Məhkəmə qərarları › İş №1(037)-68/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-68/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-68/2021 21.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi iştirakı ilə 21 dekabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1995-ci ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum edilməmiş, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının axırlarında dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evin həyətyanı sahəsində 3 (üç) ədəd plasmas qabda və 3 (üç) ədəd dəmir vedrədə əvvəllər əldə edib saxladığı çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən 6 (altı) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 50 santimetrdən 140 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 18.07.2021-ci il tarixdə, saat 14 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən Azərbaycan Respublikasının 28 iyun 2005–ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı”ilə müəyyən edilmiş evin yan tərəfində qoyduğu 3 (üç) ədəd plasmas dibçəkdə və 3 (üç) ədəd dəmir dibçəkdə olmaqla cəmi 6 (altı) ədəd dibçəklərdə əkib-yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 369,75 qram təşkil edən ümumilikdə 6 (altı) ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayır, suabaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığım evdə ondan başqa anası X9 yaşayır. 2021-ci ilin aprel ayının əvvəllərində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində meşəlik ərazidə gəzib istirahət etməyə getmiş və meşədə hazırda yerini xatırlamadığı yerdə bir ədəd sellofan bükülü görüb diqqətini cəlb etdiyindən götürüb açdıqda içərisində çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. Təxminən 1 ildir ki, marixuanadan istifadə edir. Buna görə də şəxsi istifadəsi üçün gələcəkdə çətənə bitkisi əkib marixuana əldə etmək məqsədi ilə həmin çətənə bitkisinin toxumları olan sellofan bükülünü götürüb evə gətirərərək damda gizlədib saxlamışdır. Anasə Şöhrətə həmin çətənə bitkisinin toxumlarını tapdığı və saxlamadığı barədə heç nə bildirməmişdir. Bir neçə gün sonra yəni, 2021-ci ilin aprel ayının axırında dəqiq tarixini xatırlamadığım gündə çətənə bitkisinin toxumlarını əkərək şəxsi istifadəm üçün narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Yaşadığı evin həyətində 3 ədəd plasmas qab və 3 ədəd dəmir qab götürüb həmin qablara torpaq töküb hər birində çətənə bitkisinin toxumlarını əkmişdir. Təxminən 10 gündən sonra hər birində 1 ədəd çətənə bitkisinin toxumu çıxmış və çətənə bitkisinin şitillərinə su verib diblərini alaq otlarından təmizləmişdir. 18 iyul 2021-ci il tarixə qədər artıq çətənə bitkiləri böyümüşdür. 18 iyul 2021ci il tarixdə saat 14 radələrində yaşadığı evin qarşısında olan zaman İsmayıllı rayon polis şöbəsinin əməkdaşları gələrək özlərini təqdim edib yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi və həmçinin yaşadığı evdə narkotik vasitə saxlamağı barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunduğunu bildirib həmin qərarı ona göstərmiş və o, həmin qərarla tanış olmuşdur. Polis əməkdaşları tərəfindən baxış zamanı evin yan tərəfində 6 ədəd dibçəklərdə əkib-becərdiyi çətənə bitkləri aşkar olunmuşdur. O, ifadəsində həmçinin göstərmişdir ki, hazırki vaxta qədər heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış, çətən bitkilərini şəxsi istifadəsi üçün əkmiş, anası Şöhrət Həsənova onun çətənə bitkiləri əkib becərməsindən məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. İsmayıllı rayon polis şöbəsinə İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olduğundan bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmiş və bu barədə Təqsirləndirilən şəxs yaşadığı evə və yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə tərəfindən əməliyyat-axtarış tədbiri qərarı qəbul edilmiş, həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Şöbə rəhbərliyi tərəfindən 18 iyul 2021-ci il tarixdə əmrlə o, RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X13, CB-nin baş əməliyyat müvəkkili, polis mayoru X10, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X6 daxil olmaqla əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Qərarın icrası ilə əlaqədar baxış zamanı mütəxəssis qismində iştirak etmək üçün X16 X2 sektorunun baş məsləhətçisi X3 dəvət olunmuşdur. 18 iyul 2021-ci il tarixdə saat 13 radələrində o və adlarını qeyd etdiyi şəxslər İsmayıllı rayonunun Kürdmaşı kəndində getmiş, həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olduğunu görüb ona yaxınlaşaraq xidməti vəsiqələrimizi göstərib özlərini təqdim etmişlər. Elgünə yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiklərini əkib-becərməkdə şübhəli olduğu üçün yaşadığı evə və evin həyətyanı sahəyə baxış keçiriləcəyini deyib onu əməliyyat-axtarış tədbiri qərarı ilə tanış etmiş, Elgün ərizə təqdim edərək bildirmişdir ki, yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazı yoxdur. Baxış zamanı iştirak etmək üçün 2 nəfər hal şahidi də dəvət edilmiş və baxış keçirilməmişdən əvvəl hal şahidlərinə və digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Həyətyanı sahəyə baxış zamanı evin yan tərəfində 3 ədəd plasmas və 3 ədəd vedrələrdə hər birində 1 ədəd olmaqla ümumilikdə 6 ədəd çətənə bitkisinə bənzər bitkləri aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bitkilərin nə olması, kimə məxsus olması, nə məqsədlə əkilib-becərildiyini soruşduqda o, bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, çətənə bitkisinin toxumlarını İsmayıllı rayonu Xanagah kəndi ərazisində meşə sahəsində dəqiq yerini xatırlamadığı ərazidə gəzərkən sellofan bükümdə tapmış, 2021-ci ilin aprel ayının axırlarında şəxsi istifadəsi üçün marixuana əldə etmək üçün əkib-becərmiş, satış məqsədi olmamışdır. Baxış zamanı aqronomdan həmin bitkilərin nə olmasını, aqrotexniki qulluq edilib-edilmədini soruşduqda İsmayıllı rayon Dövlət Aqrar X2 sektorunun baş məsləhətçisi vəzifəsində işləyən, X3 bildirmişdir ki, həmin bitki formasından, kəskin iyindən narkotik tərkibli çətənə bitkisinə oxşayır və həmin bitkilərin dibi alaq otlarından təmizlənmiş, su verilərək mütəmadi qulluq göstərilmişdir. Həmin 6 ədəd çətənə bitkisinə bənzər bitkilər plasmas qablardan və dəmir vedrələrdən çıxarılaraq hündürlükləri ölçüldükdə 50 santimetrdən 140 santimetrədək müxtəlif hündürlüklərdə olması müəyyən olunmuş və kağız bağlamaya qoyulub üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda o, yaşadığı evdə hər hansı narkotik vasitə saxlamadığını demişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmiş və yaşadığı evdən hər hansı narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar olunmamış, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuş, bundan sonra hal şahidləri ilə birlikdə İsmayıllı rayon polis şöbəsinə gəlmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağını demişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağımı bildirmiş və ona təqdim edilmiş vəkillərin siyahısından İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi seçmiş, qısa müddət sonra həmin müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və hal şahidlərinin iştirakı ilə polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və o, da tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru X10, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X6 eyni məzmunlu ifadələr verərək X7 göstərdiyi halları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır, heç bir yerdə işləmir. 18 iyul 2021-ci il tarixdə saat 14 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində küçə ilə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1 nəfər şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyini və onun da hal şahidi qismində iştirak etməsini təklif etmişlər. O, da polis əməkdaşlarının təklifi ilə raəzlaşaraq dəvət edilmiş digər hal şahidi ilə birlikdə həmin proses zamanı iştirak etmişdir. Elxan Cəfərov polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı X16 X2 sektorunun baş məsləhətçisi Rəşid Zülfüqarlı aqronom qismində iştirak etmək üçün dəvət edilmişdir. Həyətyanı sahəyə baxış zamanı evin yan tərəfində 3 ədəd plasmas və 3 ədəd vedrələrdə hər birində 1 ədəd olmaqla ümumilikdə 6 ədəd çətənə bitkisinə bənzər bitklər aşkar olunmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs həmin bitkilərin nə olması, kimə məxsus olması, nə məqsədlə əkilib-becərildiyini soruşduqda Elgün demişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, çətənə bitkisinin toxumlarını İsmayıllı rayonu Xanagah kəndi ərazisində meşə sahəsində dəqiq yerini xatırlamadığı ərazidə gəzərkən sellofan bükümdə tapmış, 2021-ci ilin aprel ayının axırlarında şəxsi istifadəsi üçün marixuana əldə etmək üçün əkib-becərmiş, satış məqsədi olmamışdır. Baxış zamanı aqronomdan həmin bitkilərin nə olmasını, aqrotexniki qulluq edilib-edilmədini soruşduqda İsmayıllı rayon Dövlət Aqrar X2 sektorunun baş məsləhətçisi vəzifəsində işləyən, X3 bildirmişdir ki, həmin bitki formasından, kəskin iyindən narkotik tərkibli çətənə bitkisinə oxşayır və həmin bitkinin dibi alaq otlarından təmizlənmiş, su verilərək mütəmadi qulluq göstərilmişdir. Həmin 6 ədəd çətənə bitkisinə bənzər bitkilər plasmas qablardan və dəmir vedrələrdən çıxarılaraq hündürülükləri ölçüldükdə 50 santimetrdən 140 santimetrədək müxtəlif hündürlüklərdə olması müəyyən edilmiş, bitkilər kağız bağlamaya qoyulub üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı narkotik vasitə saxlamadığını bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmiş, Elgünün yaşadığı evdən hər hansı narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Bundan sonra polis əməkdaşları ona və digər hal şahidinə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib onun da həmin proses zamanı iştirak etməsini təklif etmişlər. O və digər hal şahidi də buna heç bir etiraz etməmiş, bundan sonra digər hal şahidi ilə birlikdə İsmayıllı rayon polis şöbəsinə gəlmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağını bildirdikdə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını demişdir. Elgün təqdim edilmiş vəkillərin siyahısından İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi seçmiş, qısa müddət sonra həmin müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və hal şahidlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, o, da tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş X8 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 18 iyul 2021– ci il tarixli protokoldan görünür ki, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 2021-ci ilin aprel ayının axırlarında dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evin həyətyanı sahəsində 3 (üç) ədəd plasmas qabda və 3 (üç) ədəd dəmir vedrədə əvvəllər əldə edib saxladığı çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən 6 (altı) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 50 santimetrdən 140 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 18.07.2021-ci il tarixdə, saat 14 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən evin yan tərəfində qoyduğu 3 (üç) ədəd plasmas dibçəkdə və 3 (üç) ədəd dəmir dibçəkdə olmaqla cəmi 6 (altı) ədəd dibçəklərdə əkib-yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 369,75 qram təşkil edən ümumilikdə 6 (altı) ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X4 Regional bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının 18 iyul 2021-ci il tarixli 17/519 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqdə “.....Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 6 (altı) ədəd narkotik tərkibli bitki....) sözləri yazılmış kağız bağlamanın içərisindəki 06 (altı) ədəd hündürlükləri 50 santimetrdən 140 santimetrədək, yaş vəziyyətdə ümumi təmiz çəkisi- 369,75 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, 6 (altı) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. X5 tərəfindən verilmiş 18 iyul 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd edilən bioloji ekspertiza rəyinin qeyd hissəsinə əsasən, çətənə bitkilərinin ümumi təımiz çəkisi 369,75 qram olmuş, tədqiqata hər bitkidən 0,05 qram olmaqla 0,30 qram sərf edilmiş, qalıq-369,45 qram təşkil etmişdir. Cinayət işinin materiallarında olan Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2021-ci il tarixli 1017 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq etməklə əkib kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2021–ci ilin aprel ayının axırlarında yaşadığı İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən evin həyətyanı sahəsinə istintaqa məlum olmayan mənbədən əldə etmiş olduğu narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumunu səpərək onlara aqrotexniki qaydada qulluq etməklə əkib yetişdirməklə kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 18.07.2021-ci il tarixdə, saat 14 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən evin yan tərəfində qoyduğu 3 (üç) ədəd plasmas dibçəkdə və 3 (üç) ədəd dəmir dibçəkdə olmaqla cəmi 6 (altı) ədəd dibçəklərdə əkib-yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 369,75 qram təşkil edən ümumilikdə 6 (altı) ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 237.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının 28.06.2005–ci il tarixli 961–İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017–ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 06 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.10.2028–ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan tutma protokolundan və şübhəli şəxs qismində tutmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2021–ci il tarixdə saat 16:41-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 20 iyul 2021–ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 15:15-də həbsdən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. .Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub İsmayıllı RPŞ–də məsul saxlanca verilmiş 06 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35,97 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 iyul 2021-ci il tarixdən 20 iyul 2021-ci il tarixədək saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd sintetik kisədə ekspertiza tədqiqatından sonra təmiz çəkisi 369,45 qram təşkil edən 6 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar