Məhkəmə qərarları › İş №1(037)-61/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-61/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-61/2022 06.09.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçərmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 06 sentyabr 2022-ci il tarixdə saat 17:10-da İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1956-cı ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən yaşadığı evin qarşısında faktiki nikah münasibətlərində olduğu X3 gəlini və qonşusu olan Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı əsəbiləşib qəsdən Zərərçəkmiş şəxs saçlarını yolaraq, əlləri ilə, eləcə də yerdən götürdüyü çay daşı ilə sonuncunun baş və sifət nahiyələrindən iki dəfə vuraraq, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması və beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin hematoması, sol qaş qövsünün səthi yarası, sol qaş qövsünün, sol qulağın sıyrıqları və sol gözaltı nahiyənin qançırı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, rəsmi olmasa da 42 ildir X5 ilə birlikdə yaşayır. Şikayəti olduğu Zərərçəkmiş şəxs ögey oğlu Amid ilə Turanə təxminən 10 ildir evlənmişdir. Birgə nikahlarından 2 azyaşlı uşaqları olmuşdur. Amidlə Turanə dolanmadıqları üçün boşanmaq məqsədi ilə İsmayıllı rayon məhkəməsinə müraciət etmişlər. Buna görə Amid evi tərk edib və Turanədən kənarda ayrı yaşayır. Özü də Azadxanla birlikdə Turanənin yaşadığı həyətin qonşuluğunda yaşayır. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində o, yaşadığı evdən küçəyə çıxıb həyətin qarşısında olan oturacaqda əyləşmiş və Azadxanın idarə etdiyi avtomobili ilə gəldiyini görmüşdür. Azadxan çatıb avtomaşından yerə düşmüşdür. Bu an qonşu həyətdə yaşayan Turanə yaşadığı həyətdən çıxıb üstünə gələrək guya onun uşaqlarına qarğış etdiyini iddia edərək onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Turanənin heç nə etməyəcəyini fikirləşmiş, lakin gözləmədiyi halda Turanə üzərinə hücum çəkərək hər iki əli ilə onun saçından tutub möhkəm dartmaqla onu arxası üstə yerə yıxmışdır. Yerə yıxdıqdan sonra isə üzərinə oturub dırnaqları ilə onu üzünü cırmağa və saçını yolmağa başlamışdır. O, özünü müdafiə etmək məqsədi ilə Turanənin saçından tutub dartmışdır. Bu zaman Azadxan gələrək Turanənin əlindən yapışıb ondan aralamaq istəsə də ayıra bilməmişdir. Həmin vaxtı hadisə yerinə gələn qonşusu X6 ayırmışdır. Lakin Turanə əl çəkmədiyindən yerdən bir ədəd çay daşını götürüb sonuncuya tərəf atmış, daş Turanənin sol qaşından dəymiş və sifətindən qan axmağa başlamışdır. Bunun ardınca Turanə DİN-in “102 xidməti”nə müraciət etmişdir. Sözügedən hadisə yerində özü, Turanə və Azadxan olmuş, sonradan isə səs-küyə Şahin gəlmişdir. Belə ki, Turanə saçından tutub dartdığı üçün o, özündən asılı olmayaraq qışqırmışdır. Hadisə ümumilikdə 10-15 dəqiqə müddətində davam etmişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bu zaman Turanənin onu döyməsi ilə bağlı İsmayıllı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Özü Turanə ilə əlbəyaxa olsa da Azadxan Turanəyə əl toxundurmamış, bir sözlə sonuncunu döyməmişdir. Turanə ilə əvvəllər normal münasibəti olmamışdır. Zərərçəkmiş şəxs bədən səthində müşahidə olunmuş qapalı kəllə beyin travması və beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin hematoması, sol qaş qövsünün səthi yarası, sol qaş qövsünün, sol qulağın sıyrıqları və sol gözaltı nahiyənin qançırı kimi xəsarətləri isə birincinin saçlarını yolaraq və daşla bir dəfə qəsdən vuraraq yetirmişdir. Öz bədən səthində olan sol gözaltı nahiyənin, üzün sol yarısının, sol qulaq seyvanının sıyrıqları kimi xəsarətləri Zərərçəkmiş şəxs dırnaqları ilə cırmaqlayaraq ona yetirmişdir. Tələbi Zərərçəkmiş şəxs barəsində qanuni tədbir görülməsidir. Törətdiyi əməlinə görə peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, şikayəti qaynatası Azadxan Tayirzadə və sonuncu ilə nikahdan kənar birlikdə yaşayan Təqsirləndirilən şəxsdır. Azadxanın oğlu Amidlə rəsmi olaraq evli olmuş və boşanmışdır, 2 azyaşlı uşaqları vardır. Onun Amiddən boşanmaq məsələsi olduğuna görə Azadxan və Minayə onu evdən çıxarmağa çalışmışdır. Bundan ötrü müxtəlif şayiələr yaymış, azyaşlı uşaqlarını küçədə görəndə qarğış etmiş, özünü də harda görsə döyəcəyini xəbər göndərmişlər. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı evdə olarkən həyətinin qapısının qarşısına çıxdıqda Minayə və Azadxanı görmüşdür. Minayəyə onun uşaqlarına hansı səbəbdən qarğış etdiyini və onun arxasınca hansı səbəbdən danışmasının səbəbini soruşmuşdur. Minayənin yumruğunu sıxmasını görüb üzərinə hücum edəcəyini hiss etmişdir. Sözünü deyib qurtaran kimi Minayə onun üzərinə hücum çəkərək saçından tutub dartmağa başlamışdır. O, özünü müdafiə etmək məqsədi ilə Minayənin saçından tutub dartmışdır. Bu zaman Azadxan yaxınlaşıb onu sağ qolu ilə boğmağa başlamışdır. Minayə də yerdən bir ədəd çay daşını əlinin içərisinə götürərək bir dəfə başının ortasından və bir dəfə də sol qaşının üstündən zərbə ilə vurmuşdur. Sifətindən qan açılmış və bundan sonra hadisə yerinə gələn qonşusu Şahin onları aralamışdır. Sifəti və üstü qanlı vəziyyətdə DİN-in “102 xidməti”nə müraciət edərək məlum məzmunda məlumat vermiş, bundan sonra da ürəyi getdiyindən yerə yıxılıb qalmışdır. Həmin vaxtı hadisə yerinə kimlərin gəlməsindən xəbəri olmamışdır. Lakin hadisə yerinə ilk olaraq qonşusu Şahin gələrək, onu Azadxan və Minayənin əlindən almışdır. Eyni zamanda məlum vaxtı Azadxan və Minayə birlikdə onu sürümüşlər. Münaqişə ümumilikdə isə 10-15 dəqiqə müddətində davam etmişdir. Dava zamanı Minayənin saçını dartsa da sonuncuya xəsarət yetirmədiyini, qaynatası Azadxanın da ifadəsini qərəzli şəkildə verərək həqiqəti bildirmədiyini qeyd etmişdir. Tələbi Azadxan və Minayə barəsində qanuni tədbir görülməsidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada daha ciddi cəza verilməsi xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 1-ci həyat yoldaşından 1993-cü ildə boşanmışdır. Minayə isə 2-ci arvadıdır. Rəsmi olmasa da 42 ildir Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Amid 1-ci arvadından olma oğludur. Turanə də Amidin 2-ci arvadıdır. X14 təxminən 10 ildir evlidir. Birgə nikahlarından 2 azyaşlı uşaqları olmuşdur. Amidlə Turanə dolanmadıqları üçün boşanmaq məqsədi ilə İsmayıllı rayon məhkəməsinə müraciət etmişlər. Amid hazırda Turanədən kənarda ayrı yaşayır. Turanə isə onun yaşadığı həyətin qonşuluğunda 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində özünə məxsus avtomobili ilə yaşadığı evə gələrkən Minayəni oturacaqda əyləşmiş görmüşdür. Bu zaman gəlini Turanə yaşadığı həyətdən çıxaraq gəlmiş, gələ-gələ Minayəni təhqir etmiş, ardınca isə Minayənin saçından tutub yerə yıxaraq üstündə oturmaqla Minayənin üzünü cırmağa və saçını yolmağa başlamışdır. Yaxınlaşaraq aralamaq istəsə də Turanə Minayənin saçını möhkəm tutduğu üçün Turanəni aralaya bilməmişdir. Bu zaman Minayə də Turanənin saçından tutub dartmışdır. Həmin vaxtı səs-küyə qonşu və qohumu olan Şahin Qasımov gəlmiş və Turanə ilə Minayəni bir-birindən birtəhər ayırmışdır. Lakin bu zaman Minayə yerdən 1 ədəd xırda çay daşı götürüb Turanəyə tərəf atmış və daş Turanənin sol qaşına dəydiyindən sonuncunun sifətindən qan axmağa başlamışdır. Daha sonra Turanə DİN-in “102 xidməti”nə müraciət etmişdir. Hadisə yerində o, Minayə və Turanə olmuşdur. Daha sonra isə həmin yerə Şahin gəlmişdir. Hadisə ümumilikdə 10-15 dəqiqə müddətində davam etmişdir. Sözügedən vaxtı davaya qarışmamış, Turanəni boğmamış, sürüməmiş, nə də ki, döyməmişdir. Onu da həmin vaxtı heç kim vurmamış, xəsarəti olmadığından da məhkəmə tibbi ekspertiza müayinəsindən keçməmiş, hazırda da buna ehtiyacı və hər hansı tələbi yoxdur. Onun Turanəni döyməsi ilə bağlı sonuncunun dedikləri həqiqəti əks etdirmir, şər və böhtandır. Turanənin ondan şikayət etməsi qərəzli olmaqla birincinin məqsədi onu cinayətə sövq etməkdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan: Səhiyyə Nazirliyinin MTE və PAB-nin X12 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 264 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunan xəsarətlər – qapalı kəllə beyin travması və beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin hematoması, sol qaş qövsünün səthi yarası, sol qaş qövsünün, sol qulağın sıyrıqları və sol gözaltı nahiyənin qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddir. Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 264/04 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: qapalı kəllə beyin travması və beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin hematoması, sol qaş qövsünün səthi yarası, sol qaş qövsünün, sol qulağın sıyrıqları və sol gözaltı nahiyənin qançırı. Qeyd edilən xəsarətlər (təpə nahiyəsinin hematoması, sol qaş qövsünün səthi yarası, sol qaş qövsünün, sol qulağın sıyrıqları və sol gözaltı nahiyənin qançırı) qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə müşayiət edildiyindən dərəcəsinə görə ümumilikdə sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərdən - təpə nahiyəsinin hematoması, sol qaş qövsünün səthi yarası, sol qaş qövsünün, sol qulağın sıyrıqları və sol gözaltı nahiyənin qançırı qapalı kəllə beyin travması və beyin silkələnməsi ilə müşayiət edilmədiyi halda istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yanbayan yerləşmiş X4 və Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evlərinin qarşısıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxsin sözügedən əmələ görə özünü təqsirli bilməməsi barədə gətirdikləri əsaslar məhkəmə iclasında sübuta yetirilməmiş, həmin ifadələr təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq mahiyyəti daşıyır. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə zərərçəkmiş şəxs Turanə Tayirovanın onu digər şəxlər tərəfindən də döyməsini bildirməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına məhkəmə nəzarəti qaydasında yalnız CPM-in 449.2-ci maddəsində sadalanan şəxslərin şikayətləri əsasında baxıla bilər. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vera Fernandez-Huidobro İspaniyaya qarşı iş üzrə vurğulamışdır ki, qərəzsizlik tələbi nəzərdə tutur ki, “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir (N 74181/01, 06 yanvar 2010-cu il, § 108). Azərbaycan Respublikası CM-nin 87.1.-ci madəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Həmin Məcəllənin 87.5.-ci maddəsinə əsasən zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. CPM-nin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Hazırki cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi haqqında” həmin qərar ləğv edilməməklə hazırda qüvvədə olduğundan məhkəmə zərərçəkmiş şəxs Turanə Tayirovanın başqa şəxs və ya şəxslər tətəfindən də döyülməsi faktını araşdırma səlahiyyətində deyildir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən yaşadığı evin qarşısında faktiki nikah münasibətlərində olduğu X3 gəlini və qonşusu olan Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı əsəbiləşib qəsdən Zərərçəkmiş şəxs saçlarını yolaraq, əlləri ilə, eləcə də yerdən götürdüyü çay daşı ilə sonuncunun baş və sifət nahiyələrindən iki dəfə vuraraq, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması və beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin hematoması, sol qaş qövsünün səthi yarası, sol qaş qövsünün, sol qulağın sıyrıqları və sol gözaltı nahiyənin qançırı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işi üzrə bu hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələsidə nəzərdə tutulmuş həddə cəza təyin olunmalıdır Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətr olmaqla, sağlamlığa yüngül zərər vurulmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hall kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Baş Əməliyyat İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “İsmayıllı RMX PHŞ”-dən alınmış xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixatrik kabinetdə qeydiyyatda yoxdur. İsmayıllı şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CinayətMəcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakteriza olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Nəzərə alınmalıdır ki, cinayət hadisəsi baş verməmişdən əvvəl zərərçəkmiş şəxs və onun qeyri-rəsmi yaşadığı əri ilə təqsirləndirilən şəxs arasında mülki xarakterli mübahisə olmuş və bunun nəticəsində bir neçə dəfə aralarında narazılıqlar yaranmışdır. Bu hal isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olmamış və həmin cinayətləri hadisələrin təsadüfi axarı zəminində törətmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, X10 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutlar və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə İsmayıllı rayonunun hüdudlarını tərk etməmək, İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən yaşayış yerini saat 00:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar