Məhkəmə qərarları › İş №1(037)-58/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-58/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-58/2023 21.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 21 noyabr 2023-cü il tarixdə saat 12:50-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1992-ci ildə Beyləqan rayonunun Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov rayonu K.Rəhimov küçəsində yerləşən 2 saylı X1 yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 1(037)-58/2023 nömrəli qərarı ilə barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, 01 noyabr 2023-cü tarixdə saat 08:00-da axtarışda olan təqsirləndirilən şəxs qismində həbs olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə saat 24 radələrindən 19 mart 2023cü il tarixə saat 02 radələrinə kimi olan müddət ərzində X4, Zərərçəkmiş şəxs və digərləri ilə birlikdə kirayədə qaldığı İsmayıllı rayonunun Bizlan kəndində yerləşən fərdi yaşayış evində olarkən spirtli içkinin təsiri altında, sərxoş vəziyyətdə özünə məxsus şalvarının cibində 172 manat pulunun olmadığını görüb pulun evin eyni otağında birlikdə qaldığı Sərvan Əzizov tərəfindən oğurlanmasını zənn edərək sonuncunun paltarının cibini yoxlaması səbəbindən Sərvan Əzizovla aralarında şəxsi münasibətlər zəminində sözlə mübahisə yaranmış, mübahisə zamanı həmin evin digər otağında qalan Zərərçəkmiş şəxs mübahisənin hansı səbəbdən baş verməsini öyrənmək üçün gəlib həmin otağın qapısını açaraq içəri keçmək istədikdə o, Zərərçəkmiş şəxs otağa girməməsini və mübahisəyə müdaxilə etməməsini söyləmiş, buna baxmayaraq Zərərçəkmiş şəxs otağa girmək istədiyini gördükdə o, əsəbiləşərək şəxsi münasibətlər zəminində yaranmış mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs qarın nahiyəsindən təpiklə qəsdən bir dəfə zərbə vurub sonuncuya sağ bud sümüyünün burmalar altından keçən qapalı yerdəyişən sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhəri Nərimanov rayonu K.Rəhimov küçəsi 2 saylı X1 ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşqul olmaqla ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onu İsmayıllı Basqal qəsəbəsində “DOST” mərkəzində işlədiyi və Bizlan kəndində birlikdə kirayədə qalarkən tanımışdır, lakin onunla münasibəti normal olmuş, həmçinin aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, işlədikləri yerdən, yəni “DOST” mərkəzindən həftəlik məvaciblərini aldıqdan sonra birlikdə işlədiyi və kirayədə qaldığı X4 və hazırda xatırlamadığı digər 3-4 nəfərlə bayramı qeyd etmək məqsədilə Bizlan kəndində, asfalt yolun kənarında olan kafelərdən birində yeyib içdikdən sonra evə gəlmişlər. O, kafedə yeyib içərkən spirtli içki qəbul etmişdir. Gələrkən evdə içmək üçün özləri ilə pivə alıb gətirmişlər. Evdə o, Sərvan Əzizov, Zərərçəkmiş şəxs və hazırda xatırlamadığı onlarla birlikdə kirayədə qalan şəxslər birlikdə pivə içmişlər. Bundan sonra Zərərçəkmiş şəxs qaldığı otağa getmişdir. O isə öz otağında Sərvan Əzizovla birlikdə qalırmış. Artıq gec olduğu üçün o, yatmaq qərarına gəlmişdir. Buna görə yatmazdan öncə cibinə qoyduğu pulunu götürüb yastığının altına qoymaq üçün şalvarının cibinə baxmışdır. Əlini şalvarının cibinə salanda yeyib içdikdən və evə gələrkən alış veriş etdikdən sonra qalan pulunun cibində olmadığını görmüşdür. Sərvanı çağırıb pulunun harada olmasını soruşmuşdur. O isə xəbəri olmadığını bildirmişdir. O isə içkili və bir qədər də əsəbi olduğundan onunla mübahisə etməyə başlamışdır. Çünki onunlabir otaqda Sərvan qalmışdır. Mübahisə zamanı o, əsəbiləşərək otağın pəncərəsinə yumruq vurmuş, zərbədən pəncərənin şüşəsi qırılmış və əlini kəsmişdir. O, əlinin kəsilməsindən və yaralanmağından bir qədər də əsəbiləşmişdir. Bu zaman qonşu otaqda olan Zərərçəkmiş şəxs mübahisə elədikləri otağa gəlmək istəmişdir. O isə kənar adamın söhbətlərinə müdaxilə etməyini istəməmişdir. Zərərçəkmiş şəxs əsəbi halda çölə çıxmasını bildirmişdir. Rövşən sözünə qulaq asmayıb içəriyə girmək istəyəndə o, içkili olduğundan onu çölə çıxarmaq üçün Zərərçəkmiş şəxs qarın nahiyyəsinə təpiklə bir dəfə zərbə endirmişdir ki, Zərərçəkmiş şəxs çölə çıxsın. O, Rövşəni təpiklə vurduqdan sonra, Rövşən yerə oturmuş, o isə qapını bağlamış və Sərvanla mübahisəni davam eləmişdir. Bir müddət sonra isə aralarında olan məsələyə aydınlıq gətirib sakitləşmişlər. Həmin vaxtı oraya işlədikləri yerin sahə rəisi Şahid gəlmiş və baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək onları İsmayıllı RPŞ-nə dəvət etmişlər. Şöbədə aparılan araşdırma zamanı bilmişdir ki, Zərərçəkmiş şəxs endirdiyi təpik zərbəsi nəticəsində o, xəsarət almış və bununla bağlı barəsində polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, baş vermiş hadisə xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində İsmayıllı rayon Bizlan kəndi ərazisində, kirayədə qaldıqları yaşayış evində baş vermişdir. Zərərçəkmiş şəxs ilə aralarında yaşanmış hadisənin baş verməsinin konkret səbəbi yoxdur. Hadisə zamanı o, Zərərçəkmiş şəxs təpiklə bir dəfə zərbə endirərək xəsarət yetirmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs qarın nahiyyəsinə təpiklə bir dəfə zərbə vurub xəsarət yetirdikdən sonra hərəkətini dayandırmışdır. Onun Zərərçəkmiş şəxs növbəti zərbələr vurmağa kifayət qədər vaxtı və imkanı olsa da bunu etməmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı ona heç bir xəsarət yetirməmişdir. Əlində olan xəsarəti isə o, evdə mübahisə edən zaman əsəbiləşib əlini pəncərəyə çırpmağı və pəncərənin şüşəsinin qırılması nəticəsində əlini kəsməyi səbəbilə almışdır. Onun Zərərçəkmiş şəxs xəsarət yetirdiyi hadisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin hadisə zamanı ictimai qayda və ətrafdakıların rahatlığı pozulmasını düşünmür. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi hadisə zamanı otaqda o, Zərərçəkmiş şəxs və otaq yoldaşı Sərvan Əzizov olmuşlar, ətrafda kimsə olmamış, evdə isə kimlərin olmasını xatırlamır. Hadisədən sonra isə oraya işlədikləri yerin sahə rəisi Şahid gəlmişdir. O, Məhkəmə-Tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 150 saylı rəyi ilə tanış olmuş, həmin rəylə razıdır, rəydə qeyd olunan xəsarəti Zərərçəkmiş şəxs qarın nahiyyəsindən təpiklə bir dəfə zərbə endirərək özü yetirmişdir. O,etdiyi əməldən səmimi olaraq peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəmiş, zərərçəkmiş şəxs də onu bağışlamışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti, eləcə də, ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu Basqal qəsəbəsində inşa edilən “DOST” mərkəzinin inşaat sahəsində usta olaraq işləmək üçün İsmayıllı rayonuna gəlmiş və orada işləyən ustalarla birlikdə İsmayıllı rayonu Bizlan kındində yerləşən evlərdən birində kirayədə qalmışdır. xx.xx.2023-cü il tarixdə ustalardan bir neçəsi Novruz bayramı ilə əlaqədar məvaciblərini tez almış və onlar kafedə yeyib içərək bayramı qeyd etməyi qərara almışdılar. Onlar kafeyə getdikdən sonra o, yerinə uzanaraq yatmışdır. Təxminən saat 02 radələrində öz otağında yatarkən qonaq otağında səs küy səslərinə yuxudan ayılmışdır. Yerindən qalxaraq qonaq otağına getmək istəmişdir. Qapını açıb qonaq otağına daxil olmaq istədiyi zaman onlarla birlikdə işləyən Təqsirləndirilən şəxs onun qarın nahiyyəsindən təpiklə bir dəfə zərbə endirmişdir. O, zərbənin təsirindən beli üstə yerə yıxılmışdır. Bir qədər yerdə qaldıqdan sonra ayağa qalxmağa çalışsa da, qalxa bilməmişdir. Həmin zaman yanına gələn iş yoldaşı Azad onu ayağa qaldıraraq onu küçəyə çıxarmışdır. O, evdən çıxan zaman evdən qab-qacaq səsi və şüşə qırılmağına bənzər səslər gəldiyini eşitmişdir. Bir qədər sonra işlədikləri yerdəki iş rəhbəri Şahid da oraya gəlmiş və DİN-nin 102 xidmətinə zəng edərək baş verən hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra o, bədənində ağrılar olduğu üçün İsmayıllı RMX-na müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadəsinə davam edərək bildirmişdir ki, onun Təqsirləndirilən şəxsla, Təqsirləndirilən şəxs da onunla heç bir ədavəti yoxdur. O, sadəcə qonaq otağında səs küy eşitmiş və nə olduğunu öyrənmək üçün qonaq otağına keçmək istəmişdir. Həmin zaman isə Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ona təpiklə bir dəfə zərbə endirmişdir. O, Təqsirləndirilən şəxsla mübahisə etməmişdir. O, qonaq otağına keçmək istədikdə isə Təqsirləndirilən şəxs onun qarın nahiyyəsinə təpiklə bir dəfə zərbə endirmişdir. Bundan sonra o, yerə yıxılmış və qalxa bilməmişdir. Lakin həmin zaman hələ içəridə mübahisə davam etmişdir. Onun şikayət və tələbi onu döyərək xəsarət yetirmiş Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsindən ibarətdir. Sonradan Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilmiş, lakin sonuncu Laçın rayonunda aparılan tikinti-quruculuq işlərində işlədiyindən məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Binə-Sovxoz qəsəbəsində yaşayır, "xxxx" MMC-də briqadir vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla heç bir münasibəti, eləcə də ədavət və düşmənçiliyi olmamışdır. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs briqadiri işlədiyi “DOST” mərkəzinin tikintisində usta kimi işləmişlər. xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək onların qalması üçün İsmayıllı rayonu Bizlan kəndində kirayə tutduğu evdə mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs onu döydüyünü, ayağının qırıldığını bildirmiş və təcili gəlməyini xahiş etmişdir. O, dərhal həmin evə getmişdir. Ora çatıb darvazadan həyətə daxil olanda evin plastik materialdan olan pəncərəsinin orta şüşəsinin sınmış halda olmasını görmüşdür. Evə daxil olanda Təqsirləndirilən şəxs içəridə olan mebelin şüşəsini sındırdığını görüb ona “utanmırsan etdiklərindən? Atan yaşda kişini niyə döyürsən?” deyə bildirmişdir. Təqsirləndirilən şəxs ona tərəf baxıb üzərinə gəlmiş və bu zaman Təqsirləndirilən şəxsla birlikdə kirayədə qalan digər usta Sərvan Əzizov onu sakitləşdirib həyətə çıxarmışdır. Bundan sonra o, həyətə çıxaraq orada olan ustalardan biri Azad adlı şəxslə Zərərçəkmiş şəxs xəstəxanaya aparmaq üçün avtomobilə əyləşdirmişlər. Geri qayıdıb nə baş verdiyini öyrənmək istədikdə isə Sərvan Əzizov ona Niyaməddinin onun cibinə girmək istədiyini, buna görə aralarında mübahisə yarandığını, Niyaməddinin həmin zaman səs-küy salaraq evdəki şüşələri sındırdığını, mübahisə zamanı Zərərçəkmiş şəxs otağa gəlmək istəyəndə Niyaməddinin onun qarnına təpiklə vurduğunu bildirmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şahid ifadəsinə davam edərək bildirmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində ustaların qalması üçün İsmayıllı rayonu Bizlan kəndində kirayə tutduğu evdə baş vermişdir. Lakin o, mübahisə bitəndən sonra ora getdiyi üçün hadisənin nə qədər davam etməsini bilmir. O, hadisənin necə baş verdiyini və Zərərçəkmiş şəxs kimin xəsarət yetirdiyini bilavasitə görməmişdir. Lakin Zərərçəkmiş şəxs ona zəng edərək onların qalması üçün İsmayıllı rayonu Bizlan kəndində kirayə tutduğu evdə mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs onu döydüyünü, ayağının qırıldığını bildirdi və təcili gəlməyini xahiş etmişdir. Orada olarkən nə baş verdiyini öyrənmək istədikdə isə Sərvan Əzizov ona Niyaməddinin onun cibinə girmək istədiyini, buna görə aralarında mübahisə yarandığını, Niyaməddinin həmin zaman səs-küy salaraq evdəki şüşələri sındırdığını, mübahisə zamanı Zərərçəkmiş şəxs otağa gəlmək istəyəndə Niyaməddinin onun qarnına təpiklə vurduğunu bildirmişdir. O, ora çatanda otaqda Təqsirləndirilən şəxs və Sərvan Əzizov olmuşdur. Həyətdə isə Zərərçəkmiş şəxs oturmuşdur. Daha sonra isə çölə çıxıb Rövşəni xəsatəxanaya aparmaq istəyəndə isə ustalardan biri olan Azad adlı şəxsi də orada görmüşdür. O, ilkin izahat verən zaman həyəcanlı halda olmuşdur. Çünki o, onların briqadiri olduğu üçün baş verə biləcək hər hansı bir hadisəyə görə məsuliyyətə düşməkdən qorxmuşdur. Ona görə də, həyəcanlı olduğu üçün səhv olaraq bildirmişdir. Əslində isə orada Cavid adlı şəxs olmamış, Niyaməddini sakitləşdirib həyətə aparan şəxs X4 olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmişdir. O, Təqsirləndirilən şəxs “utanmırsan etdiklərindən? Atan yaşda kişini niyə döyürsən?” deyə bildirmişdir. Təqsirləndirilən şəxs ona tərəf baxıb üzərinə gəlmiş və bu zaman digər usta Sərvan Əzizov onu sakitləşdirib həyətə çıxarmışdır. Lakin Niyaməddinin başqa kiməsə xəsarət yetirib yetirməməmisini görməmiş və bu haqda məlumatım yoxdur. O, oraya hadisə başa çatandan sonra gəldiyi üçün hadisənin nə qədər davam etməsini bilmir. Lakin o, orda olanda hadisə baş verən ünvana başqa şəxslər gəlməmiş, orada yalnız evdə kirayədə qalan şəxslər olmuşdur. Həmçinin hadisə evin daxilində baş vermişdir. Buna görə də, ictimai qaydanın və ətrafdakıların rahatçılığının pozulmasını düşünmür. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan: Məhkəmə-tibbi ekspertizasının 06 aprel 2023-cü il tarixli 150 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün burmalar altından keçən qapalı yerdəyişən sınığı küt əşya (alət) alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası TƏBİB-in Fizuli RMXsı PHŞ-in xx.xx.2023-cü il tarixli PHŞ-6-36/2-511/2023 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Füzuli mərkəzi rayon xəstəxanasının Konsultativ poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statsitik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli 1(101)-1043/2014 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli cəzasının çəkilməmiş qalan 10 ay 13 gün hissəsini şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Füzuli RİHB-nin X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndində qeydiyyatdadır və hazırda Bakı şəhəri Nərimanov rayonu K.Rəhimov küçəsində yerləşən yarımçıq xəstəxana binasının həyətində ailəsi ilə birlikdə məcburi köçkün kimi yaşayır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Füzuli RİHB-nin Aşağı Əbdurrəhmanlı kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da ittiham elan edilməsi üçün tutulmuşdur. Müstəntiqinin 28 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saat 13:00-da İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 1(037)-58/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmənin həmin tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tutulub məhkəmə iclasına gətirilənədək onun barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. İsmayıllı rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən 01 noyabr 2023cü il tarixli 84/2-2504/23 nömrəli məktubdan və həmin tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü tarixdə saat 08:00 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində saxlanılaraq İsmayıllı rayon Polis şöbəsinə gətirilmiş və həmin gün saat 12:00-da şöbənin müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 1(037)-58/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnərək məhkəmə baxışı iclası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edildi ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxsla barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Eləcə də, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.25.2-ci maddəsində edilmiş əlavə və dəyişikliyə görə CM-nə 73.2-ci maddə əlavə edilmiş və həmin maddənin məzmununa görə Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin, həmin Qanunun 1.24-cü maddəsinə əsasən CM-nin 72-ci maddəsinə yeni “Qeyd” hissəsi əlavə edilmiş və həmin Qeydə əsasən şəxsin bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi göstərilmişdir. Cinayət işinə əlavə edilmiş müvafiq tələbnamə və məhkəmə hökmundən görünür ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Eyni zamanda həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ tərəfindən 01 mart 2011-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, 21 mart 2011-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.3-cü maddəsinə əsasən şəraitin dəyişməsi əsası ilə cinayət işinin icraatına xitam verilmişdir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, sağlamlığa az ağır zərər vurulmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunması, məhkumluğu ödənilmədən yenidən qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəası ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 01 mart 2011-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi başlanılmış cinayət işinin icraatına 21 mart 2011-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.3-cü maddəsinə əsasən şəraitin dəyişməsi əsası ilə xitam verilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələrinin təsiri altına düşmür. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə nəzərə alır ki, tərəflər cinayəti törətdikdən sonra bir-birləri ilə barışmağa nail olmuş, habelə zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Cinayət işinə xitam verilməsi gələcəkdə başqa neqativ halların da aradan qalxmasına səbəb ola bilər. Eləcə də, məhkəmə hazırki nəticəyə gələrkən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətindən azad edilir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar