Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-6/2023 19.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 19 yanvar 2023-ci il tarixdə saat 17:26-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1967-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 6-da qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində İsmayıllı şəhəri, N.Behdiyev keçəsi, 6 saylı ünvanda yerləşən evində bir qədər spirtli içki qəbul etdikdən sonar, həmin gün, saat 23 radələrində sərxoş vəziyyətdə İsmayıllı şəhəri, M.Orucov küçəsi, 75 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Sheykh Playstation” adlı oyun salonunun digər hissəsində olan kafeyə getmiş, həmin kafedə iki bakal pivə içmiş, həmin gün, saat 24 radələrində iş gününün sonunda, yəni xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində kafenin bağlandığı ərəfədə Zərərçəkmiş şəxs ona kafenin bağlanması və artıq xidmət göstərməməsini bildirməsindən narazılıq edərək içki içməyə davam edəcəyini bildirmiş və xidmət göstərilməməsi səbəbindən mübahisə etmiş, mübahisə zamanı o, Zərərçəkmiş şəxs kafeni bağlamaq istəməsini cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan oyun salonunun daxilində, ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək, nalayiq ifadələr işlədib pivə içdiyi, 2 (iki) manat dəyərində 01 ədəd şüşə bakalı yerə vurub sındıraraq özgə əmlakını qəsdən məhv etməklə, təxminən 10-15 dəqiqə ərzində münaqişə yaradaraq Zərərçəkmiş şəxsla yaxalaşıb dalaşmış, dava zamanı o, Zərərçəkmiş şəxs sifət nahiyyəsinə sillə ilə bir dəfə qəsdən zərbə ilə vurmaqla sonuncuya zor tətbiq edib -alt çənə nahiyyəsinin qançırından ibarət sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, ətrafdakı şəxslər onları aralaşdırdıqdan sonar o, bununla kifayətlənməyərək öz qərəzli hərəkətlərini davam etdirib yaşadığı ünvana gedərək evindən “İjK” modelli, lüləsi eyni modeldən olan C21602 №-li, tək lüləli, lülə yatağı T 19833 №-li, qundağı ilə birlikdə qəlibi K 51592 №-li, patronluğunun uzunluğu 70 mm olan 16 kalibrli, sənədi olmayan ov tüfəngini götürüb tüfəngin lüləsinə bir ədəd patron yerləşdirərək təxminən saat 01 radələrində geri qayıtmış, “Sheykh Playstation” adlı oyun salonunda yerləşən kafenin qarşısına keçmiş, kafedə kimsənin olmadığını bilib həmin salonunun qapısının eni 60 sm, hündürlüyü 120 sm və qalınlığı 4 mm olan, 10 (on) manat dəyərində şüşə lövhəsini sol əli ilə zərbə vuraraq sındırmaqla özgə əmlakını məhv etmiş, daha sonra həmin ov tüfəngi ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək qorxutmaq məqsədilə həyətin giriş qapısını sərt şəkildə vurmuş, kimsənin ona cavab vermədiyini bilib qayıdarkən havaya həmin tüfəngdən bir dəfə atəş açmaqla zərərçəkmiş şəxsə sındırdığı pivə bakalına görə 2 manat, qapının şüşə lövhəsinə görə 10 manat və yerinə quraşdırma xərci 3 manat olmaqla ümumilikdə 15 manat maddi ziyan və qəsdən səhhətinə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, İsmayıllı şəhəri, N.Behdiyev, ev 6 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır, hazırda işsizdir. Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən təxminən saat 20 radələrində evində axşam yeməyi yeyərkən bir qədər də spirtli içki qəbul etmiş, həmin gün təxminən saat 22-23 radələrində sərxoş vəziyyətdə yaşadığı evin yaxınlığında, yəni İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən “Sheykh Playstation” adılı komputer oyun salonunda, salonun ayrıca bir hissəsində yerləşən, pivə içkiləri verilən kafeyə getmiş, kafedə olarkən kafeni işlədən Rüstəmdən ona pivə gətirməyini istəmiş, sonuncu da buna heç bir narazılıq etmədən ona bir bakal pivə süzmüş, o, əlavə olaraq daha bir bakal pivə də içmiş və daha da sərxoş vəziyyətə düşmüşdür. Həmin günü artıq gec saatları olarmış Rüstəm kafeni bağlayarkən o, sonuncuya içki içməyə davam edəcəyini demiş, Rüstəm isə iş vaxtının bitdiyini, artıq saat birə işlədiyini, bağlayacağını deyərək ona kafedən çıxmağını bildirmiş, həmin vaxtı, yəni xx.xx.2022-ci il tarixdə saat birə işləmiş 15 və ya 20 dəqiqə olardı Rüstəm onunla əsəbi şəkildə danışdığı üçün o, qalxaraq sonuncuya şillə ilə sifət nahiyyəsindən bir dəfə zərbə vurmüş, həmin zərbədən sonra Rüstəm də cavab olaraq ona alın nahiyyəsindən yumruqla bir dəfə zərbə endirmiş, həmin vaxt kafedə tanımadığı bir neçə nəfər olmuş və yaxınlaşaraq onları ayırmışlar. O, da kafedən çıxıb evinə tərəf getmiş, evi ilə kafe arasındakı məsafə təqribən 100 metr olmuş, o, evə girib babasından ona yadigar qalan “İjK” markalı, tək lüləli, 16 kalibrli, sənədi olmayan ov tüfəngini götürüb, təxminən 20 dəqiqə sonra yenidən həmin kafeyə qayıtmış, kafeyə qayıdarkən özü ilə bir ədəd dolu patron da götürmüşdür. Həmin kafeyə çatdıqda kafenin plastik materialdan olan şüşəli qapısının bağlı olduğunu görmüş, o, əsəbi halda həmin qapını bir neçə dəfə itələyib açmaq istəmiş, lakin aça bilməyincə sol əli ilə zərbə vurub şüşəsini sındırmış, kafedə kimsə olmayınca o, Rüstəmin yaşadığı ünvana gedərək həyət qapısını əliylə vurmuş ki, Rüstəm çıxsın söhbətlərini davam etsinlər, lakin kimsə cavab verməyincə o, həmin küçə ilə evinə qayıtmağa başlamış, kafenin yanında isə tüfəng üçün götürdüyü bir ədəd patronu tüfəngə yerləşdirib, havaya bir dəfə atəş açmış, Bununla da hirsi biraz soyumuş, həmin vaxt ətrafda heç kim olmamış, o, havaya atəş açdıqdan sonra evinə getmiş, tüfəngi evində qoyduqdan bir neçə dəqiqə sonra siqaret almaq üçün evdən çıxıb yaxınlıqdakı mağazaya getmiş, gedərkən Rüstəmgilin qapısında polis əməkdaşlarının olduğunu görmüş, lakin buna məhəl qoymadan yoluna davam etmiş, mağazadan qayıdarkən polis əməkdaşları ona yaxınlaşmışlar və onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis şöbəsinə getməyə razı olmuş, polis şöbəsinə getməzdən əvvəl polis əməkdaşları ondan tüfəngi onlara təqdim etməyini tələb etmişlər, həmin vaxtı o, tüfəngin evində olduğunu bildirmiş, onlar birlikdə gedib tüfəngi evindən götürərək polis əməkdaşlarına təqdim etmiş və birlikdə polis şöbəsinə getmişlər, polis şöbəsində tüfəngi təqdim etməy ilə bağlı protokol tərtib olunmuş, o, həmin “İjK” markalı, tək lüləli, lülə nömrəsi C21602 olan, 16 kalibrli, sənədi olmayan ov tüfəngini təqdim edərək və protokolun doğruluğunu imzası ilə təsdiq etmiş, onunla sorğu-sual olunarkən isə başvənləri səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam edərək göstərmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə təxminən saat 00:20 radələrində, İsmayıllı şəhər, M.Orucov küçəsi 75 saylı ünvanda olan obyekti “Sheykh” adlı playstation oyun salonunda yerləşən kafedə başvermiş, hadisənin başverməsinə səbəb isə Rüstəmin kafeni bağlaması, onun isə sonuncuya bağlamamasını və içki içməyə davam edəcəyini deməsi, Rüstəmin isə ona içki verməyəcəyini deməsi və ona kafedən çıxmasını deməsi olmuşdur. Mübahisə zamanı o, Rüstəmə bir dəfə sifət nahiyyəsindən bir sillə zərbəsi vurmuş, Rüstəmə başqa hər hansı bir zərbə endirməmişdir. O, Rüstəmin işlətdiyi kafeyə təkrarən qayıdarkən kafenin pəncərə şüşəsini əli ilə vurub qıran zaman pəncərə şüşəsi əlini kəsmiş, o, buna görə xəsarət almış, həmin xəsarəti ona Rüstəm yetirməmiş, o, ehtiyyatsızlıqdan almışdır. Həmin ov silahı onun vəfat etmiş babasından yadigar qalmış, “İjK” markalı, tək lüləli, lülə nömrəsi C21602 olan, 16 kalibrli, sənədi olmayan ov tüfəngidir, hazırda həmin tüfəngin sənədi yoxdur və hər hansı bir sənəd də düzəltməmiş, həmin tüfəngi adına qeydiyyata da salmamış və sənədsiz olaraq istifadə etmiş, O, Rüstəmi qorxutmaq məqsədilə silahı götürmüş, xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində, İsmayıllı şəhər, M.Orucov küçəsi 75 saylı ünvanda yerləşən “Sheykh playstation” adlı oyun salonu yerləşən obyekt yaxınlığında özü ilə götürdüyü tüfəngdən havaya bir dəfə atəş açmış, sonra evnə qatıtmışdır. Aralarında başvermiş mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, onlar mübahisə edərkən kafedə tanımadığı bir neçə şəxs olmuş, hadisəyə başqa kimlərin şahid olmasını xatırlamır, mübahisə zamanı ictimai qayda və ətrafdakıların rahatlığı pozulmasını bilmir, lakin hadisə zamanı kənardan iki nəfər yaxınlaşaraq onları ayırmışlar. Hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəmiş, zərərçəkmiş şəxs də onu bağışlamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İsmayıllı şəhər, M.Orucov küçəsi ev 90 ünvanında yaşayır, atasına məxsus olan və İsmayıllı şəhər, M.Orucov küçəsi 75 saylı ünvanda olan obyekti “Sheykh” adlı playstation oyun salonu kimi işlədərək ailəsinin dolanışığını təmin edir. Həmin salonunda adı “Sheykh” Playstation oyun salonudur, həmin obyektdə 3 otaqlı başqa güşədə var, orada isə müştəriyə pivə, kofe verir. İsmayıllı şəhər sakini, Təqsirləndirilən şəxs əvəllər tanımış, sonuncu ilə heç bir düşmənçilik və ədavəti yoxdur. 14 sentyabr 2022-ci il tarixdə axşam saat 23 radələrində Təqsirləndirilən şəxs onun işlətdiyi “Sheykh” Playstation oyun salonunda yerləşən kafeyə getmiş, o, həmin vaxt Gündüzün içkili olmasını hiss etmiş, Gündüz ondan içmək üçün pivə istəmiş, o, da Gündüzə pivə vermiş, bir müddət sonra Gündüz yenidən pivə istəmiş, o, Gündüzə yenidən pivə vermiş, təxminən saat 24 radələrində o, Gündüzə gec olduğunu və obyekti bağlayacağını demiş, bu zaman Gündüz yenə pivə içəcəyini və ona gözləməyini demiş, o, da Gündüzə işin yekunlaşdığını, artıq növbəti günə keçdiyini, saat birə işlədiyini və obyekti bağlayacağını bildirmişdir. Həmin vaxt, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 00:20 radələri olardı Gündüz narazılıq etmiş, ona içki süzməyib və kafedən çıxmasını bildirincə isə sözlə mübahisə etmiş, mübahisə zamanı, Gündüz pivə bakalını yerə vuraraq sındırmış, o, Gündüzü dilə tutmuş ki, bəlkə çıxıb gedər. Lakin, Gündüz etdiyi hərəkətlərini davam edərək onun üzərinə getmiş, sillə ilə qəflətən onun sağ çənə nahiyyəsindən bir dəfə möhkəm zərbə vurmuş, bu zaman o, da cavab olaraq Gündüzün sifət nahiyyəsndən yumruqla bir dəfə vurmuşdur. Həmin vaxtı orada olan tanışları Əlirza Qurbanov və X7 aralamışlar və Gündüz çıxıb getmişdir. O, da obyekti bağlayıb Əlirza və Nadir ilə birlikdə İsmayıllı şəhəri “Qala divarları” adlanan ərazidə yerləşən “XOXO” adlı kafeyə getmişlər. Həmin kafeyə çatdıqdan bir neçə dəqiqə sonra anası ona zəng etmiş və kiminsə qapılarını bərk vurmasını bildirmişdir. Bu zaman o, evinə tərəf getməli olduğunu demiş, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində onlar küçə ilə evə tərəf gedərkən küçədə qışqırıq və bağırmaq səsi eşitmiş, ilk olaraq səsin nə səs olmasını bilməmiş, lakin ikinçi dəfə olan səsin tüfəngdən açılan atəş səsi olmasını bilmiş, elə həmin vaxt o, evinə tərəf getmiş ki, nə baş verdiyini görsün. Bu zaman görmüş ki, Gündüz onun yaşadığı küçə tərəfdən çıxır və harasa gedir. O, gedib obyektə baxan zaman obyektin plastik materialdan olan giriş qapısının şüşəsinin sındırılmış olmasını görmküş, bu zaman Gündüzün obyektin şüşəsini sındırmasını və həmçinin tüfənglə atəş açmasını başadüşmüşdür. Lakin o, Gündüzün əlində tüfəng və yaxud hər hansı bir silah, silah qismində hər hansı bir əşya görməmişdir. Daha sonra mən bu haqda polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs ifadəsini davam edərək göstərmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə təxminən saat 00:20 radələrində, İsmayıllı şəhər, M.Orucov küçəsi 75 saylı ünvanda yerləşən onun istifadə etdiyi obyektdə “Sheykh” adlı playstation oyun salonunda yerləşən kafedə başvermiş, hadisənin başverməsinə səbəb isə onun kafeni bağlaması, Gündüzün isə ona içki içməyə davam edəcəyini deməsi, sonuncuya içki verməyinəcə isə Gündüzün bundan əsəbləşməsi və heç bir səbəb olmadan narazılıq edərək mübahisə etməsi olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs sillə ilə bir dəfə onun sağ çənə nahiyyəsindən zərbə vuraraq ona xəsarət yetirmiş, Təqsirləndirilən şəxs ona bir dəfə sillə ilə bir zərbə endirdikdən sonra mübahisə etməyə davam etmiş, hadisə zamanı Təqsirləndirilən şəxs ona sillə zərbəsi vurduqdan sonra o, da cavab olaraq sonuncunun alın hissəindən bir dəfə yumruqla bir zərbə vurmuş, başqa zərbə vurmamış, onları ətrafda oraya toplaşanlar ayırmışdır. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi hadisə zamanı əlində hər hansı bir əşya olmamışdır. Gündüz onun işlətdiyi obyektdə 1 ədəd pivə bakalını yerə vuraraq və obyektin çöl şüşəsini isə əli ilə vuraraq sındırmışdır. Bir ədəd pivə bakalının qiyməti 2 manat və obyektin qapısının sındırılmış şüşəsinin qiyməti isə kəsilib yerinə qoyulması ilə birlikdə təxminən 10 manat təşkil edir. Həmin obyektə görə isə ona ümumilikdə 12 manat maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs harada atəş açmasını görməmiş, lakin tüfəngdən açılan atəş səsini məhəllədə eşitmiş, lakin o, Gündüzün əlində tüfəng və yaxud hər hansı bir silah, silah qismində hər hansı bir əşya görməmişdir. Aralarında başvermiş mübahisə təxminən 10-15 dəqiqə davam etymiş, mübahisə zamanı ictimai qayda və ətrafdakıların rahatlığı pozulmuşdur, hadisə zamanı kafedə tanışları X2 və X5 olmuş, yaxınlaşaraq onları ayırmışlar, başqa kimsə olmamış və həmçinin hadisəyə başqa kimlərin şahid olmasını xatırlamır. Hazırda təqsirləndirilən şəxsi bağışlamış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən ifadəsini nəzərə almağı və təqsirləndirilən şəxsə yüngül cəza təyin etməyi xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, İsmayıllı şəhəri H.Z.Tağıyev küçəsi ev 5 ünvanında yaşayır, fərdi əməklə, yəni evlərdə ustalıq etməklə olmaqla dolanışığını təmin edir. Zərərçəkmiş şəxs tanıyır, sonuncu ilə münasibətləri həmişə normal olmuş, aralarında ədavət və düşmənçilik yoxdur. Lakin Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs məxsus İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən “Plystation” oyun salonu adlı obyekti vardır və obyektin daxilində isə həmçinin kafe yerləşir. O, arasıra həmin obyektə gedir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 24 radələrində işdən qayıtdıqdan sonra tanışı X2 ilə birlikdə Zərərçəkmiş şəxsla görüşüb birlikdə gəzmək üçün sonuncuya məxsus obyektə getmişlər və içəri daxil olaraq qapının yanında gözləməyə başlamışlar. Obyektin daxilində isə oyun aparatlarının yerləşdiyi kabinetlər vardır. Təxminən 15-20 dəqiqə sonra, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 00:15 radələrində kabinetlərdən birində səs-küy gəldiyini eşitmişlər, ilk öncə səs-küyə fikir verməsə də, daha sonra səs-küyün artdığını və mübahisə yarandığını eşidib bir qədər həyəcanlanlanmışlar və hadisə baş verəcəyindən qorxaraq nə baş verdiyini öyrənmək üçün kabinetə yaxınlaşmışlar. İçəri baxdıqda əvvəllər tanımadığı və şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxslə tanışı Zərərçəkmiş şəxs mübahisə etdiyini görmüşlər. O, mübahisənin nə səbəbdən yarandığını bilməmiş, lakin bir qədər sonra Təqsirləndirilən şəxs əsəbləşdiyini və Zərərçəkmiş şəxs bir dəfə sillə zərbəsi endirdiyini görmüş, bu zaman o, Təqsirləndirilən şəxs, Əlirza Qurbanov isə Zərərçəkmiş şəxs tutaraq bir-birlərindən aralamışlar. Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırdıqdan sonra sonuncu çıxıb getmiş, sonra o, Zərərçəkmiş şəxs olduğu kabinetə qayıtmış, bir qədər həyəcanlı olduğu üçün sonuncudan hadisənin nə səbəbdən baş verdiyini soruşmamış, Zərərçəkmiş şəxs daha gec olduğunu, artıq obyekti bağlamasını və çıxıb getməyi xahiş etmişdir. Zərərçəkmiş şəxs obyekti bağlayaraq birlikdə İsmayıllı şəhəri “Qala divarları” adlanan ərazidə yerləşən “XOXO” adlı kafeyə getmişlər. Həmin kafeyə çatdıqdan bir qədər sonra, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində Zərərçəkmiş şəxs zəng olunmuş, sonuncu telefonla danışqdıqdan sonra onlara geriyə, “Playstation” obyekintə qayıtmalı olduğunu bildirmişdir. Onlar da Rüstəm ilə birlikdə həmin yerə getmişlər. küçədə hərəkətdə olarkən bir dəfə tüfəngdən açılan atəş səsi eşitmişlər. Onlar Rüstəmə məxsus obyektin qarşısına çatdıqda isə obyektin giriş qapısının şüşəsinin sınmış vəziyyətdə olmasını görmüşlər. Orada olduqları zaman Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, bir qədər sonra əraziyə polis əməkdaşları gedərək arşdırma aparmağa başlamışlar. Daha sonra polis əməkdaşları ona və Əlirza Qurbanova hadisə şahidi olduqları üçün ifadələrinin alınması məqsədilə İsmayıllı RPŞ-nə getmələrini təklif etmişlər. Onlar da etiraz etməmişlər və İsmayıllı RPŞ-nə getmişlər. Nadir Məmmədov ifadəsini davam edərək göstərmişdir ki, həmin hadisə xx.xx.2022-ci il tarixdə təxminən saat 00:20 radələrində Zərərçəkmiş şəxs məxsus İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən “Playstation” oyun salonun adlı obyektdə yerləşən kafenin daxilində olan kabinetdə baş vermişdir. Zərərçəkmiş şəxs Gündüz Zərblıyev arasında başvermiş mübahisə zamanı o, sonuncuları aralamağa çlışarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə sillə zərbəsi endirdiyini görmüş, lakin o, bir qədər qorxmuş və həyəcanlı olduğu üçün həmin zərbənin Zərərçəkmiş şəxs dəyib-dəymədiyinə fikir verməmişdir, həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs alın nahiyyəsinə yumruqla zərbə endirdiyini görməmişdir. Sonraq onlar çıxıb getmişlər və daha sonra oyun salonuna geri qayıtdıqda bir qədər aralıda olarkən atəş səsi eşitmişlər, lakin həmin atəşi kimin açdığını görməmiş, sonradan Gündüzün həmin atəşi açdığını bilmişdir. O, Təqsirləndirilən şəxs əlində tüfəng və yaxud hər hansı bir silah görməmiş, mübahisə zamanı da Gündüzün əlində hər hansı bir əşya və yaxud silah görməmişdir. Hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmiş, hadisə zamanı başqa kimlərin olmasını və hadisəyə kimlərin şahid olmasını xatırlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsində X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: Məhkəmə-ballistik ekspertizasının 03 oktyabr 2022-ci il tarixli 3/1302 nömrəli rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş silah – zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan 16 kalibrli, “İjK” modelli, lüləsi eyni modeldən olan C21602 №-li, lülə yatağı T 19833 №-li, qundağı ilə birlikdə qəlibi K 51592 №-li silahlardan götürülüb komplektləşdirilmiş, xarici çaxmaqlı, təklüləli tüfəngdir, korroziya nəticəsində lüləsinin üstündə həkk olunmuş zavod işarələri metal qatı ilə birlikdə məhv olmuşdur, digər zavod işarələrində pozuntu, dəyişiklik, eləcə də detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün (istifadəyə) yararlıdır. 2) Tədqiqata təqdim edilmiş bir ədəd giliz – zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir – gilizdir, hal-hazırda atəş komponentləri olmadığına (odlu silahdan atıldığına) görə, atəş açmaq üçün yararsızdır. İsmayıllı rayon “Yaşıl” Ticarət Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 2022-ci ilin senyabr ayına olan şüşə lövhənin və şüşə bakalın qiymətləri aşağıdakı kimidir: 01 ədəd 4 mm qalınlığında eni 60 sm və hündürlüyü 120 sm olan şəffav şüşə lövhənin qiyməti 7 (yeddi) manat (hər bir şüşənin kəsilməsi və yerinə bərkidilməsi yerindən asılı olaraq 3-5 manat arası dəyişir) və 01 ədəd şüşə materialdan olan bardağın və yaxud bakalın (pivə bakalı) qiyməti 2 (iki) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 noyabr 2022-ci il tarixli 9/8263 nömrəli rəyində göstərilmişdir ki, Ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadə olunması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12.00 manat müəyyən olunur. O cümlədən – 01 ədəd şüşə bakal (şüşə bardaq və yaxud pivə bakalı) – 2.00 manat, - 01 ədəd eni 60 sm, hündürlüyü 120 sm və 4 mm qalınlıqda şüşə lövhə - 10.00 manat təşkil edir. Məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 500 №-li rəyində göstərilmişdir ki, 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin sıyrıqları, qançırı və sol əlin yarası. Bu xəsarətlərdən – alın nahiyəsinin sıyrıqları və qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. sol əlin yarası isə Təqsirləndirilən şəxs qeyd etdiyi xx.xx.2021-ci il tarixdə və şəraitdə, yəni əllə şüşəni vurub sındırması nəticəsində törənə bilərdi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 498 №-li rəyində göstərilmişdir ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – alt çənə nahiyyəsinin qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə, elədə də Zərərçəkmiş şəxs göstərdiyi şəraitdə törənə bilərdi. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində İsmayıllı şəhəri, N.Behdiyev keçəsi, 6 saylı ünvanda yerləşən evində bir qədər spirtli içki qəbul etdikdən sonar, həmin gün, saat 23 radələrində sərxoş vəziyyətdə İsmayıllı şəhəri, M.Orucov küçəsi, 75 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Sheykh Playstation” adlı oyun salonunun digər hissəsində olan kafeyə getmiş, həmin kafedə iki bakal pivə içmiş, həmin gün, saat 24 radələrində iş gününün sonunda, yəni xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində kafenin bağlandığı ərəfədə Zərərçəkmiş şəxs ona kafenin bağlanması və artıq xidmət göstərməməsini bildirməsindən narazılıq edərək içki içməyə davam edəcəyini bildirmiş və xidmət göstərilməməsi səbəbindən mübahisə etmiş, mübahisə zamanı o, Zərərçəkmiş şəxs kafeni bağlamaq istəməsini cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan oyun salonunun daxilində, ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək, nalayiq ifadələr işlədib pivə içdiyi, 2 (iki) manat dəyərində 01 ədəd şüşə bakalı yerə vurub sındıraraq özgə əmlakını qəsdən məhv etməklə, təxminən 10-15 dəqiqə ərzində münaqişə yaradaraq Zərərçəkmiş şəxsla yaxalaşıb dalaşmış, dava zamanı o, Zərərçəkmiş şəxs sifət nahiyyəsinə sillə ilə bir dəfə qəsdən zərbə ilə vurmaqla sonuncuya zor tətbiq edib -alt çənə nahiyyəsinin qançırından ibarət sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, ətrafdakı şəxslər onları aralaşdırdıqdan sonar o, bununla kifayətlənməyərək öz qərəzli hərəkətlərini davam etdirib yaşadığı ünvana gedərək evindən “İjK” modelli, lüləsi eyni modeldən olan C21602 №-li, tək lüləli, lülə yatağı T 19833 №-li, qundağı ilə birlikdə qəlibi K 51592 №-li, patronluğunun uzunluğu 70 mm olan 16 kalibrli, sənədi olmayan ov tüfəngini götürüb tüfəngin lüləsinə bir ədəd patron yerləşdirərək təxminən saat 01 radələrində geri qayıtmış, “Sheykh Playstation” adlı oyun salonunda yerləşən kafenin qarşısına keçmiş, kafedə kimsənin olmadığını bilib həmin salonunun qapısının eni 60 sm, hündürlüyü 120 sm və qalınlığı 4 mm olan, 10 (on) manat dəyərində şüşə lövhəsini sol əli ilə zərbə vuraraq sındırmaqla özgə əmlakını məhv etmiş, daha sonra həmin ov tüfəngi ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək qorxutmaq məqsədilə həyətin giriş qapısını sərt şəkildə vurmuş, kimsənin ona cavab vermədiyini bilib qayıdarkən havaya həmin tüfəngdən bir dəfə atəş açmaqla zərərçəkmiş şəxsə sındırdığı pivə bakalına görə 2 manat, qapının şüşə lövhəsinə görə 10 manat və yerinə quraşdırma xərci 3 manat olmaqla ümumilikdə 15 manat maddi ziyan və qəsdən səhhətinə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində İsmayıllı şəhəri, N.Behdiyev keçəsi, 6 saylı ünvanda yerləşən evində bir qədər spirtli içki qəbul etdikdən sonar, həmin gün, saat 23 radələrində sərxoş vəziyyətdə İsmayıllı şəhəri, M.Orucov küçəsi, 75 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Sheykh Playstation” adlı oyun salonunun digər hissəsində olan kafeyə getmiş, həmin kafedə iki bakal pivə içmiş, həmin gün, saat 24 radələrində iş gününün sonunda, yəni xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində kafenin bağlandığı ərəfədə Zərərçəkmiş şəxs ona kafenin bağlanması və artıq xidmət göstərməməsini bildirməsindən narazılıq edərək içki içməyə davam edəcəyini bildirmiş və xidmət göstərilməməsi səbəbindən mübahisə etmiş, mübahisə zamanı o, Zərərçəkmiş şəxs kafeni bağlamaq istəməsini cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan oyun salonunun daxilində, ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək, nalayiq ifadələr işlədib pivə içdiyi, 2 (iki) manat dəyərində 01 ədəd şüşə bakalı yerə vurub sındıraraq özgə əmlakını qəsdən məhv etməklə, təxminən 10-15 dəqiqə ərzində münaqişə yaradaraq Zərərçəkmiş şəxsla yaxalaşıb dalaşmış, dava zamanı o, Zərərçəkmiş şəxs sifət nahiyyəsinə sillə ilə bir dəfə qəsdən zərbə ilə vurmaqla sonuncuya zor tətbiq edib -alt çənə nahiyyəsinin qançırından ibarət sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, ətrafdakı şəxslər onları aralaşdırdıqdan sonar o, bununla kifayətlənməyərək öz qərəzli hərəkətlərini davam etdirib yaşadığı ünvana gedərək evindən “İjK” modelli, lüləsi eyni modeldən olan C21602 №-li, tək lüləli, lülə yatağı T 19833 №-li, qundağı ilə birlikdə qəlibi K 51592 №-li, patronluğunun uzunluğu 70 mm olan 16 kalibrli, sənədi olmayan ov tüfəngini götürüb tüfəngin lüləsinə bir ədəd patron yerləşdirərək təxminən saat 01 radələrində geri qayıtmış, “Sheykh Playstation” adlı oyun salonunda yerləşən kafenin qarşısına keçmiş, kafedə kimsənin olmadığını bilib həmin salonunun qapısının eni 60 sm, hündürlüyü 120 sm və qalınlığı 4 mm olan, 10 (on) manat dəyərində şüşə lövhəsini sol əli ilə zərbə vuraraq sındırmaqla özgə əmlakını məhv etmiş, daha sonra həmin ov tüfəngi ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək qorxutmaq məqsədilə həyətin giriş qapısını sərt şəkildə vurmuş, kimsənin ona cavab vermədiyini bilib qayıdarkən havaya həmin tüfəngdən bir dəfə atəş açmaqla zərərçəkmiş şəxsə sındırdığı pivə bakalına görə 2 manat, qapının şüşə lövhəsinə görə 10 manat və yerinə quraşdırma xərci 3 manat olmaqla ümumilikdə 15 manat maddi ziyan və qəsdən səhhətinə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 221.1–ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı tamamilə ödəməsini, İ Qarabağ Müharibəsi qazisi olmasını, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 6 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır, evlidir, iki övladı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin İsmayıllı şəhəri inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı Mərkəzi Rayon Xəstəxanası PHŞ-dən alınmış xx.xx.2022-ci il tarixli 02-04- 594/22 nömrəli məktubda göstərilmişdir ki, İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 6 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs İsmayıllı mərkəzi rayon xəstəxanasının Konsultativ poliklinikasının “Ruhi-Əsəb”, “narkoloji” və “Nevroloji” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın mıəhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Gündüz Zərbalıyev barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Gündüz Zərbalıyevin 15 senyabr 2022-ci il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Gündüz Zərbalıyev 17 senyabr 2022-ci il tarixdə saat 11:00-da İsmayıllı RPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da onun şübhəli tutulub saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs Gündüz Zərbalıyev şübhəli şəxs qismində tutulduğu 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsi olan giliz və 01 ədəd sintetik torbada qablaşdırılmış, içərisində 01 ədəd zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan 16 kalibrli, “İjK” modelli, lüləsi eyni modeldən olan C21602 №-li, lülə yatağı T 19833 №-li, qundağı ilə birlikdə qəlibi K 51592 №-li silahlardan götürülüb komplektləşdirilmiş xarici çaxmaqlı təklüləli tüfəng hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə ekspertiza xərci olan 197.00 (bir yüz doxsan yeddi) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 09(doqquz) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 08(səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 08(səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 6 ünvanındakı evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsi olan giliz və 01 ədəd sintetik torbada qablaşdırılmış, içərisində 01 ədəd zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan 16 kalibrli, “İjK” modelli, lüləsi eyni modeldən olan C21602 №-li, lülə yatağı T 19833 №-li, qundağı ilə birlikdə qəlibi K 51592 №-li silahlardan götürülüb komplektləşdirilmiş xarici çaxmaqlı təklüləli tüfəng hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 197.00 (bir yüz doxsan yeddi) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-6/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-6/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver