Məhkəmə qərarları › İş №1(037)-67/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-67/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-67/2021 21.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi İsmayılov İslam Abduləziz oğlunun iştirakı ilə 21 dekabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1970-ci ildə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum edilməmiş, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, dalan 4, ev 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021–ci ilin aprel ayının əvvəllərində yaşadığı İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, dalan 4,2 ünvanında yerləşən evin həyətyanı sahəsinə istintaqa məlum olmayan mənbədən əldə etmiş olduğu narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumunu səpərək onlara aqrotexniki qaydada qulluq etməklə əkib yetişdirməklə kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 08 iyul 2021– ci il tarixdə, saat 12:00 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədə yerləşən istilikxanada Azərbaycan Respublikasının 28 iyun 2005–ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı”ilə müəyyən edilmiş 11 (on bir) ədəd yaş vəziyyətdə təmiz çəkisi 970 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları və həmin yerdə torpaq üzərində saxladığı 1 ədəd çətənə bitkisinin hissəsinin, habelə həmin yefdə karton qutunun altında şəxsi istehlak miqdarından artıq olmayan 1 ədəd şəffaf rəngli sellefon torbada saxladığı 14,95 qram qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi dalan 4, ev 2-də qeydiyyatdadır və yaşayır, evlidir, 3 övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmaqla dolanır. Təxminən 35 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin noyabr ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonunun Xanagah kəndində hazırda dəqiq yerini xatırlamadığı ərazidə gəzərkən yerdən 1 ədəd sellofan bükülü görmüş, həmin bükülü diqqətini cəlb etdiyindən götürüb açdıqda içərisində çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. Sellofan bükülünü götürüb cibinə qoyuş və yaşadığı evə gətirərək evin zirzəmisində gizlətmişdir. Evdə tək yaşayır. Ailə üzvləri, arvadı X11, qızları Aytən Dadaşlı, Aygül Dadaşlı və oğlu X21 şəhərində yaşayırlar. Buna görə də ailə üzvləri həmin sellofan bükülünü gizlətdiyini bilməmişlər. 2021-ci ilin mart ayında həyətində əkib-yetişdirmək üçün dəmir konstruksiyalardan istixana düzəldib içərisində pomidor əkmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində gələcəkdə şəxsi istifadəsi üçün marixuana əldə etmək məqsədi ilə çətənə bitkisi əkibbecərməyi düşünmüş, bu məqsədlə çətənə bitkisinin toxumlarını gizlətdiyi yerdən götürüb ailə üzvlərindən xəbərsiz yaşadığı evin həyətyanı sahəsində 4 ədəd çətənə bitkisinin toxumunu əkmiş, pomidorları yetişdirdiyi istixananın içərisində isə 7 ədəd çətənə bitkisinin toxumunu əkmişdir. Təxminən 10 gün sonra artıq çətənə bitkisinin şitillərinin çıxdığını görmüş, çətənə bitkisinin şitillərinin diblərini alaq otlarından təmizləyib, su verməklə 8 iyul 2021-ci il tarixədək mütəmadi qulluq göstərmiş, bir neçə gün bundan əvvəl çətənə bitkisinin hissələrindən qurudub istifadə etmək üçün ağ rəngli sellofan bağlamaya yığıb istixananın içərisində karotun qutunun altında saxlamışdır. 08 iyul 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən qapının döyüldüyünü eşitmiş, qapıya çıxdıqda mülki geyimdə olan şəxslər xidməti vəsiqələrini göstərib İsmayıllı rayon polis şöbəsinin əməkdaşları olduğunu bildirib yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiklərini əkib-becərməkdə şübhəli olduğu üçün yaşadığı evə və evin həyətyanı sahəyə baxış keçiriləcəyini bildirib onu əməliyyat-axtarış tədbiri qərarı ilə tanış etmişlər. Polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış zamanı evin sağ tərəfində torpaq sahəsi üzərində 4 ədəd çətənə bitkisi və yerdən 1 ədəd həmin çətənə bitkisinin birinin qıraraq yerə atdığı hisəsi aşkar edilmişdir. Çətənə bitkisinin budağı qırıldığı üçün o, həmin bitkinin hissəsini qırıb yerə tullamışdır. Baxış davam etdirilərkən istixananın içərisindən pomidor şitillərinin arasından 7 ədəd çətənə bitkisi aşkar edilmiş, ümumilikdə 11 ədəd çətənə bitkisi və 1 ədəd çətənə bitkisinin hissəsi aşkar edilmişdir. Bundan başqa istixananın girişində karotun qutunun altına baxış zamanı içərisində çətənə bitkisinin yarpaqlarını yığaraq saxladığı 1 ədəd sellofan bağlama aşkar edilmiş, həmin sellofan bağlama xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin sellofan bağlama ilə birlikdəm 20 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 11 ədəd çətənə bitkisi, 1 ədəd çətənə bitkisinin hissəsi və 1 ədəd içərisində qurudulmamış marixuana olan sellofan bağlama 1 ədəd kağız bağlamaya qoyulub üzəri möhürlənərək götürülmüşdür. Bundan başqa yaşadığı evə də baxış keçirilmiş, yaşadığı evdən hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmiş və götürülməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, hazırki vaxta qədər heç kimdən narkotik vasitə almamış və kiməsə narkotik vasitə satmamış, çətənə bitkilərini şəxsi istifadəsi üçün əkmiş və qurudulmamış marixananı da şəxsi istifadəsi üçün yığaraq qurutmaq üçün saxlamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, İsmayıllı şəhərində yaşayır, İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. İsmayıllı rayon polis şöbəsinə İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi dalan ev 2-də yaşayan Təqsirləndirilən şəxs oğlunun yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olduğundan bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmiş və bu barədə Təqsirləndirilən şəxs yaşadığı evə və yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə tərəfindən əməliyyat-axtarış tədbiri qərarı qəbul edilmiş, şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Şöbə rəhbərliyi tərəfindən 8 iyul 2021-ci il tarixdə əmrlə o, RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X17, RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı X16 və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X12 daxil olmaqla əməliyyat-təhqiqat qrupu yaradılmışdır Qərarın icrası ilə əlaqədar baxış zamanı mütəxəssis qismində iştirak etmək üçün X19 X3 sektorunun müdiri X9 dəvət olunmuşdur. 12 iyul 2021-ci il tarixdə saat 12 radələrində o və adlarını qeyd etdiyi şəxslər İsmayıllı şəhəri, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmiş və həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs qapısını döyüb çağırmışlar. Elmana yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiklərini əkib-becərməkdə şübhəli olduğu üçün yaşadığı evə və evin həyətyanı sahəyə baxış keçiriləcəyini deyib onu əməliyyat-axtarış tədbiri qərarı ilə tanış etmiş, Elman ərizə təqdim edərək bildirmişdir ki, yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazı yoxdur. Baxış zamanı iştirak etmək üçün 2 nəfər hal şahidi də dəvət edilmiş və baxış keçirilməmişdən əvvəl hal şahidlərinə və digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Həyətyanı sahəyə baxış zamanı evin sağ tərəfində torpaq sahəsi üzərində 4 ədəd çətənə bitkisinə bənzər bitki kolu və həmin yerdən 1 ədəd həmin çətənə bitkisinin birinin qırılmış hissəsinə bənzər bitki hissəsi aşkar olunmuşdur. Baxış davam etdirilmiş və pomidor şitillərinin yetişdirilməsi üçün nəzərdə tutulmuş istixananın içərisindən pomidor şitillərinin arasından 7 ədəd çətənə bitkisinə bənzər bitki kolu aşkar olunmuşdur. Həyətyanı sahədən ümumilikdə 11 ədəd çətənə bitkisi və 1 ədəd çətənə bitkisinin hissəsi aşkar olunmuş, aqronom qismində iştirak edən Rəşid Zülfüqarlıdan həmin bitkilərin nə olmasını və bitkilərə qulluq edilib-edilmədiyini soruşduqda o, bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkilərinə bənzəyir, bitkilərə su verilmiş və qulluq göstərilmiş, dibləri alaq otlarından təmizlənmişdir. Bundan başqa istixananın girişində kartun qutunun altına baxış zamanı 1 ədəd sellofan bağlama aşkar edilmiş, sellofan bağlama açıldıqda aşkar olunmuşdur ki, içəirisində yaşıl rəngli narkotik vasitəyə bənzər bitki kütlələri vardır. Sellofan bağlama xüsusi elektron tərəzidə çəkildikdə müəyyən edilmişdir ki, çəkisi sellofan bağlama ilə birlikdə 20 qramdır. Aşkar edilmiş 11 ədəd çətənə bitkisinə bənzər bitki kolu, 1 ədəd çətənə bitkisinin hissəsinə bənzər bitki hissəsi və 1 ədəd içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər bitki kütlələri olan sellofan bağlama 1 ədəd kağız bağlamaya qoyulub üzəri möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin çətənə bitkisinin toxumlarını haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, 2020-ci ilin noyabr ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonunun Xanagah kəndində hazırda dəqiq yerini xatırlamadığı ərazidə gəzərkən yerdən 1 ədəd sellofan bükülü görmüş, həmin bükülü diqqətini cəlb etdiyindən götürüb açdıqda içərisində çətənə bitkisinin toxumlarının olduğunu görmüş, həmin bükülünü götürüb yaşadığı evə gətirib gizlədib saxlamış, şəxsi istifadəsi üçün marixuana əldə etmək üçün 2021-ci ilin aprel ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə həmin çətənə bitkisinin toxumlarını əkərək toxumlardan çıxan şitillərə qulluq göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmiş və Elmanın yaşadığı evdən hər hansı narkotik vasitəyə bənzər kütlə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmiş və götürülməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol onun, hal şahidlərinin və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Bundan sonra hal şahidlərinə Təqsirləndirilən şəxs üzərinə polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra şəxsi axtarış keçiriləcəyini bildirib polis şöbəsinə getməyi təklif etdikdə hal şahidləri buna heç bir etiraz etməmiş, daha sonra hal şahidləri, Təqsirləndirilən şəxs və digər polis əməkdaşları ilə birlikdə İsmayıllı rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, digər hal şahidi ilə, polis əməkdaşlarının, dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı hər hansı narkoitk vasitəyə bənzər kütlə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmiş və götürülməmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X7, RPŞ-nin CABnin əməliyyat müvəkkili X12 eyni məzmunlu ifadələr verərək X13 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, X29 oğlu ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi dalan 4, ev 5-də yaşayır, İsmayıllı Kommunal Müəssisələri Kombinatında fəhlə işləyir. 8 iyul 2021-ci il tarixdə saat 12 radələrində İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ilə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1 nəfər şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyini və onun də hal şahidi qismində iştirak etməyini bildirmişlər. O, da dəvət edilmiş digər hal şahidi ilə birlikdə həmin proses zamanı iştirak etməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı X19 X3 sektorunun baş məsləhətçisi Rəşid Zülfüqarlı aqronom qismində iştirak etmək üçün dəvət edilmişdir. Həyətyanı sahəyə baxış zamanı evin sağ tərəfində torpaq sahəsi üzərində 4 ədəd çətənə bitkisinə bənzər bitki kolu və həmin yerdən 1 ədəd həmin çətənə bitkisinin birinin qırılmış hissəsinə bənzər bitki hissəsi aşkar olunmuşdur. Baxış davam etdirildi və pomidor şitillərinin yetişdirilməsi üçün nəzərdə tutulmuş istixananın içərisindən pomidor şitillərinin arasından 7 ədəd çətənə bitkisinə bənzər bitki kolu aşkar edilmişdir. Beləliklə həyətyanı sahədən ümumilikdə 11 ədəd çətənə bitkisi və 1 ədəd çətənə bitkisinin hissəsi aşkar edilmişdir. Polis əməkdaşları aqronom qismində iştirak edən Rəşid Zülfüqarlıdan həmin bitkilərin nə olmasını və bitkilərə qulluq edilib-edilmədiyini soruşduqda R.Zülfüqarlı bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkilərinə bənzəyir, bitkilərə su verilmiş və qulluq göstərilmiş, dibləri alaq otlarından təmizlənmişdir. Daha sonra istixananın girişində kartan qutunun altına baxış zamanı 1 ədəd sellofan bağlama aşkar olunmuş və sellofan bağlama açıldıqda aşkar olunmuşdur ki, içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər bitki kütlələridir. Sellofan bağlama xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin sellofan bağlama ilə birlikdə 20 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 11 ədəd çətənə bitkisinə bənzər bitki kolu, 1 ədəd çətənə bitkisinin hissəsinə bənzər bitki hissəsi və 1 ədəd içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər bitki kütlələri olan sellofan bağlama 1 ədəd kağız bağlamaya qoyulub üzəri möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin çətənə bitkisinin toxumlarını haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, 2020-ci ilin noyabr ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonunun Xanagah kəndində hazırda dəqiq yerini xatırlamadığı ərazidə gəzərkən yerdən 1 ədəd sellofan bükülü görmüş, həmin bükülü diqqətini cəlb etdiyindən götürüb açdıqda içərisində çətənə bitkisinin toxumlarının olduğunu görmüş, həmin bükülünü götürüb yaşadığı evə gətirib gizlədib saxlamış, şəxsi istifadəsi marixuana əldə etmək üçün 2021-ci ilin aprel ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə həmin çətənə bitkisinin toxumlarını əkərək toxumlardan çıxan şitillərə qulluq göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmiş və Elmanın yaşadığı evdən hər hansı narkotik vasitəyə bənzər kütlə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmiş və götürülməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol onun, hal şahidlərinin və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Daha sonra polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gəlmiş və polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, digər hal şahidi ilə, polis əməkdaşlarının, dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı hər hansı narkoitk vasitəyə bənzər kütlə və dövriyyəsi qanunla qadağn edilmiş əşya aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 Şöbəsinin əməkdaşı X10 da digər şahidlərlə eyni məzmunlu ifadə verərək, onların göstərdiyi halları tam təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 08 iyul 2021– ci il tarixli protokoldan görünür ki, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, dalan 4,2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı baxış keçirilərkən həyətyanı sahədən 11 (on bir) ədəd yaş vəziyyətdə təmiz çəkisi 970 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları və həmin yerdə torpaq üzərində saxladığı 1 ədəd çətənə bitkisinin hissəsinin, habelə həmin yefdə karton qutunun altında şəxsi istehlak miqdarından artıq olmayan 1 ədəd şəffaf rəngli sellefon torbada saxladığı 14,95 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X4 Regional bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının 9 iyul 2021-ci il tarixli 17/724 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqdə “.....Vət. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 12 (on iki) ədəd ....bitki kolları və nəm bitki kütlələri .....” sözləri yazılmış kağız bağlamanın içərisindəki hündürlükləri 50 santimetrdən 120 santimetrədək, yaş vəziyyətdə, ümumi təmiz çəkisi-970 qram olan 11(on bir) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir, 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-14,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətnə (kannabis) bitkisindın kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. X6 tərəfindən verilmiş 8 iyul 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, 11 (on bir) ədəd çətənə (kannabis) bitkiləri, 01 (bir) ədəd çətənə (kannabis) bitkisinin hissəsi və 01 (bir) ədəd sellofan torbada olan qurudulmamış marixuana tərkiblərinə görə eynidirlər. Qeyd edilən bioloji ekspertiza rəyinin qeyd hissəsinə əsasən, çətənə bitkilərinin və çətənə bitkisinin hissəsinin ümumi təımiz çəkisi- 970 qram olmuş, tədqiqata hər obyektdən 0,05 qram olmaqla 0,60 qram sərf edilmiş qalıq 969,40 qramdır. Qurudulmamış marixuananın təmiz çəkisi 14,95 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş qalıq 14,90 qramdır. Cinayət işinin materiallarında olan Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış məhkəmə-narkoloji ekspertizasının 8 sentyabr 2021-ci il tarixli 1057 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əazb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 11 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq etməklə əkib kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2021–ci ilin aprel ayının əvvəllərində yaşadığı İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, dalan 4,2 ünvanında yerləşən evin həyətyanı sahəsinə istintaqa məlum olmayan mənbədən əldə etmiş olduğu narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumunu səpərək onlara aqrotexniki qaydada qulluq etməklə əkib yetişdirməklə kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 08 iyul 2021–ci il tarixdə, saat 12:00 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədə yerləşən istilikxanada Azərbaycan Respublikasının 28 iyun 2005–ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı”ilə müəyyən edilmiş 11 (on bir) ədəd yaş vəziyyətdə təmiz çəkisi 970 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları və həmin yerdə torpaq üzərində saxladığı 1 ədəd çətənə bitkisinin hissəsinin, habelə həmin yefdə karton qutunun altında şəxsi istehlak miqdarından artıq olmayan 1 ədəd şəffaf rəngli sellefon torbada saxladığı 14,95 qram qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 237.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının 28.06.2005–ci il tarixli 961–İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017–ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 11 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, habelə yaxın qohumu olan qardaşı X5 1-ci Qarabağ müharibəsində iştirak etməklə müharibə veteranı olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.07.2021–ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 002974 nömrəli İsmayıllı rayon Hərbi Komissarlığından verilmiş vəsiqənin surətindən görünür ki, onun yaxın qohumu olan qardaşı X14 1-ci Qarabağ müharibəsinidə iştirak etməklə müharibə veteranıdır. Cinayət işinin materiallarında olan tutma protokolundan və şübhəli şəxs qismində tutmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2021–ci il saat 14:03də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 10 iyul 2021–ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 12:05-də həbsdən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən cəzasını ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub üzəri Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsinin 2 №li möhürü ilə möhürlənmiş vəziyyətdə 1 ədəd sintetik kisədə tədqiqatdan sonrakı təmiz çəkisi 969,40 qram olan 11 ədəd çətənə bitkiləri və 1 ədəd çətənə bitkisinin hissəsi, həmin kisədə 1 ədəd sellofan torbada tədqiqatdan sonrakı təmiz çəkisi 14,90 qram olan qurudulmamış marixuana məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35,97 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 03 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 02 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi dalan 4, ev 2 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd sintetik kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 969,40 qram təşkil edən 11 ədəd çətənə bitkiləri və bir ədəd çətənə bitkisinin hissəsi, həmin kisədə bir ədəd sellofan torbada ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 14,90 qram təşkil edən qurudulmamış marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar