Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-69/2021 23.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X12 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X4 iştirakı ilə 23 noyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1998-ci ildə İsmayıllı rayonu Bizlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonu Bizlan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdə saat 12 radələrindən saat 15 radələrinə qədər olan müddət ərzində İsmayıllı rayonu Zeyvə kəndi ərazisindəki Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X12 X3 meşəbəyliyinin 3 saylı meşə dolayından palıd cinsindən olan iki ədəd diametrləri 8 sm, dörd ədəd diametrləri 12 sm, iki ədəd diametrləri 20 sm, bir ədəd diametri 24 sm, bir ədəd diametri 80 sm olmaqla cəmi 10 (on) ədəd 7,59 kub metr həcmdə yaş kök üstə ağacları tamah niyyəti ilə qəsdən motorlu mişarla kəsib götürərək nırx qiyməti 235,10 (iki yüz otuz beş manat on qəpik) və təbiətə dəymiş ziyan 1012 (min on iki) manat təşkil etməklə meşə fonduna xeyli miqdarda, ümumilikdə 1247,10 (min iki yüz qırx yeddi manat on qəpik) manat məbləğində maddi ziyan vurmaqla qanunsuz ağac kəsmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Bizlan kəndində yaşamaqla rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik etməklə ailəsini dolandırır. Qardaşının toy məclisində istifadə etmək üçün odun tədarük etmək istəmiş və bu məqsədlə özünə məxsus “Stihl” markalı motorlu mişarla yaxınlıqdakı meşəyə getməyi planlaşdırmışdır. Ağac kəsmək üçün icazəsi olmamışdır. 11 iyul 2021-ci il tarixdə səhər saatlarında həmkəndlisi Şahid5 və qardaşı Fədai Tapdıqlıya meşə ərazisindən ağac kəsəcəyini və ona köməklik etməklərini xahiş etmişdir. Sonra isə digər həmkəndlisi Şahid4 zəng edərək meşə ərazisindən ağac kötüyü daşıyıb evə gətirməkdə köməklik etməsini xahiş etmiş və Davudun istifadəsində olan maşına yanacaq alacağını bildirmişdir. Davud ağacları kəsmək üçün qanuni icazəsinin olub-olmamasını soruşmuş, o, ağacları kəsmək üçün aidiyyəti qurumlardan müvafiq icazə aldığını bildirmişdir. Həmin gün saat 11 radələrində motorlu mişarını götürmüş və atına minib meşə dolayına getmişdir. Saat 12 radələrində motorlu mişarla palıd cinsindən olan ağacları kəsməyə başlamış, saat 15 radələrinə qədər olan müddət ərzində təxminən 10 ədəd palıd cinsindən olan ağacları kəsib doğramışdır. Sonra isə qardaşı Fədaiyə zəng edərək Davuda və Şamoya xəbər etməyini, ağac kötüklərini Davudun avtomobilinə yığıb yaşadığı evə aparacağını bildirmişdir. Saat 17 radələrində Davud idarə etdiyi “Qaz-53 markalı avtomobillə Şamo və Fədai ilə birlikdə meşə ərazisinə gəlmişdir. Davud, Şamo və Fədai ağacları kəsərək doğradığını görmüşlər. Onlar ağacları kəsmək üçün icazəsinin olubolmamasını soruşduqda onlara müvafiq icazəsinin olduğunu demişdir. Onlar köməkləşərək kötükləri maşının yük yerinə yığmış, saat 19 radələrində evə getdikləri vaxt meşəbəyi Şahid1 gəldiyini və maşını saxlatmaq istədiyini görmüşdür. O, Davuda yüklü maşını saxlamamağı, narahatçılıq olmadığını, ağacların qanuni kəilsidiyini bildirmişdir. Bundan sonra ağac kötüklərini gətirib yaşadığı evin həyətinə boşaltmışlar. Maddi imkanı zəif olduğundan kötükləri satmaq qərarına gəlmişdir. 12 iyul 2021-ci il tarixdə səhər saatlarında yaşadığı kəndin yolun kənarında “Qazel” markalı avtomobilin dayandığını görmüş, oradakı tanımadığı şəxsə yaxınlaşıb ağac kötüyü satdığını bildirmişdir. Həmin şəxs satdığı ağacların qanuni kəsilib-kəsilməməsini soruşmuş, buzaman ağacları qanuni kəsdiyini bildirmişdir. Həmin şəxs ağac kötüklərinə baxmış və almağa qərar verərək ağac kötüklərini “Qazel” markallı avtomobilə yükləmiş və onun pulunu verdikdən sonra çıxıb getmişdir. Onun meşədən ağacları kəsmək üçün müvafiq icazə bileti olmamışdır. Kəsdiyi ağaclar palıd cinsindən olmaqla 10 ədəd olmuşdur. O, ağacları tək kəsmiş, maddi imkanı olmadığından vurulmuş ziyanı ödəyə bilməmişdir. Qardaşı onkoloji xəstəlikdən əziyyət çəkir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halları nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəхsin nümayəndəsi Ramil Mehdiyev ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkşafı Xidmətinin X12 Təsərrüfatı Mərkəzinin meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndisi vəzifəsində işləyir. 11 iyul 2021-ci il tarixdə saat 15 radələrində Mərkəzin meşəbəyisi Şahid1 zəng edərək İsmayıllı rayonu Zeyvə kəndi ərazisində, Basqal meşəbəyliyinin 3 saylı meşə dolayının meşə gözətçisi Şahid2 ilə birlikdə reyd keçirərkən palıd cinsindən olan ağacların qanunsuz kəsildiyini aşkar etdiklərini bildirmişdir. O, Fizuliyə həmin ərazini nəzarətdə saxlamalarını və ağacları kəsən şəxsləri müəyyən etmələrini bildirmiş, bu barədə rəhbərliyə məlumat vermişdir. Şəfaləddin və Fizuli bir-birini meşə ərazisində əvəz edib ağacların Qoşqar tərəfindən kəsildiyini müəyyən etdiklərini, Şamo və Davud adlı şəxsin vasitəsi ilə “Qaz-53” markalı avtomlbili ilə daşıdıqlarını müəyyən etmişlər. Hava artıq qaranlaşdığından həmin gün əraziyə baxış keçirilməsi mümkün olmamış, 12 iyul 2021-ci il tarixdə meşə gözətçiləri Fikrət Əlizadə və Şahid2, habelə meşəbəyi Şahid1la birlikdə hadisə yerinə getmişlər. Baxış zamanı Mərkəzinin Basqal meşəbəyliyinin 3 saylı meşə dolayından palıd cinsindən olan 2 ədəd diametrləri 8 santimetr, 4 ədəd diametrləri 12 santimetr, 2 ədəd diametrləri 20 santimetr, 1 ədəd diametri 24 santimetr, 1 ədəd diametri 80 santimetr, cəmi 10 (on) ədəd 7,59 kub metr həcmdə yaş kök üstə ağacların kəsildiyi müəyyən edilmişdir. Ağacların təxminən 1 kub metr həcmində budaq şəklində hissələri hadisə yerində qalmışdır. Ağacların dib kötükləri onun tərəfindən meşə damğası ilə damğalanmış, tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlinə əsasən, 7,59 kub metr həcmdə yaş kök üstə ağacları kəsilməsi nəticəsində nırx qiyməti 235,10 (iki yüz otuz beş manat on qəpik) və təbiətə dəymiş ziyan 1012 (min on iki) manat təşkil etməklə meşə fonduna xeyli miqdarda, ümumilikdə 1247,10 (min iki yüz qırx yeddi manat on qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Sonradan bu barədə Mərkəz tərəfindən tərtib edilmiş aktın və həcm qiymət cədvəlinin surəti müvafiq tədbir görülməsi üçün İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı ağacların İsmayıllı rayonu Bizlan kənd sakini Təqsirləndirilən şəxs tərəfindən motorlu mişarla kəsilərək aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs vurduğu zərəri ödəməmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X12 X1 meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir, eyni zamanda Mərkəzin Basqal meşəbəyliyinin meşəbəyi vəzifəsi vakant olduğundan rəhbərliyin əmri ilə 4 iyun 2021-ci il tarixdən vəzifəni də icra edir. 11 iyul 2021-ci il tarixdə saat 15 radələrində Basqal meşəbəyliyinin 3 saylı dolayının meşə gözətçisi Şahid2 ilə birlikdə həmin dolayda qanunsuz olaraq ağac kəsən şəxslərə qarşı reyd keçirmişlər. Həmin vaxt meşə ərazisindən motorlu mişar səsinin gəldiyini eşitmişlər. Həmin yerə getdikdə palıd cinsindən olan ağacların kəsilərək yerdə qaldığını görmüş, lakin motorlu mişar işlədən şəxsi görə bilməmişlər. Bununla bağlı mərkəzin rəhbərliyinə məlumat verib kömək çağırmışdır. Onlar meşə ərazisində növbətçilik əsasında dayanaraq ağacı kəsən şəxs və ya şəxslərin meşədən çıxdıqda onları saxlamaqlarını planlaşdırmışlar. Şəfaləddin yorğun olduğundan yaşadığı evə getmiş, bundan sonra 4 saylı meşə dolayın gözətçisi Şahid3 də həmin yerə gəlmişdir. Saat 19 radələrində ağacların kəsildiyi yerdən Davud adlı şəxsin avtomobilində Bizlan kənd sakini kimi tanıdığı Şahid5 və digər iki nəfər şəxsin ağac kötüklərini yığdıqları avtomobillə uzaqlaşdıqlarını görmüşlər. Uzaqdan işarə verərək maşını saxlamaqlarını bildirsələr də onlar çıxıb getmişlər. Baş vermiş hadisə barədə Mərkəzin rəhbərliyinə məlumat verib akt tərtib olunması üçün nümayəndə göndərməsini xahiş etmişdir. 12 iyul 2021-ci il tarixdə o, meşə gözətçiləri Fikrət və Şəfaləddin, baş mühəndis Ramil Mehdiyev hadisə yerinə getmişlər. Baxış zamanı Basqal meşəbəyliyinin 3 saylı meşə dolayından palıd cinsindən olan 2 ədəd diametrləri 8 santimetr, 4 ədəd diametrləri 12 santimetr, 2 ədəd diametrləri 20 santimetr, 1 ədəd diametri 24 santimetr, 1 ədəd diametri 80 santimetr, cəmi 10 (on) ədəd 7,59 kub metr həcmdə yaş kök üstə ağaclar kəsilərək aparılması müəyyən edilmişdir. Ağacların təxminən 1 kub metr həcmində budaq şəklində hissələri hadisə yerində qalmışdır. Ağacların dib kötükləri Ramil Mehdiyev tərəfindən damğalanmış, tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlinə əsasən meşə fonduna vurulmuş maddi ziyan müəyyən edilmişdir. Şahidlər Şahid3 və Şahid2 oğlu zərərçəkmiş şəхsin nümayəndəsi Ramil Mehdiyev və Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onların göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş şahidlər Şahid4 Maarif oğlu və Şahid5 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. 22 iyul 2021-ci il tarixli 65851 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X12 X3 meşəbəyliyinin 3 saylı meşə dolayından palıd cinsindən olan iki ədəd diametrləri 8 sm, dörd ədəd diametrləri 12 sm, iki ədəd diametrləri 20 sm, bir ədəd diametri 24 sm, bir ədəd diametri 80 sm olmaqla cəmi 10 (on) ədəd 7,59 kub metr həcmdə yaş kök üstə ağacların kəsilməsi nəticəsində ağacların nırx qiyməti 235,10 (iki yüz otuz beş manat on qəpik) və təbiətə dəymiş ziyan 1012 (min on iki) manat təşkil etməklə meşə fonduna xeyli miqdarda, ümumilikdə 1247,10 (min iki yüz qırx yeddi manat on qəpik) manat məbləğində ziyan vurulmuşdur. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, İsmayıllı rayonu Zeyvə kəndi ərazisinə aid, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X12 X3 meşəbəyliyinin 3 saylı dolayından 10 ədəd palıd cinsindən olan ağacların kəsildiyi yerə baxış keçirilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9 avqust 2021-ci il tarixli 9/5437 nömrəli rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X12 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli akta əlavəyə əsasən, X12 Təsərrüfatı Mərkəzinə aid, ümumilikdə 10 ədəd ( 2 ədəd 8 sm, 4 ədəd 12 sm və 2 ədəd 20 sm, 1 ədəd 24 sm, 1 ədəd 80 sm diametrlərdə) palıd cinsindən olan ağacların kəsilməsinə görə yaşıllığa dəymiş ziyanın hesablanması cədvəlindən istifadə edilməklə təbiətə dəymiş ziyanın ümumi məbləği 1247,10 (235,10+1012) manat müəyyən edilir. O, cümlədən ağacların sayı 10 ədəd, həcmi 7,69 kub metr, nırx qiyməti 235,10 manat+ ziyan 1012 manat. Azərbaycan Respublıikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli Qərarına əsasən, diametri 52 sm-dən yuxarı hər santimetr üçün 33 manat hesablanır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqin 31 avqust 2021-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə bir ədəd “Stihl” markalı motorlu mişar və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X12 X3 meşəbəyliyinin 3 saylı meşə dolayından aşkarlanmış palıd cinsindən olan kəsilmiş 10 ədəd ağacın hadisə yerində qalan 1 kub metr həcmində gövdə və budaq şəklində hissələri cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. Müstəntiqin 16 sentyabr 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 7 avqust 2021-ci il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X7 X8 Poliklinika şöbəsindən alınmış 7 avqust 2021-ci il tarixli 140 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi poliklinikasının “Narkoloji” və “Psixiatriya” kabinetlərində qeydiyyatda yoxdur. 02 avqust 2021-ci il tarixli 60 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsmayıllı rayonu Bizlan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası X6, anası X5 və qardaşı X2 ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Bizlan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla İsmayıllı rayonu Polis şöbəsinin Maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş sintetik kisədə qablaşdırılmış üzəri möhürlənmiş vəziyyətdə olan, cinayətin törədilməsində vasitə olmuş 1 ədəd “Stihl” markalı motorlu mişar dövlət nəfinə müsadirə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə digər maddi sübutlar- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X12 X3 meşəbəyliyinin 3 saylı meşə dolayının gözətçisi Şahid2 məsul saxlanışına verilmiş palıd cinsindən olan kəsilmiş 10 ədəd ağacın hadisə yerində qalan 1 kub metr həcmində gövdə və budaq şəklində hissələri satılaraq dəyəri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X12 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Bizlan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs оğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs оğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut - İsmayıllı rayonu Polis şöbəsinin Maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş sintetik kisədə qablaşdırılmış üzəri möhürlənmiş vəziyyətdə olan 1 ədəd “Stihl” markalı motorlu mişar dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübutlar–Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X12 X3 meşəbəyliyinin 3 saylı meşə dolayının gözətçisi Şahid2 məsul saxlanışına verilmiş palıd cinsindən olan kəsilmiş 10 ədəd ağacın hadisə yerində qalan 1 kub metr həcmində gövdə və budaq şəklində hissələri satılaraq dəyəri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X12 Təsərrüfatı Mərkəzinin hesabına köçürülsün. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-69/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-69/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver