Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-68/2023 24.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X3, Təqsirləndirilən şəxsin müdafiəçisi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə Nadir qızının, Zərərçəkmiş şəxs iştirakı ilə 24 oktyabr 2023-cü il tarixdə saat 15:44-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 2006-cı ildə İsmayıllı rayonu Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məktəbli, məhkum olunmamış, İsmayıllı rayonu Cülyan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq və müəyyən etdi: Rəvan Dosiyev tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin mart ayında, dəqiq tarixi müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Sərdahar kəndində yerləşən fərdi yaşayış evində qonaq olduğu vaxt, evin mətbəx hissəsində heç kəsin olmamasından istifadə edərək mətbəxdə soyuducunun üzərinə qoyulmuş pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs məxsus 200 (iki yüz) manat məbləğində nağd pulu götürərək qəsdən gizli olaraq talayıb sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 14 radələrindən saat 18 radələrinədək olan müddət ərzində, dəqiq saatı müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Sərdahar kəndində yerləşən, ətrafı daş hasarla əhatə olunmuş fərdi yaşayış evinin qarşısına gələrək ətrafda heç kəsinə olmamasına əmin olduqdan sonra həmin evin giriş hissəsində olan daş hasarın üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə daxil olmuş, öz cinayətkar niyyətini davam etdirərək fərdi yaşayış evinin həyətində yerləşən bir mərtəbəli kürsülü evə yaxınlaşıb, evin giriş qapısının bağlı olan asma qıfılını daş parçası ilə vurub açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan fərdi yaşayış evinin qonaq otağına, sonra isə yataq otağının giriş qapısının bağlı olan asma qıfılını əlində olan daş parçası ilə vurub açaraq qanunsuz olaraq yataq otağına daxil olub həmin otaqda qoyulmuş sandıqdan əl dəsmalına bükülü halda olan Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat məbləğində nağd pulu götürərək qəsdən gizli olaraq talayıb sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Qeyd edilən əməllərə görə və Rəvan Dosiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Qanuni nümayəndəsi (atası) (anası) Qanuni nümayəndə Nadir qızının iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs Rəvan Dosiyev ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Cülyan kəndində yaşayır. İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbin 11-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs onun anasının bibisidir, onunla münasibətləri həmişə normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin mart ayının dəqiq tarixi xatırlamadığı günündə Zərərçəkmiş şəxs baş çəkmək üçün onun yaşadığı İsmayıllı rayonu Sərdəhar kəndinə getmişdir. O, Telli ilə görüşmüş, bir müddət onun evində olduqdan sonra evdəki soyuducunun üzərinə pul kisəsi görmüşdür. Pul kisəsini açdıqda orada 200 manat nəğd pul olduğunu görmüş və o, həmin pulu oğurlamışdır. Bunu heç kim bilməmişdir. 27 may 2023-cü il tarixdə saat 14-15 radələrində o, yenidən Zərərçəkmiş şəxs baş çəkmək üçün onun yaşadığı İsmayıllı rayonu Sərdəhar kəndinə getmişdir. Kəndə çatıb Zərərçəkmiş şəxs yaşadığı ünvanın qarşısına gəlmişdir. Həyətin giriş qapısı olan dəmir darvazasının bağlı olduğunu, yəni qapının asma qıfıl ilə bağlandığını görüb həyətin mişar daşından olan hasarının üzərindən dırmanıb atlayaraq həyətə daxil olmuş və evə tərəf getmişdir. Lakin evin də giriş qapısının kilidlə bağlı olduğunu görmüşdür. Bundan sonra qapını açmaq üçün nəsə axtarmağa başlamış və yerdən daş parçası tapmış və götürüb qapının qarşısına gəlmişdir. Həmin daş parçasını kilidin üst hissəsindən vurmuş və kilid köhnə olduğu üçün qapını aça bilmişdir. Bundan sonra içəri daxil olmuşdur. Bir müddət ətrafa göz gəzdirib yataq otağına tərəf getmiş və əlində olan daş parçası ilə yataq otağının qapısının kilidin üst hissəsindən vurmuş və kilid köhnə olduğu üçün qapını aça bilmişdir. Onun maddi vəziyyəti pis olduğundan evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa göz gəzdirib oğurlaya biləcəyi əşya olub olmadığına fikir vermişdir. Bu zaman yerdə olan ağzı açıq halda olmuş sandığı görüb yaxınlaşaraq sandığı axtarmağa başlamışdır və orada dəsmala bükülü halda pul olmasını görmüşdür. Dəsmalın bükülüsünü açmışdır. İçində təxminən 300-350 manat pul olmuşdur. O, həmin puldan 250 manatını götürərək gəldiyi yolla geri qayıdaraq oradan uzaqlaşmışdır. Həmin 250 manat pulu öz maddi ehtiyaclarına sərf etmişdir. Rəvan Dosiyev ifadəsinə davam edərək bildirmişdir ki, O, Zərərçəkmiş şəxs evindən 2023-cü ilin may ayının 27-də oğurluq etmişdir. Onun maddi ehtiyacı olduğundan, şəxsi ehtiyaclarını ödəməkdən ötrü həmin oğurluğu etmək qərarına gəlmiş, bu səbəbdən də həmin evin yataq otağına daxil olaraq ağzı açıq halda olmuş sandığı görüb yaxınlaşaraq sandığı axtarmağa başlamış və oradan dəsmala bükülü halda olmuş 250 manat pul oğurlamış və həmin pulu da maddi ehtiyaclarına sərf etmişdir. O, həmin evdən oğurluğu tək halda etmiş, ona heç kim köməklik etməmiş və yanında kimsə olmamış, həmçinin ondan kimsə şübhə belə etməmişdir. Həmin hadisəni təkbaşına törətmişdir. Oğurladığı pullar 2 ədədi 100 manatlıq və 1 ədədi 50 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 250 manat olmuşdur. O, hadisədən əvvəl və ya hadisəni törədən zaman heç bir spirtli içki qəbul etməmişdir. Hadisə zamanı da hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, həmin oğurluq hadisəsini gizli törətmiş, bundan kiminsə xəbəri olmamış, o da, heç kimə bildirməmiş, heç kim də ona köməklik etməmiş və bu barədə də kimsənin məlumatı olmamışdır. Törətdiyi oğurluq hadisəsini kimsə görməmiş və bilməmişdir. O, həmin pulları öz maddi ehtiyaclarına sərf etmişdir. Belə ki, özünə geyim əşyaları almışdır. O, bundan başqa heç bir yerdən heç nə oğurlamamışdır. Lakin Zərərçəkmiş şəxs qeyd etdiyi qalan 4750 manat məbləğində pul vəsaitlərindən xəbəri olmamışdır. Sonradan polis əməkdaşları onu İsmayıllı rayon Polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən yuxarıda qeyd etdiyi əməllərini törətdiyini etiraf etmiş, əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu ziyanı maddi imkansızlığından ödəyə bilməmişdir. O, yetkinlik yaşına çatmayan şəxsdir, qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı rayon Sərdəhar kəndində yaşayır, təqaüdçüdür. Təqsirləndirilən şəxs Rəvan Dosiyev onun qardaşının nəvəsidir, onunla əvvəllər münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Bir neçə il qabaq, hələ əri sağ olarkən onlar öz şəxsi təsətrrüfatlarında olan iribuynuzlu mal-qaralarını satmış və onların evində 8000 manatan artıq pulları olmuşdur. Həmin ərəfələrdə əri vəfat etmiş və o, həmin pulu saxlamaq üçün ərinin qardaşı oğlu Fəxrəddin Bayramova vermişdir. Həmin puldan onun xahişi ilə Fəxrəddin onun ərinə ağ mərmərdən məzar daşı qoydurmuş, qalan 5000 manatdan da çox olan bir məbləği Zərərçəkmiş şəxs qaytarmışdır. xx.xx.2023-cü il tarixdə qohumu onu İsmayıllı şəhərində yerləşən “Elay” şadlıq sarayında keçiriləcək toya çağırmışdır. O, toya getmək məqsədi ilə saat 14 radələrində yaşadığı evdən çıxaraq qaynı oğlu olan həmkəndlisi Fəxrəddin Bayramovun evinə getmişdir. Lakin onlara çatdığı zaman halının pisləşdiyini görmüşdür. Buna görə də Fəxrəddinə 50 manat pul verib onun yerinə toya yazdırmasını xahiş etmişdir. Özü isə Fəxrəddinin evində qalmışdır. Təxminən saat 18 radələrində Fəxrəddingilin evindən çıxıb öz evinə getmişdir. Həyətin qapısının qıfılını açıb içəri keçmiş və evə doğru getməyə başlamışdır. Evin giriş qapısına çatanda kilidi açmaq istəsə də, qapının açıq və kilidin isə qapının yanında yerdə olmasını görmüşdür. Qapının açıq qoyduğunu düşünmüş və bundan sonra evin zal otağına daxil olmuşdur. Əynini dəyişmək üçün yataq otağına daxil olmuşdur. Lakin otaqda olan sandığının qapısının açıq olmasını görmüşdür. Sandığa baxdıqda içərisində dəsmala bükülü halda saxladığı 5000 manat nəğd pulunun yerində olmadığını görmüşdür. Pulu bir müddət axtarsa da, tapa bilməmişdir. Pulun yerində olmamasından, həmçinin evin giriş qapısının açıq olmasından yaşadığı evdə oğurluq olmasını başa düşmüşdür. Bundan sonra o, İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Evindən konkret olaraq nə vaxtı, kim tərəfindən və hansı şəraitdə oğurluq edilməsini bilməmiş, lakin bu barədə şikayət etdikdən sonra araşdırma aparılmışdır. Polis şöbəsində aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, evindən oğurluq edən şəxs, elə öz qohumu X7 olmuşdur. Bundan başqa, 2023-cü ilin mart ayında dəqiq tarixi xatırlamadığı günündə Rəvan Dosiyev evində olan zaman ona məxsus və soyuducunun üzərinə qoyduğu pul kisəsindən 200 manat nəğd pulunu oğurlamışdır. O, bu əməli Rəvan Dosiyevin etdiyini bilsə də, qohum olduqları üçün həmin zaman ondan şikayət etməmişdir. Həmin pullar müxtəlif nominallarda, yəni 20, 50, 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Rəvan Dosiyev tərəfindən 2023-cü ilin mart ayında ona məxsus 200 manat, xx.xx.2023-cü il tarixdə isə 5000 manat pulu oğurlanmış, bununla da ona ümumilikdə 5200 manat maddi ziyan vurulmuşdur. Evindən oğurlanmış ümumilikdə 5200 manat pul ona məxsus olmuşdur. Onun pulu sonradan ona qaytarılmamış, ona görə də təqsirləndirilən şəxs Rəvan Dosiyev barəsində qanuni tədbir görülməsini xahiş edir. Şahid X2 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Sərdəhar kəndində yaşayır. Zərərçəkmiş şəxs əmisinin həyat yoldaşı, Rəvan Dosiyev isə uzaq qohumudur. Bir neçə il qabaq, hələ əmisi sağ olarkən Zərərçəkmiş şəxs və əmisi öz şəxsi təsətrrüfatlarında olan iribuynuzlu mal-qaralarını satmış və onların evində 8000 manatan bir az artıq pulları olmuşdur. Həmin ərəfələrdə əmisi vəfat etmiş və Zərərçəkmiş şəxs həmin pulu saxlamaq üçün ona vermişdir. Həmin puldan əmisi arvadı Tellinin xahişi ilə əmisinə ağ mərmərdən məzar daşı qoydurmuş, qalan 5000 manatdan da çox olam bir məbləği Zərərçəkmiş şəxs qaytarmışdır. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Əsgər Soltanov oğlu üçün İsmayıllı şəhərində yerləşən “Elay” şadlıq sarayında toy etmiş və toya onu da, Zərərçəkmiş şəxs da çağırmışdır. Həmin gün saat 14 radələrində Zərərçəkmiş şəxs onunla birlikdə toya getmək üçün yaşadığı ünvana gəlmişdir. Onlar yola çıxmamış Zərərçəkmiş şəxs özünü yaxşı hiss etmədiyini bildirib, toya getməcəyini söyləmiş və ona toya onun adından yazdırmaq üçün 50 manat pul vermişdir. O, evdən çıxmaq üçün hazırlaşarkən Rəvan Dosiyevin üzü aşağı hərəkət edərək kəndin çıxışına doğru getdiyini görmüşdür. O, daha heç nə etməyib hazırlaşaraq evdən çıxmış və toya getmişdir. Zərərçəkmiş şəxs isə onlarda qalmışdır. O, toyda olan zaman saat 19 radələrində həmkəndlisi və uzaq qohumu Şahid ona zəng edərək Zərərçəkmiş şəxs yaşadığı ünvandan oğurluq olmasını bildirmişdir. Bundan sonra o da, DİN-nin 102 xidmətinə müraciət edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs evindən konkret olaraq nə vaxtı və hansı şəraitdə oğurluq edilməsini görməmiş və məlumatı olmamışdır. Lakin həmin oğurluq hadisəsinin xx.xx.2023-cü il tarixdə saat 14 radələrindən saat 18 radələrinədək olan müddət ərzində baş verməsini düşünür. Çünki həmin gün Tellli Bayramova rayonda keçiriləcək toyda iştirak etmək üçün saat 14 radələrində onlara gəlmişdir. Lakin səhhətində narahatlıq olduğundan gedə bilməmiş və saat 18 radələrinədək onlarda qalmışdır. Aparılan araşdırma zamanı bilmişdir ki, Zərərçəkmiş şəxs məxsus evdən elə öz qohumu X7 oğurluq etmişdir. Rəvan Dosiyev bu hadisədən başqa 2023-cü ilin mart ayında, dəqiq tarixini bilmədiyi vaxt Zərərçəkmiş şəxs evində qonaq olarkən soyuducunun üzərində olmuş 200 manat pulu da oğurlamışdır. Bu barədə ona Zərərçəkmiş şəxs özü demişdir. Lakin qohumu olduğu üçün ilk dəfə şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid eyni məzmunlu ifadə verərək X1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Beləliklə, Rəvan Dosiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini də iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Təqsirləndirilən şəxs Rəvan Dosiyevin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Rəvan Dosiyev ifadəsində göstərdiyi halları ifadəsi yerində yoxlanılan zaman bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları ifadəsi yerində yoxlanılan zaman bir daha təsdiq etmişdir Təqsirləndirilən şəxs Rəvan Dosiyev ilə zərərçəkmiş şəxs Telli Zərərçəkmiş şəxs arasında keçirilmiş xx.xx.2023-cü il tarix üzləşdirmə istintaq hərəkəti nə dair protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilən halları Rəvan Dosiyevin üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq hadisəsi İsmayıllı rayon Sərdəhar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş, həmin evin kəndin mərkəzi hissəsindən bir kədər kənarda, yerləşməsi, həmin yerdə yolun çınqıllı torpaq yola malik olması, həmin yol ilə hərəkət etdikdə sağ tərəfdə yerləşməsi, evin ətrafının daş hasarla əhatə olması, giriş hissədə isə göy rəngli dəmir qapının yerləşməsi, həmin qapıdan həyətə daxil olduqda ətrafı açıq dəmir konstruksiyalarla qurulmuş və üzəri şifertə örtülü talvar hissəsinin olması, həmin talvarın evə evə birləşməsi, giriş qapıdan təxminən 10 metr aralıda, bir mərtəbədən ibarət kürsülü evin yerləşməsi, həmçinin evə bitişik, yardımçı hissəsin olması müəyyən olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs əvvəlcə yaşadığı ünvana giriş hissəsini, həyəti, həyətdə yerləşən evini, daha sonra isə evinin giriş hissəsini və otaqlarını göstərərək həmin evindən oğurluq olmasını, evin yataq otağında yerləşən sandıqdan 5000 manat pulun oğurlandığını bildirdi. Baxış zamanı evin taxta giriş qapısından içəri daxil olduqda salon hissənin və bir yataq otağının yerləşməsi, salon hissədən həmin otaqlara giriş-çıxış olması, evin salon hissəsində yerdə sərəcək-xalça, giriş hissədən qarşı tərəfdə sol küncündə masa və stulların yerləşməsi, evin giriş hissə ilə üz-üzə yataq otağının yerləşməsi, yataq otağında kiçik masa və stulların olması, divar hissədə isə kustar qaydada düzəldilmiş dolabın olması, salon hissənin və otaqların yarı təmirli, salon hissənin döşəmə, divar və tavan hissəsinin taxta materiallarla hazırlanması və boyasız olması müşahidə olundu. Baxış zamanı Zərərçəkmiş şəxs göstərdiyi sandığın açılıb bağlanan və kilidlə bağlanan köhnə sandıq olması, həmçinin oğurluq hadisəsinin baş verdiyi otaq isə yataq otağı olması məlum oldu. Zərərçəkmiş şəxs sandığı göstərərək pulları həmin sandıqda saxladığını, sandığı isə heç bir qıfılla bağlanılmadığını bildirdi. Zərərçəkmiş şəxs göstərməsi və hadisə barədə danışmasına uyğun olaraq hadisə yerinə baxış keçirildi. Baxış zamanı evin giriş qapısının və yataq otağının qapısının açılmış 02 ədəd kilidi, 03 ədəd kilid açarları və pulun bükülü olduğu əl dəsmalı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Kompleks məhkəmə-psixoloji və məhkəmə-psixatrik ekspertizasının 06 sentyabr 2023-cü il tarixli 559 nömrəli nömrəli rəyindən görünür ki, Məhkəmə-psixatrik ekspertizası üzrə - X7 qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur; X7 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır; X7 hər hansı bir psixi xəstəlik keçirməmişdir və hazırda da heç bir psixi xəstəlikdən əziyyət çəkmir; X3 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Məhkəmə-psixoloji ekspertizası üzrə - X4 əqli inkişafdan geri qalma və ya ləngimə halları müşahidə olunmur; X7 baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq qabiliyyətindədir. İsmayıllı rayon mərkəzi X6 Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli PHŞ-6-47/2- 774/2023 nömrəli məktubdan görünür ki, X9 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun X10 Filialından alınmış 06 sentyabr 2023-cü il tarixli 3-17-1/2-204076/2023 nömrəli məktubdan görünür ki, Rəvan Dosiyev Nazirlik yanında Dövlət Sosial Müdafiə X11 Şəxsin X10 Filialından ailə başçısını itirməyə görə xx.xx.2024-cü il tarixədək, aylıq 120 manat olmaqla sosial müavinət alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Rəvan Dosiyevin əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədə göstərilmişdir ki, X9 rayonu Cülyan kəndində qeydiyyatdadır və orada yaşayır, subaydır, məktəblidir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Rəvan Dosiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün qismən təqsirli bilməsinə dair ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs Rəvan Dosiyevin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Rəvan Dosiyevin ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair, yəni Zərərçəkmiş şəxs məxsus evdən yalnız 200 manat və 250 manat olmaqla iki dəfə oğurluq etdiyinə dair ifadə verərək özünü qismən təqsirli hesab etməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti ilə verilmişdir. Rəvan Dosiyevin məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Rəvan Dosiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Təqsirləndirilən şəxsin ifadəsində olan zidiyyətlə və oğurlanmış pulun mövcud olubolmamasının müəyyənləşdirilməsi ilə əlaqədar məhkəmə istintaqında eksperiment keçirilmişdir. Belə ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş və maddi sübut qismində tanınmış 01 ədəd əl dəsmalı məhkəmə iclasına gətirilmiş, dəsmala əvvəlcə tərəflərin iştirakı ilə baxış keçirilmiş, zərərçəkmiş şəxsdən pulları hansı qaydada dəsmala yerləşdirildiyi soruşulmuşdur. Zərərçəkmiş şəxs tərəfindən pulların dəsmala qoyulmuş vəziyyəti əyani olaraq izah edilmiş, bu zaman dəsmaldakı qatlar da pulun qeyd edilən şəkildə yerləşdirilməsini təsdiq etmişdir. Bundan sonra, 100-lük, 50-lik və 20-lik əskinazların ölçüsündə və qalınlığında vərəqlərdən 80 ədəd kağız pul formasında vərəq kəsilərək həmin dəsmalın içinə qoyulmuşdur. Həmin pul formasında olan vərəqlər əl dəsmalının içinə yerləşdirilmiş və zərərçəkmiş şəxs tərəfindən sandığa qoyulduğu şəkildə düyün vurulmuşdur. Pul formasında olan vərəqlər əl dəsmalının işinə asanlıqla yerləşməklə, dəsmala düşmüş qatı tamamlamışdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Rəvan Dosiyev tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin mart ayında, dəqiq tarixi müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Sərdahar kəndində yerləşən fərdi yaşayış evində qonaq olduğu vaxt, evin mətbəx hissəsində heç kəsin olmamasından istifadə edərək mətbəxdə soyuducunun üzərinə qoyulmuş pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs məxsus 200 (iki yüz) manat məbləğində nağd pulu götürərək qəsdən gizli olaraq talayıb sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 14 radələrindən saat 18 radələrinədək olan müddət ərzində, dəqiq saatı müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Sərdahar kəndində yerləşən, ətrafı daş hasarla əhatə olunmuş fərdi yaşayış evinin qarşısına gələrək ətrafda heç kəsinə olmamasına əmin olduqdan sonra həmin evin giriş hissəsində olan daş hasarın üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə daxil olmuş, öz cinayətkar niyyətini davam etdirərək fərdi yaşayış evinin həyətində yerləşən bir mərtəbəli kürsülü evə yaxınlaşıb, evin giriş qapısının bağlı olan asma qıfılını daş parçası ilə vurub açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan fərdi yaşayış evinin qonaq otağına, sonra isə yataq otağının giriş qapısının bağlı olan asma qıfılını əlində olan daş parçası ilə vurub açaraq qanunsuz olaraq yataq otağına daxil olub həmin otaqda qoyulmuş sandıqdan əl dəsmalına bükülü halda olan Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat məbləğində nağd pulu götürərək qəsdən gizli olaraq talayıb sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rəvan Dosiyevin törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Rəvan Dosiyevə təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Rəvan Dosiyevin barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamış şəxs olması, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, Rəvan Dosiyevin cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Rəvan Dosiyevin əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Rəvan Dosiyev cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Rəvan Dosiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən təqsirləndirilən şəxs Rəvan Dosiyevin üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Müstəntiqinin 04 iyul 2023-cü tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Rəvan Dosiyevin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Müstəntiqinin 04 iyul 2023-cü tarixli qərarından görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş, bir ədəd sellofan torbada qablaşdırılmış 02 ədəd kilidlər və 01 ədəd əl dəsmalı maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü İsmayıllı RPŞ-nin MSSK-na təhvil verilmişdir. O cümlədən, Rəvan Dosiyev azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Cülyan kəndindəki evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Rəvan Dosiyevin cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar - İsmayıllı RPŞ-nin MSSK-da saxlanılan 02 ədəd kilidlər və 01 ədəd əl dəsmalı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Göründüyü kimi, cinayət işi üzrə ekspertiza xərci yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Rəvan Dosiyevin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 435-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X7 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Cülyan kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X3 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. X5 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar - İsmayıllı RPŞ-nin MSSK-da saxlanılan 02 ədəd kilidlər və 01 ədəd əl dəsmalı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia tələbi və ekspertiza xərci yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-68/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-68/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver