Məhkəmə qərarları › İş №1(037)-64/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-64/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-64/2022 15.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Yədulla qızının iştirakı ilə 15 noyabr 2022-ci il tarixdə saat 16:04-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 10 yanvar 1988-ci ildə Rusiya Federasiyası Stavropol rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, Rusiya Federasiyası Stavropolol rayonu Ust-Cequta şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(037)-57/2022 nömrəli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 1990-cı ildə Rusiya Federasiyası Stavropol rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 1(037)- 46/2022 nömrəli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs3 xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 4(037)-58/2022 nömrəli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs3 icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəlmiş, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 yol kənarında avtomobildə qalaraq ətrafa nəzarət etmək üçün gözləmiş, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 məxsus olmaqla həmin qəsəbədə yerləşən, saxlanc yeri hesab edilən “Misgərlik” dükanına yaxınlaşaraq ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra dükanın qapısının qıfılını sındırıb açmaqla qanunsuz olaraq həmin dükana daxil olub oradan dəyəri 400 manat olan 1 ədəd mis materialdan, 2007-ci ildə hazırlanmış, naxışsız məcmeyini, hər birinin dəyəri 80 manat olan cəmi 3 ədəd mis materialdan, 70 illik tarixi və ağızlıq hissəsində naxışları olan sərinnikləri (su qabılarını), hər birinin dəyəri 80 manat olan cəmi 9 ədəd mis materialdan hazırlanmış, 50 illik tarixi olan naxışsız məcmeyiləri və dəyəri təxminən 7000 manat olan 1 ədəd mis materialdan hazırlanmış, naxışlı, 178 illik tarixi olan, hicri tarixinin 1268-ci ilinin 6cı ayına aid məcmeyini qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda, yəni 8360 (səkkiz min üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs3 icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəlmiş, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 yol kənarında avtomobildə qalaraq ətrafa nəzarət etmək üçün gözləmiş, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs3 məxsus olmaqla həmin qəsəbədə yerləşən, saxlanc yeri hesab olunan fərdi yaşayış evinin həyətinin qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin evin çəpərinin üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə daxil olmuş və evin açıq mətbəx hissəsindən dəyəri 70 manat olan 1 ədəd mis materialdan hazırlanmış, 50 illik tarixi olan, naxışsız aşsüzəni, hər birinin dəyəri 150 manat olan cəmi 2 ədəd mis materialdan hazırlanmış, 60-70 illik tarixi olan naxışsız səhəngləri (su qablarını) və dəyəri 80 manat olan 1 ədəd mis materialdan hazırlanmış, 100 illik tarixi olan aftafanı (kiçik su qabını) qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs3 icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəlmiş, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 yol kənarında avtomobildə qalaraq ətrafa nəzarət etmək üçün gözləmiş, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus olmaqla həmin qəsəbəsdə yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra qanunsuz olaraq saxlanc yeri hesab edilən fərdi yaşayış evinin bağlı olan giriş qapısını açmaqla həyətyanı sahəsinə daxil olaraq həmin həyətdə yerləşən iki evin arasında bağlı olmayan yerdən dəyəri 250 manat olan 1 ədəd Rusiya istehsalı olan, təxminən 15 il istifadə edilmiş, elektrik cərəyanı ilə işləyən qaynaq aparatını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəlmiş, aralarında olan rol bölgüsünə əsasən o yol kənarında avtomobildə qalaraq ətrafa nəzarət etmək üçün gözləmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 məxsus olmaqla həmin qəsəbədə yerləşən, saxlanc yeri hesab edilən “Misgərlik” dükanına yaxınlaşaraq ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra dükanın qapısının qıfılını sındırıb açmaqla qanunsuz olaraq həmin dükana daxil olub oradan dəyəri 400 manat olan 1 ədəd mis materialdan, 2007-ci ildə hazırlanmış, naxışsız məcmeyini, hər birinin dəyəri 80 manat olan cəmi 3 ədəd mis materialdan, 70 illik tarixi və ağızlıq hissəsində naxışları olan sərinnikləri (su qabılarını), hər birinin dəyəri 80 manat olan cəmi 9 ədəd mis materialdan hazırlanmış, 50 illik tarixi olan naxışsız məcmeyiləri və dəyəri təxminən 7000 manat olan 1 ədəd mis materialdan hazırlanmış, naxışlı, 178 illik tarixi olan, hicri tarixinin 1268-ci ilinin 6cı ayına aid məcmeyini qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda, yəni 8360 (səkkiz min üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəlmiş, aralarında olan rol bölgüsünə əsasən o, yol kənarında avtomobildə qalaraq ətrafa nəzarət etmək üçün gözləmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs3 məxsus olmaqla həmin qəsəbədə yerləşən, saxlanc yeri hesab olunan fərdi yaşayış evinin həyətinin qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin evin çəpərinin üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə daxil olmuş və evin açıq mətbəx hissəsindən dəyəri 70 manat olan 1 ədəd mis materialdan hazırlanmış, 50 illik tarixi olan, naxışsız aşsüzəni, hər birinin dəyəri 150 manat olan cəmi 2 ədəd mis materialdan hazırlanmış, 60-70 illik tarixi olan naxışsız səhəngləri (su qablarını) və dəyəri 80 manat olan 1 ədəd mis materialdan hazırlanmış, 100 illik tarixi olan aftafanı (kiçik su qabını) qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəlmiş, aralarında olan rol bölgüsünə əsasən o, yol kənarında avtomobildə qalaraq ətrafa nəzarət etmək üçün gözləmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus olmaqla həmin qəsəbəsdə yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra qanunsuz olaraq saxlanc yeri hesab edilən fərdi yaşayış evinin bağlı olan giriş qapısını açmaqla həyətyanı sahəsinə daxil olaraq həmin həyətdə yerləşən iki evin arasında bağlı olmayan yerdən dəyəri 250 manat olan 1 ədəd Rusiya istehsalı olan, təxminən 15 il istifadə edilmiş, elektrik cərəyanı ilə işləyən qaynaq aparatını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Timur və Təqsirləndirilən şəxs1 qardaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs3 icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəlmiş, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 yol kənarında avtomobildə qalaraq ətrafa nəzarət etmək üçün gözləmiş, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 məxsus olmaqla həmin qəsəbədə yerləşən, saxlanc yeri hesab edilən “Misgərlik” dükanına yaxınlaşaraq ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra dükanın qapısının qıfılını dəmir sındırıb açmaqla qanunsuz olaraq həmin dükana daxil olub oradan dəyəri 400 manat olan 1 ədəd mis materialdan, 2007-ci ildə hazırlanmış, naxışsız məcmeyini, hər birinin dəyəri 80 manat olan cəmi 3 ədəd mis materialdan, 70 illik tarixi və ağızlıq hissəsində naxışları olan sərinnikləri (su qabılarını), hər birinin dəyəri 80 manat olan cəmi 9 ədəd mis materialdan hazırlanmış, 50 illik tarixi olan naxışsız məcmeyiləri və dəyəri təxminən 7000 manat olan 1 ədəd mis materialdan hazırlanmış, naxışlı, 178 illik tarixi olan, hicri tarixinin 1268-ci ilinin 6cı ayına aid məcmeyini qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda, yəni 8360 (səkkiz min üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs3 icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəlmiş, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 yol kənarında avtomobildə qalaraq ətrafa nəzarət etmək üçün gözləmiş, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs3 məxsus olmaqla həmin qəsəbədə yerləşən, saxlanc yeri hesab olunan fərdi yaşayış evinin həyətinin qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin evin çəpərinin üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə daxil olmuş və evin açıq mətbəx hissəsindən dəyəri 70 manat olan 1 ədəd mis materialdan hazırlanmış, 50 illik tarixi olan, naxışsız aşsüzəni, hər birinin dəyəri 150 manat olan cəmi 2 ədəd mis materialdan hazırlanmış, 60-70 illik tarixi olan naxışsız səhəngləri (su qablarını) və dəyəri 80 manat olan 1 ədəd mis materialdan hazırlanmış, 100 illik tarixi olan aftafanı (kiçik su qabını) qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs3 icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəlmiş, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 yol kənarında avtomobildə qalaraq ətrafa nəzarət etmək üçün gözləmiş, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus olmaqla həmin qəsəbəsdə yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra qanunsuz olaraq saxlanc yeri hesab edilən fərdi yaşayış evinin bağlı olan giriş qapısını açmaqla həyətyanı sahəsinə daxil olaraq həmin həyətdə yerləşən iki evin arasında bağlı olmayan yerdən dəyəri 250 manat olan 1 ədəd Rusiya istehsalı olan, təxminən 15 il istifadə edilmiş, elektrik cərəyanı ilə işləyən qaynaq aparatını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs3 onun qardaşı, Təqsirləndirilən şəxs2 isə qonşusudur. Maddi imkanları zəif olduğu üçün birlikdə oğurluq etmək qərarına gəlmişlər. Onlar əslən İsmayıllı rayonu Lahıc qəsəbəsindən olduğundan tez-tez həmin qəsəbəyə gəlib getmişlər. Onlar qəsəbədə mis məmulatlarının bol olduğunu bilmişlər. Bakı şəhər ərazisində mis məmulatları baha qiymətə alındığı üçün Lahıc qəsəbəsinə gedərək oradan mis məmulatlarını oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə Bakı şəhəri fəaliyyət göstərən avtomobil icarəyə verən firmaların birinə getmiş, onun və Həsənin sürücülük hüququ olmadığından 120 manat pul ödəməklə qardaşı Timurun adına iki gün müddətinə “Hyundai Elantra” markalı avtomobili icarəyə götürmüşdür. 18 aprel 2022-ci il tarixdə həmin avtomobillə İsmayıllı rayonuna yola düşmüşlər və saat 17 radələrində İsmayıllı rayon Lahıc qəsəbəsinə çatmışlar. Qəsəbənin yaxınlığında duraraq havanın qaranlıqlaşmasını gözləmişlər. Həmin günü gecə saat 23 radələrində avtomobili qəsəbənin yanındakı çay kənarında saxlamışlar. O və Təqsirləndirilən şəxs2 avtomobildən enərək torpaq yolla qalxıb qəsəbənin içinə daxil olmuşlar. Təqsirləndirilən şəxs3 isə avtomobildə oturaraq onları gözləmişdir. O, Həsənlə birlikdə qəsəbə içində gəzməyə başlamışdır. Bir qədər sonra ara küçələrinin birinə daxil olmuş və orada orta ölçülü daş hasarı olan ev görmüşlər. Hasar balaca olduğu üçün Həsən ona kömək etmiş və o, içəri atlayaraq darvazanın qapısını açmış və Həsən də həyətə daxil olmuşdur. Bundan sonra həyətdə yerləşən evin mətbəxindən olan 02 (iki) ədəd mis materialdan olan səhəngi, qab-qacaq rəfindən mis materialdan 01 (bir) ədəd aşsüzəni, həyətin ortasındakı su kranının yanında olan mis materialdan olan 01 (bir) ədəd aftafanı götürərək həyətdən çıxmışlar. Onlar geri qayıdaraq götürdükləri əşyaları avtomobilin yük yerinə yerləşdirmişlər. Daha sonra təkrar qəsəbəyə qayıdaraq gəzməyə başlamışlar. Küçədə gəzərkən qapısı kilidlə bağlı olan misgərlik dükanı görmüşlər. O qapıya yaxınlaşmış, Həsən isə ətrafa nəzarət etmişdir. Əlindəki dəmir linglə kilidi qırmış və birlikdə dükana daxil olmuşlar. Dükanın giriş qapısının sağ tərəfində divara söykənmiş olan təxminən 8-9 ədəd olan mis materialdan hazırlanmış məcməyiləri, 03 ədəd mis materialdan olan su səhəngini və dükanın rəf olan divarına söykənmiş formada yerləşən 01 ədəd iri ölçülü üzəri naxışlarla bəzədilmiş mis materialdan hazırlanan məcməyini götürüb dükandan çıxmışlar. Götürdükləri əşyaları Həsənlə birlikdə avtomobilin yanına apararaq avtomobilə yerləşdirmişlər. Yenidən birlikdə geri qayıdaraq təkrar qəsəbənin içində gəzməyə başlamışlar. Küçədə gəzərkən taxta qapısı olan yaşayış evi görmüşlər. O qapıya yaxınlaşmış və ətrafa nəzarət etdikdən sonra qapını açaraq həyətə daxil olmuşdur. Həyətdə yerləşən iki evin arasındakı boşluq yerdə 01 ədəd qaynaq aparatını görmüşlər. Həmin qaynaq aparatını götürüb həyətdən çıxmış və birlikdə avtomobilin yanına apararaq avtomobilə yerləşdirmişlər. Onlar oradan birbaşa Bakı şəhərinə qayıtmışlar. Səhəri gün günorta saatlarında üçü də birlikdə Zabrat qəsəbəsinə gəlmişlər. Timur avtomobildə gözləmiş, o Həsənlə birlikdə qəsəbədə yerləşən Şirməmməd adlı şəxsə məxsus olan dəmir məmulatların qəbulu məntəqəsinə getmişdir. Orada oğurladıqları əşyalardan 03 (üç) ədəd mis materialdan olan sərnikləri, 01 ədəd (bir) ədəd mis materialdan səhəngi, 01 (bir) ədəd mis materialdan olan aşsüzəni, 01 (bir) ədəd aftafanı və 05 (beş) ədəd mis materialdan olan məcməyiləri mis məmulatı kimi kiloqramı 13 manat 50 qəpikdən hesablanmaqla sataraq 284 manat məbləğində pul almışlar. Daha sonra isə Həsənlə birlikdə Zabrat qəsəbəsində yerləşən Zahir adlı şəxsə məxsus olan digər dəmir məmulatların qəbulu məntəqəsinə gedərək oğurladıqları əşyalardan qalan 02 (iki) ədəd mis materialdan olan məcməyiləri və 01 (bir) ədəd mis materialdan olan səhəngi mis məmulatı kimi kiloqramı 13 manat 50 qəpikdən hesablanmaqla 166 manata satmışlar. Əldə etdikləri pulun 150 manatını Timura vermiş, qalan pulları da Həsənlə aralarında bərabər şəkildə bölüşdürmüşlər. Bundan bir gün sonra günorta saatlarında yaşadıqları evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu və onlarla birlikdə İsmayıllı RPŞ-nə getməyini təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞnə getməyə razılıq vermişdir. O, nəqliyyat vasitəsində saxladıqları içərisində oğurluq əməlini törətdikləri zaman istifadə etdikləri geyim əşyaları olan sellofan torbanı da götürərək polis əməkdaşlarına təqdim etmişdir. O, Polis şöbəsində olarkən Timur və Həsənlə birlikdə oğurluq hadisələrini törətdiklərini etiraf etmişdir. Barələrindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərə vurduqları ziyanı tam olaraq ödəmişlər. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi N.Abdullayev küçəsində yaşayır. Timur və Təqsirləndirilən şəxs1 qardaşları onun qonşularıdır. Maddi imkanları zəif olduğu üçün birlikdə oğurluq etmək qərarına gəlmişlər. Timur və Murad əslən İsmayıllı rayonu Lahıc qəsəbəsindən olduğundan tez-tez həmin qəsəbəyə gəlib getmişlər. Onlar qəsəbədə mis məmulatlarının bol olduğunu bilmişlər. Bakı şəhər ərazisində mis məmulatları baha qiymətə alındığı üçün Lahıc qəsəbəsinə gedərək oradan mis məmulatlarını oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə Murad Bakı şəhəri fəaliyyət göstərən avtomobil icarəyə verən firmaların birinə getmiş, onun və Muradın sürücülük hüququ olmadığından Timurun adına “Hyundai Elantra” markalı avtomobili icarəyə götürmüşdür. 18 aprel 2022-ci il tarixdə həmin avtomobillə İsmayıllı rayonuna yola düşmüşlər və saat 17 radələrində İsmayıllı rayon Lahıc qəsəbəsinə çatmışlar. Qəsəbənin yaxınlığında duraraq havanın qaranlıqlaşmasını gözləmişlər. Həmin günü gecə saat 23 radələrində avtomobili qəsəbənin yanındakı çay kənarında saxlamışlar. O və Murad avtomobildən enərək torpaq yolla qalxıb qəsəbənin içinə daxil olmuşlar. Təqsirləndirilən şəxs3 isə avtomobildə oturaraq onları gözləmişdir. O, Muradla birlikdə qəsəbə içində gəzməyə başlamışdır. Bir qədər sonra ara küçələrinin birinə daxil olmuş və orada daş hasarı olan ev görmüşlər. Hasar balaca olduğu üçün o Murada kömək etmiş və Murad içəri atlanaraq darvazanın qapısını açmışdır. Bundan sonra özü də həyətə daxil olmuşdur. Bundan sonra həyətdə yerləşən evin mətbəxindən olan 02 (iki) ədəd mis materialdan olan səhəngi, qab-qacaq rəfindən mis materialdan 01 (bir) ədəd aşsüzəni, həyətin ortasındakı su kranının yanında olan mis materialdan olan 01 (bir) ədəd aftafanı götürərək həyətdən çıxmışlar. Onlar geri qayıdaraq götürdükləri əşyaları avtomobilin yük yerinə yerləşdirmişlər. Daha sonra təkrar qəsəbəyə qayıdaraq gəzməyə başlamışlar. Küçədə gəzərkən qapısı kilidlə bağlı olan misgərlik dükanı görmüşlər. Murad qapıya yaxınlaşmış, o isə ətrafa nəzarət etmişdir. Murad əlindəki dəmir linglə kilidi qırmış və birlikdə dükana daxil olmuşlar. Dükanın giriş qapısının sağ tərəfində divara söykənmiş olan təxminən 8-9 ədəd olan mis materialdan hazırlanmış məcməyiləri, 03 ədəd mis materialdan olan su səhəngini və dükanın rəf olan divarına söykənmiş formada yerləşən 01 ədəd iri ölçülü üzəri naxışlarla bəzədilmiş mis materialdan hazırlanan məcməyini götürüb dükandan çıxmışlar. Götürdükləri əşyaları Muradla birlikdə avtomobilin yanına apararaq avtomobilə yerləşdirmişlər. Yenidən birlikdə geri qayıdaraq təkrar qəsəbənin içində gəzməyə başlamışlar. Küçədə gəzərkən taxta qapısı olan yaşayış evi görmüşlər. Onlar qapıya yaxınlaşmış və ətrafa nəzarət etdikdən sonra qapını açaraq həyətə daxil olmuşdur. Həyətdə yerləşən iki evin arasındakı boşluq yerdə 01 ədəd qaynaq aparatını görmüşlər. Həmin qaynaq aparatını götürüb həyətdən çıxmış və birlikdə avtomobilin yanına apararaq avtomobilə yerləşdirmişlər. Onlar oradan birbaşa Bakı şəhərinə qayıtmışlar. Səhəri gün günorta saatlarında üçü də birlikdə Zabrat qəsəbəsinə gəlmişlər. Timur avtomobildə gözləmiş, o Muradla birlikdə qəsəbədə yerləşən Şirməmməd adlı şəxsə məxsus olan dəmir məmulatların qəbulu məntəqəsinə getmişdir. Orada oğurladıqları əşyalardan 03 (üç) ədəd mis materialdan olan sərnikləri, 01 ədəd (bir) ədəd mis materialdan səhəngi, 01 (bir) ədəd mis materialdan olan aşsüzəni, 01 (bir) ədəd aftafanı və 05 (beş) ədəd mis materialdan olan məcməyiləri mis məmulatı kimi kiloqramı 13 manat 50 qəpikdən hesablanmaqla sataraq 284 manat məbləğində pul almışlar. Daha sonra isə Muradla birlikdə Zabrat qəsəbəsində yerləşən Zahir adlı şəxsə məxsus olan digər dəmir məmulatların qəbulu məntəqəsinə gedərək oğurladıqları əşyalardan qalan 02 (iki) ədəd mis materialdan olan məcməyiləri və 01 (bir) ədəd mis materialdan olan səhəngi mis məmulatı kimi kiloqramı 13 manat 50 qəpikdən hesablanmaqla 166 manata satmışlar. Əldə etdikləri pulun 150 manatını Timura vermiş, qalan pulları da Muradla aralarında bərabər şəkildə bölüşdürmüşlər. Bundan bir gün sonra günorta saatlarında yaşadıqları evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu və onlarla birlikdə İsmayıllı RPŞ-nə getməyini təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞnə getməyə razılıq vermişdir. O, Polis şöbəsində olarkən Timur və Muradla birlikdə oğurluq hadisələrini törətdiklərini etiraf etmişdir. Barələrindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərə vurduqları ziyanı tam olaraq ödəmişlər. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Onun himayəsində bir azyaşlı uşağı vardır, atası yenicə vəfat etmiş və ailədə yeganə gəlir gətirən şəxsdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 17 aprel 2022-ci il tarixdə qardaşı Murad və qonşusu Həsən ilə yaşadığı evin qarşısında görüşmüşlər. Murad və Həsən ona onları İsmayıllı rayon Lahıc qəsəbəsinə aparmağını xahiş etmişlər. O, onlardan Lahıc qəsəbəsinə nəyə görə getmək istəmələrini soruşduqda, Murad və Həsən ona Lahıc qəsəbəsində yaşayan Azad adlı şəxsin onlara 1000 manat pul verəcəyini, həmin pulu almaq üçün getmək istədiklərini demişlər. O, Muradla Həsənə inanmamış və Lahıca getmək istəmələrinin səbəbini soruşmuşdur. Bu zaman Muradla Həsən ona qəsəbədə mis məmulatlarının bol olduğunu bildirmiş, Bakı şəhərində mis məmulatları baha qiymətə alındığı üçün Lahıc qəsəbəsinə gedərək oradan mis məmulatlarını oğurlamaq istədiklərini demişlər. O Murada və Həsənə ilk olaraq etirazını bildirsə də sonradan maddi imkanı olmadığından razılaşmışdır. Bu məqsədlə Murad Bakı şəhəri fəaliyyət göstərən avtomobil icarəyə verən firmaların birinə getmiş, Həsənin və Muradın sürücülük hüququ olmadığından 120 manat pul ödəməklə adına iki gün müddətinə “Hyundai Elantra” markalı avtomobili icarəyə götürmüşdür. 18 aprel 2022-ci il tarixdə həmin avtomobillə İsmayıllı rayonuna yola düşmüşlər və saat 17 radələrində İsmayıllı rayon Lahıc qəsəbəsinə çatmışlar. Qəsəbənin yaxınlığında duraraq havanın qaranlıqlaşmasını gözləmişlər. Həmin günü gecə saat 23 radələrində avtomobili qəsəbənin yanındakı çay kənarında saxlamışlar. Həsən və Murad avtomobildən enərək torpaq yolla qalxıb qəsəbənin içinə daxil olmuşlar. O isə avtomobildə oturaraq onları gözləmişdir. Təxminən 2 saat sonra Murad və Həsən geri qayıtmış və ona avtomobilin arxa yük yerini açmağını bildirmişlər. Onların əllərində su səhəngi və məcmeyi kimi əşyalar olmuşdur. Həmin əşyaları avtomobilin yük yerinə yerləşdirdikdən sonra Muradla Həsən yenidən Lahıc qəsəbəsi istiqamətdə qayıtmışlar. Təxminən 30 dəqiqədən sonra onlar geri qayıtmış, bu dəfə də onların əllərində su qablarından və məcmeyidən ibarət əşyalar olmuşdur. Həmin əşyaları da avtomobilin yük yerinə qoymuşlar. Onlar təkrarən bir də Lahıc qəsəbəsi istiqamətdə getmişlər.Bu dəfə təxminən 40 dəqiqədən sonra geri qayıtmışlar. Bu dəfə isə onların əllərində qaynaq aparatı olmuşdur, həmin aparatı da avtomobilin yük yerinə yüklədikdən Bakı şəhəri istiqamətində yola düşmüşlər. Onlar həmin əşyaların mis materialdan olanlarını əzərək səhəri günü əlvan metal qəbulu məntəqəsində təhvil verəcəkləri barədə aralarında razılaşmışlar. Səhəri günü Murad və Həsən həmin əşyaları əlvan metal qəbulu məntəqələrində satmış və ona 150 manat pul vermişlər. O da həmin pulu alaraq öz maddi ehtiyacına sərf etmişdir. 19 aprel 2022-ci il tarixdə saat 13 radələrində avtomobili təhvil verməyə apararkən polis əməkdaşları onu saxlamışlar. Onlar özlərini təqdim etmiş və oğurluqda şübhəli olduğunu bildirmişlər. O, qardaşı Murad və qonşusu Həsənlə birlikdə törətdikləri oğurluq hadisəsini etiraf etmişdir. Barələrindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərə vurduqları ziyanı tam olaraq ödəmişlər. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Onun himayəsində iki azyaşlı uşağı vardır, ailədə yeganə gəlir gətirən şəxsdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri onların etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, yaşadığı İsmayıllı rayonunun Lahıc qəsəbəsində özünə məxsus misgərlik dükanı vardır. Həmin dükanda mis qab-qacaqlar təmir edir, həmçinin belə qablar düzəldib satmaqla ailəsinin dolanışığını təmin edir. 18 aprel 2022-ci il tarixdə səhər saat 08 radələrində dükanın küçə tərəfdən giriş qapısının açıq olmasını görmüşdür. Yaxınlaşıb qapının bağlanan hissəsinə diqqətlə baxarkən qıfılın yerində olmasını, lakin qıfıla keçən halqa hissəsinin isə güc tətbiq edilməklə çıxarılmış vəziyyətdə olmasını görmüşdür. Dükanın içərisinə keçdikdə isə giriş hissədə rəfə söykədiyi 10 ədəd mis məcmeyilərin, vitrin hissədə düzdüyü 01 ədəd mis materialdan məcmeyinin, sol tərəfdə yerdə düzdüyü 01 ədəd (su qabı) sərinniyin, sağ tərəfdə rəfə düzdüyü 01 ədəd sərinniyin və yuxarı rəfə düzdüyü 01 ədəd sərinniyin yerində olmadığını görərək dükandan oğurluq olmasını başa düşmüşdür. Dükandan oğurlanmış həmin əşyalardan 09 ədəd hər birinin dəyəri 150 manat olmaqla mis materialdan, 50 illik tarixi olan və naxışsız məcmeyilər, 01 ədəd dəyəri 400 manat olan mis materialdan, 2007-ci il tarixli, naxışsız məcmeyi, 01 ədəd dəyəri təxminən 7000 manat olan 01 ədəd mis materialdan, naxışlı, 400 illik tarixi olan məcmeyi, 03 ədəd hər birinin dəyəri 150 manat olmaqla mis materialdan, 70 illik tarixi olan və ağızlıq hissəsi naxışlı (su qabı) sərinniylər olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 8360 manat maddi ziyan vurulmuşdur. O dərhal İsmayıllı RPŞ-nə məlumat vermiş və polis əməkdaşları gələrək hadisənin baş verdiyi dükana baxış keçirməklə araşdırma aparmışlar. Aparılan istintaq zamanı dükanından oğurluq edən şəxslərin Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2, Timur və Təqsirləndirilən şəxs1 qardaşlarının olmalarını bilmişdir. O, Təqsirləndirilən şəxs2, Timur və Təqsirləndirilən şəxs1 qardaşlarını əvvəllər tanımamışdır. İbtidai istintaqın gedişində təqsirləndirilən şəxslər ona vurulmuş ziyanı tamamilə ödəmişlər. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifаdə verərək göstərdi ki, yaşadığı İsmayıllı rayonunun Lahıc qəsəbəsində ev təmiri ustası işləyir. 2007-ci ildə Bakı şəhərindən 250 manata Rusiya istehsalı, elektriklə işləyən qaynaq aparatı almışdır. Həmin aparatı işlətmədiyi vaxtlarda yaşadığı evin eyvanına qoymuşdur. Sonuncu dəfə 15 aprel 2022-ci il tarixdə həmin aparatdan istifadə etmiş, sonra isə aparatı həyətdə yerləşən iki evin arasında olan boşluq yerdə, divar küncündə qoymuşdur. 18 aprel 2022-ci il tarixdə saat 08 radələrində həmin aparatın yerində olmadığını görərək oğurlandığını müəyyən etmişdir. Aparatın kim tərəfindən götürülməsini əvvəlcə özü araşdırmış, bir nəticə əldə edə bilmədiyindən 21 aprel 2022-ci il tarixdə polisə şikayət etmişdir. Bundan sonra polis əməkdaşları gələrək hadisənin baş verdiyi evinə baxış keçirməklə araşdırma aparmışlar. Aparılan istintaq zamanı evindən oğurluq edən şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2, Timur və Təqsirləndirilən şəxs1 qardaşlarının olduğunu bilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 220 manat maddi ziyan vurulmuşdur. O, Təqsirləndirilən şəxs2, Timur və Təqsirləndirilən şəxs1 qardaşlarını əvvəllər tanımamışdır. İbtidai istintaqın gedişində təqsirləndirilən şəxslər ona vurulmuş ziyanı tamamilə ödəmişlər. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ifаdə verərək göstərdi ki, İsmayıllı rayon Lahıc qəsəbəsində özünə məxsus fərdi yaşayış evində yaşayır. 18 aprel 2022-ci il tarixdə səhər saat 07 radələrində həyətdəki mətbəxə keçərkən divarın küncündə qoyduğu 02 ədəd səhəngin və mətbəsin qab-qacaqlar yığdığı rəf hissəsindən 01 ədəd aşsüzənin yerində olmadığını görmüşdür. O həmin əşyaların oğurlanmasını başa düşərək İsmayıllı RPŞ-nə məlumat vermişdir. Evindən oğurlanmış həmin əşyalar - hər birinin dəyəri 150 manat olmaqla mis materialdan, 60-70 illik tarixi olan iki ədəd naxışsız səhəng, 01 ədəd dəyəri təxminən 50 manat olan, mis materialdan hazırlanmış, 1980-cı illərə aid (aftafa) kiçik su qabı və 01 ədəd dəyəri 120 manat olan mis materialdan, naxışsız, 50 illik tarixi olan aşsüzən olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində isə ona ümumilikdə 450 manat maddi ziyan vurulmuşdur. Polis əməkdaşları gələrək hadisənin baş verdiyi evinə baxış keçirməklə araşdırma aparmışlar. Aparılan istintaq zamanı evindən oğurluq edən şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2, Timur və Təqsirləndirilən şəxs1 qardaşlarının olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs2, Timur və Təqsirləndirilən şəxs1 qardaşlarını əvvəllər tanımamışdır. İbtidai istintaqın gedişində təqsirləndirilən şəxslər ona vurulmuş ziyanı tamamilə ödəmişlər. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, o, Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs1 əvvəllər işlədiyi metal qəbulu məntəqəsinə bir-iki dəfə dəmir qırıntıları gətirmiş, bu səbəbdən onu tanımışdır. 18 aprel 2022-ci il tarixdə Murad metal qəbulu məntəqəsinə əzilmiş-bükülü formada mis materialından olan metal tullantıları gətirmiş və satmaq istədiyini bildirmişdir. Həmin əşyalar 02 ədəd əzilmiş-bükülmuş halda məcmeyi və 01 ədəd səhəng olmuşdur. O həmin əşyaları çəkmiş və bir kiloqramını 12 manatdan hesablayaraq Murada 167 manat pul vermişdir. Murad həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini deməmiş və o bundan məlumatsız olmuşdur. Murad pulu aldıqdan sonra çıxıb getmişdir. Sonradan bilmişdir ki, Muradın ona gətirib satdığı mis materialdan ibarət əzilmiş-bükülmüş halda olan əşya qırıntıları oğurluq olmuşdur. O, həmin əşyaları elə əzik və bükük halda istintaqa təqdim etmişdir. Onun həmin əşyalara görə təqsirləndirilən şəxslərə verdiyi pul isə bu günədək təqsirləndirilən şəxslər tərəfindən ona qaytarılmamışdır. Şahid2 ifadə verərək göstərdi ki, Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən metal qəbulu metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər işlədiyi metal qəbulu məntəqəsinə bir-iki dəfə dəmir qırıntıları gətirmiş, bu səbəbdən onu tanımışdır. 18 aprel 2022-ci il tarixdə Murad və Həsən metal qəbulu məntəqəsinə əzilmiş-bükülü formada mis materialı əşya tullantıları gətirmiş, ona həmin əşyaların mis olmasını və mis materiallı tullantıları satmaq istədiyini bildirmiş, o da həmin əşyaları satmaq istədiklərini bildirmişlər. O həmin əşyalara baxdıqda onların əzilmiş-bükülmuş halda 05 ədəd məcmeyi, 01 ədəd sərnik, 01 ədəd aftafa, 01 ədəd aşsüzən və 01 ədəd səhənglər olmasını müəyyən etmişdir. Həmin əşyaların çəkisi 20 kq olmuş və bir kiloqramını 12 manatdan hesablayaraq Murada 240 manat pul vermişdir. Murad və Həsən həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini deməmiş və o bundan məlumatsız olmuşdur. Onlar pulu aldıqdan sonra çıxıb getmişlər. Sonradan bilmişdir ki, Murad və Həsənin ona gətirib satdığı mis materialdan ibarət əzilmiş-bükülmüş halda olan əşya tullantıları oğurluq olmuşdur. O həmin əşya tullantılarını istintaqa təqdim etmişdir. Onun həmin əşyalara görə təqsirləndirilən şəxslərə verdiyi pul isə bu günədək təqsirləndirilən şəxslər tərəfindən ona qaytarılmamışdır. “Hadisə yerinə baxış keçirilməsinə dair” 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus olmaqla həmin qəsəbədə yerləşən misgərlik dükanında baş vermişdir. Baxış zamanı dükanın içərisindən 01 ədəd mis materialdan, 2007-ci il tarixli, naxışsız məcmeyi, 03 ədəd mis materialdan, 70 illik tarixi və ağızlıq hissəsində naxışları olan (su qabı) sərinnikləri, 09 ədəd mis materialdan, 50 illik tarixi olan və naxışsız Məcmeyilər və 01 ədəd mis materialdan, naxışlı, 400 illik tarixi olan məcmeylərin oğurlandığı müəyyən edilmişdir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 məxsus olmaqla həmin qəsəbədə yerləşən fərdi yaşayış evinin saxlanc yeri hesab edilən mətbəx hissəsində baş vermişdir. Baxış zamanı evin saxlanc yeri hesab edilən mətbəx hissəsindən 01 ədəd mis materialdan, 50 illik tarixi olan, naxışsız aşsüzən və 02 ədəd mis materialdan, 60-70 illik tarixi olan naxışsız (su qabı) səhənglərin oğurlandığı müəyyən edilmişdir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində baş verdir. Baxış zamanı saxlanc yeri hesab edilən boşluq sahədə 01 ədəd Rusiya istehsalı, təxminən 15 il istifadə edilmiş, eliktriklə işləyən 01 ədəd qaynaq aparatının oğurlandığı müəyyən edilmişdir. “Təqdim edilmiş əşyalara baxış keçirilməsinə dair” 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi əşyalar 02 ədəd papaq və 02 ədəd idman geyimləri olmuşdur. “Təqdim edilmiş əşyalara baxış keçirilməsinə dair” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi əşyalar 01 ədəd mis materialdan, üzərində 2007-ci il tarixi yazılmış, naxışsız məcmeyi, 01 ədəd mis materialdan, ağızlıq hissəsində naxışları olan (su qabı) sərinniklər, 04 ədəd mis materialdan, naxışsız məcmeyilər, 01 ədəd mis materialdan, naxışsız aşsüzən, 01 ədəd mis materialdan aftafa (kiçik su qabı), 01 ədəd mis materialdan, naxışsız (su qabı) səhəng olmuşdur. Baxışda iştirak edən Şahid2 təqdim etdiyi həmin əşyanı ona Bakı şəhər sakinləri kimi tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gətirib satdığlarını bildirmişdir. “Təqdim edilmiş əşyalara baxış keçirilməsinə dair” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi əşyalar 01 ədəd mis materialdan, üzərində naxışları olan, qədimi vəziyyətdə məcmeyi, 01 ədəd mis materialdan, naxışsız məcmeyi və 01 ədəd mis materialdan, naxışsız (su qabı) səhəng olmuşdur. Şahid1 təqdim etdiyi həmin əşyanı ona Bakı şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 gətirib satdığını bildirmişdir. “Təqdim edilmiş əşyalara baxış keçirilməsinə dair” 25 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi əşyalar 05 ədəd mis materialdan, naxışsız məcmeyilər və 02 ədəd mis materialdan, ağızlıq hissəsində naxışları olan (su qabı) sərinniklər olmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 təqdim etdiyi həmin əşyaları ona Təqsirləndirilən şəxs1 valideyini tərəfindən verildiyini bildirmişdir. “İfadəsinin yerində yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq hadisələrini haradan, hansı üsulla və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. “İfadəsinin yerində yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 oğurluq hadisələrini haradan, hansı üsulla və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. “İfadəsinin yerində yoxlanılmasına dair” 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq hadisələrini haradan, hansı üsulla və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 iyun 2022-ci il tarixli 9/3774 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla zədələnməmişdən əvvəl normal vəziyyətdə 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8810.00 manat, hal-hazırda zədəli, yəni təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə ümumi kütləsinin 42 kq olması nəzərə alınmaqla metal qırıntı kimi 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 588.00 (42 kq x14 manat), həmin tarixə 01 ədəd qaynaq aparatı nəzəri qaydada təxminən 220.00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri – 01 ədəd mis materialdan, naxışlı, 400 illik, oxunma Cəmzaiyəl 1260 il olan məcmeyi – 7000 manat; 01 ədəd mis materialdan, 2007-ci il tarixli, naxışsız məxmeyi – 400 manat; 03 ədəd hər birinin dəyəri 80 manat olan mis materialdan, 70 illik tarixi və ağızlıq hissəsində naxışları olan sərinniklər (su qabı) – 240 manat; 09 ədəd hər birinin dəyəri 80 manat olan mis materialdan, 50 illik tarixi olan naxışsız məcmeyi – 720 manat; 01 ədəd mis materialdan, 50 illik tarixi olan naxışsız aşsüzən – 70 manat; 02 ədəd hər birinin dəyəri 150 manat olan mis materialdan, 60-70 illik tarixi olan naxışsız səhəbg (su qabı) – 300 manat; 01 ədəd mis materialdan 100 illik tarixi olan aftafa (kiçik su qabı) – 80 manat; Rusiya istehsalı olan, təxminən 15 il istifadə edilmiş, elektrik cərəyanı ilə işləyən qaynaq aparatı nəzəri qaydada – 220 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. “Lahıc Dövlət tarix-Mədəniyyət Qoruğu”ndan daxil olmuş xx.xx.2022-ci il tarixli 14 saylı məktubda oğurlanmış əşyaların tarixi və dəyəri - 01 ədəd mis materialdan, naxışlı, 400 illik, oxunma Cəmzaiyəl 1260 il olan məcmeyi – 7000 manat; 01 ədəd mis materialdan, 2007-ci il tarixli, naxışsız məxmeyi – 400 manat; 03 ədəd hər birinin dəyəri 80 manat olan mis materialdan, 70 illik tarixi və ağızlıq hissəsində naxışları olan sərinniklər (su qabı) – 240 manat; 09 ədəd hər birinin dəyəri 80 manat olan mis materialdan, 50 illik tarixi olan naxışsız məcmeyi – 720 manat; 01 ədəd mis materialdan, 50 illik tarixi olan naxışsız aşsüzən – 70 manat; 02 ədəd hər birinin dəyəri 150 manat olan mis materialdan, 60-70 illik tarixi olan naxışsız səhəbg (su qabı) – 300 manat; 01 ədəd mis materialdan 100 illik tarixi olan aftafa (kiçik su qabı) – 80 manat; Rusiya istehsalı olan, təxminən 15 il istifadə edilmiş, elektrik cərəyanı ilə işləyən qaynaq aparatı nəzəri qaydada – 220 manat olmaqla ümumilikdə 8810 manat (səkkiz min səkkiz yüz on) məbləğində göstərilmişdir. İş üzrə aşkar edilmiş əşyaların tarixi əhəmiyyətinin, tarixi əşya olub-olmaması və tarixi əşya kimi dövlət qeydiyyatında olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Turizim Agentliyininə sorğular verilmişdir. Azərbaycan Respublikası Dövlət X1 X2 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli Qim/01-126/7-130/22 nömrəli məktubunda göstərilmişdir ki, sorğuda göstərilən məcmeyi, həmçinin digər əşyalar DTA-nin tabeliyində olan “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Lahıc” Tarix-Diyarşünaslıq muzeyinin elmi-inventar fondlarına daxil deyil və dövlət tərəfindən qarunan mədəni sərvətlər siyahısında öz əksini tapmır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2022-ci il tarixli xx/xx- 2367/2022 nömrəli məktubunda göstərilmişdir ki, təqdim olunmuş mis materialdan hazırlanmış məcmeyiyə Azər Azərbaycan Milli Xalça Muzeyində fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyası tərəfindən baxılmışdır. Məsələ ilə bağlı bildiririk ki, döymə və cızma texnikası ilə hazırlanan mis məcməyinin üzərində Hicri tarixi ilə 1281 (Miladi təqvim ilə 1864-cü il) həkk olunması onun tarixi əhəmiyyət kəsb etməsinə əsas vermir, bu da Ekspert Komissiyasının rəyi ilə təsdiqlənmişdir. Qeyd edək ki, həmin məcmeyi dövlət qeydiyyatına salınmayıb. Şəxsi kolleksiyalarda olan mədəniyyət nümunələrinin Azərbaycan Respublikası milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi təcrübəsi hazırda tətbiq olunmur. Sözügedən siyahılara yalnız muzey kolleksiyalarına daxil olan maddi mədəniyyət nümunələri müvafiq invertar nömrələr əsasında daxil edilmişdir. Müstəntiqin “Maddi sübut qismində tanınma” barədə 24 aprel 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqdim etdiyi iki ədəd papaq və 02 ədəd idman geyimləri, Şahid2 təqdim etdiyi 01 ədəd mis materialdan, üzərində 2007-ci il tarixi yazılmış, naxışsız məcmeyi, 01 ədəd mis materialdan, ağızlıq hissəsində naxışları olan (su qabı) sərinniklər, 04 ədəd mis materialdan, naxışsız məcmeyilər, 01 ədəd mis materialdan, naxışsız aşsüzən, 01 ədəd mis materialdan aftafa (kiçik su qabı), 01 ədəd mis materialdan, naxışsız (su qabı) səhəng, Şahid1 təqdim etdiyi 01 ədəd mis materialdan, naxışsız məcmeyi və 01 ədəd mis materialdan, naxışsız (su qabı) səhəng, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 02 ədəd mis materialdan, ağızlıq hissəsində naxışları olan (su qabı) sərinniklərdən ibarət əşyalar maddi subut kimi tanınmış və saxlanılması üçün İsmayıllı RPŞ-nin MSSK-na təhvil verilmişdir. 06 may 2022-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları olmamışdır. Bakı şəhəri Suraxanı RİHB Əmircan qəsəbə inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, subaydır, yaşadığı müddət ərzində barəsində inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. Bakı Baş Səhiyyə Mərkəzinin 15 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş 16 may 2022-ci il tarixli 395 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 15 saylı Birləşmiş şəhər xəstəxanasının “Psixatriya” kabinetində qeydiyyatda yoxdur. Respublika Narkoloji Mərkəzindən alınmış 16 iyun 2022-ci il tarixli xx/xx-8498 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Respublika Narkoloji Mərkəzində müalicə almayıb və qeydiyyatda yoxdur. Bakı şəhəri Suraxanı RİHB Əmircan qəsəbə inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən və Təqsirləndirilən şəxs3 təqdim etdiyi doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 5 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində qəsəbə inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. Bakı Baş Səhiyyə Mərkəzinin 15 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş 16 may 2022-ci il tarixli 395 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 15 saylı Birləşmiş şəhər xəstəxanasının “Psixatriya” kabinetində qeydiyyatda yoxdur. Respublika Narkoloji Mərkəzindən alınmış 16 iyun 2022-ci il tarixli xx/xx-8498 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Respublika Narkoloji Mərkəzində müalicə almayıb və qeydiyyatda yoxdur. Bakı şəhəri Suraxanı RİHB Əmircan qəsəbə inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən və Təqsirləndirilən şəxs2 təqdim etdiyi doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, evlidir, himayəsində bir azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində qəsəbə inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. Bakı Baş Səhiyyə Mərkəzinin 15 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş 16 may 2022-ci il tarixli 395 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 15 saylı Birləşmiş şəhər xəstəxanasının “Psixatriya” kabinetində qeydiyyatda yoxdur. Respublika Narkoloji Mərkəzindən alınmış 16 iyun 2022-ci il tarixli xx/xx-8498 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Respublika Narkoloji Mərkəzində müalicə almayıb və qeydiyyatda yoxdur. “Maddi sübutların saxlanılması üçün təqdim edilməsinə dair” 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış, İsmayıllı RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd mis materialdan hazırlanmış, 50 illik tarixi olan, naxışsız aşsüzəni və 02 ədəd mis materialdan hazırlanmış, 60-70 illik tarixi olan naxışsız səhənglərindən (su qablarını) ibarət əşyalar gündəlik istifadə edilən təlabat əşyası və ya vasitəsi olduğundan 16 iyun 2022-ci il tarixdə məsul saxlanılması üçün Zərərçəkmiş şəxs3 Yədulla qızına təhvil verilmişdir. “Maddi sübutların saxlanılması üçün təqdim edilməsinə dair” 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd mis materialdan, 2007-ci ildə hazırlanmış, naxışsız məcmeyini, 03 ədəd mis materialdan, 70 illik tarixi və ağızlıq hissəsində naxışları olan sərinnikləri (su qabıları), 09 ədəd mis materialdan hazırlanmış, 50 illik tarixi olan və naxışsız məcmeyiləri və 01 ədəd mis materialdan hazırlanmış, naxışlı, 400 illik tarixi olan məcmeyidən ibarət əşya gündəlik istifadə edilən təlabat əşyası və ya vasitəsi olduğundan 16 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. 19 aprel 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 19 aprel 2022-ci il tarixdə saat 23:40da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 4(037)-32/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 aprel 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 02 (iki) ay 28 (iyirmi səkkiz)gün həddində müəyyən edilmişdir. Məhkəmənin 31 may 2022-ci il tarixli 4(037)-46/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmənin 18 iyul 2022-ci il tarixli 4(037)-59/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri xx.xx.2022-ci il tarixədək uzadılmışdır. 19 aprel 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 19 aprel 2022-ci il tarixdə saat 21:30da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 4(037)-33/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 aprel 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 02 (iki) ay 28 (iyirmi səkkiz)gün həddində müəyyən edilmişdir. Məhkəmənin 18 iyul 2022-ci il tarixli 4(037)-57/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 4(037)-34/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 aprel 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 02 (iki) ay 28 (iyirmi səkkiz)gün həddində müəyyən edilmişdir. Məhkəmənin 18 iyul 2022-ci il tarixli 4(037)-58/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 17 avqust 2022-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məxsus olmaqla İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən misgərlik dükanında baş vermiş oğurluq hadisəsi zamanı dəymiş ziyanın müəyyən edilməsiilə bağlı əldə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülərək ziyanın məbləği ekspertizanın 08 iyun 2022-ci il tarixli 9/3774 nömrəli rəyində qeyd edilən 8360 manat, Zərərçəkmiş şəxs3 məxsus olmaqla İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinin saxlanc yeri hesab edilən mətbəx hissəsində baş vermiş oğurluq hadisəsi zamanı dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı əldə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülərək ziyanın məbləği ekspertizanın 08 iyun 2022-ci il tarixli 9/3774 nömrəli rəyində qeyd edilən 450 manat, Zərərçəkmiş şəxs1 məxsus olmaqla İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi zamanı dəymiş ziyanın müəyyən edilməsiilə bağlı əldə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülərək ziyanın məbləği ekspertizanın 08 iyun 2022-ci il tarixli 9/3774 nömrəli rəyində qeyd edilən 220 manat məbləğlərində qəbul edilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Həmin qərardan görünür ki, Şahid1 və Şahid2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəmələrini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 himayələrində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətlərini, törətdikləri cinayət əməlində cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayət əməllərində onların rolunu və işin digər faktiki hallarını nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəzalarının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Ona görə də şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan mərhumetmə cəzalarının təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs1 bаrəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 19 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. O cümlədən Təqsirləndirilən şəxs2 bаrəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs2 ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli və oğluna təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 21 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, ailə vəziyyətini, törətdiyi cinayət əməlində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayət əməlində onun rolunu və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs3 19 aprel 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə və 31 may 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 06 (altı) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 üzərində saxlanılacaq azadlığın məhdudlaşdırılması cəzasını Bakı şəhəri ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00a dək yaşadığı ünvan 2 ünvanındakı evini tərk etməmək, Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzanın icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübutlar - 01 ədəd mis materialdan hazırlanmış naxışsız aşsüzən və 02 ədəd mis materialdan hazırlanmış naxışsız səhənglərindən (su qablarından) ibarət əşyaların Zərərçəkmiş şəxs3 Yədulla qızına, 01 ədəd mis materialdan naxışsız məcmeyinin, 03 ədəd mis materialdan ağızlıq hissəsində naxışları olan sərinniklərin (su qabılarının), 09 ədəd mis materialdan hazırlanmış naxışsız məcmeyilərin və 01 ədəd mis materialdan hazırlanmış naxışlı məcmeyinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar olan İsmayıllı RPŞ-nin MSSK-na təhvil verilmiş bir ədəd sellofan torbada qablaşdırılmış istifadəyə yararsız 02 ədəd papaq və 02 ədəd idman geyimləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 bаrəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 19 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 19 aprel 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə və 31 may 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 06 (altı) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün ona təyin edilən 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərində saxlanılmış 01 (bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Bakı şəhəri ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı ünvan 2 ünvanındakı evini tərk etməmək, Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzanın icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 bаrəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 21 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübutlar - 01 ədəd mis materialdan hazırlanmış naxışsız aşsüzən və 02 ədəd mis materialdan hazırlanmış naxışsız səhənglərindən (su qablarından) ibarət əşyaların Zərərçəkmiş şəxs3 Yədulla qızına 01 ədəd mis materialdan naxışsız məcmeyinin, 03 ədəd mis materialdan ağızlıq hissəsində naxışları olan sərinniklərin (su qabılarının), 09 ədəd mis materialdan hazırlanmış naxışsız məcmeyilərin və 01 ədəd mis materialdan hazırlanmış naxışlı məcmeyinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan İsmayıllı RPŞ-nin MSSK-na təhvil verilmiş bir ədəd sellofan torbada qablaşdırılmış istifadəyə yararsız 02 ədəd papaq və 02 ədəd idman geyimləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar