Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-56/2022 11.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədiyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 11 avqust 2022-ci il tarixdə saat 17:10-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1998-ci ildə İsmayıllı rayonu Kürdmaşı kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, faktiki nikahda olan, himayəsində iki azyaşlı uşağı olan, оrtа təhsilli, işləməyən, məhkum еdilməmiş, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə saat 23 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən yaşayış evində faktiki nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı qəsdən Aişə Zərərçəkmiş şəxs sol gözündən bir dəfə yumruq zərbəsi və sifətindən iki dəfə şillə zərbəsi vuraraq sonuncuya sol göz orbitasının hematoması, sol gözün ağlı qişasına qansızma, dodağın hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ilin sentyabr ayında ailə həyatı qurmuş, nikahları hələlik rəsmiləşdirilməmişdir. Onların birgə nigahından iki azyaşlı övladları vardır. Onlar İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən ona məxsus evdə yaşayırlar. 13 iyul 2022-ci il tarixdə saat 23 radələrində işdən çıxıb evə gəlmiş, həmin vaxt azyaşlı uşaqları yatmışlar. Arvadı Aişə isə onu gözləmişdir. Aişə onu diş həkiminə aparmağını xahiş etmişdir. Aişəyə işinin çox olduğunu, 2-3 gün sonra onu həkimə apara biləcəyini demişdir. Aişə isə ona ertəsi gün babası İldırımla həkimə gedəcəyini bildirmişdir. O Aişənin babası ilə getməyinə etiraz etmiş və onların arasında mübahisə yaranmışdır. Aişə onunla kobud formada danışmasından əsəbləşərək Aişənin sol gözündən bir dəfə yumruq zərbəsi, daha sonra sifətindən iki dəfə şillə zərbəsi vurmuşdur. Aişə babası İldırıma zəng edərək onu aparmasını istəmişdir. 14 iyul 2022-ci il tarixdə saat 07 radələrində Aişənin babası İldırım gələrək Aişəni aparmışdır. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxslə 2017-ci ilin sentyabr ayında ailə həyatı qurmuş, lakin sonuncu ilə rəsmi şəkildə nigah bağlamamışdır. Onların birgə nigahlarından iki övladları var. Onlar Sahilə məxsus İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən evdə yaşayırlar. 13 iyul 2022-ci il tarixdə gecə saat 23 radələrində əri Sahil işdən çıxıb evə gəlmiş, həmin vaxt uşaqları yatmış, o isə Sahilin gəlməsini gözləmişdir. Sahil evə gəldikdən sonra ona dişində ağrıların olduğunu deyərək Sahildən onu diş həkiminə aparmağı xahiş etmişdir. Sahil ona işinin çox olduğunu, 2-3 gün sonra onu həkimə aparacağını bildirmişdir. O ertəsi gün babası İldırım ilə həkimə gedəcəyini bildirmişdir. Sahil isə buna etiraz etmiş və onun babası ilə həkimə getməyəcəyini bildirmişdir. Onların arasında mübahisə yaranmış və Sahil onun üzərinə gələrək sol gözündən bir dəfə yumruq zərbəsi, daha sonrada sifətindən iki dəfə şillə zərbəsi vurmuşdur. Sonra Sahil ondan aralanmış, o babası İldırıma zəng edərək onu aparmasını xahiş etmişdir. 14 iyul 2022-ci il tarixdə saat 07 radələrində babası İldırım onun yaşadığı evə gəlmiş, İldırım onun vəziyyətini gördükdən sonra DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, 13 iyul 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman nəvəsi Aişə onun mobil telefon nömrəsinə zəng edərək əri Sahilin onu döydüyünü demiş və gəlib onun aparılmasını xahiş etmişdir. O Aişəyə gec olduğunu deyərək səhər gəlib onu aparacağını bildirmişdir. 14 iyul 2022-ci il tarixdə saat 07 radələrində o, Aişənin evinin qarşısına gedərək Aişəni çağırmışdır. Aişə gəldikdə isə onun gözünün qızardığını və pis vəziyyətdə olduğunu görmüşdür. Aişə ona əri Sahil tərəfindən döyüldünü bildirmişdir. O, DİN-in “102” xidmətinə zəng edərək, Sahilin nəvəsi Aişəni döyməsi barəsində məlumat vermişdir. Məhkəmə-tibb ekspertizasının 15 iyul 2022-ci il tarixli 304 nömrəli r rəyindən görünür ki, Zərərçəkmiş şəxs ekspert tərəfindən müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol göz orbitasının hematoması, sol gözün ağlı qişasına qansızma, dodağın hematoması küt əşya(ola bilsin əl) tərəfindən törənməklə kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. 20 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. 20 iyul 2022-ci il tarixli 989 və 990 nömrəli arayışlardan, xasiyyətnamədən və doğum haqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. Ailə tərkibi özündən, arvadı Zərərçəkmiş şəxs, xx.xx.2008 və xx.xx.2009-cu il təvəllüdlü uşaqları Qurban və Mələkdən ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxsdən üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-56/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-56/2022
11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver