Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-58/2022 16.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədiyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 16 avqust 2022-ci il tarixdə saat 16:36-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1970-ci ildə İsmayıllı rayonu Ruşan kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, subay, оrtа təhsilli, işləməyən, məhkumluğu olmayan, İsmayıllı rayonu Ruşan kəndində qeydiyyatda olmaqla orada yaşayan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı İsmayıllı rayonunun Ruşan kəndində yerləşən taxıl anbarının yaxınlığında həmkəndliləri Zərərçəkmiş şəxs və digərləri ilə domino oynayarkən Zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək Zərərçəkmiş şəxs sol göz nahiyəsindən bir dəfə qəsdən yumruqla vurub sonuncuya “sol göz orbitasının hematoması, gözün subkanyektival qansızması” kimi ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 17 iyul 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı İsmayıllı rayonu Ruşan kəndində yerləşən taxıl anbarının həyətində həmkəndliləri Şahid2, Şahid1, Şahid3 və Zərərçəkmiş şəxslə birlikdə domino oynamışlar. Oyunun gedişində yaranmış mübahisəyə görə əsəbiləşmiş və oyunçulardan oyun zamanı danışmamağı tələb etmişdir. Onun bu sözünə heç kim fikir verməmiş, hamı bunu normal zarafat kimi qəbul etmişlər. Zərərçəkmiş şəxs isə onun bu sözündən sonra əsəbiləşmiş və ona “sən özünü kişi sayırsan?” demişdir. Tahirin sözü ona pis təsir etmiş və sağ əlinin arxası ilə bir dəfə Tahirin sifət nahiyəsinə vurmuşdur. Bundan sonra Tahir ayağa qalxaraq onun üstünə gəlmiş və onun yaxasından tutmuş və qəflətən onun sol qulaq nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Həmkəndliləri onların arasında mübahisənin daha da böyüməsinə imkan verməyərək onları ayırmışlar. Sonradan Tahirin onun barəsində İsmayıllı RPŞ-nə şikayət etməsini bilmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 17 iyul 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Ruşan kəndində yerləşən taxıl anbarının həyətində həmkəndliləri Şahid2, Şahid1, Şahid3 və Təqsirləndirilən şəxsla birlikdə domino oynamağa başlamışlar. Təqsirləndirilən şəxs ilə Şahid2 uduzduğu üçün oyundan çıxmışlar. Həmin vaxt Əlövsət əsəbi halda “oynayırsız kişi kimi oynayın, danışmayın” demişdir. Bu vaxt o zarafatyana Əlövsətə “sən özünü kişi sayırsan?” sözünü demişdir. Əlövsət onun etdiyi zarafatı ciddi qəbul edərək qəflətən bir dəfə yumruqla onun sol göz altı nahiyəsindən vurmaqla ona xəsarət yetirdişdir. O, yerindən qalxaraq Təqsirləndirilən şəxs yaxasından tutmuş və sol qulaq nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Həmkəndliləri onların arasında mübahisənin daha da böyüməsinə imkan verməyərək onları ayırmışlar. Əlövsətin ondan üzr istəməsindən əsəbiləşərək onun barəsində İsmayıllı RPŞ-nə şikayət etmişdir. Sonradan Təqsirləndirilən şəxsondan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Sahil Əliyevlə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, 17 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid3 və Şahid2 ilə birlikdə yaşadıqları Ruşan kəndi ərazisində oturub domino oynamışlar. Oyun zamanı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında anlaşılmazlıq baş vermişdir. Belə ki, Tahirin etdiyi zarafat Əlövsətin xoşuna gəlməmiş və bu səbəbdən Əlövsət Tahirin sifət nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Tahir isə qarşılığında Əlövsətin qulaq nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Həmin hadisə təxminən 2-3 dəqiqə davam etmiş, ətrafda olan insanların rahatlığını pozacaq səs-küy yaranmamış, nalayiq ifadə işlədilməmişdir. X2 arasında mübahisənin daha da böyüməsinə imkan verməyərək onları ayırmışlar. Şahidlər Şahid2 və Şahid3 Şahid1la eyni məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə-tibb ekspertizasının 19 iyul 2022-ci il tarixli 326 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ekspert tərəfindən müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol göz orbitasının hematoması, gözün subkanyektival qansızması küt əşya təsirindən törənməklə kənar şəxs tərəfindən yetirilməsinin mümkünlüyü müəyyən edilmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilir. 26 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. 20 iyul 2022-ci il tarixli 171 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Ruşan kəndində yaşayır, ailə tərkibi özündən və övladları Əziz və Çingizdən ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxsdən üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-58/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-58/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver