Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-66/2022 15.09.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Şikayət verən şəxs X3, Hərəkətlərindən şikayət verilən şəxs X1 iştirakı ilə X3 X2 barəsində xüsusi ittiham qaydasında şikayətinə 15 sentabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 onun barəsində müxtəlif dövlət təşkilatlarına şər-böhtan xarakretli ifadələrlə dolu ərizələrlə müraciətlər etdiyini bildirərək X2 haqqında qanunda nəzərdə tutulmuş qaydada cəza müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında şikayət verən şəxs X4 hərəkətlərindən şikayət verdiyi şəxs X2 ilə barışdığını bildirərək şikayətindən imtina etdiyini bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Hərəkətlərindən şikayət verilən şəxs X2 şikayət verən şəxs X4 ilə aralarında barışıq əldə olunduğunu təsdiq etdi. Məhkəmə şikayət verən və hərəkətlərindən şikayət verilən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinin tələblərinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edir və bu barədə qərar çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300.1.3, 300.5, 302.1.8 və 302.2.3.-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 X2 barəsində xüsusi ittiham qaydasında şikayəti üzrə şikayət verən şəxs X3 hərəkətlərindən şikayət verdiyi şəxs X2 ilə barışdığı və şikayətindən imtina etdiyi üçün məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-66/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-66/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver