Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-7/2023 16.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 16 mart 2023-cü il tarixdə saat 12:37-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1987-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum edilməmiş, işləməyən, İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 111, mənzil 4-də qeydiyyatda olan və yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 1(037)-7/2023 nömrəli qərarı ilə barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, 03 mart 2023-cü il tarixdə saat 18:10-da həbs olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 saxlanılan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 05 fevral 2019-cu il tarixdən hesablanmaqla 13 avqust 2014-cü il təvəllüdlü X7 və 20 iyul 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyul 2019-cu il tarixli 2(037)- 281/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İsmayıllı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 3(037)-348/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 noyabr 2021-ci il, 01 dekabr 2021-ci il və 25 fevral 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 03 mart 2022-ci il tarixədək 8400 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2012-ci il tarixdə evlənərək ailə qurmuşlar. 2014-cü ildə evliliklərini rəsmiləşdimişlər. Birgə nikahlarından 13 avqust 2014-cü il təvəllüdlü X10 və 20 iyul 2016-cı il təvəllüdlü X11 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra valideynləri ilə birlikdə yaşamışlar. Qumru ilə münasibətləri sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Qumru himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyul 2019-cu il tarixli, 2(037)-281/2019 saylı qətnaməsinə əsasən ondan 05 fevral 2019-cu il tarixdən hesablanmaqla övladları İmran və Onurun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə ona göndərilmişdir. Həmin vaxtlar maddi vəziyyəti ilə bağlı olaraq ödəniş etməmişdir. Sonradan hissə-hissə ödəniş etmək istəsə də, Zərərçəkmiş şəxs alimenti tam tələb etdiyindən ödəniş etməmişdir. Borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, İsmayıllı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarına əsasən 15 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Əvvəllər sifariş olduqda beton və yük maşınlarını idarə etmiş, işi ilə bağlı olaraq tez-tez Bakı şəhərinə səfər etmişdir. İşlədiyi dövrdə aylıq gəliri təxminən 600-700 manat təşkil etmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının əvvələrində Bakı şəhərində idarə etdiyi beton maşınına beton yükləyərkən avtomobilin yük yerindən yerə yıxılaraq müxtəlif bədən xəsarətləri almış və ayağı sınmışdır. Bu səbəbdən işləyə bilməmiş və alimenti ödəyə bilməmişdir. Məşğulluq Mərkəzində qeydiyyatda dursa da, daim işlədiyindən ora müraciət etməmişdir. Təqdimat verilən günə, yəni 03 mart 2022-ci il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 8400manat təşkil etmişdir. Maddi imkanı olmadığından aliment borcundan ödəniş edə bilməmişdir. Hazırda aldığı xəsarətlərlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İsmayıllı rayon şöbəsinə müraciət etmiş və bu yaxınlarda onun əlillik dərəcəsi müəyyən olunaraq ona həmin dərəcəyə uyğun olaraq pensiya təyin ediləcəkdir. O alacağı pensiyadan alimenti ödəyəcəkdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxsla 2012-ci il tarixdə ailə qurmuş, 2014-cü il tarixdə isə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 13 avqust 2014-cü il təvəllüdlü X10 və 20 iyul 2016-cı il təvəllüdlü X11 adlı övladlları anadan olmuşdur. Evləndikdən sonra onlar İsmayıllı şəhərində Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə yaşamışlar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs atasına və sonradan özünə məxsus olan, lakin adına rəsmiləşdirmədiyi avtomaşınlarla sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. Əvvələr Kamran ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığı, tez-tez spirtli içkilər qəbul edib dava-dalaş saldığından, uşaqları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır. Övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(037)-281/2019 saylı qətnaməsinə əsasən cavabdeh olaraq Təqsirləndirilən şəxs 05 fevral 2019-cu il tarixdən hesablanmaqla övladları İmran və Onurun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrası üçün İsmayıllı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. İsmayıllı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün məhkəmənin 21 oktyabr 2021-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 03 mart 2022-ci il tarixə kimi cəmi 8400 manat aliment borcunu ödəməmişdir. Kamran yıxılaraq xəsarət alanadək Bakı şəhərində müxtəlif tikinti şirkətlərinə məxsus yük avtomobillərini idarə etmiş və kifayət qədər qazanca malik olmuşdur. Həmin vaxt o, dəfələrlə alimenti tələb etsə də, Kamran hər dəfə qərəzli olaraq ödəməyəcəyini bildirmişdir. Ona görə də hesab edir ki, Kamran hər ay alimenti ödəyə bilmək iqtidarında olmuş, lakin ödəmək niyyətində olmamışdır. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli 2(037)- 281/2019 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs iki uşağın saxlanması üçün 05 fevral 2019-cu il tarixindən başlayaraq hər ay 240 manat aliment məbləğinin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 15 iyul 2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə də icraata qəbul edilərək borclu Təqsirləndirilən şəxs qərar və bildiriş göndərilmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun axtarılması haqqında 26 iyul 2021-ci il tarixli qərar qəbul edilərək İsmayıllı rayon Polis Şöbəsinə göndərilmişdir. Axtarış qərarı 21 oktyabr 2021-ci il tarixdə icra olunmuş, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinə təhvil verilməsi təmin olunmuşdur. Borclu Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixə ödə aliment borcunun ödənilməsi tələb olunaraq onun izahatı alınmış və qanunvericilikdə nəzərdə tutulan məsuliyyətlər ona elan olunmuş, lakin borclu Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək aliment borcunun ödənilməsini təmin etməmişdir. Borclu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində 21 oktyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq İsmayıllı rayon məhkəməsinə göndərilmişdir. 21 oktyabr 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsi tərəfindən inzibati tənbeh növündə 15 gün müddətində inzibati həbs ilə tənbeh olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Ötən müddət ərzində borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə yaranmış 8400 manat məbləğində aliment borcunun tələbkara ödənilməsini təmin etməmişdir. Borcludan dəfələrlə icra vərəqəsi üzrə borcun ödənilməsi tələb olunmasına baxmayaraq o, qərəzli olaraq icra sənədini icra etməmiş, icra sənədi üzrə yaranmış 8400 manat məbləğində aliment borcunun ödəməkdən yayınmışdır. Onun əməlində qərəzlilik müşahidə edimişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Şahid - İsmayıllı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 ilə əlaqdar olaraq məhkəmə iclasına gələ bilmədiyindən onun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb baş İdarəsinin Hərbi-həkim komissiyasının sərəncamındadır, müayinələrə cəlb olumuş və hərbi-psixiatrın təyinatı üzrə müalicə kursunu keçməkdədir. X3 ibtidai istintaqa verdiyi ifadəsində Rahim Mustafayevin göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyul 2019-cu il tarixli 2(037)-281/2019 nömrəli qətnaməsindən görünür ki, 05 fevral 2019-cu il tarixdən hesablanmaqla 13 avqust 2014-cü il təvəllüdlü X7 və 20 iyul 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon icra və probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş 15 iyul 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli 2(037)-281/2019 saylı icra sənədi 15 iyul 2019-cu il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan 15 iyul 2019-cu il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə vaxt verilməklə 05 iyul 2019-cu il tarixli 2(037)-281/2019 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2021ci il tarixli 8(037)-50/2021 saylı qərardadından görünür ki, icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan 26 iyul 2021-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarında olan İsmayıllı rayon polis şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli 169-26215-1221 saylı məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs yeri müəyyən edilərək ismayıllı rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan 21 oktyabr 2021-ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar onun özü tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 21 oktyabr 2021-ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 21 oktyabr 2021ci il tarixli 3(037)-348/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan 07 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 11 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran kimi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs məxsus mobil nömrələrə dəfələrlə zəng olunmasına, yaşadığı ünvana məktub göndərilməsinə baxmayaraq onunla əlaqə saxlamaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs filialla əlaqə saxlayacağı təqdirdə qanunamüvafiq qaydada köməklik göstəriləcəyi bildirilmişdir. Cinayət işinin materiallarında olan 05 noyabr 2021-ci il, 01 dekabr 2021-ci il və 25 fevral 2022-ci il tarixli xəbərdarlıq məktublarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyul 2019-cu il tarixli, 2(037)-281/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 8400 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 05 fevral 2019-cu il tarixdən hesablanmaqla 13 avqust 2014-cü il təvəllüdlü X7 və 20 iyul 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyul 2019-cu il tarixli, 2(037)-281/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İsmayıllı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 3(037)- 348/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 noyabr 2021-ci il, 01 dekabr 2021-ci il və 25 fevral 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 03 mart 2022-ci il tarixədək 8400 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halın mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Axtarışda olan təqsirləndirilən şəxs qismində tutlma” barədə 28 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə saat 10:30da saxlanılaraq Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə təhvil verilmişdir. Müstəntiqin 29 noyabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin 29 noyabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçildiyindən o, həmin gün saat 15:50-də saxlanldığı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerindən dərhal həbsdən azad edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli 02/08 nömrəli arayışın surətindən və xasiyyətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 111, mənzil 4-də qeydiyyatdadır, barəsində qeydiyyat yeri üzrə İsmayıllı Mənzil İstismar Sahəsinə heç bir ərizə və şikayət daxil olmamışdır. İsmayıllı Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli 1(037)-7/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmənin eyni tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tutulub məhkəmə iclasına gətirilənədək onun barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. İsmayıllı rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən 04 mart 2023-cü il tarixli 84/2-5718/23 nömrəli məktubdan və həmin tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 mart 2023-cü tarixdə saat 18:10 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılaraq İsmayıllı rayon Polis şöbəsinə gətirilmiş və həmin gün saat 21:30-da şöbənin müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli 1(037)-7/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnərək məhkəmə baxışı iclası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə qanunda nəzərdə tutulmuş az ciddi cəza növlərinin təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə saat 10:30-dan 29 noyabr 2022-ci il tarixə saat 15:50-dək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı axtarışda olan təqsirləndirilən şəxs qismində tutulduğu andan – 3 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə saat 10:30-dan 29 noyabr 2022-ci il tarixə saat 15:50-dək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-7/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-7/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver