Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-59/2023 14.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 14 sentyabr 2023-cü il tarixdə saat 16:07-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1990-cı ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" QSC-də gözətçi işləyən, məhkum olunmamış, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 2, ev 2 ünvanında qeydiyyatda olmaqla İsmayıllı şəhəri, R.Bədəlov küçəsi, ev 35 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə satıcı kassir vəzifəsində işlədiyi "xxxx" MMC-nin İsmayıllı şəhəri “Saat meydanı” adlanan ərazisində yerləşən 1 saylı filialı olaneyni adlı dükana "xxxx" MMC-nin müdiriyyəti tərəfindən ona verilmiş açardan istifadə etməklə günün istənilən vaxtında girişinə icazə verilməsindən istifadə edərək, xx.xx.2023-cü il tarixdə,saat 02 radələrində "xxxx" adlıhəmin dükanın qarşısına gəlmiş, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra özündə olan açarla dükanın giriş şüşə qapısını açıb içəri daxil olaraq administrator otağına keçib həmin otaqda masanın üzərində, sellofana bükülmüş vəziyyətdə saxlanılan "xxxx" MMC-yə məxsus 602 (altı yüz iki)manat məbləğində pulu götürərək qəsdən gizli olaraq talayıb "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 31 mart 2023-cü il tarixdən 01 may 2023-cü il tarixədək İsmayıllı şəhəri saat meydanı deyilən ərazidə yerləşən "xxxx" MMCnin İsmayıllı şəhəri “Saat meydanı” adlanan ərazisində satıcı kassir vəzifəsində işləmişdir. "xxxx" MMC-nin 52 saylı bölgə filialı tərəfindən ona dükanın açarı verilmiş və dükana istənilən vaxtında giriş-çıxışına icazə verilmişdir. Azər Bağırov həmin marketdə administrator vəzifəsində çalışmış, işlədiyi müddət ərzində onun Azər Bağırovla aralarında hər hansı ədavət və düşmənçilik olmamış, əksinə münasibətləri normal olmuşdur. Bəzi vaxtlarda işçilər növbəyə görə saat 07 radələrində işə gəlmiş və saat 17 radələrində işdən çıxmış, bəzi vaxtlarda isə saat 17 radələrində işə gəlmiş və saat 22 radələrində isə mağazanı bağlayıb getmişdir. Azər səhər saat 09 radələrində işə gələrkən dükanın hesabatını aparıb pulları ona təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə gün ərzində dükanda 602 manatlıq alış veriş etmiş və həmin pulu xx.xx.2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs təhvil vermişdir. Azər həmin pulu dükanda özünə məxsus otaqda saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində işə gəlib mağazada işləmiş və saat təxminən 22 radələrində kassada pulları hesablamış, 716 manat 69 qəpiklik alver etdiyini müəyyən etmişdir. Həmin pulları kassada saxlamışdır ki, səhəri gün Zərərçəkmiş şəxs təhvil versin. Sonra isə dükanı açarla bağlayıb getmiş, dükanı bağladıqdan sonra rayon ərazisində kafedə 2-3 bakal pivə içdikdən sonra sərxoş vəziyyətdə düşmüş, üzərində xərcləməyə pulu olmadığından və maddi imkanı zəif olduğundan dükana daxil olub Azər Bağırovun istifadə etdiyi otaqda stolun üzərində sellofan bükülədə "xxxx" MMCyə məxsus 602 manat pulu oğurlamaq qərarına gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində dükanın qarşısına gələrək "xxxx" MMC tərəfindən ona verilmiş açarla dükanın şüşə qapısının aşağı hissədən olan qapısını açmış və içəri daxil olmuşdur. Azər Bağırovun istifadə etdiyi otağa daxil olub stolun üzərində sellofan bükülüdə olan ümumilikdə 602 manat pulu oğurlamış və təxminən 2 dəqiqədən sonra dükandan çıxıb açarla giriş qapısını bağlayıb oradan çıxıb getmişdir. Artıq səhəri gün işə gəlməmiş, pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Azər Bağırov ona zəng edib müşahidə kamerasına düşdüyünü və pulları qaytarmağını desə də artıq utandığından dükana gəlməmiş və maddi imkanı olmadığı üçün pulu qaytara bilməmişdir. 04 may 2023-cü il tarixdə eşitmişdir ki, Azər Bağırov hadisə barədə polis şöbəsinə ərizə ilə müraciət etmiş və həmçinin o, oğurluq etdikdən sonra "xxxx" market MMC tərəfindən xx.xx.2023-cü il tarixdə əmək müqaviləmə xitam verilmişdir. O, polis şöbəsinə gəlmiş və oğurluq etdiyini etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Həmin cinayəti içkili olduğu üçün törətmişdir. Hadisədən sonra zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31 iyul 2023-cü il tarixdən "xxxx" MMC-nin 52 saylı bölgənin İsmayıllı şəhəri, Saat meydanı adlanan ərazidə 01 saylı filialındakı dükanda adiminstrator işləyir. Həmin dükanda ondan başqa İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs da satıcı kassir kimi işləmiş, həmçinin digər işçilər də müxtəlif işlərdə çalışır. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin 52 saylı bölgə filialının rəhbərliyi tərəfindən ona dükanın açarı verilmiş və dükana günün istənilən vaxtı giriş-çıxına icazə verilmişdir. Şahin xx.xx.2023-cü il tarixdən həmin marketdə rəsmi müqavilə əsasında işləmişdir. Dükan hər gün saat 07 radələrində fəaliyyətə başlayır və saat 22 radələrində mağaza bağlanır və həmin vaxtdan sonra fəaliyyət göstərmir. Satıcı kassirlər növbəti gün səhər tezdən saat 09 radələrində kassanın hesabatını aparırlar. Təqsirləndirilən şəxsla marketdə işləmiş olduğu müddət ərzində aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə mən saat 17 radələrində işdən çıxıb evə getmişdir. 1 gün əvvəl kassa əməliyatlarına görə 50, 100 manatlıq pul əskinaslarından ibarət Təqsirləndirilən şəxs tərəfindən ona təhvil verilmiş "xxxx" MMC-yə məxsus 602 manat pulu dükanın özünün istifadə etdiyi otaqda sellofan bükülüyə qoyub saxlamışdır. Səhəri gün və yaxud bir neçə gün sonra "xxxx"in inkassa avtomaşınları gələrkən akt tərtib edərək pulları "xxxx" MMC-nin işçilərinə təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 7 radələrində işə gəldikdə Şahinin işə gəlmədiyini görüb mobil telefonuna zəng etmiş, lakin onun mobil nömrəsinə zəng çatmamışdır. Sonra isə Şahin onunla danışdıqda etiraf edərək sərxoş olduğundan 602 manat pulu oğurladığını bildirmişdir. 04 may 2023-cü il tarixdə bu barədə polis şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmiş, onun maddi ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, 2023-cü ilin iyul ayına qədər Oba market MMC-nin İsmayıllı filialında satıcı kimi işləmişdir. Təqsirləndirilən şəxs da dükanda satıcı-kassir kimi işləmişdir. 30 aprel 2023-cü il tarixdə Azər Bağırovdan eşitmişdir ki, Təqsirləndirilən şəxs dükandan gecə saatlarında pul oğurlamaq üçün gələrkən müşahidə kamerasına düşmüşdür. Həmin gün Şahini işdən azad etmişlər. Şahinin pulu dükandan necə götürməsindən heç bir məlumatı olmamışdır. O, özü də sonradan həmin marketdən işdən çıxmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: İfadənin yerində yoxlanılması haqqında 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin İsmayıllı şəhəri “Saat meydanı” adlanan ərazisində yerləşən 1 saylı filialı olan eyni adlı dükandan necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 04 may 2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş "xxxx" MMC-nin İsmayıllı şəhəri “Saat meydanı” adlanan ərazisində yerləşən 1 saylı filialı olan eyni adlı dükan İsmayıllı şəhəri ərazisində “Saat meydanı” adlanan ərazidə yerləşir. xx.xx.2023-cü il tarixli məlumat bazasına baxış keçirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə arasında satıcıkassir vəzifəsində işləməsi ilə əlaqədar əmək müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə satıcı kassir vəzifəsində işlədiyi "xxxx" MMC-nin İsmayıllı şəhəri “Saat meydanı” adlanan ərazisində yerləşən 1 saylı filialı olaneyni adlı dükana "xxxx" MMC-nin müdiriyyəti tərəfindən ona verilmiş açardan istifadə etməklə günün istənilən vaxtında girişinə icazə verilməsindən istifadə edərək, xx.xx.2023-cü il tarixdə,saat 02 radələrində "xxxx" adlıhəmin dükanın qarşısına gəlmiş, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra özündə olan açarla dükanın giriş şüşə qapısını açıb içəri daxil olaraq administrator otağına keçib həmin otaqda masanın üzərində, sellofana bükülmüş vəziyyətdə saxlanılan "xxxx" MMC-yə məxsus 602 (altı yüz iki)manat məbləğində pulu götürərək qəsdən gizli olaraq talayıb "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə satıcı kassir vəzifəsində işlədiyi "xxxx" MMC-nin İsmayıllı şəhəri “Saat meydanı” adlanan ərazisində yerləşən 1 saylı filialı olaneyni adlı dükana "xxxx" MMC-nin müdiriyyəti tərəfindən ona verilmiş açardan istifadə etməklə günün istənilən vaxtında girişinə icazə verilməsindən istifadə edərək, xx.xx.2023-cü il tarixdə,saat 02 radələrində "xxxx" adlıhəmin dükanın qarşısına gəlmiş, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra özündə olan açarla dükanın giriş şüşə qapısını açıb içəri daxil olaraq administrator otağına keçib həmin otaqda masanın üzərində, sellofana bükülmüş vəziyyətdə saxlanılan "xxxx" MMC-yə məxsus 602 (altı yüz iki)manat məbləğində pulu götürərək qəsdən gizli olaraq talayıb "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.1-ci maddəsi ilə düzgün tövsif olunuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş ziyanı tam aradan qaldırmasını, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı RİHB-nın İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli 1393 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 2, ev 2 ünvanında qeydiyyatda olmaqla İsmayıllı şəhəri, R.Bədəlov küçəsi, ev 35 ünvanında yaşayır, ailə tərkibi özündən, atası İsmayılov Yasin və anası İsmayılova Gülərdən ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs iş yeri barəsində məlumat bazasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli xxxxxxx000400 nömrəli müqavilə əsasında "xxxx" QSC-də nəzarətçi vəzifəsində işləyir. İsmayıllı Mərkəzi Rayon Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHş-6-4701-701/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş ziyan tamamilə ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin islah işləri növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 07 may 2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 13:05-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutularaq, səkkiz gün müddət, təyin ediləcək islah işləri cəzasından çıxılmalı və üzərində qəti olaraq islah işləri cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 20 (iyirmi) faiz pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdən 07 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin islah işləri cəzasının dörd gününə hesablanmaqla səkkiz gün müddət ona təyin edilən 1 (bir) il müddətə islah işləri cəzasından çıxılaraq üzərində qəti olaraq aylıq qazancından 20 (iyirmi) faiz pul dövlət nəfinə tutulmaqla 11(on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 20 (iyirmi) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-59/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-59/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver