Məhkəmə qərarları › İş №1(037)-59/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-59/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-59/2022 11.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 11 oktyabr 2022-ci il tarixdə saat 15:51-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1987-ci ildə İsmayıllı rayonunun İstisu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, İsmayıllı rayonunun İstisu kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədlə 17 may 2022-ci il tarixdə, təxminən saat 10 radələrində İsmayıllı rayonunun İstisu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gəlib həmin evdə işıqların yanmadığını və ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra evin hasarının üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətyanı sahəyə, yəni evin hasara birləşmiş talvar hissəsinə daxil olmuş, sonra isə həyətyanı sahədə yerləşən bir mərtəbəli kürsülü evin pilləkən hissəsinə qalxaraq, taxta materialdan olan giriş qapısının pəncərə hissəsindən tutub dırmaşmaqla üzəri şiferlə örtülü, lakin alt hissəsi açıq vəziyyətdə olan evin dam hissəsinə qalxıb oradan qanunsuz olaraq saxlanc yeri hesab olunan evin dam hissəsinə daxil olmuş və oradan 5 litr həcmli, gümüşü rəngli, dəyəri 200 manat olan 1 ədəd samovarı götürərək aparmaq üçün kənara hazır vəziyyətdə qoyduqdan sonra dam hissədən evin eyvan hissəsinə daxil olmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü açıq havalandırma yerindən evin divarında havalandırma hissəsinə söykənilmiş nərdivan vasitəsilə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin eyvanına enmiş, oradan isə mətbəx otağına keçərək dəyəri 250 manat olan 1 ədəd mis materialdan hazırlanmış əlli illik səhəngi (su qabını) götürərək gəldiyi yolla, yəni həmin nərdivan vasitəsilə evin damına qalxmış, damda ayırıb qoyduğu həmin samovarı da götürüb aparmaqla qeyd olunan əşyaları qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, İsmayıllı rayon İstisu kəndində yaşayır, Zərərçəkmiş şəxs onun həmkəndlisi və həmçinin qohumudur, sonuncu ilə münasibətləri həmişə yaxşi olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. O, Siyarənin bacısı Sitarə Gülaliyeva ilə birlikdə yaşadıqlarını, hər gün səhər saatlarında evdən çıxıb İsmayıllı şəhərinə getdiklərini bilirmiş, həmçinin Zərərçəkmiş şəxs həyətində mis su qabı və samovar olmasını da görmüşdür. Həmin ərəfədə, yəni xx.xx.2022-ci il tarixdə o, maddi vəziyyəti ilə əlaqədar pula ehtiyacı olduğundan Siyarənin həyətinə girib həmin mis qabı və samovarı oğurlayıb, aparıb satmaqla pul əldə etmək qərarına gəlmiş, bu məqsədlə o, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində, Zərərçəkmiş şəxs evinin yaxınlığına getmiş, evin arxa tərəfində olan küçəyə keçmiş, orada, evin ətrafını çəpər kimi mişar daşları və üst hissəsi kərpiclə hörülməklə əhatəyə alınmış hasarına çıxıb evin həyətinə, talvar hissəyə daxil olmuş, ev kürsülü, bir mərtəbəli və eyvanlı ev olmuş, evin eyvanı pəncərələrdən ibarət və qapısıda bağlı olmuşdur. O, evin damının aşağı hissəsinin açıq olmasını görərək evin pəncərə hissəsinin divarından dırmanaraq həmin açıq hissəsindən evin damına çıxmış, orada samovar olmasını görərək aparmaq üçün kənara hazır vəziyyətdə qoymuş, sonra oradan olan balaca açıq yerdən, yəni havalandırma yerindən divara söykənilmiş nərdivandan istifadə etməklə evin içərisinə eyvan hissəsinə enmiş, həmin yerdən mətbəx hissəsinə keçərək su səhənginin olduğunu görmüş, suyunu boşaldaraq səhəngi götürüb yenidən gəldiyi yolla, yəni nərdivandan istifadə edib dama qalxaraq, damda olan samovarıda götürüb evin pilləkan hissəsinə enmiş, oradan da həyətə çıxmış, sonra həyətdə atılmış iki ədəd kisə götürüb səhəngi və smovarı kisələrə qoymuş, daha sonra gəldiyi yerdən, yəni hasardan aşmaqla yenidən küçəyə çıxmış, həmin küçə ilə evinə tərəf getmişdir. Yolda hərəkətdə olarkən onu bir neçə kənd sakini görsədə kim olduqlarına fikir verməmiş, samovarı və səhəngi evinə aparmışdır. Evində isə kimsə olmamışdır, həmin günü təxminən saat 14 radələrində taksi fəaliyyəti ilə məşğul olan Sehrana zəng edərək, onu İsmayıllı şəhərinə aparmağını istəmiş, Sehran gəlmiş, həmin səhəngi və samovarı, həmçinin evində olan istifadə etmədiyi, aliminum metalından olan qazanı da avtomobilə qoyaraq və özü də avtomobilə əyləşib İsmayıllı şəhərinə yola düşmüşlər. Yolda Sehran ona hara getdiyini soruşan zaman o, həmin əşyaları metal qəbulu yerinə satmaq üçün apardığımı bildirmiş və əşyaları da evindən götürdüyünü demişdir. Seyran ilə aralarında olan razılığa əsasən sonuncu onu 15 manata İsmayıllı şəhərinə aparıb-gətirəcəkmiş. Həmin vaxtı Sehran ona samovarı almaq istədiyini bildirmiş, o, 50 manat qarşılığında samovarı satmağa razılaşmış, yolla keçərkən Sehran samovarı aparıb evində qoymuş, daha sonra onlar hərəkəti davam etmişlər. Sehran samovara görə verməli olduğu 50 manat puldan 15 manat yol pulu kimi çıxmış və ona 35 manat pul vermişdir. Bundan sonra onlar İsmayıllı şəhərində yerləşən, əvvəldən tanıdığı metal qəbulu yerinə getmişlər. O, avtomobildən enib içərisində səhəng və qazan olan torbanı götürərək orada olan metal qəbulu məntəqəsinə yaxınlaşmış, həmin əşyaları orada adını bilmədiyi, bir nəfər kişiyə səhəngi 50 manata və qazanı isə 5 manat satmışdır. Daha sonra Seyhan ilə geri qayıtmış, ardından kəndə qayıtmışlar. Bundan sonra Siyarənin onun oğurluq etdiyini bilməsini və onun evinə gəldiyini öyrənmişdir. Lakin həmin zaman o, evdə olmamışdır. Daha sonra Siyarənin qardaşı Aydın ona zəng etmiş, o, söhbət zamanı sonuncuya maddi vəziyyəti ilə bağlı həmin əşyaları oğurladığını etiraf edərək və ayın sonuna kimi qaytaracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Siyarənin evinə gedərək hazırda pulunun olmadığını, xx.xx.2022-ci il tarixə kimi əşyalarını geri alıb qaytaracağını bildirmişdir. Lakin Siyarə ona xx.xx.2022-ci il tarixə kimi əşyalarını qaytarmağını, əks halda barəsində şikayət edəcəyini bildirmişdir. O, bundan sonra oradan çıxıb evinə getmişdir. Həmin əşyaları alıb qaytarmadığına görə Zərərçəkmiş şəxs onun barəsində şikayət etməsini öyrənmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər və o, polis şöbəsinə gələrək törətdiyi hadisəni səmimi olaraq etiraf etmişdir. O, Zərərçəkmiş şəxs evindən xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində oğurluq etmiş, oğurluq etməyinə səbəb isə pula ehtiyacının olması olmuşdur. O, həmin evdən samovarı və səhəngi tək halda oğurlamış, ona heç kim köməklik etməmiş və yanında kimsə olmamışdır. Həmin hadisəni təkbaşına törətmiş, həmin evdən, bir ədəd 5 litrlik, gümüşü rəngli, nikkel materialından, çəkisi təxminən 3 kiloqram olan samovar və bir ədəd mis metalından, çəkisi 5 kiloqram olan səhəngi oğurlamışam. Lakin həmin əşyaların dəyəri barədə hər hansı məlumatı yoxdur. Lakin digər qazan isə ona məxsus olmuşdur və evindən götürmüşdür, silindirik formalı və alminium materialdan olmuşdur. O, əmin oğurluq hadisəsini gizli törətmiş, bundan kiminsə xəbəri olmamış, o, də heç kimə bildirməmiş, heç kim də ona köməklik etməmiş və bu barədə də kimsənin məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs evindən oğurladığı 01 ədəd samovarı həmkəndçisi vət. Şahid3 50 manata və 01 ədəd su səhəngini isə İsmayıllı şəhəri Nizami ünvan 1 ünvanında yerləşən metal qəbulu məntəqəsinə 50 manata satmışdır. Şahid3 satdığı 1 ədəd samovarın oğurluq olmasını sonuncu bilməmişdir. O, özü də Sehrana bu barədə deməmişdir. Şahid3 ifadəmdə qeyd etdiyindən başqa əvvəl və yaxud sonra hər hansı bir əşya satmamışdır. Şahid4 qızına məxsus metal qəbulu məntəqəsində işləyən Şahid5 satdığı 1 ədəd səhəngin oğurluq olmasını sonuncu bilməmişdir, o, özü də Şahid5ra bu barədə deməmişdir. Şahid4 qızına və ya Şahid5 ifadəsində qeyd etdiyindən başqa əvvəl və yaxud sonra hər hansı bir əşya satmamış, Şahid5 satdığı 01 ədəd su səhəngindən başqa 01 ədəd silindirik formalı alüminium qazanda olmuşdur. Həmin qazan onun özünə məxsus olmuş, həmin qazanı evindən, yəni həyətindən götürmüş, istifadəyə yararsız və tullantı olduğundan satıb pul əldə etmək qərarına gəlmiş, bu səbəbdən də həmin qazanı istifadə etmədiyi üçün götürüb satmışdır. Bundan başqa heç bir yerdən oğurluq etməmişdir. Hazırda əməlindən peşmandır. Həmin cinayəti dörd azyaşlı uşağının dolanışığını təmin etmək üçün törətmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs ziyanın aradan qaldırılması ilə bağlı razılaşmış və onunla barışıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayon İstisu kəndində bacısı Sitarə Gülaliyeva ilə birlikdə yaşayır. İstisu kəndində ona məxsus fərdi yaşayış evi vardır. Bacısı Sitarə xəstəliyi ilə əlaqədar İsmayıllı RMX-da müalicə alır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində, o, və bacısı Sitarə ilə birlikdə evindən çıxmış, həmin vaxtdı evin həyətində su səhəngi olmuş, həmişə səhər evdən çıxanda, kəndin suyu bulanıq olduğu üçün səhəngə su doldurururmuş, gecə gələndə isə suyun bulanıqlığı çökürmüş və istifadə edirmişlər. Həmin günüdə səhəngi su ilə doldurub evin mətbəxində qoymuş, evin və həyətin giriş qapılarını qıfıl ilə bağlayıb evdən çıxmışlar, həmin vaxtı o, işi ilə bağlı, bacısı Sitarə isə xəstəxanaya getmiş, həmin günü saat 12 radələrində bacısı xəstəxanadan evə qayıtmış, o, isə saat 18 radələrində evə qayıtmış, evinə qayıtdıqdan sonra bacısı ondan səhəngi götürüb götürmədiyini soruşmuş, o, isə səhəngi götürmədiyini bildirmişdir. Bundan sonra o, səhəngin oğurlandığını başa düşmüş, küçəyə çıxaraq kənd sakinləri ilə soraqlaşmağa başlamış, həmin vaxtdı kənd sakini Famil adlı şəxs ona xx.xx.2022-ci il tarixdə saat 10 radələrində, kənd sakini Təqsirləndirilən şəxs əlində iki ədəd torbanın içinsə səhəng və Samovar apardığını, onun evi tərəfdən gəldiyini görməsini deməsini bildirmişdir. Bundan sonra o, evə qayıtmış, evin üzərində olan dama baxmış, Samovarın da olmadığını görmüşdür. Bundan sonra Bəxtiyarın həmin əşyaları oğurladığını başa düşmüşdür. Bu barədə qardaşı Aydına məlumat vermişdi. Aydında özü bu barədə Bəxtiyar ilə danışacağını bildirmişdir. Daha sonra qardaşı Aydının ona deməsinə görə kənd sakinləri vasitəsilə Bəxtiyarı taparaq sonuncu ilə telefon vasitəsilə danışmış, Bəxtiyar samovar və səhəngi oğurladığını etiraf etmiş və qaytaracağına söz verməsini bildirmişdior. O, qohumluq əlaqələri olduğu üçün Bəxtiyardan birinci şikayət etməmişdir, lakin Bəxtiyara bir həftədək vaxt vermiş ki, əşyaları geri qaytarsın. Bundan sonra xx.xx.2022-ci il tarixdə Bəxtiyar onun evinə gəlmiş, ondan may ayının 28-nə kimi möhlət istəmiş, o, isə niyə həyətindən oğurluq etməsini soruşmuş, lakin Bəxtiyar ona utandığından heç bir cavab verməmiş, sonra xx.xx.2022-ci il tarixə kimi ona məxsus əşyaları qaytarmaq üçün möhlət vermişdir. Əks halda şikayət edəcəyini demişdir. Bundan sonra Bəxtiyar heçnə demədən çıxıb getmidir. xx.xx.2022-ci il tarixdə də Bəxtiyar ona məxsus əşyaları qaytarmadığı üçün o, sonuncunun barəsində şikayət etək qərarına gəlmiş, bundan sonra polis əməkdaşları evinə gələrək oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirmişlər. O, başvermiş hadisəni olduğu kimi bildirmiş, başvermiş oğurluq hadisəsi nəticəsində evində və yaxud həyətində hər hansı bir sındırılma, dağıdılma və ya əşyaların yerin dəyişməsi olmamış, buna baxmayaraq qeyd etdiyi əşyalar da yerində olmamışdır. Bu səbəbdən də evindən oğurluq olmasını düşünərək məlumat vermişdir. Oğurluq hadisəsinin hansı şəraitdə törədilməsini biləvasitə o, görməmiş. Başvermiş oğurluq hadisəsi nəticəsində evindən 01 ədəd səhəng və 01 ədəd samovar oğurlanmışdır. Bundan başqa hər hansı bir qiymətli əşya olmamış və oğurlanmamışdır. Başvermiş oğurluq hadisəsi nəticəsində evindən 01 səhəng, təxminən 50 illik tarixi olan, mis metalından, naxışı olmayan, su doldurmaq üçün uzun və ensiz boğazı və silindirik su tutum yeri olmaqla çəkisi 5 kiloqram olmuşdur. 01 ədəd samovar isə nikkel materialından gümüşü rəngli idi, həcmi 5 litrlik, çəkisi isə təxminən 3 kiloqram olmuşdur.Təqsirləndirilən şəxs oğurladığı səhəngin qiyməti təxminən 250 manat, Samovarın qiyməti isə 200 manat olmuşdur. Buna görə ona 450 manat maddi ziyan dəymişdir. O, Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyul 2022-ci il tarixli 9/4451 №-li rəyləri ilə tanış olmuş, həmin rəylə razıdır, Təqsirləndirilən şəxs onun evindən oğurluq etməsi nəticəsində ona ümumilikdə 450 manat maddi ziyan vurmuş və vurduğu maddi ziyanımı tam ödəmiş, onun maddi ziyanla bağlı şikayəti və tələbi yoxdur. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 (zərəçəkmişin qardaşı) ifadəsində Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonunun İstisu kəndində ailəsi ilə birlikdə yaşayır, ona məxsus Mercedes C220 markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, taksi fəaliyyəti ilə məşğul olur, Zərərçəkmiş şəxs onun həmkəndçisidir, sonuncu ilə münasibətləri yaxşı olmuş, həmçinin Təqsirləndirilən şəxs da onun həmkəndçisidir, sonuncu ilə münasibətlərim yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, kənddə olan zaman Təqsirləndirilən şəxs ona zəng edərək, İsmayıllı şəhərinə aparmağını istəmiş, o, sonuncunun evinə getmiş, həmin vaxtı Bəxtiyar evdən, iki kisə götürüb avtomobilə qoymuş, kisənin birində samovar, digər kisədə isə su səhəngi və qazan olmuş və Bəxtiyar ona həmin əşyaları İsmayıllı şəhərinə aparıb metal qəbulu yerinə satacağını bildirmişdir. O, Bəxtiyardan samovarı haradan aldığını soruşmuş, sonuncu isə öz evindən götürdüyünü və işlətmədiyi üçün satacağını bildirmişdir. O, Bəxtiyardan samovarı ona satmasını istəmiş, onlar 50 manata razılaşdıqdan sonra, Bəxtiyar ilə birlikdə evinə getmiş, orada smovarı götürüb evinə qoymuş, qayıdaraq yola davam etmişlər və o, Bəxtiyara 50 manat pul verəcəyini demişdir. Daha sonra İsmayıllı şəhərində yerləşən metal qəbulu məntəqəsinə getmişlər, Yolda Bəxtiya 50 manat pul vermiş və həmin vaxtı yanacaq doldurma məntəqəsində Bəxtiyar ona yol pulu kimi 15 manat pul qaytarmışdır. O, da həmin pulla avtomobilə yanacaq vurmuşdur. Daha sonra metal qəbulu yerinə getmişlər, Bəxtiyar digər kisədə olan su səhəngi və aliminum qazanı avtomobildən götürüb metal qəbulu yerində işləyən bir oğlana vermiş, orada işləyən oğlan su səhəngini və qazanı çəkmiş, lakin qarşığında Bəxtiyara nə qədər pul verdiyini bilməmiş, çünki o, bir qədər aralıda durmuşdur. Bundan sonrada kəndə geri qayıtmışlar. Bundan sonra 24.052022-ci il tarixdə İsmayıllı RPŞ-nə dəvət olunmuş, həmin zaman Bəxtiyarın, həmin su səhəngini və ona satdığı samovarın oğurluq olmasını, həmin əşyaları Sirayə Gülaliyevanın evindən oğurlaması barəsində məlumatı olmuşdur. Onun hadisə barədə əvvəlcədən məlumatım olmamış, Bəxtiyarın əvvəllər oğurluq etmədiyini və düzgün bir insan olmasını bildiyi üçün, samovarında oğurluq olduğundan şüpələnməmiş və samovarı sonuncudan 50 manata almışdır. Təqsirləndirilən şəxs ona satdığı samovar gümüşü rəngli və təxminən 5 litr həcmli, istifadə edilmiş olmuşdur. İşlənmiş kimi bazar satış qiyməti barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs bundan başqa əvvəl və yaxud sonradan ona hər hansı bir əşya təklif etməmiş və satmamışdır. Təqsirləndirilən şəxs ona satdığı samovarın oğurluq olmasını o, bilməmiş, Bəxtiyar özüdə ona bu barədə deməmişdir. O, Bəxtiyarın həmin samovarı kimdən və haradan əldə etməsindən və yaxud oğurlayıboğurlamamasından məlumatsız olmuş, bu barədə aparılan araşdırma zamanı bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri Nizami ünvan 1 ünvanında yerləşən bibisi Şahid4 məxsus metal qəbulu məntəqəsi işləyir. İsmayıllı rayon İstisu kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncu ilə aralarında heç bir münasibəti yoxdur, həmçinin Təqsirləndirilən şəxs tanımır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində bir nəfər şəxs məntəqəyə gələrək bir ədəd mis materialdan su səhəngi və bir ədəd alminium qazan gətirdiyini bildirmişdir. O, həmin əşyaları tərəzidə çəkmiş, səhəngi 50 manata, qazanı isə 5 manata almışdır. Bundan sonra həmin şəxs çıxıb getmiş, o isə zəng edərək bu barədə bibisinə məlumat vermişdir. Səhəng və qazanın istifadə olunması nəticəsində köhnə əşyalar olmuşdur. xx.xx.2022-ci il tarixdə İsmayıllı RPŞ-nə dəvət olunmuş, həmin zaman ona məlum olmuşdur ki, metal qəbulu məntəqəsinə bir ədəd səhəng və bir ədəd qazan gətirib satan şəxs İsmayıllı rayon İstisu kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Həmçiunin Təqsirləndirilən şəxs həmin su səhəngini və qazanı oğurlamasını, Sirayə Gülaliyevanın evindən oğurluq etməsi barəsində həmin vaxt məlumatlanmışdır. Təqsirləndirilən şəxs bundan əvvəl və yaxud sonradan onlara hər hansı bir əşya təklif etməmiş və satmamışdır. Məhkəmə iclasına çağırılmış Şahid4 qızı 1-ci qrup əlil, gəzmək imkanları məhdud olduğundan məhkəmə iclasına gələ bilməmişdir. Bu səbəbdən məhkəmə istintaqında Şahid4 qızının ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid4 qızı ibtidai istintaqa verdiyi ifadəsində şahid qismində dindirilmiş qardaşı oğlu Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonunun İstisu kəndində ailəsi ilə birlikdə yaşayır, İsmayıllı rayon İstisu kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndçiləridir, sonuncularla münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. O, xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı kənddə küçə kənarında tək halda durmuşdur, həmin vaxtı Təqsirləndirilən şəxs gəldiyini və əlində isə iki ədəd kisə torpada əşyalar olmasını görmüş, Bəxtiyar yaxınlaşdığı zaman isə həmin torbalarda olan əşyaların samovar və su səhənginə bənzədiyini bilmişdir. Həmin vaxtı Bəxtiyar gəlib salam verərək keçib evinə tərəf getmişdir. O, isə şəxsi işləri ilə məşğul olmağa başlamışdır. Həmin günü təxminən saat 18 radələrində Zərərçəkmiş şəxs ilə küçədə qarşılaşarkən sonuncu ona evindən səhəng və samovar oğurlanmasını demiş, həmçinin ona həmin oğurluğu etməkdə Təqsirləndirilən şəxs şübhə etdiyini bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs “bu gün saat 10 radələrində Bəxtiyarı gördüm, əlində iki kisə torba ilə siz tərəfdən gəlirdi, həmin torbalarda olan əşyaların Samovar və səhəngə oxşatdım” deyə bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs çıxıb getmiş, bundan sonra eşitmiş ki, Zərərçəkmiş şəxs evindən oğurluq olması barədə şikayət etmiş və həmin oğurluq hadisəsini törətməsi ilə bağlı Təqsirləndirilən şəxs polisə aparılmışdır. Bundan sonra düşünmüş ki, Təqsirləndirilən şəxs əlində iki ədəd kisə torba ilə Zərərçəkmiş şəxs evi istiqamətindən gəlmiş və həmin oğurluq hadisəsini törədə bilər. Lakin o, Təqsirləndirilən şəxs samovar və su səhəngi oğurlamasını, yəni Sirayə Gülaliyevanın evindən oğurluq etməsini görməmişdir. Bundan əvvəl isə onun bu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona hər hansı bir əşya təklif etməmiş və satmamışdır. Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsi barədə ona deməmiş və onun da bundan məlumatı olmamışdır. Bu barədə aparılan istintaq zamanı bilmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: Hadisə yerinə baxış keçirilməsi haqqında 24 may 2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus əmlakın oğurlandığı hadisə yeri İsmayıllı rayonu, İstisu kəndində yerləşən fərdi yaşayış evidir. Həmin istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyul 2022-ci il tarixli 9/4451 №-li rəyində göstərilmişdir ki, - ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 500.00 manat müəyyən edilir. O cümlədən: --- 01 ədəd mis materialdan təxminən 7 litr səhəng – 250.00 manat; --- 01 ədəd təxmin 5litr tutumlu odun samovarı 200.00 manat; ---01 ədəd alüminum materialdan silindirik formalı qazan – 50.00 manat olmaları müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədlə xx.xx.2022-ci il tarixdə, təxminən saat 10 radələrində İsmayıllı rayonunun İstisu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gəlib həmin evdə işıqların yanmadığını və ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra evin hasarının üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətyanı sahəyə, yəni evin hasara birləşmiş talvar hissəsinə daxil olmuş, sonra isə həyətyanı sahədə yerləşən bir mərtəbəli kürsülü evin pilləkən hissəsinə qalxaraq, taxta materialdan olan giriş qapısının pəncərə hissəsindən tutub dırmaşmaqla üzəri şiferlə örtülü, lakin alt hissəsi açıq vəziyyətdə olan evin dam hissəsinə qalxıb oradan qanunsuz olaraq saxlanc yeri hesab olunan evin dam hissəsinə daxil olmuş və oradan 5 litr həcmli, gümüşü rəngli, dəyəri 200 manat olan 1 ədəd samovarı götürərək aparmaq üçün kənara hazır vəziyyətdə qoyduqdan sonra dam hissədən evin eyvan hissəsinə daxil olmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü açıq havalandırma yerindən evin divarında havalandırma hissəsinə söykənilmiş nərdivan vasitəsilə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin eyvanına enmiş, oradan isə mətbəx otağına keçərək dəyəri 250 manat olan 1 ədəd mis materialdan hazırlanmış əlli illik səhəngi (su qabını) götürərək gəldiyi yolla, yəni həmin nərdivan vasitəsilə evin damına qalxmış, damda ayırıb qoyduğu həmin samovarı da götürüb aparmaqla qeyd olunan əşyaları qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurulmaqla oğurlaması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs Sahibə Mahmudovanın təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədlə xx.xx.2022-ci il tarixdə, təxminən saat 10 radələrində İsmayıllı rayonunun İstisu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gəlib həmin evdə işıqların yanmadığını və ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra evin hasarının üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətyanı sahəyə, yəni evin hasara birləşmiş talvar hissəsinə daxil olmuş, sonra isə həyətyanı sahədə yerləşən bir mərtəbəli kürsülü evin pilləkən hissəsinə qalxaraq, taxta materialdan olan giriş qapısının pəncərə hissəsindən tutub dırmaşmaqla üzəri şiferlə örtülü, lakin alt hissəsi açıq vəziyyətdə olan evin dam hissəsinə qalxıb oradan qanunsuz olaraq saxlanc yeri hesab olunan evin dam hissəsinə daxil olmuş və oradan 5 litr həcmli, gümüşü rəngli, dəyəri 200 manat olan 1 ədəd samovarı götürərək aparmaq üçün kənara hazır vəziyyətdə qoyduqdan sonra dam hissədən evin eyvan hissəsinə daxil olmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü açıq havalandırma yerindən evin divarında havalandırma hissəsinə söykənilmiş nərdivan vasitəsilə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin eyvanına enmiş, oradan isə mətbəx otağına keçərək dəyəri 250 manat olan 1 ədəd mis materialdan hazırlanmış əlli illik səhəngi (su qabını) götürərək gəldiyi yolla, yəni həmin nərdivan vasitəsilə evin damına qalxmış, damda ayırıb qoyduğu həmin samovarı da götürüb aparmaqla qeyd olunan əşyaları qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3 -cü maddəsi ilə düzgün tövsif olunuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini və vurulmuş ziyanı tam aradan qaldırmasını, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İsmayıllı RİHB-nın İstisu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədə göstərilmişdir ki, Muradov X1 rayon İstisu kəndində qeydiyyatda, orada yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İstisu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından alınmış xx.xx.2022-ci il tarixli 02- 02-365/22 saylı məktubda göstərilmişdir ki, İsmayıllı rayon İstisu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.1987-ci il təvəllüdlü Muradov X1 rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji” və “Ruhi-əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tamamilə ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 27 may 2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 10:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 04 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd mis materialdan olan 50 illik səhəng və 01 ədəd gümüşü rəngli, 5 litr həcmli samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02(iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu İstisu kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd mis materialdan olan 50 illik səhəng və 01 ədəd gümüşü rəngli, 5 litr həcmli samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar