Məhkəmə qərarları › İş №1(037)-68/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-68/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-68/2022 25.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 25 oktyabr 2022-ci il tarixdə saat 17:41-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1988-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsayeva X2 rayonunun İvanovka kəndi Sovetskaya küçəsi ev 34-də yaşayan qonşusu Zərərçəkmiş şəxs evində heç kimin olmadığını bildiyindən həmin evdən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 29 iyul 2022-ci il tarixdə saat 09:00-dan saat 11:00-dək olan müddətdə yaşadığı evin həyətyanı sahəsi ilə Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsi arasındakı dəmir materialdan olan qapını açmış, oradan Zərərçəkmiş şəxs məxsus həyətanı sahəyə, həmin sahədən isə evin açıq olan pəncərəsindən qanunsuz olaraq saxlanc yeri hesab olunan evə daxil olaraq evin yataq otağındakı şkafdakı pul qabının içərisindən 5 ədəd hər biri 50 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 250 manat pulu və digər pul qabının içərisindən 1 ədəd 583/585 əyarlı, 4,79 qram çəkidə, üzərində 3 ədəd rəngsiz, şəffaf qaş olan, şəffaf qaşların 2 ədədinin hər biri 0,015 karat və 1 ədədi 0,022 karat brilyant olan 432 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 583/585 əyarlı, 3,12 qram çəkidə, 265 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 583/585 əyarlı, 8,91 qram çəkidə, üzərində 1 ədəd rəngsiz şəffaf qaş olan, 757 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 583/585 əyarlı, 1,79 qram çəkidə, 152 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 583/585 əyarlı, 1,45 qram çəkidə, üzərində ağ muncuq olan, 123 manat dəyərində qızıl klonu, 4 ədəd 15,32 qram çəkidə, cəmi 12 manat dəyərində diş protezinin hissələrini qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1991 (min doqquz yüz doxsan bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, ailəsi ilə birgə İsmayıllı rayonunun İvanovka kəndində yaşayır. İşləmir,himayəsində üç azyaşlı uşaqları var. Zərərçəkmiş şəxs onun qonşusu olmaqla aralarında münasibətləri normal olmuşdur. 29 iyun 2022-ci il tarixdə səhər saat 09 radələrində qonşusu Zərərçəkmiş şəxs və X9nın evdən çıxaraq harasa getdiyini görmüşdür. Maddi imkanı zəif olduğu üçün pula ehtiyacı olmuş, ona görə də qonşusunun evinə girərək oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə özünün yaşadığı evin arxa tərəfindəki dəmir qapını açaraq Mehmangilin həyətinə keçmişdir. Həyətdən quraqlığa keçən qapı açıq olmuş və oradan içəri daxil olmuşdur. Orada isə Mehmangilin yaşadıqları evin taxta pəncərəsinin açıq olduğunu görmüşdür. Həmin pəncərədən evə girmişdir. Zərərçəkmiş şəxs gildə keçirilən şadlıq mərasimində iştirak edərkən ev sahibəsi Rüxsarə Qasımovanın yataq otağındakı daxılı açaraq pul qabından pul götürdüyünü gördüyü üçün həmin otağa keçmiş və orada olan şkafın daxılını açaraq daxılda olan pulqabının içərisindən 5 ədəd 50 manatlıq əskinas götürmüşdür. Pul qabının içərisində dəqiq sayını bilmədiyi qədər pul qalmış, pul qabını yerinə qoymuşdur. Orada ağ sellofan torbaya bükülmüş daha bir pul qabının olduğunu görmüş və həmin pul qabını götürüb açdıqda orada 3 ədəd qızıl üzük, 1 ədəd qızıl klon və 3 ədəd qızıl diş olduğunu görmüşdür. O, həmin əşyaları da götürərək pul qabını olduğu kimi yerinə qoymuşdur. Götürdüyü əşyaları və pulu torbaya qoyaraq gəldiyi kimi evinə getmişdir. Oğurladığı əşyaları evin giriş hissəsində gizlətmişdir. Bir neçə gün sonra oğurladığı 1 ədəd qızıl qadın üzüyünü və 1 ədəd qızıl dişi həmin gün küçədən keçən qara rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə satmaq üçün İsmayıllı rayonuna göndərmişdir. Taksi sürücüsünü əvvəldən tanımamış, təsadüfən küçədən keçərkən əl edərək onu saxlamış və özündə olan 1 ədəd qızıl qadın üzüyünü və 1 ədəd qızıl dişi İsmayıllı rayonu Bazar adlanan ərazidə Fərid adlı qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxsə satmasını xahiş etmişdir. Taksi sürücüsü onunla razılaşaraq qızılları aparmış və bir müddət sonra qayıdaraq qızlların satışından əldə olunmuş ümumilikdə 293 manat pulu ona vermişdir. O, həmin puldan sürücüyə 12 manat vermişdir. Onun tötətdiyi əməlinin üstü açıldıqdan sonra, 04 iyul 2022-ci il tarixdə Fərid adlı qızıl-zinət əşyaları alqı-satqısı ilə məşğul olan şəxsdən satmış olduğu 1 ədəd qızıl qadın üzüyünü və 1 ədəd qızıl dişi geri alaraq polisə təqdim etmişdir. O, törətdiyi cinayət əməlini etiraf etmişdir. Onun oğurluq etməsindən ailə üzvlərinin xəbəri olmamış, habelə qızıl-zinət əşyalarını satdığı Fərid adlı şəxsə və qızılları satmaq üçün aparan taksi sürücüsünə həmin əşyaların oğurluq olduğunu deməmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Himayəsində üç azyaşlı uşağı vardır. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu İvanovka kəndində yaşayır. X9 İvanovka kənd tam orta məktəbində müəllimə işlədiyindən hər səhər onu işə aparır. Bir qayda olaraq səhər 09 radələrindən 13 radələrinədək olan müddət ərzində evində heç kim olmur. 29 iyun 2022-ci il tarixdə həmişə olduğu kimi səhər saat 09 radələrində arvadı ilə birlikdə evdən çıxıb getmişlər. Hava isti keçdiyindən evə giriş qapılarını bağlasa da, həyətə açılan pəncərəni açıq qoymuşlar. Həmin gün saat 11 radələrində evə qayıtmışdır. Həyətə baxdıqda bostana keçid qapısının ayrıldığını görmüş, lakin ayrı bir şey fikirləşməyərək həyət işlərini görməyə başlamışdır. Saat 13 radələrində arvadı Rüxsarə işdən qayıtmışdır. Həmin gün saat 19-20 radələrində arvadı ilə birlikdə rayon mərkəzinə gələrək bankomatdan arvadının məvacibini çıxararaq evə qayıtmışlar. Arvadı pulu yataq otağında olan şkafa yerləşdirmək üçün evə qalxmışdır. Arvadı pul qabını açarkən pul qabının içərisində cəmi 200 manat pul olduğunu görmüş və dərhal mebelin yuxarı gözündə olan qızıllar qoyulan mücrünü açaraq ora baxmışdır. Ora qoyulmuş qızılların orada olmadığını görüb dərhal bu barədə ona məlumat vermişdir. Onlar birlikdə evə qalxmış və yenidən bir yerdə pulu və qızılı qoyduqları yerlərə baxmışlar. Bu zaman 01 ədəd qaşlı kişi üzüyü, 01 ədəd qaşsız kişi üzüyü, 01 ədəd qaşı düşmüş qadın üzüyü, 01 ədəd mirvari qaşlı klon, 01 ədəd 3 qaşlı qadın nişan üzüyü və 04 ədəd bitişik düzəldilmə qızıl dişlərin və 250 manat pulun yerində olmadığını müəyyən etmişlər. Evdə heç bir dağıntı olmadığından gün ərzində evdən oğurluq baş verdiyini hiss etməmişlər. Səhəri gün hadisə barədə ərazi üzrə sahə rəisinə məlumat vermiş və bir müddət sonra evinə polis əməkdaşları gələrək oğurluq baş verən yerə baxış keçirmişlər. Baş vermiş hadisə nəticəsində ona oğurlanmış nağd pulla birlikdə 1991 (min doqquz yüz doxsan bir) manat maddi ziyan dəymişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində evindən qızıl-zinət əşyalarının və pulun qonşusu Səfiyə İsayeva tərəfindən oğurlandığı müəyyən edilmişdir. İbtidai istintaqın gedişində ona vurulmuş ziyan tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X1 ifadə verərək zərərçəkmiş şəxs olan əri Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. X3 ifadə verərək göstərdi ki, ailəsi ilə birgə İsmayıllı şəhərində yaşayır, özünə məxsus avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin iyun ayının sonlarında səhər saatlarında İsmayıllı rayonunun İvanovka kəndinə sərnişin aparmış, kəndin içi ilə qayıdarkən tanımadığı bir qadın ona əl edərək avtomobili saxlamağını istəmişdir. O, avtomobilini saxlamış, həmin qadın ona yaxınlaşaraq əlində olan 1 ədəd qızıl dişi və əlamətlərini xatırlamadığı qızıl üzüyü İsmayıllı rayonunda qızıl mağazalarının birində işləyən Fərid adlı şəxsə satıb, pulunu gətirməyini xahiş etmişdir. O, həmin qadınla razılaşmış və qızılları ondan götürərək İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən Fərid adlı şəxsin işlədiyi qızıl alqı-satqısı mağazasına təqdim etmişdir. Qızılların satışından əldə edilmiş 293 manat Fəriddən götürərək birbaşa İvanovka kəndinə qayıtmış və 293 manatı əvvəlcədən telefon nömrəsini götürdüyü həmin xanıma təqdim etmişdir. Qadın həmin puldan əziyyət haqqı olaraq ona 12 pul vermiş, oradan İsmayıllı rayonuna qayıtmışdır. Həmin xanım qızılların oğurluq olduğunu ona bildirməmiş, polis şöbəsində dindirilərkən həmin qızılların oğurluq oduğunu bilmişdir. X4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun arvadıdır, birlikdə İsmayıllı rayonunun İvanovka kəndində yaşayırlar. Nikitin adına kolxozda sürücü işləyir. Səfiyyə ilə birgə nigahlarından üç azyaşlı övladı var. 29 iyun 2022-ci il tarixdə səhər saatlarında evdən çıxıb işə getmiş və axşam işdən qayıtmışdır. 30 iyun 2022-ci il tarixdə işdə olduğu zaman onu evə çağırmışlar. O evə gələrkən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinin qarşısında polis əməkdaşlarının olduğunu görmüşdür. Sonra isə arvadı Səfiyyənin Zərərçəkmiş şəxs evindən 250 manat pul və qızıl-zinət əşyalarını oğurladığını bilmişdir. Arvadının oğurluq etməyindən əvvəlcədən məlumatı olmamışdır. “İfadənin yerində yoxlanılmasına dair” 04 iyul 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun İvanovka kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsinin baş verdiyi ev İsmayıllı rayonunun İvanovka kəndində, Sovetskaya küçəsi, ev 34 ünvanında yerləşir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” 30 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 3 ədəd qızıl üzük, 1 ədəd qızıl klon və 3 ədəd qızıl dişləri təqdim etmiş, təqdim edilmiş əşyalar götürülərək bu barədə “iPhone” markalı smartfonla fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” 30 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə İsmayıllı RPŞ-yə təqdim etdiyi əşyalardan əlavə həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı 1 ədəd qızıl qadın üzüyünü və 1 ədəd qızıl dişləri təqdim etmiş, təqdim edilmiş əşyalar götürülərək bu barədə “iPhone” markalı smartfonla fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. İsmayıllı rayon X5 X7 Poliklinika şöbəsi tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli 02-04-432/2022 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. 08 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Komleks məhkəmə fiziki-kimyəvi, məhkəmə əmtəəşünaslıq ekspertizasının 30 avqust 2022-ci il tarixli 6/4170; 9/5529 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatlardan – 1) Üzərində 3 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl sarı rəngli 1 ədəd 583/585 əyarlı 4,79 qram çəkidə, şəffaf qaşların 2 ədədinin hər biri 0,015 karat və 1 ədədi 0,022 karat brilyant olan 432 manat dəyərində qızıl qadın üzüyüdür, üzüyün halqasının üzərində “583” damğası vardır. 2) Qırmızımtıl sarı rəngli 1 ədəd 583/585 əyarlı 3,12 qram çəkidə 265 manat dəyərində qızıl qadın üzüyüdür, üzüyün halqasının üzərində “583” və “5 TÖ” damğası vardır. 3) Üzərində 1 ədəd rəngsiz şəffaf qaş olan sarı rəngli 1 ədəd 583/585 əyarlı 8,91 qram çəkidə 757 manat dəyərində qızıl qadın üzüyüdür. Üzüyün halqasının üzərində “E*585” damğası vardır. 4) Sarı rəngli 1 ədəd 583/585 əyarlı 1,79 qram çəkidə 152 manat dəyərində qızıl qadın üzüyüdür. Üzüyün halqasının üzərində “BÖZ” və “B*583” damğası vardır. 5) Üzərində ağ rəngli muncuq olan, qırmızımtıl sarı rəngli 1 ədəd 583/585 əyarlı 1,45 qram çəkidə 123 manat dəyərində qızıl kulonudur, kulonun asılqan hissəsində “*583” damğası vardır. 6) Qırmızımtıl sarı rəngli dişə bənzər elementlərdən ibarət 4 ədəd 15,32 qram çəkidə dəyəri olmayan metal məmulatlardır, bəzi hissələrinin rəngli aşınıb. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim olunmuş zərgərlik məmulatlarının 2022-ci ilin iyunayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1729,0 manat müəyyən edilir. Həmin əşyaların ayrıayrılıqda adları və qiymətləri göstərilmişdir. Dişə bənzər metal məmulatlar istifadə olunduğuna görə qiymətləndirilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 164 (yüz altmış dörd) manat təşkil edir. İsmayıllı RMX-nin PHŞ-nin Stomotologiya bölməsi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, təqdim edilmiş dişəbənzər metalların ümumi dəyəri 10-12 manat təşkil edir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 03 sentyabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə 1 ədəd 583/585 əyarlı 4,79 qram çəkidə üzərində 3 ədəd rəngsiz, şəffaf qaş olan, şəffaf qaşların 2 ədədinin hər biri 0,015 karat və 1 ədədi 0,022 karat brilyant olan 432 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 3,12 qram çəkidə 265 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 8,91 qram çəkidə üzərində 1 ədəd rəngsiz şəffaf qaş olan 757 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 1,79 qram çəkidə 152 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 1,45 qram çəkidə üzərində ağ muncuq olan 123 manat dəyərində qızıl kulonu, 4 ədəd 15,32 qram çəkidə dişə bənzər elementlərdən ibarət dəyəri 12 manat təşkil edən metal məmulatları maddi sübut qismində tanınmışdır. “Qızıl-zinət əşyalarının təhvil verilməsi haqqında” 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut olan 1 ədəd 583/585 əyarlı 4,79 qram çəkidə üzərində 3 ədəd rəngsiz, şəffaf qaş olan, şəffaf qaşların 2 ədədinin hər biri 0,015 karat və 1 ədədi 0,022 karat brilyant olan 432 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 583/585 əyarlı 3,12 qram çəkidə 265 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 583/585 əyarlı 8,91 qram çəkidə üzərində 1 ədəd rəngsiz şəffaf qaş olan 757 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 583/585 əyarlı 1,79 qram çəkidə 152 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 583/585 əyarlı 1,45 qram çəkidə üzərində ağ muncuq olan 123 manat dəyərində qızıl kulonu, 4 ədəd 15,32 qram çəkidə dişə bənzər elementlərdən ibarət dəyəri olmayan metal məmulatı saxlamasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İvanovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 08 iyul 2022-ci il tarixli 441 nömrəli arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, əri X10, 2010, 2014 və 2017-ci il təvəllüdlü uşaqları Əfsanə, Məkkə və Rəşiddən ibarətdir, yaşadığı yer üzrə mənfi xarakterizə olunur. Müstəntiqinin 30 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu İvanovka kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd 583/585 əyarlı 4,79 qram çəkidə üzərində 3 ədəd rəngsiz, şəffaf qaş olan, şəffaf qaşların 2 ədədinin hər biri 0,015 karat və 1 ədədi 0,022 karat brilyant olan 432 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 3,12 qram çəkidə 265 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 8,91 qram çəkidə üzərində 1 ədəd rəngsiz şəffaf qaş olan 757 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 1,79 qram çəkidə 152 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 1,45 qram çəkidə üzərində ağ muncuq olan 123 manat dəyərində qızıl kulonu, 4 ədəd 15,32 qram çəkidə dişə bənzər elementlərdən ibarət dəyəri 12 manat təşkil edən metal məmulatların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 164 (bir yüz altmış dörd) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu İvanovka kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd 583/585 əyarlı 4,79 qram çəkidə üzərində 3 ədəd rəngsiz, şəffaf qaş olan, şəffaf qaşların 2 ədədinin hər biri 0,015 karat və 1 ədədi 0,022 karat brilyant olan 432 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 3,12 qram çəkidə 265 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 8,91 qram çəkidə üzərində 1 ədəd rəngsiz şəffaf qaş olan 757 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 1,79 qram çəkidə 152 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 1,45 qram çəkidə üzərində ağ muncuq olan 123 manat dəyərində qızıl kulonu, 4 ədəd 15,32 qram çəkidə dişə bənzər elementlərdən ibarət dəyəri 12 manat təşkil edən metal məmulatların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 164 (bir yüz altmış dörd) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar