Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-67/2022 27.09.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 27 sentyabr 2022-ci il tarixdə saat 16:57-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2004-cü ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs işlətdiyi İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən kafedə içdiyi pivəyə görə borcunun qalması səbəbindən sonuncunun 01 iyun 2022-ci il tarixdə onu döyməsi və ünvanına nalayiq ifadə işlətməsinə görə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək məqsədi ilə 14 iyun 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs işlətdiyi kafenin qarşısına gələrək Anarı çölə çağıraq onu hansı səbəbdən döydüyü və təhqir etdiyini soruşmuş, öz səhvinə görə özü üzr istəyərək Anardan da üzr istəməsini tələb etmiş, Zərərçəkmiş şəxs “sən kimsən ki, səndən üzr istəyim” deyə cavab verdiyinə görə aralarında yaranmış mübahisə zamanı üzərindəki mətbəx bıçağını cibindən çıxararaq həmin bıçaqla iki dəfə qəsdən Zərərçəkmiş şəxs sol sağrı nahiyəsindən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin may ayının xatırlamadığı günündə həmkəndlisi və dostu Sadiqlə birlikdə İsmayıllı rayonunun Kürdmaşı kəndinin mərkəzində Zərərçəkmiş şəxs işlətdiyi kafeydə pivə içmişlər. O, yekunda yaranmış 16 manat hesabın öz payına düşən 8 manatını Anara vermişdir. Sadiq isə işlədiyi “Az nar” adlı müəssisədən 25 may 2022-ci il tarixdə maaşını alacağını və həmin vaxt 8 manat borcu verəcəyini Anara demişdir. 01 iyun 2022-ci il tarixdə axşam saatlarında İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində olarkən Sadiq ona zəng edərək Anarın kafeyə olan 8 (səkkiz) manat borcunu istədiyini bildirmiş və ondan həmin pulu verməsini xahiş etmişdir. O, Sadiqə hazırda pulunun olmadığını bildirmişdir. Az bir müdddət sonra Anar ona zəng edərək “zəhər içmisiz, gətirib pulu verin” deyə bildirmiş, o, isə bundan əsəbiləşərək “zəhər işməmişəm, içdiyim pivədir” deyə cavab vermişdir. Anar mobil telefonda onun atasını söymüş, o da qarşılıqlı olaraq Anarı söymüşdür. Təxminən 10 dəqiqədən sonra kafeyə gedərək Anarı çölə çağırmışdır. Həmin vaxt Sadiq kafenin həyətində başqa həmkəndliləri ilə pivə içmişlər. Anar kafedən küçəyə çıxmış və gözlənilmədən yumruqla bir dəfə onun çənəsindən vurmuşdur. Bu zaman Anarın qardaşı İlqar kafenin həyətindən küçəyə çıxmış və Anar növbəti dəfə onu vurmaq istədikdə İlqar onu tutub saxlayaraq ona ikinci zərbəni vurmağa qoymamışdır. Həmin vaxt kafedən adlarını bilmədiyi üç-dörd nəfər də çölə çıxmışlar. O isə Anarı vurmamış və döyməmişdir. Sonra oradan aralaşıb çıxıb getmişdir. Həmin ərəfədə ona hərbi xidmətə çağırış gəlmiş və hərbi xidmətə gedəcəyi üçün Anarla barışmaq istəmişdir. Bu məqsədlə 14 iyun 2022-ci il tarixdə saat 22 radələrində bu barədə fikrini dostu Sadiqə bildirmişdir. Sadiq də onun fikrini bəyənmiş və birlikdə Anarın işlətdiyi kafeyə getmişlər. Sadiq Anarı kafedən çölə çağırmış, Sadiq və o Anarla salamlaşmışlar. Söhbət edə-edə kafenin yanındakı mağaza tərəfə keçmişlər. O, Anara hərbi xidmətə yollanacağını, aralarında ədavət saxlamaq istəmədiyini deyərək özünün dediyi sözlərinə görə Anardan üzr istəmiş və Anardan da ondan üzr istəməsini xahiş etmişdir. Bu zaman Anar ona saymazyana formada “sən kimsən ki, səndən üzr istəyim” deyərək onu bir daha alçaltmışdır. O bir daha Anara “mən əgər səni söysəydim, səndən üzr istəyərdim” dedikdə Anar yenə də kobud tərzdə “sən kimsən ki, səndən üzr istəyim, çıx get burdan, məni zibilə salma” demiş və ona məhəl qoymayaraq üzünü çevirib kafe istiqamətində getməyə başlamışdır. O artıq bir neçə dəfə Anar tərəfindən alçaldığına görə əsəbiləşmiş və evdə meyvə yeyərkən cibinə qoyduğu bıçağı çıxararaq iki dəfə Anarın sol arxa yan nahiyəsindən vurmuşdur. Bu zaman Anar mağazanın qarşısından əlinə taxta döşəmə ağacını götürərək onun üstünə cummuş, o Anarın ağacla onu vurmasından qorxduğundan kəndin mədəniyyət klubu istiqamətində qaçmağa başlamışdır. Qaçarkən bıçaq cibindən yerə düşmüşdür. Təxminən 600-700 metr oradan aralaşdıqdan sonra qabaqdan qonşusu Hüseynə məxsus “Ford Transit” markalı avtomobilin gəldiyini görmüş və Hüseynə işarə verərək maşını saxlamağını xahiş etmişdir. Hüseyn maşını saxlayan kimi həyəcanlı şəkildə “ Anar dalımca düşüb məni öldürəcək məni burdan apar” deyə bildirmiş və maşının qabaq oturacağına əyləşmişdir. Hüseyn hərəkətə başlamaq istəyən anda Anar özünü çatdırmış və əlindəki ağac parçası ilə avtomobilin Hüseyn tərəfdən alın şüşəsindən vurmuşdur. Hüseyn maşından düşərək Anara yaxınlaşmışdir. Anar isə onun ünvanına təhqiramiz ifadələr işlədərək əlindəki ağac parçası ilə onun üstünə gəlməyə çalışmışdır. Anarın əlindəki ağac parçası ilə ona ağır xəsarət yetirəcəyini düşünərək sükan arxasına keçmiş və Hüseynin avtomobilini idarə edərək oradan uzaqlaşmışdır. Oradan bir xeyli uzaqlaşdıqdan sonra Hüseyini avtomobilini asvalt yolda saxlamış və yoldan keçən bir avtomaşınla İsmayıllı rayon polis şöbəsinə gələrək hadisə barədə polisə məlumat vermişdir. Əməlindən peşman olmuş və dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etmişdir. Barışıqla bağlı hətta atası da bir neçə dəfə Zərərçəkmiş şəxs və valideyininə müraciət etmiş, lakin hər dəfə onlar qəti şəkildə barışmayacaqlarını bildirmişlər. O, gəncdir, hərbi xidmətə getmək ərəfəsindədir, zərərçəkmiş şəxsə xəsarət yerirmək niyyəti olmamış, onunla görüşməkdə məqsədi Anadan üzr istəmək olmuşdur. Zərərçəkmiş şəxs ona və ailəsinə qarşı təhqiramiz ifadələr işlətməsi, onun şəxsiyyətini dostunun yanında bir neçə dəfə alçaltması onu bu əməli törətməyə vadar etmişdir. O hazırda da zərərçəkmiş şəxslə barışmaq istəyir.Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndində atası Arzu Məmmədova məxsus kafeni işlədir. Rövşən Abbasov onun həmkəndlisi, eyni zamanda arvadının xalası oğludur. Rövşənlə münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin may ayının dəqiq tarixini xatırlamadığı günündə Rövşən digər həmkəndlisi Sadiqlə birlikdə kafeyə gələrək pivə sifariş verib içmişlər. Onların hesabı yekunda 16 manat olmuş və Rövşən həmin pulun 8 manatını ona verərək qalan 8 manat borcu 25 may 2022-ci il tarixdə verəcəyini bildirmişdir. Həmin tarixdə Rövşən və Sadiq borcu verməmişlər. 01 iyun 2022-ci il tarixdə saat 18 radələrində Sadiq yoldaşları ilə yenidən kafeyə gələrək pivə sifariş verib içməyə başlamışdır. Söhbət zamanı o Sadiqə əvvəlki borcu vermədiklərini xatırlatmışdır. Sadiq ona işlədiyi yerdən maaşı alıb xərclədiyini, hazırda pulunun olmadığını bildirmişdir. Sadiqin sözündən əsəbiləşərək Rövşənə zəng edib kafeyə çağırmağını Sadiqdən xahiş etmişdir. Sadiq Rövşənə zəng edib onu kafeyə çağırmışdır. Rövşən təxminən 10 dəqiqədən sonra kafeyə gələcəyini bildirmişdir. Təxminən 1-2 dəqiqə sonra Sadiqin iş yoldaşı olan Amil adlı şəxs 8 manat pulu ona verərək onların borclarını silməyini xahiş etmişdir. Bundan az bir müddət sonra Rövşən kafeyə gələrək onu çölə çağırmışdır. O çölə çıxdıqda Rövşən ona yaxşı hərəkət etmədiyini bildirmişdir. O, Rövşənə onlara qarşı pislik etmədiyini, içdikləri pivənin pulunu istədiyini bildirmişdir. Rövşən ona nalayiq formada cavab vermiş, o da qarşılıqlı olaraq onu nalayiq formada söyərək bir dəfə sol əli ilə Rövşənin baş nahiyəsindən vurmuşdur. Bu zaman kafedə olan qardaşı İlqar küçəyə çıxmış və onları aralaşdırmışdır. Rövşənə pivənin pulunu Sadiqin iş yoldaşı Amilin verdiyini, bir daha kafeyə gəlməməyini bildirmişdir. 14 iyun 2022-ci il tarixdə saat 23 radələrində kafenin həyətində olmuş, həmin vaxt tanımadığı üç nəfər kafenin həyətində pivə içmişlər. Bu zaman Sadiqin onu kafenin girişindən çağırdığını görmüşdür. X1 olduğunu demiş və çölə çıxmağını bildirmişdir. O küçəyə çıxmış, bu zaman Sadiq və Rövşən ona əl uzadıb onunla salamlaşmışlar. Onlar söhbətləşə-söhbətləşə atasına məxsus mağazanın qarşısına tərəf keçmişlər. Sadiq yaxınlıqda dəmir borunun üstündə oturmuş, Rövşən isə ona “səndən keçən dəfəki hərəkətə görə üzr istəyirəm, gərək belə olmayaydı, gələn ay hərbi xidmətə gedirəm, istəmirəm küsülü çıxım gedim” deyə bir daha ona əl uzatmışdır. Rövşən “söyüş söydüyünı görə sən də məndən üzr istə, bu söhbət burda bağlansın” deyərək əlini sıxmağı xahiş etmişdir. O Rövşənə “sən kimsənki mən səndən üzr istəyim” demişdir. Rövşən ona cavabında “mən başqa yolun yolçusuyam, bu söhbət belə qalmayacaq” deyə bildirmiş və Rövşənə “çıx get burdan, başqa söhbət eləmə” deyərək kafe istiqamətində getməyə başlamışdır. Rövşəndən təxminən 3-4 mert aralanmış arxa sol yan nahiyəsindən iki dəfə vurulduğunu hiss etmişdir. Çevrilib geriyə baxdıqda Rövşənin əlində bıçaq olduğunu görmüşdür. O mağazanın qarşısından döşəmə silmək üçün nəzərdə tutulan ağacı əlinə götürmüş, Rövşən bunu görüb kəndin mədəniyyət klubu istiqamətində qaçmağa başlamışdır. Sadiq də vəziyyəti belə görərək oradan qaçmışdır. Hadisə yerində onlardan başqa heç kim olmamışdır. O, Rövşənin getdiyi istiqamətdə qaçmağa başlamış, qarşıda Rövşənin “Ford Transit” markalı avtomobili saxlatdığını görərək sürətlə həmin istiqamətdə getməyə başlamışdır. O avtomobilə çatanadək Rövşən maşının qabaq sağ oturacağına əyləşmiş, avtomobilin hərəkətə gəldiyini görərək 20-30 metr məsafədən “onu götürmə, onu aparma” deyə qışqırmağa başlamışdır. Avtomobilin sürücüsü Hüseyn onun səsini eşidərək idarə etdiyi maşını saxlamış və Hüseynin sükan arxasından düşdüyünü, həmin zaman Rövşənin maşının salonunda sükan arxasına keçdiyini görmüşdür. Hüseyn ona yaxınlaşarkən Rövşənin işlək vəziyyətdə saxlanılmış maşını hərəkətə gətirərək getmək istədiyini görüb onun hərəkətini saxlamaq üçün əlindəki taxta döşəməsilənlə avtomobilin sürücü tərəfdən alın şüşə nahiyəsindən bir dəfə vurmuşdur. Rövşən isə maşını sürətlə sürüb çıxıb getmişdir. O, əynindəki şalvarın qan olduğunu görmüş və qardaşı İlqara zəng edərək hadisə barədə məlumat vermişdir. İlqar təcili onun yanına gəlmiş və təcili-tibbi yardım maşını ilə onu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Xəstəxanada həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs və onun valideyni tərəfindən bir neçə dəfə onunla barışığa cəhd edilmiş, lakin hər dəfə o barışıqdan imtina etmişdir. Təqsirləndirilən şəxsə ciddi cəza verilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun dostu olmaqla münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin may ayının dəqiq tarixini xatırlamadığı günündə Rövşənlə birlikdə pivə içmək üçün İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi kafeyə getmişlər. Yekunda hesab 16 manat tutumuş, Rövşən Anara hesabın 8 manatını vermişdir. O, 25 may 2022-ci il tarixdə işlədiyi müəssisədən maaşını aldıqdan sonra qalan borcunu verəcəyini demişdir. Həmin tarixdə isə yadına düşmədiyindən Anarın pulunu verməmişdir. 01 iyun 2022-ci il tarixdə axşam saatlarında iş yoldaşları ilə həmin kafeə pivə içməyə getmişlər. Bu zaman Anar onu kənara çağırıb borcu tələb etmişdir. O Anara üzərində pulunun olmadığını bildirmiş və Rövşəni çağırıb borcu verəcəyini demişdir. Anar Rövşənin mobil telefonuna zəng edərək “zəhər içmisiz gətirib pulu verin” deyə bildirərək Rövəni nalayiq formada təhqir etmiş və təcili kafeyə gəlməyi bildirmişdir. Rövşən az sonra sonra gəlmiş və Anarı çölə çağırmışdır. Anar kafedən çölə çıxmış və Rövşənin onu gözlədiyini görərək bir dəfə yumruqla Rövşənin sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt yaxınlıqda olan Anarın qardaşı İlqar onları aralaşdırmışdır. Rövşən oradan aralaşıb getmişdir. İş yoldaşı Amil onun və Rövşənin borclu olduğu 8 manatı Anara ödəmiş və onlar getmişlər. 14 iyun 2022-ci il tarixdə saat 22 radələrində Rövşəngildə olduğu vaxt Rövşən ona birlikdə Anarla görüşməyi təklif etmişdir. Rövşəndən Anarla görüşmək istəməsinin səbəbini soruşduqda demişdir ki, “Anar məni söydüyünə məndən üzr istəsin, mən də etdiyim hərəkətlərimə görə Anardan üzr istəyəcəm, istəmirəm hərbi xidmətə gedəndə kiminləsə küsülü qalım”. O, Rövşənin Anarla küsülü qalmaq istəmədiyini və Rövşənlə barışmaq istədiyini bilmiş və birlikdə Anarın işlətdiyi kafenin qarşısına getmişlər. Kafenin qarşısına çatanda Rövşən ondan Anarı çağırmağı xahiş etmişdir. O, Anarı kafedən çölə çağırmış və Anar küçəyə çıxmışdır. Rövşənlə o əl verərək Anarla salamlaşmış, söhbətləşə-söhbətləşə kafenin yanından 3-4 metr məsafədəki mağaza tərəfə keçmişlər. Rövşən Anara hərbi xidmətə gedəcəyini deyərək aralarında baş vermiş anlaşılmazlığa görə Anardan üzr istəmiş, Anarla küsülü qalmaq istəmədiyini deyərək Anardan da onun ünvanına işlətdiyi nalayiq söyüşlərə görə üzr istəməsini xahiş etmişdir. Bu zaman Anar Rövşənə “sən kimsən ki, səndən üzr istəyim” deymiş, Rövşən isə Anara təkrarər başqa bir məqsəd üçün yox, onun yanına üzr istəməyə gəldiyini demişdir. Anar isə yenə də Rövşənə kobud tərzdə “sən kimsən ki, səndən üzr istəyim, çıx get burdan, məni zibilə salma” deyərək üzünü çevirib kafe istiqamətində getməyə başlamışdır. Rövşən Anarın onu aşağılamasından əsəbiləşmiş və cibindən kiçik ölçülü mətbəx bıçağını çıxararaq iki dəfə Anarın arxa sağrı nahiyəsindən vurmuşdur. O yaxınlaşmaq istədikdə Anar mağazanın qarşısından əlinə taxta döşəməsilən ağacı götürmüş, Rövşən isə Anarın əlindəki ağacı görüb qaçaraq uzaqlaşmışdır. O da qorxduğundan oradan aralaşıb yaşadığı evə getmişdir. Şahid2 ifadə verərək göstərdi ki, 01 iyun 2022-ci il tarixdə saat 18 radələrində qardaşı Anarın işlətdiyi İsmayıllı rayonu Kürdmaşı kəndində atasına məxsus kafedə olarkən Anarın həmkəndlisi Təqsirləndirilən şəxsla mübahisə etdiyni görmüşdür. O, yaxınlaşan zaman Anar sol əli ilə Rövşənin çənəsindən bir zərbə vurmuş, bu zaman dərhal onlara yaxınlaşıb Anarla Rövşəni aralaşdırmışdır. 14 iyun 2022-ci il tarixdə saat 23 radələrində atasına məxsus ərzaq mağazasının qapısını bağlayıb mağazanın açarını yaxınlıqdaki kafedə olan Anara vermiş və evə getmişdir. Təxminən 10-15 dəqiqədən sonra Anar ona zəng edərək Rövşənin onu bıçaqla arxa nahiyəsindən vurub xəsarət yetirdiyini və Rövşənin “Ford” markalı maşınla oradan qaçdığını bildirmişdir. O, Anarın dediyi çaylaq adlanan yerə getmiş, atasına zəng edərək hadisə barədə məlumat vermiş, təcili tibbi yardım maşını gəldikdən sonra Anarı xəstəxanaya aparmışlar. Şahid3 ifadə verərək göstərdi ki, özünə məxsus “Ford Transit” markalı avtomobili ilə meyvə-tərəvəz daşımaqla ailəsinin dolanışığını təmin edir. 14 iyun 2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi avtomaşınla İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşadığı evə gedərkən həmkəndlisi Təqsirləndirilən şəxs görüb maşını saxlamışdır. Bu zaman Rövşən son dərəcə həyəcanlı vəziyyətdə olmuş və “məni kənddən çıxart, yoxsa Anar məni öldürəcək” deyərək avtomobilinə oturmuşdur. O, hansısa hadisənin baş verdiyini düşünüb Rövşəndən nə baş verdiyini soruşmuşdur. Elə bu zaman həmkəndlisi Zərərçəkmiş şəxs maşının qabağına keçmiş, əlindəki ağacla maşının alın şüşəsi tərəfdən və sol qapı tərəfdən vurmuş, “Rövşən, düş aşağı, düş aşağı” deyə qışqırmağa başlamışdır. O, yerə düşərək Anardan nə baş verdiyini soruşan zaman Rövşən maşının salonundan sükan arxasına keçmiş və maşını hərəkətə gətirərək oradan uzaqlaşıb getmişdir. Biz az maşının dalınca qaçsa da Rövşən maşını saxlamamışdır. Hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Anarın maşını vurub zədələməsi və maşınının Rövşən tərəfindən aparılması barədə məlumat vermişdir. Qısa müddət sonra Rövşən zəng edərək maşını saxladığını bildirmişdir. Sonradan onun avtomobilinə dəymiş ziyan Təqsirləndirilən şəxs atası tərəfindən ona ödənilmişdir. “Hadisə yerində baxış keçirilməsi haqqında” 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi yer İsmayıllı rayonu Kürdmaşı kəndində X4 məxsus mağazanın qarşısıdır. Məhkəmə-tibbi ekspertizasının 30 iyun 2022-ci il tarixli 315 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sol sarğının yaraları (cəmi 02 ədəd) deşici – kəsici alətin (alətin bıçaq olması istisna edilmir) deşici –kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 14 iyun 2022 ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan,sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Təkrar məhkəmə-tibbi ekspertizasının 04 avqust 2022-ci il tarixli T 317/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol sarğının deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər deşici –kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 14 iyun 2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 02 avqust 2022-ci il tarixli 365- 2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthinin sol yarısının yuxarı hissəsində 02(iki) ədəd deşilmiş – kəsilmiş zədələri vardır. Bu zədələr kafi itilikli ülgüclü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici –kəsici alətin (alətlərin), ola bilsin, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində olan zədələrin lokalizasiyasına görə demək olar ki, bu zədələrin istiqaməti arxadan önə doğru ola bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthinin sol yarısının yuxarı hissəsində olan iki ədəd deşilmiş –kəsilmiş zədələr onun bədənində olan sol sarğı nahiyyəsinin iki ədəd deşilmiş –kəsilmiş yaraları ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlirlər. Məhkəmə-bioloji ekspertizasının 08 avqust 2022-ci il tarixli 444/MTBŞ-2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu O (1)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində insan qanı ləkələri aşkar olundu.Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı.H antigeni O(1) qrupun əsasını təşkil edir. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə O(1) qruplu şəxsə, o, cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. 15 iyul 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsindən alınmış 18 iyul 2022ci il tarixli 02-04-451/2022 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. Müstəntiqin 01 avqust 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 31 avqust 2022-ci il tarixli 964 və 965 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Kürdmaşı qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1964-ci il təvəllüdlü atası X6, 1978-ci il təvəllüdlü anası X5 və 2012-ci il təvəllüdlü bacısı Səidədən ibarətdir. Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. Müstəntiqinin “Maddi sübut kimi tanınma” haqqında 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, bir ədəd sellofan bağlamadakı istifadəyə yararsız bir ədəd açıq qəhvəyi rəngi şalvar iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Müstəntiqinin “Sübutların qiymətləndirilməsi haqqında” haqqında 01 sentyabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şahid3 məxsus “Ford Transit” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili son zərurət vəziyyətində qaçırdığından onun əməlinin cinayət sayılmaması nəzərə alınmış, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə cinayətinin, 221-ci maddəsində nəzərdə tutulmuş “xuliqanlıq” cinayətinin, 228.4-cü maddəsinə nəzərdə tutulmuş qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə cinayətinin tərkib əlaməti olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən müvafiq material ayrılaraq saxlanması üçün İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Həmin qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq saxlanılması üçün İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Zərərçəkmiş şəxs 01 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs döydüyünə görə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən qəbul edilmiş qərarın surəti İsmayıllı RPŞ-nin İTB-nə göndərilmiş, Şahid3 məxsus “Ford Transit” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən zədələnməsi nəticəsində ona dəymiş 275 manat maddi ziyan ödənildiyi üçün və inzibati xətanı törətmiş Zərərçəkmiş şəxs ilə barışdığından sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati icraatın başlanması rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, o cümlədən əməlindən səmimi peşman olmaqla zərərçəkmiş şəxslə dəfələrlə barışığa cəhd etməsini, zərərçəkmiş şəxsdən həm ibtidai, həm də məhkəmə istintaqında üzr istəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan bir ədəd sellofan bağlamadakı istifadəyə yararsız bir ədəd açıq qəhvəyi rəngi şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan bir ədəd sellofan bağlamadakı istifadəyə yararsız bir ədəd açıq qəhvəyi rəngi şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-67/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-67/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver