçu kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq dükanından oğurluq etmək barədə təklif edərək sövdələşib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə İsmayıllı rayonunun Topçu kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus dükanın qarşısına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra dükanın giriş qapısına yaxınlaşıb fiziki müdaxilə etməklə qapının qıfılını sındırıb, Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz olaraq saxlanc yeri hesab olunan dükana daxil olaraq içəridəki kassadan cəmi 20 manat məbləğində qəpik pulları, cəmi 330 manat məbləğində müxtəlif əskinaslı kağız pulları, 35 ədəd hər birinin dəyəri 1 manat olan “sim”, 5 ədəd hər birinin dəyəri 3 manat olan “sim”, 7 ədəd hər birinin dəyəri 2 manat olan “nar”, 3 ədəd hər birinin dəyəri 5 manat olan “nar”, 2 ədəd hər birinin dəyəri 3 manat olan “cin” danışıq konturu kartlarını, siqaret vitrinindən 30 qutu hər birinin dəyəri 3 manat 40 qəpik təşkil edən “Vinston” kompact markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Sobranie” kompact markalı siqaretləri, 10 qutu hər birinin dəyəri 3 manat 20 qəpik təşkil edən “LD” markalı siqaretləri, 5 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən “Kent 8” qalın markalı siqaretləri, 8 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən nazik “Kent 4” markalı siqaretləri, 5 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Davidoff” nazik uzun markalı siqaretləri, 3 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Vincester” nazik markalı siqaretləri, ərzaq vitrinindən isə 6 ədəd hər birinin dəyəri 1 manat təşkil edən fındıqlı “Alpen gold” markalı şokoladları götürüb qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 732,8 manat (yeddi yüz otuz iki manat səksən qəpik) məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa, o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Topçu kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ərzaq dükanından oğurluq etmək barədə təklif edərək sövdələşib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə İsmayıllı rayonunun Topçu kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus dükanın arxa tərəfinə gəlib ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi dəmir parçası ilə dükanın dəmir qapısının keçəcəyini müdaxilə edib açdıqdan sonra Ş.E.Hüseynli ilə birlikdə qanunsuz olaraq saxlanc yeri hesab olunan dükana daxil olaraq içəridəki kassanın siyirməsindən 1, 5, 10 və 20 manatlıq pul əskinaslarından ibarət cəmi 250 manat kağız pulu, orada olan kauçuk qabın içərisindən cəmi 16 manat məbləğində qəpik pulları, 11 ədəd 1 manatlıq “cin”, 11 ədəd 2 manatlıq “cin”, 9 ədəd 2 manatlıq “nar”, 10 ədəd 1 manatlıq “sim”, 10 ədəd 2 manatlıq “sim” danışıq kontur kartlarını, siqaret vitrinindən 40 qutu hər birinin dəyəri 3 manat 20 qəpik təşkil edən “LD” kompact markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 3 manat 20 qəpik təşkil edən “LD” markalı siqaretləri, 30 qutu hər birinin dəyəri 3 manat 40 qəpik təşkil edən “Vinston” nazik markalı siqaretləri, 10 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən “Kent 1” qalın markalı siqaretləri, 10 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən “Kent 4” qalın markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən “Kent 8” qalın markalı siqaretləri, 60 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Sobranie” markalı siqaretləri, 40 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Palmal” markalı siqaretləri, 30 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Rotmas” kompakt markalı siqaretləri, 50 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Vincester” markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 2 manat 60 qəpik təşkil edən “Vest” qalın markalı siqaretləri, 80 qutu hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən “Classik” markalı siqaretləri, 10 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Davidoff” uzun markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən “Senate” nazik markalı siqaretləri, 30 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Bakı” markalı siqaretləri, 40 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Argo” qalın markalı siqaretləri, 50 qutu hər birinin dəyəri 2 manat 40 qəpik təşkil edən “Viceroy” nazik markalı siqaretləri, 50 qutu hər birinin dəyəri 2 manat 40 qəpik təşkil edən “Magna” nazik markalı siqaretləri, 20 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Dunhil” markalı siqaretləri, 11 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Prima” qalın markalı siqaretləri, ərzaq vitrinindən 2 ədəd hər birinin dəyəri 5 manat təşkil edən 490 qramlıq “Qusarskaya” markalı mal əti konservlərini, 1 ədəd dəyəri 7 manat təşkil edən 490 qramlıq “Super Sun” markalı mal əti konservini, 3 ədəd hər birinin dəyəri 4 manat 50 qəpik təşkil edən 250 qramlıq “Super Sun” markalı mal əti konservini, 9 ədəd hər birinin dəyəri 3 manat 50 qəpik təşkil edən 250 qramlıq “Sardina” markalı balıq əti konservlərini, 9 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən 370 qramlıq “Ruslada” markalı qənnadı dolğularını (squsenka), 6 ədəd hər birinin dəyəri 5 manat 50 qəpik təşkil edən “Çokokrem” markalı şokolad yağlarını, 23 ədəd hər birinin dəyəri 50 qəpik təşkil edən “Dirol” markalı saqqızları, 3 ədəd hər birinin dəyəri 1 manat təşkil edən 200 qramlıq “Green Food” markalı ketçupları, 2 ədəd hər birinin dəyəri 60 qəpik təşkil edən 70 qramlıq süfrə xardalını, 2 ədəd hər birinin dəyəri 1 manat 50 qəpik təşkil edən 380 qramlıq “Jelaniya” markalı mayonezləri, 3 ədəd hər birinin dəyəri 70 qəpik təşkil edən “Rapira” markalı lezvaları (kəsiciləri), 3 ədəd hər birinin dəyəri 9 manat təşkil edən 700 qramlıq “Moskovskaya” markalı kolbasaları, 4 ədəd hər birinin dəyəri 3 manat 50 qəpik təşkil edən 250 qramlıq “Krakovskaya” markalı kolbasaları, 2 sellofan qablaşmada hər birinin dəyəri 6 manat təşkil edən “Ocaq” markalı sosiskaları, 3 kiloqram hər kiloqramının dəyəri 4 manat 50 qəpik təşkil edən “Südlü” markalı sosiskaları, içki vitrinindən isə 1 ədəd dəyəri 10 manat təşkil edən 750 qramlıq “Blagk JAGK” markalı viskini, 2 ədəd hər birinin dəyəri 7 manat təşkil edən 750 qramlıq “X13” markalı şampanları, 1 ədəd dəyəri 7 manat 50 qəpik təşkil edən “Az Granata” istehsallı 700 qramlıq “Pearl” markalı nar şərabını götürüb qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2445,5 manat (iki min dörd yüz qırx beş manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Qeyd edilən əməllərə görə və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs2 həmkəndlisi olmaqla təxminən 10 ildir ki, onunla dostluq edir. Boş vaxtalarında Poladla görüşüb çay içib domino oynayırlar. 12 dekabr 2022-ci il tarixdə saat 22 radələrində Poladla kənd ərazisində gəzmiş, həmin vaxt çəkməyə siqaretləri olmamışdır. Polad ona həmkəndliləri Zərərçəkmiş şəxs2 məxsus mağazadan siqaret, pul və digər ərzaqlar oğurlamağı təklif etmişdir . O, ilk öncə Polada ifşa edilib məsuliyyətə cəlb edilə biləcəklərini desə də Poladın bir neçə dəfə ona təklifindən sonra onunla razılaşmış, gecənin olmasını, ətrafda heç kimin olmamasını gözləmişlər. Həmin vaxt yerdə dəmir parçası tapmış və gecə saat 02 radələrində ətrafda heç kimin olmadığını görüb mağazanın qarşısına yaxınlaşmışlar. Qapının qarşısında dəmir barmaqlıq olmuş, qapının ortasında isə şüşə lövhələr olmuşdur. Əlindəki dəmir parçasını qıfılın arasına salıb açmış, sonra isə əlini salıb qapının arxasındakı cəftəni açmışdır. O, ilk olaraq mağazaya daxil olduqdan sonra Polad da arxasınca mağazaya daxil olmuş, pul siyirtməsindən 20 manatlıq qəpik pulu və 1, 5,10 manatlıq 330 manat kağız pulları, həmçinin 35 ədəd 1 manatlıq sim danışıq konturlarını, 5 ədəd 3 manatlıq sim danışıq konturlarını, 7 ədəd 2 manatlıq nar danışıq konturlarını, 3 ədəd 5 manatlıq nar danışıq konturlarını, 2 ədəd 3 manatlıq cin danışıq konturlarını oğurlamış, sonra isə mağazada siqaret vitrinindən 3 blok, yəni 30 qutu “Vinston” compact markalı siqaretləri, 2 blok 20 qutu “Sobranie” compact markalı siqaretləri, “1 blok, yəni 10 qutu LD” compact markalı siqaretləri, 5 qutu “Kent 8” qalın markalı siqaretləri, 8 qutu “Kent4” nazik markalı siqaretləri, 5 qutu “Davidoff” nazik uzun markalı siqaretləri, 3 qutu “Vincester” nazik markalı siqaretləri, 6 ədəd “Alpen gold” şokoladlarını oğurlamış və mağazadan çölə tullantı kimi aıtlmış yerdən götürdüyümüz boş karton yeşiyə yığıb mağazadan çıxmış, 100-200 metr aralaşıb yolda pulları saymışlar. Hər birimizə kağız və qəpik pul daxil olmaqla 175 manat pul qalmışdır. Bundan sonra siqaretləri bölmüş, ona 40 qutu, Polada 41 qutu siqaret düşmüşdür. Siqaret çəkdiklərindən sonrakı günlər ərzində siqaretləri daha çəkməklə istifadə etmiş, şokoladları da öz aralarında bölüb yemiş və pulları isə öz şəxsi ehtiyaclarımız üçün mağazalardan müxtəlif ərzaqlar almaqla istifadə etmişlər. Bunan başqa 26 dekabr 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2lə kənd ərazisində söhbət edərkən Polad ona yenidən gecə vaxtı Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasından oğurluq etmələrini təklif etmişdir. O, ilk öncə razı olmasa da Polad bir neçə dəfə dedikdən sonra onun təklifi ilə razılaşmış, Polad özü əlcək gətirəcəyini demişdir. 27 dekabr 2022-ci il tarixdə gecə saat 2 radələrində Zərərçəkmiş şəxs1 mağazasının ətrafına gəlmiş və artıq mağaza bağlanmış, ətrafda başqa heç kim olmamışdır. Poladın gətirdiyi əlcəkləri əllərinə taxmışlar. Məqsədləri hadisə yerində əlbarmaq izimizin aşkar olunmaması olmuşdur. Həmçinin özləri ilə dəmir parçası götürmüşlər ki, oğurluq zamanı mağazanın açılmasında istifadə etsinlər. O və Polad mağazanın arxa tərəfdən çayxana istiqamətindən qapısına yaxınlaşmış və mağazanın qapısının çayxana tərəfdən olan qapısının arasına dəmir lingi salıb arxa keçəcəyini açmış, sonra isə mağazanın içərisinə daxil olmuşlar. İlk olaraq mağazanın kassasına baxmış və hər hansı böyük məbləğdə pul tapmamışlar. Mağazadan ümumilikdə 70 manat müxtəlif əskinaslarda kağız pul, 16 manat məbləğində qəpik pul oğurlamış, sonra isə özləri ilə gətirdikləri 2 ədəd böyük kisəyə mağazadan oğurladıqları “Magna” markalı nazik 13 ədəd siqareti, “Palmal” markalı 32 ədəd siqareti, “Prima” markalı 11 ədəd siqareti, “LD” nazik markalı 6 ədəd siqareti, “LD” compact markalı 23 ədəd siqareti, “Viceroy” nazik boz markalı 14 ədəd siqareti, “West” qalın markalı 3 ədəd sirqareti, “Classic compact” markalı 19 ədəd siqareti, “Wincester” nazik markalı 38 ədəd siqareti, “Senate” nazik markalı 9 ədəd siqareti, “Davidoff” nazik uzun markalı 4 ədəd siqareti, “Rothmans” compact boz markalı 33 ədəd, “Sobranie” qalın 26 ədəd, “Winston” compact markalı 40 ədəd, “Argo” qalın markalı 6 ədəd, “Argo” nazik markalı 6 ədəd, “Kent” qalın markalı 29 ədəd, “Dunhill” nazik markalı 14 ədəd siqaretləri yığmışlar. Habelə kassanın yanındakı qabdan 11 ədəd 1 manatlıq cin danışıq konturlarını, 11 ədəd 2 manatlıq cin danışıq konturlarını, 9 ədəd 2 manatlıq nar danışıq konturlarını, 10 ədəd 1 manatlıq sim danışıq konturlarını, 10 ədəd 2 manatlıq sim danışıq konturlarını oğurlayaraq kisənin içərisinə qoymuş, sonra isə ərzaq vitrinindən 2 ədəd “Qusarskaya” markalı 490 qramlıq mal əti konservlərini, 1 ədəd “Super Sun” markalı 490 qramlıq mal əti konservini, 3 ədəd “Super Sun” markalı 250 qramlıq mal əti konservlərini, 9 ədəd “Sardina” markalı 250 qramlıq balıq əti konservlərini, 9 ədəd “Ruslada” markalı 370 qramlıq qənnadı dolğularını (squşenka), 6 ədəd “Çokokrem” markalı şokolad yağlarını, 23 ədəd “dirol” markalı saqqızları, 3 ədəd “Green Food” markalı hər biri 200 qramlıq ketçupları, 2 ədəd hər biri 70 qramlıq süfrə xardalını, 2 ədəd “Jelaniya” markalı 380 qramlıq mayonezləri, 3 ədəd “Rapira” markalı lezvaları (kəsiciləri), 3 ədəd “Moskovskaya” markalı 700 qramlıq kolbasaları, 4 ədəd “Krakovskaya” markalı 250 qramlıq Bakı istehsallı kolbasaları, 2 paçka “Ocaq” markalı hər paçkası 440 qram olan sosiskaları, 3 kiloqram “Südlü” markalı açıq vəziyyətdə olan sosiskaları, 1 ədəd “BLAGK JAGK” markalı 750 mq qramlıq viskini, 2 ədəd 750 qramlıq “X13” markalı şampanları, 1 ədəd “Az Granata” istehsallı, 700 mq qramlıq “Pearl” markalı nar şərabını oğurlayaraq kisələrə yığımış, sonra isə mağazadan çıxıb Şamxalla birlikdə oğurladıqları əşyalar olan kisələri oradan 1-1,5 km aralıda yerləşən evlərinin yanındakı tövləyə aparmışlar. Orada 70 manat pulu öz aramızda bölmüş, hər birinə 35 manat pul düşmüşdür. Siqaretlərin sayı 320 qutu olmş, o və Polad hər biri 2 ədəd Sobranie markalı siqareti çəkmək üçün götürmüş, qalanlarını isə istədikdə götürüb istifadə edəcəklərmiş. Bundan sonra oğurladıqları əşyaları İsmayıllı rayonu Topçu kəndinə yaşadığı evin yaxınlığındakı tövlələrinə aparıb gizlətmiş, oğurladıqları şampanlardan bir ədədini partladıb içmiş, həmçinin həmin gecə “Qusarskaya” markalı 490 qramlıq konservlərdən birini, “Sardina” markalı 250 qramlıq konservlərdən də ikisini yemişlər. Söhbət zamanı Polada bildirmişdir ki, səhər bir yerdə İsmayıllı şəhərinə gedib gəzərik. Bundan sonra Polad onunla sağolaşıb yaşadığı evə getmiş, səhər saat 8 radələrində Poladla birlikdə İsmayıllı şəhərinə gəlmiş və bir qədər İsmayıllının mərkəzini gəzmiş, sonra isə Topçu kəndinə qayıtmışlar. 28 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuş və sorğu-sual zamanı törətdiyi cinayəti etiraf edərək, oğurladığı əşyaları təqdim etmişdir. Başqa hər hansı şəxsə məxsus mağazadan və yaxud qeyri saxlanc yerindən oğurluq etməmişdir, törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmiş və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Bunlar nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş yüngül cəza təyin edilməsini xahiş edir. Qanuni nümayəndəsi (atası) X3 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu Topçu kəndində yaşayır, subaydır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, təxminən 10 ildir ki, onunla dostluq edir. Boş vaxtlarında Şamxalla görüşüb çay içib domino oynayırlar. 12 dekabr 2022-ci il tarixdə saat 22 radələrində Şamxalla kənd ərazisində gəzmiş, heç birinin çəkməyə siqareti olmamışdır. O, Şamxala təklif etdi ki, gəlsənə Zərərçəkmiş şəxs2 məxsus mağazadan siqaret, yaxuda əlimizdə nə keçərsə oğurlayaq. Şamxal onun təklifi ilə razılaşmış və gecənin olmasını, ətrafda heç kimin olmamasını gözləmişlər. Şamxal mağazanın qıfılının arasına salmaq üçün yerdən dəmir parçası tapmışdır. 13 dekabr 2022-ci il tarixdə gecə saat 02 radələrində ətrafda heç kimin olmadığını görüb mağazanın qarşısına yaxınlaşmış, qapının qarşısında dəmir barmaqlıq olmuşdur. Qapının ortasında isə şüşə lövhələr olmuşdur.. Şamxal əlindəki dəmir parçasını qıfılın arasına salıb açmış, sonra isə əlini salıb qapının arxasındakı cəftəni açmış və Şamxal mağazaya daxil olmuşdur. Bundan sonra pul siyirtməsindən 20 manatlıq qəpik pulu və 1, 5,10 manatlıq 330 manat kağız pulları, həmçinin 35 ədəd 1 manatlıq sim danışıq konturları, 5 ədəd 3 manatlıq sim danışıq konturlarının, 7 ədəd 2 manatlıq nar danışıq konturlarının, 3 ədəd 5 manatlıq nar danışıq konturlarını, 2 ədəd 3 manatlıq cin danışıq konturlarını oğurlamış, həmçinin birlikdə mağazada siqaret vitrinindən 3 blok, yəni 30 qutu “Vinston” compact markalı siqaretləri, 2 blok, 20 qutu “Sobranie” compact markalı siqaretləri, “1 blok, yəni 10 qutu LD” compact markalı siqaretləri, 5 qutu “Kent 8” qalın markalı siqaretləri, 8 qutu “Kent4” nazik markalı siqaretləri, 5 qutu “Davidoff” nazik uzun markalı siqaretləri, 3 qutu “Vincester” nazik markalı siqaretləri, 6 ədəd “Alpen gold” şkaladlarını oğurlamış və mağazadan çöldə tullantı kimi atılmış boş karton yeşiyə yığıb mağazadan çıxmış, 100-200 metr aralaşıb yolda pulları saymışlar. Hər birinə kağız və qəpik pul daxil olmaqla 175 manat pul qalmış, bundan sonra siqaretləri bölmüş, ona 30 qutu, mənə isə 41 qutu siqaret düşmüşdür. Siqaret çəkdiklərindən sonrakı günlər ərzində siqaretləri daha çəkməklə istifadə etmiş, şokoladları da öz aralarında bölüb yemiş və pulları isə öz şəxsi ehtiyaclarımız üçün mağazalardan müxtəlif ərzaqlar almaqla istifadə etmişlər. 26 dekabr 2022-ci il tarixdə günorta saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə gedib kənd ərazisində görüşmüş və onunla söhbət edərkən təklif etmişdir ki, gecə vaxtı Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasından oğurluq etsinlər. Şamxal ona tutula biləcəklərini desə də ona qorxmamağı oğurluq etməklərini demişdir. Şamxal da təklifi ilə razılaşmışdır. 27 dekabr 2022-ci il tarixdə gecə saat 2 radələrində Zərərçəkmiş şəxs1 mağazasının ətrafına gəlmiş və artıq mağaza bağlanmış, ətrafda başqa heç kim olmamışdır. O, özü 2 cüt təsərrüfat əlcəyi götürmüş və hər ikisi əlcəkləri əllərinə taxmışlar ki, hadisə yerində əl-barmaq izləri aşkar olunmasın. Bundan başqa özləri dəmir ling götürmüşlər ki, oğurluq zamanı mağazanın açılmasında istifadə etsinlər. O və Şamxal mağazanın arxa tərəfdən çayxana istiqamətindən qapısına yaxınlaşmış və mağazanın qapısının çayxana tərəfdən olan qapısının arasına dəmir lingi salıb arxa keçəcəyini açmış, sonra isə mağazanın içərisinə daxil olmuşlar. İlk olaraq mağazanın kassasına baxmış və hər hansı böyük məbləğdə pul tapmamışlar. Mağazadan ümumilikdə 70 manat müxtəlif əskinaslarda kağız pul, 16 manat məbləğində qəpik pul oğurlamış, sonra isə özləri ilə gətirdikləri 2 ədəd böyük kisəyə mağazadan “Magna” markalı nazik 13 ədəd siqareti, “Palmal” markalı 32 ədəd siqareti, “Prima” markalı 11 ədəd siqareti, “LD” nazik markalı 6 ədəd siqareti, “LD” compact markalı 23 ədəd siqareti, “Viceroy” nazik boz markalı 14 ədəd siqareti, “West” qalın markalı 3 ədəd siqareti, “Classic compact” markalı 19 ədəd siqareti, “Wincester” nazik markalı 38 ədəd siqareti, “Senate” nazik markalı 9 ədəd siqareti, “Davidoff” nazik uzun markalı 4 ədəd siqareti, “Rothmans” compact boz markalı 33 ədəd, “Sobranie” qalın 26 ədəd, “Winston” compact markalı 40 ədəd, “Argo” qalın markalı 6 ədəd, “Argo” nazik markalı 6 ədəd, “Kent” qalın markalı 29 ədəd, “Dunhill” nazik markalı 14 ədəd siqaretləri yığmış, habelə kassanın yanındakı qabdan 11 ədəd 1 manatlıq cin danışıq konturlarını, 11 ədəd 2 manatlıq cin danışıq konturlarını, 9 ədəd 2 manatlıq nar danışıq konturlarını, 10 ədəd 1 manatlıq sim danışıq konturlarını, 10 ədəd 2 manatlıq sim danışıq konturlarını kisənin içərisinə qoymuş, sonra isə ərzaq vitrinindən 2 ədəd “Qusarskaya” markalı 490 qramlıq mal əti konservlərini, 1 ədəd “Super Sun” markalı 490 qramlıq mal əti konservini, 3 ədəd “Super Sun” markalı 250 qramlıq mal əti konservlərini, 9 ədəd “Sardina” markalı 250 qramlıq balıq əti konservlərini, 9 ədəd “Ruslada” markalı 370 qramlıq qənnadı dolğularını (squşenka), 6 ədəd “Çokokrem” markalı şokolad yağlarını, 23 ədəd “dirol” markalı saqqızları, 3 ədəd “Green Food” markalı hər biri 200 qramlıq ketçupları, 2 ədəd hər biri 70 qramlıq süfrə xardalını, 2 ədəd “Jelaniya” markalı 380 qramlıq mayonezləri, 3 ədəd “Rapira” markalı lezvaları (kəsiciləri), 3 ədəd “Moskovskaya” markalı 700 qramlıq kolbasaları, 4 ədəd “Krakovskaya” markalı 250 qramlıq Bakı istehsallı kolbasaları, 2 paçka “Ocaq” markalı hər paçkası 440 qram olan sosiskaları, 3 kiloqram “Südlü” markalı açıq vəziyyətdə olan sosiskaları, 1 ədəd “BLAGK JAGK” markalı 750 qramlıq viskini, 2 ədəd 750 qramlıq “X13” markalı şampanları, 1 ədəd “Az Granata” istehsallı, 700 mq qramlıq “Pearl” markalı nar şərabını oğurlayaraq kisələrə əlavə etmiş, sonra isə mağazadan çıxıb Şamxalla birlikdə oğurladıqları əşyalar olan kisələri əvvəlcədən danışıqlarına görə oradan 1-1,5 km aralıda yerləşən Şamxala məxsus evlərinin yanındakı tövləyə aparmışlar. Orada oğurladıqları 70 manat pulu öz aralarında bölmüş, hər birinə 35 manat pul düşmüşdür. Siqaretlərin sayı 320 ədəd olmuş, o və Şamxal hər biri 2 ədəd Sobranie markalı siqareti çəkmək üçün götürmüş və qalanlarını isə istədikdə götürüb istifadə edəcəklərmiş. Şamxalın təklifi ilə oğurladıqları əşyaları Şamxalın ailəsinə məxsus evlərinin yaxınlığındakı tövəyə aparmış və gizlətmişlər. Oğurladıqları şampanlardan bir ədədini partladıb içmiş, Qusarskaya markalı 490 qramlıq Tövlənin qarşısında oğurladığımız konservlərdən birini, “Sardina” markalı 250 qramlıq konservlərdən də ikisini yemişlər. Söhbət zamanı Şamxal bildirmişdir ki, səhər bir yerdə İsmayıllı şəhərinə gedib gəzərik. Sonra isə Şamxaldan aralaşıb yaşadığı evə getmiş, ailə üzvləri oğurluq etdiyini bilməmiş, səhər saat 8 radələrində Şamxalla birlikdə İsmayıllı şəhərinə gəlmiş və bir qədər İsmayıllının mərkəzinin gəzmiş, sonra isə Topçu kəndinə qayıtmışlar. 28 dekabr 2022-ci il tarixdə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən törətdiyi əməlini etiraf etmiş, əməlindən peşman olmuşdur. Barəsindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayəti yoxdur. O, yetkinlik yaşına çatmayan şəxsdir, qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Topçu kəndində yaşayır. İsmayıllı rayonu Topçu kəndində atasına məxsus mağazanı işlədir. Həmin mağazada ondan başqa atası X7 və bəzi vaxtlarda qaynı X8 da satıcılıq edir. Mağazada müxtəlif ərzaqlar, şəkər tozu, qənd, çay, düyü, makarın, spirtli və spirtsiz içkilər, şirniyyatlar və s məhsullar satırlar. 26 dekabr 2022-ci il tarixdə səhər saat saat 08 radələrindən axşam saat 19 radələrində qədər atası Novruz Şiraliyev mağazada satıcılıq etmiş, axşam saat 19 radələrindən isə özü mağzaya gələrək satıcılıq etməyə başlamışdır. Mağazaya bitişik və birbaşa giriş qapısı olan çayxanada vardır. O. axşam saat 19 radələrində çayxanada olan odun peçini yandırmış, həmin vaxtdan sonra kafeyə adlarını hazırda xatırlamadığı kənd sakinləri gələrək çay içib söhbət etməyə başlamışlar. Mağazaya əksər vaxtlarda müştəri zəif gəlib getdiyindən o və atası Novruz da əksər vaxtlarda çayxanada olurlar. Müştəri gəldikdə ara qapıdan mağazaya keçib müştərilərə xidmət göstərirlər. 27 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrinə qədər çayxanada olmuş, sonra isə yaşadığı evə getmişdir. Səhər saat 8 radələrində atası Novruz mobil telefonuna zəng edərək mağazadan oğurluq baş verdiyini demiş və o, gəlib baxdıqda çayxana tərəfdən qapıya müdaxilə edib arxa keçəcəyinin açıldığını və mağazadan oğurluq baş verdiyini görmüşdür. Müəyyən etmişdir ki, mağazadan 1, 5, 10 və 20 manatlıq pul əskinaslarından ibarət cəmi 250 manat kağız pul, kauçuk qabın içərisindən cəmi 16 manat məbləğində qəpik pullar, 11 ədəd 1 manatlıq “cin”, 11 ədəd 2 manatlıq “cin”, 9 ədəd 2 manatlıq “nar”, 10 ədəd 1 manatlıq “sim”, 10 ədəd 2 manatlıq “sim” danışıq kontur kartları, siqaret vitrinindən 40 qutu hər birinin dəyəri 3 manat 20 qəpik təşkil edən “LD” kompact markalı siqaretlər, 20 qutu hər birinin dəyəri 3 manat 30 qəpik təşkil edən “LD” markalı siqaretlər, 30 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən “Vinston” nazik markalı siqaretlər, 10 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Kent 1” qalın markalı siqaretlər, 10 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Kent 4” qalın markalı siqaretlər, 20 qutu hər birinin dəyəri 4 manat qəpik təşkil edən “Kent 8” qalın markalı siqaretlər, 60 qutu hər birinin dəyəri 4 manat 20 qəpik təşkil edən “Sobranie” markalı siqaretlər, 40 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Palmal” markalı siqaretlər, 30 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Rotmas” kompakt markalı siqaretlər, 50 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Vincester” markalı siqaretlər, 20 qutu hər birinin dəyəri 2 manat 60 qəpik təşkil edən “Vest” qalın markalı siqaretlər, 80 qutu hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən “Classik” markalı siqaretlər, 10 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Davidoff” uzun markalı siqaretlər, 20 qutu hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən “Senate” nazik markalı siqaretlər, 30 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Bakı” markalı siqaretlər, 40 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Argo” qalın markalı siqaretlər, 50 qutu hər birinin dəyəri 2 manat 40 qəpik təşkil edən “Viceroy” nazik markalı siqaretlər, 50 qutu hər birinin dəyəri 2 manat 40 qəpik təşkil edən “Magna” nazik markalı siqaretlər, 20 qutu hər birinin dəyəri 4 manat 20 qəpik təşkil edən “Dunhil” markalı siqaretlərin, 11 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Prima” qalın markalı siqaretlər, ərzaq vitrinindən 2 ədəd hər birinin dəyəri 5 manat təşkil edən 490 qramlıq “Qusarskaya” markalı mal əti konservləri, 1 ədəd dəyəri 7 manat təşkil edən 490 qramlıq “Super Sun” markalı mal əti konservi, 3 ədəd hər birinin dəyəri 4 manat 50 qəpik təşkil edən 250 qramlıq “Super Sun” markalı mal əti konservi, 9 ədəd hər birinin dəyəri 3 manat 50 qəpik təşkil edən 250 qramlıq “Sardina” markalı balıq əti konservləri, 9 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən 370 qramlıq “Ruslada” markalı qənnadı dolğuları (squsenka), 6 ədəd hər birinin dəyəri 5 manat 50 qəpik təşkil edən “Çokokrem” markalı şokolad yağları, 23 ədəd hər birinin dəyəri 50 qəpik təşkil edən “Dirol” markalı saqqızlar, 3 ədəd hər birinin dəyəri 1 manat təşkil edən 200 qramlıq “Green Food” markalı ketçuplar, 2 ədəd hər birinin dəyəri 60 qəpik təşkil edən 70 qramlıq süfrə xardalı, 2 ədəd hər birinin dəyəri 1 manat 50 qəpik təşkil edən 380 qramlıq “Jelaniya” markalı mayonezlər, 3 ədəd hər birinin dəyəri 70 qəpik təşkil edən “Rapira” markalı lezvalar (kəsicilərin), 3 ədəd hər birinin dəyəri 9 manat təşkil edən 700 qramlıq “Moskovskaya” markalı kolbasalar, 4 ədəd hər birinin dəyəri 3 manat 50 qəpik təşkil edən 250 qramlıq “Krakovskaya” markalı kolbasalar, 2 sellofan qablaşmada hər birinin dəyəri 6 manat təşkil edən “Ocaq” markalı sosiskalar, 3 kiloqram hər kiloqramının dəyəri 4 manat 50 qəpik təşkil edən “Südlü” markalı sosiskalar, içki vitrinindən isə 1 ədəd dəyəri 10 manat təşkil edən 750 qramlıq “Blagk JAGK” markalı viski, 2 ədəd hər birinin dəyəri 7 manat təşkil edən 750 qramlıq “X13” markalı şampanlar, 1 ədəd dəyəri 7 manat 50 qəpik təşkil edən “Az Granata” istehsallı 700 qramlıq “Pearl” markalı nar şərabı oğurlanmış, ümumilikdə hesabladıqda ona 2483,5 manat (iki min dörd yüz səksən üç manat əlli qəpik) maddi ziyan dəymişdir. Bundan sonra mobil telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermiş və qısa müddət sonra isə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş və hadisə yerindən əlbarmaq izləri götürərək protokol tərtib etmişlər. Araşdırılma zamanı mağazasından oğurluq etmiş şəxslərin onun həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları məlum olmuşdur. Sonradan ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı tələbi və şikayəti yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Topçu kəndində yaşayır və həmin kənd ərazisində ərzaq mağazası işlədir. Mağaza yaşadığı evdən təxminən 1,5 kilometr məsafədə Topçu kəndinin mərkəzində yerləşir. 12 dekabr 2022-ci il tarixdə saat 20 radələrində mağazasını bağlayıb qıfılını vuraraq yaşadığı evə getmişdir. 13 dekabr 2022-ci il tarixdə saat 08 radələrində mağazasının qarşısına gəldikdə qoruyucu barmaqlığın aralı vəziyyətdə olduğunu və üzərində asma qıfılın sınmış vəziyyətdə olduğunu görmüşdür. Artıq başa düşdüm ki, mağazaya kimsə daxil olmuş və oğurluq baş vermişdir. Mağazaya nəzər yetirdikdə kassanın siyirtməsindən 20 manatlıq qəpik pulun, 1,5,10 manatlıq 330 manat kağız pulun, 35 ədəd 1 manatlıq “sim”, 5 ədəd 3 manatlıq “sim”, 7 ədəd 2 manatlıq “nar”, 3 ədəd 5 manatlıq “nar”, 2 ədəd 3 manatlıq “cin” danışıq konturlarını yerində olmadığını və oğurlandığını, habelə siqaret vitrinindən 30 qutu hər birinin dəyəri 3 manat 80 qəpik olan “Vinston” compact markalı siqaretlərin, 20 qutu hər birinin dəyəri 4 manat “Sobranie” compact markalı siqaretlərin, 10 qutu hər birinin dəyəri 3 manat olan siqaretlərin, 5 qutu hər birinin dəyəri 4 manat olan “Kent 8” qalın markalı siqaretlərin, 8 qutu hər birinin dəyəri 4 manat olan nazik “Kent4” markalı siqaretlərin, 5 qutu hər birinin dəyəri 4 manat olan “Davidoff” nazik uzun markalı siqaretlərin, 3 qutu hər birinin dəyəri 2 manat 80 qəpik “Vincester” nazik markalı siqaretlərin, 6 ədəd 1 manat 50 qəpik dəyərində fındıqlı “Alpen gold” şokoladları oğurlandığını və ona 748 manat 40 qəpik maddi ziyan dəydiyini müəyyən etmişdir. 28 dekabr 2022-i il tarixədək hüquq mühafizə orqanlarına müraciət etməmişdir ki, bəlkə özü oğurluğu törətmiş şəxsləri müəyyən edər. 28 dekabr 2022-ci il tarixdə Şamxal Hüseyninlinin polis əməkdaşları tərəfindən yaxınlıqda yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazada baş vermiş oğurluq hadisəsi ilə əlaqədar polis şöbəsinə aparıldığını eşidib o, da artıq oğurluğun həmin şəxs və ya onunla əlbir olan şəxs tərəfindən törədilə biləcəyini düşünüb polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Araşdırılma zamanı mağazasından oğurluq etmiş şəxslərin onun həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları məlum olmuşdur. Sonradan ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı tələbi və şikayəti yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. X1 ifadə verərək göstərdi ki, yaşadığı İsmayıllı rayonu Topçu kəndində rəsmi sənədlə onun adına olan, lakin faktiki olaraq oğlu Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazası vardır. Həmin mağazada o və oğlu Asəf satıcılıq edirlər. Mağazada müxtəlif ərzaqlar, şəkər tozu, qənd, çay, düyü, makaron, spirtli və spirtsiz içkilər, şirniyyatlar və s məhsullar satırlar. 26 dekabr 2022-ci il tarixdə səhər saat saat 08 radələrindən axşam saat 19 radələrində qədər o, mağazada satıcılıq etmiş, axşam saat 19 radələrindən isə Asəf özü mağazaya gələrək satıcılıq etməyə başlamışdır. Mağazaya bitişik və birbaşa giriş qapısı olan çayxanada vardır. 27 dekabr 2022-ci il tarixdə gecə saat 01 radələrində oğlum Asəf yaşadıqları evə gəlmiş, səhər saat 8 radələrində o, mağazaya getdikdə mağazanın çayxana tərəfdən giriş qapısının keçəcəyinin açıq vəziyyətdə olduğunu və mağazadan oğurluq olduğunu müəyyən etmişdir. Bu barədə Asəfə zəng edərək məlumat vermiş və qısa müddət sonra Asəf mağazaya gəlmiş, baxdıqda müəyyən etmişlər ki, mağazadan 1, 5, 10 və 20 manatlıq pul əskinaslarından ibarət cəmi 250 manat kağız pul, kauçuk qabın içərisindən cəmi 16 manat məbləğində qəpik pullar, 11 ədəd 1 manatlıq “cin”, 11 ədəd 2 manatlıq “cin”, 9 ədəd 2 manatlıq “nar”, 10 ədəd 1 manatlıq “sim”, 10 ədəd 2 manatlıq “sim” danışıq kontur kartları, siqaret vitrinindən 40 qutu hər birinin dəyəri 3 manat 20 qəpik təşkil edən “LD” kompact markalı siqaretlər, 20 qutu hər birinin dəyəri 3 manat 30 qəpik təşkil edən “LD” markalı siqaretlər, 30 qutu hər birinin dəyəri 3 manat 80 qəpik təşkil edən “Vinston” nazik markalı siqaretlər, 10 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Kent 1” qalın markalı siqaretlər, 10 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Kent 4” qalın markalı siqaretlər, 20 qutu hər birinin dəyəri 4 manat qəpik təşkil edən “Kent 8” qalın markalı siqaretlər, 60 qutu hər birinin dəyəri 4 manat 20 qəpik təşkil edən “Sobranie” markalı siqaretlər, 40 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Palmal” markalı siqaretlər, 30 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Rotmas” kompakt markalı siqaretlər, 50 qutu hər birinin dəyəri 2 manat 80 qəpik təşkil edən “Vincester” markalı siqaretlər, 20 qutu hər birinin dəyəri 2 manat 60 qəpik təşkil edən “Vest” qalın markalı siqaretlər, 80 qutu hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən “Classik” markalı siqaretlər, 10 qutu hər birinin dəyəri 4 manat təşkil edən “Davidoff” uzun markalı siqaretlər, 20 qutu hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən “Senate” nazik markalı siqaretlər, 30 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Bakı” markalı siqaretlər, 40 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Argo” qalın markalı siqaretlər, 50 qutu hər birinin dəyəri 2 manat 40 qəpik təşkil edən “Viceroy” nazik markalı siqaretlər, 50 qutu hər birinin dəyəri 2 manat 40 qəpik təşkil edən “Magna” nazik markalı siqaretlər, 20 qutu hər birinin dəyəri 4 manat 20 qəpik təşkil edən “Dunhil” markalı siqaretlərin, 11 qutu hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən “Prima” qalın markalı siqaretlər, ərzaq vitrinindən 2 ədəd hər birinin dəyəri 5 manat təşkil edən 490 qramlıq “Qusarskaya” markalı mal əti konservləri, 1 ədəd dəyəri 7 manat təşkil edən 490 qramlıq “Super Sun” markalı mal əti konservi, 3 ədəd hər birinin dəyəri 4 manat 50 qəpik təşkil edən 250 qramlıq “Super Sun” markalı mal əti konservi, 9 ədəd hər birinin dəyəri 3 manat 50 qəpik təşkil edən 250 qramlıq “Sardina” markalı balıq əti konservləri, 9 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən 370 qramlıq “Ruslada” markalı qənnadı dolğuları (squsenka), 6 ədəd hər birinin dəyəri 5 manat 50 qəpik təşkil edən “Çokokrem” markalı şokolad yağları, 23 ədəd hər birinin dəyəri 50 qəpik təşkil edən “Dirol” markalı saqqızlar, 3 ədəd hər birinin dəyəri 1 manat təşkil edən 200 qramlıq “Green Food” markalı ketçuplar, 2 ədəd hər birinin dəyəri 60 qəpik təşkil edən 70 qramlıq süfrə xardalı, 2 ədəd hər birinin dəyəri 1 manat 50 qəpik təşkil edən 380 qramlıq “Jelaniya” markalı mayonezlər, 3 ədəd hər birinin dəyəri 70 qəpik təşkil edən “Rapira” markalı lezvalar (kəsicilərin), 3 ədəd hər birinin dəyəri 9 manat təşkil edən 700 qramlıq “Moskovskaya” markalı kolbasalar, 4 ədəd hər birinin dəyəri 3 manat 50 qəpik təşkil edən 250 qramlıq “Krakovskaya” markalı kolbasalar, 2 sellofan qablaşmada hər birinin dəyəri 6 manat təşkil edən “Ocaq” markalı sosiskalar, 3 kiloqram hər kiloqramının dəyəri 4 manat 50 qəpik təşkil edən “Südlü” markalı sosiskalar, içki vitrinindən isə 1 ədəd dəyəri 10 manat təşkil edən 750 qramlıq “Blagk JAGK” markalı viski, 2 ədəd hər birinin dəyəri 7 manat təşkil edən 750 qramlıq “X13” markalı şampanlar, 1 ədəd dəyəri 7 manat 50 qəpik təşkil edən “Az Granata” istehsallı 700 qramlıq “Pearl” markalı nar şərabı oğurlanmışdır. Ümumilikdə hesabladıqda ona 2483,5 manat (iki min dörd yüz səksən üç manat əlli qəpik) maddi ziyan dəydiyini müəyyən etmişdir. Bundan sonra Asəf mobil telefonu ilə Azərbaycan Respublikası Dİn-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat verdi və qısa müddət sonra isə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirdilər və hadisə yerindən əl-barmaq izləri götürmüşdür. Polis əməkdaşları tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, həmin oğurluğu Topçu kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə törətmişlər. Məhkəmə iclasına şahid qismində çağırılmış X2 Təqsirləndirilən şəxs1 anası olduğundan ona şahid qismində dindirilməmişdən əvvəl Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində nəzərdə tutulmuş qaydada özünün və yaxın qohumlarının əleyhinə ifadə verməkdən imtina etmək hüququnun olduğu izah edilmiş, şahid X4 iş üzrə ifadə verməkdən imtina etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini də iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonu Topçu kəndində Zərərçəkmiş şəxs1 məxsus və Zərərçəkmiş şəxs2 mağazalardan necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı rayonu Topçu kəndində Zərərçəkmiş şəxs1 məxsus və Zərərçəkmiş şəxs2 mağazalardan necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. İş üzrə üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı göstərərək bir daha təsdiq etmişdir. 27 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq hadisəsi baş vermiş Zərərçəkmiş şəxs1 məxsus mağaza İsmayıllı rayonu Topçu kəndində yerləşir. 28 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq hadisəsi baş vermiş Zərərçəkmiş şəxs2 məxsus mağaza İsmayıllı rayonu Topçu kəndində yerləşir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1215 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurlanmış 40 qutu “LD” kompact markalı siqaretin hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla 128 manat, 20 qutu LD” markalı siqaretin hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla 64 manat, 30 qutu “Vinston” nazik markalı siqaretin hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla 102 manat, 10 qutu “Kent 1” qalın markalı siqaretin hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla 38 manat, 10 qutu Kent 4” qalın markalı siqaretin hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla 38 manat, 20 qutu “Kent 8” qalın markalı siqaretin hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla 76 manat, 60 qutu “Sobranie” markalı siqaretin hər birinin dəyəri 4 manat olmaqla 240 manat, 40 qutu Palmal” markalı siqaretin hər birinin dəyəri 2 manat 80 qəpik olmaqla 112 manat, 30 qutu “Rotmas” kompakt markalı siqaretin hər birinin dəyəri 2 manat 80 qəpik olmaqla 84 manat, 50 qutu Vincester” markalı siqaretin hər birinin dəyəri 2 manat 80 qəpik olmaqla 140 manat, 20 qutu “Vest” qalın markalı siqaretin hər birinin dəyəri 2 manat 60 qəpik olmaqla 52 manat, 80 qutu Classik” markalı siqaretin hər birinin dəyəri 2 manat 50 qəpik olmaqla 200 manat, 10 qutu “Davidoff” uzun markalı siqaretin hər birinin dəyəri 4 manat olmaqla 40 manat, 20 qutu Senate” nazik markalı siqaretin hər birinin dəyəri 2 manat 50 qəpik olmaqla 50 manat, 30 qutu “Bakı” markalı siqaretin hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla 66 manat, 40 qutu “Argo” qalın markalı siqaretin hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla 88 manat, , 50 qutu “Viceroy” nazik markalı siqaretin hər birinin dəyəri 2 manat 40 qəpik olmaqla 120 manat, 50 qutu “Magna” nazik markalı siqaretin hər birinin dəyəri 2 manat 40 qəpik olmaqla 120 manat, 20 qutu “Dunhil” markalı siqaretin hər birinin dəyəri 4 manat olmaqla 80 manat, 11 qutu “Prima” qalın markalı siqaretin hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla 24 manat 20 qəpik, 11 ədəd 1 manatlıq cin danışıq konturlarının qiyməti 11 manat, 11 ədəd 2 manatlıq cin danışıq konturlarının qiyməti 22 manat, 9 ədəd 2 manatlıq nar danışıq konturlarının qiyməti 18 manat, 10 ədəd 1 manatlıq sim danışıq konturlarının qiyməti 10 manat, 10 ədəd 2 manatlıq sim danışıq konturlarının qiyməti 20 manat, 2 ədəd 490 qramlıq “Qusarskaya” markalı mal əti konservlərinin hər birinin qiyməti 5 olmaqla 10 manat, 1 ədəd dəyəri 490 qramlıq “Super Sun” markalı mal əti konservinin qiyməti 7 manat, 3 ədəd 250 qramlıq “Super Sun” markalı mal əti konservinin hər birinin dəyəri 4 manat 50 qəpik olmaqla 13 manat 50 qəpik, 9 ədəd 250 qramlıq “Sardina” markalı balıq əti konservlərinin hər birinin dəyəri 3 manat 50 qəpik olmaqla 31 manat 50 qəpik, 9 ədəd 370 qramlıq “Ruslada” markalı qənnadı dolğularının (squsenka) hər birinin dəyəri 2 manat 50 qəpik olmaqla 22 manat 50 qəpik, 6 ədəd “Çokokrem” markalı şokolad yağlarının hər birinin dəyəri 5 manat 50 qəpik olan 33 manat, 23 ədəd “Dirol” markalı hər birinin dəyəri 50 qəpik olan saqqızların qiyməti 1 manat 50 qəpik, 3 ədəd 200 qramlıq “Green Food” markalı ketçupları hər birinin dəyəri 1 manat olmaqla qiyməti 3 manat, 2 ədəd 70 qramlıq süfrə xardalını hər birinin dəyəri 60 qəpik olmaqla 1 manat 20 qəpik, 2 ədəd 380 qramlıq “Jelaniya” markalı hər birinin dəyəri 1 manat 50 qəpik olan mayonezlərin qiyməti 3 manat, 3 ədəd “Rapira” markalı lezvaları (kəsiciləri) hər birinin dəyəri 70 qəpik olmaqla 2 manat 10 qəpik, 3 ədəd 700 qramlıq “Moskovskaya” markalı kolbasaları hər birinin dəyəri 9 manat olmaqla 27 manat, 4 ədəd 250 qramlıq “Krakovskaya” markalı kolbasaları hər birinin dəyəri 3 manat 50 qəpik olmaqla 14 manat, 2 sellofan qablaşmada 440 qramlıq “Ocaq” markalı sosiskaların hər birinin dəyəri 6 manat olmaqla 12 manat, 3 kiloqram “Südlü” markalı sosiskaları hər kiloqramının dəyəri 4 manat 50 qəpik olmaqla 13 manat 50 qəpik, 1 ədəd dəyəri 750 qramlıq “Blagk JAGK” markalı viskini qiyməti 10 manat, 2 ədəd 750 qramlıq “X13” markalı şampanların hər birinin dəyəri 7 manat olmaqla14 manat, 1 ədəd “Az Granata” istehsallı 700 qramlıq “Pearl” markalı nar şərabını qiyməti 7 manat 50 qəpik təşkil edir. Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurlanmış 30 qutu “Vinston” markalı siqaretin hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla 102 manat, 20 qutu “Sobranie” markalı siqaretin hər birinin dəyəri 4 manat olmaqla 80 manat, 10 qutu “LD” compact markalı siqaretin hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla 32 manat, 5 qutu “Kent8” qalın markalı siqaretin hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla 19 manat, 8 qutu “Kent 4” nazik markalı siqaretin hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla 30 manat 40 qəpik, 5 qutu “Davidoff” markalı siqaretin hər birinin dəyəri 4 manat olmaqla 20 manat, 3 qutu “Vincester” markalı siqaretin hər birinin dəyəri 2 manat 80 qəpik olmaqla 8 manat 40 qəpik, 35 ədəd 1 manatlıq sim danışıq konturlarınln qiyməti 35 manat, 5 ədəd 3 manatlıq sim danışıq konturlarının qiyməti 15 manat, 7 ədəd 2 manatlıq nar danışıq konturlarının qiyməti 14 manat, 3 ədəd 5 manatlıq nar danışıq konturlarının qiyməti 15 manat, 2 ədəd 3 manatlıq cin danışıq konturlarının qiyməti 6 manat, 6 ədəd “Alpen gold” markalı şokoladların hər birinin dəyəri 1 manat olmaqla 6 manat olmaqla 56 adda malların 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2562,30 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 06 saylı rəyindən görünür ki, aparılmış eksperimental psixoloji müayinənin nəticələrindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafını nəzərə almaqla Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Emosional halından asılı olaraq yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən adi psixi emosional halda olmuşdur. Cinayət əıməlini törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Məhkəmə psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 112 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyəti psixopatik cizgiləri) baxmayaraq o, qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbilərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycna Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. İsmayıllı rayon mərkəzi X11 Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli PHŞ-6-47/2- 186/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Hacıyev X5 RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatında yoxdurlar. Zərərçəkmiş şəxs1 təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona məxsus mağazadan oğurluq etmələri nəticəsində ona dəymiş 2445,5 manat (iki min dörd yüz qırx beş manat əlli qəpik) maddi ziyan həmin şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti, iddiası və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 təqdim etdiyi ərizədən görünür ki, İsmayıllı rayonu Topçu kəndində yerləşən ərzaq mağazasından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq etmələri nəticəsində ona dəymiş 732,8 manat (yeddi yüz otuz iki manat səksən qəpik) maddi ziyan həmin şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Şamxal Hüseynlidən və Təqsirləndirilən şəxs2 heç bir şikayəti, iddiası və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş ittihama hüquqi qiymət verərək, həmçinin təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası CM-nin 144-146-cı madələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində yuxarıda qeyd olunan maddələr üzrə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq, binaya qanunsuz daxil olmaqla talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə razılıq əldə edib barışmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində onlara vurduğu ziyanı tamamilə ödəmişdir. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində yaşadığı yer üzrə icra nümayəmdəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən onun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərə dəyən ziyanın tam ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 28 dekabr 2022-ci saat 20:30-da şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 30 dekabr 2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 18:40-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 28 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müdət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Topçu kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Müstəntiqinin 30 dekabr 2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. O cümlədən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Topçu kəndindəki evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar - 13 qutu “maqna” nazik markalı siqaret, 32 qutu “Palmal” markalı siqaret, 11 qutu “Prima” markalı siqareti, 6 qutu “LD” nazik markalı siqaret, 23 qutu “LD” compact markalı siqaret, 14 qutu “Viceroy” markalı siqaret, 3 qutu “west” markalı siqaret, 19 qutu “Classic” markalı siqaret, 38 qutu “winchester” markalı siqaret, 9 qutu “Senate” markalı siqaret, 4 ədəd “Davidoff” markalı siqaret, 33 qutu “Rothmans” markalı siqaret, 22 qutu “Sobranie” markalı siqaret, 40 qutu “Winston” markalı siqaret, 12 qutu “Argo” markalı siqaret, 10 qutu “Kent 4” markalı siqaret, 19 qutu “Kent 8” markalı siqaret, 14 qutu “Dunhill” markalı siqaret, 1 ədəd “Blagk JAGK” markalı 750 mq qramlıq viski, 1 ədəd 750 qramlıq “X13” markalı şampan, 1 ədəd “Az Granata” istehsallı, 700 mq qramlıq “Pearl” markalı nar şərabı, 1 ədəd “Qusarskaya” markalı 490 qramlıq mal əti konservləri, 1 ədəd “Super sun” markalı 490 qramlıq mal əti konservi, 3 ədəd “Super Sun” markalı 250 qramlıq mal əti konservləri, 7 ədəd “Sardina” markalı 250 qramlıq 250 qramlıq balıq əti konservləri, 9 ədəd “Ruslada” markalı 370 qramlıq qənnadı dolğuları(squşenka), 6 ədəd “Çokokrem” markalı şokolad yağları, 23 ədəd dirol markalı saqqızları, 3 ədəd “Green Food” markalı hər biri 200 qramlıq ketçupları, 2 ədəd hər biri 70 qramlıq süfrə xardalını, 2 ədəd “Jelaniya” markalı 380 qramlıq mayonezləri, 3 ədəd “Rapira” markalı lezvaları (kəsiciləri), 3 ədəd “Moskovskaya” markalı 700 qramlıq kolbasaları, 4 ədəd “Krakovskaya” markalı 250 qramlıq Bakı istehsallı kolbasaları, 2 paçka “Ocaq” markalı hər paçkası 440 qram olan sosiskaları, 3 kiloqram “Südlü” markalı açıq vəziyyətdə olan sosiskaları,16 manatlıq qəpik dəmir pulları, 5 ədəd 2 manatlıq sim, 1 ədəd 1 manatlıq sim danışıq konturlarının zəərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra X9 və X6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 435-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 28 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müdət ona təyin edilən 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5(beş) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış 2 (iki) il 5(beş) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Topçu kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Topçu kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübutlar - 13 qutu “maqna” nazik markalı siqaret, 32 qutu “Palmal” markalı siqaret, 11 qutu “Prima” markalı siqareti, 6 qutu “LD” nazik markalı siqaret, 23 qutu “LD” compact markalı siqaret, 14 qutu “Viceroy” markalı siqaret, 3 qutu “west” markalı siqaret, 19 qutu “Classic” markalı siqaret, 38 qutu “winchester” markalı siqaret, 9 qutu “Senate” markalı siqaret, 4 ədəd “Davidoff” markalı siqaret, 33 qutu “Rothmans” markalı siqaret, 22 qutu “Sobranie” markalı siqaret, 40 qutu “Winston” markalı siqaret, 12 qutu “Argo” markalı siqaret, 10 qutu “Kent 4” markalı siqaret, 19 qutu “Kent 8” markalı siqaret, 14 qutu “Dunhill” markalı siqaret, 1 ədəd “Blagk JAGK” markalı 750 mq qramlıq viski, 1 ədəd 750 qramlıq “X13” markalı şampan, 1 ədəd “Az Granata” istehsallı, 700 mq qramlıq “Pearl” markalı nar şərabı, 1 ədəd “Qusarskaya” markalı 490 qramlıq mal əti konservləri, 1 ədəd “Super sun” markalı 490 qramlıq mal əti konservi, 3 ədəd “Super Sun” markalı 250 qramlıq mal əti konservləri, 7 ədəd “Sardina” markalı 250 qramlıq 250 qramlıq balıq əti konservləri, 9 ədəd “Ruslada” markalı 370 qramlıq qənnadı dolğuları(squşenka), 6 ədəd “Çokokrem” markalı şokolad yağları, 23 ədəd dirol markalı saqqızları, 3 ədəd “Green Food” markalı hər biri 200 qramlıq ketçupları, 2 ədəd hər biri 70 qramlıq süfrə xardalını, 2 ədəd “Jelaniya” markalı 380 qramlıq mayonezləri, 3 ədəd “Rapira” markalı lezvaları (kəsiciləri), 3 ədəd “Moskovskaya” markalı 700 qramlıq kolbasaları, 4 ədəd “Krakovskaya” markalı 250 qramlıq Bakı istehsallı kolbasaları, 2 paçka “Ocaq” markalı hər paçkası 440 qram olan sosiskaları, 3 kiloqram “Südlü” markalı açıq vəziyyətdə olan sosiskaları,16 manatlıq qəpik dəmir pulları, 5 ədəd 2 manatlıq sim, 1 ədəd 1 manatlıq sim danışıq konturlarının zəərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar