Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-69/2022 15.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs3 iştirakı ilə 15 noyabr 2022-ci il tarixdə saat 17:00-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1985-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkum edilməmiş, İsmayıllı rayonunun Soltankənd kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Şahid2, X7 və Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 08 noyabr 2021-ci il tarixdən 09 noyabr 2021-ci il tarixə keçən gecə, müəyyən olmayan saatda Şahid2 idarə etdiyi “Ford Fafy” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonunun Soltankənd kəndinə gəlib həmin kənddə yaşayan qardaşı Zərərçəkmiş şəxs1 məxsus mal-qara saxlanılması üçün nəzərdə tutulmuş, saxlanc yeri hesab olunan tövlənin yerləşdiyi həyətin qarşısında dayanmış, ətrafı və tövlənin olduğu həyəti müşahidə edərək kimsənin olmamasına tam əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Şahid3 avtomobildə oturmuş, Şahid2 isə avtomobilin yanında dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, o isə Radim Qədirovla birlikdə qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətə, sonra isə həyətdə yerləşən tövlənin giriş qapısının cəftəsini açaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq oradan 4 baş hər birinin ayrı-ayrılıqda dəyəri 200 manat təşkil edən cəmi 800 manat dəyərində, diri çəkiləri ayrı-ayrılıqda təxminən 40-45 kiloqram olan qoyunlardan ibarət xırda buynuzlu heyvanları qəsdən gizli olaraq talayıb gəldikləri avtomobilə yığaraq oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Şahid2, Radim Qədirov və Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 13 noyabr 2021-ci il tarixdən 14 noyabr 2021-ci il tarixə keçən gecə, müəyyən olunmamış saatda Şahid2 idarə etdiyi “Ford Fafy” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonunun Soltankənd kəndinə gəlib həmin kənddə yaşayan qardaşı Zərərçəkmiş şəxs1 məxsus mal-qara saxlanılması üçün nəzərdə tutulmuş, saxlanc yeri hesab olunan tövlənin yerləşdiyi həyətin qarşısında dayanmış, ətrafı və tövlənin olduğu həyəti müşahidə edərək kimsənin olmamasına tam əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Şahid3 avtomobildə oturmuş, Şahid2 isə avtomobilin yanında dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, o isə Radim Qədirovla birlikdə qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətə, sonra isə həyətdə yerləşən tövlənin giriş qapısının cəftəsini açaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq oradan 1200 (bir min iki yüz) manat dəyərində diri çəkisi təxminən 100-120 kiloqram təşkil edən iki illik bir baş inəyi qəsdən gizli olaraq talayıb gəldikləri avtomobilə yerləşdirərək aparmaqla Zərərçəkmiş şəxs1 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Şahid2, Radim Qədirov və Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 dekabr 2021-ci il tarixdə saat 02 radələrində Şahid2 idarə etdiyi “Ford Fafy” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonunun Bığır kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus mal-qara saxlanılması üçün nəzərdə tutulmuş, saxlanc yeri hesab olunan tövlənin yerləşdiyi həyətin yaxınlığında dayanmış, aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Şahid2 və Şahid3 tövlədən kənarda avtomobilin yanında dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, o isə Radim Qədirovla birlikdə qanunsuz olaraq əvvəlcə saxlanc yeri hesab olunan həmin həyətyanı sahəyə, sonra isə həyətdə yerləşən tövlənin qapısına müdaxilə edib açaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq oradan 2200 (iki min iki yüz) manat dəyərində, diri çəkisi təxminən 300-350 kiloqram olan bir baş inəyi qəsdən gizli olaraq talayıb gəldikləri avtomobilə yerləşdirərək aparmaqla Zərərçəkmiş şəxs2 2200 (iki min iki yüz) manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Şahid2, Radim Qədirov və Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 dekabr 2021-ci il tarixdə saat 06 radələrində Şahid2 idarə etdiyi “Ford Fafy” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonunun Vəndam qəsəbəsinə gəlib həmin qəsəbədə yaşayan Zərərçəkmiş şəxs3 məxsus mal-qara saxlanılması üçün nəzərdə tutulmuş, saxlanc yeri hesab olunan tövlənin yerləşdiyi həyətin yaxınlığında dayanmış, aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Şahid2 və Şahid3 tövlədən kənarda avtomobilin yanında dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, o isə Radim Qədirovla birlikdə qanunsuz olaraq əvvəlcə saxlanc yeri hesab olunan həmin həyətyanı sahəyə, sonra isə həyətdə yerləşən tövlənin qapısının cəftəsini açmaqla saxlanc yeri hesab olunan tövləyə daxil olaraq oradan dəyəri 1500 (bir min beş yüz) manat təşkil edən, diri çəkisi təxminən 150-170 kiloqram olan bir baş inəyi və dəyəri 1000 (bir min) manat təşkil edən, diri çəkisi təxminən 100-110 kiloqram olan bir baş inəyi, cəmi iki baş inəyi qəsdən gizli olaraq talayıb gəldikləri avtomobilə yerləşdirərək Bakı şəhərinə aparıb orada satmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 2500 (iki min beş yüz) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Şahid2, Radim Qədirov və Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 11 dekabr 2021-ci il tarixdə saat 05 radələrində Şahid2 idarə etdiyi “Ford Fafy” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonunun Soltankənd kəndinə gəlib həmin kənddə yaşayan qardaşı Zərərçəkmiş şəxs1 məxsus mal-qara saxlanılması üçün nəzərdə tutulmuş, saxlanc yeri hesab olunan tövlənin yerləşdiyi həyətin yaxınlığında dayanmış, ətrafı və tövlənin olduğu həyəti müşahidə edərək kimsənin olmamasına tam əmin olduqdan sonra aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Şahid3 avtomobilin yanında, o isə kənarda dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, Şahid2 və Radim Qədirov qanunsuz olaraq əvvəlcə saxlanc yeri hesab olunan həmin həyətyanı sahəyə, sonra isə həyətdə yerləşən tövlənin qapısını açaraq saxlanc yeri hesab olunan tövləyə daxil olmuş, Radim Qədirov tövlənin giriş hissəsində dayanmış, Şahid2 isə içəri keçərək oradan 1000 (bir min) manat dəyərində, təxmini çəkisi 130-140 kiloqram olan bir ədəd cöngəni bağlandığı kəndirdən açıb qəsdən gizli olaraq talamaq istəyərkən Zərərçəkmiş şəxs1 tövlədə olması və həmin oğurluq hadisəsini görüb müdaxilə edərək qarşısını alması səbəbindən ifşa olunmasını görüb tövlədən çıxaraq qaçmaqla yaxınlıqda saxladığı avtomobilinə əyləşmiş və həmin avtomobili idarə edərək əlbir olduğu şəxslərlə birlikdə hadisə yerindən uzaqlaşmaqla öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək özgənin 1000 (bir min) manat dəyərində əmlakını qəsdən gizli olaraq talayıb təkrarən oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs oğlu elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, İsmayıllı rayon Soltankənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, lakin sonradan işi ilə əlaqədar Bakı şəhəri Xəzər rayonu Yeni Suraxanı qəsəbəsində kirayədə yaşamışdır. Şahid2 və Radim Qədirovu tanışı Şahid3 vasitəsi ilə tanımış, onlarla münasibəti yaxşı olmuşdur. Maddi vəziyyəti çətin olduğundan tanışları Elçin, Əfsanə və Radimlə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə 09 noyabr 2021-ci il tarixdə o, Elçin, Əfsanə və Radim birlikdə Elçinə məxsus olan “Ford Fafy” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Soltankənd kəndinə getmişlər. Ora getməkdə məqsədləri qardaşı Zahidə məxsus tövlədən mal-qara oğurlayıb Bakı şəhərində satmaqla pul əldə etmək olmuşdur. Həmin gün gecə saatlarında o, Soltankənd kəndinə çatmışlar. Əfsanə avtomobildə əyləşərək onları gözləmiş, o isə əlindəki fənərlə ətrafı müşahidə edərək həyətə və tövləyə baxmış, tövlənin yol tərəfə olan qapısını açıq saxlayaraq orada gözləmiş, Radim isə Elçinlə birlikdə tövlənin taxta qapısından içəri daxil olaraq oradan 04 baş qoyun çıxarmışlar. Onlar birlikdə həmin heyvanları Elçinin avtomobilinə yığaraq oradan çıxmış və Bakı şəhərinə getmişlər. Bakı şəhərində heyvanları Maştağa bazarında sataraq alınan pulu aralarında bölmüşlər. Bir neçə gün sonra pula ehtiyac yarandığı üçün 14 noyabr 2021-ci il tarixdə gecə saatlarında o, Elçin, Əfsanə və Radim birlikdə Elçinə məxsus avtomobillə təkrarən İsmayıllı rayonuna gəlmişlər. Söhbət zamanı o, yenə qardaşının mal-qarasından oğurlamağı məsləhət bilmiş və ümumi razılıq əsasında Soltankənd kəndinə getmişlər. Əfsanə yenə avtomobildə əyləşərək gözləmiş, özü isə ətrafa nəzarət etmişdir. Radim isə Elçinlə birlikdə qardaşı Zahidin tövləsinə yaxınlaşıb taxta qapıdan içəri daxil olaraq oradan 01 baş iribuynuzlu heyvan çıxarmış, həmin heyvanı da Elçinin avtomobilinə yükləyərək Bakı şəhərinə getmişlər. Heyvanı Bakı şəhəri Bülbülə qəsəbəsində bir qəssaba sataraq alınan pulu aralarında bölmüşlər. Bir müddət sonra yenidən oğurluq etməyi planlaşdıraraq tanışları Şahid2, Radim Qədirov və Şahid3 ilə 05 dekabr 2021-ci il tarixdə saat 02 radələrində Şahid2 idarə etdiyi avtomobillə Göyçay rayonunun Bığır kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus mal-qara saxlanılması üçün nəzərdə tutulmuş tövlənin yerləşdiyi həyətin yaxınlığında dayanmış, aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Şahid2 və Şahid3 tövlədən kənarda avtomobilin yanında dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, o isə Radim Qədirovla birlikdə qanunsuz olaraq əvvəlcə saxlanc yeri hesab olunan həmin həyətyanı sahəyə, sonra isə həyətdə yerləşən tövlənin qapısına müdaxilə edib açaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq oradan bir baş inəyi oğurlayaraq avtomobilə yerləşdirmiş və Bakı şəhərinə apararaq tanımadıqları qəssaba satmaqla əldə etdikləri pulu aralarında bölmüşlər. Bundan iki gün sonra, o, Elçin, Əfsanə və Radim 07 dekabr 2021-ci il tarixdə saat 06 radələrində Şahid2 idarə etdiyi avtomobillə Qəbələ rayonunun Vəndam qəsəbəsinə gəlib həmin qəsəbədə yaşayan Zərərçəkmiş şəxs3 məxsus mal-qara saxlanılması üçün nəzərdə tutulmuş tövlənin yerləşdiyi həyətin yaxınlığında dayanmış, aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Şahid2 və Şahid3 tövlədən kənarda avtomobilin yanında dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, o isə Radim Qədirovla birlikdə qanunsuz olaraq əvvəlcə saxlanc yeri hesab olunan həmin həyətyanı sahəyə, sonra isə həyətdə yerləşən tövlənin qapısının cəftəsini açmaqla saxlanc yeri hesab olunan tövləyə daxil olaraq oradan iki baş inəyi oğurlayaraq gəldikləri avtomobilə yerləşdirərək Bakı şəhərinə aparıb orada satmış, əldə olunan pulu aralarında bölmüşlər. Bir müddət sonra yenidən pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə o, Elçin, Əfsanə və Radim birlikdə Elçinə məxsus avtomobillə təkrarən İsmayıllı rayonuna gəlmişlər.Söhbət zamanı o, yenə qardaşının mal-qaralarından oğurlamağı məsləhət bilmiş və ümumi razılığa əsasında 11 dekabr 2021-ci il tarixdə saat 04 radələrində Soltankənd kəndinə gəlmişlər. Elçin avtomobili onun qardaşının evi yaxınlığında saxlamışdır. Həmin vaxtı o, fənərlə ətrafı müşahidə edərək həyətə və tövləyə baxmış və tövlənin yol tərəfə olan qapısını açıq saxlayaraq qayıtmışdır. Əfsanə avtomobildə gözləmiş, Elçin və Radim isə tövləyə tərəf getmişlər. Radim tövlənin giriş hissəsində durmuş, Elçin isə tövləyə girdikdən bir qədər sonra qaçaraq avtomaşına geri qayıtmışdır. O, da tövlədə kiminsə olmasını eşidərək tez oradan qaçıb uzaqlaşmış, Elçin və Radim qaçıb avtomobilə əyləşmişdir. O, piyada Hacıhətəmli kəndi istiqamətində qaçmış, Elçin yolda onu avtomobilə götürmüş, lakin o, Soltankənd kəndini çıxandan sonra avtomobildən enmişdir. Radim, Elçin və Əfsanə isə birlikdə Göyçay rayonu istiqamətinə getmişlər. Özü isə Bakı şəhərinə qayıdaraq fəhləliklə məşğul olmuşdur. Az bir müddət sonra Elçin, Radim və Əfsanənin polis əməkdaşları tərəfindən saxlanılmasını eşitdikdən sonra İsmayıllı RPŞ-nə gəlmiş və törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etmişdir. Barəsindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərə vurduqları ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs Zahid Davidov ifadə verərək göstərdi ki, yaşadığı İsmayıllı rayonu Soltankənd kəndində şəxsi təsərüfatlarında iribuynuzlu və xırdabuynuzlu heyvanı olmuşdur. 09 noyabr 2021-ci il tarixində saat 18 radələrində heyvanlarını tövləsinə salmışdır. 08 noyabr 2021-ci il tarixdən 09 noyabr 2021-ci il tarixə keçən gecə yaşadığı həyətdə yerləşən tövləsindən 4 baş xırdabuynuzlu heyvanı oğurlanmışdır. 13 noyabr 2021-ci il tarixdə axşam saatlarında anası ilə birlikdə heyvanları sayıb tövləyə salmış və 13 noyabr 2021-ci il tarixdən 14 noyabr 2021-ci il tarixə keçən gecə saat 02 radələrində tövləyə gedib baxdıqda bütün heyvanları tövlədə olmuşdur. Saat 07 radələrində tövləyə getdikdə bir baş iribuynuzlu heyvanının tövlədə olmadığını görmüş, dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan başqa, 11 dekabr 2021-ci il tarixdə saat 05 radələrində yaşadığı həyətdə yerləşən tövləsində olduğu zaman naməlum şəxsə məxsus avtomaşının ona məxsus tövlənin yaxınlığında saxlamasını görmüş, bir nəfər naməlum şəxsin əlində fənərlə tövləyə tərəf gəldiyini görmüşdür. O, tez başqa bir qapıdan tövləyə daxil olaraq hadisələrin axarını izləmişdir. Az sonra həmin şəxs qapını açaraq tövləyə daxil olmuşdur. Tövləyə girən şəxs heyvanların arasına girib seçməyə başlamış, lakin onu görməmişdir. Naməlum şəxs bir baş erkək cinsli iribuynuzlu heyvana yaxınlaşarkən o gizləndiyi yerdən çıxaraq həmin şəxsi tutmuş, lakin şəxs onun əlindən çıxaraq gəldiyi avtomaşın istiqamətində qaçmışdır. Fənərlə avtomaşına baxdıqda orada daha iki nəfər şəxsin də olmasını görmüş, lakin onların kim olduqlarını bilməmişdir. Bundan sonra polis əməkdaşlarına zəng vurub baş verənlər və avtomaşının nömrəsini demişdir. Aparılmış istintaq zamanı ona məlum olmuşdur ki, onun heyvanlarını oğurlayan şəxslər X7, Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 olmuşlar. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. Həyətindəki mal tövləsində iribuynuzlu heyvanlarını saxlamışdır. Heyvanları hər səhər örüş sahəsinə buraxmış, saat 15 radələrində isə heyvanlar geri qayıtmışdır. 06 dekabr 2021-ci il tarixdə də eyni qaydada saat 09 radələrində heyvanlarını örüş sahəsinə buraxmış, saat 15 radələrində heyvanları geri qayıtmış və saat 20 radələrində isə heyvanlarını tövləyə salmışdır. Həyətə açılan qapı ilə yanaşı yola açılan list dəmir qapı içəridən cəftə ilə bağlanmışdır. 07 dekabr 2021-ci il tarixdə saat 08 radələrində evdən çıxarkən tövlənin qapısını açıq vəziyyətdə görsə də tələsdiyi üçün tövləyə girib baxmamış, saat 10 radələrində geri qayıdarkən anası tövlənin qapısının açıq vəziyyətdə olmasının səbəbini soruşmuşdur. O anasına qapını açmadığını demişdir. Onda şübhə yarandığı üçün tövləyə baxdıqda 3 baş heyvanından 2 başının naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. O, dərhal Qəbələ RPŞ-nə müraciət edərək heyvanların oğurlanmasını və cinayəti törətmiş şəxs və ya şəxslərin tapılaraq barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış istintaq zamanı ona məlum olmuşdur ki, onun heyvanlarını oğurlayan şəxslər X7, Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 olmuşlar. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasına çağırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlmədiyindən onun məcburi gətirilməsi barədə qərarə qəbul edilmiş, lakin səhhəti imkan vermədiyindən onun məhkəmə iclasına məcburi gətirilməsi təmin edilməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs2 ibtidai istintaqa və Şahid2, X2 və Şahid3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə istintaqında verdiyi ifadələri oxunub elan edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqda və qeyd olunan cinayət işi üzrə məhkəmə istintaqında eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, o, Göyçay rayonu Bığır kəndində yaşayır. 05 dekabr 2021-ci il tarixədək şəxsi tərərrüfatında 1 baş iribuynuzlu 7 aylıq boğaz heyvanı olmuşdur. Həmin heyvanı yaşadığı evin həyətində giriş qapısından sol tərəfdə olan tövlədə saxlamışdır. 02 dekabr 2021-ci il tarixdə Sabirabad rayonuna getmişdir. 05 dekabr 2021-ci il tarixdə saat 07 radələrində Sabirabad rayonunda olarkən anası Fəzilə ona zəng edərək tövlələrindən 1 baş inəyinin naməlum şəxslər tərəfindən oğurlanmasını bildirmiş, ona görə də DİN-nin 102 xidmətinə zəng etmiş və evlərinə qayıtmış, polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan polis tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, qohumu Şahid3 Şahid2 və digər tanışları Təqsirləndirilən şəxs, Radim Qədirovla birlikdə həmin 1 baş inəyini oğurlamış və Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində Şamaxı rayon sakininə satmışlar. Sonradan polis əməkdaşları ilə birlikdə Şamaxı rayonu Məlcək kəndində getmiş və adını sonradan bildiyi Mübariz adlı şəxsin həyətindəki tövlədə saxlanılan 1 baş inəyi görüb tanımış və özünə məxsus olduğunu bildirmişdir. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Onun hazırda maddi ziyanla bağlı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu Bizlan kəndində yaşamış, bir müddət isə tanışı Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində kirayədə yaşamışdır. Maddi imkanı aşağı olduğundan və şəxsi nəqliyyat vasitəsi olduğundan tanışları ilə birlikdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə tanışları Radim, Vahid və Əfsanə ilə birlikdə 09 noyabr 2021-ci il tarixdə özünə məxsus olan “Ford Fafy” markalı avtomobili ilə İsmayıllı rayonuna gəlmişdir. Söhbət zamanı Vahid onlara “qardaşımın mal-qaraları var, gedək Soltankənd kəndində qardaşımın mal-qaralarından oğurlayaq” deyə məlumat və məsləhət vermiş, ümumi razılığa gələrək adı çəkilən yerdən oğurluq etməyi planlaşdırmışlar. 09 noyabr 2021-ci il tarixdə gecə saatlarında onlar Vahidin dediyi yerə, Soltankənd kəndinə gəlmiş, həmin kənddə Vahidin qardaşı olan Zahidin evi yaxınlığında avtomobilini saxlamışdır. Vahid əlindəki fənərlə ətrafı müşahidə edərək həyətə və tövləyə baxmış, tövlənin yol tərəfə olan qapısını açıq saxlayaraq qayıdıb gəlmiş və onlara “ məni tanıyarlar, siz gedin tövləyə mal-qara götürün” demişdir. Əfsanə avtomobildə əyləşərək gözləmiş, o isə Radimlə birlikdə Vahidin göstərdiyi tövləyə yaxınlaşmış, Vahid isə kimsə gələrsə xəbər verməkdən ötrü ətrafa nəzarət etmişdir. Həmin vaxtı o, Radim ilə birlikdə tövlənin taxta qapısından içəri daxil olaraq oradan 04 baş xırdabuynuzlu heyvan çıxarmışlar. Həmin heyvanları avtomobilinə yığaraq Bakı şəhərinə aparmış və heyvanları Maştağa bazarında sataraq əldə olunan pulu aralarında bölmüşlər. Bundan başqa, təkrarən pula ehtiyacları yarandığı üçün 14 noyabr 2021-ci il tarixdə gecə saatlarında o, Radim, Əfsanə və Vahidlə birlikdə İsmayıllı rayonu Soltankənd kəndinə gəlmişdir. Əfsanə yenə avtomobildə əyləşərək gözləmişdir. O, Radimlə birlikdə Vahidin göstərdiyi tövləyə yaxınlaşmış, Vahid isə kimsə gələrsə xəbər verməkdən ötrü ətrafa nəzarət etmişdir. Həmin vaxtı o, Radimlə birlikdə tövlənin taxta qapısına yaxınlaşaraq qapını açmış, içəri daxil olaraq tövlədən 01 baş iribuynuzlu heyvanı çıxarmışlar. Həmin heyvanı “Ford Fafy” markalı avtomobilə yığaraq Bakı şəhərinə gəlmiş və Bakı şəhərində isə həmin heyvanı Bülbülə qəsəbəsində bir qəssaba sataraq alınan pulu aralarında bölmüşlər. Bundan başqa, təkrarən oğurluq etmək məqsədi ilə o, 04 dekabr 2021-ci il tarixdən 05 dekabr 2021-ci il tarixə keçən gecə saat 02 radələrində tanışı Əfsanə, Radim və Vahidlə birlikdə özünə məxsus avtomaşını ilə Göyçay rayonun Bığır kəndində yaşayan Əfsanənin qohumu Zərərçəkmiş şəxs2 yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Küçə dar olduğundan o, avtomaşını kənarda saxlamışdır. Əfsanə avtomaşında gözləmiş, o, isə yerə düşərək ətrafa nəzər yetirmişdir. Həyətin qara rəngli giriş qapısı bağlı olduğundan Radim hasardan tullanaraq həyətə, ardınca isə tövləyə daxil olaraq özü ilə götürdüyü kəndirlə başından bağlamaqla Vahidlə birlikdə 1 baş bozumtul rəngli, dik buynuzlu inəyi avtomaşının yanına gətirmişdir. 3-ü birlikdə inəyi avtomaşına mindirmiş və Bakı şəhərinə Maştağa qəsəbəsinə mal bazarına gedərək Şamaxı rayonu sakini Mübariz adlı şəxsə 530 manata satmışlar. Əldə etdikləri pulu isə bərabər şəkildə bölmüşlər. Bundan başqa, 07 dekabr 2021-ci il tarixdə saat 06 radələrində yenə də mal oğurluğu edərək qazanc əldə etmək məqsədi ilə özünə məxsus “Ford Fafy” markalı avtomaşınla o, Vahid, Radim və Əfsanə 4-ü birlikdə Qəbələ rayonu Vəndam qəsəbəsinə gəlmişdir. Həmin həyəti onlara heç kim göstərməmişdir. O, idarə etdiyi avtomaşını oğurluq edəcəkləri həyətin yaxınlığında saxlamış, Əfsanə avtomaşından yerə düşməmiş və bundan sonra Radim və Vahid tövləyə daxil olaraq 1 baş inək və 1 baş buzovu tövlədən çölə çıxarmışlar. Özünün tövlənin giriş qapısında gözləməkdə məqsədi gələn olanda xəbər vermək olmuşdur. Ardınca 3-ü birlikdə açıq sarı və ağ qırmızı rəngli, qulaqlarında nişan olan hər iki baş inək heyvanını avtomaşına mindirmiş, birbaşa olaraq inəkləri Bakı şəhərinə aparıb orada tanımadığı şəxsə 1080 manata satmış və əldə etdikləri gəliri isə bərabər şəkildə bölmüşlər. Qəbələ rayonunda başqa hər hansı yerdən oğurluq etməmişlər. Sonuncu dəfə də o, Radim, Əfsanə və Vahid ilə birlikdə pul əldə etmək üçün oğurluq etmək qərarına gəlib 11 dekabr 2021-ci il tarixdə özünə məxsus avtomobili ilə İsmayıllı rayonuna gəlmişdir. Aralarında olan söhbət zamanı Vahid yenidən onlara “qardaşımın mal-qaraları var, gedək Soltankənd kəndində qardaşımın mal-qaralarından oğurlayaq” deyə məsləhət vermişdir. Ümumi razılığa əsasən də həmin yerdən oğurluq etməyi planlaşdırmışlar. 11 dekabr 2021-ci il tarixdə saat 04 radələrində Vahidin dediyi yerə gəlmiş və Vahidin qardaşı Zahidin evinin yaxınlığında avtomobilini saxlamışdır. Həmin vaxtı Vahid əlindəki fənərlə ətrafı müşahidə edərək həyətə və tövləyə yenə də baxmış, tövlənin yol tərəfə olan qapısını açıq saxlayaraq qayıdıb gəlmiş və onlara “ məni tanıyarlar, siz gedin tövləyə mal-qara götürün” demişdir. O, yol kənarından olan giriş qapısından birbaşa tövləyə keçmiş, Radim isə tövlənin giriş hissəsində durmuşdur. Tövlənin ön hissəsində biri ayaq üstə və biri oturmuş vəziyyətdə olmaqla iki ədəd cavan mal-qara, tövlənin digər tərəfində isə bir neçə yaşlı malqaralar olmuşdur. O, həmin mal-qaralardan ayaq üstə olanı dişi olduğundan dəyməmiş, digərini ayağı ilə vuraraq ayağa qaldırmış və erkək olmasını görüb həmin heyvanı oğurlamaq istəmişdir. Lakin qəflətən kiminsə bel nahiyyəsinə çomaqla zərbə vurmasını görmüş, qaranlıq olduğundan həmin şəxsin üzünü görməmiş və cəld şəkildə tövlədən çıxaraq avtomobilə doğru qaçmışdır. Həmin şəxs də arxasınca qaçaraq çomağı ilə avtomobilinə vurmuş, Vahid həmin vaxtı aralıda olmuşdur. Oğurluq əməllərinin ifşa olunmasını görərək Vahid Hacıhətəmli kəndi istiqamətində qaçaraq uzaqlaşmışdır. Radim isə əyləşdiyi üçün avtomobili işə salaraq oradan uzaqlaşmışdır. Yolda Vahidi də avtomobilinə götürmüş, Soltankənd kəndini çıxandan sonra Vahid avtomobildən enmiş, özü isə Əfsanə və Radimlə birlikdə Göyçay rayonu istiqamətinə hərəkət etmişdir. İsmayıllı rayonu Mollaisaqlı kəndi ərazisində hərəkətdə olarkən yolda polis əməkdaşları saxlamış və oğurluq etməkdə şübhəli olduqlarını bildirməklə İsmayıllı RPŞ-nə gətirmişlər. RPŞ-də törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etmişdir. Şahid3 ifadə verərək göstərdi ki, maddi imkanı aşağı olduğundan tanışları Elçin, Radim və Vahidlə birlikdə ilə birlikdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 09 noyabr 2021-ci il tarixdə Elçinə məxsus olan “Ford Fafy” markalı avtomobili ilə İsmayıllı rayonuna gəlmişlər. Söhbət zamanı Vahid onlara “qardaşımın mal-qaraları var, gedək Soltankənd kəndində qardaşımın mal-qaralarından oğurlayaq” deyə məsləhət vermiş, ümumi razılığa gələrək adı çəkilən yerdən oğurluq etməyi planlaşdırmışlar. 09 noyabr 2021-ci il tarixdə gecə saatlarında onlar Vahidin dediyi yerə gəlmiş, Elçin Vahidin qardaşı Zahidin evi yaxınlığında avtomobilini saxlamışdır. Vahid əlindəki fənərlə ətrafı müşahidə edərək həyətə və tövləyə baxmış, tövlənin yol tərəfə olan qapısını açıq saxlayaraq qayıdıb gəlmiş və onlara “ məni tanıyarlar, siz gedin tövləyə mal-qara götürün” demişdir. O, aralarındakı rol bölgüsünə əsasən avtomobildə əyləşərək gözləmiş, Elçin isə Radimlə birlikdə Vahidin göstərdiyi tövləyə yaxınlaşmış, Vahid isə kimsə gələrsə xəbər verməkdən ötrü ətrafa nəzarət etmişdir. Həmin vaxtı Elçin Radimlə birlikdə tövlənin taxta qapısından içəri daxil olaraq oradan 04 baş xırdabuynuzlu heyvan çıxarmışlar. Həmin heyvanları avtomobilinə yığaraq Bakı şəhərinə aparmış və heyvanları Maştağa bazarında sataraq əldə olunan pulu aralarında bölmüşlər. Bundan başqa, təkrarən pula ehtiyacları yarandığı üçün 14 noyabr 2021-ci il tarixdə gecə saatlarında o, Radim, Elçin və Vahidlə birlikdə İsmayıllı rayonu Soltankənd kəndinə gəlmişdir. O yenə avtomobildə əyləşərək gözləmişdir. Elçin Radimlə birlikdə Vahidin göstərdiyi tövləyə yaxınlaşmış, Vahid isə kimsə gələrsə xəbər verməkdən ötrü ətrafa nəzarət etmişdir. Həmin vaxtı Elçin Radimlə birlikdə tövlənin taxta qapısına yaxınlaşaraq qapını açmış, içəri daxil olaraq tövlədən 01 baş iribuynuzlu heyvanı çıxarmışlar. Həmin heyvanı “Ford Fafy” markalı avtomobilə yığaraq Bakı şəhərinə gəlmiş və Bakı şəhərində isə həmin heyvanı Bülbülə qəsəbəsində bir qəssaba sataraq alınan pulu aralarında bölmüşlər. Bundan başqa, təkrarən oğurluq etmək məqsədi ilə 04 dekabr 2021-ci il tarixdən 05 dekabr 2021-ci il tarixə keçən gecə saat 02 radələrində tanışı Elçin, Radim və Vahidlə birlikdə Elçinə məxsus avtomaşını ilə Göyçay rayonun Bığır kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs2 yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Küçə dar olduğundan Elçin avtomaşını kənarda saxlamışdır. O avtomaşında gözləmiş, Elçin isə yerə düşərək ətrafa nəzər yetirmişdir. Həyətin qara rəngli giriş qapısı bağlı olduğundan Radim hasardan tullanaraq həyətə, ardınca isə tövləyə daxil olaraq özü ilə götürdüyü kəndirlə başından bağlamaqla Vahidlə birlikdə 1 baş bozumtul rəngli, dik buynuzlu inəyi avtomaşının yanına gətirmişdir. 3-ü birlikdə inəyi avtomaşına mindirmiş və Bakı şəhərinə Maştağa qəsəbəsinə mal bazarına gedərək Şamaxı rayonu sakini Mübariz adlı şəxsə 530 manata satmışlar. Əldə etdikləri pulu isə bərabər şəkildə bölmüşlər. Bundan başqa, 07 dekabr 2021-ci il tarixdə saat 06 radələrində yenə də mal oğurluğu edərək qazanc əldə etmək məqsədi ilə Elçinin avtomaşını ilə o, Vahid, Radim və Elçin birlikdə Qəbələ rayonu Vəndam qəsəbəsinə gəlmişdir. Həmin həyəti onlara heç kim göstərməmişdir. Elçin idarə etdiyi avtomaşını oğurluq edəcəkləri həyətin yaxınlığında saxlamış, o isə avtomaşından yerə düşməmiş və bundan sonra Radim və Vahid tövləyə daxil olaraq 1 baş inək və 1 baş buzovu tövlədən çölə çıxarmışlar. Onlar heyvanları avtomaşına mindirmiş, inəkləri Bakı şəhərinə aparıb orada tanımadığı şəxsə 1080 manata satmış və əldə etdikləri gəliri isə bərabər şəkildə bölmüşlər. Sonuncu dəfə də o, Elçin, Radim və Vahidlə birlikdə pul əldə etmək üçün oğurluq etmək qərarına gəlib 11 dekabr 2021-ci il tarixdə Elçinə məxsus avtomobili ilə İsmayıllı rayonuna gəlmişdir. Aralarında olan söhbət zamanı Vahid yenidən onlara “qardaşımın mal-qaraları var, gedək Soltankənd kəndində qardaşımın mal-qaralarından oğurlayaq” deyə məsləhət vermişdir. Ümumi razılığa əsasən də həmin yerdən oğurluq etməyi planlaşdırmışlar. 11 dekabr 2021-ci il tarixdə saat 04 radələrində Vahidin dediyi yerə gəlmiş və Vahidin qardaşı Zahidin evinin yaxınlığında Elçin avtomobilini saxlamışdır. Həmin vaxtı Vahid əlindəki fənərlə ətrafı müşahidə edərək həyətə və tövləyə yenə də baxmış, tövlənin yol tərəfə olan qapısını açıq saxlayaraq qayıdıb gəlmiş və onlara “ məni tanıyarlar, siz gedin tövləyə mal-qara götürün” demişdir. Elçin yol kənarından olan giriş qapısından birbaşa tövləyə keçmiş, Radim isə tövlənin giriş hissəsində durmuşdur. Bir müddət sonra Elçin cəld şəkildə tövlədən çıxaraq avtomobilə doğru qaçmışdır. Onun ardınca tövlədən tanımadığı bir şəxs arxasınca qaçaraq çomağı ilə avtomobilinə vurmuş, Vahid həmin vaxtı aralıda olmuşdur. Vahid bu zaman Hacıhətəmli kəndi istiqamətində qaçaraq uzaqlaşmışdır. Elçin avtomobili işə salaraq oradan uzaqlaşmışdır. Yolda onlar Vahidi də avtomobilinə götürmüş, Soltankənd kəndini çıxandan sonra Vahid avtomobildən enmiş, özü isə Elçin və Radimlə birlikdə Göyçay rayonu istiqamətinə hərəkət etmişdir. İsmayıllı rayonu Mollaisaqlı kəndi ərazisində hərəkətdə olarkən yolda polis əməkdaşları saxlamış və oğurluq etməkdə şübhəli olduqlarını bildirməklə İsmayıllı RPŞ-nə gətirmişlər. RPŞ-də törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasına gəlmədiyindən onun məcburi gətirilməsi barədə qərarə qəbul edilmiş, lakin səhhəti imkan vermədiyindən onun məhkəmə iclasına məcburi gətirilməsi təmin edilməmişdir. Bu səbəbdən Şahid1 ibtidai istintaqa və Şahid2, X2 və Şahid3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə istintaqında verdiyi ifadələri oxunub elan edilmişdir. Şahid1 ibtidai istintaqda və qeyd olunan cinayət işi üzrə məhkəmə istintaqında eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, o, Şamaxı rayonun Məlcək kəndində yaşayır. 05 dekabr 2021-ci il tarixdə özü üçün bir baş iribuynuzlu heyvan almaq üçün Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən mal bazarına getmişdir. Saat 12-13 radələrində bazarda heyvan axtaran zaman bir baş iti buynuzları olan boz rəngli inək heyvanını görərək inəyin yanında dayanan adını sonradan bildiyi Şahid2 yaxınlaşmışdır. İnəyə nəzər yetirdikdə heyvanın boğaz olduğunu bilmiş və Elçindən həmin heyvanın qiymətini soruşmuşdur. Heyvanın qiymətini 350 manata razılaşmış və həmin heyvanı alaraq Şamaxı rayonu Məlcək kəndində gətirmişdir. 13 dekabr 2021-ci il tarixdə Göyçay rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək həmin inəyin ünvan 4 bildirib inəyi Fəqana təqdim etmişlər. Fıəqan inəyini tanımış, bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. O, Elçinin ona satdığı 1 baş inəyin oğurluq olduğunu bilməmişdir. 14 noyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İsmayıllı rayonu Soltankənd kənd sakini X4 məxsus 1 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu qoyunu İsmayıllı rayonu Soltankənd kəndində yerləşən Z.C.Davidova məxsus tövlədən oğurlanmışdır. 05 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 1 baş boğaz inək Göyçay rayonu Bığır kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus tövlədən oğurlanmışdır. 07 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 2 baş dişi cinsli inək Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus tövlədən oğurlanmışdır. 11 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X4 məxsus 1 baş erkək dana İsmayıllı rayonu Soltankənd kəndində yerləşən Z.C.Davidova məxsus tövlədən oğurlanmağa cəhd edilmiş, lakin Z.C.Davidov buna imkan verməmişdir. 13 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Şamaxı rayonu Məlcək kəndində Şahid1 məxsus tövlədə ona təqdim olunan 1 baş inəyi tanımış və özünə məxsus olduğunu bildirmişdir. 19 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs Abızadə X9 rayonu Məmmədli kəndində həmin kənd sakini X14 həyətyanı sahəsində ona təqdim olunan 2 baş inəyi tanıyaraq həmin inəklərin özünə məxsus olduğunu bildirmişdir. 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində X8 tərəfindən 2 baş iribuynuzlu inək sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şamaxı rayonu Məlcək kəndi ərazisində Şahid1 tərəfindən 1 baş iribuynuzlu inək və 1 baş balası sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/678 nömrəli rəyindən görünür ki, 2021-ci ilin noyabr ayı üçün hər biri 1 il 6 aylıq, diri çəkiləri 40-45 kiloqram olan 4 baş dişi cinsindən olan qoyunların bir başı 200 manat olmaqla 4 baş qoyunların qiyməti 800 (səkkiz yüz) manat, 2 illik təmiz ət çıxarı 100-120 kiloqram olduğu halda 1 baş dişi cinsindən olan inəyin qiyməti 1100 (min yüz) manat, 1 il 2 aylıq, diri çəkisi 170 kiloqram olan 1 baş erkək cinsindən olan dananın qiyməti 850 (səkkiz yüz əlli) manat, 6 illik, diri çəkisi 350 kiloqram olan 1 baş dişi cinsindən olan inəyin qiyməti 1600 (min altı yüz) manat 6 illik, diri çəkisi 300 kiloqram olan 1 baş dişi cinsindən olan inəyin qiyməti 1500 (min beş yüz) manat, 2 illik, diri çəkisi 170 kiloqram olan 1 baş dişi cinsindən olan inəyin qiyməti 850 (səkkiz yüz əlli) manat, həmçinin 2021-ci ilin dekabr ayı üçün 1 il 2 aylıq, diri çəkisi 130-140 kiloqram olan 1 baş erkək cinsindən olan dananın qiyməti 700 (yeddi yüz) manat, 5 illik, diri çəkisi 500 kiloqram olan 1 baş dişi cinsindən olan inəyin qiyməti 2500 (iki min beş yüz) manat, 4 illik diri çəkisi 200-250 kiloqram olan 1 baş dişi cinsindən olan inəyin qiyməti 1800 (min səkkiz yüz) manat, 8-9 aylıq diri çəkisi 55-60 kiloqram olan 1 baş erkək cinsindəın olan dananın qiyməti 400 (dörd yüz) manat, 2 il 3 aylıq, diri çəkisi, 150-170 kiloqram olan 1 baş dişi cinsindən olan inəyin qiyməti 800 (səkkiz yüz) manat, 1 il 2 aylıq diri çəkisi 100-110 kiloqram olan 1 baş dişi cinsindən olan inəyin qiyməti 1000 (min) manat təşkil etmişdir. Mal-qaranın 2021-ci ilin noyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 6700 manat, 2021-ci ilin dekabr ayına 7200 (yeddi min iki yüz) manat müəyyən edilir. Ekspertiza rəyinin qeyd hissəsinə əsasən, heyvan satışı bazarlarında mövcud olmuş tələb-təklifdən, heyvanların sağlamlıq durumundan, yaşından, cinsindən, çəkisindən, köklük dərəcəsindən və digər əlamətlərindin asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/507 nömrəli rəyindən görünür ki, fotoşəkli təqdim edilmiş 1 baş boğaz qızılı rəngli, diri çəkisi 350 kq, 12 yaşlı, 7 aylıq boğaz inəyin 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1100 (min yüz) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiq tərəfindən 11 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs Vahid Davıdovun Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin Vahid Davıdov istintaqdan qaçıb gizləndiyinə görə ittiham elan edilməsi mümkün olmamış, həmin tarixdə sonuncu barəsində axtarış elan edilmişdir. Müstəntiq tərəfindən 15 iyun 2022-ci il tarixdə Şahid2, X2 və Şahid3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə ayrıca icraata ayrılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. 22 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsindəki ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 1 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs İsmayıllı RPŞ-yə könüllü gəldiyindən həmin tarixdə iş üzrə icraat təzələnmişdir. 12 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saat 15:30-dan 12 avqust 2022-ci il tarixə saat 19:31-ədək axtarışda olan təqsirləndrilən şəxs qismində tutularaq saxlanılmış, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək İsmayıllı rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. İcbari Tibbi Sığorta üzrə X10 Ərazi bölmələrinin idarəetmə Birliyinin İsmayıllı rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli 13 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin “narkoloji”, “ruhiəsəb” və “nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. 26 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 1(037)-52/2022 nömrəli hökmündən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 1(0107)-239/2022 nömrəli hökmü ilə X5 qəti olaraq təyin edilmiş 03(üç) il 02(iki) ay 28(iyirmi səkiz) gün müddətə azadlıqdan mərhum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq bu hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 12 dekabr 2021-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 01(bir) ay 13 (on üç) gün və 25 yanvar 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 07(yeddi) ay 11 (on bir) gün, cəmi 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün ona təyin edilən 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 11 dekabr 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün ona təyin edilən 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının İsmayıllı rayonu Soltankənd kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Soltankənd kəndində qeydiyyatda olmaqla orada yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətini, cəzalarını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə saat 15:30-dan 12 avqust 2022-ci il tarixə saat 19:31-ədək axtarışda olan təqsirləndrilən şəxs qismində tutularaq saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02(iki) gün müddət ona təyin edilən аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonunun Soltankənd kəndində yerləşən yaşadığı evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Cinayət işi üzrə ekspertiza xərci və maddi sübutlarla bağlı məsələlər İsmayıllı Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 1(037)-52/2022 nömrəli hökmündə öz həllini tapdığından məhkəmə bu hökmlə həmin məsəllələrin həlinə zərurət görmür. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə saat 15:30-dan 12 avqust 2022-ci il tarixə saat 19:31-ədək axtarışda olan təqsirləndrilən şəxs qismində tutularaq saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02(iki) gün müddət ona təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonunun Soltankənd kəndində yerləşən yaşadığı evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-69/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-69/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver