Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-56/2021 26.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə 26 oktyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1987-ci ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum edilməmiş, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkanı tədbiri seçilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixdə saat 19 radələrində mexaniki nəqliyyat vasitəsi sürücüsünün həmin nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini özündə saxlamalı olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq belə bir etibarnamə olmadan idarə etdiyi Zərərçəkmiş şəxs2 sahibliyində olan “VAZ 21074 minik” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat surətlə İsmayıllı şəhəri H.Əliyev prospekti ilə şəhərin M.F.Axundov küçəsi istiqamətində hərəkətdə olarkən prospektdə yerləşən “Bahar” mebel dükanının yaxınlığında sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair bu Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmaqla idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun sağ ehtiyat hissəsindən sol ehtiyat hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs1 vuraraq sonuncunun qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, baş-beyinə qansızma ilə müşayiət olunan sağ gicgah nahiyyəsinin yarası, hər iki ağciyərlərin əzilməsi, sol tərəfli hemopnevmotoraks (döş boşluğuna qanın və havanın yığılması), sağdan İİİ, İV, V, soldan İİ, İİİ, İV qabırğaların sol kürək, sol bud sümüyünün, hər iki qasıq və oturaq sümüklərin qapalı sınıqların, burnun və sol əlin arxa səthinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid bədən xəsarətləri almasına, eləcə də “VAZ 21074 minik” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 45 (qırx beş) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 24 yanvar 2021-ci il tarixdə saat 19 radələrində avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olduğu dükandan çıxıb 26 iyul 2023-cü ilədək etibarlılıq müddəti olan BC kateqoriyalı 506812 nömrəli sürücülük vəsiqəsi olmaqla idarə etdiyi VAZ 21074 markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hərəkətə başlamışdır. Həmin avtomobili faktiki olaraq 2016-cı ildə Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 almış, avtomobili mülkiyyətinə keçirməmiş, həmçinin avtomobil barəsində müvafiq etibarnamə almamışdır. Avtomobillə şəhərin Müşviq küçəsindən H.Əliyev prospektinə daxil olmuş və M.F.Axundov küçəsi istiqamətində təxminən 60 km/saat surətlə hərəkətini davam etdirmişdir. Prospektdə yerləşən “Bahar” mebel dükanının yaxınlığından keçərkən bir nəfər şəxsin yolun sağ ehtiyat hissəsindən sol ehtiyat hissəsinə doğru hərəkət etdiyini görmüş, bu zaman avtomobilin siqnalını işə salaraq həmin şəxsin yolun hərəkət hissəsinə çıxmasına mane olmaq istəmişdir. Şəxsin qulağında qulaqcıq olduğunu görüb siqnalı eşitmədiyini bilmiş, elə bu zaman həmin şəxs yolun sağ hərəkət hissəsinə çıxmışdır. O avtomobilin uzaq vuran işıqları yandırmış və şəxsin avtomobili görə biləcəyini təxmin etmişdir. Şəxs avtomobilin işıqlarını görmüş və ani olaraq özünü qorumaq üçün irəli hərəkət etmişdir. O da avtomobilin şəxsə dəyməsinin qarşısını almaq üçün əyləci basmış, həmin şəxsi vurmamaq üçün avtomobili sola istiqamətləndirərək yolun qarşı hərəkət hissəsinə çıxarmışdır. Bütün bunlara baxmayaraq hadisənin qarşısını ala bilməmiş və avtomobilin ön hissəsi həmin piyadaya dəymişdir. Adının sonradan Zavra olduğunu bildiyi həmin qadın yerə yıxılmış, dərhal avtomobildən enib Zavranın vəziyyətinə baxmışdır. Bu zaman yaxınlıqda yaşayan Zavranın əri Murad və tanışı Cəmil hadisə yerinə gəlmişlər. Təcili olaraq Murad, Cəmil və o birlikdə Zavranı yerdən götürərək xəstəxanaya aparmışlar. Həkimlər Zavraya tibbi yardım göstərmiş, sonuncunun xəsarətləri ciddi olduğundan onu Bakı şəhərinə apararaq oradakı xəstəxanalarda Zavranın müalicəsini təmin etmişdir. Eləcə də o, zərərçəkmiş şəxsin müalicə və əməliyyat olunmasının xərclərini qarşılamış, maddi yardım göstərmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1 müalicəsi üçün İsmayıllı rayon Mərkəzi xəstəxanasında 700 manat, Şəkidən gətrilmiş donor qanı üçün 150 manat, “Plazma” üçün 110 manat, Bakı şəhəri Sabunçu rayon xəstəxanasında 600 manat, Neyrocərrahiyyə xəstəxanasında 300 manat, təcili tibbi yardım zamanı 180 manat, Göyçay rayon Mərkəzi xəstəxanasında 550 manat, əməliyyatlarına, həkimlərə və digər xərclər üçün, hətta Zərərçəkmiş şəxs1 evinə onun xəstəxanada müalicə aldığı zaman ərzaq üçün ümumilikdə 6570 manat xərc çəkmişdir. Buna görə də zərərçəkmiş şəxsin məndən tələb və şikayəti olmamış və onunla barışığı təmin etmişəm. Bu səbəbdən də barəmdə İsmayıllı rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Sonradan zərərçəkmiş tamamilə əsassız olaraq ondan əlavə 5000 manat pul tələb etmiş və yenidən şikayət ərizəsi ilə prokurorluğa şikayət etmişdir. Onun isə maddi imkanı olmadığından, özünün himayəsində iki azyaşlı uşağının, anadangəlmə serebral-iflic xəstəsi olan qardaşı və əlil anası olduğu səbəbindən artıq Zərərçəkmiş şəxs1 tələbini təmin edə bilməmişdir. Bu səbəbdən təhqiqatçının qərarı ləğv edilərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Hazırda o, həmin vəsaiti əldə edə bilmir. Ona görə də zərərçəkmiş şəxsin əlavə tələb etdiyi vəsaiti ödəyə bilməmiş, ona görə zərərçəkmiş şəxslə yenidən barışığı təmin edə bilməmişdir. Əməlindən peşmandır. Hesab edir ki, zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi və mənəvi zərəri könüllü olaraq tam şəkildə ödəmiş və onunla razılıq əldə etməyə cəhd etmişdir. Lakin zərərçəkmiş şəxs ondan əlavə olaraq əsassız kompensaiya tələb etdiyi üçün onunla barışmamışdır. Ona görə də ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 24 yanvar 2021-ci il tarixdə saat 19 radələrində işlədiyi İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən şirniyyat sexindən çıxıb yaşadığı ev tərəfə getməyə başlamışdır. Yolun sağ ehtiyat hissəsindən sol ehtiyat hissəsinə keçərkən nəyinsə onu vurduğunu hiss etmişdir. Bundan sonra baş verənləri xatırlamır. Təxminən 8 gün ərzində travmatik şok vəziyyətində olmuş, həmin vəziyyətdən ayıldıqdan sonra bir neçə gün yaxınlarını tanımamışdır. Sonradan Təqsirləndirilən şəxs adlı sürücünün idarə etdiyi avtomobillə onu vurduğunu bilmişdir. Xəstəxanada və evdə olduğu müddətdə Təqsirləndirilən şəxs onun tibbi və digər xərclərini ödəmiş, həmçinin baş vermiş hadisə ilə əlaqədar yarana biləcək digər xərclərini ödəməyinə dair söz vermişdir. Buna görə də təhqiqat zamanı Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığı, sonuncu ilə barışdığı barədə izahat vermiş, həmçinin bu barədə ərizə yazmışdır. Bu əsasla da cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sonradan isə Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi ilə bağlı keçirəcəyi əməliyyatların pulunu verməkdən və onun digər xərclərini qarşılamaqdan imtina etmişdir. Ailəsinin də maddi imkanı zəif olduğu üçün onun əməliyyat xərclərini qarşılaya bilməmişlər. Buna görə də Asimandan ona tibbi xərcləri ilə bağlı kömək etməyini xahiş etmiş, Asiman isə artıq pulunun olmadığını və kifayət qədər xərc çəkdiyini deyərək ona maddi köməklik etməkdən imtina etmişdir. Bununla bağlı olaraq o müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət etmiş, ona görə də Bu səbəbdən təhqiqatçının qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Hazırda təqsirləndirilən şəxs ona yardım etmir. Əsas məqsədi ondan ibarətdir ki, ona dəymiş maddi zərər təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilsin. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdə mülkiyyətində olan VAZ 21074 markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomоbili Təqsirləndirilən şəxs satmışdır. Asiman maddi imkanı olmadığı üçün avtomobili öz mülkiyyətinə keçirməmiş və avtomobil barəsində etibarnamə də almamışdır. Gələcəkdə avtomobili öz adına keçirəcəyini demişdir. 2021-ci ilin yanvar ayının sonlarında Asiman ona zəng edərək 24 yanvar 2021-ci il tarixdə həmin avtomоbillə qəza törətdiyini demişdir. Bаş vеrmiş hаdisə nəticəsində ona heç bir ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs şikаyət və tələbi yохdur. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə zərərçəkmiş qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Şahid1 ifadə verərək göstərdi ki, 24 yanvar 2021-ci il tarixdə saat 19 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən işlədiyi çörək sexində olarkən küçədən səs eşitmişdir. Təcili küçəyə çıxmış, yolda tanışı Təqsirləndirilən şəxs məxsus Vaz 21074 markalı avtomobili görmüşdür. Dərhal avtomobilə yaxınlaşmış və avtomobilin önündə qonşu şirniyyat sexində işləyən Zərərçəkmiş şəxs1 xəsarət alaraq yıxıldığını görmüşdür. Asimanın avtomobili ilə Zavranı vurduğunu bilmiş və bu zaman yaxınıqda yaşayan Zavranın əri Murad da ora gəlmişdir. Murad, Asiman və o dərhal köməkləşərək Zavranı Asimanın avtomobilin arxa oturacağına yerləşdirmişlər. Asiman həyəcanlı olduğundan avtomobili özü idarə etmiş və onlar birlikdə Zavranı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Şahid2 ifadə verərək göstərdi ki, arvadı Zavra İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən şirniyyat sexində işləyir. O, bir qayda olaraq hər gün səhər saatlarında işə gedir, axşam saat 18-19 radələrində evə qayıdır. 24 yanvar 2021-ci il tarixdə saat 19 radələrində arvadı Zavra sexdən çıxaraq ev istiqamətində yollanmış, özü isə həmin vaxt sexdə olmuşdur. Təxminən iki dəqiqədən sonra küçədə tormoz səsi eşitmiş və dərhal küçəyə çıxmışdır. Bu zaman yolda Vaz 21074 markalı avtomobili və avtomobilinin qarşısında uzanmış vəziyyətdə arvadı Zavranı görmüşdür. Dərhal Zavraya tərəf qaçmış və onun həmin avtomobil tərəfindən vurulduğunu bilmişdir. Avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Bu zaman hadisə yerinə gələn qonşuluqdakı çörək sexinin işçisi Cəmilin və Asimanın köməkliyi ilə Zavranı avtomobilin arxa oruracağına qoymuşlar. Asiman həyəcanlı olduğundan avtomobili Cəmil idarə etmiş və onlar birlikdə Zavranı İsmayıllı rayon Mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə-tibbi ekspertizasının 12 fevral 2021-ci il tarixli 26 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı aşkar olunan xəsarətlər qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, baş-beyinə qansızma ilə müşayiət olunan sağ gicgah nahiyyəsinin yarası, hər iki ağciyərlərin əzilməsi, sol tərəfli hemopnevmotoraks (döş boşluğuna qanın və havanın yığılması), sağdan İİİ, İV, V, soldan İİ, İİİ, İV qabırğaların sol kürək, sol bud sümüyünün, hər iki qasıq və oturaq sümüklərin qapalı sınıqların, burnun və sol əlin arxa səthinin sıyrıqları bərk-küt əşya(alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 24 yanvar 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə həyat üçün təhükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. 24 iyun 2021-ci il tarixli 20 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, 24 yanvar 2021-ci il tarixdə saat 19:40-da baş vermiş yol– nəqliyyat hadisəsi zamanı VAZ-21074 markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 26 fevral 2021-ci il tarixli 8/365 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən, VAZ- 21074 markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 12 avqust 2021-ci il tarixli 8/1798 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21074 markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 avqust 2021-ci il tarixli 9/5332 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2008-ci il buraxlışlı “Vaz 21074” markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiyməti - 40,0 manat, təmir- bərpa işlərinin qiyməti - 5,0 manat olmaqla avtomobilə dəymiş ziyan 45,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Ağsu Regional Qİ və TBŞ-si tərəfindən 25.07.2013-cü il tarixdə verilmiş, AB906812 nömrəli nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 26.07.2023-cü il tarixədək “BC” kateqoriyasına aid olan avtomobilləri idarə etmək üçün sürücülük hüququ vardır. Azərbaycan Respublikası DİN-nin BDYP-nin Tovuz RQİ və TBŞ–si tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli 016-312-1366-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına etibarlılıq müddəti 25.07.2013-cü il tarixdən 26.07.2023-cü il tarixədək olan AB906812 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. Həmin məktubdan görünür ki, VAZ-21074 markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan Zərərçəkmiş şəxs2 mülkiyyətindədir və Təqsirləndirilən şəxs adına həmin avtomobilə dair etibarnamə yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixdə saat 19 radələrində idarəsində olan “VAZ 21074 minik” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat surətlə İsmayıllı şəhəri H.Əliyev prospekti ilə şəhərin M.F.Axundov küçəsi istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun sağ ehtiyat hissəsindən sol ehtiyat hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs1 vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixdə saat 19 radələrində mexaniki nəqliyyat vasitəsi sürücüsünün həmin nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini özündə saxlamalı olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq belə bir etibarnamə olmadan idarə etdiyi Zərərçəkmiş şəxs2 sahibliyində olan “VAZ 21074 minik” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat surətlə İsmayıllı şəhəri H.Əliyev prospekti ilə şəhərin M.F.Axundov küçəsi istiqamətində hərəkətdə olarkən prospektdə yerləşən “Bahar” mebel dükanının yaxınlığında sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair bu Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmaqla idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun sağ ehtiyat hissəsindən sol ehtiyat hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs1 vuraraq sonuncunun qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, baş-beyinə qansızma ilə müşayiət olunan sağ gicgah nahiyyəsinin yarası, hər iki ağciyərlərin əzilməsi, sol tərəfli hemopnevmotoraks (döş boşluğuna qanın və havanın yığılması), sağdan İİİ, İV, V, soldan İİ, İİİ, İV qabırğaların sol kürək, sol bud sümüyünün, hər iki qasıq və oturaq sümüklərin qapalı sınıqların, burnun və sol əlin arxa səthinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid bədən xəsarətləri almasına, eləcə də “VAZ 21074 minik” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 45 (qırx beş) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan cinayəti törətməkdə təqsirlidir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.1-1-ci maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası cinayət Prosessual məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15.11.2013–cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, sürücü Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixdə saat 19 radələrində mexaniki nəqliyyat vasitəsi sürücüsünün həmin nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini özündə saxlamalı olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq belə bir etibarnamə olmadan idarə etdiyi Zərərçəkmiş şəxs2 sahibliyində olan “VAZ 21074 minik” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat surətlə İsmayıllı şəhəri H.Əliyev prospekti ilə şəhərin M.F.Axundov küçəsi istiqamətində hərəkətdə olarkən prospektdə yerləşən “Bahar” mebel dükanının yaxınlığında sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair bu Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmaqla idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun sağ ehtiyat hissəsindən sol ehtiyat hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs1 vuraraq sonuncunun dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid bədən xəsarətləri almasına, eləcə də “VAZ 21074 minik” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 45 (qırx beş) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Onun bu hərəkətləri ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmuşdur. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–1– ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən “az ağır” cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsini təmin etməsini, zərərçəkmiş şəxsə maddi yardım göstərməsini və razılıq əldə etməyə cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1–59.1.14–cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Bununla da məhkəmə cinayət qanunda cəzanı yüngülləşdirən halların sayının məhdudlaşdırılmadığına əsaslanaraq, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış halları da cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaqla, Təqsirləndirilən şəxs cəza təyin edərkən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X1 Hüquqi Şəxsi tərəfindən verilmiş 10 iyul 2021-ci il tarixli 117 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20.06.2015-ci il tarixdə doğulmuş Aişə və 10.02.2017-ci il tarixdə doğulmuş Gülay adlı iki azyaşlı uşağı vardır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlığın məhdudlaşdırılması növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin ediləcək cəzanı çəkərkən, onun üzərinə yaşayış yerini saat 00:00–dan 06:00–dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə maddi ziyan vurulması ilə bağlı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübut olan, istintaq zamanı müvafiq qaydada götürülmüş və Təqsirləndirilən şəxs saxlanılması üçün təhvil verilmiş “VAZ-21074” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs sahibliyində saxlanması təmin edilməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 250 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 250 manat məhkəmə məsrəfləri tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş Mican kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs məsul saxlancına verilmiş “VAZ-21074” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə ekspertiza xərci olan 250 (iki yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-56/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-56/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver