Məhkəmə qərarları › İş №1(037)-61/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-61/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-61/2021 21.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə 21 dekabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri, N.Səmədov küçəsi, ev 8 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 18.07.2021-ci il tarixdə, saat 21 radələrində İsmayıllı şəhərinin Babək küçəsində yerləşən “Gülüstan” şadlıq sarayında keçirilən Zərərçəkmiş şəxs2 toy məclisinə çağırılmadığı halda, həmin məclisə gələrək bəyin xalası oğlu Şahid ilə əsaslı səbəb olmadan söz mübahisəsi edib zor tətbiq edəcəyi ilə hədələməklə öz şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyaraq toy şənliyinə gəlmiş insanların yanında nalayiq ifadələr işlətməsi səbəbindən bəyin qardaşı Zərərçəkmiş şəxs1 tərəfindən şadlıq sarayından kənarlaşdırıldıqdan sonra, bunu cüzi səbəb kimi bəhanə edərək həmin gün, saat 22 radələrində istintaqa məlum olmayan mənbədən əldə etdiyi soyuq silah hesab edilməyən bıçağı götürərək Zərərçəkmiş şəxs1 ilə mübahisəni davam etdirmək məqsədilə sonuncunun yaşadığı İsmayıllı şəhəri, A.Aslanov küçəsində, yəni toy məclisinin olduğu “Gülüstan” şadlıq sarayının 300 metr yaxınlığında yerləşən evin qarşısına gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 onun qarşısına çıxaraq qardaşı Zərərçəkmiş şəxs1 ilə növbəti gün görüşərək söhbət etməsini xahiş etmiş, lakin o, öz qərəzli hərəkətlərini davam etdirərək ətrafda toy məclisi ilə bağlı gəlmiş insanların olmasına əhəmiyyət vermədən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək heç bir əsaslı səbəb olmadan şalvarının sağ cibindən çıxartdığı soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı, silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərib qəsdən döş nahiyəsindən bir dəfə vuraraq sonuncuya döş qəfəsinin sol yarısında, qoltuqaltı xətti üzrə 0,7x0,2 sm ölçüdə, kənarları hamar, bucaqları iti 1 (bir) ədəd səthi yarası kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə həmin bıçaqla qəsdən iki dəfə Zərərçəkmiş şəxs2 bel nahiyəsindən vuraraq bel nahiyəsində solda, bir-birindən 5 sm aralı, 2,3x0,2 sm və 1,5x0,2 sm ölçüdə 2 (iki) ədəd cərrahi tikilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonra isə öz qərəzli hərəkətlərini davam etdirib hadisə yerinə gələn Zərərçəkmiş şəxs1 sağ qolundan bıçaqla qəsdən bir dəfə vuraraq sonuncuya sağ dirsək sinirinin hissəvi zədələnməsi ilə müşayiət edilən sağ bazunun arxa səthinin yuxarı 3/1-də 4,0x0,2 sm ölçüdə cərrahi tikilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 18 iyul 2021-ci il tarixdə saat 18 radələrində tanışı Asimanın istəyi ilə sonuncu ilə birlikdə tanışı Abuzərin toy məclisinə getmişdir. Restoranın zal hissəsinə o, Asiman, Adil, İlknur və digər şəxslər birlikdə daxil olmuşlar, həmçinin sadaladığı şəxslərlə birlikdə masa arxasında əyləşmişlər. Toy zamanı Asiman videoçəkiliş edən şəxsə 5 manat pul göndərmişdir. Həmin vaxt azyaşlı bir qız uşağı 5 manatı götürüb qaçmış və həmin 5 manatı orada olan tanımadığı bir nəfərə, sonradan adının Asim olduğunu öyrəndiyi şəxsə vermişdir. O da uzaqdan 5 manatı videoçəkiliş edən şəxsə verməyi Asimə bildirmişdir. Asim sərxoş olduğundan onun yanına gələrək “qardaşyana deyirsən mənə yoxsa buyurursan məni” deyərək ona sual ilə müraciət etmiş, o də Asimə “qardaşyana deyirəm, buyurmuram, qardaş” demişdir. Bundan sonra Asim 5 manatı videoçəkiliş edən şəxsə vermiş və onun yanına gəlmişdir. Əli ilə onun çiynindən tutmuş və “sən düz etmirsən qaqa” demişdir. O da içkili olduğunu görüb Asimə heç nə deməmişdir. Asim onu restorandan kənara dəvət etmiş, o da Asimlə birgə restorandan çıxıb restoranın foye hissəsində oturmuşdur. O əslində restoranın həyətinə getmək istəmiş, lakin Asim foyedə oturmaqlarını ona bildirmişdir. Onlar qarşı-qarşıya oturaraq söhbət etməyə başlamışlar. Söhbət zamanı Asim əvvəllər həbsdə olduğunu, onun isə uşaq olduğunu, çox şey bildiyini ona demişdir. O da heç bir söz demədən Asimə qulaq asmış, söhbətin mübahisəyə çevriləcəyini görən kənardakı şəxslər onları ayırmağa çalışırmışlar. Mübahisə zamanı Asim ona baxaraq bir əlini arxa cibinə atmışdır. Arxa cibindən heç nə çıxarmamışdır. Lakin o hiss etmişdir ki, Asimin arxa cibində bıçaq və ya hər hansı bir alət vardır. Həmin vaxt o və Asim bir-birilərinin ünvanına nalayiq ifadələr işlədirmişlər. Bəyin qardaşı İlkin onun söyüş söydüyünü görüb ona irad bildirmiş və 1 dəfə yumruqla onun üz nahiyəsindən vuraraq, onu restorandan qovmuşdur. Bunu görən orada olan şəxslər onu kənara çəkmiş, bundan sonra o həmin toyu tərk etmişdir. Şadlıq sarayının qarşısında tanımadığı taksiyə əyləşərək Qəbələ rayonu istiqamətində olan yol tərəfə getmişdir. Təxminən 15-20 dəqiqə ərzində yol kənarında gəzdiyi zaman yol kənarında 1 ədəd bıçaq görmüşdür. Həmin bıçağı götürüb cibinə qoymuş və İlkinin yaşadığı ev tərəfə getməyə qərar vermişdir. Piyada biraz getdikdən sonra İsmayıllı şəhəri Nizami küçəsində taksiyə əyləşib onu Heydər Əliyev parkına aparmağı bildirmişdir. Parkın qarşısında avtomobildən enmiş və İlkinin yaşadığı evə tərəf getmişdir. Yolda olarkən tanışı Cavidana zəng edərək onu parkın yanından götürməsini xahiş etmişdir. Düşünmüşdür ki, İlkinlə söhbət etdikdən sonra Cavidan ilə oradan getsin. O İlkinin yaşadığı evin qarşısına getdikdə sonuncunun qardaşı Abuzərin evin qarşısına çıxdığını görmüşdür. Abuzəri yanına çağırmış və sonuncu ilə söhbət etmək istədiyini bildirmişdir. Onlar söhbət edə-edə parkın hasarının yanına getmişdir. O Abuzərə qardaşı İlkinlə danışmaq istədiyini, İlkinlə söhbətinin olduğunu, qardaşının niyə ona “peysər” dediyini və nə səbəbdən onu vurduğunu soruşduqda, Abuzər ona, çıx get burdan, “peysərə, peysər, kişiyə kişi deyərlər” demiş və ona getməsini bildirmişdir. Həmin vaxt Abuzərin qardaşı İlkin uzaqdan ona tərəf “vurmuşam, düz etmişəm” demiş və bundan əlavə ailəsinin və onun ünvanına söyüş söymüşdür. Abuzər ona bir daha “qardaşım deyirsə düz deyir, kişiyə kişi, peysərə peysər deyərlər” dedikdən sonra aralarında mübahisə yaranmış və o İlkinə tərəf getmək istədikdə Abuzər onu qoymamış, mübahisə zamanı Abuzər, İlkin və bir neçə şəxs onu yumruq və təpiklə vurmuşlar. Nəticədə o əsəbləşmiş və sağ cibində olan bıçağı cibindən çıxardaraq 3 dəfə Abuzərin müxtəlif bədən nahiyələrindən bıçaqla vurmuşdur. Abuzər yerə yıxılmışdır. Bundan sonra İlkin ona tərəf gəlmiş və o bıçaqla İlkinin sağ qol nahiyəsindən 1 dəfə vurmuşdur. Nəticədə İlkin yerə yıxılmışdır. Həmin vaxt bir neçə nəfər şəxs ona tərəf gəlmişlər. O özünü qorumaq üçün əlində olan bıçağı irəli doğru uzatmışdır. Qorxduğu üçün oradan uzaqlaşmağı düşünmüşdür. Yaxınlıqda İlknurun avtomobilin görüb həmin avtomobilə əyləşmişdir. Avtomobilin sükanı arxasında Elməddinin olduğunu görmüşdür. O Elməddinə “sür” demişdir, lakin Elməddin avtomobili idarə etmək istəmirmiş. Həmin vaxt Elməddinin üzərinə qışqıraraq “sür deyirəm sənə” demişdir. Elməddin avtomobili irəli idarə etməyə başlamışdır. Hara getdiklərini nə Elməddin, nə də o bilmirmiş. Məqsədi hadisə yerindən uzaqlaşmaq olmuşdur. Yolda olarkən İlknur Elməddinə zəng edərək avtomobili yaşadığı evin qapısının qarşısına aparmağı bildirmişdir. Buna görə də Elməddin avtomobili İlknurun yaşadığı ev istiqamətində idarə etmiş, onlar İlknurun evinin qarşısına çatdıqdan 2-3 dəqiqə sonra İlknur Niva markalı avtomobil ilə ora gəlmişdir. Həmin avtomobildə tanışı Cavidan və sürücü Yusif olmuşdur. O Niva markalı avtomobilə əyləşmiş və Yusifə avtomobili həmin yerdən uzaqladırmağı bildirmişdir. Yusif avtomobili İsmayıllı şəhəri Nizami küçəsi istiqamətində idarə etmiş, yolda olarkən Yusif qorxduğunu və avtomobildən enməyini bildirmişdir. Buna görə o və Cavidan Nizami küçəsində yerləşən dayanacaqda avtomobildən enib taksiyə əyləşmiş, biraz getdikdən sonra Cavidan avtomobildən enmiş və o da taksi ilə yaşadığı evə getmişdir. Yaşadığı evin qarşısında olarkən evə daxil olmamaq qərarını almış və piyada İsmayıllı şəhər Mərkəzi Bazarı tərəfə getmişdir. Bazar tərəfdə üzərində saxladığı bıçağı su ilə yumuşdur. Bıçağın üzərində olan qan izlərinin getdiyini görüb bıçağı cibinə qoymuşdur. Yaxınlıqda tanımadığı bir taksiyə əyləşmiş və İsmayıllı rayonunun Xanagah kəndi istiqamətində getmişdir. Xanagah kəndinin giriş hissəsində əlində olan bıçağı yolun sağ tərəfində olan meşə ərazisinə atmışdır. Həmin yerdən biraz irəli getdikdən sonra taksiyə geri dönməyi bildirmiş və yaşadığı evin yanında avtomobildən enib yaşadığı evə getmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə dəfələrlə barışıq əldə etməyə təşəbbüs göstərmiş, lakin barışıq əldə edə bilməmişdir. Göstərilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 18 iyul 2021-ci il tarixdə onun toy məclisi olmuşdur. Toydan bir gün əvvəl toy axşamı dediyimiz məclisdə Hafiz də iştirak etmiş, həmin gün ona xoşgəlin də etmişdir. Səhərisi gün sözügedən toy məclisi İsmayıllı şəhərində yerləşən “Gülüstan” şadlıq sarayında baş tutmuşdur. Toy təxminən 18 radələrində başlamış və toya qardaşı Zərərçəkmiş şəxs1 nəzarət etmişdir. Təxminən saat 21 radələrində xalasının oğlu Şahid Təqsirləndirilən şəxs mübahisə etdiyini toyda olan şəxslərdən eşitmiş və onların mübahisə etdiyi yerə, yəni şadlıq sarayının foyesinə getmişdir. O foyeyə daxil olanda Hafizin oradan çıxdığını görmüş və buna görə də Asim ilə Hafizin nə danışdıqlarını və nəyə görə mübahisə etdiklərini bilməmişdir. Hafiz onun toyuna dəvətli deyilmiş. Hafizin onun toyuna kimin dəvəti ilə gəldiyini də bilmir. Saat təxminən 22 radələrində qohumu Sübhandan ona siqaret gətirməsini xahiş etmiş və Sübhan da onun üçün siqaret gətirdiyinə görə o küçəyə çıxmış, həmin vaxt Hafizin onun yaşadığı evin qapısına tərəf gəldiyini görmüşdür. Hafiz ona yaxınlaşaraq qardaşı İlkinin nəyə görə onu vurduğunu və ona söydüyünü soruşurmuş, o, isə Hafizə qardaşı İlkinin onu vurub-vurmadığını görmədiyini və “kişiyə kişi, peysərə peysər deyərlər” şəklində cavab vermiş, bu zaman aralarında mübahisə yaranmışdır. Belə ki, o Hafizin narahat biri olduğunu, qardaşı İlkinə xəsarət yetirə biləcəyini təxmin edirmiş. Buna görə də Hafiz ilə İlkinin qarşılaşmasına imkan vermək istəmirmiş. X16 danışmalı olduğunu ona deyirmiş. Mübahisə zamanı Hafizin onun yaşadığı ev tərəfə getmək istəmiş, o isə Hafizi evə tərəf getməyə qoymamışdır. Mübahisə etdikləri vaxt Hafiz anidən onu yumruqla sinəsindən, bundan sonra isə bıçaqla 1 dəfə sinəsindən, daha sonra isə həmin bıçaqla 2 ədəd belinin sol aşağı hissəsindən vurmuşdur. Bıçaq zərbələrindən sonra o yerə yıxılmışdır. Bundan sonra görmüşdür ki, qardaşı İlkin Hafizə tərəf getmişdir. Hafiz 1 dəfə bıçaqla İlkinin qolundan vurmuşdur. Hafizin bıçaqla o və qardaşına xəsarət yetirdiklərini görüb orada olan şəxslər Hafizə tərəf getmişlər. Lakin Hafiz bıçaqla onları qorxutduğu üçün heç kəs ona yaxınlaşmamışdır. Həmin vaxt Hafiz yaxınlıqda olan VAZ 2107 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 iyul 2021-ci il tarixdə qardaşı Abuzərin toy məclisi olmuşdur. Həmin toy məclisi İsmayıllı şəhərində yerləşən “Gülüstan” şadlıq sarayında baş tutmuşdur. Toy təxminən 18 radələrində başlamış və toya o nəzarət etmişdir. Toyda olarkən xalasının oğlu Şahid toyda olan Təqsirləndirilən şəxs ilə restoranın gözləmə yerində mübahisə etdiyini görmüşdür. Hafiz ilə yaxın münasibəti olmamış, yəni bir rayon sakini kimi Hafizi tanıyırmış. Həmçinin Hafiz toya dəvətli deyilmiş, Hafizin kiminlə birgə toya gəldiyini də bilmirmiş. Hafiz ilə Asim sərxoş olmuşlar və birbirləri ilə söz mübahisəsi edirmişlər. Mübahisə zamanı Hafiz və Asimin biri digərinə xəsarət yetirməmişdir. Həmin mübahisə zamanı Hafizin Asimə “sənin üstündən maşın keçirdirərəm, səni məhv edərəm” dediyini eşitmişdir. Restoranın içərisində olan insanların və musiqinin səs-küyü ilə əlaqədar Hafiz və Asim arasında olan danışığı daha dəqiq eşidə bilmirmiş. Mübahisə etdiklərini görüb Hafiz və Asimə yaxınlaşanda Hafizin ucadan nalayiq ifadələr işlətdiyini eşitmişdir. Oradan qohum qadın və uşaqlar keçirmiş. Hafizin isə qardaşının toy məclisində söyüş söyməyi ona pis təsir etdiyi üçün Hafizə bu barədə iradını bildirmiş və ona yumruqla bir dəfə vuraraq, toyu tərk etməsini əmr etmişdir. Həmin vaxt Hafiz ilə Asim bir-biriləri ilə mübahisə edirmişlər. Bundan təxminən 5 dəqiqə sonra Hafiz toydan çıxaraq getmişdir. Biraz sonra toy məclisi yekunlaşmış və onlar evə getmişlər. Evdə olarkən qohumlardan Abuzərin küçəyə çıxdığını və Hafizin də orada olduğunu eşitmişdir. Hafiz narahat bir adam olduğu üçün və o da Abuzərin böyük qardaşı olduğu üçün Hafizin mübahisə edəcəyini təxmin etmiş və buna görə küçəyə çıxmışdır. Küçədə olarkən Abuzərin Hafiz ilə söhbət etdiyini görmüşdür. Təxminən 20 metr uzaqda dayandığı üçün Hafiz ilə Abuzərin nə danışdıqlarını eşidə bilmirmiş. Onların söhbət etdiyini görüb uzaqda dayanaraq onlara baxırmış. Bir anda Hafizin yumruqla Abuzəri vurduğunu görmüşdür. Bundan sonra Hafiz cibindən bıçaq çıxartmışdır. Bıçağı görən kimi o Hafizin bıçaq ilə Abuzəri vuracağını təxmin etmiş və buna görə əlini yerə atıb torpaqdan bir ovuc götürüb Hafizə tərəf atmışdır. Həmin anda Hafiz Abuzərin bədənindən 3 dəfə bıçaqla vurmuş və Abuzər əli ilə xəsarət aldığı yeri tutaraq yerə yıxılmışdır. O dərhal Hafiz tərəfə qaçmış və Hafiz sağ qolundan bir dəfə bıçaqla vurmuşdur. Ağrısı olduğu üçün o yerə yıxılmışdır. Bundan sonra orada olan şəxslər Hafiz tərəfə getmişlər. Lakin Hafiz əlində olan bıçağı sağa-ssola hərəkət elətdirdiyi üçün kənardakı şəxslər Hafizə tərəf yaxınlaşa bilməmişlər. Kənarda olan şəxslərin ona yaxınlaşmadığını görən Hafiz yaxınlıqda olan VAZ 2107 markalı, **-KT- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 18 iyul 2021ci il tarixdə saat 21 radələrində dostu İlknur ona zəng edərək sərxoş olduğunu, həmin vaxt İsmayıllı şəhərində yerləşən “Gülüstan” şadlıq sarayında olduğunu, buna görə idarəsində olan Vaz 2107 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edə bilməyəcəyini deyərək həmin yerə gələrək avtomobilini idarə edib onu evə aparmağını ondan xahiş etmiş, o da taksi ilə Gülüstan şadlıq sarayının yerləşdiyi Heydər Əliyev adına parkın qarşısına getmişdir. O avtomobilin sükanı arxasına, İlknur isə ön sərnişin oturacacağına əyləşmişdir. Onlar təxminən 10-15 dəqiqə ərzində İsmayıllı şəhəri ərazisində avtomobil ilə gəzmişlər. H.Əliyev adına parkın qarşısına gəldikdə adamların ora toplaşdığını görmüşdür. Bu zaman o avtomobili parkın yaxınlığında saxlamış və hər ikisi də avtomobildən enmişlər. Həmin vaxt Hafizin Abuzər ilə kənarda söhbət etdiklərini görmüşdür. Biraz sonra avtomobili camaatın sıx olduğu yerdən kənarlaşdırmaq üçün avtomobilin sükanı arxasına əyləşmişdir. Təxminən 100 metr avtomobili irəli idarə edib saxlamış. Avtomobildən enməyərək yan güzgülərdən arxada nə baş verdiyinə baxırmış. Həmin vaxt tanışı Hafiz qaçaraq avtomobil tərəfə gəlmiş və avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Hafizin sağ əlində 1 ədəd bıçaq olmuşdur. Arxada olan adamların səslərindən Hafizin Abuzər və İlkini bıçaqladığını eşidirmiş. Hafiz qışqıraraq ona “sür deyirəm” demişdir. O Hafizə “hara sürüm” deyrərək sual vermişdir. Hafiz də qışqıraraq ona “sür deyirəm” demişdir. O Hafizin əlində bıçaqı görmüş və Hafizin qışqırdığını da eşidib qorxmuşdur. Ehtiyat etmişdir ki, əgər avtomobili idarə etməsə Hafiz bıçaqla onu vura bilər. Buna görə o avtomobili irəli idarə etmişdir. Həmin vaxt İlknur arxadan “dayan, sürmə” deyərək ona müraciət etmiş və o da avtomobili saxlamışdır. Lakin Hafiz yenidən “sür” deyərək qışqırmış və o da avtomobili irəli doğru idarə etmişdir. Yolda olarkən İlknur ona zəng etmiş və “avtomobili apar mənim yaşadığım evin qapısının qarşısına qoy” demişdir. Hafiz ondan İlknurun nə dediyini soruşduqda o Hafizə “İlknur dedi ki, apar maşını qapıya qoy” demişdir. Bundan sonra İlknur onun mobil telefonuna zəng etmiş və həmin vaxt Hafizin İlknurun zəng etdiyini görüb telefonu özü açmışdır. İlknurla telefon danışığından başa düşmüşdür ki, İlknur ona da avtomobili qapısına aparmağı bildirmişdir. Telefon danışığının sonunda Hafiz İlknura “sizin qapıya gedirəm” demişdir. Təxminən 4-5 dəqiqə sonra onlar İlknurun yaşadığı İsmayıllı şəhəri, Ş.Qurbanov küçəsində yerləşən evin əsas giriş qapısına çatmışlar. Təxminən 2 dəqiqə sonra İlknur tünd yaşıl rəngli, Niva markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə həmin yerə gəlmişdir. Hafiz avtomobildən enib Niva markalı avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Bundan sonra o İlknur ilə orada söhbət etməyə başlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 18 iyul 2021ci il tarixdə saat 18 radələrində tanışı Zərərçəkmiş şəxs2 toy məclisinə getmişdir. Toy məclisi “Gülüstan” şadlıq sarayında baş tutmuşdur. O tanışları Asiman, Hafiz, Adil və bir neçə digər şəxslər ilə birlikdə restorana daxil olmuşlar və bir masa arxasında əyləşmişlər. Toyda olarkən Asiman balaca bır qız uşağına 5 manat verərək həmin pulu videoçəkiliş edən şəxsə verməyi xahiş etmişdir. Həmin uşaq da 5 manatı sonradan Abuzərin qohumu olan, sonradan adının Asim olduğunu öyrəndiyi bir şəxsə vermişdir. Asiman Asimə həmin pulu videoçəkiliş edən adama verməsini bildirdikdə Asim pulu videoçəkiliş edən şəxsə vermişdir. Həmin vaxt Hafiz pulu digər videoçəkiliş edən şəxsə verməyi Asimə bildirmişdir. Bundan sonra Asim Asiman və Hafizə yaxınlaşmışdır. Onların nə danışdığını bilməmişdir. Lakin 2-3 dəqiqə sonra Hafiz Asim zal hissədən çıxaraq restoranın foye hissəsinə keçmişlər. Bir neçə dəqiqə sonra o zaldan çıxmışdır. Restoranın foye hissəsinə daxil olduqda Hafizin Asim və İlkin ilə mübahisə etdiyini görmüşdür. Orada olan şəxslərin dediyinə görə Hafiz orada söyüş söydüyü üçün İlkin ona irad bildirmiş və restorandan çıxmasını əmr etmişdir. Biraz sonra Hafiz restoranı tərk etmişdir. Bundan bir neçə dəqiqə sonra isə o da restoranı tərk etmişdir. Restorana özünə məxsus Vaz 21074 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişdir. Restoranda müəyyən miqdarda araq içib sərxoş olduğu üçün avtomobili idarə etmək istəməmiş, buna görə də dostu Elməddinə zəng edib avtomobilini idarə etmək üçün Elməddini restoranın yaxınlığına çağırmışdır. Elməddin təxminən 10-15 dəqiqə sonra yanına gəlmişdir. Elməddin onun avtomobilini idarə etmiş, o isə sərnişin oturacağına əyləşmişdir. Onlar təxminən 15-20 dəqiqə İsmayıllı şəhəri ərazisində avtomobil ilə gəzmişlər. Gəzərkən yenidən “Gülüstan” restoranının yerləşdiyi H.Əliyev adına park tərəfə gəlmişlər. Parkın qarşısında, yəni Abuzərin yaşadığı evin yaxınlığında adamların toplaşdığını görmüşdür. Bu zaman Elməddin avtomobili saxlamış və onlar avtomobildən enmişlər. Həmin vaxt Hafiz ilə Abuzər söhbət edirmiş. O uzaqdan Hafiz və Abuzərə baxırmış. Uzaqda olduğu üçün onların nə danışdıqlarını bilmirmiş. Bir neçə dəqiqə sonra Abuzər Hafizdən ayrılmış və evə tərəf getmişdir. Həmin vaxt İlkin də uzaqda dayanmışdır. Bir anda Abuzər yenidən Hafiz tərəfə qayıtmışdır. Həmin vaxt Hafiz cibindən bıçaq çıxartmışdır. Bu zaman İlkin yerdən əli ilə torpaq topasını götürərək Hafizə tərəf atmışdır. Hafiz Abuzəri bıçaqla vurmuşdur. Lakin Hafizin dəqiq olaraq Abuzəri hansı nahiyəsindən və neçə dəfə vurduğunu görməmişdir. O da mübahisənin kəskinləşdiyini görüb Elməddinə avtomobili kənara çəkməsini bildirmişdir. Bundan sonra isə Hafiz bıçaqla İlkini vurmuşdur. Bundan sonra Hafiz Elməddinin idarəsində olan ona məxsus avtomobilə əyləşmiş və Elməddin də avtomobili idarə etmişdir. Yolda olarkən Elməddinə zəng etmiş və Hafizi avtomobildən düşürtməsini və avtomobili yaşadığı evin qarşısına aparmasını bildirmişdir. Özü də Niva markalı avtomobilə əyləşmiş və Nivanı idarə edən Yusifdən onu evə düşürtməsini xahiş etmişdir. Həmin vaxt sərnişin olduğu avtomobildə Cavidan da olmuşdur. O yaşadığı evə çatdıqda Hafizin küçədə dayandığını görmüşdür. Hafizə “məni niyə zibilə salırsan?” deyərək sual ilə müraciət etmişdir. Hafiz isə ona “mən səni zibilə salmıram” demişdir. O isə Hafizə “avtomobilimə əyləşmisən, daha neynəyəcəksən ki” demişdir. Bundan sonra Hafiz Yusifin avtomobilinə əyləşmiş və oradan getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 18 iyul 2021ci il tarixdə saat 22 radələrində yaşadığı kənddə yerləşən kafedə dostu Cavidan ilə çay içərkən Cavidanın mobil telefonuna zəng gəlmişdir. Cavidan mobil telefonla danışdıqdan sonra tanışı Hafizin onu Gülüstan şadlıq sarayının yaxınlığına çağırdığını demiş və avtomobili olmadığı üçün Cavidan ondan onu həmin yerə aparmasını xahiş etmişdir. Buna görə də o özünə məxsus Niva markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavidan ilə birlikdə Gülüstan şadlıq sarayının qarşısına getmişdir. Təxminən 10-15 dəqiqə sonra Hafiz onlardan təxminən 100 metr aralıda VAZ 2107 markalı avtomobildən enmişdir. Buna görə də o avtomobili Hafizin olduğu yerə tərəf idarə etmişdir. Hafizin yanında avtomobili saxlamış və Cavidan avtomobildən enmişdir. O avtomobildən enməmiş və avtomobildə əyləşən vəziyyətdə Hafizlə salamlaşmışdır. Hafizi bir rayon sakini kimi tanıyırmış, yəni onunla heç bir münasibəti olmamışdır. Hafiz təxminən 5-10 nəfər adamın olduğu yerə tərəf getmiş və orada ağ köynəkli, sonradan adının Abuzər olduğunu öyrəndiyi şəxslə kənara çəkilərək söhbət edirmiş. Həmin vaxt o Hafiz və Abuzərin söhbət etdikləri yerdən təxminən 200 metr aralıda dayanmışdır. Həmçinin həmin yerdə adamlar yığışdığı üçün dəqiq olaraq nə baş verdiyini görməmişdir. Lakin bir anda orada olan şəxslərin “bıçaqladı” dediklərini eşitmişdir. Bundan sonra Hafiz orada olan Vaz 2107 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və oradan İsmayıllı rayon Peşə Məktəbi istiqamətində getmişdir. Həmin vaxt o avtomobilini irəli istiqamətdə idarə edib oradan kənarlaşmaq istəmişdir və anidən Cavidanı görmüşdür. Cavidanın yanında avtomobili saxlamışdır. Cavidanın yanında İlknur da olmuşdur. İlknur ondan onu yaşadığı evə aparmağı xahiş etmişdir. O da etiraz etməmiş və İlknuru evinə aparmağa razılıq vermişdir. Bu zaman İlknur avtomobilin arxa hissəsinə, Cavidan isə ön sərnişin oturacağına əyləşmişdir. O da İlknurun göstərdiyi istiqamətdə avtomobili idarə etmiş və təxminən 7- 8 dəqiqə sonra İlknurun yaşadığı evin qarşısına çatmışlar. Həmin vaxt Vaz 2107 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil İlknurun evinin qarşısında dayanmışdır. O avtomobili saxladıqdan sonra Cavidan və İlknur avtomobildən enmişlər. Bundan sonra Cavidan təkrar avtomobilə qayıtmış və arxa hissədə əyləşmişdir. Hafiz isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Hafiz avtomobili idarə etməyi ona bildirmiş və o da avtomobili idarə etməyə başlamışdır. Həmin vaxt o Hafizə müraciət edərək “məni bu işə qarışdırmayın, yaxınlıqda avtomobildən enin” demişdir. Hafiz və Cavidan da razılaşmış və təxminən 600 metr sonra, İsmayıllı şəhəri, Nizami küçəsində, Qəbələ istiqamətində olan yolun sağ tərəfində yerləşən dayanacaqda Hafiz və Cavidan avtomobildən enmişlər. Bundan sonra o yaşadığı evə gedərək avtomobili evin həyətyanı sahəsinə daxil etmiş və yatmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2 ildən çoxdur ki, Baş Mühafizə İdarəsinin X9 Şöbəsinin polis nəfəri işləyir, polis serjantıdır. 18 iyul 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı kənddə yerləşən kafedə dostu Yusif ilə çay içərkən digər dostu Hafiz ona zəng edərək harada olduğunu soruşmuşdur. O da Hafizə kafedə çay içdiyini demişdir. Hafiz ondan onu Gülüstan şadlıq sarayının qarşısında götürməyini xahiş etmişdir. O Hafizə avtomobilinin olmadığını, lakin yanında olan Yusifin avtomobilinin olduğunu və həmin avtomobil ilə Gülüstan şadlıq sarayının yaxınlığına gələcəyini demişdir. Təxminən 15 dəqiqə sonra o və Yusif sonuncunun idarə etdiyi Niva markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gülüstan şadlıq sarayının yanına getmişlər. Orada olarkən Hafizə zəng etmiş, lakin Hafizin mobil nömrəsinə zəng çatmamışdır. 2-3 dəqiqə sonra Hafiz taksi sürücüsü ilə dayandığı yerə gəlmişdir. O Hafizlə salamlaşmış və sonuncu sonradan adının Abuzər olduğunu öyrəndiyi, həmin gün toyu olan bəylə işinin olduğunu ona deyərək getmişdir. Biraz sonra Hafizin Abuzər ilə söhbət edə-edə camaatın olduğu yerdən kənara çəkildiyini görmüşdür. Təxminən 4-5 dəqiqə sonra kənardan Abuzərin və sonuncunun qardaşı olan İlkinin Hafiz tərəfindən bıçaqlandığını görmüşdür. Bu hadisə tez bir vaxtda olduğu üçün o və digərləri Hafizin yanına tərəf gedə bilməmişlər. Həmçinin o digərlərindən uzaqda olduğu üçün sonradan Hafizin nə etdiyini də görə bilməmişdir. Bu hadisədən dərhal sonra Hafizin Vaz 2107 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmişdir. Həmin vaxt o Hafizin hara gedəcəyini bilməmiş və təxminən 2-3 dəqiqə sonra Yusifin avtomobilə əyləşmişdir. Həmin vaxt İlknur onlara yaxınlaşaraq onu evinə aparmasını Yusifdən xahiş etmişdir. Buna görə də Yusif avtomobili İlknurun yaşadığı İsmayıllı şəhəri, Ş.Qurbanov küçəsi istiqamətində idarə etmişdir. Onlar avtomobildə olarkən İlknur Elməddin ilə telefon ilə danışırmış və İlknur da ona Hafizin onun evinin qarşısında olacağını demişdir. Təxminən 5-7 dəqiqə sonra onlar İlknurun yaşadığı evin qarşısına çatmışlar. Həmin vaxt İlknurun avtomobilinin orada olduğunu, Hafizin və Elmədinin isə küçədə dayandığını görmüşdür. İlknur avtomobildən enmiş, daha sonra isə onlar avtomobildən enmişlər. Təxminən 2-3 dəqiqə ərzində onlar küçədə söhbət etmişlər. Söhbət zamanı o və digərləri Hafizə polisin onu axtaracağını və buna görə də gedib polisə təslim olmağını bildirmişdir. Hafiz atasını rayondan kənarda olduğunu, atası gələn kimi onunla birlikdə polisə gedəcəyini demişdir. Daha sonra o Niva markalı avtomobilin arxa oturacağına, Yusif sükan arxasına, Hafiz isə ön sərnişin oturacağına əyləşmişdir. Onlar Hafizin evi istiqamətində gedirmişlər. Yolda olarkən Yusifin atası ona zəng edib onu çağırmışdır. Buna görə o və Hafiz Nizami küçəsində avtomobildən enmişlər. Orada taksiyə əyləşmişlər və taksi onu yaşadığı evin yerləşdiyi küçəyə apardı. Hafiz də həmin avtomobil ilə evə gedəcəkmiş. Sonradan isə Hafizin harada olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 18 iyul 2021ci il tarixdə saat 18 radələrində tanışı Zərərçəkmiş şəxs2 toy məclisinə getmişdir. Toy məclisi “Gülüstan” şadlıq sarayında baş tutmuşdur. O, Hafiz, Adil və İlknur restorana birlikdə daxil olmuşlar və bir masa arxasında əyləşmişlər. Toyda olarkən o adını bilmədiyi, azyaşlı bir qız uşağına 5 manat verərək həmin pulu videoçəkiliş edən şəxsə verməyi xahiş etmişdir. Həmin qız uşaq 5 manatı Abuzərin qohumu olan, sonradan adının Asim olduğunu öyrəndiyi şəxsə vermişdir. Yanında oturan Hafiz Asimə həmin pulu videoçəkiliş edən şəxsə verməsini bildirdikdə Asim pulu Hafizin bildirdiyi şəxsə deyil, digər videoçəkiliş edən şəxsə vermişdir. Həmin vaxt Hafiz Asimə pulu digər videoçəkiliş edən şəxsə verməyi bildirmişdir. Bundan sonra Asim Hafizə yaxınlaşmışdır. Asim Hafizə “sən o pulu kameraman verməyi dedikə bunu məndən xahiş edirdin ya əmr edirdin” deyərək Hafizə sual ilə müraciət etmişdir. Hafiz də həmin vaxt Asimə “nə əmr, mən xahiş edirdim” deyərək cavab vermişdir. Hafiz ilə Asim sərxoşmuşlar və buna görə aralarında olan söhbəti davam etdirmək üçün Asimin istəyi ilə restoranın zal hissəsindən foye hissəsinə keçmişlər. Bundan 3-4 dəqiqə sonra mən foyeyə çıxmışdır. Həmin vaxt Hafiz ilə Asim söz mübahisəsi edirmişlər. Lakin onlar birbirilərini vurmurmuşlar. Hafiz ilə Asimin nə danışdıqlarını eşidə bilməmişdir. Təxminən 2-3 dəqiqə sonra Hafiz oradan çıxıb getmişdir. Təxminən 10-15 dəqiqə sonra da o restorandan çıxaraq yaşadığı evə getmişdir. Növbəti gün yəni 19 iyul 2021-ci il tarixdə səhər saatlarında Hafizin Abuzər və İlkini bıçaqla vuraraq onlara xəsarət yetirdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 18 iyul 2021ci il tarixdə xalası oğlu Abuzərin toyu olduğu üçün xalası onları da ailə üzvləri ilə birlikdə həmin toyda iştirak etmək üçün toya dəvət etmişdir. Toydan bir gün öncə isə o, qardaşı və bacısı xalasıgilə getmişlər. Toy günü o da hər kəs kimi toyda masa arxasında oturub yemək yemiş və spirtli içki içmişdir. Həmin vaxt tanımadığı, təxminən 5-6 yaşlarında bir qız uşağı əlində 5 manat pul ilə ona yaxınlaşmış və həmin pulu ona verib qaçıb getmişdir. O həmin vaxt nə baş verdiyini bilməmişdir. Bundan sonra bəy və gəlinin əyləşdiyi masanın yanında oturmuş şəxslərin onu çağırdığını eşitmiş və nə baş verdiyini öyrənmək üçün onlara yaxınlaşdıqda həmin masada oturan tanımadığı şəxslərdən birinin ona sərt şəkildə “5 manat göndərmişəm onu apar ver toybəyinə” demişdir. O da həmin şəxsə “sən məni tanıyırsanmı ki, mənə pul verib göstəriş verirsən” deyərək sual ilə müraciət etmişdir. Onlar həmin masada təxminən 5-10 dəqiqə söz mübahisəsi etmişlər. Bundan sonra həmin adamın yanındakı tanlmadığı dostu masadan qalxıb ona hədə qorxu gələrək “burdan get yoxsa səni deşərik” demişdir. Bundan sonra o səs küy olduğu üçün Hafizə restoranın foyesinə gedib orada söhbət etməyi getməyi bildirmişdir. O Hafizə restoranın foyesində təxminən 5 dəqiqə söhbət etdikdən sonra masada Hafizin yanında oturan tanımadığı dostu gəlib yenidən ona “sən pulu aparıb toybəyinə verməli idin, sən düz eləmədin” demişdir. Bundan sonra Hafizin yanındakı dostu onun qolundan tutub restoranın çölünə aparmaq istəyən zaman o həmin şəxsi əli ilə itələyib özündən uzaqlaşdırmışdır. Bu zaman onların səsinə xalası oğlu Abuzər, İlkin, dayısı Nərman Sərraf, xalası oğlu, Abuzərin atası Nəriman da gəlib onları aralaşdırdıqdan sonra Hafiz ilə yanındakı dostunu restoranın çölünə çıxaran zaman Hafiz ilə yanındakı dostu çöldə qapının girişində yenidən ona hədə qorxu gələrək “səni tapıb vuracayıq” demişlər. Bundan sonra dayıları onu sakitləşdirib çölə çıxmağına mane olmuşlar və o yenidən restoranın zalına girib masasında oturub yeyib-içmişdir. Hafiz ilə yalnız söz mübahisəsi etmiş, bir-birilərini vurmamışlar, həmçinin həmin vaxt üzərində bıçaq və ya digər kəsici-deşici xasssəyə malik hər hansı bir predmet olmamışdır. Toy qurtarandan sonra o içkili olduğundan qardaşı onu Nəriman dayının evinə aparmış və o orada qalmışdır. Növbəti gün səhər təxminən saat 10 radələrində yuxudan oyananda Hafizin xalası oğlu Abuzər və İlkinə bıçaqla xəsarət yetirmişlər və xalasının əri Nəriman rəhmətə getmişdir. O toydan 2 gün sonra Bakı şəhərinə gəlmiş və 15 gün orada qaldıqdan sonra Naxçıvana qayıtmışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan onu vurduğunu, məhz vurulmasını aydınlaşdırmaq məqsədi ilə onların yaşadığı evə getdiyi ilə bağlı göstərdikləri ibtidai istintaq zamanı araşdırılmış və bu barədə sübutların qiymətləndirilməsi haqqında qərarda hüquqi qiymət verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 onu heç bir əsaslı səbəb olmadan vurduğunu məhkəmə iclasında da bildirmiş, qarşılıqlı dindirmə zamanı Zərərçəkmiş şəxs1 yumruqla onu vurduğunu etiraf etmişdir. Hazırki iş üzrə cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 21 sentyabr 2021ci il tarixli qərardan görünür ki, İsmayıllı RPŞ-nin İstintaq bölməsinin müstəntiqi tərəfindən 18 iyul 2021-ci il tarixdə saat 21 radələrində “Gülüstan” şadlıq sarayının foyesində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yumruqla vurduğunu, həmçinin saat 22 radələrində A.Aslanov küçəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və bir neçə nəfər şəxsin onu döydüyünu bildirmiş, Təqsirləndirilən şəxs həmin ifadəsi onun cinayət məsuliyyətindən yayınmaq məqsədilə verdiyi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmiş və vəsatət kimi qəbul edilərək istintaq materialları ilə təkzib edildiyindən əsassız olduğuna görə rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17.04.2012-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına məhkəmə nəzarəti qaydasında yalnız CPM-in 449.2-ci maddəsində sadalanan şəxslərin şikayətləri əsasında baxıla bilər. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vera Fernandez-Huidobro İspaniyaya qarşı iş üzrə vurğulamışdır ki, qərəzsizlik tələbi nəzərdə tutur ki, “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir (N 74181/01, 06 yanvar 2010cu il, § 108). Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi haqqında” həmin qərar ləğv edilməməklə hazırda qüvvədə olduğundan məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tərəfindən yumruqla vurulması faktını araşdıra bilmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X18 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi еkspеrtizаsının 26 iyul 2021-ci il tаriхli 264 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-sağ dirsək sinirinin hissəvi zədələnməsi ilə müşayiət edilən sağ bazunun yarası deşici-kəsici alətin (ola bilsin bıçaq) deşici-kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 18.07.2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X18 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi еkspеrtizаsının 21 iyul 2021-ci il tаriхli 265 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsinin səthi yarası, bel nahiyəsinin yaraları (cərrahi tikilmiş) deşici-kəsici alətin (ola bilsin bıçaq) deşici-kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 18.07.2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə ayrı-ayrılıqda döş qəfəsinin yarası sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir, bel nahiyəsinin yaraları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan оlуnmуш Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X18 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi еkspеrtizаsının 21 iyul 2021-ci il tаriхli 266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində, eləcə də baş nahiyəsində xəsarətin hər hansı bir obyektiv əlaməti və xəsarət izi (qançır, sıyrıq, yara və s.) aşkar edilmədi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış kompeks məhkəmə trasoloji və məhkəmə balistik ekspertizasının 19 avqust 2021-ci il tarixli 3/1322, 3/1323 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. -Tədqiqata təqdim edilmiş iki ədəd köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yer və ölçüsü verilib. Həmin zədələrdən Zərərçəkmiş şəxs2 məxsus köynəyin üzərində olan “a,b” və Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində olan zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. -Təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin üzərində olan “c” zədəsi fiziki qüvvənin təsirindən yarana bilən qopma zədəsidir. -Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərlə onlara məxsus köynəyin üzərində olan zədələr uyğunluq təşkil edir və üst-üstə düşürlər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 18.07.2021-ci il tarixdə, saat 21 radələrində İsmayıllı şəhərinin Babək küçəsində yerləşən “Gülüstan” şadlıq sarayında keçirilən Zərərçəkmiş şəxs2 toy məclisinə çağırılmadığı halda, həmin məclisə gələrək bəyin xalası oğlu Şahid ilə əsaslı səbəb olmadan söz mübahisəsi edib zor tətbiq edəcəyi ilə hədələməklə öz şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyaraq toy şənliyinə gəlmiş insanların yanında nalayiq ifadələr işlətməsi səbəbindən bəyin qardaşı Zərərçəkmiş şəxs1 tərəfindən şadlıq sarayından kənarlaşdırıldıqdan sonra, bunu cüzi səbəb kimi bəhanə edərək həmin gün, saat 22 radələrində istintaqa məlum olmayan mənbədən əldə etdiyi soyuq silah hesab edilməyən bıçağı götürərək Zərərçəkmiş şəxs1 ilə mübahisəni davam etdirmək məqsədilə sonuncunun yaşadığı İsmayıllı şəhəri, A.Aslanov küçəsində, yəni toy məclisinin olduğu “Gülüstan” şadlıq sarayının 300 metr yaxınlığında yerləşən evin qarşısına gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 onun qarşısına çıxaraq qardaşı Zərərçəkmiş şəxs1 ilə növbəti gün görüşərək söhbət etməsini xahiş etmiş, lakin o, öz qərəzli hərəkətlərini davam etdirərək ətrafda toy məclisi ilə bağlı gəlmiş insanların olmasına əhəmiyyət vermədən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək heç bir əsaslı səbəb olmadan şalvarının sağ cibindən çıxartdığı soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı, silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərib qəsdən döş nahiyəsindən bir dəfə vuraraq sonuncuya döş qəfəsinin sol yarısında, qoltuqaltı xətti üzrə 0,7x0,2 sm ölçüdə, kənarları hamar, bucaqları iti 1 (bir) ədəd səthi yarası kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə həmin bıçaqla qəsdən iki dəfə Zərərçəkmiş şəxs2 bel nahiyəsindən vuraraq bel nahiyəsində solda, bir-birindən 5 sm aralı, 2,3x0,2 sm və 1,5x0,2 sm ölçüdə 2 (iki) ədəd cərrahi tikilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonra isə öz qərəzli hərəkətlərini davam etdirib hadisə yerinə gələn Zərərçəkmiş şəxs1 sağ qolundan bıçaqla qəsdən bir dəfə vuraraq sonuncuya sağ dirsək sinirinin hissəvi zədələnməsi ilə müşayiət edilən sağ bazunun arxa səthinin yuxarı 3/1-də 4,0x0,2 sm ölçüdə cərrahi tikilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmiş və onların əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması qismən özünün və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 18.07.2021-ci il tarixdə, saat 21 radələrində İsmayıllı şəhərinin Babək küçəsində yerləşən “Gülüstan” şadlıq sarayında keçirilən Zərərçəkmiş şəxs2 toy məclisinə çağırılmadığı halda, həmin məclisə gələrək bəyin xalası oğlu Şahid ilə əsaslı səbəb olmadan söz mübahisəsi edib zor tətbiq edəcəyi ilə hədələməklə öz şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyaraq toy şənliyinə gəlmiş insanların yanında nalayiq ifadələr işlətməsi səbəbindən bəyin qardaşı Zərərçəkmiş şəxs1 tərəfindən şadlıq sarayından kənarlaşdırıldıqdan sonra, bunu cüzi səbəb kimi bəhanə edərək həmin gün, saat 22 radələrində istintaqa məlum olmayan mənbədən əldə etdiyi soyuq silah hesab edilməyən bıçağı götürərək Zərərçəkmiş şəxs1 ilə mübahisəni davam etdirmək məqsədilə sonuncunun yaşadığı İsmayıllı şəhəri, A.Aslanov küçəsində, yəni toy məclisinin olduğu “Gülüstan” şadlıq sarayının 300 metr yaxınlığında yerləşən evin qarşısına gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 onun qarşısına çıxaraq qardaşı Zərərçəkmiş şəxs1 ilə növbəti gün görüşərək söhbət etməsini xahiş etmiş, lakin o, öz qərəzli hərəkətlərini davam etdirərək ətrafda toy məclisi ilə bağlı gəlmiş insanların olmasına əhəmiyyət vermədən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək heç bir əsaslı səbəb olmadan şalvarının sağ cibindən çıxartdığı soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı, silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərib qəsdən döş nahiyəsindən bir dəfə vuraraq sonuncuya döş qəfəsinin sol yarısında, qoltuqaltı xətti üzrə 0,7x0,2 sm ölçüdə, kənarları hamar, bucaqları iti 1 (bir) ədəd səthi yarası kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə həmin bıçaqla qəsdən iki dəfə Zərərçəkmiş şəxs2 bel nahiyəsindən vuraraq bel nahiyəsində solda, bir-birindən 5 sm aralı, 2,3x0,2 sm və 1,5x0,2 sm ölçüdə 2 (iki) ədəd cərrahi tikilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonra isə öz qərəzli hərəkətlərini davam etdirib hadisə yerinə gələn Zərərçəkmiş şəxs1 sağ qolundan bıçaqla qəsdən bir dəfə vuraraq sonuncuya sağ dirsək sinirinin hissəvi zədələnməsi ilə müşayiət edilən sağ bazunun arxa səthinin yuxarı 3/1-də 4,0x0,2 sm ölçüdə cərrahi tikilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 221.3–cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM– in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmişlərlə barışıq əldə etməyə təşşəbüs göstərməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Ağazadə X6 rayon məhkəməsinin 29.09.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirləndirilərək qəti olaraq 11 gün islah işləri cəzasına məhkum edilmiş, İsmayıllı rayon məhkəməsinin 13.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi təqsirləndirilərək həmin Məcəllənin 67-ci maddəsi tətbiq edilməklə qəti ayliq qazancından 15 % məbləğdə pul dövlət nəfinə tutulmaqla 06 ay 11 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, 16.03.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayədəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İsmayıllı RMX PHŞ-nin KPŞ-dən alınmış 8 sentyabr 2021-ci il tarixli 185 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs KPŞ-nin ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdurlar. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 iyul 2021- ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 19.07.2021–ci il tarixdə tərtib olunmuş və həmin gün saat 18:00-dan o, şübhəli şəxs kimi tutulmuşdur. Həmçinin, İsmayıllı Rayon Məhkəməsinin 21 iyul 2021–ci il tarixli, 4(037)-31/2021 saylı qərarı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 iyul 2021–ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.6–cı maddəsinin tələbinə uyğun olaraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş hallar məhkəmənin hökmündə təqsirləndirilən şəxslərin hər birinə aid olan hissədə ayrı–ayrılıqda qeyd edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 2 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılmalı, 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı tutulduğu andan - 19 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 2 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar