Məhkəmə qərarları › İş №1(037)-70/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-70/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-70/2023 16.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 16 noyabr 2023-cü il tarixdə saat 14:45-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 12 avqust 1980-cı ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum edilməmiş, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə saat 17-18 radələrində yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evinin həyətinin giriş hissəsində şəxsi münasibətlər zəmnində qardaşı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən başla və daha sonra isə öz hərəkətlərini davam etdirib bir neçə dəfə qəsdən yumruq zərbələri endirməklə sonuncuya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət edilən başın hematoması, üst çənədə sağdan ön kəsici dişin travmatik laxlaması ilə müşayiət edilən dodaqların selikli qişalarının, eləcə də boyun qançırları, sağ əlin və sol saidin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. "xxxx" MMC-də satış meneceri vəzifəsində çalışır. İş üzrə Zərərçəkmiş şəxs onun qardaşıdır. O, uzun müddət hər ay məvacibindən hissə-hissə 25000 manat pul yığmış, pul evində olmuş, həmin pul 30 iyul 2022-ci il tarixdə naməlum şəraitdə oğurlanmışdır. O, bu barədə İsmayıllı rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, hal-hazırda həmin hadisə İsmayıllı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırılır, hələlik oğurluq edən şəxs və ya şəxslər müəyyən olunmamışdır. 06 iyul 2023cü il tarixdə saat 18 radələrində evində olduğu vaxt qonşuluqda yaşayan atası Aydın Babayevin onu qapılarından çağırdığını eşitmiş, o, həyətə düşmüş və qapını açmışdır. Bu zaman atası Aydın ona “gəl bizə gedək səninlə işim var” demişdir. O da atasına “sizə getmirəm, sözün varsa içəri keç və sözünü de” demişdir. Atası Aydın ondan nə üçün polisə onlar barəsində oğurluğa görə şikayət etdiyini soruşmuş, o da atasına onlar barəsində yox, pulunun oğurlanması barədə polisə şikayət etdiyini demişdir. Həmin vaxt qapı döyülmüş, atası Aydın qapını açmaq istədikdə atasına iradını bildirmiş və “mənim qapımı sən niyə açırsan?” demişdir. Daha sonra atası Aydının əlindən tutaraq yavaş şəkildə küçəyə çıxartmış, həmin vaxt küçədə olan qardaşı Pərviz və qonşusu Elçin Daşdıyev ona qarşı kobud ifadələr işlətmişdir. Bu zaman Pərviz və atası qapının yarı çöldə yarı içəri vəziyyətində dayanmış, o, qapını bağlamaq üçün atası Aydını, əli ilə isə qardaşı Pərvizi itələmişdir. Həmin vaxtı atası, qardaşı və qonşusu Elçin qəflətən içəri girmiş və onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar qarşılıqlı olaraq bir birilərini vurmuş, qardaşı Pərviz onu tutmuş, atası Aydın isə onu vurmuşdur. Səs-küyǝ ögey anası Nəzakət və yoldaşı Ruhəngiz də ora gəlmişlər. Dava zamanı arvadına təpik zərbəsi dəydiyindən əsəbləşib başı ilə, sonra da yumruqla qardaşı Pərvizi vurmuşdur. Daha sonra onlar aralaşıb çıxıb getmişlər. O, bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş, sonra o, baş vermiş hadisə barədə ərizə ilə İsmayıllı rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. X10 Servis mərkəzində çilingər vəzifəsində çalışır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Aralarında hər hansı bir düşmənçilik olmasa da onunla uzun müddətdir ki danışmırlar. 30 iyul 2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs məxsus İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evindən özünün dediyinə görə oğurluq hadisəsi baş vermiş və Ayaza məxsus 25000 məbləğində pul oğurlanmışdır. Ayaz bu barədə İsmayıllı rayon polis şöbəsinə müraciət etmişdir. Bununla bağlı onlar İsmayıllı RPŞ-nə izahat vermək üçün getmiş, bu hadisədən sonra qardaşı Ayaz atası Aydın və ona qarşı pis münasibət göstərmiş, doğma kimi onlara hörmət qoymamışdır. Dəfələrlə o və atası qardaşı Ayaz ilə bu barədə danışıb onunla söhbət etmək istəsə də Ayaz onlara əhəmiyyət verməmişdir. Ayaz baş vermiş bu hadisədə qonşuluqda yaşayan Elçin Daşdiyevdən də şübhə etməyə başlamışdır. 06 iyul 2023-cü il tarixdə saat 17 radələrində o, qonşusu Elçinə zəng edərək onu həyətinə dəvət etmiş və həmin vaxt atası Aydın da onlarla oturmuşdur. Atası Ayazgilə gedərək sonuncunu söhbət etmək üçün çağırmaq istəmişdir. Atası Ayazın mobil nömrəsinə zəng etmiş, lakin Ayaz zənglərə cavab vermədiyindən atası özü onun qapısına getmiş, bundan az sonra o da Elçin ilə birlikdə Ayazgilə getmişlər. Ayaza məxsus evin darvazasının qarşısına çatdıqda həyətdən səs gəldiyini eşitmiş, qapını açmaq istəyərkən qapının bağlı olduğunu görmüşdür. O, Ayazın atası Aydını içəridə döydüyünü fikirləşərək qapını döyməyə başlamış, bir qədər sonra kimsə darvazanı açmış, bu zaman Ayazın atasını itələyib vurduğunu görmüşdür. O, tez Ayaza yaxınlaşıb nə üçün atasını vurduğunu soruşduqda Ayaz onu yumruqla vurmağa başlamış, Ayaz qəflətən onu tutaraq həyətə yəni davazanın arxasında darvazaya sıxmış və sifət nahiyyəsinə başı ilə vurmuşdur. Ayaz, onu ilkin olaraq kəllə ilə vurmuş və daha sonra isə yumruqla başına və yan gicgah nahiyyəsinə zərbələr vurmuş, daha sonra Ayaz, yenə atasının üstünə hücum edərək, ona təpik və yumruq zərbələri atmış, o, onların arasına girmiş və ayırmağa çalışmışdır. Daha sonra isə analığı Nəzakət, qonşusu Elçin və Ayazın arvadı Ruhəngiz də ora gəlmiş və onları ayırmağa çalışmışlar. O, Ayazın əlindən çıxmış və avtomobilinə əyləşib birbaşa polis şöbəsinə gələrək döyülməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqının gedişində qardaşı Ayazla barışmış,sonuncu ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Ayaz firmada satış meneceri işləyir, o, ailəsinin gələcəyi üçün hissə-hissə 25000 manat pul yığmış, həmin pul 30 iyul 2022-ci il tarixdə naməlum şəraitdə oğurlanmışdır. Ayaz bu barədə İsmayıllı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 06 iyul 2023-cü il tarixdə saat 18 radələrində onlar ə evlərində olduqları zaman qaynatası X13 çağırdığını eşitmiş, Ayaz da həyətə düşmüşdür. Qaynatası Ayaza “gəl bizə gedək səninlə işim var” demiş, Ayaz da atası Aydına “sözü varsa içəri keç, de” demişdir. Qaynatası Ayaza niyə polisə onlar barəsində oğurluğa görə şikayət etdiyini demiş, Ayaz atasına onlar barəsində yox, pulunun oğurlanması barədə polisə şikayət etdiyini bildirmişdir. Bu zaman onlar arasıda mübahisə yaranmış, mübahisə zamanı küçədə olan qaynı Zərərçəkmiş şəxs və qonşuları Elçin Daşdıyev də onların həyətinə gəlmişlər. Ayaz onların çıxıb getmələrini bildirmiş və atasını yavaş şəkildə qapıdan çıxartmışdır. Bu zaman onlar içəri girmiş və həyətdə dava düşmüşdür. Dava zamanı qaynı Pərviz Ayazı tutmuş, qaynatası isə Ayazı vurmuşdur. Səsküyə ögey qaynanası Nəzakət də ora gəlmiş, o, ǝri Ayazı onların əlindən aralayıb almaq istəyəndə sağ ayağından təpik dəymişdir. Ayaz əsəbləşib yumruqla atası Aydını və qaynı Pərvizi vurmuşdur. Daha sonra onlar aralaşıb çıxıb getmiş, əri Təqsirləndirilən şəxs bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş və sonra baş vermiş hadisə barədə ərizə ilə İsmayıllı rayon polis şöbəsinə müraciət etmişdir. X3 ifadə verərək göstərdi ki, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. 30 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs evindən oğurluq hadisəsi baş vermiş, Ayaz bununla bağlı İsmayıllı RPŞ-nə müraciət etmiş, həmin oğurluq hadisəsinin baş verməsində onun da şübhəli kimi görməsini qeyd etmişdir. Buna görə aralarında münasibətlər korlanmışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ayazın qardaşı Pərviz ona zəng edərək söhbət etmək məqsədi ilə onu həyətlərinə dəvət etmişdir. O, Pərvizgilə getmiş, orada Pərviz və atası Aydın Babayev ilə bir qədər oturmuş, orada söhbətləşərək hər üçünün Ayazgilə gedərək baş vermiş oğurlq hadisəsi barədə danışmaqlarını planlaşdırmlşlar. Bu məqsədlə Ayazın atası Aydın onun mobil telefonuna zəng edərək onların gəlməyi barədə deyəcəkmiş, lakin Ayaz atası Aydının zənginə cavab vermədiyi üçün Aydın Babayev özü həyətdən çıxaraq Ayazın yaxınlıqda yerləşən ünvanına doğru ayaqla getmiş, bundan çox qısa müddət sonra o və Pərviz belə bir qərara gəlmiş ki, onlar da Ayazın yanına gedərək ya içəridə ya çöldə bu barədə bir qədər danışsınlar. Bu məqsədlə o, Pərviz ilə birlikdə onlara məxsus həyətdən çıxıb Ayazın ünvanına doğru getmiş, onlara məxsus həyətin darvazasına çatan zaman Ayaz və atası Aydının bir biri ilə darvazanın giriş qapısında yəni Aydın küçədə Ayaz həyətdə olmaqla münaqişə etmələrini görmüş, məlum vaxt Aydın oğlu Ayaza sakit olmasını təklif etməsinə baxamayaraq Ayazın atası Aydına yumruq atmasını və qarın boşluğuna təpiklə vurmasını görmüş, bu zaman o, Pərviz ilə cəld şəkildə Ayaza yaxınlaşmış və ona "adam atasını vurar" deyərək onları ayırmağa çalışmış, bu vaxt Ayaz atasından əl çəkib qardaşı Pərvizi kəllə ilə sifət nahiyəsindən vurmuş və sonra yumuruqlamağa başlamış, məlum vaxt Ayazın arvadı Ruhangiz də orada olmuş, ilk əvvəl Ruhəngiz heç kimi vurmasa da əri Ayazın Pərvizi döyməsini gördükdən sonra o da Pərvizin şillə ilə kürəyinə vurmağa başlamış, o, münaqişənin qarşısını almağa çalışmış, baş vermiş hadisə davam edən zaman yaranmış səs-küyə Ayaz və Pərvizin analığı Nəzakət gəlmiş, sonuncu, baş vermiş münaqişənin yalnız qarşısını almağa çalışmış, həmin vaxt nə o kimisə vurmuş nə də onun kiminsə tərəfindən vurulmasını görməmişdir. Çətinliklə də olsa münaqişəyə son qoymuşlar. bundan sonra Təqsirləndirilən şəxs öz ünvanına girərək qapını bağlamış və onlar qayıdıb öz ünvanına getmişlər. X2 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasına şahid qismində çağırılmış X9 Təqsirləndirilən şəxs atası olduğundan ona şahid qismində dindirilməmişdən əvvəl Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində nəzərdə tutulmuş qaydada özünün və yaxın qohumlarının əleyhinə ifadə verməkdən imtina etmək hüququnun olduğu izah edilmiş, şahid Aydın Babayev iş üzrə ifadə verməkdən imtina etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, hadisə yerində baxış keçirilməsi haqqında 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə İsmayıllı rayonunun İsmayıllı kəndində Təqsirləndirilən şəxs məxsus evin həyətində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının 10 iyul 2023-cü il tarixli 354 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərqapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət edilən başın hematoması, üst çənədə sağdan ön kəsici dişin travmatik laxlaması ilə müşayiət edilən dodaqların selikli qişalarının, eləcə də boyun qançırları, sağ əlin və sol saidin sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 17 iyul 2023-cü il tarixli 352 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- üst dodağın selikli qişasının səthi yarası və qançırı, sağ dirsək oynağının, sağ saidin sıyrıqları, sağ gözaltı nahiyyənin, boynun, sol bazu oynağının qançırları küt əşya (alət) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir. Sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. 29 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İsmayıllı rayon X7 X8 şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-47/2- 817/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX PHŞ-nin Poliklinika şöbəsinin "Narkoloji", "Ruhi-Əsəb" və "Nevroloji" kabinetlərində dispanser qeydiyyatda yoxdur. 19 sentyabr 2023-cü il tarixli 2285 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Müstəntiqinin 04 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Eləcə də, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.25.2–ci maddəsində edilmiş əlavə və dəyişikliyə görə CM-nə 73.2-ci maddə əlavə edilmiş və həmin maddənin məzmununa görə Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin, həmin Qanunun 1.24-cü maddəsinə əsasən CM-nin 72-ci maddəsinə yeni “Qeyd” hissəsi əlavə edilmiş və həmin Qeydə əsasən şəxsin bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi göstərilmişdir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə nəzərə alır ki, tərəflər cinayəti törətdikdən sonra bir-birləri ilə barışmağa nail olmuş, habelə zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Cinayət işinə xitam verilməsi gələcəkdə başqa neqativ halların da aradan qalxmasına səbəb ola bilər. Eləcə də, məhkəmə hazırki nəticəyə gələrkən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətindən azad edilir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci mülki iddia tələbiyoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar