Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-60/2022 06.09.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 06 sentyabr 2022-ci il tarixdə saat 17:00-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1979-cu ildə İsmayıllı rayonunun Mican kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə toxumlarını əldə edərək özündə saxlamış, 2022-ci ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı şəhəri “Tingçilik sovxozu” adlanan yaşayış məntəqəsinin yaxınlığında yerləşən taxıl əkin sahəsinə bitişik ətrafı kol-kosla əhatələnmiş 2x2 metr ölçüdə olan ərazidə 4 ədəd sellofan dibçəklərdə torpağa həmin çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib, su verməklə və sair üsullarla aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə ümumilikdə xeyli miqdar təşkil edən 12 (on iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmiş, 14 may 2022-ci il tarixdə, saat 23:00 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun “Tingçilik sovxozu” adlanan yaşayış məntəqəsinin yaxınlığında yerləşən taxıl əkin sahəsinə bitişik ətrafı kol-kosla əhatələnmiş 2x2 metr ölçüdə olan ərazidə qanunsuz olaraq kultivasiya etdiyi 21 santimetrdən 42 santimetrədək hündürlüklərdə, yaş halda, ümumi təmiz çəkisi 69.76 qram təşkil edən xeyli miqdarda, cəmi 12 (on iki) ədəd, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsi ilə ittiham verilmişdir. Qorxmaz Rəsulov ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhərində (keçmiş Mican kəndi) qeydiyyatdadır və yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmaqla dolanır. Təxminən 2 ildir ki, ara-sıra marixuanadan istifadə edir. 2021-ci ilin sentyabr ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı şəhərinin (keçmiş Mican kəndi) meşə ərazisində itburnu yığmaq üçün gəzərkən hazırda xatırlamadığı yerdə qarşısına 1 ədəd yabanı şəkildə çətənə bitkisi çıxmıç və həmin bitkinin toxumlarından 20-30 ədədini yığıb özündə saxlamaq qərarına gəlmişdir. Toxumları yığıb yaşadığı evdə sellofanda heç kimin görmədiyi yerdə damda gizlətmişdir. 2022-ci ilin aprel ayının ortalarında dəqiq tarixini bilmədiyi gündə gələcəkdə şəxsi istifadəsi üçün marixuana əldə etmək məqsədi ilə çətənə bitkisinin toxumlarını meşə ərazisində gizlin bir yerdə əkib-becərmək qərarına gəlmişdir. Bu məqsədlə evdən 4 ədəd məişət tullantısı atmaq üçün nəzərdə tutulmuş qara rəngli sellofan paketi və təxminən 20-30 ədəd çətənə bitkisinin toxumlarını saxladığı sellofanı götürüb İsmayıllı şəhərinin “Tingçilik Sovxozu” adlanan yaşayış məntəqəsinin yaxınlığındakı meşə ərazisinə getmişdir. Orada yanında 2 metr enində 2 metr uzunluğunda olan sahəni kol-kosdan təmizləmişdir. Orada 4 ədəd sellofan torbalara torpaq doldurub çətənə bitkisinin toxumlarını əkmiş və yaxınlıqdakı su arxından əkdiyi dibçəklərə su vermişdir. Təxminən 1 həftə sonra bitkinin şitillərini çıxmışdır. Bir neçə dəfə gəlib bitkilərə su verib qulluq göstərmişdir. Bir qədər də böyüdükdən sonra çətənə bitkilərini dibçəklərdən çıxarıb torpaq sahəsində əkmək niyyətində olmuşdur. 14 may 2022-ci il tarixdə saat 23 radələrində üçüncü dəfə gecə vaxtı bitkilərə su vermək üçün gələrkən İsmayıllı RPŞ-nin əməkdaşları həmin yerin yaxınlığında onu saxlayıb meşədə narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə şübhəli olduğunu və onun iştirakı ilə meşədə torpaq sahəsinə baxış keçiriləcəyini bildirmişlər. O, etiraf edərək narkotik tərkibli bitkiləri əkib-becərdiyi 4 ədəd dibçəkləri polis əməkdaşların göstərmişdir. Polis əməkdaşları onun, aqronomun iştirakı ilə videoçəkilişlə baxış keçirəcəklərini bildirdikdə buna heç bir etirazımın olmadığını bildirmişdir. Videoçəkilişlə baxış zamanı 4 ədəd dibçəklərdən ümumilikdə 12 ədəd çətənə bitkiləri çıxarılmış və 20-40 sm arasında müxtəlif hündürlüklərdə olması müəyyən edilmiş, 12 ədəd çətənə bikiləri 1 ədəd sellofan bağlamada qablaşdırılaraq götürülmüşdür. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Ailəsində ondan başqa işləyib evə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Qorxmaz Rəsulovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı şəhəində (keçmiş Mican kəndində) qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatına malik olduğundan xx.xx.2022-ci il tarixdə bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq almışdır. Dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və tədbir keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs məxsus İsmayıllı şəhərində (keçmiş Mican kəndi) yerləşən “Tingçilik Sovxozu” adlanan yaşayış məntəqəsinin yaxınlığındakı meşə ərazisində olan əkin sahəsinə gəlmişlər. Bir qədər sonra həmin əraziyə gələn Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmiş, ona meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğunu, buna görə də barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərarla onu tanış edib və meşəlik əraziyə baxış keçirəcəklərini bildirmişlər. Onların, Təqsirləndirilən şəxs, aqronomun iştirakı ilə videoçəkilişlə baxış keçirəcəklərini bildirdikdə Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs özünə məxsus meşəlik ərazidə əkib becərdiyi narkotik tərkibli bitlikər vardırsa könüllü surətdə təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraf edərək narkotik tərkibli bitkiləri əkib-becərdiyi 4 ədəd dibçəkləri onlara göstərmişdir. Videçəkilişlə baxış zamanı 4 ədəd dibçəklərdən ümumilikdə 12 ədəd çətənə bitkiləri çıxarılmış və 20-40 sm arasında müxtəlif hündürlüklərdə olması müəyyən edilmiş, 12 ədəd çətənə bikiləri 1 ədəd sellofan bağlamada qablaşdırılaraq götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş X5 və X6 ifadələrində X4 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunda ifadələr vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan: Məhkəmə-bioloji ekspertizasının 15 may 2022-ci il tarixli, 17/408 nömrəli rəyində göstərilmişdir ki, - tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri ərazisində meşəlik hissədə Təqsirləndirilən şəxs əkib-beccərdiyi...” sözləri yazılmış 01 ədəd sellofan torbanın içərisindəki, ümumui sayı 12 ədəd, hündürlükləri 21 sm-dən 42 sm-dək, nəm vəziyyətdə ümumi təmiz çəkiləri – 69.76 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyəİdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məcburi ambulator məhkəmə narkoloji ekspertizasının 01 iyun 2022-ci il tarixli 768 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 16 may 2022-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 69,16 qram təşkil edən 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Müstəntiqin “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” 15 may 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Qorxmaz Rəsulov 15 may 2022-ci il tarixdə saat 23:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 16 may 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, təqsirləndirilən şəxs Qorxmaz Rəsulov barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 17:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən göstərilmişdir ki, Rasulov X1 rayon Mican kəndində qeydiyyatdadır və yaşayır, subaydır, barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 69.76 qram təşkil edən xeyli miqdarda, cəmi 12 (on iki) ədəd, əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq etməklə əkib kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs Qorxmaz Rəsulovun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Qorxmaz Rəsulov tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, 2022-ci ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı şəhəri “Tingçilik sovxozu” adlanan yaşayış məntəqəsinin yaxınlığında yerləşən taxıl əkin sahəsinə bitişik ətrafı kol-kosla əhatələnmiş 2x2 metr ölçüdə olan ərazidə 4 ədəd sellofan dibçəklərdə torpağa həmin çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib, su verməklə və sair üsullarla aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə ümumilikdə xeyli miqdar təşkil edən 12 (on iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmiş, 14 may 2022-ci il tarixdə, saat 23:00 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun “Tingçilik sovxozu” adlanan yaşayış məntəqəsinin yaxınlığında yerləşən taxıl əkin sahəsinə bitişik ətrafı kol-kosla əhatələnmiş 2x2 metr ölçüdə olan ərazidə qanunsuz olaraq kultivasiya etdiyi 21 santimetrdən 42 santimetrədək hündürlüklərdə, yaş halda, ümumi təmiz çəkisi 69.76 qram təşkil edən xeyli miqdarda, cəmi 12 (on iki) ədəd, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Qorxmaz Rəsulovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 237.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005–ci il tarixli 961–İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017–ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Qorxmaz Rəsulova təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Qorxmaz Rəsulovun barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmmışdır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Qorxmaz Rəsulova cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Qorxmaz Rəsulovun törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Qorxmaz Rəsulova məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Qorxmaz Rəsulovun 15 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin ediləcək аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Ərəstun Mirzəyev 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Mican kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Qorxmaz Rəsulovun cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Qorxmaz Rəsulova cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsinə zərurət yoxdur. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Qorxmaz Rəsulov narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış, 04 ədəd sellofan dibçəyin içərisində uzunluqları 21 sm-dən 42 sm-dək yaş halda ümumi təmiz çəkiləri – 69.76 qram olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 69.16 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 51,06 manat (əlli bir manat altı qəpik) hökm qanuni qüvvəsini aldıqdan sonra Qorxmaz Rəsulovdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qorxmaz Rəsulov barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonunun keçmiş Mican kəndindəki) evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış, 04 ədəd sellofan dibçəyin içərisində uzunluqları 21 sm-dən 42 sm-dək yaş halda ümumi təmiz çəkiləri – 69.76 qram olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 69,16 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 51 (əlli bir) manat 06 (altı) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-60/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-60/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver