Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-7/2025 06.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs ( mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs ( mülki iddiaçı) Zərərçəkmiş şəxs iştirakı ilə 06 mart 2025-ci il tarixdə saat 12:45-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1992-ci ildə Göyçay rayonunun Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Göyçay rayonunun Qarabaqqal kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Göyçay rayonunda hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs yanında 2023-cü ilin sonlarından, dəqiq tarixi istintaqa məlum olmayan vaxtdan xx.xx.2024-cü il tarixə dək olan müddət ərzində rəsmi əmək müqaviləsi olmadan sürücü köməkçisi vəzifəsində işlədiyi dövrdə Zərərçəkmiş şəxs tapşırığına əsasən müştərilərə şirkətə məxsus malları təhvil verməli, satışdan əldə edilmiş pulu alaraq sonuncuya çatdırmalı və işlə bağlı digər tapşırıqları icra etməli olduğu halda, o, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə İsmayıllı şəhəri, Nəriman ünvan 1 ünvanda yerləşən “Bolluq Store” adlı marketin sahibi X1 cəmi 5585 manat dəyərində olan “Organic Line” adlı 0,5 litr, 0,7 litr və 1 litr tutumlu spirtli içkilərin pulunu İlqar Kərimovdan alıb Zərərçəkmiş şəxs çatdırmaq barədə sonuncunun şifahi tapşırığına əsasən xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində İsmayıllı şəhəri, Nəriman ünvan 1 ünvanda yerləşən “Bolluq Store” adlı marketə getmiş və öz qulluq mövqeyindən istifadə edib İlqar Kərimovun marketdə olan otağında qaiməyə imza etməklə aldığı, ona etibar edilmiş Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən cəmi 5585 (beş min beş yüz səksən beş) manat məbləğində pulu ələ keçirərək öz şəxsi ehtiyyaclarına sərf etməklə qəsdən talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, 2017-ci ilin 2022-ci ilin avqust ayından Göyçay rayonunda fərdi sahibkar kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs yanında sürücü köməkçisi işləməyə başlamışdır. Turalla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamıdşır. Zərərçəkmiş şəxs fərdi sahibkar olmaqla müxtəlif rayonlara spirtli içki, mineral su və s. məhsullar satmaqla məşğul olmuşdur. Turalla arasında rəsmi əmək müqaviləsi olmamışdır. 2024-cü ilin mart ayında şəkərli diabet xəstəliyindən əziyyət çəkən atasının vəziyyəti ağırlaşdığından sol ayaq baş barmağının kəsilməsi zərurəti yaranmış, maddi durumu aşağı olduğundan pul axtarmağa başlamış, tanışlarının köməkliyi ilə Bakı şəhərində yaşayan tanımadığı şəxsdən 3000 manat faizə pul götürmüşdür. 2024-cü ilin mart ayının sonlarında atası “Bakı sağlamlıq mərkəzi”ndə əməliyyat edilmiş və baş barmağı amputasiya edilmişdir. Faizlə aldığı pulun üzərinə hər ay əlavə 450 manat pul gəlmişdir. Aylıq məvacibi az olduğu üçün faizi ödəməkdə çətinlik çəkmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında həmişəki kimi İsmayıllı rayonuna getmiş, Tural onun İsmayıllı rayonuna gedəcəyini bilib İsmayıllı şəhərində yerləşən “Bolluq Store” adlı mağazada ona məxsus 5585 manat pulu alıb gətirib verməsini tapşırmışdır. O günün birinci yarısında “Bolluq Store” adlı mağazaya gedərək mağazanın müdiri İlqar adlı şəxslə görüşüb ondan Zərərçəkmiş şəxs çatası 5585 manat pulu istəmişdir. İlqar ona hazırda o qədər pulu olmadığını, günün ikinci yarısı gəlməsini bildirmişdir. Bundan sonra o digər mağazalara gətirdiyi məhsulları payladıqdan sonra günün ikinci yarısında təkrar “Bolluq Store” adlı mağazaya gedərək İlqarda Zərərçəkmiş şəxs çatası 5585 manat nağd pulu almışdır. İlqar ona pulu almasına dair qəbzə etdirmişdir. O pulu götürdükdən sonra faizə götürdüyü pulu və yığılan faizləri götürdüyü 5585 manat pulla ödəməyi qərarlaşdırmış, Turala zəng edib indiyədək ona 650 manat əmək haqqı əvəzinə 300 manat verdiyini deyib aylıq olaraq ona verilməli olan pulların əvəzində 5585 manatı götürdüyünü demişdir. Tural da etiraz edib pulu gətirib verməsini istəmiş, lakin o pulu qaytarmayacağını bildirmişdir. Bundan sonra gəldiyi avtomobilin sürücüsünə “Rahat Market 2”-yə getməsini bildirmiş, oraya çatanda ayaqyoluna gedəcəyini bəhanə edərək içəri daxil olmuş, bir qədər sonra arxa qapıdan çıxaraq oradan uzaqlaşmış, “Kəpənək dairəsi” adlanan yerə gələrək Bakı istiqamətində gedən avtomobillərdən birinə əyləşib Bakı şəhərinə getmişdir. O pulu götürdükdən sonra mobil telefonunu söndürmüş, qardaşı Əhməd Rasulova zəng edərək olanları bildirmişdir. Bakıda olduğu zaman faiz pul tapmaqda ona köməklik edən şəxslə görüşüb həmin pulu bağlamaq üçün İlqarın ona verdiyi 5585 manat puldan 5200 manatını həmin şəxsə vermişdir. Bundan sonra Sumqayıt şəhərinə gedərək gecəni xalasıgildə qalmışdır. Növbəti günü yaşadığı Göyçay rayonunun Qarabaqqal kəndinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları yaşadığı kənddə ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona qeyd etdiyi hadisə üzrə izahatının alınmalı olduğunu bildirib İsmayıllı RPŞ-yə dələt etmişlər. O etiraz etməmiş və onlarla birlikdə İsmayıllı RPŞ-yə gəlmişdir. Polis şöbəsində olan zaman etdiyi əməli səmimi olaraq etiraf etmişdir. O, bir daha qeyd edir ki, özünü təqsirli bilmir, belə ki, əslində o, İlqarın Turala qaytarılması üçün ona verilmiş 5585 manat pulu mənimsəməmişdir, ona Tural tərəfindən faktiki olaraq ödənməyən əmək haqqının əvəzi olaraq həmin pulu götürmüşdür. Elə bu əsasla da Zərərçəkmiş şəxs ona qarşı olan iddiasını rədd edir. Elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə istintaqının gedişində zərərçəkmişlə barışıq əldə etmək üçün bir neçə dəfə onun təkidli xahişləri vaxt verilmiş, lakin maddi imkanı olmadığından Zərərçəkmiş şəxsla barışıq əldə edə bilməmişdir. Onun əməlində cinayət tərkibi yoxdur. Ona bəraət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək gösrətdi ki, Göyçay şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Müxtəlif şirkətlərdən aldığı məhsulların müxtəlif mağazalara satışını müştərilərlə arasında bağladığı alqı-satqı müqaviləsinə əsasən həyata keçirir. İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Ucar, Zərdab və s. rayonlarda yerləşən marketlərə uşaq bezləri, “Sirab” markalı suları və “Organic Line” markalı spirtli içkilər və digər məhsullar satmaqla məşğul olur. Məhsulları qaimələr əsasında mağazalara təhvil verir, sonradan isə satdıqları məhsulların pulunu təhvil alırlar. Həmin pulları bəzən özü əlbbəəl alır, bəzən isə ona məxsus “Kapital Bank”a aid bank hesabına köçürürlər. Əlbəəl aldıqları pulu isə bəzən özü şəxsən, bəzən isə işçiləri gedib təhvil alır və ona gətirib verirlər. Təqsirləndirilən şəxs Sotan oğlunu 2023-cü ilin sonlarında etibarən sürücü köməkçisi vəzifəsinə işə götürmüşdür. Cavidin əsas işi onun tərəfindən göndərilmiş malların avtomobildən mağazaya daşınmasını həyata keçirməkdən ibarət olmuşdur. Bəzən Cavid onun tapşırığı əsasında müştərilərdən satılmış malların pulunu alaraq ona gətirmişdir. Cavidlə arasında rəsmi olaraq hər hansı əmək müqaviləsi bağlanmamışdır. Cavid əmək müqaviləsi olmadan həmin işləri həyata keçirmişdir. Cavidlə münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə İsmayıllı şəhərində yerləşən “Bolluq Store” mağazasına 5585 manat dəyərində 0,5 litr, 0,7 litr və 1 litr ölçülərdə “Organic Line” adlı spirtli içkilər satmışdır. “Bolluq Store” nin müdiri İlqarla aralarındakı razılaşmaya əsasən pulu xx.xx.2024-cü il tarixdə almalı olmuş, lakin pula ehtiyac olduğundan, xx.xx.2024-cü il tarixdə “Bolluq Store” mağazasının müdiri İlqarla əlaqə saxlayaraq satdığı spirtli içkilərin pulunu tez verməsini xahiş etmiş, İlqar da etiraz etməyərək xx.xx.2024-cü il tarixdə verə biləcəyini bildirmişdir. O da işçilərinin İsmayıllı rayonuna gələcəyini, işçisinin gəlib 5585 manatı götürəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə “Bolluq Store” mağazasına “Sirab” adlı mineral su satışı həyata keçirmişdir. Həmin mineral suları isə mağazaya işçisi Təqsirləndirilən şəxs aparmışdır. O Cavidə İlqarın pul verəcəyini, həmin pulu alıb ona gətirməsini tapşırmış, Cavid də pulu götürüb ona gətirəcəyini demişdir. Cavid həmin gün günün birinci yarısında İlqarla görüşmüş, lakin pul hazır olmadığından İlqar Cavidə günün ikinci yarısı gəlib pulu aparmasını bildirmişdir. Həmin gün saat 15 radələrində Cavid təkrar İlqarın yanına getmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:24-də İlqar mağazaya satdıqları “Organic Line” markalı spirtli içkilərin 5585 manat məbləğində pulunu Cavidə təhvil vermişdir. Bundan sonra, Cavid məhsulları daşıyan yük avtomobili ilə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Rahat Market”ə getməli olmuşdur. Bir müddət sonra yük avtomobilinin sürücüsü ona zəng edərək Cavidin ona marketdə ayaqyoluna gedib qayıdacağını bildirdiyini, lakin geriyə qayıtmadığını, marketin video kameralarına baxdıqda isə ayaqyoludan çıxdıqdan sonra ön qapıdan çıxaraq marketdən uzaqlaşdığını bildirmişdir. O bundan sonra Cavidə zəng etsə də, onun mobil telefonuna zəng çatmamışdır. Buna görə də Cavidin yaşadığı Göyçay rayonunun Qarabaqqal kəndində yaşadığı evə getmişdir. Orada Cavidin qardaşı Əhməd Rəsulovla görüşüb məsələni ona bildirmiş, bu zaman Əhməd bir qədər tərəddüd etdikdən sonra məsələdən xəbərdar olduğunu, Cavidin borcu olduğunu və bu əməli də buna görə etdiyini bildirmişdir. O, Əhmədə Cavidin pulunu qaytarmasını, əks halda polisə müraciət edəcəyini bildirmişdir. Lakin xəbər çıxmadığı üçün hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə istintaqının gedişatında bir neçə dəfə təqsirləndirilən şəxsə pulun ödənilməsi ilə bağlı vaxt verilməsinə baxmayaraq bu vaxt ərzində onun pulu ödənilməmiş, onunla barışıq əldə edilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanuni cəzasının verilməsini xahiş edir. Bundan əlavə o, məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxsə qarşı mülki iddia tələbli ilə məhkəməyə müraciət etmişdir. Ona görə də mülki iddiasının təmin edilərək Təqsirləndirilən şəxs 5585 (beş min beş yüz səksən beş) manat maddi ziyan məbləği və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 75 (yetmiş beş) manat 85 (səksən beş) qəpik, cəmi 5660 (beş min altı yüz altmış) manat 85 (səksən beş) qəpik məbləğinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs indiyədək onun tərəfindən Cavidə 650 manat əmək haqqı əvəzinə 300 manat verdiyinə görə Cavidə verilməli olan pulların əvəzində 5585 manatı götürdüyünü bildirməsi ilə bağlı ifadəsinə münasibət bildirərək qeyd edir ki, bu tamamilə yalandır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə qanuni don geyindirmək cəhdidir. Ona ödənilən əmək haqqı cədvəllərini məhkəməyə təqdim etmişdir. Şahid X7 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, Nəriman ünvan 2 ünvanında yerləşən “Bolluq Store” adlı marketi vardır. Həmin marketdə qida və qeyri-qida məhsullarının alqı-satqısı həyata keçirilir. Mağaza sahibi olaraq bir sıra şirkətlərlə müqavilə bağlayaraq həmin şirkətlərin mallarını alaraq mağazada satışını həyata keçirir. Göyçay rayon sakini Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Zərərçəkmiş şəxs özünə məxsus firması vardır. Turalla arasında şifahi müqaviləyə əsasən malların alqı-satqısını həyata keçirir. Həmin firmadan “Sirab” markalı mineral sular və “Organic Line” markalı spirtli içkilər alır. Məhsulları qaimələr əsasında alır, sonradan isə məhsulların pulunu ödəyir. Həmin pulları isə firmaya məxsus “Kapital Bank”a aid bank hesabına köçürür. xx.xx.2024-cü il tarixdə həmin firmadan 5585 manat dəyərində müxtəlif ölçüdə “Organic Line” adlı spirtli içkilər almış, aralarındakı razılaşmaya əsasən pulu xx.xx.2024-cü il tarixdə ödəməli olmuşdur. Lakin bir neçə gün sonra Zərərçəkmiş şəxs onunla mobil telefon əlaqəsi saxlayaraq pula ehtiyac olduğunu bildirib spirtli içkilərin pulunu tez verməsini xahiş etmiş, o da buna etiraz etməyərək xx.xx.2024-cü il tarixdə pulu verə biləcəyini bildirmişdir. Teymur isə ona işçilərdən birinin gəlib pulu götürəcəyini söyləmiş, lakin konkret olaraq hansı işçinin gəlib pulu götürəcəyini deməmişdir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Turalın işçisi olan, əvvəllər üzünü gördüyü, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs günün birinci yarısında yanına gələrək Turalın ona satdığı spirtli içkilərin pulunu götürməyə gəldiyini bildirmiş, o isə kassada hazırda o qədər pul olmadığını, nahardan sonra gəlməsini tapşırmışdır. Həmin gün saat 15 radələrində Cavid təkrarən onun yanına gəlmiş və pulu istəmişdir. O da Cavidin Zərərçəkmiş şəxs işçisi olduğunu, həmçinin Turalın da pulu işçisinin gəlib götürəcəyini bildirdiyi üçün işçisi İsmayılın yanında Turala ödəməli olduğu 5585 manat pulu Cavidə vermiş, lakin bir qədər şübhələndiyi üçün Cavidin pulu almasına dair qaiməyə qol çəkməsini istəmişdir. Cavid isə pulu almasını və məbləğini qaiməyə yazaraq imzalamışdır. Bundan sonra isə Cavid çıxıb getmiş, daha sonra Zərərçəkmiş şəxs onun yanına gəlib bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan götürdüyü pulu götürüb Turala verməmişdir və hazırda da gizlənmişdir. Ardınca da müşahidə kamerasına baxmaq istədiyini bildirmiş və o da həmin videogörüntünü Turala göstərmişdir. Müşahidə kamerasında da Cavidin ondan pul alması açıq şəkildə görünür. Təqsirləndirilən şəxs az müddətdir tanımış, lakin Sirab şirkətinin nümayəndəsi olduğunu bilmişdir. Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Normal münasibəti vardır. Hadisə xx.xx.2024-cü il tarixdə konkret olaraq saat 15:24-də sahibi olduğu İsmayıllı şəhərində yerləşən “Bolluq Store” mağazasında, ona məxsus iş otağında baş vermişdir. Şahid2 ifadə verərək bildirdir ki, 2022-ci il tarixdən etibarən İsmayıllı şəhəri Nəriman ünvan 2 ünvanında yerləşən “Bolluq” marketdə kassir işləyir. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində marketin sahibi İlqarın otağında işdən çıxıb kassanı təhvil vermişdir. Həmin vaxt bir neçə nəfər içəri girib çıxmış, lakin o fikir verməmişdir. O, Təqsirləndirilən şəxs tanımır, Cavidlə heç bir ünsiyyəti yoxdur. Lakin ona təqdim olunmuş videogörüntüdən göründüyü kimi o, sonradan ad familyasını bildiyi Göyçay rayonu Qarabaqqal kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində 5585 manat məbləğində pulu marketin sahibi İlqar Kərimovdan aldığını görmüş və sonradan Cavidin həmin pulu alaraq mənimsədiyini eşitmişdir. Həmin vaxt Cavidin qaiməyə imza etməsindən ötrü əlində olan qələmi Cavidə vermişdir. Həmin vaxt Cavidlə İlqar arasında olan danışığı eşitməmişdir. Sözügedən hadisədən sonradan xəbəri olmuşdur. Belə ki, bu barədə ona marketin müdiri İlqar Kərimov məlumat vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi halları hadisə yerində göstərərək təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış keçirilən yer İsmayıllı şəhəri Nəriman ünvan 2 ünvanında yerləşən “Bolluq market” adlanan marketdə İlqar Kərimovun otağıdır. Baxış zamanı X7 bildirdi ki, həmin market ona məxsusdur. Zərərçəkmiş şəxs ardınca bildirdi ki, şirkəti ilə həmin market arasında bir neçə ildir spirtli içkilər və sairə bu kimi mallarla bağlı alış-veriş vardır. Şirkətin işçisi olmuş Göyçay rayonu Qarabaqqal kənd sakini Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə saat 15 radələrində həmin marketə gəlib şirkətə çatası 5585 manat məbləğində pulu marketin sahibi İlqar Kərimovdan xidməti otağında məqsədli şəkildə ələ keçirmiş və az müddət sonra İsmayıllı şəhəri M.F.Axundov küçəsində yerləşən “Rahat 2” marketə girib çıxdıqdan sonra mobil telefonunu söndürmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilmədi, hər hansı əşya və ya predmet götürülmədi. xx.xx.2024-cü il tarixli təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi sənəd 1 ədəd kağız qaimənin surəti olmaqla, satış nümayəndəsi Nazim Bayramovun 5585 manat məbləğində spirtli içkiləri nisyə verməsi və həmin məbləğdə nisyəni təhvil alan şəxsin böyük “R” hərfi ilə başlayan imzası ilə imza edərək götürməsi görünür. Başqa əhəmiyyət kəsb edən hal aşkar edilmədi. xx.xx.2024-cü il tarixli təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd diskdə 2 ədəd faylı olması müşahidə edildi ki, 1-ci fayla daxil olduqda 1 ədəd qaimə şəkli görünür. Həmin qaiməyə əsasən xx.xx.2024-cü il tarixdə, saat 16:47-də satış nümayəndəsi Nazim Bayramovun 5585 manat 70 qəpik dəyərində “Organic Line” adlı spirtli içkiləri 31 bolluq adı ilə qeyd edilmiş bolluq marketə nisyə verməsi və həmin məbləğdə nisyəni təhvil alan şəxsin böyük “R” hərfi ilə başlayan imzası ilə imza edərək götürməsi görünür. 2-ci faylda ağ rəngli qısaqol köynək geyinmiş Göyçay rayonunun Qarabaqqal kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:19-da “Bolluq” adlı marketin sahibi X3 xidməti ofisində 5585 manat məbləğində pulu alması, sayması, sənədə imza etməsi, daha sonra isa oranı tərk etməsindən ibarət 1 dəqiqə 51 saniyədən ibarət videogörüntü aşkar olundu. Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi “Göyçay rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən alınmış xx.xx.2024-cü il tarixli 18-1-40/2- 847/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Göyçay RİHB-nin Qarabaqqal kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonunun Qarabaqqal kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Onun ailə üzvləri atası-X8, anası-X4 və qardaşı X5 ibarətdir. Təqsirləndirilən şəxs nümayəndəlik ərazisində yaşadığı dövrdə barəsində nümayəndəliyə hər hansı mövzuda heç bir şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixli təqdim olunmuş əşyanın götürülməsi haqqında qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs İlqar Kərimovdan aldığı 5585 manat məbləğində pulun alınması videogörüntüsünü 1 ədəd CD diskdə təqdim etmişdir. xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, iş üzrə götürülmüş 1 ədəd qaimə və 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs Zərərçəkmiş şəxs barəsində əmək müqaviləsi olmadan Təqsirləndirilən şəxs işə götürməsi xüsusatı üzrə Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə göndərilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə məhkəmə istintaqında verdiyi ifadəsi Zərərçəkmiş şəxs, məhkəmə iclasında dindirilmiş şahidlərin verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkətləri protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi Zərərçəkmiş şəxs, məhkəmə iclasında dindirilmiş şahidlərin verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkətləri protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi, pulu mənimsəmədiyini, ona faktiki olaraq ödənməyən əmək haqqının əvəzi olaraq həmin pulu götürdüyünü bildirməsi ilə bağlı göstərdiyi hallar məsuliyyətdən yayınmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verildiyi özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Göyçay rayonunda hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs yanında 2023-cü ilin sonlarından, dəqiq tarixi istintaqa məlum olmayan vaxtdan xx.xx.2024-cü il tarixə dək olan müddət ərzində rəsmi əmək müqaviləsi olmadan sürücü köməkçisi vəzifəsində işlədiyi dövrdə Zərərçəkmiş şəxs tapşırığına əsasən müştərilərə şirkətə məxsus malları təhvil verməli, satışdan əldə edilmiş pulu alaraq sonuncuya çatdırmalı və işlə bağlı digər tapşırıqları icra etməli olduğu halda, o, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə İsmayıllı şəhəri, Nəriman ünvan 1 ünvanda yerləşən “Bolluq Store” adlı marketin sahibi X1 cəmi 5585 manat dəyərində olan “Organic Line” adlı 0,5 litr, 0,7 litr və 1 litr tutumlu spirtli içkilərin pulunu İlqar Kərimovdan alıb Zərərçəkmiş şəxs çatdırmaq barədə sonuncunun şifahi tapşırığına əsasən xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində İsmayıllı şəhəri, Nəriman ünvan 1 ünvanda yerləşən “Bolluq Store” adlı marketə getmiş və öz qulluq mövqeyindən istifadə edib İlqar Kərimovun marketdə olan otağında qaiməyə imza etməklə aldığı, ona etibar edilmiş Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən cəmi 5585 (beş min beş yüz səksən beş) manat məbləğində pulu ələ keçirərək öz şəxsi ehtiyyaclarına sərf etməklə qəsdən talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, təqsirkara etibar edilmiş özgə əmlakını talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə nəzərdə tutulmuş yüngülləşdirici hallar və həmin Məcəllənin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan cəzanın təyini onun islah olunması üçün, dolayısı ilə də cəzanın məqsədinə nail olmaq üçün kifayət etmir. Məhkəmə cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdırılan halın olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza təyin edərkən öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini məhz məhdud məsuliyyətli cəmiyyətdə satış nümayəndəsi vəzifəsində işləyərkən, kifayət qədər az müddət ərzində vəzifəsindən sui–istifadə edərək, xidməti vəzifələrini icra edərkən qanunun məsuliyyət müəyyən edən normalarının tələblərini kobud şəkildə pozmaqla qəsdən törətmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin dövlət və yerli özünüidarə orqanlarında, kommersiya qurumlarında vəzifədə saxlanılması və ya onun yenidən bu tipli vəzifəni tutması hüququndan məhrum edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyalarında əlavə cəza kimi müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmasa da məhkəmə onun cinayət əməllərini işlədiyi dövrdə törətdiyini nəzərə alaraq müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını məqsədəuyğun hesab etmir və qərara gəlir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilməklə müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə əlavə cəzası da təyin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. “Şübhəli şəxs qismində tutma haqqında” 19 iyun 2024-cü il tarixli qərar və “ Şübhəli şəxsin tutulması haqqında” eyni tarixli protokoldan və görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 21 iyun 2024-cü il saat 18:00- İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il saat 19:00-dan 21 iyun 2024-cü il saat 18:00-ədək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar – xx.xx.2024-cü il tarixli təqdim olunmuş 01 vərəq qaimə və xx.xx.2024-cü il tarixli təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə iclasında həm də müəyyən edildi ki, məhkəmə istintaqın gedişində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbli ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü madələri ilə nəzərdə tutulmuş öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamaqla mənimsəmə) nəticəsində ona dəymiş 5585 (beş min beş yüz səksən beş) manat maddi ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 75 (yetmiş beş) manat 85 (səksən beş) qəpik, cəmi 5660 (beş min altı yüz altmış) manat 85 (səksən beş) qəpik məbləğinin təqsirləndirilən şəxsdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə zərərçəkmiş şəxs “Zərərçəkmiş şəxs təqdim etdiyi mülki iddia tələbi barədə iddia ərizəsi qəbul edilmiş, Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə, cinayət işi üzrə mülki iddianı iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə sadalanan mülki hüquq normalarının tələbləri baxımından bir daha qeyd edir ki, məhkəmə istintaqında sübuta yerilimiş cinayət əməlinin törədilməsində X9 təqsirli bilindiyindən, zərərçəkmiş şəxsə vurduğu maddi zərərin əvəzi onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, 5585 (beş min beş yüz səksən beş) manat maddi ziyan məbləği və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 75 (yetmiş beş) manat 85 (səksən beş) qəpik, cəmi 5660 (beş min altı yüz altmış) manat 85 (səksən beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6(altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il saat 19:00-dan 21 iyun 2024-cü il saat 18:00-ədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 6(altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2(iki) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan–06 mart 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. İş üzrə maddi sübutlar - xx.xx.2024-cü il tarixli təqdim olunmuş 01 vərəq qaimə və xx.xx.2024-cü il tarixli təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs ( mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddia tələbi təmin edilsin. 5585 (beş min beş yüz səksən beş) manat maddi ziyan məbləği və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 75 (yetmiş beş) manat 85 (səksən beş) qəpik, cəmi 5660 (beş min altı yüz altmış) manat 85 (səksən beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-7/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-7/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver