Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-6/2024 23.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 23 yanvar 2024-cü il tarixdə saat 10:54-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1999-cu ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi 4QB12RA Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdə saat 12 radələrində İsmayıllı şəhərinin Nəriman Nərimanov küçəsi ilə X12 küçəsinin kəsişməsində, “Dörd yol” adlandırılan yerdə əvvəldən aralarında münaqişələri olmuş həmkəndlisi Zərərçəkmiş şəxs ona kobud formada irad bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək Zərərçəkmiş şəxs yaxınlaşıb baş və sifət nahiyələrindən qəsdən bir neçə dəfə yumruqla vuraraq sonuncuya burun belinin sıyrığı, burun sümüyünün uc hissəsində yerdəyişməyən sınığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmçinin həmin vaxt mübahisəni ayırmağa çalışan Zərərçəkmiş şəxs tanışı X1 qolundan qəsdən zərbə vuraraq sonuncuya sol bazunun qançırı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi olsa da bir neçə ildir münasibətləri yoxdur. 02 avqust 2023-cü il tarixdə saat 11-12 radələrində atasına məxsus “Ford” markalı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı RMX-dən qardaşı arvadı Firuzə Məmmədovanı götürüb İsmayıllı şəhəri M.F.Axundov küçəsi ilə İsmayıllı rayon İcra Hakimiyyəti istiqamətində hərəkətdə olarkən “İsmayıllı sağlamlıq mərkəzi”nin qarşısında Firuzə su almağını xahiş etmişdir. O, Firuzənin xahişini yerinə yetirmək üçün sfetafora çatıb sola dönərkən N.Nərimanov küçəsində yerləşən “Bolluq” market tərəfdən hərəkət edən həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2107” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə ona tərəf gəldiyini görmüşdür. Avtomaşınların toqquşmasına az qalsa da toqquşma baş verməmişdir. O, başını pəncərədən çıxarıb Həsənə ehtiyatlı sürməsini demişdir. Həsən isə onu nalayiq söyüşlərlə təhqir etmişdir. Ardınca özü və Həsən avtomaşından yerə düşmüş və əlində vintaçanla onun üzərinə gəlmişdir. Onlar bir-birinin yaxasından tutub dartışmışlar. Onlar dartışarkən onun əli Həsənin baş və sifət nahiyyələrindən dəymişdir. Həsən isə onu vurmaq istəsə də ətrafdakı adamlar onları ayırdığından Həsən onu vura bilməmişdir. Bundan sonra Kamiladlı şəxs Həsəni öz avtomaşınına əyləşdirib yola salmışdır. Həsən avtomaşınına əyləşib gedərkən də onu söymüşdür. O, Həsənə avtomaşını saxlamasını desə də Həsən saxlamadan hərəkətə davam etmişdir. Avtomaşını ilə təxminən 15-20 metr məsafə qət edən Həsən tanımadığı şəxsə məxsus “Vaz 21015” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomaşını arxadan vurmuş və avtomaşınını saxlamayıb hərəkətini davam etdirmişdir. Bir neçə dəqiqə sonra Həsən idarə etdiyi avtomaşını ilə gəlib onun idarə etdiyi Ford markalı avtomaşının yanında saxlamışdır. Ardınca yerə düşərək onun avtomaşının qabaq sol farasına bir dəfə təpiklə vurmuşdur. O, bundan sonra yerə düşüb avtomaşınını vurmamasını demiş və yenə də bir-birinin yaxasından tutub dartışarkən hadisə yerinə tanıdığı Rafiq adlı yol polisi və adlarını bilmədiyi başqa yol polisləri, eləcə də başqa adını bilmədiyi bir polis əməkdaşı gəlmişlər. Polis əməkdaşları ikisini ayırıb sakitləşdirmişlər. Halı pisləşdiyi üçün qardaşının arvadı Firuzəni İsmayıllı RMX-nə aparıb qoymuş və ardınca idarə etdiyi Ford markalı avtomaşınla İsmayıllı RPŞ-nə gəlmişdir. PŞ-də də məlum hadisə ilə bağlı ərizə və izahatını yazmışdır. Hadisə təxminən 2-3 dəqiqə müddətində davam etmişdir. O, sözügedən mübahisə zamanı Həsənin avtomobilində olmuş Xanım Bəşirovanı döyməmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, həmkəndlisi Təqsirləndirilən şəxsla son bir neçə ildir münasibəti yoxdur. 02 avqust 2023-cü il tarixdə saat 12 radələrində özünə məxsus Vaz 2107 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə İsmayıllı şəhəri ərazisində Bolluq market tərəfdən gələrək İsmayıllı rayon İcra hakimiyyəti binası istiqamətində hərəkətdə olmuşdur. Avtomaşınında özü və tanışı Xanim Bəşirova olmuşdur. Qeyd etdiyi yerdə sfetaforun yaşıl işığında hərəkət edərkən həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Ford” markalı avtomaşını ilə İsmayıllı RMX tərəfdən gələrək sfetaforun qırmızı qadağanedici işığında hərəkətini davam etdirmiş və qırmızı işıqda yolu keçib onun avtomaşınının qarşısını kəsib dayanmışdır. O, yan şüşəsini aşağı salıb Anara “niyə görə qırmızı işıqda hərəkət edirsən” demişdir. Anar cavab olaraq demişdir ki, “yaxşı edirəm”. O, Anara “qələt edirsən” deyə cavab vermişdir. Bundan sonra Anar ona “avtomaşından düş sənə başa salacam” demişdir. O, bundan sonra avtomaşınını kənara çəkib saxlamış və Anara yaxınlaşmışdır. O yerə düşərkən əlində sarı rəngli vintaçanın dəstəyi olmuşdur. Anara çatan kimi sonuncu onun baş və sifət nahiyyəsindən yumruqla vurmuşdur. O, Anarı vurmaq istəsə də vura bilməmişdir. Bu zaman tanışı Xanim Bəşirova avtomaşınından yerə düşüb onları ayırmağa çalışmışdır. Anar Xanımın sol qolundan tutaraq mübahisəyə qarışmamasını demişdir. Xanımla yanaşı həmin vaxtı orada olan digər tanımadığı bir neçə şəxslər araya girib onları ayırmış və davanın böyüməsinə imkan verməmişlər. Xanım da onun avtomaşınına əyləşmiş və bundan sonra avtomaşınını idarə edib oradan uzaqlaşarkən İsmayıllı şəhəri Kolxoz bazarı istiqamətində hərəkət edən dövlət qeydiyyat nişanı yadında qalmayan Vaz 21015 markalı avtomaşının arxa sağ hissəsindən vurmuşdur. O, həmin vaxtı avtomaşını ilə hərəkətini davam etdirib hadisə yerinə geri qayıtmışdır. Anar yenidən yaxınlaşıb onun qayıtmağının səbəbini soruşmuşdur. O, Anara cavab verməmişdir. Ancaq yenidən aralarında mübahisənin başlamasına həmin yerdə olan tanımadığı polis əməkdaşları imkan verməmiş və DYPB-nin əməkdaşları onu avtomaşını ilə birlikdə İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, buna etiraz etməyərək İsmayıllı RPŞ-nə gəlmişdir. İsmayıllı RPŞ-də məlum hadisə ilə bağlı müraciətini etmiş və izahatını yazmışdır. Mübahisə zamanı Anarın avtomobilinə yumruq və ya təpik zərbəsi vurmamışdır. Hadisə yerində özü, Xanım Bəşirova, Təqsirləndirilən şəxs, Anarın qardaşının həyat yoldaşı Firuzə və tanımadığı başqa şəxslər olmuşdur. Mübahisə ümumilikdə 5-7 dəqiqə müddətində davam etmişdir. Məhkəmə istintaqının gedişində Anar ondan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid X3 ifadə verərək göstərmişdir ki, 02 avqust 2023-cü il tarixdə saat 11-12 radələrində qayını Anar idarə etdiyi “Ford” markalı avtomaşınla İsmayıllı RMX-dən onu götürüb İsmayıllı şəhəri M.F.Axundov küçəsi ilə İsmayıllı rayon İcra Hakimiyyəti istiqamətində hərəkətdə olarkən “İsmayıllı sağlamlıq mərkəzi”nin qarşısında su almağını xahiş etmişdir. Anar onun xahişini yerinə yetirmək üçün sfetafora çatıb sola dönərkən N.Nərimanov küçəsində yerləşən “Bolluq” market tərəfdən hərəkət edən sonradan tanıdığı Həsən adlı şəxsin idarə etdiyi “Vaz 2107” markalı avtomaşını ilə onlara tərəf gəldiyini görmüşdür. Avtomaşınların toqquşmasına az qalsa da toqquşma baş verməmişdir. Anar başını pəncərədən çıxarıb Həsənə ehtiyatlı sürməsini demişdir. Həsən isə onu nalayiq söyüşlərlə təhqir etmişdir. Ardınca onlar avtomaşınlarından yerə düşmüş və bir-birinin yaxasından tutub dartışmışlar. Ətrafdakı adamlar onları ayırmışlar. Bundan sonra Həsəni öz avtomaşınına əyləşdirib yola düşmüşdür. Həsən avtomaşınına əyləşib gedərkən də yenə də Anarı söymüşdür. Avtomaşını ilə təxminən 15-20 metr məsafə qət edən Həsən tanımadığı şəxsə məxsus “Vaz 21015” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomaşını arxadan vurmuş və avtomaşınını saxlamayıb hərəkətini davam etdirmişdir. Bir neçə dəqiqə sonra Həsən idarə etdiyi avtomaşını ilə gəlib onun idarə etdiyi Ford markalı avtomaşının yanında saxlamışdır. Həsən yerə düşərək onların olduqları avtomaşının qabaq sol farasına bir dəfə təpiklə vurmuşdur. Anar yerə düşüb avtomaşınını vurmamasını demiş və yenə də bir-birinin yaxasından tutub dartışarkən hadisə yerinə yol polisləri gəlmişlər. Polis əməkdaşları onları ayırıb sakitləşdirmişlər. Bu zaman onun halı pisləşdiyi Anar yenidən onu İsmayıllı RMX-nə aparmışdır. Şahid X4 ifadə verərək göstərdi ki, təxminən 1 ildir İsmayıllı şəhərində kirayədə yaşayır. Bir neçə ay əvvəl isə İsmayıllı rayonu Kürdmaşı kənd sakini Zərərçəkmiş şəxsla tanış olmuş və dost kimi münasibəti vardır. Kürdmaşı kənd sakini Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir ünsiyyəti olmamışdır. 02 avqust 2023-cü il tarixdə saat 12 radələrində İsmayıllı şəhərində yerləşən “Bolluq” marketin yanında olarkən dostu Həsəni görmüş və Həsən hara getdiyini soruşduqda evə getdiyini demişdir. Həsən ona “gəl otur mən maşınan səni evə aparım” demişdir. O, razılaşıb avtomaşına arxa sağ oturacağa əyləşmişdir. Həsən həmin yerdən özünə məxsus ağ rəngli “Vaz 2107” markalı avtomaşınla İsmayıllı rayonu İcra Hakimiyyəti binası istiqamətində hərəkətə başlamışdır. Avtomaşında ondan başqa heç kim olmamışdır. Həsən qeyd etdiyi yerdə sfetaforun yaşıl işığında hərəkət etmişdir ki, bu zaman Həsənin sonradan tanıdığı həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Ford” markalı avtomaşını ilə İsmayıllı RMX tərəfdən gələrək sfetaforun qırmızı - qadağanedici işığında hərəkətini davam etdirmiş və qırmızı işıqda yolu keçib Həsənin avtomaşınının qarşısını kəsib dayanmışdır. Həsən avtomaşının yan şüşəsini aşağı salıb Anara “niyə görə qırmızı işıqda hərəkət edirsən” deyə irad bildirmişdir. Anar Həsənə “yaxşı edirəm”deyə cavab vermişdir. Həsən də Anara “qələt edirsən” demişdir. Bundan sonra Anar Həsənə demişdir ki, “avtomaşından düş sənə başa salacam”. Həsən bundan sonra avtomaşınını kənara çəkib saxlamış və Anara yaxınlaşmışdır. Həsən yerə düşərkən əlində sarı rəngli vintaçanın dəstəyi götürmüşdür. Həsən Anara çatan kimi sonuncu Həsənin baş və sifət nahiyyəsindən hərəsindən bir dəfə olmaqla yumruqla vurmuşdur. O, avtomaşından yerə düşüb ikisini ayırmağa çalışmışdır. Anar ona mübahisəyə qarşımamasını demişdir. Onunla yanaşı həmin vaxtı orada olan digər tanımadığı bir neçə şəxs araya girib ikisini ayırmış və davanın böyüməsinə imkan verməmişlər. Həmin tanımadığı bir neçə şəxs Həsəni avtomaşınına əyləşdirmişlər. O da Həsənin avtomaşınına əyləşmiş və bundan sonra Həsən avtomaşınını idarə edib oradan uzaqlaşarkən İsmayıllı şəhəri Kolxoz bazarı istiqamətində hərəkət edən dövlət qeydiyyat nişanı yadında qalmayan Vaz 21015 markalı avtomaşını arxa sağından vurmuşdur. Ancaq yol nəqliyyat hadisəsi nəticəsində özü və Həsən heç biri xəsarət almamışdır. Həsən həmin vaxtı avtomaşını ilə hərəkətini davam etdirib hadisə yerinə geri qayıtmışdır. Həsən hadisə yerində gözləyərkən Anar yenidən yaxınlaşıb qayıtmağının səbəbini soruşmuşdur. Həsən Anara cavab verməmişdir. Ancaq yenidən mübahisənin başlamasına həmin yerdə olan tanımadığı polis əməkdaşları imkan verməmiş və İsmayıllı RPŞ-nin DYPB-nin əməkdaşları Həsəni avtomaşını ilə birlikdə İsmayıllı RPŞ-nə dəvət etmişlər. Həsən onunla birlikdə İsmayıllı RPŞ-nə gəlmişlər. İsmayıllı RPŞ-də məlum hadisə ilə bağlı izahatını yazmışdır. Şahid X9 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. Polis baş serjantıdır. İsmayıllı rayon Kürdmaşı kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2023-cü il tarixdə İsmayıllı şəhərində xidmət apararkən saat 12 radələrində İsmayıllı şəhəri M.F.Axundov küçəsi ilə Nərimanov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar hadisə yerinə yaxınlaşdıqda görmüşdür ki, Vaz 2107 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Vaz 210015 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuş, bununla yanaşı Vaz 2107 markalı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs ilə həmkəndlisi “Ford” markalı 99- BE-757 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs mübahisə edirlər. Onlar arasında baş verən mübahisə yalnız sözlüdür. Kənarda olan yadımda qalmayan şəxslər də onları sakitləşdirməyə çalışır. O və yadında qalmayan digər polis əməkdaşları həmin şəxsləri avtomaşınları ilə birgə İsmayıllı RPŞ-nə dəvət etmişlər. RPŞ-də məlum yol nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparılaraq Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa Kürdmaşı kənd sakini Təqsirləndirilən şəxs barəsində isə İXM-nin 327.2-ci, 332.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd etmişdir ki, İXM-nin 327.2-ci maddəsi Təqsirləndirilən şəxs sfetaforun qırmızı qadağanedici işığında hərəkətinə görə, 332.2-ci maddəsi isə sürücülük vəsiqəsi olmadan avtomaşın idarə etdiyinə görə tərtib olunmuş protokoldur. Heç bir tələbi yoxdur. Anarla Həsəni əlbəyaxa olarkən görməsə də mübahisə etmələrini görmüşdür. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X8 ifadəsində X6 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Şahid Məsud oğlu ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Kürdmaşı kənd sakini Təqsirləndirilən şəxs bir neçə ildir tanıyır. Həmin kənd sakini Zərərçəkmiş şəxs da tanımış və normal münasibəti olmuşdur. 02 avqust 2023-cü il tarixdə saat 12 radələrində piyada “İsmayıllı Resort” otel tərəfdən “Bolluq” marketə tərəf gedərkən küçənin ortasında Təqsirləndirilən şəxs idarə etdiyi “Ford” markalı avtomaşını dayandığını, eləcə də Zərərçəkmiş şəxs məxsus “Vaz 2107” markalı avtomaşını onunla üzbəüz dayanmasını görmüşdür. Bu zaman Anarla Həsən üzbəüz dayanıb mübahisə etmişlər. O, ikisini də tanıdığı üçün yaxınlaşmış vəmübahisəetdikləri üçün onlara irad bildirmişdir. Lakin Anar və Həsən onun sözünə əhəmiyyət verməmiş və mübahisəyə davam etmişlər. Onlar həm də bir birinə qarşı nalayiq söyüşlər söymüşlər. Həmin vaxtı Həsənin münasibətdə olduğu adını bilmədiyi xanım “dalaşmağa qoymayın” deyərək qışqırmışdır. Anar və Həsən bir birilərinə qarşı nalayiq söyüşlər söyüb əlbəyaxa olmaq istəsələr də o, buna imkan verməmiş və Həsəni ayırıb öz avtomaşınına otuzdurmuşdur. Həsən avtomaşınını işə salıb İsmayıllı rayonu İcra Hakimiyyəti istiqamətində hərəkətdə olmuşdur. Mübahisə təxminən 5- 7 dəqiqə müddətində baş vermişdir. Hadisə yerində kimlərin olması yadında qalmamışdır. Gedərkən Həsənin tanışı adını bilmədiyi xanım da avtomaşınına əyləşmişdir. Həsən gedərkən başını şüşədən çıxardıb Anara nalayiq söyüşlər söyə söyə getmiş və bu zaman o, Vaz 21015 markalı avtomaşının arxasından vurub əzmişdir. Bir neçə dəqiqə sonra Həsən idarə etdiyi avtomaşınla geri qayıtmışdır. Anar və Həsən yenidən mübahisə etmiş, ancaq əlbəyaxa olmamışlar. Bu zaman hadisə yerinə adlarını bilmədiyi polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gələn kimi Anarla Həsən sakitləşmişlər. Daha sonra o, həmin yeri tərk edib getmişdir. Məhkəmə-tibbi ekspertizasının 30 avqust 2023-cü il tarixli 238 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – burun belinin sıyrığı, burun sümüyünün uc hissəsində yerdəyişməyən sınığı yumşaq kənarlı küt əşya (ola bilsin əl zərbəsi) təsirindən törənməklə, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 30 avqust 2023-cü il tarixli 239 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət- sol bazunun qançırı küt əşya təsirindən törənməklə xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə yetirilməsi mümkündür. X2 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində, eləcə də başında xəsarətin hər hansı bir obyektiv əlaməti və xəsarət izi (qançır, sıyrıq, yara və s.) aşkar edilməmişdir. 21 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ/18-1-47/2-851/2023 nömrəli arayışdan görünür ki, Məmmədov X7 RMX-nın PHŞ-nin Poliklinika şöbəsinin “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. 21 sentyabr 2023-cü il tarixli 726 və 727 nömrəli arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, arvadı X5 və 2023-cü il təvəllüdlü oğlu İlqardan ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində yaşayış yeri üzrə inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Müstəntiqinin 03 noyabr 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Yunis Muradovun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221 və 134-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221, 134 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxszərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxsla barışmış, ona vurulmuş ziyanı və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə müsadirə edilməli əmlak və maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-6/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-6/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver