Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-70/2021 30.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə 30 noyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1995-ci ildə İsmayıllı rayonu Aşağı Zərnava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 2 il 3 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanmış, İsmayıllı Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 25 oktyabr 2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, İsmayıllı rayonu Zərnava kəndində qeydiyyatda olmaqla və İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayında dəqiq tarixi müəyyən edilməmiş vaxtda, naməlum mənbədən tərkibində narkotik maddələr olan çətənə bitkisinin şitillərini aşkar edib həmin bitkinin şitillərini yaşadığı İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində yerləşən evinə gətirərək evin həyətyanı sahəsində şumladığı torpaqda qanunsuz olaraq əkib su və gübrə verməklə, habelə sair üsullarla aqrotexniki qaydada qulluq göstərərək müəyyən boyadək yetişdirib ümumilikdə xeyli miqdar təşkil edən 9 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmiş, 04 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etdiyi 60 santimetrdən 130 santimetrədək hündürlüklərdə, ümumi təmiz çəkisi 5 kiloqram 580 qram təşkil edən xeyli miqdarda, yəni 9 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2021-ci ilin iyun ayında yaşadığı kəndin yaxınlığındakı meşədə gəzərkən 5-10 santimetr hündürlüklərdə olan 9 ədəd narkotik tərkibli çətənə şitillərinə rast gəlmişdir. Əvvəllər marixuanadan istifadə etdiyi üçün şitillərin həmin bitkiyə məxsus olduğunu bilmiş və onları bitdiyi yerdən çıxararaq yaşadığı evə gətirmişdir. Valideynləri Bakı şəhərində yaşadıqlarından həmin şitilləri həyətyanı sahədə əkməyə qərar vermiş və yer hazırlayaraq meşədən gətirdiyi şitilləri həmin yerdə əkmişdir. Mütəmadi olaraq şitilləri sulayaraq diblərini yumşatmış, kübrə, peyin verərək şitillərə qulluq göstərmişdir. 4 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində həyətdə olarkən darvazanın döyüldüyünü eşitmiş və küçəyə çıxmışdır. Bu zaman bir neçə şəxsin darvazasının qarşısında dayandıqlarını görmüşdür. Onlar xidməti vəsiqələrini göstərib İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bir nəfər şəxsin isə aqronom- mütəxəssis olduğunu bildirmişlər. Onun razılığı alındıqdan sonra polis əməkdaşları videoçəkiliş etməklə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirməyə başlamışlar. Videoçəkiliş zamanı polis əməkdaşlarından biri ona həyətdə narkotik tərkibli bitkiləri əkib-əkmədiyi barədə sual vermişdir. O, belə bitkiləri əkdiyni etiraf edərək polis əməkdaşlarına çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Polis əməkdaşları aqronomun iştirakı ilə onun əkdiyi çətənə bitkilərinə baxış keçirtmiş və həmin bitkiləri köklərindən qopardıb yerə sərmişlər. Çətənə bitkiləri sintetik kisədə qablaşdırmış, kisənin üzərinə yapışdırılmış kağızda müvafiq qeydiyyat aparıldıqdan sonra həmin kağız baxışda iştirak edən şəxslər, o cümlədən onun tərəfindən imzalanmış, möhürlənərək götürülmüşdür. Polis əməkdaşları onu İsmayıllı rayon Polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı rayon Polis şöbəsinə getmişlər. Şöbənin Növbətçi hissəsinin qarşısında müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol oxunduqdan sonra onlar həmin protokola imza etmişlər. Yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə əkdiyini ailə üzvləri bilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X8 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 4 sentyabr 2021-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə şöbəyə məlumat daxil olmuşdur. Məlumat əsasında dərhal Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və qərarın icrası ilə əlaqədar həmin gün saat 12 radələrində o, şöbənin digər əməkdaşları və aqronom-mütəxəssis ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında getmişlər. Darvazanı döydükdən az sonra Şahin qapını açmışdır. Onlar xidməti vəsiqələrini Şahinə göstərib polis əməkdaşları olduqlarını demiş və aqronom mütəxəssisi təqdim etmişlər. Şahinin razılığından sonra videoçəkiliş vasitəsi Şahinin yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilməyə başlamışlar. Videoçəkiliş zamanı təhqiqatçı tərəfindən Şahinə yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri kultivasiya edib-etməməyi barədə sual verilmişdir. Şahin həyətində 9 ədəd çətənə bitkisini əkdiyini bildirərək onlara həmin bitkiləri əkdiyi yeri göstərmişdir. Baxışın keçirilməsində iştirak edən aqronom mütəxəssis torpaqda əkilmiş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə baxıb həmin bitkilərin boylarının 60-130 sm hündürlüyündə olmasını və həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirib bu barədə rəy yazmışdır. Şahin həmin bitkiləri özü yetişdirdiyini və onlara qulluq göstərdiyini bildirmişdir. Çətənə bitkiləri kökündən qopardılıb yerə sərilmiş və ümumilikdə 9 ədəd olması müəyyən olunmuşdur. Şahinin yaşadığı evin həyətyanı sahəsinə baxış davam etdirilsədə, orada çətənə kolları aşkar edilməmişdir. Həyətdən aşkar edilmiş çətənə bitkiləri qablaşdırdılmış, üzəri imzalanmış və möhürlənərək götürülmüşdür. Sonra onlar Şahinə birlikdə İsmayıllı rayon Polis şöbəsinə getməyi təklif etmişlər. Şahin etiraz etməmiş və birlikdə şöbəyə gəlmişlər. Növbəti hissəsinin qarşısında onlar Şahinə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və Şahin etirazının olmadığını bildirmişdir. Şahinə müdafiəçi təqdim olunmuş və həmin gün saat 14 radələrində şöbənin növbətçi hissəsinin qarşısında Şahinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahinin üzərindən narkotik vasitəyə bənzər kütlə aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib edilmiş və protokolun doğruluğu imzaları ilə təsdiq etmişlər. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları X11 və X6 da şahid Müşviq Soltanov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında 04 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) evinin həyətyanı sahəsinə baxış keçirilərkən çəkilmiş videodiskə baxış keçirilmişdir. Diskə baxılarkən müəyyən olunur ki, polis əməkdaşı Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısının yanında Şahinə qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkiləri kultivasiya edibetməməyi barədə sual verir. Şahin həyətyanı sahəsində çətənə bitkisi kolllarını əkdiyini bildirərək onlara həmin bitkilərini əkdiyi yeri göstərir. Baxışın keçirilməsində iştirak edən aqronom mütəxəssis torpaqda əkilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə baxaraq həmin bitkilərin 60-130 sm hündürlüyündə olmasını, bitkilərə su verildiyi, diblərinin alaq otlarından təmizləndiyi və aqrotexniki qaydada qulluq edildiyi barədə rəy yazır. Təqsirləndirilən şəxs həmin bitkiləri özü əkdiyini və onlaraq qulluq göstərdiyini etiraf edir. Baxış keçirildikdən sonra çətənə bitkiləri kökündən qopardılıb yerə sərilir və kağız bağlamada qablaşdırılır. Bağlamanın üzəri imzalanır və möhürlənir. Məhkəmə-bioloji ekspertizasının 5 sentyabr 2021-ci il tarixli 17/662 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış vərəqədə “...vətəndaş Təqsirləndirilən şəxs... fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş....” sözləri yazılmış sintetik kisənin içərisindəki 09 (doqquz) ədəd, hündürlükləri 60 sm-dən 130 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 5 kiloqram 580 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X1 tərəfindən verilmiş 04 sentyabr 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 2 oktyabr 2021-ci il tarixli 1183 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İsmayıllı rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş 13 oktyabr 2021-ci il tarixli 222 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 9 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi ümumi təmiz çəkisi 5 kiloqram 579,55 qram təşkil edən 09 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 04 sentyabr 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci il tarixdə saat 14:08-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 4(037)-38/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, “ev dustaqlığı” qətimkan tədbirinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan, yəni 04 sentyabr 2021-ci il tarixdə saat 14:08-dən hesablanmaqla ev dustaqlığında saxlanma müddəti 04 dekabr 2021-ci il tarixə saat 14:08-dək müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 4(037)-44/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində İsmayıllı Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 4(037)-38/2021 nömrəli qərarı ilə seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 04 dekabr 2021-ci il tarixədək müəyyən edilmişdir. 05 oktyabr 2021-ci il tаriхli tələbnamədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmünün, Şəki Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarının və Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarın surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı ilə onun cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarına əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyun 2020-ci il tarixdən 12 fevral 2021-ci il il tarixədək həbsdə qaldığı müddət hökmlə ona təyin edilən üç il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 3 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, barəsində həbs qətimkan tədbiri seçilməklə cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli 17/21-4046 nömrəli məktubdan görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 03 oktyabr 2021-ci il tarixdən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 04 oktyabr 2021-ci il tarixli 192 və 193 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Zərnava kəndində qeydiyyatda olmaqla və İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) yaşayır, ailə tərkibi özündən, atası X10, anası X2 və qardaşı X4 ibarətdir. Yaşadığı yer üzrə nümayəndəliyə barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət əməlini törətməyə görə məhkum olunmasını onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə cəza təyin edərkən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq üzərində saxlanımış 02 (iki) il 03 (üç) ay 21(iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 04 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra ümumi təmiz çəkisi 5 kiloqram 579,55 qram təşkil edən 09 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq üzərində saxlanımış 02 (iki) il 03 (üç) ay 21(iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq üzərində saxlanımış 02 (iki) il 03 (üç) ay 21(iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinə hesablanmaqla cəzanın çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra ümumi təmiz çəkisi 5 kiloqram 579,55 qram təşkil edən 09 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-70/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-70/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver