Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-60/2021 16.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi Abbasov Nəvaid Noruz oğlunun iştirakı ilə 16 noyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1987-ci ildə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkum edilməmiş, İsmayıllı şəhərində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayının əvvəllərində, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı şəhərinin (keçmiş Qəzli kəndi) yaxınlığındakı meşəlik ərazinin istintaqla dəqiq müəyyən edilməyən yerində yabanı halda bitmiş 4 ədəd çətənə bitkisini aşkar edib gələcəkdə öz şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaq, habelə öz həyətində gələcəkdə çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə həmin bitkilərin toxumlarını, eləcə də yarpaqlarını yığıb yaşadığı İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndində) yerləşən evinə daşımış və evin həyətində həmin çətənə bitkisi yarpaqlarını qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla şəxsi istehlak miqdarından artıq miqdarda, 274,96 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin narkotik vasitə olan qurudulmuş marixuananın 176,58 qram çəkidə hissəsini 1 ədəd sellofan torbaya və qalan 98,38 qram çəkidə hissəsini 1 ədəd sellofan torbaya doldurub yaşadığı evin həyətində olan yardımçı tikilinin içərisində, ayaqyolu kimi nəzərdə tutulan yerdə 1 ədəd karton qutunun içərisində gizlədərək saxlamış, bundan sonra 2021-ci ilin may ayının əvvəllərində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə yaşadığı İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndində) yerləşən evin həyətyanı sahəsində 2 metr enində 4 metr uzunluğunda 8 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyib əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində, habelə 1 ədəd plasmas dibçəkdə əvvəllər əldə edib saxladığı çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək torpaq üzərində 9 ədəd və plasmas dibçəkdə 1 ədəd, ümumilikdə xeyli miqdar təşkil edən 10 (on) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini və çətənə bitkisinin şitilini yetişdirməklə 10 santimetrdən 75 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 15 iyun 2021-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən evin yardımçı tikilisinin içərisindəki ayaqyolu kimi nəzərdə tutulan hissədə 1 ədəd karton qutunun içərisində 2 ədəd sellofan bağlamada saxladığı ümumilikdə təmiz çəkisi 274,96 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və evin həyətində əkib-yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 195 qram təşkil edən ümumilikdə 9 ədəd çətənə bitkiləri və 1 ədəd çətənə bitkisinin şitili aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 237.1–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yaşayır, subaydır, heç bir yerdə işləmir. İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yaşadığı ata evində atası X8, anası X15, arvadı X12, bibisi X5 yaşayırlar. Evin həyətində 2010-ci ildən bəri özünə ev tikir, ev yarımçıq vəziyyətdədir. 2015-ci ildən hərdən marixuana çəkir. 2019-cu ilin avqust ayında dəqiq tarixini xatırlamadığı gündə böyürtkən yığmaq üçün İsmayıllı şəhərininin (keçmiş Qəzli kəndi) meşəlik-kolluq ərazisinə getmiş, orada hazırda yerini xatırlamadığı ərazidə təsadüfən qarşısına 4 ədəd yabanı şəkildə çətənə bitkisi çıxmışdır. Marixuana istifadəçisi olduğumdan fikirləşmişdir ki, həmin çətənə bitkilərini yığıb evə gətirib qurudaraq istifadə etsin. Həmin çətənə bitkisinin yarpaqlarını və toxumlarını 1 ədəd sellofan bağlamaya yığıb yaşadığı İsmayıllı şəhərindəki (keçmiş İsmayıllı kəndi) evə gətirmiş, yaşadığı evin həyətində hinin içərisində sellofan bağlamanı asıb qurutmuş, təxminən 6-7 ay sonra həmin sellofan bağlamadakı marixuananın quruduğunu görüb 2 ədəd sellofan bağlamalara yerləşdirib 1 ədəd karton qutuya yerləşdirmiş və həmin karton qutunu yaşayış olmayan tikilinin içərisində ayaqyolu kimi nəzərdə tutulan yerdə gizlədərək saxlamışdır. Təxminən 10-15 dəfə həmin narkotik vasitədən siqaretə doldurub çəkmişdir. 2021-ci ilin may ayının əvvəllərində dəqiq tarixini bilmədiyi gündə evin həyətində 2 metr enində 4 metr uzunluğunda təxminən 8 kvadrat metr torpaq sahəsini belləyib orada meşədən tapdığı çətənə bitkisinin toxumlarını torpağa səpib əkmişdir. Həmçinin 1 ədəd plasmas qabda çətənə bitksinin toxumunu əkmiş, əxminən 10 gündən sonra həmin çətənə bitkisinin toxumlarından çətənə şitilləri çıxmış, bəzi vaxtlarda həmin bitkilərin diblərini alaq otlarından təmizləyib onlara su verib qulluq etmişdir. 15 iyun 2021-ci il tarixdə yaşadığım evdə olarkən İsmayıllı RPŞ-nin əməkdaşları gələrək qapını döymüş, o, qapının qarşısına çıxmışdır. Polis əməkdaşları xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi, həmçinin narkotik vasitə saxlamağı barədə daxil olmuş məlumat əsasında yaşadığı evin həyətyanı sahəsinə və tikilmiş tam hazır olmayan evə baxış keçirəcəklərini bildirmişlər. O, da polis əməkdaşlarına etiraf edərək yaşadığı evin həyətyanı sahəsində şəxsi istifadəm üçün çətənə bitkiləri əkib-becərdiyini, həmçinin şəxsi istifadəsi üçün qurudulmuş marixuana saxladığını bildirmiş, ərizə ilə müraciət edərək polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsində və evdə baxış keçirilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları baxış zamanı iştirak etmək üçün 2 nəfər hal şahidi dəvət etmiş, baxış keçirilməzdən əvvəl hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən bərpa edilməkdə olan və hazırda yaşayış olmayan evin ayaqyolu kimi nəzərdə tutulan hissəsinə baxış zamanı 1 ədəd qutu aşkar edilmiş, karton qutuda 1 ədəd ağ rəngli sellofan bağlama və 1 ədəd üzərində “Oba” sözləri yazılan sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlama açıldıqda polis əməkdaşları sepisifik iyə malik həmin bitki kütlələrinin nə olduğunu və nə məqsədlə saxladığını soruşduqda o, polis əməkdaşlarına həmin bitki kütlələrinin marixuana olduğunu, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərində “Oba” sözləri yazılmış sellofan bağlama xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin sellofan bağlama ilə birlikdə 185 qram olması müəyyən edilmiş, digər ağ rəngli sellofan bağlama xüsusi elektron tərəzidə çəkildə çəkisinin sellofan bağlama ilə birlikdə 110 qram olması müəyyən edilmişdir. Sellofan bağlamalar polis əməkdaşları tərəfindən qablaşdırılıb üzəri möhürlənərək götürülmüş, polis əməkdaşları tərəfindən baxış zamanı evin arxa tərəfində 2x4 metr ölçüdə 8 kvadrat metr ərazidə əkdiyi çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bitkilərinin nə olduğunu və nə məqsədlə əkib-becərdiyini soruşduqda o, polis əməkdaşlarına həmin bitkilərin çətənə bitkiləri olduğunu, şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən torpaqda bitmiş 9 ədəd və plasmas qabda bitmiş 1 ədəd çətənə bitkisi aşkar edilmiş, həmin bitkilərin hündürlüyü ölçüldükdə ən kiçiyinin 12 santimetr, ən hündürünün 76 santimetr olmaqla müxtəlif hündürlüklərdə olması müəyyən edilmişdir. Həmin bitkilər 1 ədəd kağız bağlamada qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, bağlamanın üzəri rayon polis şöbəsinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, o, da digər iştirakçılar kimi protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində həmin gün müdafiə hüquqlarım izahat edildi. Ərizə ilə müraciət edərək dövlət hesabına hüquqlarımın müdafiə olıunmasını xahiş etmiş, təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi seçmiş və qısa müddət sonra həmin vəkil ona təqdim edilmişdir. Həmin gün saat 12 radələrində şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının, hal şahidlərinin, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə, dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmişdir. O, da tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, marixuananı şəxsi istifadəsi üçün saxlamış, satışı məqsədi olmamış, çətənə bitkilərini də gələcəkdə marixuana əldə etmək üçün əkibbecərmiş, ailə üzvləri atası X8, anası X15, arvadı X12 və bibisi X5 onun narkotik vasitə saxladığını və əkib-becərdiyini bilməmiş, çətənə bitkiləri əkib-becərməkdə ona başqa heç kim köməklik etməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, İsmayıllı şəhərində yaşayır. İsmayıllı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. İsmayıllı şəhər (keçmiş İsmayıllı kəndi) sakini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə mənə əməliyyat məlumatı daxil olduğundan tərəfimdən raportla şöbə rəhbərliyinə məruzə etmiş və 15 iyun 2021ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, şöbə rəhbərliyi tərəfindən təsdiq edilərək o, RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X10, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X4 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Qərarın icrası ilə əlaqədar baxış zamanı mütəxəssis qismində iştirak etmək üçün X25 X7 sektorunun müdiri X17 dəvət edilmişdir. 15 iyun 2021-ci il tarixdə saat 11 radələrində o və adlarını qeyd etdiyi şəxslər İsmayıllı şəhərinə (keçmiş İsmayıllı kəndi) Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmiş, qapını döymüş və Səxavət İsgəndərov qapıya çıxdıqda ona xidməti vəsiqələrii göstərib özlərini təqdim etmişlər. Səxavət İsgəndərova yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə, narkotik vasitə saxlamaqla şübhəli olduğunu, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbiri qərarını göstərib yaşadığı evin həyətyanı sahəsinə, yardımçı tikililərə və daha sonra evə baxış keçirəcəyimizi bildirmişlər. Baxış zamanı iştirak etmək üçün 2 nəfər hal şahidi dəvət etmişlər. Səxavət İsgəndərov yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş və bu barədə ərizə də təqdim etmişdir. Hal şahidlərinə və digər iştirakçılara baxış keçirilməmişdən əvvəl hüquq və vəzifələri izah olunmuş, baxış zamanı göstərdiyi kimi aqronom qismində X25 X7 sektorunun müdiri Paşa Məmmədov iştirak etmişdir. Polis əməkdaşları tərəfindən bərpa edilməkdə olan və hazırda yaşayış olmayan evin ayaqyolu kimi nəzərdə tutulan hissəsinə baxış zamanı 1 ədəd qutu aşkar edilmiş, karton qutuda 1 ədəd ağ rəngli sellofan bağlama və 1 ədəd üzərində “Oba” sözləri yazılan sellofan bağlama aşkar edildi, sellofan bağlama açıldıqda polis əməkdaşları Səxavətdən sepisifik iyə malik həmin bitki kütlələrinin nə olduğunu və nə məqsədlə saxladığını soruşduqda o, polis əməkdaşlarına həmin bitki kütlələrinin marixuana olduğunu, şəxsi istifadəsi üçün saxladığını demişdir. Üzərində “Oba” sözləri yazılmış sellofan bağlama xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin sellofan bağlama ilə birlikdə 185 qram olması müəyyən edilmiş, aigər ağ rəngli sellofan bağlama xüsusi elektron tərəzidə çəkildə çəkisinin sellofan bağlama ilə birlikdə 110 qram olması müəyyən edilmişdir. Sellofan bağlamalar polis əməkdaşları tərəfindən qablaşdırılıb üzəri möhürlənərək götürülmüş, polis əməkdaşları tərəfindən baxış zamanı evin arxa tərəfində 2x4 metr ölçüdə 8 kvadrat metr ərazidə torpaqda bitmiş 9 ədəd və 1 ədəd qabda əkilmiş 1 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmişdir. Səxavətdən həmin bitkilərin nə olduğunu və nə məqsədlə əkib-becərdiyini soruşduqda o, həmin bitkilərin çətənə bitkiləri olduğunu, şəxsi istifadəsi üçün əkib-becərdiyini qeyd etmişdir. Bitkilər torpaqdan və qabdan çıxarılmış, çıxarılmış bitkilərin hündürlüyü ölçüldükdə müəyyən edilmişdir ki, 12 santimetrdən 76 santimetrədək müxtəlif hündürlüklərdədir. Bitkilər 1 ədəd kağız bağlamada qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, bağlamanın üzəri rayon polis şöbəsinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra Səxavətin yaşadığı evə də baxış keçirilmiş, ancaq evin içərisindən hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmişdir. O, da digər iştirakçılar kimi protokolun düzgünlüyünü imzası ilə təsdiqləmiş, daha sonra hal şahidlərinə Təqsirləndirilən şəxs üzərinə polis şöbəsində şəxsi axtarış keçiriləcəyini və digər hal şahidi ilə birlikdə polis şöbəsinə getməklərini təklif etmişlər. Polis şöbəsində həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismintə tutulub müdafiəçi ilə təmin edilmiş və Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının hal şahidinin və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Səxavətin üzərindən hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş digər əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, protokol onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin NMQnun əməliyyat müvəkkili, polis leytenantı X13 eyni məzmunlu ifadə verərək X9 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, İ.Həsənov küçəsi ev 10-da yaşayır, evlidir, 2 övladı vardır. 15 iyun 2021-ci il tarixdə saat 11 radələrində İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində küçə ilə rayonun mərkəzi bazar istiqamətində gedərkən polis əməkdaşları ona yaxınlaşıb narkotik avsitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1 nəfər şəxsin yaşadığı evin həyətyanı sahəsinə, yardımçı tikililərə və evinə baxış keçiriləcəyini, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul edildiyini bildirib məim də hal şahidi qismində iştirak etməsini təklif etmişlər. Onunla yanaşı digər hal şahidi də baxış zamanı iştirak etmək üçün dəvət edilmişdir. Həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək evinə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, baxış keçirilməzdən əvvəl ona və digər hal şahidinə, həmçinin iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı aqronom qismində iştirak etmək üçün X25 X7 sektorunun müdiri Paşa Məmmədov da iştirak etmiş, polis əməkdaşları tərəfindən bərpa edilməkdə olan və hazırda yaşayış olmayan evin ayaqyolu kimi nəzərdə tutulan hissəsinə baxış zamanı 1 ədəd qutu aşkar edilmiş, karton qutuda 1 ədəd ağ rəngli sellofan bağlama və 1 ədəd üzərində “Oba” sözləri yazılan sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlama açıldıqda polis əməkdaşları Səxavətdən sepisifik iyə malik həmin bitki kütlələrinin nə olduğunu və nə məqsədlə saxladığını soruşduqda o, polis əməkdaşlarına həmin bitki kütlələrinin marixuana olduğunu, şəxsi istifadəsi üçün saxladığımı bildirmişdir. Polis əməkdaşları tərəfində üzərində “Oba” sözləri yazılmış sellofan bağlama xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin sellofan bağlama ilə birlikdə 185 qram olması müəyyən olunmuşdur. Digər ağ rəngli sellofan bağlama xüsusi elektron tərəzidə çəkildə müəyyən edilmişdir ki, çəkisi sellofan bağlama ilə birlikdə 110 qramdır. Sellofan bağlamalar polis əməkdaşları tərəfindən qablaşdırılıb üzəri möhürlənərək götürülmüş, polis əməkdaşları tərəfindən baxış zamanı evin arxa tərəfində 2x4 metr ölçüdə 8 kvadrat metr ərazidə torpaqda bitmiş 9 ədəd və 1 ədəd qabda əkilmiş 1 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmişdir. Polis əməkdaşları Səxavətdən həmin bitkilərin nə olduğunu və nə məqsədlə əkibbecərdiyimi soruşduqda o, həmin bitkilərin çətənə bitkiləri olduğunu, şəxsi istifadəsi üçün əkib-becərdiyini demişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər torpaqdan və qabdan çıxarılmış, torpaqdan çıxarılmış bitkilərin hündürlüyü ölçüldükdə müəyyən edilmişdir ki, 12 santimetrdən 76 santimetrədək müxtəlif hündürlüklərdədir.. Həmin bitkilər 1 ədəd kağız bağlamada qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, bağlamanın üzəri rayon polis şöbəsinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Səxavətin yaşadığı evə də baxış keçirilmiş, ancaq evin içərisindən hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar olunmamış, bu barədə protokol tərtib olunmuş, o, da digər iştirakçılar kimi protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə polis şöbəsinə şəxsi axtarış keçiriləcəyini və digər hal şahidi ilə birlikdə polis şöbəsinə gəlməklərini təklif etmişlər. Polis şöbəsində həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismintə tutulub müdafiəçi ilə təmin edilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs onun və digər hal şahidinin, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Səxavətin üzərindən hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş digər əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş X6 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 15.06.2021–ci il tarixli protokoldan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və yaşadığı evin otaqlarına baxış keçirilərkən həyətyanı hazırda yaşayış olmayan evin ayaqyolu kimi nəzərdə tutulan hissəsinə baxış zamanı 1 ədəd qutu aşkar edilmiş, karton qutuda 1 ədəd ağ rəngli sellofan bağlama və 1 ədəd üzərində “Oba” sözləri yazılan sellofan bağlama aşkar edildi, sellofan bağlama açıldıqda polis əməkdaşları Səxavətdən sepisifik iyə malik həmin bitki kütlələrinin nə olduğunu və nə məqsədlə saxladığını soruşduqda o, polis əməkdaşlarına həmin bitki kütlələrinin marixuana olduğunu, şəxsi istifadəsi üçün saxladığını demişdir. Üzərində “Oba” sözləri yazılmış sellofan bağlama xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin sellofan bağlama ilə birlikdə 185 qram olması müəyyən edilmiş, aigər ağ rəngli sellofan bağlama xüsusi elektron tərəzidə çəkildə çəkisinin sellofan bağlama ilə birlikdə 110 qram olması müəyyən edilmişdir. Sellofan bağlamalar polis əməkdaşları tərəfindən qablaşdırılıb üzəri möhürlənərək götürülmüş, polis əməkdaşları tərəfindən baxış zamanı evin arxa tərəfində 2x4 metr ölçüdə 8 kvadrat metr ərazidə torpaqda bitmiş 9 ədəd və 1 ədəd qabda əkilmiş 1 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmişdir. Səxavətdən həmin bitkilərin nə olduğunu və nə məqsədlə əkib-becərdiyini soruşduqda o, həmin bitkilərin çətənə bitkiləri olduğunu, şəxsi istifadəsi üçün əkibbecərdiyini qeyd etmişdir. Bitkilər torpaqdan və qabdan çıxarılmış, çıxarılmış bitkilərin hündürlüyü ölçüldükdə müəyyən edilmişdir ki, 12 santimetrdən 76 santimetrədək müxtəlif hündürlüklərdədir. Bitkilər 1 ədəd kağız bağlamada qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, bağlamanın üzəri rayon polis şöbəsinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X30 Bölməsinin məhkəmə kimyəvi–bioloji ekspertizasının 15 iyun 2021–ci il tarixli 17/433 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “İsmayıllı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yarımçıq tikilidən aşkar edilmiş 2(iki) ədəd sellofan torbada olan....bitki kütlələri və həyətyanı sahədən aşkar edilmiş 10 (on) ədəd narkotik tərkibli bitkiyə bənzər....” sözləri və imzalar olan 01 (bir) ədəd polietilen torbanın içərisindəki 02(iki) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri -176,58 kq, 98,38 qram, ümumi təmiz çəkisi-274,96 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitə maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, üzərində “İsmayıllı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yarımçıq tikilidən aşkar edilmiş 2(iki) ədəd sellofan torbada olan....bitki kütlələri və həyətyanı sahədən aşkar edilmiş 10 (on) ədəd narkotik tərkibli bitkiyə bənzər....” sözləri və imzalar olan 01 (bir) ədəd kağız bağlamanın içərisində hündürlükləri 25-75 sm, ümumi təmiz çəkisi-195,0 qram, ümumi sayı 09(doqquz) ədəd nəm vəziyyətdə olan bitkilər əkilib-becərilməsi qadağan olumuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Həmin kağız bağlanamının içərisində hündürlüyü 10 sm olan 01(bit) ədəd birki ştili isə çətənə(kannabis) bitkisinin şitilidir. Aqronomun mütəxəssis P.Məmmədovun 15.06.2021-ci il tarixli aqronom rəyinə əsasən çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Həmin rəyin qeyd hissəsindən görünür ki, ümumi sayı 09(doqquz) ədəd olan çətənə bitkiləri ilə 02(iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan İsmayıllı rayon X14 X20 Poliklinika şöbəsindən daxil olmuş 18 iyun 2021-ci il tarixli 106 nömrəli arayışdan görünür ki, İsmayılov X1 Poliklinika Şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan çətənə(kannabis) bitkisi əldə etməklə və daşıyaraq yaşadığı evdə saxlamaqla, 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq etməklə əkib kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayının əvvəllərində, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı şəhərinin (keçmiş Qəzli kəndi) yaxınlığındakı meşəlik ərazinin istintaqla dəqiq müəyyən edilməyən yerində yabanı halda bitmiş 4 ədəd çətənə bitkisini aşkar edib gələcəkdə öz şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaq, habelə öz həyətində gələcəkdə çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə həmin bitkilərin toxumlarını, eləcə də yarpaqlarını yığıb yaşadığı İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndində) yerləşən evinə daşımış və evin həyətində həmin çətənə bitkisi yarpaqlarını qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla şəxsi istehlak miqdarından artıq miqdarda, 274,96 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin narkotik vasitə olan qurudulmuş marixuananın 176,58 qram çəkidə hissəsini 1 ədəd sellofan torbaya və qalan 98,38 qram çəkidə hissəsini 1 ədəd sellofan torbaya doldurub yaşadığı evin həyətində olan yardımçı tikilinin içərisində, ayaqyolu kimi nəzərdə tutulan yerdə 1 ədəd karton qutunun içərisində gizlədərək saxlamış, bundan sonra 2021-ci ilin may ayının əvvəllərində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə yaşadığı İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndində) yerləşən evin həyətyanı sahəsində 2 metr enində 4 metr uzunluğunda 8 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyib əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində, habelə 1 ədəd plasmas dibçəkdə əvvəllər əldə edib saxladığı çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək torpaq üzərində 9 ədəd və plasmas dibçəkdə 1 ədəd, ümumilikdə xeyli miqdar təşkil edən 10 (on) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini və çətənə bitkisinin şitilini yetişdirməklə 10 santimetrdən 75 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 15 iyun 2021-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən evin yardımçı tikilisinin içərisindəki ayaqyolu kimi nəzərdə tutulan hissədə 1 ədəd karton qutunun içərisində 2 ədəd sellofan bağlamada saxladığı ümumilikdə təmiz çəkisi 274,96 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və evin həyətində əkib-yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 195 qram təşkil edən ümumilikdə 9 ədəd çətənə bitkiləri və 1 ədəd çətənə bitkisinin şitili aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci və 237.1–ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qram müəyyən edilmişdir. Eləcə də, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının 28.06.2005–ci il tarixli 961–İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017–ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 237.1–ci maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 237.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22.07.2021–ci il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 237.1–ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə, hər bir cinayətə görə ayrılıqda azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə saat 11:30-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, cəza təyin etməni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, İsmayıllı RPŞ–də məsul saxlanca verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 274,86 qram marixuana, ümumilikdə çəkisi 194,8 qram təşkil edən 9 ədəd çətənə bitkiləri və bir ədəd çətənə bitkisinin şitili hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 51 (əlli bir) manat 06 (altı) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 03 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 02(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 274,86 qram marixuana, ümumilikdə çəkisi 194,8 qram təşkil edən 9 ədəd çətənə bitkiləri və bir ədəd çətənə bitkisinin şitili hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 51 (əlli bir) manat 06 (altı) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-60/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-60/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver