Məhkəmə qərarları › İş №1(037)-63/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-63/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-63/2023 28.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi və eyni zamanda Zərərçəkmiş şəxs1 iştirakı ilə 28 noyabr 2023-cü il tarixdə saat 15:15-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1975-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, İsmayıllı rayonu Qubaxəlilli kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs uzun müddət aralarında şəxsi münasibətlər zəminində ədavətləri olan həmkəndlisi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 04 may 2023cü il tarixdə, onun atası X19 ilə mübahisə edib sonuncuya sol qulaq seyvanının yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməyini öyrənib, qardaşı X15 ilə birlikdə, Bəhruz Abdullayevin idarə etdiyi “Vaz 2109” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə atasının yaşadığı ünvana gedərkən, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 və onun anası Zərərçəkmiş şəxs1 yaşadıqları İsmayıllı rayonu Qubaxəlilli kəndinin ərazisində yerləşən “Xırman” (keçmiş Sokzavod) adlanan ərazidə piyada hərəkətdə olduqlarını görüb, atası Fazil Abdullayevə xəsarət yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 qisas almaq qərarına gələrək avtomobili saxlatdırmış, avtomobildə olan nar ağacından hazırlanmış, heyvanları otararkən istifadə etdiyi 75 sm uzunluqda quru ağac parçasını götürüb avtomobildən düşərək Zərərçəkmiş şəxs2 üzərinə getmiş, həmin vaxtı öz ictimai borcunu yerinə yetirərək oğlu Zərərçəkmiş şəxs2 qorumaq üçün Zərərçəkmiş şəxs1 ona tərəf gəlib mane olmağa çalışdığını gördükdə o, bununla əlaqədar Zərərçəkmiş şəxs2 gözü qarşısında anasını döyməklə sonuncuya xüsusi əzab verəcəyini dərk edərək silah qismində istifadə etdiyi həmin ağac parçası ilə Zərərçəkmiş şəxs2 gözünün qarşısında anası Zərərçəkmiş şəxs1 baş nahiyyəsindən bir dəfə qəsdən bir zərbə vuraraq sonuncunu yerə yıxmış, sonra isə zərbənin təsirindən yerə yıxılmış Zərərçəkmiş şəxs1 kürək nahiyyəsindən həmin ağac parçası ilə bir neçə dəfə qəsdən zərbələr endirərək sonuncuya sol almacıq sümüyünün yerdəyişən sınığı və sol gözün üst və alt qapaqlarının qansızması ilə müşayət edilən sol almacıq nahiyyəsinin əzilmiş yarasından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aid, habelə sol kürək nahiyyəsinin və bel nahiyyəsinin qançırlarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin vaxtı Zərərçəkmiş şəxs2 öz ictimai borcunu yerinə yetirərək anası Zərərçəkmiş şəxs1 zərbələrin təsirindən qorumaq üçün sonuncunun üzərinə atılıb anasını müdafiə etməyə çalışdıqda o, öz cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs1 oğluna xəsarət yetirməklə xüsusi əzab verəcəyini dərk edərək sonuncunun gözü qarşısında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs2 baş, əl və bədəninin digər nahiyyələrindən əlindəki silah qismində istifadə etdiyi ağac parçası ilə qəsdən bir neçə dəfə zərbələr endirməklə sonuncuya sol əlin İİ daraq sümüyünün yerdəyişməyən sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aid və ənsə nahiyyəsinin səthi yarası, sağ dirsək oynağının və hər iki saidin qançırlarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxsa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Qubaxəlilli kəndində yaşayır. O, ailəliklə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək İsmayıllı rayonun Qubaxəlilli kəndi ərazisində məskunlaşmışdır. Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs2 tanıyır, onun həmkəndliləridir, onlarla münasibətləri əvvəllər normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. O, yaşadıqları kənddə atası Fazil Abdullayev və qardaşı Bəhruz Abdullayevdən ayrı qalır. 04 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən qardaşı Bəhruz ona zəng edərək Səyyadın atalarını Fazili döyməsi, dəmir parçası ilə atalarının qulaq nahiyyəsindən ağır zərbə yetirildiyi barədə məlumat vermiş və atalarının vəziyyətinin yaxşı olmadığını deyəyək təcili ora gəlməsini xahiş etmişdir. Bir qədər sonra qardaşı Bəhruz avtomobili ilə yaşadığı ünvana gəlmiş və onu götürərək təcili atalarının evinə yollanmışlar. O, atasının qulaq nahiyyəsindən ağır zərbə aldığını, qulağından hələ də qan gəldiyini görərək olduğca depressiv bir duruma düşmüş və qardaşına təcili yardıma zıng etməyi tapşırmışdır. O qardaşı ilə birlikdə həkim gətirmək üçün yola düşmüşlər. Yolda olarkən “Sokzavod” adlanan ərazidə Səyyad və anası Nübara rast gəlmişlər. Onlar 84 yaşlı atalarını hansı səbəbə görə döyərək o vəziyyətə salındığına aydınlıq gətirmək üçün avtomobili saxlamış və onların yanında yerə düşmüşlər. O, əsəblərinə hakim ola bilməmiş və Bəhruzun avtomobilində olan heyvanları qovalamaq üçün istifadə etdiyi nar ağacından olan ağac parçasını maşından götürüb “Siz kimsiz ki mənim atamı döyümüsüz” deyib Səyyadın üzərinə getmişdir. Bu vaxt Səyyadın anası Nübar onların ünvanına çox nalayiq söyüşlər söyərək yaxınlaşmış və onun qollarından tutmağa cəhd etmişdir. O, yenə də döyülərək pis vəziyyətə salınmış 84 yaşlı atasını göz önünə gətirərək əsəblərinə hakim ola bilməmiş və əlindəki ağac parçası ilə Nübarın baş nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Nübar yerə yıxılmış və yerdə olan zaman da sonuncunun kürək nahiyyəsindən həminağac parçası ilə bir dəfə də zərbə endirmişdir. Bu zaman Səyyad anasını müdafiə etmək üçün əyilərək anasına yaxınlaşmış, atasını məhz Səyyad döydüyü üçün əlindəki ağac parçası ilə onun da başın arxa nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Səyyad əli ilə başını qorumaq istəyəndə o, təkrar həmin ağac parçası ilə onun əlinin üzərindən zərbə endirmişdir. Bu zaman qardaşı Bəhruz dərhal onu tutub avtomobilə əyləşdirmiş və onlar oradan uzaqlaşmışlar. Evə getdikləri zaman Bəhruz DİN-in 102 xidmətinə müraciət etmişdir. Bundan sonra onlar atalarını maşına əyləşdirib İsmayıllı RMX-na aparmışlar. Hadisə zamanı oraya başqa adamlar toplaşmamışlar. Onların münasibətləri əvvəllər yaxşı olmuş, bir-biriləri ilə mehriban olmuşlar. Sonradan isə onun Nübarla şəxsi münasibətlər zəminində aralarında mübahisə olmuş və araları dəymişdir. Aralarında bir neçə dəfə mübahisələr olmuş, hər dəfə o, ailəsi, qardaşı Bəhruz dəfələrlə Nübar tərəfindən ağır təhqirlərə məruz qalmış, lakin hər dəfə onlar bunu davaya çevirməmişlər. 04 may 2023-cü il tarixdə baş vermiş sözügedən hadisədən iki əvvəl, yəni 02 may 2023-cü il tarixdə saat 18 radələrində atası Fazil kənddə qoyun otaran zaman Səyyad dayısı oğlu Səidlə birlikdə onun yanına gələrək “burada qoyun otarmaq olmaz, qaçqınsan, çıx get evinə” deyə bildirmiş, həmin zaman Səyyad atasını itələyərək yanında olan xəndəyə yıxmışdır. Bunu ataları onlara desə də onlar bu hadisəni qabartmamış və üzərindən keçmişlər. Hadisə baş verən gün nə o, nə də ki qardaşı Bəhruz ümumiyyətlə onların evinə getməmişlər. Nübara və onun oğlu Səyyada məhkəmə tibb ekspertizasını rəyində qeyd olunan xəsarətləri özü yetirmiş, Bəhruz isə onları ayırmışdır. Törətdiyi əməlinə görə peşmandır. O, heç bir zaman cinayət törətməyə meyilli olmamış, 84 yaşlı atasının ağır şəkildə döyülmüş vəziyyətini gördükdən sonra onda yaranmış güclü stress vəziyyətində bu hadisəni törətmişdir. Hadisədən sonra, barəsində istintaq aparılan zaman dəfələrlə zərərçəkmiş şəxslərlə barışığa cəhd etmiş, onlara vurulmuş maddi ziyanı, yəni müayinə və müalicə xərclərini ödəmək istəmişdir. Lakin zərərçəkmiş şəxslər onun bütün barışıq təkliflərini rədd etmişlər. Himayəsində bir anadangəlmə xəstə olmaqla azyaşlı, biri isə yetkinlik yaşına çatmamış iki uşağı vardır. 2009-cu il təvəllüdlü qızı iki yaşından epilepsiya xəstəsi olmaqla daimi müalicəyə möhtacdır. Xəstə uşağını mütəmadi olaraq Bakı şəhərində yerləşən tibb ocaqlarına aparır. Odur ki, məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, Talışla, ümumiyyətlə onların ailəsi ilə münasibətləri əvvəllər çox yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən evin həyətində oğlu Səyyadla birlikdə təmizlik işləri görmüşlər. Həmin zaman bir maşının qəfildən əyləcə basaraq qapının qarşısında dayandığını görmüşdür. Səyyada “ay bala, bu kimdi görəsən belə gəldi” deyə bildirmişdir. Həmin an Talış və Bəhruz Abdullayevlər avtomobildən enərək həyətinin ətrafında olan kiçik ölçülü daş hasarın üzərindən tullanaraq həyətyanı sahəyə daxil olmuşlar. Talışın əlində balta, Bəhruzun əlində isə lapatka sapı və əncir ağacının yoğun formalı budağı olmuşdur. Bu zaman Talış onun yaxasından yapışaraq qardaşı Bəhruza “qardaş, gəl, ananın gözünün qabağında balasının başın kəsək” demişdir. X36 “yox qardaş, kəsməyək, sonra ömürlük həbs yatacayıq” deyə bildirmişdir. Bundan sonra Talış ona “sən kimsən ki bizdən şikayət eləmisən, get ərizəni götür” deyə bildirmişdir. O isə Talışa heç vaxt götürməyəcəyini bildirmişdir. Bu zaman Talış qəflətən əlində olan baltanın arxa tərəfi ilə onun baş nahiyyəsinin sol tərəfindən bir dəfə zərbə endirmişdir. O, zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. O, yerdə olan zaman Bəhruz əlində olan sapla kürək nahiyyəsindən iki dəfə zərbə endirmişdir. Oğlu Səyyad onu müdafiə etmək üçün onları ondan aralamaq istəsə də, gücü çatmamış və özünü onun üzərinə ataraq onu müdafiə etməyə çalışmışdır. Bəhruz və Talış əlində olan alətlərlə Səyyadın baş nahiyyəsinə çox sayda zərbə endirmişlər. Səyyad özünü müdafiə etmək üçün əli ilə başını örtdükdə Talış əlində olan bel sapı ilə Səyyadın sol əlindən bir dəfə zərbə endirmişdir. Bu zaman evdə olan anası Məhluqə qapının qarşısına çıxaraq qışqırmağa başlamış və Səyyada “qaç bala get” deyə bildirmişdir. Bu zaman Səyyad qaçmağa başlamışdır. Bəhruz əlində olan ağac parçasını Səyyada doğru atmış və ağac parçası Səyyada dəyərək onu yerə yıxmışdır. O, yerə yıxılanda Talış əlində gətirdiyi əncir ağacının yoğun formalı budağı ilə iki-üç dəfə zərbə endirmişdir. Bundan sonra isə Talış və Bəhruz gəldikləri maşına minərək oradan uzaqlaşmışlar. Bir qədər sonra qardaşı oğlu Səid həyətə gəlmişdir. Bundan sonra isə o, huşunu itirmiş, ayılanda isə İsmayıllı RMX-da olduğunu görmüşdür. Həmin hadisə 04 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən həyətyanı sahədə baş vermiş, təxminən 5-10 dəqiqə müddətində davam etmiş, hadisə zamanı oraya başqa adamlar toplaşmamış, hadisədən sonra isə oraya qardaşı oğlu Səid Talıbov gəlmişdir. Əvvəllər də aralarında belə hadisələr yaşanmışdır. Belə ki, 2022-ci ilin yanvar ayının dəqiq xatırlamadığı günündə Talış və atası Fazil onun oğlu Səyyadı və qardaşı oğlu Səidi döymüşdür. Bundan sonra 2022-ci ilin yanvar ayının 15-dən 16-na keçən gecə Talış və Bəhruz ataları Fazil ilə birlikdə yaşadığı həyətdə yerləşən mal tövləsini yandırmışlar. Həmçinin Talış tövlənin yanmasından bir neçə gün sonra həyətyanı sahənin qapısının qarşısına zəhər qoymuş və nəticədə həyətdə olan toyuq-cücələri zəhərlənərək ölmüşdür. Son dəfə isə 28 aprel 2023-cü il tarixdə isə Bəhruz və atası Fazil təkrar oğlu Səyyadı və qardaşı oğlu Səidi döymüşdür. Bütün bunlarla bağlı polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində ona bir neçə dəfə barışıq təklifi edildiyini bildirmiş, bu tamamilə yalandır. Ona Talış, yaxud da Talışın ailəsi tərəfindən heç bir barışıq təklifi edilməmişdir. Tələbi onu və oğlunu döyərək xəsarət yetirmiş Talış və Bəhruz qardaşları barələrində qanuni tədbir görülməsidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada daha ciddi cəza verilməsi xahiş edir. Qanuni nümayəndəsi (anası) Zərərçəkmiş şəxs1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşayır. Talış və Bəhruz Abdullayev qardaşlarını tanıyır, onlarla münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evin həyətində anası Nübarla birlikdə təmizlik işləri görmüşdür. Həmin zaman bir avtomobilin qəfildən əyləcə basaraq qapının qarşısında dayandığını, Talış və Bəhruzun həmin avtomobildən enərək həyətinin ətrafında olan kiçik ölçülü daş hasarın üzərindən tullanaraq həyətyanı sahəyə daxil olduqlarını görmüşdür. Bu vaxt Talışın əlində balta, Bəhruzun əlində isə lapatka sapı və əncir ağacının yoğun formalı budağı olmuşdur. Talış anasının yaxasından yapışaraq qardaşı Bəhruza “qardaş, gəl, ananın gözünün qabağında balasının başın kəsək” demişdir. X36 “yox qardaş, kəsməyək, sonra ömürlük həbs yatacayıq” deyə bildirmişdir. Bundan sonra Talış anasına “sən kimsən ki bizdən şikayət eləmisən, get ərizəni götür” deyə bildirmişdir. Anası isə ona heç vaxt götürməyəcəyini bildirmişdir. Bu zaman Talış qəflətən əlində olan baltanın arxa tərəfi ilə anasının baş nahiyyəsinin sol tərəfindən bir dəfə zərbə endirmişdir. Anası zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Anası yerdə olan zaman Bəhruz əlində olan lapatka sapı ilə kürək nahiyyəsindən iki dəfə zərbə endirmişdir. O, anasını müdafiə etmək üçün onları anasından aralamaq istəsə də, gücü çatmamış, buna görə də özünü anasının üzərinə ataraq onu müdafiə etməyə çalışmışdır. Həmin an Bəhruz və Talış əlində olan əşyalarla onun baş nahiyyəsinə çox sayda zərbə endirmişlər. O, özünü müdafiə etmək üçün əli ilə başını örtdükdə Talış əlində olan lapatka sapı ilə onun sol əlindən bir dəfə zərbə endirmişdir. Evdə olan nənəsi Məhluqə qapının qarşısına çıxaraq qışqırmağa başlamış və ona “qaç bala get” deyə bildirmişdir. Bu zaman o, qaçmağa başlamış, Bəhruz əlində olan ağac parçasını ona doğru atmış, ağac parçası ayağından dəymiş və o, yerə yıxılmışdır. O, yerə yıxılanda Talış əlindəki əncir ağacının yoğun formalı budağı ilə ona iki-üç dəfə zərbə endirmişdir. Bundan sonra isə Talış və Bəhruz gəldikləri maşına minərək oradan uzaqlaşmışlar. Bir qədər sonra dayısı oğlu Səid həyətlərinə gəlmiş və dayısı Müşviq Talıbova zəng edərək məlumat vermişdir. Bir müddət sonra dayısı gəlmiş və onları maşına əyləşdirib xəstəxanaya aparmışdır. Anası həmin an huşsuz halda olmuşdur. Yolda olan zaman isə Bəhruz nalayiq ifadələr işlədərk əlində olan ağac parçasını onların maşınına doğru atmışdır. Lakin onlar heç bir reaksiya vermədən xəstəxanaya getmişlər. Xəstəxanada onlara tibbi yardım göstərilmişdir. Hadisə 04 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən həyətyanı sahələrində baş vermiş, təxminən 5-10 dəqiqə müddətində davam etmiş, hadisə zamanı oraya başqa adamlar toplaşmamış, hadisədən sonra isə oraya dayısı oğlu Səid Talıbov gəlmişdir. Əvvəllər də aralarında belə hadisələr yaşanmışdır. Belə ki, 2022-ci ilin yanvar ayının dəqiq xatırlamadığı günündə Talışın və Bəhruzun atası Fazil onu və dayısı oğlu Səidi döymüşdür. Bundan sonra 2022-ci ilin yanvar ayının 15-dən 16na keçən gecə Talış və Bəhruz ataları Fazil ilə birlikdə yaşadıqları həyətdə yerləşən mal tövləsini yandırmışlar. Həmçinin Talış tövlənin yanmasından bir neçə gün sonra həyətyanı sahələrinin qapısının qarşısına zəhər qoymuş və nəticədə həyətdə olan toyuq-cücələri zəhərlənərək ölmüşdür. Son dəfə isə 28 aprel 2023-cü il tarixdə isə Bəhruz və atası Fazil onu və dayısı oğlu Səidi döymüşdür. Bütün bunlarla bağlı polis şöbəsinə müraciət etmişlər. O, həmin gün evdən kənara çıxmamışdır. Bütün günü evdə olmuş və anasına evdə işləməkdə kömək etmişdir. Şikayət və tələbi onu və anasını döyərək xəsarət yetirmiş Təqsirləndirilən şəxs və X15 barəsində qanuni tədbir görülməsindən ibarətdir. X7 ifadə verərək göstərdi ki, o, ailəliklə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək İsmayıllı rayonun Qubaxəlilli kəndi ərazisində məskunlaşmışdır. 02 may 2023-cü il tarixdə saat 18 radələrində kənddə qoyun otaran zaman Səyyad dayısı oğlu Səid ilə birlikdə yanına gələrək “burada qoyun otarmaq olmaz, qaçqınsan, çıx get evinə” deyə bildirmişdir. Bu zaman yanında olan oğlu Bəhruz onların yanına getmiş və ağsaqqalla belə rəfrat etmələrini onlara irad tutmuşdur. Bu zaman Səyyad onu itələyərək yanlarında olan xəndəyə yıxmışdır. O, Bəhruzla onların dalaşmalarının qarşısını almışdır. Həmin hadisədən iki gün sonra, yəni 04 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı həyətyanı sahənin qarşısında olduğu zaman bir qədər aralıdan Səyyadın gəldiyini görmüşdür. Yaxına çatdıqda Səyyadın əlində nazik, uzun dəmir ling olduğunu görmüşdür. Səyyad onun yanına çatdıqda iki gün öncə baş vermiş hadisə ilə bağlı Səyyada iradını bildirmiş və etdiyi hərəkətin yanlış olduğunu demişdir. Səyyad ona son dərəcə əsəbi tərzdə “yaxşı eləyirəm, qaçqınsan cəhənnəm ol get evinə” deyə bildirmişdir. O, Səyyada bu kənddə yaşadığını, buranın onun da evinin olmasını bildirsə də, Zərərçəkmiş şəxs2 onu dinləməmiş və əlində olan nazik uzun dəmir ling ilə gözlənilmdən onun sol ayağının diz nahiyyəsinin arxa tərəfinə bir dəfə zərbə endirmişdir. Zərbənin təsirindən o, müvazinətini itirib yerə yıxılmışdır. Bu zaman Səyyad həmin dəmir linglə onun sol qulaq nahiyyəsindən də bir dəfə zərbə endirmişdir. Zərbənin təsirindən qulağından qan açılmış, bunu görən Səyyad onu köməksiz vəziyyətdə qoyaraq qaçaraq oradan uzaqlaşmışdır. O, oğlu Bəhruza zəng edərək Səyyadın dəmir linglə ona xəsarət yetirdiyini, qulağının partladığını demiş və yerini deyərək təcili ora gəlməsini istəmişdir. Bir qədər sonra oğlu Bəhruz avtomobili ilə ora gəlmiş və onu evə aparmışdır. Bu zaman digər oğlu Talış da gəlmiş və onun vəziyyətini görərək son dərəcə əsəsbi halda çölə çıxmışdır. Bəhruz da onun ardınca çölə çıxmış, bir qədər sonra onlar ikisi də qayıdaraq onu avtomobilə əyləşdirib İsmayıllı RMX-na aparmışlar. Yolda olduqları zaman Talış ona Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs2 döydüyünü bildirmişdir. O isə Talışa düzgün etmədiyini bildirmişdir. Xəstəxanada ona tibbi yardım göstərildikdən bir qədər sonra polis əməkdaşları oraya gəlmişlər və o, Zərərçəkmiş şəxs2 barəsində ərizə ilə müraciət etmişdir. X4 ifadə verərək göstərdi ki, ailəliklə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək İsmayıllı rayonun Qubaxəlilli kəndi ərazisində məskunlaşmışdır. Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs2 tanıyır, onun həmkəndliləridir, onlarla münasibətləri əvvəllər normal olmuş, aralarında ədvət və düşmənçilik olmamışdır. O, atası Fazil Abdullayevlə bir evdə yaşayır. Qardaşı Talış isə onlardan ayrı qalır. 04 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən atası Fazil ona zəng etmiş, o, zəngə cavab versə də atası danışmamışdır. Bundan sonra o, atasına zəng etmiş və atası ağır səslə Səyyadın onu döydüyünü və dəmir parçası ilə qulağından vurub xəsarət yetirdiyini bildirmişdir. O, dərhal atasının dediyi yerə getmiş və onu götürərək evə gətirmişdir. Bundan sonra qardaşı Talışa zəng vurub Səyyadın atalarını döyməsi barədə məlumat vermiş və Talışın evinə gələrək onu götürmüşdür. Onlar birlikdə atasına baş çəkmişlər. Talış atasının döyüldüyünü, qulağının çırılmış vəziyyətdə olduğunu görərək çox pis hala düşmüş və evdən çıxmışdır. O da Talışın ardınca çıxmış və onlar bu məsələyə aydınlıq gətirmək üçün Səyyad yaşayan evə yollanmışlar. Yolda olarkən kənd içində “Sokzavod” adlanan ərazidə Səyyad və anası Nübara rast gəlmişlər. Həmin yerdə və kənarda hər hansı şəxs olmamışdır. Onlar baş verən hadisəyə aydınlıq gətirmək üçün avtomobili saxlamış və yerə düşmüşlər. Bu zaman Talış əsəblərinə hakim ola bilməmiş və avtomobildə olan heyvanları qovalamaq üçün istifadə etdiyi nar ağacından hazırlanan ağac parçasını maşından götürərək “Siz kimsiz ki mənim atamı döyümüsüz” deyib Səyyadın üzərinə getmişdir. Həmin zaman Səyyadın anası Nübar yaxınlaşıb onun qollarından tutmaq istədikdə Talış əlindəki ağac parçası ilə Nübarın baş nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Nübar yerə yıxılmış, yerdə olan zaman Talış onun kürək nahiyyəsindən əlində olan ağac parçası ilə əlavə bir dəfə də zərbə endirmişdir. Talış Nübarı ağac parçası ilə vuran zaman Səyyad onu çox ağır formada təhqir etmiş, o, Səyyada belə ifadələr işlətməməsini deyətək sillə ilə bir dəfə onu vurmuşdur. Bu zaman Səyyad anasını müdafiə etmək üçün onun üstünə uzanmışdır. Talış əlində olan ağac parçası ilə onun da başının arxa nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Həmin anda Səyyad əli ilə başını qorumaq istəyəndə Talış təkrar həmin ağac parçası ilə onun əlinin üzərindən zərbə endirmişdir. O, dərhal Talışı tutub avtomobilə əyləşdirmiş və onlar oradan uzaqlaşmışlar. O, evə gedərkən DİN-in 102 xidmətinə müraciət edərək baş verənlər barədə məlumat vermişdir. Bundan sonra onlar atalarını maşına əyləşdirib İsmayıllı RMXna aparmışlar. Hadisə 04 may 2023-cü il tarixdə saat 16 radələrində İsmayıllı rayonu Qubaxəlilli kəndində “Sokzavod” adlanan ərazidə baş vermiş, təxminən 5-10 dəqiqə müddətində davam etmiş, hadisə zamanı oraya başqa adamlar toplaşmamışdır. O, mübahisə zamanı Səyyad onu təhqir etdiyi üçün ona sillə ilə bir dəfə sonuncunu vurmuş, lakin Nübara heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı onun əlində heç bir əşya olmamışdır. Əvvəllər də aralarında belə hadisələr yaşanmışdır. 02 may 2023-cü il tarixdə saat 18 radələrində atası Fazil kənddə qoyun otaran zaman Səyyad və onun dayısı oğlu Səid onun yanına gələrək “burada qoyun otarmaq olmaz, qaçqınsan, çıx get evinə” deyə bildirmiş, həmin zaman Səyyad atasını itələyərək yanlarında olan xəndəyə yıxmışdır. X8 ifadə verərək göstərdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşayır. Talış və Bəhruz onun həmkəndliləridir, onlarla münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 may 2023-cü il tarixdə saat 16 radələrində evdə televizora baxarkən həyətdə səs-küy və qışqırıq səsi eşitmişdir. Gəzməkdə çətinlik çəkdiyi üçün yavaş-yavaş gedərək həyətə çıxmağa çalışmışdır. Qapıya çatdıqda görmüşdür ki, Talış və Bəhruz qızı Nübarı və nəvəsi Səyyadı döyür. O, qışqıraraq nəvəsi Səyyada “Səyyad qaç, get dədəni çağır” deyə bildirmişdir. Dədə isə oğlu Müşviq Talıbovdur. Səyyad ayağa qalxıb qaçan zaman Bəhruz əlində olan ağac parçasını ona doğru atmış və ağac parçası Səyyadın ayağından dəyərək onu yerə yıxmışdır. Səyyad yerə yıxılandan sonra Talış əlində gətirdiyi əncir ağacının yoğun formalı budağı ilə ona ikiüç dəfə zərbə endirmişdir. Bundan sonra isə Talış və Bəhruz gəldikləri maşına minərək oradan uzaqlaşmışlar. Bu zaman artıq Nübar huşsuz halda olmuşdur. O, Nübarın üzünə su tökərək ayıltmışdır. Daha sonra Nübar özünə gələrək durub çölə çıxmış və Səyyadı axtarmağa başlamışdır. Daha sonra Səyyad da evə qayıtmışdır. Həmin vaxtı Nübar və Səyyadın üzü gözü qan içində olmuşdur. Nübar təkrar özündən getmişdir. Bir qədər sonra digər nəvəsi Səid Talıbov həyətlərinə gəlmiş və oğlu Müşviq Talıbova zəng edərək məlumat vermişdir. Bir müddət sonra oğlu gəlmiş və onları maşına əyləşdirib xəstəxanaya aparmışdır. Hadisə 04 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən həyətyanı sahədə baş vermiş, təxminən 5-10 dəqiqə müddətində davam etmiş, hadisə zamanı oraya başqa adamlar toplaşmamış, hadisədən sonra isə oraya nəvəsi Səid Talıbov gəlmişdir. X2 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşayır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır, onun həmkəndliləridir, onlarla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 may 2023-cü il tarixdə saat 16 radələrində əkin sahələrini gəzmək üçün həmkəndlisi Namiq Həsənlidən avtomobili götürərəl yola çıxmışdır. O, əkin sahələri olan əraziyə gedərkən, köhnə Xırman, kənd içində ”Sokzavod” kimi adlanan ərazidə Namiq Həsənlinin evinin yanında bir neçə nəfər şəxsin dalaşdığını görmüşdür. İlk əvvəl avtomobili saxlayıb onları ayırmaq istəmişdir. Sonra isə dalaşan şəxsləri tanıdığından avtomobili saxlamayıb oradan uzaqlaşmış və sahəliyə getmişdir. Hadisə 04 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndində, köhnə Xırman adlanan ərazidə, Namiq Həsənlinin evinin yanında baş vermiş, lakin o, hadisə başladığı zaman orada olmadığı, habelə həmçinin hadisənin sonunu görmədiyi üçün hadisənin niyə baş verdiyini və nə qədər davam etdiyini bilmir. Orada olan zaman isə oraya başqa adamlar gəlməmişdir. X5 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşayır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Teymur onun həmkəndliləridir, onlarla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 may 2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi trakotrla kəndin “Xırman”, kənd içində ”Sokzavod” kimi adlanan ərazisinə ot biçini üçün getmişdir. Bu zaman qarşıda, həmkəndlisi Namiq Həsənliyə məxsus evin qarşısında toz qalxdığını, bir neçə nəfər şəxsin dalaşdığını görmüşdür. Bir qədər də yaxınlaşdıqda həmin dalaşan şəxslərin həmkəndliləri Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olmasını görmüşdür. Özünün get-gəldə qalacağını fikirləşdiyindən traktoru saxlamayıb oradan uzaqlaşmış və sahəlik əraziyə getmişdir. Hadisə 04 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndində, köhnə Xırman - kənd içində ”Sokzavod” kimi adlanan ərazidə, həmkəndlisi Namiq Həsənlinin evinin yanında baş vermiş, lakin o, hadisə başladığı zaman orada olmadığı, həmçinin hadisənin sonunu görmədiyi üçün hadisənin nə qədər davam etdiyini bilmir. Hadisə zamanı orada Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 görmüşdür. O, orada olan zaman isə oraya başqa adamlar gəlməmişdir. X13 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onula münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən həyətinin qarşısında çıxmışdır. Bu zaman Bəhruz Abdullayevin idarə etdiyi avtomobillə bibisi oğlu Səyyadı qovmasını görmüşdür. Bibisi Zərərçəkmiş şəxs1 isə həyətindən qışqırıq səsi eşidib ora qaçmış və bibisinin qan içində halsız vəziyyətdə olmasını görüb dərhal atası Müşfiq Talıbova məlumat vermişdir. Bir qədər sonra Səyyad da ora gəlmiş və o, hər ikisinin şəkillərini çəkərək telefonunda saxlamışdır. Həmin zaman atası Müşfiq də ora gəlmiş və bibisi ilə Səyyadı öz avtomobilinə oturdub xəstəxanaya aparmışdır. Xəstəxanada onlara tibbi yardım göstərilmişdir. O, hadisə zamanı orada olmadığından hadisənin nə qədər davam etməsini və oraya kimlərin gəlib gəlməməsini görməmişdir. Bibisini və Səyyadı kimin döydüyünü bilavasitə görməsə də sonradan bibisi Nübar və Səyyad onların Talış və Bəhruz Abdullayev qardaşları tərəfindən döydüldüyünü bildirmişlər. X10 ifadəsində X20 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan: Məhkəmə-tibbi ekspertizasının 17 may 2023-cü il tarixli 215 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol əlin İİ daraq sümüyünün yerdəyişməyən sınığı, ənsə nahiyyəsinin səthi yarası, sağ dirsək oynağının və hər iki saidin qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi edilmir, dərəcəsinə görə ayrı-ayrılıqda sol əlin İİ daraq sümüyünün yerdəyişməyən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya, ənsə nahiyyəsinin səthi yarası, sağ dirsək oynağının və hər iki saidin qançırları isə istər birlikdə, istəsə də ayrı-ayrılıqda sağlamlığa Zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər Zərərçəkmiş şəxs2 göstərdiyi şəraitdə törənə bilərdi. Məhkəmə-tibbi ekspertizasının 16 may 2023-cü il tarixli 216 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol almacıq sümüyünün yerdəyişməyən sınığı və sol gözün üst və alt qapaqlarının qansızması ilə müşayət edilən sol almacıq nahiyyəsinin yarası, sol kürək nahiyyəsinin və bel nahiyyəsinin qançırları bərk-küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi edilmir, dərəcəsinə görə ayrı-ayrılıqda sol kürək nahiyyəsinin və bel nahiyyəsinin qançırları sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir, sol almacıq nahiyyəsinin yarası və sol gözün üst və alt qapaqlarının qansızması isə sol almacıq sümüyünün yerdəyişməyən sınığı ilə müşayət edildiyindən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 08 iyun 2023-cü il tarixli 219 nömrəli rəyindən görünür ki, 1939-cu il təvəllüdlü X11 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol qulaq seyvanının yarası məhdud səthə malik küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi edilmir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. Əlavə-məhkəmə-tibbi ekspertizasının 10 iyul 2023-cü il tarixli T442/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol əlin İİ daraq sümüyünün yerdəyişməyən sınığı, ənsənin səthi yarası, sağ dirsək oynağının və hər iki saidin qançırları qeyd olunmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə, sol əlin İİ daraq sümüyünün yerdəyişməyən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa Zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Əlavə-məhkəmə-tibbi ekspertizasının 10 iyul 2023-cü il tarixli T448/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol almacıq sümüyünün yerdəyişən sınığı və sol gözün üst və alt qapaqlarının qansızması ilə müşayət edilən sol almacıq nahiyyəsinin əzilmiş yarası, sol kürək və bel nahiyyəsinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə, sol almacıq sümüyünün yerdəyişən sınığı və sol gözün üst və alt qapaqlarının qansızması ilə müşayət edilən sol almacıq nahiyyəsinin əzilmiş yarası Az ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa Zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Təkrar-məhkəmə-tibbi ekspertizasının 2308.2023-cü il tarixli T558/2023 №-li rəyindən görünür ki, 1939-cu il təvəllüdlü X3 qulaq seyvanının travmatik cırılması olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbə nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. Əlavə-məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 09/216 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol almacıq sümüyünün yerdəyişməyən sınığı və sol gözün üst və alt qapaqlarının qansızması ilə müşayət edilən sol almacıq nahiyyəsinin yarası, sol kürək nahiyyəsinin və bel nahiyyəsinin qançırları bərk-küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi edilmir, dərəcəsinə görə ayrı-ayrılıqda sol kürək nahiyyəsinin və bel nahiyyəsinin qançırları sağlamlığa Zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir, sol almacıq nahiyyəsinin yarası və sol gözün üst və alt qapaqlarının qansızması isə sol almacıq sümüyünün yerdəyişməyən sınığı ilə müşayət edildiyindən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aiddirlər. – Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif küt alət (əşya) ilə yetirilməklə Zərərçəkmiş şəxs1 göstərdiyi şəraitdə, yəni, baltanın küpü, eləcə də, ağacla (ola bilsin ekspertizaya təqdim edilmiş ağac parçası) vurulması nəticəsində törənməsi inkar edilmir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 19 may 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdəh görünür ki, hadisə İsmayıllı rayon Qubaxəlilli kəndi ərazisində yerləşən “Sokzavod” adlanan ərazidə baş vermiş, hadisənin baş verdiyi yerin daşlı və topraq yoldan və yaşıllıq sahədən ibarət olması, hadisə baş verdiyi yerin yaşayış məntəqəsinin yaxınlığında baş verməsi müəyyən edildi. Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin protokolundan görünür ki, o, ifadəsində göstərdiyi halları ifadəsi yerində yoxlanılan zaman bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı hər biri öz ifadəsində göstərilən halları digərinin üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 ilə X4 arasında üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı hər biri öz ifadəsində göstərilən halları digərinin üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əlində olan ağac parçası ilə vuraraq döydüyünü, Bəhruz Abdullayev isə Zərərçəkmiş şəxs2 sillə ilə bir dəfə zərbə endirdiyini, lakin Zərərçəkmiş şəxs1 vurmadığını bildirdi. Baxışda iştirak edən Bəhruz Abdullayev hadisə yerindən 50-30 metr məsafədə olan kanal hissəsini göstərərək bildirdi ki, bir neçə gün əvvəl Zərərçəkmiş şəxs2 həmin yerdə atası Fazil Abdullayevi itələyərək kanala yıxıtmış, özünü isə döymüşdür. Müstəntiqin sübutların qiymətləndirilməsi haqında 28 avqust 2023-cü il tarixli qərarından müəyyən edilir ki, həmin qərara əsasən Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə əsasən, X9 barəsində Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, hadisənin baş vermə yerinin İsmayıllı rayonunun Qubaxəlilli kəndinin ərazisində yerləşən “Xırman” (keçmiş Sokzavod) adlanan ərazi olması təsbit edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara Təqsirləndirilən şəxs qardaşı Bəhruz Abdullayev tərəfindən də xəsarət yetirilməsini bildirməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına məhkəmə nəzarəti qaydasında yalnız CPM-in 449.2-ci maddəsində sadalanan şəxslərin şikayətləri əsasında baxıla bilər. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vera Fernandez-Huidobro İspaniyaya qarşı iş üzrə vurğulamışdır ki, qərəzsizlik tələbi nəzərdə tutur ki, “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir (N 74181/01, 06 yanvar 2010-cu il, § 108). Azərbaycan Respublikası CM-nin 87.1.-ci madəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Həmin Məcəllənin 87.5.-ci maddəsinə əsasən zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Hazırki cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi haqqında” həmin qərar ləğv edilməməklə hazırda qüvvədə olduğundan məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 başqa şəxs və ya şəxslər tərəfindən də xəsarət yetirilməsi faktını araşdırma səlahiyyətində deyildir. Bunlarla bərabər İsmayıllı Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 3(037)- 492/2023 nömrəli qərarından müəyyən olunur ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunnmuşdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs uzun müddət aralarında şəxsi münasibətlər zəminində ədavətləri olan həmkəndlisi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 04 may 2023-cü il tarixdə, onun atası X19 ilə mübahisə edib sonuncuya sol qulaq seyvanının yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməyini öyrənib, qardaşı X15 ilə birlikdə, Bəhruz Abdullayevin idarə etdiyi “Vaz 2109” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə atasının yaşadığı ünvana gedərkən, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 və onun anası Zərərçəkmiş şəxs1 yaşadıqları İsmayıllı rayonu Qubaxəlilli kəndinin ərazisində yerləşən “Xırman” (keçmiş Sokzavod) adlanan ərazidə piyada hərəkətdə olduqlarını görüb, atası Fazil Abdullayevə xəsarət yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 qisas almaq qərarına gələrək avtomobili saxlatdırmış, avtomobildə olan nar ağacından hazırlanmış, heyvanları otararkən istifadə etdiyi 75 sm uzunluqda quru ağac parçasını götürüb avtomobildən düşərək Zərərçəkmiş şəxs2 üzərinə getmiş, həmin vaxtı öz ictimai borcunu yerinə yetirərək oğlu Zərərçəkmiş şəxs2 qorumaq üçün Zərərçəkmiş şəxs1 ona tərəf gəlib mane olmağa çalışdığını gördükdə o, bununla əlaqədar Zərərçəkmiş şəxs2 gözü qarşısında anasını döyməklə sonuncuya xüsusi əzab verəcəyini dərk edərək silah qismində istifadə etdiyi həmin ağac parçası ilə Zərərçəkmiş şəxs2 gözünün qarşısında anası Zərərçəkmiş şəxs1 baş nahiyyəsindən bir dəfə qəsdən bir zərbə vuraraq sonuncunu yerə yıxmış, sonra isə zərbənin təsirindən yerə yıxılmış Zərərçəkmiş şəxs1 kürək nahiyyəsindən həmin ağac parçası ilə bir neçə dəfə qəsdən zərbələr endirərək sonuncuya sol almacıq sümüyünün yerdəyişən sınığı və sol gözün üst və alt qapaqlarının qansızması ilə müşayət edilən sol almacıq nahiyyəsinin əzilmiş yarasından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aid, habelə sol kürək nahiyyəsinin və bel nahiyyəsinin qançırlarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin vaxtı Zərərçəkmiş şəxs2 öz ictimai borcunu yerinə yetirərək anası Zərərçəkmiş şəxs1 zərbələrin təsirindən qorumaq üçün sonuncunun üzərinə atılıb anasını müdafiə etməyə çalışdıqda o, öz cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs1 oğluna xəsarət yetirməklə xüsusi əzab verəcəyini dərk edərək sonuncunun gözü qarşısında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs2 baş, əl və bədəninin digər nahiyyələrindən əlindəki silah qismində istifadə etdiyi ağac parçası ilə qəsdən bir neçə dəfə zərbələr endirməklə sonuncuya sol əlin İİ daraq sümüyünün yerdəyişməyən sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aid və ənsə nahiyyəsinin səthi yarası, sağ dirsək oynağının və hər iki saidin qançırlarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işi üzrə bu hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə nəzərdə tutulmuş həddə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər kateqoriyasından olmaqla, sağlamlığa az ağır zərər vurulmaqla əlaqədar qəsdən törədilən cinayətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hadisədən sonra zərərçəkmiş şəxslərlə barışığa cəhd etməsini, onlara dəymiş maddi ziyanın ödənilməsində təşəbbüs göstərməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Baş Əməliyyat İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı Mərkəzi Rayon Xəstəxanası PHŞ-i tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli PHŞ-6-47/2-563/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı mərkəzi rayon xəstəxanasının Poliklinika şöbəsinin “Ruhi-əsəb”, “Nevroloji” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun İsmayıllı rayon şöbəsindən alınmış 19 iyul 2023-cü il tarixli 3-17-1/2-161875/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə X38 şəxsin Dağlıq Şirvan regional filialından heç bir növ pensiya, müavinət və Prezident təqaüdü almır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi tibbi sənədərin surətlərindən görünür ki, onun xx.xx.2009-cu il təvəllüdlü qızı Aysu Abdullayeva keçirilmiş limfik ensefalitmezialskleroz diaqnozu ilə daimi müayinə və müalicələrdə olur. İsmayıllı RİHB-nin Qubaxəlilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədə görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Qubaxəlilli kəndində müvəqqəti qeydiyyatdadır və orada yaşayır, evlidir, himayəsində xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X18 adlı övladları vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin Qubaxəlilli kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi, himayəsində daimi müayinə və müalicələrə möhtac olmaqla epilepsiya xəstəsi olmaqla yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Nəzərə alınmalıdır ki, cinayət hadisəsi baş verməmişdən əvvəl zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs arasında bir neçə dəfə mülki xarakterli və şəxsi münasibətlər zəminində mübahisələr olmuş və bunun nəticəsində aralarında narazılıq yaranmışdır. Bu hal isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Müstəntiqinin 04 iyun 2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim edilmiş əşyaya baxış keçirilən zaman götürülmüş, bir ədəd iri sellofan torbada qablaşdırılmış 01 ədəd taxta materialdan, quru halda, təxminən 75 sm uzunluqda taxta parçası maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü İsmayıllı RPŞ-nin MSSK-na təhvil verilmişdir. O cümlədən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndindəki evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin MSSK-da saxlanılan 75 sm uzunluqda 01 ədəd taxta parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Göründüyü kimi, cinayət işi üzrə ekspertiza xərci yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 435-ci maddələrini rəhbər tutaraq məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndindəki evi tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin MSSK-da saxlanılan 75 sm uzunluqda 01 ədəd taxta parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar