Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-66/2023 16.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və vəkili - İsmayıllı rayon Vəkil bürosunun vəkili X1 iştirakı ilə 16 noyabr 2023-cü il tarixdə saat 14:38-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1984-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşaqları olan, məhkum olunmamış, İsmayıllı şəhərində (İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə saat 23 radələrində tanışı Zərərçəkmiş şəxs ilə İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndində) yerləşən “Elay” şadlıq sarayında keçirilən toy mərasimində aralarında olan borc məsələsinə aydınlıq gətirmək üçün şadlıq sarayının sanitar qovşağı yerləşən arxa hissəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla qəsdən bir neçə dəfə vurub yerə yıxaraq, sonra isə öz cinayətkar hərəkətlərini davam etdirib kürək nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə zərbələr vuraraq sonuncuya sol tərəfli 8-ci qabırğanın az yerdəyişən sınığı və burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan sol gözün ağlı qişasının qansızması, sol gözün üst və alt qapaqlarının, burunun qançırından ibarət həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonunun keçmiş Mican kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla münasibətləri əvvəllər normal olmuşdur. 26 iyun 2023-cü il tarixdə qonşusu İsmayıllı şəhərində yerləşən “Elay” şadlıq sarayında oğluna toy etmiş və toya onu da çağırmışdır. O, toyda iştirak etmiş və musiqiçilərə nəmər vermişdir. Həmin an kiminsə onun qoluna girdiyini hiss etmiş və qoluna girən adamın Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Mehrac onunla birlikdə çölə gəlməyini bildirmişdir. O, çölə çıxmış və Mehracla birlikdə restoranın arxa tərəfinə getmişdir. Onlar ora çatan kimi Mehrac onun yaxasından yapışaraq “ə, camaata pul paylaya bilirsən, mənim borcumu vermirsən, tez elə ver pulumu” deyə onu hədələmişdir. O Mehraca “sənə nə borcum qalıb ki, hamsını vermişəm” deyə bildirmiş və toyda dava yaranmasın deyə Mehracın əllərini yaxasından aralayıb özünü də əli ilə geri itələmişdir. Toy keçirilən zala qayıtmaq istədiyi vaxt Mehrac çiynindən yapışaraq onu geriyə çəkmişdir. O isə Mehracı təkrarən geriyə itələmişdir. Mehrac müvaziəntini saxlaya bilməyib arxaya getmiş və arxası üstə yerə oturmuşdur. Daha sonra Mehrac təkrar ayağa qalxıb onun üzərinə gəldiyi zaman o, yenidən əli ilə onu arxaya itələmişdir. Həmin zaman əli Mehracın sifət nahiyyəsinə dəymişdir. O dərhal oradan uzaqlaşıb evinə qayıtmışdır. Sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs ondan polisə şikayət etmişdir. Onların aralarında mübahisə baş verən zaman özü və Mehrac içkili olmuşlar. Həmin hadisə zamanı o, Mehraca nə təpik, nə də yumruq vurmamışdır. Əlavə olaraq qeyd edir ki, onunla Mehracın arasında belə hallar dəfələrlə olmuşdur. Belə ki, Mehrac təxminən 2014-2015-ci illərdə bir dəfə qaynanası Flora Hümbətovanın Bakı şəhəri Nizami rayonunda yerləşən evinə hücum çəkmişdir. Bununla bağlı Nizami RPİ-də müraciəti də olmuşdur. Bundan başqa eyni vaxtlarda Mehrac onun İsmayıllı rayonunda yerləşən evinə də gecə vaxtı hücum çəkmək istəmişdir. Bununla bağlı da İsmayıllı RPŞ-də araşdırma da aparılmışdır. Baş vermiş hadisə İsmayıllı şəhərində “Elay” şadlıq sarayının arxa tərəfində baş vermişdir. Həmin vaxtı ətrafda kənar insanlar olmamışdır. O, məhkəmə-tibbi ekspertizasının 13 iyul 2023-cü il tarixli 335 nömrəli rəyi ilə tanış olmuş, həmin rəylə razı deyil. Hesab edir ki, həmin xəsarətlər düzgün qeyd edilməmişdir. O, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, məhkəmə-tibbi ekspertizasının rəyində Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin hansı şəraitdə və kim tərəfindən yetirilməsi barədə məlumatı yoxdur. Bundan başqa əılavə olaraq göstərdi ki, zərəçəkmiş şəxslə aralarında yaranmış mübahisə borc tələbi ilə bağlı olmuş, o bütün borcunu ödəmişdir, lakin zərəçəkmiş ona sözügdən borcun dollar şəklində ona qaytrılmasını təkid etmişiş, bununla bağlı məhkəmədə iddia qaldırmış və iddiası təmin olunmamışdır. İfadəsində qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 26 iyun 2023-cü il tarixdə bibisi oğlu İsmayıllı şəhərində yerləşən “Elay” şadlıq sarayında oğluna toy etmiş və toya onu da çağırmışdır. O, Arzunun həmin toyda musiqiçilərə şabaş verdiyini görmüşdür. Təqsirləndirilən şəxs ona 24 min dollar borcu olmuş və həmin borcu uzun müddətdir ki, ödəməmişdir. O, bundan əsəbiləşdiyi üçün Arzuya yaxınlaşıb onun çiyninə toxunaraq onunla birlikdə çölə gəlməsini xahiş etmişdir. Onlar birlikdə çölə çıxaraq restoranın arxa tərəfində söhbət etməyə başlamışlar. Söhbət zamanı o, Arzuya “nə məsələdi, mənim pulumu vermirsən, amma restoranda yerli-yersiz pul paylayırsan, çıxar pulumu ver” deyə bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs ona borcunun olmadığını bildirmişdir. O, bundan daha da əsəbiləşib onun yaxasından yapışıb “nətər yəni borcun yoxdur” deyə bildirmişdir. Həmin an qəfildən Arzu əlini tutub kənara çəkərək sol göz nahiyyəsindən yumruqla 1-2 dəfə zərbə endirmişdir. O, zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. O, yerdə olan zaman Arzu onun kürək nahiyyəsindən təpiklə bir neçə dəfə zərbə endirmiş, həmçinin yumruqla sifət və baş nahiyyəsinə bir neçə dəfə zərbə endirmişdir. Bundan sonra o, qaçaraq restorandan uzaqlaşmışdır. O, bir neçə dəqiqə sonra özünü toparlayıb ayağa qalxmış və evə getmişdir. Evdə olan zaman bədənində və qarın nahiyyəsində ağrılar olduğu üçün İsmayıllı RMX-na müraciət etmişdir. Hadisə 26 iyun 2023-cü il tarixdə saat 23 radələrində İsmayıllı şəhərində yerləşən “Elay” şadlıq sarayının arxa tərəfində baş vermiş, təxminən 4-5 dəqiqə müddətində davam etmiş, hadisə zamanı yanlarında heç kim olmamış, həmçinin oraya başqa adamlar toplaşmamışdır. Məhkəmə-tibbi ekspertizasının 13 iyul 2023-cü il tarixli 335 nömrəli rəyi ilə tamamilə razıdır, həmin xəsarəti ona Təqsirləndirilən şəxs yetirmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi oğlu, Təqsirləndirilən şəxs isə həmkəndlisidir, onlarla münasibətləri normal olmuşdur. 27 iyun 2023-cü il tarixdə, gecə saat 03 radələrində yaşadığı evdə olan zaman Mehrac ona zəng edərək narahat olduğunu, xəstəxanaya getmək istədiyini, lakin avtomobil idarə edə biləcək halda olmadığını, buna görə də gəlib onu aparmağını xahiş etmişdir. O, dərhal Mehracın yaşadığı ünvana getmişdir. Orada Mehracdan nə baş verdiyini soruşduqda Mehrac ona İsmayıllı şəhərində yerləşən “Elay” şadlıq sarayında keçirilən toyda iştirak edən zaman Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmasını, mübahisə zamanı Arzunun ona yumruq və təpiklə zərbələr endirməsini bildirmişdir. Bundan sonra o, Mehracı avtomobilinə əyləşdirərək rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona hadisənin 26 iyun 2023-cü il tarixdə saat 23 radələrində İsmayıllı şəhərində yerləşən “Elay” şadlıq sarayının arxa tərəfində baş verdiyini, Arzunun onu yumruq və təpiklə zərbələr endirərək döydüyünü bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri mübahisələndirildiyindən “Məhkəmə Tibbi Ekspertiza və X4” X6 İsmayıllı rayon şöbəsinin rəisi X7 əlavə şahid qismində dindirilmişdir. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, 2007-ci ildən təcrubəsi olan tibb eksperti kimi İsmayıllı rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Ağacan Qarayevin qərarı əsasında 29 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs müayinə etmişdir. Onun müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sol tərəfli 8-ci qabırğanın az yerdəyişən sınığı, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan sol gözün ağlı qişasının qansızması, sol gözün üst və alt qapaqlarının, eləcə də, burnun qançırı olmuşdur. Həmin xəsarətlər küt əşyanın təsirindən törənmiş, 26 iyun 2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilməmişdir. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər olmuşdur. Sonradan təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və həmin ekspertiza “Məhkəmə Tibbi Ekspertiza və X4” X6 təkrari eksipertizalar şöbəsinin eksperti tərəfindıən keçirilmişdir. Bundan əlavə, həmin rəylər Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirildiyindən müstəntiq Taleh Ağayevin qərarı əsasında onun özü tərəfindən əlavə ekspertiza keçirilmiş, həmin rəydə də Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərin sol tərəfli 8-ci qabırğanın az yerdəyişən sınığı, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan sol gözün ağlı qişasının qansızması, sol gözün üst və alt qapaqlarının, eləcə də, burnun qançırının olması müəyyən edilmişdir. Dərəcəsinə görə həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aid olmuşdur. Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, Zərərçəkmiş şəxsla aralarında mübahisə yarandığını, lakin mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla vurmadığını, onu sadəcə özündən kənarlaşdırmaq məqsədilə burun nahisəsindən itələdiyini itələdiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi hallar istintaq zamanı alınmış ifadələrlə, dindirmə, üzləşdirmə, ifadənin yerində yoxlanması, hadisə yerinə baxış protokolları ilə, məhkəmətibbi, təkrar məhkəmə-tibbi və əlavə məhkəmə-tibbi ekspertizalarının rəyləri, ilkin araşdırma materialları və digər istintaq materialları ilə təkzib olunur. Odur ki, qeyd olunan dəlillər Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq, yaxud məsuliyyətini yüngülləşdirmək məqsədilə verdiyi ifadə kimi qiymətləndirilmiş və vəsatət kimi qəbul edilərək əsassız olduğundan, rədd edilmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan: Məhkəmə tibbi ekspertizasının 13 iyul 2023-cü il tarixli 335 nömrəli rəyində göstərilmişdir ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol tərəfli 8-ci qabırğanın az yerdəyişən sınığı, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan sol gözün ağlı qişasının qansızması, sol gözün üst və alt qapaqlarının, eləcə də, burnun qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli T588/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli Vİİİ qabırğanın az yerdəyişən, burun sümüyünün yerdəyişməyən sınığı, sol gözün ağlı qişasına qansızma, sol göz qapaqlarının və burunun qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi,dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 335/11 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol tərəfli 8-ci qabırğanın az yerdəyişən sınığı, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan sol gözün ağlı qişasının qansızması, sol gözün üst və alt qapaqlarının, eləcə də, burnun qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, qeyd edilən xəsarətlər Zərərçəkmiş şəxs göstərdiyi şəraitdə törənə bilər. Hadisə yerində baxış keçirilməsi haqqında 02 iyul 2023-ci il tarixli protokoldan görünür ki, hadisənin İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndində) yerləşən “Elay” şadlıq sarayının arxa tərəfində, ayaqyolu yerləşən hissəsində baş verməsi müəyyən olunur. Həmin ərazi təxminən 20 m2 olmaqla səthi, ot bitmiş torpaq örtükdən və süni daş döşənmiş yoldan ibarətdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin yerdə Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında 25 avqust 2023-cü il tarixli protokoldan görünür ki, o, ifadəsində göstərdiyi halları hadisə yerində göstərərək bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla üzləşdirmədə dindirmə istintaq hərəkətinin aparılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı göstərərək bir daha təsdiq etmişdir. Müstəntiqin sübutların qiymətləndirilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, bu barədə cinayət işindən material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Müstəntiqin 26 iyul 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxsin sözügedən əmələ görə özünü təqsirli bilməməsi barədə gətirdikləri əsaslar məhkəmə iclasında sübuta yetirilməmiş, həmin ifadələr təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq mahiyyəti daşıyır. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidoin ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə saat 23 radələrində tanışı Zərərçəkmiş şəxs ilə İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndində) yerləşən “Elay” şadlıq sarayında keçirilən toy mərasimində aralarında olan borc məsələsinə aydınlıq gətirmək üçün şadlıq sarayının sanitar qovşağı yerləşən arxa hissəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla qəsdən bir neçə dəfə vurub yerə yıxaraq, sonra isə öz cinayətkar hərəkətlərini davam etdirib kürək nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə zərbələr vuraraq sonuncuya sol tərəfli 8-ci qabırğanın az yerdəyişən sınığı və burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan sol gözün ağlı qişasının qansızması, sol gözün üst və alt qapaqlarının, burunun qançırından ibarət həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddələsidə nəzərdə tutulmuş həddə cəza təyin olunmalıdır Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, sağlamlığa az ağır zərər vurulmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli PHŞ-6-47/2-776/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı mərkəzi rayon xəstəxanasının Poliklinika şöbəsinin “Ruhi-əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində qeydiyyatda yoxdur. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Mican kəndində qeydiyyatdadır, evlidir, himayəsində 2 azyaşlı uşaqları vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin İsmayıllı şəhəri inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, eyni zamanda hadisənin baş vermə motivi törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Nəzərə alınmalıdır ki, cinayət hadisəsi baş verməmişdən əvvəl zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında mülki xarakterli mübahisə olmuş, toy şənliyində məhz zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı ilkin aqressiv davranış sərgilənmiş və bunun nəticəsində sözügedən cinayət hadisəsi baş vermişdir. Bu hal isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli xxxxxxx000200 nömrəli müqavilə əsasında "xxxx" MMC-də fəhlə işləməklə 345 manat aylıq məvacib alır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutlar və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 20 (iyirmi) faiz pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 20 (iyirmi) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-66/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-66/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver