Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-6/2022 13.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi İsmayılov İslam Abduləziz oğlunun iştirakı ilə 13 yanvar 2022-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 31 avqust 1972-ci ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 1,754 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib 47 ədəd ayrı-ayrı bükümlərdə qablaşdıraraq 12 oktyabr 2021-ci il tarixədək üzərində daşımaqla saxlamış, 12 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin Cavanşir küçəsində, “Mustafa market”in yaxınlığında saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindəki 1 ədəd “Magna” markalı siqaret qutusunun içərisində saxladığı 5 ədəd kağız bükümdə, 1 ədəd “Magna” markalı siqaret qutusunun sellofan örtüyünün altında saxladığı 2 ədəd kağız bükümdə, 1 ədəd sellofan bağlamanın içərisində saxladığı 20 ədəd kağız bükümdə, 1 ədəd sellofan bağlamanın içərisinə bükdüyü 2 ədəd sellofan bağlamanın birində 11 ədəd və digərində 9 ədəd olmaqla kağız bükümlərdə, cəmi 47 ədəd kağız bükümlərin içərisində olmaqla ümumilikdə 1,754 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, bədənində ağrıları olduğu üçün narkotik vasitə olan heroindən istifadə edir. Heroindən istifadə etmədiyi halda səhhəti pisləşir və ağrılara dözə bilmir. Bir neçə gün öncə İsmayıllı şəhərində tanımadığı bir nəfərdən narkotik vasitə olan heroin almışdır. O alan zaman həmin heroin bir selofan bükümdə olmuşdur. Heroini bükümlərdə qablaşdırdıqdan sonra onları üzərində saxlayırmış. Heroini üzərində saxlamaqda məqsəd anasının bu barədə məlumatının olmasını istəməməsidir. Bildirmək istəyir ki, ailəsinin xəbər tutmaması üçün o bu günə qədər ümumiyyətlə evdə narkotik vasitə saxlamamışdır. O sonradan həmin heroini rahat bir şəkildə istifadə etmək üçün bir neçə kağız bükümlərdə qablaşdırmış və mütəmadi onlardan istifadə edirmiş. 12 oktyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrində İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən “Mustafa” marketin yaxınlığında dayanıb siqaret çəkdiyi zaman İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu barədə əməliyyat məlumatının olduğunu və qərar qəbul olunduğunu bildirib onu İsmayıllı rayon polis şöbəsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə RPŞ-nə getmişdir. Polis şöbəsində üzərindən 47 büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin bükümlərdə olan maddənin nə olduğu və hansı məqsədlər üzərində saxladığı soruşulduqda o həmin bükümlərin içərisində olan maddələrin narkotik maddə olan heroin olduğunu və onları öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bildirmək istəyir ki, o, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır, xəstə olduğu üçün və ancaq ağrılarının sakitləşdirilməsi üçün istifadə edir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərində aşkarlanmış narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Himayəsində yaşlı anasının və ailə vəziyyətinin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə İsmayıllı rayonunun Mican kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən qanunsuz olaraq istifadə etməsi və satışı ilə məşğul olması barədə İsmayıllı rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və sözügedən qərarda sonuncunun üzərinə şəxsi axtarışın keçirilməsi zərurətinin olduğu qeyd olunmuşdur. Həmin qərarın icrası ilə əlaqədar 12 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində o, İsmayıllı RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri X4, X5 və X10, İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı X1 Əhmədovun İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən “Mustafa” marketin yaxınlığında dayandığını görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər, daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla onu tanış edib narkotik vasitələrdən istifadə etməklə onların satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi ахtаrыş апаrыlmаsы məqsədi ilə onlarla İsmayıllı RPŞ-nə getməsi Xəyyama təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra İsmayıllı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda sonra polis şöbəsində həmin gün saat 23 radələrində İsmayıllı rayon polis şöbəsinin növbətçi hissəsinin qarşısında onun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt İsmayıllı RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis kapitanı X6 da şəxsi axtarışda iştirak edirmiş. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli parça materialdan olan şalvar, üzərində ağ xəttləri olan boz rəngli uzunqol köynək, həmin köynəyin üzərində qolsuz, düyməli, qara rəngli jaket, həmin jaketin üzərində qolsuz, papaqlı, qara rəngli, süni materialdan olan gödəkcə və qara rəngli dəri ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qolsuz, qara rəngli jaketin sağ yan cibindən 8 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq əskinaslardan ibarət ümumilikdə 40 manat məbləğində pul, həmin jaketin sol yan cibindən 1 ədəd, selofan örtüyü bağlı halda olan “Magna” markalı siqaret qutusu və 1 ədəd tünd göy rəngli alışqan, şalvarın sağ yan cibindən 2 ədəd selofan örtüyü bağlı halda olan “Magna” markalı siqaret qutuları aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan qolsuz, papaqlı gödəkcənin sol yan cibindən 2 ədəd selofan örtükləri açıq halda olan “Magna” markalı siqaret qutuları, 2 ədəd selofan bağlama aşkar edildi. “Magna” markalı siqaret qutusunun birinin içərisinə baxdıqda içərisində 6 ədəd siqaret dənəsi və 1 ədəd qızılı-ağ rəngli büküm göründü. Həmin bükümü açdıqda içərisində digər qızılı-ağ rəngli büküm görünmüşdür. Qeyd olunan bükümü açdıqda isə içərisində 5 ədəd qızılı-ağ rəngli bükümlər görünmüşdür. Bükümlərin birini açdıqda isə içərisində toz halında maddə görünmüşdür. Bundan sonra digər “Magna” markalı siqaret qutusunun üzərində baxdıqda qutunun selofan örtüyünün altında 2 ədəd gümüşü-ağ rəngli büküm görünmüşdür. Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sol yan cibindən aşkar edilmiş 1 ədəd selofan bağlamanın içərisini açdıqda içərisində 20 ədəd gümüşü-ağ rəngli kağız büküm aşkar edilmişdir. Digər selofam bükümü açdıqda içərisində 2 ədəd selofan büküm görünmüşdür. Həmin bükümlərin birini açdıqda orada 11 ədəd gümüşü-ağ rəngli kağız büküm, digərini açdıqda isə orada 9 ədəd kağız büküm aşkar edilmişdir. Bükümlərin ümumilikdə sayı 47 təşkil etdi. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddələrin narkotik maddə olan heroin olduğunu və onları öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında digər şahidlər İsmayıllı RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri X4, X5 və X10 eyni məzmunlu ifаdələr vеrərəк şаhid X14 оğlunun ifаdəsində göstərdiyi xüsusatları bir daha təsdiг еtmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 bölməsindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 17/747 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...bükümlər....” sözləri yazılmış zərfin içərisindəki 47 (qırx yeddi) ədəd gümüşü-ağ və qızılı-ağ rəngli kağız bükümlərdə, ümumi təmiz çəkisi – 1,754 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 1 dekabr 2021ci il tarixli 1450 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Hadisə yerinə baxış keçirilməsi barədə 13.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə (İsmayıllı rayonu, Mican kəndi) narkotik maddə və qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş CD-də olan məlumatlarla bağlı verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəsindən müxtəlif nömrələrə zənglər və mesajlar getmiş, həmin mobil nömrəyə müxtəlif nömrələrdən zənglərin və mesajların gəlmiş, həmçinin 22.09.2021-ci il tarixdə, saat 15:42 radələrində sözügedən nömrəyə ********** nömrəsindən “Salam mənəm Mehrac, nəsə varsa gəlim telefonum işləmir, mənə hə yox de” məzmunda mesaj gəlmişdir. Müstəntiqinin 15 oktyabr 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçının 12 oktyabr 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçı tərəfindən tərtib edilmiş həmin protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə saat 22:15-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 4(037)-432021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. İş materiallarından və məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsinə sübut növü kimi üzərindən aşkarlanmış 1 ədəd “Magna” markalı siqaret qutusunun içərisində saxladığı 5 ədəd kağız bükümdə, 1 ədəd “Magna” markalı siqaret qutusunun sellofan örtüyünün altında saxladığı 2 ədəd kağız bükümdə, 1 ədəd sellofan bağlamanın içərisində saxladığı 20 ədəd kağız bükümdə, 1 ədəd sellofan bağlamanın içərisinə bükdüyü 2 ədəd sellofan bağlamanın birində 11 ədəd və digərində 9 ədəd olmaqla kağız bükümlərdə, cəmi 47 ədəd kağız bükümlərin içərisində olmaqla ümumilikdə 1,754 qram çəkidə narkotik vasitə heroinin, yəni sözügedən narkotik vasitələrnin bükümlərə bölünərək saxlanılması əsas götürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin məhz onun tərəfindən bükümlərə bölünməsi həm ibtidai, həm də məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə hesaba edir ki, həmin bükümlərə ayrılmanın özü-özlüyündə satış məqsədinin olması qənaətinə gəlməyə əsas vermir və həmin hal başqa yanaki şübhə doğurmayan bütün sübutlarlara öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi olaraq, nəzərdən keçirilməli, tam, obyektiv və hərtətəfli qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin ayrıayrı hissələrə bölünərək 47 (qırx yeddi) ədəd kağız bükümlərdə qablaşdırıb saxlanılması məhz onun tərəfindən həyata keçirilməsi özünün etiraf edici ifadəsi və digər sübutlarla öz təsdiqini tapmış, bununla yanaşı şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar kimi ona məxsus mobil nömrəyə gələn mesaj mətinləri isə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi kimi qiymətləndirilməli, eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər də anoloji cinayət törətməsi də nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə Xəyam Əhmədovun özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsinə tənqidi yanaşır və bu halı özünün məsuliyyətinin yüngülləşdirilməsi kimi qiymətləndirir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik vasitələrin ayrı-ayrı hissələrə bölünərək 47 (qırx yeddi) ədəd kağız bükümlərdə saxlanılması (bu hal məhkəmə istintaqı zamanı sübuta yetirildi), lakin, həmin bükümlərin özünün ifadəsində göstərdiyi kimi məhz şəxsi istifadəsi üçün hazırlaması kimi xüsusatlar inandırıcı deyil, eyni zamanda onun əvvəllər anoloji cinayət törədərək məhkum olunması və onun mobil nömrəsinə gələn mesaj mətinləri yanaki sübut kimi qəbul edilərək, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kimi qiymətləndirilməlidir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi də bir çox qərarlarında “şübhədən kənar sübut” anlayışına diqqət yetirilməsinin zəruriliyi barədə milli məhkəmələrə tövsiyyə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 1,754 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib 47 ədəd ayrı-ayrı bükümlərdə qablaşdıraraq 12 oktyabr 2021-ci il tarixədək üzərində daşımaqla saxlamış, 12 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin Cavanşir küçəsində, “Mustafa market”in yaxınlığında saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindəki 1 ədəd “Magna” markalı siqaret qutusunun içərisində saxladığı 5 ədəd kağız bükümdə, 1 ədəd “Magna” markalı siqaret qutusunun sellofan örtüyünün altında saxladığı 2 ədəd kağız bükümdə, 1 ədəd sellofan bağlamanın içərisində saxladığı 20 ədəd kağız bükümdə, 1 ədəd sellofan bağlamanın içərisinə bükdüyü 2 ədəd sellofan bağlamanın birində 11 ədəd və digərində 9 ədəd olmaqla kağız bükümlərdə, cəmi 47 ədəd kağız bükümlərin içərisində olmaqla ümumilikdə 1,754 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət işinə əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, həyat yoldaşından və 1997-ci il təvəllüdlü oğlundan ibarətdir. Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 16 may 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 24 fevral 2003-cü il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş qalan 7 ay 27 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, həmçinin İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2009-cu il tarixli qərarı ilə həmin cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, bundan başqa İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04.07.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, bundan əlavə İsmayıllı Rayon Məhkəməsinin 9 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 mart 2021-ci il tarixdə həmin cəzasının müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkumluğunun ödənilmə tarixi 01.03.2023-cü ildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Belə ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 9 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən hazırki məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 12 oktyabr 2021–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 12.10.2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan əlavə İsmayıllı Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 14.10.2021–ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli 12 oktyabr 2021–ci il, saat 23:00-dan hesablanmışdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəuri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub İsmayıllı RPŞ–də məsul saxlanca verilmiş, 1,554 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71, 94 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatlardan sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,554 qram təşkil edən narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-6/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-6/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver