Məhkəmə qərarları › İş №1(037)-58/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-58/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-58/2021 11.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun iştirakı ilə 11 noyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1990-cı ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, məhkum olunmamış, işləməyən, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs müəyyən edilməmiş vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,232 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə edərək bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə üzərində daşıyaraq saxlamış, 18 avqust 2021-ci il tarixdə saat 06 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin Ə.Mahmudov küçəsində yerləşən “Kəpənək dairəsi” adlanan yerdə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ cibində olan pul kisəsinin içərisindən öz şəxsi istifadəsi üçün saxladığı həmin 0,232 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamin və üzərində həmin maddənin cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən edilməyən hissəcikləri olan bir manatlıq pul əskinazından hazırlanmış bir ədəd boruşəkilli ağ-boz rəngli bükülü aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 18 avqust 2021-ci il tarixdə saat 06 radələrində İsmayıllı şəhərinin “Kəpənək dairəsi” kimi adlanan yerdə piyada hərəkətdə olarkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ona barəsində əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmiş və onu İsmayıllı RPŞ-nə dəvət etmişdirlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və şöbənin növbətçi hissəsinin qarşısında hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin etmişlər. Sonra isə onun, dəvət olunmuş iki nəfər hal şahidinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirilmiş, axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya və predmet vardırsa təqdim etməyi təklif olunmuşdur. O, üzərində soruşulanlardan heç birinin olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə iki nəfər hal şahidinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynindəki şalvarın sağ cibindəki pul kisəsinin içərisində yerləşdirdiyi bir ədəd ağ rəngli kağız bükülüdə psixotrop maddə hesab edilən şəxsi istifadəsi üçün saxladığı metamfetamin və həmin maddədən istifadə etmək üçün bir manatlıq pul əskinazından boru şəklində hazırladığı bükülü aşkar olunmuşdur. Sorğu zamanı aşkarlanmış maddənin metamfetamin olduğunu, boruşəkilli bükülünün isə bir manatlıq pul əskinazından hazırladığını, həmin maddəninvə bükülünün ona məxsus olduğunu, şəxsi istifadə etməyi məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Daha sonra sorğu zamanı aşkar edilmiş metamfetamini bir gün əvvəl İsmayıllı şəhəri “kəpənək dairəsi” adlanan yerin yaxınlığında yol kənarında atılmış pul kisəsinin içərisindən tapdığını bildirmişdir. Əvvəllər metamfetamindən istifadə etdiyi üçün tapdığı metamfetamini öz şəxsi istifadəsi üçün pul qabı ilə birlikdə cibinə qoymuş və bu barədə heç kimə bildirməmişdir. Aşkar edilmiş metamfetamin və bir ədəd boruşəkilli bükülü elektron tərəzidə çəkilərək çəkiləri müəyyən edilmişdir. Şəxsi axtarış zamanı üzərindən qeyd edilənlərdən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Narkotik vasitəni öz istifadəsi üçün saxlamış, onu heç kimdən almamış və heç kimə satmamışdır. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən səmimi peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağı olmaqla ailədə evə yeganə gəlir gətirən şəxs odur, qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş edir. Şahid X5 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəifəsində işləyir. 18 avqust 2021-ci il tarixdə şöbəyə daxil olmuş məlumat əsasında İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin tədbirlərin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 06 radələrində İsmayıllı şəhərinin “Kəpənək dairəsi” adlanan yerdə Rəhmanın piyada gəzdiyini görərək sonuncuya yaxınlaşmışlar. Onlar özlərini Rəhmana təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu və barəsində əməliyyаt tədbirlərinin kеçirilməsi hаqqındа qərаr qəbul edildiyini bildirmişlər. Onlar Rəhmanı həmin qərarla tаnış еdərək üzərində şəхsi ахtаrış аpаrılmаsı məqsədilə polis şöbəsinə gəlməsini təklif etmişlər. Rəhman onlara etiraz etməyərək könüllü şəkildə polis şöbəsinə gəlmişdir. Şöbəsinin növbətçi hissəsində Rəhman müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah edilmiş və şübhəli şəxs kimi tutularaq bu barədə protokol tərtib olunmuşdur. Axtarış keçirilməzdən öncə Rəhmana üzərində narkotik vasitə və yaxud qanunla qadağan edilmiş digər vasitə vardırsa təqdim etməyi təklif olunmuşdur. Rəhman üzərində belə bir vasitənin olmadığını bildirmişdir. Sonra isə “İphone” markalı mobil telefondan videoçəkiliş aparılmaqla Rəhmannın üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Rəhmanın əynində olan cins şalvarın sağ cibindən bir ədəd pul kisəsi çıxmış,həmin pul kisəsinin içərisindən isə bir ədəd ağ rəngli kağız bükülü və bir ədəd boru şəkilli ağ-boz rəngli bükülü aşkar edilmişdir. Həmin ağ rəngli kağız bükülü açıldıqda içərisindən ağ rəngli, spesifik iyə malik, psixotrop maddəyə oxşar maddə kütləsi, digər bir ədəd boruşəkilli bükülü açıldıqda isə həmin bükülünün üzərində ağ rəngli, spesifik iyə malik, psixotrop maddəyə oxşar maddə kütləsinin hissəcikləri olan bir manatlıq pul əskinazı olması məlum olmuşdur. Sorğu zamanı Rəhman bükümdəki maddənin metamfetamin olmasını, boruşəkilli bükülünün isə həmin mütanfetamindən istifadə etmək üçün bir manatlıq pul əskinazından hazırladığı vasitə olmasını, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Rəhman həmin psixotrop maddəni 17 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərinin “Kəpənək dairəsi” adlanan yerin yaxınlığında yol kənarında atılmış pul kisəsinin içərisindən tapdığını bildirmişdir. Aşkar edilmiş psixotrop maddəyə oxşar kütlə kağız bükülü və bir ədəd boruşəkilli bükülü çəkilərək çəkiləri müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilsə də Rəhmanın üzərindən başqa narkotik vasitə və ya psixotrop maddəyə bənzər hər hansı kütlə edilməmişdir. Şəxsi axtarış zamanı protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşı X4 da şahid Fariz Həsənov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair 18 avqust 2021-ci il tarixli protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntülərindən müəyyən olunur ki, şəxsi axtarış zamanı sonuncunun əynindəki açıq boz rəngli cins şalvarın sağ cibində olmuş bir ədəd şabalıdı rəngli pul kisəsinin içərisində, bir ədəd ağ rəngli kağız bükülüdə psixotrop maddə hesab edilən, 0.30 qram çəkidə metamfetaminə oxşar maddə və 1 manatlıq pul əskinazından hazırlanmış 01 ədəd boruşəkilli ağ-boz rəngli bükülü aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olmuş digər paltarlarından isə heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2021-ci il tarixli, 17/612 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.... “1(bir) ədəd gümüşü-ağ rəngli büküm və 1 (bir) ədəd boruşəkilli ağ-boz rəngli bükülü....” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki; - ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,232 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. – 1 manatlıq pul əskinazından hazırlanmış 01 (bir) ədəd boruşəkilli bükülünün içərisindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – metamfetaminin hissəcikləridir. Həmin metamfetaminin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd boru şəkilli bükülünün içərisindən aşkar edilmiş metamfetaminin hissəcikləri cüzi miqdarda olduğuna görə onunla 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetaminin müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Rəyin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi - 0,232 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq çəki 0,182 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2021-ci il tarixli 1019 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. 26 avqust 2021-ci il tariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X2 X3 Şöbəsindən alınmış 30 avqust 2021-ci il tarixli 01-02-1576/21 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 19 avqust 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 0,182 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1 manatlıq pul əskinazından hazırlanmış 01 (bir) ədəd boruşəkilli ağ-boz rəngli bükülü iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 18 avqust 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 18 avqust 2021ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə saat 06:34-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 19 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 13:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 30 avqust 2021-ci il tarixli 1981 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 03 may 2016-cı il və 14 fevral 2018-ci il təvəllüdlü uşaqları Kamil və Rafetdən ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, narkotin vasitənin çəkisini (0,182 qram), törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, cəzanın 02 (iki) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə saat 06:34-dən 19 avqust 2021ci tarixdə saat 13:00-dək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu İsmayıllı kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,182 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1 manatlıq pul əskinazından hazırlanmış 01 (bir) ədəd boruşəkilli ağ-boz rəngli bükülü hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu İsmayıllı kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,182 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1 manatlıq pul əskinazından hazırlanmış 01 (bir) ədəd boruşəkilli ağ-boz rəngli bükülü hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar