Məhkəmə qərarları › İş №1(037)-60/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-60/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-60/2023 14.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili X7, Zərərçəkmiş şəxs iştirakları ilə 14 dekabr 2023-cü il tarixdə saat 10:55-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1982-ci ildə İsmayıllı rayonunun Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, işsiz, İsmayıllı rayonu Cülyan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs insanlar arasında olan birgəyaşayış qaydalarını pozaraq əvvəllər aralarında mübahisələri olmuş Zərərçəkmiş şəxs mobil telefonuna xx.xx.2023-cü il tarixədək əsaslı səbəb olmadan mütəmadi zənglər etməklə və “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə sonuncuya cəmiyyət içində xəsarət yetirəcəyi hədəsi ilə bağlı məzmunlarda mütəmadi səs və yazı mesajları göndərmiş, Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyəti ilə avtomobilinə bərk materialdan olan təxminən 60 santimetr ölçüdə plastik borunu qoyaraq, Zərərçəkmiş şəxs işlətdiyi İsmayıllışəhərinin M.F.Axundov küçəsində yerləşən mebel dükanının qarşısına gəlib sonuncunun dükandan küçəyəçıxmasını izləyərək mütəmadi təqib etmiş, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs işlətdiyi dükandan çıxıb İsmayıllışəhərinin M.F.Axundov küçəsində yolun əks tərəfinə doğru piyada hərəkətdə olmasını görərək idarə etdiyi “Mercedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaxınlaşıb heç bir səbəb olmadan avtomobilin açıq pəncərəsindən sonuncunun ünvanına nalayiq ifadələr işlədib həmin yerdən təxminən 100 metr uzaqlaşaraq yenidən avtomobilinin hərəkət istiqamətini dəyişərək Zərərçəkmiş şəxs piyada hərəkəti istiqamətində qayıdıb yolun kənarında saxlayıb, avtomobildən plastik borunu götürüb düşərək Zərərçəkmiş şəxs üzərinə qaçaraq yaxınlaşıb, ətrafda çoxlu insanların olmasına əhəmiyyət vermədən özünün şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai yer hesab olunan küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai vəşəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış vəədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, ətraflarında olan şəxslərin qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlətmiş, əlində olan plastik su borusundan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs boyun nahiyəsindən və bədən nahiyəsindən qəsdən bir neçə dəfə vurub, zor tətbiq etməklə sonuncuya boyun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən əvvəllər aralarında mübahisələri olmuş, Zərərçəkmiş şəxs mobil telefonuna mütəmadi zənglər etməklə və “whastapp” ani mesajlaşma proqramı vasitəsi ilə sonuncuya cəmiyyət içində xəsarət yetirəcəyi vəəmlakına zədə yetirəcəyi hədəsi məzmununda mütəmadi səs və yazı mesajları göndərmiş, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs İsmayıllışəhərinin M.F.Axundov küçəsində işlətdiyi mebel dükanından avtomobilləçıxmasını izləyərək təqib etmiş, Zərərçəkmiş şəxs həmin gün saat 17 radələrində işlətdiyi dükandan çıxıb İsmayıllışəhərinin M.F.Axundov küçəsində idarə etdiyi özünə məxsus “Volkswagen Touareg” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilləİsmayıllışəhəri (keçmiş Mican kəndi) istiqamətində hərəkətdə olmasını görərək, idarə etdiyi “Mercedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozub işıqforun qadağanedici işarəsində hərəkətini davam etdirib İsmayıllışəhərinin M.F.Axundov küçəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Volkswagen Touareg” markalı avtomobilin qarşısına keçərək yolunu kəsib saxlamış, öz avtomobilindən düşərək özünün şəxsiyyətini cəmiyyətin vəətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai yer hesab olunan küçədə, orada digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai vəşəxsi mənafelərəəhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış vəədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib, zor tətbiq etmə hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib öz maşınından götürdüyü dəmir mantirovkadan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs xəsarət yetirəcəyi vəəmlakını zədələcəyi ilə hədələyib əlindəki dəmir mantirovka ilə Zərərçəkmiş şəxs məxsus “Volkswagen Touareg” markalı avtomobilin arxa sol qapısının ban hissəsindən, arxa sol yan hissəsindən, arxa “logo” ətrafı hissədən və digər hissələrindən qəsdən zərbələr vurub zədələyərək avtomobilə təxminən 350-400 manat məbləğində maddi ziyan vurmaqla silah qismində istifadə olunan əşyadan istifadə etməklə özgənin əmlakının qəsdən zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib təkrarən xuliqanlıq etmişdir. Bundan əlavə, o, təkrarən əvvəllər aralarında mübahisələri olmuş, Zərərçəkmiş şəxs mobil telefonuna mütəmadi zənglər etməklə və “whastapp” ani mesajlaşma proqramı vasitəsi ilə sonuncuya cəmiyyət içində xəsarət yetirəcəyi vəəmlakına zədə yetirəcəyi hədəsi məzmununda mütəmadi səs və yazı mesajları göndərməyə davam etmiş, xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “Volkswagen Touareg” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili iləİsmayıllı rayon mərkəzi xəstəxanası istiqamətində hərəkət etdiyini görüb idarə etdiyi “Mercedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, İsmayıllı şəhərinin M.F.Axundov küçəsində “Nənəmin təndiri” adlanan çörək sexinin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Volkswagen Touareg” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına keçərək yolunu kəsib saxlamış, öz avtomobilindən düşərək özünün şəxsiyyətini cəmiyyətin vəətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai yer hesab olunan küçədə, orada digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai vəşəxsi mənafelərəəhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış vəədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib, zor tətbiq etmə hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib öz maşınının arxa yük hissəsindən götürdüyü taxta parçasından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs xəsarət yetirəcəyi vəəmlakını zədələcəyi ilə hədələyib, əlindəki taxta parçası ilə Zərərçəkmiş şəxs məxsus “Volkswagen Touareg” markalı avtomobilin müxtəlif hissələrindən qəsdən zərbələr vurmuş, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə oradan uzaqlaşdığını gördükdə öz avtomobili ilə sonuncunu izləyərək təqib etmiş, Zərərçəkmiş şəxs İsmayıllı rayon mərkəzi xəstəxanasının həyətində avtomobilini saxladığını görüb yaxınlaşaraq, ünvanına uca səslə nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs zor tətbiq edərək yumruq və təpik zərbələri ilə vurmağa çalışmış, ətrafdakı şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs avtomobilinə əyləşib oradan uzaqlaşmağa çalışarkən təpiklə sonuncunun avtomobilini vuraraq avtomobilə ümumilikdə təxminən 50 manat məbləğində ziyan vurmaqla silah qismində istifadə olunan əşyadan istifadə etməklə özgənin əmlakının qəsdən zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib təkrarən xuliqanlıq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonunun Cülyan kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. Fərdi əməklə məşğul olmaqla dolanır. 2016-cı ildən Zərərçəkmiş şəxsla münasibətiləri yaranmışdır. Belə ki, o, İsmayıllı-Bakı xətti üzrə öz şəxsi avtomobili ilə sərnişin daşımaqla məşğul olmuş, o, sonuncu ilə həmin vaxtlar yol yoldaşı olmuşdur. 2016-cı ildən də Təbiyyətin həyat yoldaşı Aynur Yusifova ilə münasibəti yaranmış, sonuncunu bir neçə dəfə Bakıya aparıb gətirmişdir. 2020-ci il tarixdə dəqiq tarixi xatırlamadığı vaxtda o, sonuncunun mobil nömrəsinin vatsap hesabına mesaj yazarkən Aynur, mesajları Təbiyyətə göstərmiş, Təbiyyət o mesajları görüb ona zəng etmiş və onu ölümlə hədələmişdir. O, Təbiyyətə heç bir cavab verməmiş, həmin gündən Aynurla münasibətinə son qoymuşdur. Həmin gün Təbiyyət onun atası Sədaqətə zəng edərək onu özünə məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Şəbnəm” adlı mebel dükanına çağırmışdır. Atası ora getdikdə Təbiyyət atasına onu öldürəcəyini demiş və onu söyərək avtomobildən düşüb getmişdir. Həmin hadisədən bir ay sonra avtomobili ilə İsmayıllı şəhəri “Bərəkət” marketin qarşısında dayanarkən Təbiyyət ona yaxınlaşaq əlində olan daşı ona tərəf atmış, həmin daş avtomobilinin sol qabaq yan şüşəsinin üst hissəsinə bərkidilmiş külək qoruyucunu sındıraraq onun alın nahiyyəsindən zərbə ilə dəymişdir. Bundan sonra Təbiyyət avtomobilinə əyləşərək “Şəbnəm” mebel dükanı istiqamətində getmiş, o da Təbiyyətin arxası ilə ora getmişdir. O, avtomobildən düşüb Təbiyyətə yaxınlaşarkən sonuncu yenidən daşla onun baş nahiyyəsindən vurmuş, belə olduqda Təbiyyətlə əlbəyaxa olmuş və sonuncunu yerə yıxmışdır. Həmin vaxt kənardan bir nəfər yaxınlaşaraq onları ayırmış, o, çıxıb evinə getmişdir. Təbiyyət onu nalayiq ifadələrlə təhqir edərək polis əməkdaşlarına xəbər verməməyini tələb etmişdir. O da öz növbəsində Təbiyyətə qarşı onun dediyi tərzdə nalayiq ifadələr işlətmişdir. Təxminən 20 gün sonra o, evdə olmadığı vaxt Təbiyyət idarə etdiyi “Volsvagen Touareg” markalı avtomobillə onun yaşadığı İsmayıllı rayonun Cülyan kəndində yerləşən evlərinə gələrək avtomobilində yüksək səslə müsiqi dinləyərək qonşuluqda yaşayan şəxslərdən onu soruşmuşdur. Həmin hadisədən 3 gün sonra Təbiyyət yenidən sərxoş vəziyyətdə saat 16 radələrində onun yaşadığı evə gələrək, yüksək səslə müsiqi dinləməyə başlamış, o, evdən çıxıb sonuncudan musiqinin səsini azaltmağını tələb etsə də Təbiyyət onu nalayiq ifadələrlə təhqir etmişdir. Bu zaman o, qapının çöl tərəfindən götürdüyü plasmas su borusu ilə Təbiyyətin əlindən vuraraq xəsarət yetirmiş, sonuncu oradan uzaqlaşmışdır. Həmin hadisədən bir müddət sonra dəqiq tarixi xatırlamadığı vaxtda Təbiyyət qaynı Tahirlə yenidən onların yaşadığı evə gələrək, atasını öz avtomobillərinə əyləşməyə dəvət etmiş, onu söhbət etmək üçün İsmayıllı rayonunun Xanagah kəndi ərazisində yerləşən meşəlik sahəsinə aparmış, orada atasına onu öldürəcəklərini deyərək qorxutmuşlar. Həmin hadisədən sonra onun atası diabet xəstəliyinə tutulmuşdur. O, həmin hadisələrdən sonra mütəmadi olaraq Təbiyyətə zəng etmiş, eləcə də sonuncu da ona zəng edərək bir-birini qarşılıqlı olaraq təhqir etmişlər. Təxminən bir il əvvəl ortaq dostları olan Elçin Həmzəyevlə özünə məxsus “Tofaş” markalı avtomobillə rayon ərazisində olarkən Təbiyyətlə rastlaşmış, sonuncu onun avtomobilini öz avtomobili ilə qəsdən vuraraq avtomobilinə ziyan vurmuş və avtomobildən yerə enib onu nalayiq ifadələrlə təhqir etmişdir. Təbiyyət bununla da kifayətlənməyərək onu yumruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirmişdir. Belə olduqda o, öz avtomobilinin açarını Təbiyyətə vermiş və düzəltdirib avtomobili ona qaytarmağını tələb etmişdir. Bundan bir neçə gün keçmiş, buna baxmayaraq Təbiyyət onun avtomoblini təmir etdirməmişdir. Daha sonra isə avtomobili apararaq Təbiyyətə məxsus “Şəbnəm” mebel dükanının arxasında saxlamışdır. İki gün sonra o, yenidən Təbiyyətə zəng edərək, avtomobilini niyə təmir etdirmədiyini soruşmuşdur. Təbiyyət 3 gün sonra avtomobilini təmir etdirib yaşadığı evin qarşısına gətirmiş, elə həmin gün Təbiyyət həyətinə girib onunla mübahisə etməyə başlamış və ona şillə vurmuşdur. Həmin vaxt anası baş örtüyünü çıxararaq Təbiyyətin önünə atmış və ondan mübahisəni bitirməyi xahiş etmişdir. Bu zaman ailə üzvləri də yanında olmuş, Təbiyyət həyətdən çıxıb getmişdir. Təbiyyət həmin gün atasına içərisində “oğlunla davaya gedirik, kim kimi öldürsə xəbəriniz olsun” yazılan vərəq vermişdir. 2023-cü ilin mart ayında o, Sumqayıt şəhər maşın bazarında olarkən Təbiyyət ona zəng edərək təhqir etmiş və təcili olaraq İsmayıllı rayonuna qayıtmağını tələb etmişdir. O da həmin gün İsmayıllı şəhərinə gəlmiş və Bazar adlanan yerdə Təbiyyətin oğlu Qənimətlə rastlaşmışdır. O, Təbiyyətin oğlunu öz avtomobilinə mindirmiş və atasının onu hədələdiyini və təhqir etdiyini bildirmişdir. Bundan sonra Təbiyyətə zəng vurmuş, Təbiyyət onu Göyçay çayına çağırmışdır. O, dostu Çingiz Əliyevə zəng edərək, onu izləməyini xahiş etmiş, deyilən ünvana çatanda yenidən Təbiyyətə zəng vuraraq gəldiyini bildirmişdir. O, Təbiyyətin tək yolun ortasında dayandığını görmüş, həmin vaxt Rafiq adlı həmyerlisi də yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsində olmuşdur. Onlar qarşılıqlı olaraq bir-birilərini söyərək əlbəyaxa olmuş, bu zaman Rafiq ora gəlmiş və onları ayırmışdır. Daha sonra isə yaxınlıqda onu izləyən dostu Çingiz də ora gəlmiş, onlar mübahisəni bitirmişlər. O öz evinə getmiş, həmin hadisədən 20 gün sonra günorta saat 14 radələrində Təbiyyət ona zəng edərək onu təhqir etməyə başlamış və Cülyan marketin yanına gəlməyini tələb etmişdir. O, oğlu Toğrulla ora getmiş, Təbiyyət onu avtomobilinə dəvət etmiş, o, Təbiyyətin tək olmadığını görüb avtomonbilinə minməmişdir. Təbiyyətin avtomobildə əyləşən şəxs Hikmət adlı tanışı olmuşdur. Bundan bir müddət sonra oğlu X3 Talıstan restoranının arxa tərəfinə çağırmış, Qənimət və Elşən adlı şəxsin oğlu Toğrulu döydüyünü görərək mübahisəyə müdaxilə etmiş, onları ayıraraq oğlunu evə aparmışdır. O, Təbiyyətə zəng edərək övladlarını bu söhbətə qatmamağı ondan tələb etmişdir. 22 aprel 2023-cü il tarixdə saat 15 radələrində İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ilə İsmayıllı rayon mərkəzi xəstəxanası istiqamətində hərəkətdə olarkən Təbiyyət öz mebel dükanının qarşısında oturmuş, sonuncu, onu görüb uca səslə söyüş söyməyə başlamış, o, biraz qabağa gedib avtomobilin istiqamətini dəyişib geri qayıtmış, avtomobili saxlayıb ona söyüş söyməməsini bildirmişdir. Təbiyyətin isə ona məhəl qoymayaraq söyüş və təhqirlərə davam etdiyindən avtomobilin içərisindən plasmas firat su borusunu götürüb yerə düşmüş, Təbiyyətin əlində bıçaq gördüyü üçün özünü müdafiə etmək məqsədilə onu vurmuşdur. Həmin vaxt ətrafda olan şəxslər onlara yaxınlaşaraq ayırmış, o öz avtomobilinə əyləşib evinə getmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, o şöbəyə gələrək baş vermiş hadisə barədə izahat vermişdir. 02 may 2023-cü il tarixdə o, İsmayıllı şəhəri Qəşəm Aslanov küçəsi ilə M.F.Axundov küçəsinin kəsişməsində avtomobili ilə hərəkət etmiş, həmin kəsişmədə quraşdırılmış işıqforun yaşıl işığını görüb yoluna davam etmiş, həmin vaxt Təbiyyət, işıqforun qadağanedici qırmızı işığına məhəl qoymadan avtomobilini onun avtomobilinin üstünə sürmüşdür. O, əsəbləşərək avtomobildən düşüb avtomobilin axra yük hissəsindən dəmir parçası götürərək sonuncunun avtomobilinin üstünə atmış və “bəsdi” deyə qışqırmışdır. Təbiyyət avtomobildən düşməmiş, o avtomobilinə əyləşib evinə getmişdir. 14 may 2023-cü il tarixdə oğlu Toğrulla Təbiyyətin “Şəbnəm” mebel dükanını qarşısına gələrək, sonuncudan bu ədavətə son qoymağını xahiş etmişdir. Təbiyyət, oğlunun yanında da onu söyərək qovmuşdur. Sonuncu dəfə 15 may 2023-cü il tarixdə o, İsmayıllı rayon mərkəzi xəstəxanasından çıxıb M.F.Axundov küçəsi ilə İsmayıllı şəhərinin mərkəzinə tərəf hərəkətdə olarkən əks istiqamətdən Təbiyyətin öz avtomobili ilə onun yoluna çıxdığını görmüş, o, yenidən dönüb onun arxasında getmişdir. Təbiyyət xəstəxananın həyətinə girmiş, o da onun arxasınca girib avtomobildən düşmüş və təpiklə onun avtomobilin arxa işığını sındırmışdır. Bu zaman Təbiyyət onu təhqir etmiş, o avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. O, bir daha qeyd edir ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilir. 22 aprel 2023-cü il tarixdə saat 15 radələrində aralarında baş vermiş mübahisə zamanı avtomobilindən götürərək Təbiyyəti vurduğu balaca plasmas firat su borusu olmuş, həmin zaman əlində başqa silah olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə istintaqının gedişində dəfələrlə zərərçəkmiş şəxs Təbiyyətlə barışığa cəhd etmiş, lakin sonuncu olunla barışmamışdır. Himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun keçmiş Mican kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə orada yaşayır. Kiçik sahibkarlıqla məşğul olur. İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 17 ünvanında özünə məxsus “Şəbnəm” adlanan mebel mağazası var. Mağaza arvadı X6 adınadır. Təqsirləndirilən şəxs təxminən 7-8 ildir ki, tanıyır. Əvvəllər münasibətləri normal olmuşdur. Aralarında təxminən 3 ildir ki, ədavət var. Belə ki, Rəşad 2017-ci ildən etibarən tez-tez onun yanına gəlmiş və onunla münasibət saxlamış, o, sonuncunun etibarlı adam olub-olmamasını yoxlamaq qərarına gəlmişdir. Rəşadın etibarlı adam olmadığını görüb onu özündən uzaqlaşdırmaq üçün bir neçə dəfə onu öz yanından qovmuşdur. Rəşad isə sonradan gəlib ondan dəfələrlə üzr istəmiş, o, Rəşadı bağışlamışdır. 2020-ci ilin noyabr ayında Rəşad onun arvadı Aynur Yusifovanın vatsap hesabına təhqiredici, şantaj xarakterli mesajlar yazmağa başlamış, Aynur isə ondan bunu gizlətmişdir. 2020-ci ilin 27 noyabr tarixində Rəşad yenidən Aynurun vatsap hesabına təhqiredici mesajlar yazmış və onu şantaj etmiş, həmin gün səhər saatlarında onlar birlikdə öz mebel dükanına getmişlər. Rəşad da həmin vaxt ora gəlmiş, onlar birlikdə çay içdikdən sonra dükandan çıxıb getmişdir. Günorta saatlarında o, Rəşada zəng edib nahar etməyə çağırmaq istəmiş, lakin Aynur bunu görüb ondan sonuncunu çağırmamağını istəmiş və ona Rəşadın onun vatsap hesabına yazdığı mesajları göstərmişdir. Rəşad təhqiredici və şantaj formalı mesajlar yazaraq yoldaşından BMV X5 markalı avtomobil almasını tələb etmiş, o, həmin mesajları görmüş və Rəşadın özünə zəng edərək bir daha gözünə görsənməməsini bildirmişdir. Həmin gündən etibarən Rəşad onunla ədavət aparmağa başlamış, mütəmadi olaraq onlara məxsus mebel dükanına gələrək işçiləri və həyat yoldaşını təhqir edərək onları ölümlə hədələmişdir. Bu hal demək olar ki, 3 il mütəmadi olaraq təkrarlanmış, Rəşad tez-tez Aynurun qabağını kəsmiş, onu təhqir etmiş, onu öldürməklə hədələmişdir. Bundan əlavə Rəşad, onu da izləmiş, hara getsə arxasınca gəlmiş və istifadəsində olan mobil nömrənin vatsap hesabına təhqiredici mesajlar göndərək onu öldürməklə hədələmişdir. Rəşad bir neçə dəfə ona məxsus “Volsvagen Tuareg” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan vurmuşdur. Bununla bağlı İsmayıllı RPŞ-yə ərizə ilə müraciət etmişdir. O, Rəşadın onun ailəsinə, qohumlarına zərər yetirəcəyindən qorxmuş və bacardığı qədər Rəşaddan uzaq olmağa çalışmışdır. 22 aprel 2023-cü il tarixdə saat 15 radələrində o, Qəbələ rayonundan gələrək özünə məxsus mebel mağazası ilə üzbəüz yerləşən dükandan çörək alarkən, Rəşad idarə etdiyi Mersedes markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini yavaşıdıb onu avtomobilin içərisindən nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, sonuncuya baş qoşmamış, Rəşad isə ondan əl çəkməyərək qarşıda avtomobili döndərərək geri qayıtmışdır. Həmin vaxt ətrafda xeyli adam olmuş, sonuncu, avtomobili saxlayıb avtomobilin içərisindən uc hissəsində toppuzabənzər calağı olan firat borusu kəsiyini götürüb üstünə hücum çəkmiş, o, özünü müdafiə etməyə çalışmış, Rəşad isə əlindəki boru ilə onun bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirmiş, zərbələr vuravura da yüksək səslə onu nalayiq ifadələrdə təhqir etmişdir. Ətrafdakı şəxslər onlara yaxınlaşıb Rəşadı ondan aralaşdırmağa çalışmış, bu vaxt iki nəfər polis əməkdaşı da onlara yaxınlaşaraq Rəşadı ondan uzaqlaşdırmışdır. O, öz evinə getmiş, Rəşadın isə hara getməsini bilməmişdir. Rəşad 24 aprel 2023-cü il tarixdən onu yenə də izləməyə başlamış, evə gedərkən qarşısını kəsərək onu və ailəsini ölümlə hədələmişdir. 29 aprel 2023-cü il tarixdə o, Bakı şəhərinə getmiş, Rəşad həmin gün axşam həyat yoldaşı Aynur Yusifovanın qarşısını kəsərək və onu da təhqir etmiş və ölümlə hədələmişdir. Bundan sonra Rəşad əvvəlki kimi mütəmadi olaraq hər gün, günün müxtəlif saatlarında onun qarşısını kəsərək normal yaşamağına imkan verməmiş, 02 may 2023 tarixdə isə axşam saat 17 radələrində dükanından çıxaraq evinə gedərkən İsmayıllı şəhəri, M.F.Axundov küçəsindəki svetoforun qırmızı işığında dayanmış, svetoforun yaşıl işığı yanarkən o, hərəkətə davam etmiş, həmin vaxt Rəşad, idarə etdiyi Mersedes markalı avtomobili ilə onun idarə etdiyi avtomobilin qarşısını kəsmiş, avtomobildən düşərək içəridən götürdüyü uzun dəmir parçasını əlinə alaraq qaça-qaça onun avtomobilinə tərəf gəlmiş, yüksək səslə nalayiq ifadələr işlətmişdir. O, öz avtomobili ilə onun avtomobilinin qarşısını kəsdiyi üçün hərəkət edə bilməmiş, Rəşad əlində olan dəmir parçası ilə avtomobilinin arxa hissəsindən və dam hissələrinə zərbələr vuraraq avtomobilə zərər yetirmişdir. Nəhayət o, Rəşadın əlindən çıxmış və oradan uzaqlaşa bilmişdir. Həmin vaxt qorxduğu üçün avtomobildən düşməmiş, avtomobildən düşsəydi Rəşad ona hökmən xəsarət yetirəcəkdi. 06 may 2023-cü il tarixdə o mağazada olarkən Rəşad oğlu ilə mağazanın qarşısına gəlmiş, Rəşad mağazanın çölündən qışqıraraq, onun çölə çıxmağını tələb etmişdir. O, həmin vaxt polis sahə rəisinə zəng edərək ora gəlməsini istəmiş, Rəşad isə bunu görərək oradan uzaqlaşmışdır. Rəşad yenə də hər gün, günün müxtəlif saatlarında onun vatsap hesabına təhqiredici şəkillər, videolar ataraq onu təhqir etmiş, ölümlə hədələmişdir. Sonuncu dəfə 15 may 2023-cü il tarixdə saat 10 radələrində İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ilə İsmayıllı rayon mərkəzi xəstəxanası istiqamətində hərəkətdə olarkən, “Nənəmin təndiri” çörək dükanının qarşısında Rəşad öz avtomobili ilə onun avtomobilinin qarşısını kəsmiş, sonuncu, avtomobildən düşüb, avtomobilin arxa yük hissəsindən taxta parçası götürüb onun avtomobilinə tərəf gəlmiş və əlindəki taxta parçası ilə avtomobilinə vurmuşdur. Rəşad bununla da kifayətlənməyərək onu nalayiq ifadələrlə təhqir etmiş, yenə də o, çətinliklə də olsa oradan uzaqlaşmış və İsmayıllı rayon mərkəzi xəstəxanasına getmişdir. Rəşad ondan əl çəkməyərək onun arxası ilə ora gəlmiş, Rəşaddan artıq qorxduğu üçün avtomobili saxlayaraq düşmüş və qarşıdan gələn avtomobilin sürücüsündən yardım istəmişdir. Həmin sürücü avtomobili saxlamış, Rəşad da bu vaxt ona çatmış və ona yumruq təpik zərbələri vurmağa çalışmışdır. O, zərbələrdən yayındığı üçün zərbələr ona dəyməmiş, bu dəfə də ətrafdakı şəxslər Rəşadı ondan uzaqlaşdırmışdır. O, avtomobilə əyləşəndə Rəşad təpiklə maşınını vurmuş və avtomobilinin arxa işığını sındırmış, Rəşad təkrarən avtomobili təpikləsə də o, oradan uzaqlaşmağı bacarmışdır. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində onun əsəbləri pozulmuş, özünün və ailəsinin həyatına dəfələrlə təhlükə yarandığından daim səksəkə içində yaşayırlar. Təqsirləndirilən şəxs heç biir barışıq təklifini qəbul etməmiş və hazırda da barışmamışdır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonunun Mican kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 17 ünvanında özlərinə məxsus “Şəbnəm” adlı mebel mağazası var. O, həmin mağazada işləyir. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Onunla münasibətləri əvvəllər yaxşı olmuş, sonradan isə Rəşadın etibarsız əməllərinə görə pozulmuşdur. 2017-ci il tarixdə may ayında ilk dəfə o, anası və qayınanası ilə birlikdə Rəşadın avtomobili ilə Bakı şəhərinə getmiş, 2 gün sonra isə yenidən Rəşadla İsmayıllı rayonuna qayıtmışlar. Onlar yol gələrkən Rəşad telefonunun enerjisi olmadığından onun telefonu ilə zəng etmək istədiyini bildirmiş, o da Rəşada telefonunu vermişdir. Sonradan Rəşadın həmin vaxt öz nömrəsinə zəng etdiyini bilmiş, həmin gündən etibarən sonuncu, onun nömrəsinin vatsap hesabına mesajlar yazmağa başlamış, onunla sevgi münasibətləri qurmaq istədiyini bildirmişdir. Rəşad onu sevdiyini yazaraq daimi onu narahat etmiş, o isə Rəşada etdiyi hərəkətin səhv olduğunu bildirmiş və sonuncudan ona mesaj yazmamağı tələb etmişdir. 2017-ci ilin iyun ayında o, şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmiş, həmin gün Rəşad həyat yoldaşı Təbiyyətə zəng vuraraq Bakıda olduğunu və onu Bakıdan İsmayıllıya gətirə biləcəyini demişdir. Təbiyyət də ona zəng edərək Rəşadın gəlib onu evdən götürəcəyini demiş, az bir müddət sonra Rəşad öz avtomobili ilə onu Bakı şəhərindəki evlərindən götürmüş, avtomobildə ondan başqa müştəri olmamışdır. Rəşad “Şamaxinka” adlanan yerdə müştəri götürmək üçün bir neçə dəqiqə avtomobilini saxlamış, təxminən 10 dəqiqədən sonra yola düşmüşlər. O, Rəşadla tək getməyə razı olmamış, sonuncu, “yol gedərkən müştəri götürərəm” deyə bildirdiyindən razılaşmışdır. Onlar yola çıxmış, Rəşad yolda heç bir müştəri götürməmişdir. Rəşad Şamaxı rayonu ərazisində avtomobili meşəlik sahəsinə siqaret çəkmək bəhanəsi ilə ora sürmüş, Rəşad onunla orada məcburi şəkildə cinsi əlaqədə olmuşdur. İsmayıllı rayonuna çatarkən Təbiyyət onu yolda qarşılamış, Rəşad Təbiyyəti aldadaraq ona müştəriləri İsmayıllı rayonunun Təzəkənd kəndində düşürtdüyünü demişdir. O, qorxduğu üçün bunu Təbiyyətə deməmiş, həmin hadisədən sonra Rəşad ona hər gün mesaj yazaraq onu narahat etmiş, məcburi şəkildə görüşməyə məcbur etmişdir. 2018-ci ilin yanvar ayında Rəşad maşın almaq bəhanəsi ilə ondan 20.000 dollar pul istəmiş, həmin ərəfələrdə Təbiyyət ölkə xaricində olmuş, o, Təbiyyətdən gizlin pul verə bilməmiş, lakin Rəşad onu şantaj edərək ondan həmin pulu verməyini tələb etmişdir. O, Rəşada 20.000 dollar pul vermiş, lakin qorxduğu üçün bu barədə heç kimə deyə bilməmişdir. Rəşad pulu qaytaracağını desə də həmin pulu qaytarmamışdır. Bundan sonra da Rəşad yenə də həmişə olduğu kimi mesajlar yazmağa davam etmiş, onu şantaj edərək xırda məbləğlərdə ondan pul tələb etmişdir. 2018-ci ilin təxminən oktyabr-noyabr aylarında Rəşad Təbiyyətdən 5.000 dollar pul borc istəmiş, lakin Təbiyyət pulunun olmadığını bildirmişdir. Bu dəfə Rəşad həmin pulu ondan tələb etmiş, Təbiyyət pulu ona verərək öz adından Rəşada verməyini istəmişdir. O, həmin pulu Rəşada vermiş, lakin Rəşad Təbiyyətə bu barədə heç nə deməmişdir. Həmin vaxtdan Təbiyyət Rəşadın etibarsız bir insan olduğunu öyrənmişdir. Bundan sonra Təbiyyət bir neçə dəfə Rəşadı öz yanından qovsa da Rəşad yenidən üzr istəyərək Təbiyyətlə münasibət yaratmış və öz vicdansız hərəkətlərinə davam etmişdir. Belə ki, Rəşad yenə də əvvəlki kimi hər gün onun vatsap hesabına lazımsız mesajlar yazaraq onu narahat etmiş və görüşməyə məcbur etmiş, öz yaxın qohumları ilə yazışdığı mesajları, onların şəkillərini ona göndərmişdir. O, Rəşadın ondan uzaqlaşmasını və ondan əl çəkməsini tələb etmiş, lakin sonuncu onu şantaj etməklə mütəmadi olaraq ondan pul almışdır. 2020-ci ilin oktyabr-noyabr aylarında “COVİD-19” pandemiyasına görə Bakı şəhərinə giriş-çıxış məhdudlaşdırıldığından o, Bakı şəhərinə gedə bilməmiş, Rəşad onu özü ilə Bakı şəhərinə getməyə məcbur etmişdir. Rəşad onun şəxsi həyatına müdaxilələr etmiş, o, Rəşadın bu hərəkətlərindən bezmiş, hətta özünə qəsd etmək belə istəmişdir. O, Rəşadın şantajlarından qorxduğu üçün bu barədə heç kimə deyə bilməmiş, Rəşadın ondan uzaqlaşmasını xahiş etmişdir. Rəşad ondan müxtəlif formalı şəkillər atmağını tələb etmiş, o, Rəşadın uzaqlaşacağını düşündüyüüçün onun tələb etdiyi şəkilləri sonuncuya atmışdır. Lakin Rəşad onu şantaj etməyə davam etmiş, onun vatsap hesabına mesaj yazaraq ondan özünə BMV X5 markalı avtomobil almağını tələb etmişdir. Əks halda şəkilləri Təbiyyətə göndərəcəyi ilə hədələmişdir. Bir neçə gün sonra o Təbiyyətlə birlikdə mağazalarında olarkən Təbiyyət Rəşada zəng edib onunla birlikdə nahar edəcəyini bildirmiş, o, həmin gün Təbiyyətə Rəşadın ona yazdığı mesajları göstərmişdir. Əri mesajları görüb Rəşada zəng etmiş və bir daha onunla heç bir əlaqə saxlamamağını tələb etmişdir. Rəşad həmin gündən etibarən onlarla ədavət aparmağa başlamış, mütəmadi olaraq onlara məxsus mebel dükanına gəlib, işçiləri, onu və ərini təhqir edərək onları ölümlə hədələmişdir. Bu hal demək olar ki, 3 il mütəmadi olaraq təkrarlanmış, Rəşad, teztez onun qabağını kəsmiş, onu təhqir etmiş, öldürməklə hədələmişdir. Bundan əlavə Rəşad, Təbiyyəti də izləmiş, hara getsə arxasınca gəlmiş və istifadəsində olan mobil nömrəsinin vatsap hesabına təhqiredici mesajlar göndərərək Təbiyyəti də öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə Təbiyyətə məxsus “Volsvagen Touareg” markalı avtomobilinə ziyan vurmuş, bununla bağlı İsmayıllı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ailəsinə, qohumlarına zərər yetirəcəyindən qorxmuşdur. 22 aprel 2023-cü il tarixdə saat 15 radələrində o, mağazada olmuş, həmin vaxt Təbiyyət Qəbələ rayonundan bir başa mağazaya gəlmiş və yaxınlıqda yerləşən dükandan çörək almağa getmişdir. Bir qədər sonra çöldən yüksək səslə kiminsə söyüş söydüyünü eşitmiş, mağazanın işçisi Rəşadın Təbiyyətlə dalaşdığını demişdir. O, mağazadan çıxmış və təndir çörəyi bişirilən mağazanın qabağına xeyli adam toplaşmışdığını görmüşdür. O, Təbiyyətin boyun nahiyyəsindən qan axdığını görmüş, onlar birlikdə mağazaya girmişlər. Rəşad isə yenidən avtomobilinə əyləşib onların dükanın qarşısında saxlayaraq nalayiq ifadələr işlətməyə başlamışdır. 24 aprel 2023-cü il tarixdən etibarən Rəşad, yenə onları izləməyə başlamış, onlar evə gedərkən Rəşad onun qarşısını kəsmiş və onu və ailəsini ölümlə hədələmişdir. 29 aprel 2023-cü il tarixdə Təbiyyət şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmiş, həmin gün axşam radələrində o, ərinə məxsus “Volsvagen Touareg” markalı, **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mağazadan çıxıb Mican kəndi istiqamətində getmişdir. Həmin vaxt Rəşad idarə etdiyi Mersedes markalı avtomobili ilə arxasınca gəlmiş, avtomobili ilə onun qarşısını kəsmiş və onu təhqir etməyə, hədələməyə başlamışdır. Həmin vaxt digər avtomobilin yaxınlaşdığını görüb Rəşad uzaqlaşaraq getmişdir. 02 may 2023 tarixdə axşam saat 17 radələrində o, Təbiyyətlə birlikdə mebel dükanından çıxaraq, İsmayıllı rayonunun Mican kəndində yerləşən evlərinə getmiş, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ilə, Mican kəndi istiqamətində hərəkət edərkən, svetoforun qırmızı işığında dayanmışlar. Svetoforun yaşıl işığı yanarkən hərəkətə davam etməyə başlamış, həmin vaxt Rəşad, idarə etdiyi Mersedes markalı avtomobili ilə onların avtomobilinin qarşısını kəsmiş, avtomobildən düşərək avtomobilin içərisindən götürdüyü uzun dəmir parçasını götürüb qaçaraq onların avtomobilinə tərəf gəlmiş, yüksək səslə nalayiq ifadələr işlətmiş, öz avtomobili ilə onların avtomobilinin qarşısını kəsdiyi üçün onlar hərəkət edə bilməmişlər. Rəşad əlində olan dəmir parçası ilə avtomobilinin arxa hissəsinə və dam hissələrinə zərbələr vuraraq avtomobilə zərər yetirmiş, onlar oradan uzaqlaşa bilmiş və evə getmişlər. 06 may 2023-cü il tarixdə Rəşad oğlu ilə onların mebel mağazasının qarşısına gəlmiş, o, həmin vaxt mağazada olmuş, Rəşad mağazanın çölündən qışqıraraq, Təbiyyətin çölə çıxmağını tələb etmişdir. Təbiyyət həmin vaxt polis sahə rəisinə zəng edərək, ora gəlməsini istəmiş, Rəşad bunu görüb, oradan uzaqlaşmışdır. Bunda sonra da Rəşad yenə də hər gün, günün müxtəlif saatlarında ərinin və onun vatsap hesabına təhqiredici şəkillər, videolar ataraq onu təhqir etmiş, ölümlə hədələmişdir. Sonuncu dəfə 15 may 2023-cü il tarixdə saat 11 radələrində o, mağazada olarkən Rəşad ora daxil olaraq, yüksək səslə nalayiq ifadələr işlətməyə başlamış, avtomobilini zədələdiyini demiş və nalayiq söyüşlərinə davam etmişdir. Rəşad onu və ailə üzvlərini öldürəcəyini deyərək dükandan çıxıb getmişdir. O, sonradan Rəşadın İsmayıllı rayon mərkəzi xəstəxasnasının həyətində onların avtomobilini zədələdiyini və Təbiyyəti təhqir edərək ölümlə hədələdiyini öyrənmişdir. X1 ifadə verərək göstərdi ki, RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsidə çalışır. 22 aprel 2023-cü il tarixdə saat 15 radələrində İsmayıllı RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X19 ilə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ilə İsmayıllı rayon Mərkəzi xəstəxanası istiqamətində hərəkət etmişlər. Bu vaxt “Barkod Elektronics” adlı mağazanın qarşısında bir ədəd metallik rəngli Mersedes markalı avtomobilin saxladığını görmüş, avtomobildən bir nəfər şəxsin düşərək ucadan nalayiq söyüşlər söyə-söyə oradakı mebel mağazasının sahibi Təbiyyət adlı şəxsin üstünə hücum çəkməsini görmüşdür. Həmin şəxsin əlində təxminən 40-50 santimetrlik, ağ rəngli su borusu olmuş, o, həmin boru ilə Zərərçəkmiş şəxs vurmuşdur. Ətrafa xeyli sayda adam toplaşmış, onlar tez ora yaxınlaşmış və həmin şəxsləri aralamaq üçün davaya müdaxilə etmişlər. Adının və soyadının Təqsirləndirilən şəxs olduğunu bilən şəxs öz nalayiq ifadələrini davam etdirmiş və əlindəki boru ilə Təbiyyəti bədəninin müxtəlif nahiyyələrindən vurmağa davam etmişdir. Ətrafdakı şəxslərin köməyi ilə onlar həmin şəxsləri ayırmışlar. Təbiyyət hadisə yerində dayanmış, Təqsirləndirilən şəxs isə avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Onlar hadisə ilə əlaqədar Təbiyyəti İsmayıllı RPŞ-yə dəvət etmişlər. X5 eyni məzmunlu ifadə verərək X1nun ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə ekspertiza rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Təbiyyəti Yusifovu vuraraq xəsarət yetirməsi hadisəsi İsmayıllı şəhəri, M.F.Axundov küçəsində, “Barkod Electronics” mağazasının qarşısında baş vermişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Təbiyyəti Yusifovun avtomobilini dəmir montirovka ilə vurub əzdiyi hadisə İsmayıllı şəhəri, M.F,Axundov küçəsi ilə İsmayıllışəhəri, H.Əliyev prospektinin kəsişməsində, “Bolluq Store” mağazasının qarşısında baş vermişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Təbiyyəti Yusifovun avtomobilinin arxa işığını təpiklə vuraraq sındırdığı hadisə İsmayıllı rayon mərkəzi xəstəxanasının həyətində baş vermişdir. Zərərçəkmiş şəxs Təbiyyəti Yusifov ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Təbiyyəti Yusifov ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. Müşahidə kamerasının qeydə aldığı görüntülər olan 1 ədəd DVD diskinə baxış protokolundan və həmin videodiskə baxış keçirilərkən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində baş vermiş hadisə yeri İsmayıllı şəhəri, M.F.Axundov küçəsindəki “Barcod Elektronics” dükanının qabağıdır, orada Təqsirləndirilən şəxs avtomodildən düşərək əlində olan plasmas boru ilə Zərərçəkmiş şəxs yaxınlaşır və ona plasmas boru ilə zərbə endirir. Ətrafda olan şəxslərin köməkliyi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kənarlaşdırılır. Cinayət işi materiallarında olan 1 ədəd DVD diskinə xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi videogörüntülər, şəkillər və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərdiyi təhqiredici səs yazıları, Təqsirləndirilən şəxs mütəmadi olaraq Zərərçəkmiş şəxs və Aynur Yusifovanın mobil telefonuna hədə məzmunlu yazılı və səsli mesajlar göndərmişdir. Məhkəmə-tibbi ekspertizasının 10 may 2023-cü il tarixli 228 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət boyun nahiyyəsinin sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə vəşəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 17 may 2023-cü il tarixli 243 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində, eləcə də başında xəsarətin hər hansı bir obyektiv əlaməti və xəsarət izi (qançır, sıyrıq, yara və s.) aşkar edilmədi. X16 Servis Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 040-23 nömrəli arayışdan görünür ki, “Volksvagen Touareg” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa sol fara işığında çat müşahidə edilmiş, avtomobilə baxış zamanı təmir xərci ilə birlikdə 50 manat ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində alınmış xx.xx.2023-cü il tarixli, 3-16-16/1-9/5042/2023 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş “X16 Servis Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına və təqdim edilmiş fotoşəkil məlumatlarına əsasən 2008-ci il buraxılışlı “Volksvagen Touareg” markalı, **-DP- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 400,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İsmayıllı rayon X12 Hüquqi Şəxsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli PHŞ- 6-47/2-546-2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. 14 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmаyıllı Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(037)-53/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3 fevral 2022-ci il tarixli 1(107)-49/2022 nömrəli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.3, 9.1, 9.2.2, 9.3 və 30-cu maddələri tətbiq edilməklə, o, İsmayıllı Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(037)-53/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzаsından azad edilmişdir. Təqsirləndirilən şəxs İsmаyıllı Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(037)-53/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsinə dair əlavə cəzası ilə bağlı İsmayıllı rayon icra və probasiya şöbəsinə sorğu edilmiş, İsmayıllı rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli xx-xx/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə əlavə cəzasının müddəti birdiyi üçün 23 may 2023-cü il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək ifadəsində ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə özünü təqsirli bilmədiyini göstərmişdir. Qeyd olunan dəlil araşdırılmış və öz təsdiqini tapmamışdır. Belə ki, istintaq materiallarından göründüyü kimi X9 xx.xx.2023-cü il tarixdə ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək plastik borudan silah qismində istifadə edərək xuliqanlıq cinayəti törətmiş, xx.xx.2023-cü il tarixdə ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək dəmir mantirovkadan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs avtomobilinə zədə yetirmiş və ona xəsarət yetirəcəyi ilə real hədələyərək xuliqanlıq cinayəti törətmiş, xx.xx.2023-cü il tarixdə ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək plastik borudan silah qismində istifadə etməklə təkrarən xuliqanlıq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması hadisə yerinə baxış protokolları, dindirmə protokolları, video görüntü, üzləşdirmədə dindirmə protokolu, məhkəmə-tibbi ekspertizasının 10 may 2023-cü il tarixli 228 nömrəli rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyul 2023-cü il tarixli 3-16-16/1-9/5042/2023 saylı rəyi və digər istintaq materialları ilə tam sübuta yetirilərək öz müdafiəsi üçün gətirdiyi dəlil onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq, cinayətdən yayınma və ya məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verdiyi ifadə kimi qiymətləndirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxs və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış və üzləşdirmə protokolları, məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs insanlar arasında olan birgəyaşayış qaydalarını pozaraq əvvəllər aralarında mübahisələri olmuş Zərərçəkmiş şəxs mobil telefonuna xx.xx.2023-cü il tarixədək əsaslı səbəb olmadan mütəmadi zənglər etməklə və “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə sonuncuya cəmiyyət içində xəsarət yetirəcəyi hədəsi ilə bağlı məzmunlarda mütəmadi səs və yazı mesajları göndərmiş, Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyəti ilə avtomobilinə bərk materialdan olan təxminən 60 santimetr ölçüdə plastik borunu qoyaraq, Zərərçəkmiş şəxs işlətdiyi İsmayıllışəhərinin M.F.Axundov küçəsində yerləşən mebel dükanının qarşısına gəlib sonuncunun dükandan küçəyəçıxmasını izləyərək mütəmadi təqib etmiş, xx.xx.2023cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs işlətdiyi dükandan çıxıb İsmayıllışəhərinin M.F.Axundov küçəsində yolun əks tərəfinə doğru piyada hərəkətdə olmasını görərək idarə etdiyi “Mercedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaxınlaşıb heç bir səbəb olmadan avtomobilin açıq pəncərəsindən sonuncunun ünvanına nalayiq ifadələr işlədib həmin yerdən təxminən 100 metr uzaqlaşaraq yenidən avtomobilinin hərəkət istiqamətini dəyişərək Zərərçəkmiş şəxs piyada hərəkəti istiqamətində qayıdıb yolun kənarında saxlayıb, avtomobildən plastik borunu götürüb düşərək Zərərçəkmiş şəxs üzərinə qaçaraq yaxınlaşıb, ətrafda çoxlu insanların olmasına əhəmiyyət vermədən özünün şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai yer hesab olunan küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai vəşəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış vəədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, ətraflarında olan şəxslərin qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlətmiş, əlində olan plastik su borusundan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs boyun nahiyəsindən və bədən nahiyəsindən qəsdən bir neçə dəfə vurub, zor tətbiq etməklə sonuncuya boyun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən əvvəllər aralarında mübahisələri olmuş, Zərərçəkmiş şəxs mobil telefonuna mütəmadi zənglər etməklə və “whastapp” ani mesajlaşma proqramı vasitəsi ilə sonuncuya cəmiyyət içində xəsarət yetirəcəyi vəəmlakına zədə yetirəcəyi hədəsi məzmununda mütəmadi səs və yazı mesajları göndərmiş, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs İsmayıllışəhərinin M.F.Axundov küçəsində işlətdiyi mebel dükanından avtomobilləçıxmasını izləyərək təqib etmiş, Zərərçəkmiş şəxs həmin gün saat 17 radələrində işlətdiyi dükandan çıxıb İsmayıllışəhərinin M.F.Axundov küçəsində idarə etdiyi özünə məxsus “Volkswagen Touareg” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilləİsmayıllışəhəri (keçmiş Mican kəndi) istiqamətində hərəkətdə olmasını görərək, idarə etdiyi “Mercedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozub işıqforun qadağanedici işarəsində hərəkətini davam etdirib İsmayıllışəhərinin M.F.Axundov küçəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Volkswagen Touareg” markalı avtomobilin qarşısına keçərək yolunu kəsib saxlamış, öz avtomobilindən düşərək özünün şəxsiyyətini cəmiyyətin vəətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai yer hesab olunan küçədə, orada digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai vəşəxsi mənafelərəəhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış vəədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib, zor tətbiq etmə hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib öz maşınından götürdüyü dəmir mantirovkadan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs xəsarət yetirəcəyi vəəmlakını zədələcəyi ilə hədələyib əlindəki dəmir mantirovka ilə Zərərçəkmiş şəxs məxsus “Volkswagen Touareg” markalı avtomobilin arxa sol qapısının ban hissəsindən, arxa sol yan hissəsindən, arxa “logo” ətrafı hissədən və digər hissələrindən qəsdən zərbələr vurub zədələyərək avtomobilə təxminən 350-400 manat məbləğində maddi ziyan vurmaqla silah qismində istifadə olunan əşyadan istifadə etməklə özgənin əmlakının qəsdən zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib təkrarən xuliqanlıq etmişdir. Bundan əlavə, o, təkrarən əvvəllər aralarında mübahisələri olmuş, Zərərçəkmiş şəxs mobil telefonuna mütəmadi zənglər etməklə və “whastapp” ani mesajlaşma proqramı vasitəsi ilə sonuncuya cəmiyyət içində xəsarət yetirəcəyi vəəmlakına zədə yetirəcəyi hədəsi məzmununda mütəmadi səs və yazı mesajları göndərməyə davam etmiş, xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “Volkswagen Touareg” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili iləİsmayıllı rayon mərkəzi xəstəxanası istiqamətində hərəkət etdiyini görüb idarə etdiyi “Mercedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, İsmayıllı şəhərinin M.F.Axundov küçəsində “Nənəmin təndiri” adlanan çörək sexinin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Volkswagen Touareg” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına keçərək yolunu kəsib saxlamış, öz avtomobilindən düşərək özünün şəxsiyyətini cəmiyyətin vəətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai yer hesab olunan küçədə, orada digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai vəşəxsi mənafelərəəhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib, zor tətbiq etmə hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib öz maşınının arxa yük hissəsindən götürdüyü taxta parçasından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs xəsarət yetirəcəyi vəəmlakını zədələcəyi ilə hədələyib, əlindəki taxta parçası ilə Zərərçəkmiş şəxs məxsus “Volkswagen Touareg” markalı avtomobilin müxtəlif hissələrindən qəsdən zərbələr vurmuş, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə oradan uzaqlaşdığını gördükdə öz avtomobili ilə sonuncunu izləyərək təqib etmiş, Zərərçəkmiş şəxs İsmayıllı rayon mərkəzi xəstəxanasının həyətində avtomobilini saxladığını görüb yaxınlaşaraq, ünvanına uca səslə nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs zor tətbiq edərək yumruq və təpik zərbələri ilə vurmağa çalışmış, ətrafdakı şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs avtomobilinə əyləşib oradan uzaqlaşmağa çalışarkən təpiklə sonuncunun avtomobilini vuraraq avtomobilə ümumilikdə təxminən 50 manat məbləğində ziyan vurmaqla silah qismində istifadə olunan əşyadan istifadə etməklə özgənin əmlakının qəsdən zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib təkrarən xuliqanlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halın mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə müstəntiqin 16 may 2023-cü il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə, saat 17:40da Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 4(037)-13/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli 4(037)-19/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Cülyan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli 138 nömrəli arayıdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Cülyan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X10, xx.xx.2006 və xx.xx.2011-ci il təvəllüdlü uşaqları Toğrul və Talehdən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan(plastik su borusu) istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə qanunda nəzərdə tutulmuş az ciddi cəza növlərinin təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs CM-nin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsinə də münasibət bildirərək qeyd edir ki, onun törətdiyi əməlin ictimai təhlükəliliyi hazırki vəziyyətdə sözügedən maddələrin tətbiqini istisna etməklə bunun üçün əsaslar da mövcud deyildir. Belə ki, istər müstəsna hallar, istərsə də təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasınının mümkünlüyü məsələsini müzakirə edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ““ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 16 may 2023-cü il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X11 müəyyən edilməli və qərarın surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 16 may 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X11 müəyyən edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar