Məhkəmə qərarları › İş №1(037)-64/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-64/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-64/2021 16.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi iştirakı ilə 16 noyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1985-ci ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 283,92 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və gələcəkdə öz həyətində çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə çətənə bitkisinin toxumlarını əldə edib daşıyaraq İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən yaşadığı evə gətirib mətbəxdə stolun alt hissəsində, şüşə bankada gizlədərək saxlamış, 2021-ci ilin mart ayının əvvəllərində dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisini kultivasiya etmək məqsədilə yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evin həyətyanı sahəsində 1 metr enində 1,5 metr uzunluğunda torpaq sahəsini kol-kosdan təmizləyib şumlamaqla əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində əvvəllər əldə edib saxladığı çətənə bitkisinin toxumunu qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə 1 (bir) ədəd çətənə bitkisini 68 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 8 iyul 2021-ci il tarixdə, saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən həyətyanı torpaq sahəsində kultivasiya etdiyi təmiz çəkisi 8,33 qram təşkil edən 1 (bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi, habelə yaşadığı evə baxış keçirilərkən mətbəxdə stolun alt hissəsində bir ədəd şüşə bankada saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 283,92 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs X22 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatdadır və yaşayır, evlidir 3 övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, yaşadığı evdə ondan başqa arvadı X6, azyaşlı uşaqları 2008-ci il təvəllüdlü Aytən Heydarova, 2009-cu il təvəllüdlü Vüsalə Heydarova və 2012-ci il təvəllüdlü Bəxtiyar Heydarov yaşayır. Təxminən 2 ilə yaxındır ki, hərdən bir marixuana istifadə edir. 2020-ci ilin may ayında dəqiq tarixini xatırlamadığı gündə Kürdmaşı kəndinin küçəsində gəzərkən yerdə 1 ədəd kağız büküm görmüş və açıb içərisinə baxdıqda içərisində 2 ədəd çətənə bitkisinin toxumunu görmüş və götürüb evə gətirərək gizlədib saxlamışdır. Bundan bir neçə gün sonra yəni, 2020-ci ilin may ayında dəqiq tarixini xatırlamadığı gündə yaşadığı evin həyətində həmin 2 ədəd çətənə bitkisinin toxumunu əkmiş və bir neçə gün sonra 1 ədəd çətənə bitkisi çıxmış və böyümüş, həmin bitkiyə qulluq göstərmiş və 2020-ci ilin sentyabr ayında çətənə bitkisinin hissələrini qurudaraq marixixuana əldə etmiş, 1 ədəd şüşə bankaya töküb evin mətbəxində kiçik stolun alt hissəsində gizlətmişdir. Şüşə bankaya marixuananı doldurarkən çətənə bitkisinin bir neçə ədəd toxumu da içərisində qalmışdır. 2021-ci ilin mart ayın əvvəllərində yaşadığı evin həyətyanı sahəsində həmin şüşə bankadan marixuana götürüb siqaretə doldurub çəkməyə başlamışdır. Xatırlayır ki, o, marixuananı siqaretə dolduran zaman əlindən yerə çətənə bitkisinin bir neçə ədəd toxumu düşmüş, təxminən 1 ay sonra 2021-ci ilin aprel ayının sonlarında həyətdə gəzərkən marixuananı doldurub çəkdiyi və əlindən çətənə bitkisinin toxumunun düşdüyü yerdə 1 ədəd çətənə bitkisinin çıxdığını görmüş və bitkiyə su verib diblərini alaq otlarından təmizləyib quluq göstərmişdir. Gündən-günə həmin çətənə bitkisi böyümüş, məqsədi yenə də şəxsi istifadəsi üçün çətənə bitkisi əldə etmək olmuşdur. 08 iyul 2021-ci il tarixdə saat 17:50 radələrində yaşadığı evin qarşısında olarkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları gələrək özlərini təqdim edib yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməyi və həmçinin yaşadığı evdə narkotik vasitə saxlamağı barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaşadığım evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunduğunu bildirin məni həmin qərarla tanış etdilər. Polis əməkdaşları yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə hər hansı etirazımın olub-olmamasını soruşduqda o, ərizə ilə müraciət edərək yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə polis əməkdaşlarına ərizə təqdim etmişdir. Polis əməkdaşları hal şahidləri dəvət edilmədiyinə görə videoçəkilişlə baxış keçiriləcəyi və fotoşəkillər çəkiləcəyini bildirmişlər. O, buna heç bir etirazının olmadığını bildirmiş və baxış zamanı iştirak etmək İsmayıllı rayon X30 Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi, Rəşid Zülfüqarlı mütəxəssis aqronom qismində dəvət olunmuşdur. Polis əməkdaşları ondan yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri becərib-becərməməsi və həmçinin narkotik vasitə saxlayıbsaxlamaması barədə soruşduqda o, artıq polis əməkdaşların baxış keçirib narkotik vasitələri aşkar edəcəklərini bilib özü etiraf edərək yaşadığım evin həyətində şəxsi istifadəsi üçün 1 ədəd çətənə bitkisi becərdiyini və evdə narkotik vasitə olan marixiana saxladığını, təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra baxış iştirakçıları onunla birlikdə evin həyətinə daxil olmuş və evin həyətyanı sahəsində 1 ədəd bitkini göstərib çətənə bitkisi olduğunu və özünə məxsus olduğunu demişdir. Baxış zamanı həmin 1 ədəd çətənə bitkisi çıxarılaraq kağız zərfə qoyulub üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanaraq üzəri möhürlənmuşdur. Polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə saxlayırsa təqdim etməsini bildirdikdə o, yaşadığı evdə şəxsi istifadəsi üçün 1 ədəd bankada marixuana saxladığını və yerini göstərə biləcəyini bildirmiş, daha sonra isə polis əməkdaşları ilə birlikdə evə daxil olmuşlar. Evin mətbəxində kiçik ölçülü stolun alt hissəsindən içərisində marixuana olan şüşə bankanı təqdim etmiş, polis əməkdaşları bankanı açdıqda içərisində olan həmin marixuana kütlələrini görmüş və polis əməkdaşları ondan həmin kütlələrin nə olması və haradan əldə etdiyini soruşduqda o, polis əməkdaşlarına 1 il əvvəl dəqiq xatırlamadığı ayda və gündə yaşadığı evin həyətində hazırda xatırlamadığı yerdə 1 ədəd çətənə bitkisi əkib-becərdiyini və həmin bitkisinin hissələrindən yığaraq şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şüşə banka içərisindəki marixuna ilə birlikdə xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin 710 qram olması müəyyən olunmuş və 1 ədəd sellofan bağlamada qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənib götürülmüşdür. Evə və həyətyanı sahəyə baxış davam etdirilsə də digər hər hansı narkotik vasitəyə bənzər kütlə, narkotik vasitəyə bənzər bitki və həmçinin bitki hissəsi, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmiş və götürülməmişdir. O, ifadəsində həmçinin göstərmişdir ki, hazırki vaxta qədər heç kimə narkotik vasitə satmamış, heç kimdən narkotik vasitə almamış, 1 ədəd çətənə bitkisini şəxsi istifadəsi üçün marixuana əldə etmək üçün becərmiş, həmçinin 283,92 qram marixuananı şəxsi istifadəsi üçün saxlamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, İsmayıllı şəhərində yaşayır, İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. İsmayıllı rayonu Kürdmaşı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Kürdmaşı kəndində qanunsuz olaraq narkotik vasitə saxlaması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuş və bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında tərəfindən əməliyyat-axtarış tədbiri qərarı qəbul edilmiş və şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Əməliyyat qrupu yaradılmış və tərkibinə o, İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X7 və NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X13 və İsmayıllı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru X20 daxil edilmişdir. Qərarın icrası ilə əlaqədar aqronom mütəxəssis qismində iştirak etmək üçün X28 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X10 dəvət edilmişdir. Həmin gün saat 17 radələrində o, İB-nin baş müstəntiqi Cəlal Abdullayev, NMQ-nun əməliyyat müvəkkili Dəyanət Ağasəfli, KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Mirzəyev və X28 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Rəşid Zülfüqarlı birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olduğunu görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi və həmçinin yaşadığı evdə narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunduğunu bildirib onu həmin qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazının olmadığını göstərmiş və bu barədə ərizəni təqdim etmişdir. Təqsirləndirilən şəxs hal şahidləri dəvət edilmədiyinə görə videoçəkilişlə baxış keçiriləcəyi və fotoşəkillər çəkiləcəyini bildirmiş, Vüsal buna heç bir etirazının olmadığını bildirmişdir. Baxış keçirilməmişdən əvvəl iştirakçılara hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri becərib-becərməməsi və həmçinin narkotik vasitə saxlayıbsaxlamamasını soruşduqda Təqsirləndirilən şəxs etiraf edərək yaşadığı evin həyətində 1 ədəd çətənə bitkisi becərdiyini və evdə narkotik vasitə olan marixuana saxladığını, təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra aqronom, o və digər polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə evin həyətinə daxil olmuş, Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində 1 ədəd bitkini göstərib çətənə bitkisi olduğunu və özünə məxsus olduğunu bildirmiş, həmin bitki 1 metr enində 1,5 metr uzunluğunda şumlanaraq yumşaldılmış torpaq sahəsində əkilmişdir. Aqronom mütəxəssis qismində iştirak edən Rəşid Zülfüqarlıdan həmin bitkinin nə olması barədə sorğu-sual etdikdə o, həmin bitkinin formasından və kəskin iyindən narkotik tərkibli çətənə bitkisinə oxşadığını, həmin bitkinin dibinin alaq otlarından təmizləndiyini, su verilərək mütəmadi qulluq göstərildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin bitkini nə vaxt əkib-becərməsi soruşulduqda o, 4 ay əvvəl 2021-ci ilin mart ayının əvvəllərində həmin yerə siqaretə marixuana doldurub çəkərkən siqaretdən çətənə toxumunun yerə düşdüyünü və bir müddət sonra həmin yerdə çətənə bitkisinin çıxdığını gördüyü üçün şəxsi istifadəsi üçün marixuana əldə etmək üçün mütəmadi su verib qulluq göstərdiyini bildirmişdir. Həmin 1 ədəd çətənə bitkisinə bənzər bitki kolu torpaqdan çıxarılaraq kağız zərfə qoyulub üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanaraq İsmayıllı RPŞnin 74 saylı zərflər üçün möhürü ilə möhürlənmişdir. Vüsaldan yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda o, yaşadığı evdə şəxsi istifadəsi üçün 1 ədəd bankada marixuana saxladığını və yerini göstərə biləcəyini bildirdi. Bundan sonra isə Təqsirləndirilən şəxs həmin şüşə bankanı təqdim etmişdir. Xüsusi elektron tərəzidə çəkildikdə müəyyən edilmişdir ki, şüşə banka ilə birlikdə çəkisi 710 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda o, 1 il əvvəl hazırda xatırlamadığı yerdə yaşadığı evin həyətində şəxsi istifadəsi üçün marixuana əldə etmək üçün 1 ədəd çətənə bitkisi əkdiyini və qulluq göstərdiyini qeyd etmiş, həmin şüşə banka 1 ədəd sellofan bağlamada qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənmişdir. Evə və həyətyanı sahəyə baxışı davam etdirmiş, ancaq hər hansı narkotik vasitəyə bənzər kütlə, çətənə bitkisinə bənzər bitki və bitki hissəsi, habelə dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, bundan sonra Təqsirləndirilən şəxsla birlikdə polis şöbəsinə gəlmişlər. Zərurət olmadığı üçün X24nı polis şöbəsinə dəvət etməmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı bildirilmiş, o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını bildirmiş və ona təqdim edilmiş vəkillərin siyahısından İsmayıllı rayon Vəkil Bürosunun vəkili X1 və həmin müdafiəçi ona təqdim edilmişdir. 8 iyul 2021-ci il tarixdə saat 20:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra İsmayıllı RPŞ-nin qarşısında Təqsirləndirilən şəxs üzərinə yuxarıda adlarını qeyd etdiyi polis əməkdaşlarının və həmçinin məsul növbətçi Qəşəm Qasımovun, şübhəli şəxsin müdafiəçisinin iştirakı ilə şəxsi axtarış tərəfimdən videoçəkiliş qeydə alınmaqla aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 12 manat pul aşkar olunmuş, ancaq üzərindən hər hansı narkotik vasitəyə bənzər kütlə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 12 manat pul özünə qaytarılmış, şəxsi axtarış aparılması haqqında protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X13 da şahid X26 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında” 08 iyul 2021–ci il tarixli protokoldan görünür ki, X11 yaşadığı İsmayıllı rayonu, Kürdmaşı kəndindəki evində və həyətində axtarış keçirilərkən, 1 metr enində 1,5 metr uzunluğunda torpaq sahəsini kolkosdan təmizləyib şumlamaqla əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində əvvəllər əldə edib saxladığı çətənə bitkisinin toxumunu qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə 1 (bir) ədəd çətənə bitkisini 68 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 8 iyul 2021-ci il tarixdə, saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən həyətyanı torpaq sahəsində kultivasiya etdiyi təmiz çəkisi 8,33 qram təşkil edən 1 (bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi, habelə yaşadığı evə baxış keçirilərkən mətbəxdə stolun alt hissəsində bir ədəd şüşə bankada saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 283,92 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X12 Regional bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının 9 iyul 2021-ci il tarixli 17/497 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.....X11 yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı götürülmüş ....bitki....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd hündürlüyü 68 santimetr, yaş vəziyyətdə təmiz çəkisi-8,33 qram bitki əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. X24 tərəfindən verilmiş 08 iyul 2021-ci il tarixli aqronom rəyinə əsasən, təqdim olunmuş çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aqronom mütəxəssis P.Məmmədovun 15.06.2021ci il tarixli aqronom rəyinə əsasən, çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış vərəqdə “..Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı mətbəxdən götürülmüş ...kütlələr...” sözləri yazılmış sellofan bağlamanın içərisindəki 01 (bir) ədəd şüşə bankada, təmiz çəkisi-283,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd çətənə (kannabis) bitkisi ilə 01 (bir) ədəd şüşə bankada olan qurudulmuş marixuana tərkiblərinə görə fərqlidirlər. Qeyd edilən bioloji ekspertiza rəyinin qeyd hissəsinə əsasən, marixuanaların təmiz çəkisi-283,92 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş qalıq-283,87 qramdır. Çətənə bitkisinin təmiz çəkisi-8,33 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 8,28 qramdır. Cinayət işinin materiallarında olan Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış məhkəmə-narkoloji ekspertizasının 8 sentyabr 2021-ci il tarixli 1058 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan İsmayıllı rayon X16 X25 Poliklinika şöbəsindən daxil olmuş 27 iyul 2021-ci il tarixli 129 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs X2 “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” 09.07.2021-ci il tarixli qərardan görünür ki, X15 məxsus evin həyətyanı sahəsinə baxış zamanı götürülmüş, 1 ədəd sellofan bağlamada üzəri Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsinin 2 №li möhürü ilə möhürlənmiş vəziyyətdə 1 ədəd şüşə bankada tədqiqatdan sonrakı təmiz çəkisi 283,87 qram qurudulmuş marixuana, 1 ədəd zərfdə tədqiqatdan sonrakı təmiz çəkisi 8,28 qram olan 1 ədəd çətənə bitkisi İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 283,92 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və gələcəkdə öz həyətində çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə çətənə bitkisinin toxumlarını əldə edib daşıyaraq İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən yaşadığı evə gətirib mətbəxdə stolun alt hissəsində, şüşə bankada gizlədərək saxlamış, 2021-ci ilin mart ayının əvvəllərində dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisini kultivasiya etmək məqsədilə yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evin həyətyanı sahəsində 1 metr enində 1,5 metr uzunluğunda torpaq sahəsini kol-kosdan təmizləyib şumlamaqla əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində əvvəllər əldə edib saxladığı çətənə bitkisinin toxumunu qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə 1 (bir) ədəd çətənə bitkisini 68 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 8 iyul 2021-ci il tarixdə, saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən həyətyanı torpaq sahəsində kultivasiya etdiyi təmiz çəkisi 8,33 qram təşkil edən 1 (bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi, habelə yaşadığı evə baxış keçirilərkən mətbəxdə stolun alt hissəsində bir ədəd şüşə bankada saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 283,92 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməklə, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs Vüsal Heydərovun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, X3 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 283,92 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və gələcəkdə öz həyətində çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə çətənə bitkisinin toxumlarını əldə edib daşıyaraq İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən yaşadığı evə gətirib mətbəxdə stolun alt hissəsində, şüşə bankada gizlədərək saxlamış, 2021-ci ilin mart ayının əvvəllərində dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisini kultivasiya etmək məqsədilə yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evin həyətyanı sahəsində 1 metr enində 1,5 metr uzunluğunda torpaq sahəsini kol-kosdan təmizləyib şumlamaqla əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində əvvəllər əldə edib saxladığı çətənə bitkisinin toxumunu qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə 1 (bir) ədəd çətənə bitkisini 68 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 8 iyul 2021-ci il tarixdə, saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən həyətyanı torpaq sahəsində kultivasiya etdiyi təmiz çəkisi 8,33 qram təşkil edən 1 (bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi, habelə yaşadığı evə baxış keçirilərkən mətbəxdə stolun alt hissəsində bir ədəd şüşə bankada saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 283,92 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Vüsal Heydərovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Vüsal Heydərov təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Vüsal Heydərov barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 08 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı rayon Kürdmaşı kənd İƏD-si üzrə nümayəndəlikdən verilmiş 09.07.2021-ci il tarixli 348 saylı arayış və xasiyyətnamədən görünür ki, Vüsal Heydərov xx.xx.1985-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, evlidir, himayəsində 3 azyaşlı uşağı vardır, işsizdir, əvvəllər məhkum edilməmişdir, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatdadır və yaşayır, yaşadığı yer üzrə İsmayıllı rayonu Kürdmaşı kəndi İƏD-si üzrə nümayəndəliyindən müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. X11 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxs X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs X17 08.07.2021-ci il tarixdə saat 20:20-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY–dən azad edilməsi haqqında” 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, X17 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 11:00-da İsmayıllı RPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxs X11 həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs X11 həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, cəza təyin etməni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, X17 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, İsmayıllı ŞPŞ-də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxs X8 aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 283,87 qram qurudulmuş marixuana və 1 ədəd zərfdə ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış çəkisi 8,28 qram təşkil edən bir ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X8 ekpertiza tədqiqatının dəyəri olan 35,97 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, X17 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 283,87 qram təşkil edən qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,28 qram təşkil edən 1(bir) ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar