Məhkəmə qərarları › İş №1(037)-54/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-54/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-54/2024 10.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 10 dekabr 2024-cü il tarixdə saat 15:00-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1992-ci ildə İsmayıllı rayonunun Topçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonunun İvanovka kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə saat 21 radələrində, orta dərəcəli sərxoş vəziyyətdə İsmayıllı rayonunun İvanovka kəndinin H.Əliyev küçəsində yerləşən kirayədə qaldıqları evə gələrək evin mətbəxində arvadı Zərərçəkmiş şəxs evdən onun icazəsi olmadan tək İsmayıllı rayonunun Qurbanəfəndi kəndinə getməsini irad tutub qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əsəbiləşərək stolun üzərindən mətbəx bıçağını götürüb bir dəfə qəsdən Zərərçəkmiş şəxs sağ qolunun bazu nahiyəsindən vurub sonuncuya sağ bazunun yarası kimi sağlamlığın qısa müddətə pozulması səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmiş, bundan sonra öz cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs əli ilə itələyib çarpayının üzərinə yıxaraq boğaz nahiyəsindən tutub sıxmaqla, digər əli və ayağı ilə isə sifətindən və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə zərbələr endirməklə fiziki zorakılıq edib qəsdən döyərək sonuncuya boyunun, burunun sıyrığı, boyunun qançırları kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, arvadı Zərərçəkmiş şəxs ilə 2016-cı ildə rəsmi nikah əsasında ailə həyatı qurmuş, birgə nikahdan 2017-ci il təvəlllüdlü Yusif, 2020-ci il təvəllüdlü Əfşan və 2022-ci il təvəllüdlü Uğur adlarında üç uşağı vardır. Əvvəllər onlar İsmayıllı rayonu Topçu kəndində yaşamış, sonradan isə müəyyən ailədaxili mübahisələr səbəbindən İsmayıllı rayonunun İvanovka kəndinə köçmüş və orada, H.Əliyev prospektində kirayə ev tutub yaşamağa başlamışlar. 2024-cü ilin fevral ayının əvvəllərində işləmək üçün Bakı şəhərinə getmiş, 5 mart 2024-cü il tarixdə günorta saatlarında Laləyə zəng edərək İsmayıllı rayonuna gələcəyini demişdir. Bu zaman Lalə inkubatora yumurta vermək üçün İsmayıllı rayonu Qurbanəfəndi kəndində getdiyini bildirmişdir. O, Laləyə onu gözləməyini desə də Lalə israrla yumurtaları aparıb verəcəyini bildirmiş, bu hal isə onu olduqca əsəbiləşdirmişdir. Həmin gün saat 19 radələrində İsmayıllı rayonuna çatmış, tanımadığı kafelərin birində spirtli içki qəbul edərək sərxoş vəziyyətdə evə gəlmiş və saat 21 radələrində arvadı Lalədən hansı səbəbdən onun sözündən çıxararaq Qurbanəfəndi kəndinə getdiyini soruşmuşdur. Lalə isə, “əcəb eləmişəm yumurta aparıb vermişəm, pis iş görməmişəm ki?” dediyindən əsəbiləşmiş və stolun üzərindən mətbəx bıçağını götürüb qorxutmaq məqsədi ilə Laləyə tərəf tutmuşdur. Bu zaman Lalə hərəkətli olduğundan bıçaq sonuncunun sağ qolundan dəymiş, əsəbləri sakitləşmədiyindən Lalənin sifət nahiyəsindən də sillə ilə bir-iki dəfə vurmuşdur. Bundan sonra evdən çölə çıxmış, bıçağı kənd ərazisində məişət tullantıları atılan qaba ataraq evə qayıtmış və yatmışdır. Bir müdət sonra polis əməkdaşları onların yaşadıqları evə gəlmiş, onu və Laləni maşına mindirib İsmayıllı rayon Mərkəzi xəstəxanasına gətirmişlər. Xəstəxanada Laləyə tibbi yardım göstərilmiş, o isə Polis şöbəsinə gəlmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 2016cı ildə Misirlə rəsmi nikah əsasında ailə həyatı qurmuş, birgə nikahından üç azyaşlı uşağı vardır. Ailə qurandan sonra Misirlə birlikdə İsmayıllı rayonu Topçu kəndində yaşamağa başlamış, Misir spirtli içkilərə aludə olduğundan aralarında mütəmadi ailədaxili münaqişələr baş vermişdir. Bu səbəbdən o, İsmayıllı rayonu İvanovka kəndində yerləşən atası evinə qayıdaraq orda qalmışdır. 2023-cü ilin sentyabr ayının axırlarında İsmayıllı rayonu İvanovka kəndində kirayə ev tutmuş, Misir azyaşlı uşaqları da gətirmiş və bir yerdə yaşamağa başlamışlar. Buna baxmayaraq Misir onunla yenə də mübahisə etməyə başlamış, uşaqlarına görə dözərək yaşamışdır. 2024-cü ilin fevral ayının əvvəllərində Misir işləmək üçün Bakı şəhərinə gemiş, 3 mart 2024-cü ildə isə qayıtmışdır. 5 mart 2024-cü il tarixdə saat 21 radələrində Misir sərxoş vəziyyətdə evə gəlmiş, onun icazəsi olmadan İsmayıllı rayonunun Qurbanəfəndi kəndinə inqubatora yumurta aparıb verməsini əsas gətirərək onunla mübahisə etməyə başlamış və stolun üzərindən mətbəx bıçağını götürüb onun sağ qolundan bir dəfə vurmuşdur. Misir bununla kifayətlənməyərək onu çarpayının üzərinə yıxaraq boğazından tutmuş, sonra isə əlləri ilə qolundan tutub sıxaraq, sillə ilə sifət nahiyəsindən, yumruq və təpiklə isə ayaq və bədən nahiyələrindən də bir neçə dəfə ardıcıl vurub döymüşdür. Sonra isə o, mobil telefonu götürüb aralaşaraq həyətə düşümşdür. O, mobil telefonu ilə yaşadıqları kəndin sahə polis nəfəri Elnur Güləliyevə zəng edərək məlumat vermiş, az müddət sonra Elnur sahə rəisi ilə birlikdə evlərinə gəlmiş, Misiri və onu avtomobillə İsmayıllı rayon mərkəzi xəstəxanasına gətirmişlər. Xəstəxanada həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir. O, həmin gün hadisə barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqının gedişində Misir ondan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. X2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir. Misir spirtli içkilərə meyilli olmaqla evə mütəmadi sərxoş vəziyyətdə getmiş, tez-tez Lalə ilə mübahisə etmişlər. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olarkən Lalə ona zəng edərək Misirin onu bıçaqla vurub xəsarət yetirdiyini və xəstəxanada olduğunu bildirmişdir. O dərhal xəstəxanaya getmiş və qızına həkimlər tərəfindən tibbi yardım göstərilmişdir. Hadisənin necə baş verdiyini görməsə də Misirin yaşadığı İsmayıllı rayonu İvanovka kəndindəki evdə bıçaqla Laləni sağ qolundan vuraraq xəsarət yetirdiyini bilmişdir. X1 ifadə verərək göstərmişdir ki, o, İsmayıllı RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir, polis kapitanıdır. 05 mart 2024-cü ilk tarixdə saat 21 radələrində sahə polis nəfəri Elnur Güləliyevlə birlikdə İsmayıllı rayonu İvanovka kəndində olarkən əri Təqsirləndirilən şəxslə aralarında tez-tez mübahisələri olduğuna görə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs Elnurun mobil telefonuna zəng edərək əri Misirin onu bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Elnur Güləliyevlə birlikdə dərhal Zərərçəkmiş şəxs kirayə yaşadığı İsmayıllı rayonu İvanovka kəndində H.Əliyev prospektində yerləşən evə getmiş, bu zaman Lalənin sağ qolundan xəsarət aldığını görmüşdür. Misir isə bu zaman sərxoş vəziyyətdə olmuş, onlar Laləni və Misiri avtomobilə əyləşdirərək İsmayılllı rayonuna gətirmiş, Laləni tibbi yardım göstərilməsi üçün İsmayıllı RMX-na aparmışlar. Misiri isə İsmayıllı RPŞ-nə gətirmişlər. Tibbi müayinə zamanı Misirin orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X7 ifadəsində X3 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 133 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşakr edilmiş xəsarətlərboyunun, burunun sıyrığı, boyunun qançırları, sağ bazunun yarası və boyunun piqmentasiya sahələri. Bu xəsarətlərdən sağ bazunun yarası deşici-kəsici təsirə malik əşya ( ola bilsin bıça) təsirindən, boynun, burunun sıyrığı, boyunun qançırları isə küt əşya (alət) təsirindən törənməklə xx.xx.2024-cü il tarixə və şəraitə, boyunun piqmentasiya sahələri qançır izi olub küt əşya (alət) təsirindən törənməklə Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsindən 3-4 həftə əvvələ uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 133/07 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşakr edilmiş xəsarətlərboyunun, burunun sıyrığı, boyunun qançırları, sağ bazunun yarası və boyunun piqmentasiya sahələri. Bu xəsarətlərdən sağ bazunun yarası deşici-kəsici təsirə malik əşya ( ola bilsin bıça) təsirindən, boynun, burunun sıyrığı, boyunun qançırları isə küt əşya (alət) təsirindən törənməklə xx.xx.2024-cü il tarixə və şəraitə, boyunun piqmentasiya sahələri qançır izi olub küt əşya (alət) təsirindən törənməklə Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsindən 3-4 həftə əvvələ uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, boynun, burunun sıyrığı, boyunun qançırları və boyunun piqmentasiya sahələri isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər Zərərçəkmiş şəxs göstərdiyi şəraitdə, eləcə də müxtəlif şəraitlərdə törənə bilərdi. 08 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Həmin tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrinə əsasən əvvəllər cinayət məsuliyyətindən azad edilməmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsindən alınmış xx.xx.2024cü il tarixli 18-1-47-/2-889/24 nömrəli arayışdan görünür ki, Mirzəyev X6 RMX-nın PHŞ-nin Poliklinika şöbəsinin “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin xx.xx.2024-cü il tarixli 70 nömrəli tibbi müayinə aktından görünür ki, X8 xx.xx.2024-cü il tarixdə saat 21:22-də orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. 11 mart 2024-cü il tarixli 34 və 35 nömrəli arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, arvadı Zərərçəkmiş şəxs, 2017-ci il təvəlllüdlü Yusif, 2020-ci il təvəllüdlü Əfşan və 2022-ci il təvəllüdlü Uğur adlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində yaşayış yeri üzrə inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 18 iyul 2024-cü il tarixli qərarından görünür ki, qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 iyul 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 10:35-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə müsadirə edilməli əmlak və maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar