Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-7/2022 25.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi iştirakı ilə 25 yanvar 2022-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1977-ci ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, İsmayıllı şəhərində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 1,093 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, 12 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhəri, Nizami küçəsində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün saat 24 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki jaketin sağ cibindən bir ədəd plastik qabda bir ədəd selofan bükümün içərisində saxladığı həmin 1,093 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 12 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində İsmayıllı şəhəri Nizami küçəsi ilə piyada hərəkətdə olarkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı olduğunu, üzərinə şəxsi axtarış keçirəcəklərini və bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirmişlər. Polislər ona birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etdikdə etiraz etməmiş və birlikdə şöbəyə getmişlər. Şöbənin növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. O isə üzərində narkotik maddə hesab olunan heroin olsa da bu barədə bildirməmiş və heroini təqdim etməmişdir. Onun üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı əynində olan jaketin sağ yan cibindən bir ədəd qırmızı qapaqlı silindirik formalı plastik qab aşkar edilmiş, həmin qabın içərisindən şəxsi istifadəsi üçün selofan bükümdə saxladığı həmin narkotik vasitə olan heroin aşkar olunmuşdur. Sorğu zamanı həmin narkotik maddənin heroin olmasını, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Polis əməkdaşlarının əlavə sorğusu zamanı o, narkotik vasitə olan heroini 2021-ci ilin oktyabr ayının dəqiq tarixini xatırlamadığı günündə Bakı şəhərində 20 Yanvar deyilən ərazidə, yol kənarında yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroin selofan bükülü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən başqa narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Üzərində narkotik vasitə saxladığını ailə üzvləri bilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Narkotik vasitələrdən mütəmadi istifadə etdiyi üçün narkomaniya xəstəliyindən əzab çəkir, o belə əməllərdən əl çəkmək niyyətindədir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. X1 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonu keçmiş Mican yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 12 oktyabr 2021-ci il tarixdə bu barədə polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və tədbir keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Nizami küçəsi ilə piyada gedərkən yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Onlar Yaquba üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün barəsində əməliyyаt tədbirinin kеçirilməsi hаqqındа qərаr qəbul edildiyini deyərək Yaqubu həmin qərarla tаnış еtmişlər. Sonra isə Yaquba üzərinə şəхsi ахtаrış аpаrılmаsı məqsədilə onlarla birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etmişlər. Yaqub etiraz etməmiş və birlikdə şöbəyə gəlmişlər. Şöbəsinin növbətçi hissəsində Yaqub müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs kimi tutularaq bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Yaqubun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl Yaquba üzərində narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Yaqub üzərində hər hansı bir cinayət xarakterli əşya olmadığını demişdir. Yaqubun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Yaqubun əynində olan qara rəngli jaketin sağ yan cibindən bir ədəd qırmızı qapaqlı silindirik formalı plastik qab aşkar edilmiş, həmin plastik qaba baxış keçirildikdə isə içərisində bir ədəd selofan büküm olması müəyyən edilmişdir. Selofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında, spesifik iyə malik narkotik vasitəyə oxşar maddə olması məlum olmuşdur. Sorğu zamanı Yaqub həmin selofan bükümdəki maddənin heroin olmasını, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Yaqubdan həmin narkotik vasitəyə oxşar maddəni haradan əldə etdiyi soruşdulduqda 2021-ci ilin oktyabr ayının əvvələrində Bakı şəhərində 20 Yanvar deyilən ərazidən yol kənarında yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə selofan bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilmişdir. Sonra isə sellofan bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış davam etdirilsə də Yaqubun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Yaqubun narkotik vasitə olan heroini haradan əldə etməsi barədə hər hansı bir məlumat əldə olunmamış, onun narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması, kimlərəsə satması və ya kimlərlə sə birlikdə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında 12 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş videodiskə baxış keçirilmişdir. Diskə baxılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış İsmayıllı rayon Polis şöbəsinin inzibati binasının növbətçi hissəsinin qarşısında keçirilir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşya olmadığını deyir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli jaketin sağ yan cibindən bir ədəd qırmızı qapaqlı silindirik formalı plastik qab aşkar edilir. Həmin plastik qaba baxış keçirildikdə isə içərisində bir ədəd selofan büküm olması müəyyən edilir. Selofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında, spesifik iyə malik narkotik vasitəyə oxşar maddə olması məlum olur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin selofan bükümdəki maddənin heroin olmasını, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, satış niyyətinin olmadığını bildirir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar maddəni haradan əldə etdiyi soruşdulduqda 2021-ci ilin oktyabr ayının əvvələrində Bakı şəhərində 20 Yanvar deyilən ərazidən yol kənarında yerdən tapdığını bildirir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə selofan bükülü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunur, sellofan bükülü bir ədəd zərfə qoyulub qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də başqa hər hansı narkotik vasitəyə bənzər kütlə aşkar edilmir. Məhkəmə-bioloji ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 17/746 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş... 1 (bir) ədəd şəffaf sellofan büküm.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1.093 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Rəyin qeyd hissəsinə əsasən, heroinin təmiz çəkisi-1,093 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq-1,043 qram qalmışdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 14 dekabrt 2021-ci il tarixli 1499 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. 07 oktyabr 2021-ci il tariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran qarnizon Hərbi Tribunalının 20 oktyabr 1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 251-ci maddəsinin “A” bəndi, 246-1-ci maddəsinin “A” bəndi, 38, 42-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11 noyabr 1998-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-1-ci maddəsi tətbiq edilərək 03 il azadlıqdan məhrumetmə cəzası üzrə hökmün icrası 02 il müddətə təxirə salınmışdır. Moskva şəhəri Çeremuşkin Rayon Məhkəməsinin 27 noyabr 2003-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinin “Q” bəndi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhəri Çeremuşkin Rayon Məhkəməsinin hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinin “Q” bəndi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsində həmin hökmün Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzinlənməsinə və yaxud tanınmasına dair qərar qəbul edilmədiyindən həmin məhkumluq residivin müəyyən olunması zamanı nəzərə alınmır. İsmayıllı rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli 02- 02-1934/21 sаylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji və ruhiəsəb kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 20 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlardan sonra qalıq təmiz çəkisi 1.043 qram təşkil edən bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 12 oktyabr 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə saat 23:51-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 17:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 22 oktyabr 2021-ci il tarixli 2749 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhərində (keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən ibarətdir. Ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndiyi bir zamanda Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də narkotik vasitə olan heroinin çəkisi (1,093 qram) onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq cəmiyyəti narahat edən aktual problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” q’bul edilmişdir. Bu proqramın məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməməsi ilə bərabər dövlətin bu sahədə apardığı mübarizənin gücləndirilməsi baxımından düzgün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 25 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 müəyyən edilməli və hökmün surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut – İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatlardan sonra qalıq təmiz çəkisi 1.043 qram təşkil edən bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 69 (altmış doqquz) manat 10 (on) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 25 yanvar 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 müəyyən edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatlardan sonra qalıq təmiz çəkisi 1.043 qram təşkil edən bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 69 (altmış doqquz) manat 10 (on) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-7/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-7/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver