Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-57/2023 17.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə 17 avqust 2023-cü il tarixdə saat 17:37-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1999-cu ildə İsmayıllı rayonun Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdən 22 noyabr 2022-ci il tarixə keçən gecə, saat 00-01 radələrində AE961554 seriya və nömrəli sürücülük vəsiqəsi əsasında, qonşusu Zərərçəkmiş şəxs razılığı ilə idarə etdiyi, Zərərçəkmiş şəxs məxsus olmaqla sonuncunun qabaq sağ oturacaqda sərnişin kimi əyləşdiyi mexaniki nəqliyyat vasitəsi olan “VAZ-2105 minik” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin H.Əliyev prospektində quru vəziyyətdə olan asfaltbeton yolda rayonun “Kolxoz bazarı” istiqamətində hərəkətdə olarkən, yolun “Qala Palace” adlanan şadlıq evinin qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair, habelə həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yaşayış məntəqəsi daxilində “VAZ- 2105 minik” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət təhlükəsizliyini təmin etməyən idarə etmə hərəkətləri etməklə təqribən saatda 70-80 kilometrdən artıq sürətlə idarə edib yol hərəkəti qaydalarını pozmuş və avtomobili yüksək sürətlə idarə etməsi ilə əlaqədar vaxtında dayandıra bilmədiyindən, avtomobil yolun sol hərəkət hissəsinin kənarında yerləşən işıq dirəklərinin birinə çırpılmış, nəticədə o, ehtiyatsızlıqdan avtomobilin qabaq sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs sağ bud sümüyünün çoxqəlpəli yerdəyişmiş sınığı, sümük defekti ilə sağ daban sümüyünün açıq sınığı və bədənin çoxsaylı sıyrılmış yaraları kimi ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, habelə “VAZ-2105 minik” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Zərərçəkmiş şəxs 3200 (üç min iki yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, 21 noyabr 2022-ci il tarixdən 22 noyabr 2022-ci il tarixə keçən gecə saat 00 və ya 01 radələrində həmkəndlisi və tanışı, eləcə də qonşusu Zərərçəkmiş şəxs məxsus “Vaz 2105” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmişdir. Tanışı və qonşusu Zərərçəkmiş şəxs isə qabaq sağ oturacaqda əyləşmiş, yəni sərnişin olmuşdur. Elşən həmin vaxtı içkili olmuşdur. O, həmin vaxtı İsmayıllı şəhərində H.Əliyev prospekti ilə İsmayıllı rayonu Kolxoz bazarı istiqamətində gəlmişdir. Avtomaşını həmin vaxtı təxminən 120-130 kms sürətlə idarə etmişdir. Lakin prospektdə “Qala Palace” adlanan şadlıq evi ilə üzbəüz yerdə qəflətən idarəetməni itirmiş və tormoz əyləcini bassa da qəzanın qarşısını ala bilməmişdir. Yolun solunda “Qala Palace” şadlıq evi ilə üzbəüz yerləşən işıq dirəklərindən birinə çırpılmışdır. Məlum qəza zamanı özü, Elşən müxtəlif bədən xəsarətləri almış və avtomaşın da demək olarki bütövlükdə zədə almışdır. Onları avtomaşından Mikayıl adlı tanıdığı şəxs və tanımadığı bir neçə şəxs çıxarmışdır. Qalan şəxslərin adları yadında qalmamışdır. Daha sonra isə hadisə yerinə gələn TTY avtomaşını ilə İsmayıllı RMX-nə gedərək tibbi yardım almışlar. Daha sonra da Göyçay RMX-nə gedib tibbi yardım almışlar. Məlum hadisə ilə bağlı heç kimdən heç bir şikayət və tələbi yoxdur. Eləcə də o, həmin vaxtı spirtli içki qəbul etməmişdir. Sürücülük vəsiqəsi olmaqla avtomaşına aid sənədləri qaydasındadır. Məlum qəzanı kimlərin görüb görməməsi barədə dəqiq olaraq bir söz deyə bilməmişdir. Sözügedən hadisə zamanı hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə almaqla yanaşı Elşənin avtomaşını, eləcə də 1 ədəd dirəyin işıq plafonu zədə almışdır. O, plafonla bağlı dəymiş ziyanı ödəmişdir. Avtomaşını yüksək sürətlə idarə etməsi yadında qalsa da əl tormozunu çəkib çəkməməyi dəqiq yadında qalmamışdır. İş materiallarına əlavə edilmiş bütün rəy və qərarlarla tanış olmuşdur, rəylərlə razıdır. Hadisə baş verən zaman avtomaşında hər hansı yük və ikisindən başqa digər şəxs olmamışdır. İdarə etdiyi avtomaşının mühərriki saz vəziyyətdə olmuşdur. Baş vermiş hadisə digər şəxslərin hərəkətinə maneə olmamışdır. Həmin vaxtı yol boş vəziyyətdə olmuşdur. Maddi imkanı olmadığından zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyə bilməmişdir. O, Vətən Müharibəsi iştirakçısıdır. Hər ay aldığı müavinətin müəyyən bir hissəsini zərərçəkmişə ödəməyə razıdır. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət əməli törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 22 noyabr 2022-ci il tarixdə saat 00 və ya 01 radələrində özü spirtli içki qəbul etdiyi üçün sözügedən hadisəyə qədər normal qaydada münasibəti olmuş həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs özünə məxsus ağ rəngli “Vaz 2105” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşınını sürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı içkili vəziyyətdə olmamışdır. Özü isə sərnişin kimi qabaq sağ oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxsla həmin vaxtı İsmayıllı şəhərində Zamin bankın İsmayıllı filialının yanında yerləşən “Lüks” adlanan marketdən alver edib evə getmişlər. Marketdən çıxdıqda hər ikisi dediyi qaydada avtomaşına əyləşmişlər. Evə gedərkən Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Heydər Əliyev prospekti ilə İsmayıllı şəhəri Kolxoz bazarı istiqamətində hərəkət etmişdir. Təqsirləndirilən şəxs avtomaşınını yüksək sürətlə, yəni təxminən 120-130 km/saat sürətlə idarə etmiş və həmin vaxtı yolda heç kim olmamışdır. O, Gündüzdən avtomaşınını yavaş sürməsini xahiş etsə də Gündüz ona qulaq asmamışdır. Gündüz məlum prospektdə dediyi sürətlə hərəkətdə olarkən “Qala Palace” adlanan şadlıq sarayı ilə üzbəüz yolda “ruçnoyuəl tormozunu” çəkmiş və avtomaşının idarə etməsini itirməsi nəticəsində yolun sol tərəfində yerləşən işıq dirəklərindən birinə çırpılmışlar. Məlum vaxtı da hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri almış və tibbi yardım almaq üçün İsmayıllı RMX-nə, daha sonra da Göyçay RMX-nə müraciət edib tibbi yardım almışlar. Eləcə də avtomaşını tam şəkildə zədə almışdır. O, uzun müddət Göyçay RMX-də stasionar (yataq) şəraitində müalicə almışdır. Məlum vaxtı avtomaşınında ikisindən başqa heç kim olmamışdır. Sonradan hadisə yerinə kimlərin gəlməsindən və sairə xəbəri olmamışdır. Sürücülük vəsiqəsi olmaqla yanaşı avtomaşına aid sənədləri qaydasındadır. Gündüz avtomaşınını Kolxoz bazarı istiqamətində yüksək sürətlə idarə etdiyi və ardınca da əl tormozunu çəkdiyi üçün məlum qəza baş vermişdir. Qəza baş verən anda yol tamamilə boş olmuşdur. Hadisə zamanı Gündüz avtomaşınını təxminən 120-130 km/saat sürətlə idarə etmişdir. Avtomaşının mühərriki də saz vəziyyətdə olmuşdur. Gündüz qəzanın qarşısını almaqdan ötrü heç nə etməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini və ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri İsmayıllı şəhəri Heydər Əliyev prospektində “Qala Palace” adlanan şadlıq evi ilə üzbəüz yoldur və baxış məlum yerdə Kolxoz bazarı istiqamətində keçirilmişdir. Hadisə yeri quru vəziyyətdə və asfaltbeton yoldur. Hadisə baş vermiş yolun eni 16 metr olmaqla, qoşa düz xətt hərəkət hissəsini ikiyə bölmüşdür. Bir hərəkət hissəsinin eni 8 metrdir. Yol düz ağ qoşa xətlə ayrılmaqla hər iki tərəfə hərəkət nəzərdə tutulmuşdur. Hadisə yerində olan ağ rəngli “Vaz 2105” markalı Az **-ES-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını yolun sol tərəfində işıq dirəklərindən birinə çırpılmış vəziyyətdə dayanmışdır. Avtomaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşın “Vaz 2105” markalı, sandal rəngli, AZ ** ES *** dövlət qeydiyyat nişanlı avtomaşındır və öz adınadır. Baxış zamanı Vaz 2105 markalı avtomaşının sağ qabaq qapı, sağ arxa qapı, sağ yan güzgü, sağ qabaq krel, qabaq kapot, qabaq təkər, alın şüşəsi(padpres) və avtomobilin damı, dvorniklərində səthi baxış zamanı əzilmələr müşahidə olunmuşdur. Avtomaşına baxış zamanı üzərində qanabənzər ləkələr müşahidə olunmamış və avtomaşının tormoz əyləc sisteminin işlək vəziyyətdə olması aşkar edilmişdir. Məhkəmə tibbi ekspertizasının 25 yanvar 2023-cü il tarixli 25 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ bud sümüyünün çoxqəlpəli yerdəyişmiş sınığı, sağ daban sümüyünün açıq sınığı(sümük deffekti ilə) bədənin çoxsaylı sıyrılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az ağır dərəcəli bədən xəsarətlərinə aiddir. Məhkəmə tibbi ekspertizasının 25 yanvar 2023-cü il tarixli 26 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, beyin silkələnməsi, sağ bazu oynağının və sol əlin İ barmağın əzilməsi, bədənin çoxsaylı sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül dərəcəli bədən xəsarətlərinə aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 31 mart 2023-cü il tarixli 8/858 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz- 2105 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Rəcəbov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli 9/2073 nömrəli rəyindən görünür ki, tədqiq edilən 1981-ci ili buraxılışlı Vaz-2105 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin orta bazar pərakəndə satış qiyməti təxminən 3200,0 manat müəyyən edilməklə dəymiş ziyan 3200,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. “X5 servis” tərəfindən tərtib olunmuş arayışdan görünür ki, təqdim edilən məlumatlara əsasən 1981-ci il buraxılışlı “Vaz 2105” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə 3940,00 manat zərər dəyməsi müəyyən edilmişdir. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə 22 noyabr 2022-ci il tarixli 491 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs 22 noyabr 2022ci il tarixdə gecə saat 01 radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı orta dərəcəli sərxoş olmuşdur. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə 22 noyabr 2022-ci il tarixli 490 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı spirtli içki qəbul etməmiş, ayıq olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ağsu RQİ və TBŞ-tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1 C” kateqoriyalı AE 961554 seriya və nömrəli 14 aprel 2027-ci il tarixədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsi vardır və sürücülük hüququndan məhrum olunmamışdır. Müstəntiqin maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə “Vaz 2105” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və həmin avtomobil qanuni sahibiinə qaytarılmışdır. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair 14 iyul 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci mаddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdən 22 noyabr 2022-ci il tarixə keçən gecə, saat 00-01 radələrində AE961554 seriya və nömrəli sürücülük vəsiqəsi əsasında, qonşusu Zərərçəkmiş şəxs razılığı ilə idarə etdiyi, Zərərçəkmiş şəxs məxsus olmaqla sonuncunun qabaq sağ oturacaqda sərnişin kimi əyləşdiyi mexaniki nəqliyyat vasitəsi olan “VAZ-2105 minik” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin H.Əliyev prospektində quru vəziyyətdə olan asfaltbeton yolda rayonun “Kolxoz bazarı” istiqamətində hərəkətdə olarkən, yolun “Qala Palace” adlanan şadlıq evinin qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair, habelə həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yaşayış məntəqəsi daxilində “VAZ- 2105 minik” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət təhlükəsizliyini təmin etməyən idarə etmə hərəkətləri etməklə təqribən saatda 70-80 kilometrdən artıq sürətlə idarə edib yol hərəkəti qaydalarını pozmuş və avtomobili yüksək sürətlə idarə etməsi ilə əlaqədar vaxtında dayandıra bilmədiyindən, avtomobil yolun sol hərəkət hissəsinin kənarında yerləşən işıq dirəklərinin birinə çırpılmış, nəticədə o, ehtiyatsızlıqdan avtomobilin qabaq sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs sağ bud sümüyünün çoxqəlpəli yerdəyişmiş sınığı, sümük defekti ilə sağ daban sümüyünün açıq sınığı və bədənin çoxsaylı sıyrılmış yaraları kimi ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, habelə “VAZ-2105 minik” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Zərərçəkmiş şəxs 3200 (üç min iki yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan cinayəti törətməkdə təqsirlidir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.1-ci maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası cinayət Prosessual məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Vaz- 2105 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Rəcəbov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Onun bu hərəkətləri ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmuşdur. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən “böyük ictimai təhlükə törətməyən” cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin müvafiq maddəsində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Bununla da məhkəmə cinayət qanunda cəzanı yüngülləşdirən halların sayının məhdudlaşdırılmadığına əsaslanaraq, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış halları da cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaqla, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Vətən Müharibəsi iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X2 X3 şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın poliklinika şöbəsinin “narkoloji”, “Ruhi əsəb” və “nevroloji” kabinetlərində dispanser qeydiyyatlnda yoxdur. 26 dekabr 2022-ci il tarixli 4281 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun keçmiş Mican kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, atası X6, anası X1 və qardaşı Vüqardan ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlığın məhdudlaşdırılması növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin ediləcək cəzanı çəkərkən, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-a dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə maddi ziyan vurulması ilə bağlı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qanunun bu tələbinə görə Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübut olan, istintaq zamanı müvafiq qaydada götürülmüş və Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilmiş “Vaz 2105” markalı Az **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 135 (bir yüz otuz beş) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 135 (bir yüz otuz beş) manat məhkəmə məsrəfləri tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonunun keçmiş Mican kəndindəki) evi tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olmaqla qəzalı vəziyyətdə olan “Vaz 2105” markalı Az **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 135 (bir yüz otuz beş) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-57/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-57/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver