Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-71/2021 28.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 oğlunun, Zərərçəkmiş şəxs1 iştirakı ilə 28 dekabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1996-cı ildə İsmayıllı rayonu Qalagah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, İsmayıllı rayonu Qalagah kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1985-ci ildə İsmayıllı rayonu Keyvəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, İsmayıllı Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 12 iyul 2021-ci il tarixli qərar əsasında cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı rayonunun Qalagah kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək həmkəndlisi Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin yaşadıqları evdə olmadıqlarını müəyyən edərək 24 iyul 2021-ci il tarixdə saat 14 radələrində birlikdə Zərərçəkmiş şəxs1 məxsus İsmayıllı rayonu Qalagah kəndində yerləşən evin yaxınlığına gəlmiş, ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə evin həyətinin ətrafına çəkilmiş məftil torun üzərindən keçərək qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətə daxil olmuş, qabaqcadan aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 həyətdə dayanaraq kənar şəxslərin gələcəyi təqdirdə ona məlumat vermək üçün ətrafa nəzarət etmiş, o isə evin sağ tərəfindəki plastik pəncərəni dəmir parçası ilə açaraq qanunsuz olaraq evin qonaq otağına daxil olmuş, oradakı Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 məxsus əl çantalarının içərisindən cəmi 260 manat məbləğində pulu, bir ədəd 750 əyarlı 5,23 qram çəkidə üzərində bir ədəd ağ rəngli kürə formalı daş olan 470 (dörd yüz yetmiş) manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 750 əyarlı 4,13 qram çəkidə 392 (üç yüz doxsan iki) manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, bir ədəd 583/585 əyarlı 14,66 qram çəkidə 1100 (min yüz) manat dəyərində qızıl qadın boyunbağısını, bir ədəd 13,25 qram çəkidə mis materialdan olmaqla üzərində rəngsiz, şəffaf qaşları olan 2 manat dəyərində qadın üzüyünü, bir ədəd 5,25 qram çəkidə 20 qəpik dəyərində rəngsiz şəffaf qaşı qəsdən gizli olaraq talamış, bundan sonra o, ümumi niyyətləri ilə əhatə olunan cinayətkar əməllərini davam etdirərək evin ön sol tərəfində olan plastik pəncərənin açıq olmasından istifadə edib həmin pəncərədən keçərək saxlanc yeri hesab olunan evin yataq otağına qanunsuz daxil olmaqla həmin otaqda olan taxta sandığın alt hissəsini qıraraq içərisindən Zərərçəkmiş şəxs1 məxsus 18000 (on səkkiz min) manat məbləğində xeyli miqdar təşkil edən nəğd pulu qəsdən gizli olaraq talamış, həmin hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 2224,2 manat (iki min iki yüz iyirmi dörd manat iyirmi qəpik), Zərərçəkmiş şəxs1 isə xeyli miqdar hesab olunan 18000 manat (on səkkiz min manat) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək həmkəndlisi Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin yaşadıqları evdə olmadıqlarını müəyyən edərək 24 iyul 2021-ci il tarixdə saat 14 radələrində birlikdə Zərərçəkmiş şəxs1 məxsus İsmayıllı rayonu Qalagah kəndində yerləşən evin yaxınlığına gəlmiş, ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra əlbir olduğu Təqsirləndirilən şəxs1la birlikdə evin həyətinin ətrafına çəkilmiş məftil torun üzərindən keçərək qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətə daxil olmuş, qabaqcadan aralarında olan rol bölgüsünə əsasən o həyətdə dayanaraq kənar şəxslərin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 məlumat vermək üçün ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə evin sağ tərəfindəki plastik pəncərəni dəmir parçası ilə açaraq qanunsuz olaraq evin qonaq otağına daxil olmuş, oradakı Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 məxsus əl çantalarının içərisindən cəmi 260 manat məbləğində pulu, bir ədəd 750 əyarlı 5,23 qram çəkidə üzərində bir ədəd ağ rəngli kürə formalı daş olan 470 (dörd yüz yetmiş) manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 750 əyarlı 4,13 qram çəkidə 392 (üç yüz doxsan iki) manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, bir ədəd 583/585 əyarlı 14,66 qram çəkidə 1100 (min yüz) manat dəyərində qızıl qadın boyunbağısını, bir ədəd 13,25 qram çəkidə mis materialdan olmaqla üzərində rəngsiz, şəffaf qaşları olan 2 manat dəyərində qadın üzüyünü, bir ədəd 5,25 qram çəkidə 20 qəpik dəyərində rəngsiz şəffaf qaşı qəsdən gizli olaraq talamış, bundan sonra Təqsirləndirilən şəxs1 ümumi niyyətləri ilə əhatə olunan cinayətkar əməllərini davam etdirərək evin ön sol tərəfində olan plastik pəncərənin açıq olmasından istifadə edib həmin pəncərədən keçərək saxlanc yeri hesab olunan evin yataq otağına qanunsuz daxil olmaqla həmin otaqda olan taxta sandığın alt hissəsini qıraraq içərisindən Zərərçəkmiş şəxs1 məxsus 18000 (on səkkiz min) manat məbləğində xeyli miqdar təşkil edən nəğd pulu qəsdən gizli olaraq talamış, həmin hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 2224,2 manat (iki min iki yüz iyirmi dörd manat iyirmi qəpik), Zərərçəkmiş şəxs1 isə xeyli miqdar hesab olunan 18000 manat (on səkkiz min manat) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 24 iyul 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evin qarşısında həmkəndlisi Təqsirləndirilən şəxs2la rastlaşmış, söhbət zamanı İlqarla həmkəndlisi Zərərçəkmiş şəxs1 həmin gün ailə üzvləri ilə başqa kəndə toya gedəcəklərini demiş və İlqara Dilənçinin evindən oğurluq etməyi təklif etmişdir. İlqar onunla razılaşmış və yaşadıqları evə gedib əlcək götürmüşlər. Saat 14 radələrində İlqarla birlikdə Dilənçinin evinin arxa hissəsinə yaxınlaşmışlar. Onlar məftil torun üstündən həyətə keçmişlər.O, həyətə giriş darvazasını həyət tərəfdən bağlamışdır. Həyətdəki quraqlıqdan nərdivan gətiərək pəncərəyə dayamışlar. O, qalxaraq pəncərədəki məftil toru çıxarıb İlqara vermiş və plastik pəncərənin arasına yerdən götürdüyü dəmir parçasını salaraq açmışdır. Aralarında olan rol bölgüsü əsasında İlqar kiminsə gələcəyini əvvəlcədən xəbər vermək üçün həyətdə dayanıb ətrafa nəzarət etmişdir. O, evə daxil olmuş və otaqları axtarmağa başlamışdır. Otaqların birindən qadın çantasının içərisindən iki ədəd qızıl üzük, bir ədəd metal üzük, bir ədəd üzük daşı və bir ədəd qızıl boyunbağı, həmçinin 260 manat pul tapıb götürmüşdür. Bundan sonra İlqarı da evə çağırmışdır. İlqar da otaqları gəzmiş və qiymətli əşya tapa bilməmişdir. Bundan sonra onlar həyətə düşmüş və nərdivanı yerinə qoymuşlar. Sonra isə İlqarla birlikdə həyətdəki yardımçı otağa pəncərədən daxil olmuşlar. Həmin otağı da axtarmışlar, lakin oradan pul və digər qiymətli bir əşya tapa bilməmişlər. Onlar həmin otaqdan çıxmışlar. İlqar yenə də həyətdə dayanıb ətrafa nəzarət etmiş, qapının giriş hissəsindəki evin qabaq sol tərəfindəki otağın plastik pəncərəsinin açıq olduğunu görmüşlər. O, pəncərədən içəri daxil olmuş və orada taxta sandıq olduğunu görmüşdür. İlqara sandığın qıfılını qırmaq üçün nə isə tapmağı demiş, İlqar həyətdən oval formalı dəmir parçasını və digər dağ xizək idmanında istifadə olunan əl tutacağını taparaq pəncərədən ona vermişdir. Qıfılı qıra bilmədiyi üçün sandığın alt hissəsini sındırmış və orada sənədlərin arasında qoyulmuş 100 və 50 manatlıq qarışıq pul əskinasları tapmışdır. Pulları saymadan cibinə qoyub pəncərədən yerə düşmüş, oradan da məftil torun üstündən yaxınlıqdakı dərəyə tərəf qaçmışlar. Oradan xeyli aralandıqdan sonra oğurladıqları pulları bölüşdürməyi qərara almışlar. Sandıqdan oğurladıqları pulu saydıqda 18000 manat olduğunu görmüşlər. O, xərclik pulu olaraq hər birinə 500 manat ayırmış, qalan 17000 manat pulu da hər birinə 8500 manat olmaqla bölmüş, həmçinin 260 manat xırda əskinaslı pulları da aralarında bölmüşdür. Onlar İsmayıllı rayonu İvanovka kəndinə gedərək pivə içməyi qərarlaşdırmışlar. Bundan sonra hər biri öz evinə getmiş və bir müddərdən sonra kəndin yolunda görüşətək tanımadıqları bir avtomobillə İsmayıllı rayonu İvanovka kəndinə getmişlər. Yolda olarkən İlqar oğurladıqları puldan onun payına düşən mhissəsini ona vermiş və etibarlı bir yerdə gizlətməyini xahiş etmişdir. İvanovka kəndindəki kafedə oturaraq pivə içmişlər. Orada İsmayıllı şəhərinə gedərək yeyib-içmək qərarına gəlmişlər. Əmisi oğlu Vicdana zəng edərək onları İsmayıllı şəhərinə aparmağı xahiş etmişdir. Az sonra Vicdan idarə etdiyi avtomobili ilə həmin kafeyə gəlmiş və onları İsmayıllı şəhərinə gətirmişdir. Onlar birlikdə “Günəş park” adlanan istirahət mərkəzində oturmuşlar və yeyibiçmişlər. Vicdan maşın idarə etdiyi üçün spirtli içki qəbul etməmiş, saat 17 radələrində Vicdan onları yaşadıqları kəndə gətirmişdir. Səhəri gün oğurladığı pulun bir hissəsini qohumuna məxsus yaşayış olmayan evdə gizlətmişdir. Pulun bir hissəsini isə Bakı şəhərinə gedərək oradakı restoranlarda xərcləmişdir. Sonradan onların əməllərinin üstü açılmışdır. Barələrindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərə vurduqları ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Himayəsində azyaşlı uşağı vardır. Qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 24 iyul 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı İsmayıllı rayonu Qalagah kəndində həmkəndlisi Təqsirləndirilən şəxs1la rastlaşmışdır. Söhbət zamanı Xəyal ona həmkəndlisi Dilənçinin ailə üzvləri ilə qonşu kəndə toya gedəcəklərini, evdə heç kimin olmayacağını və həmin evdən oğurluq etməyi təklif etmişdir. O Xəyalın təklifi razılaşmış və yaşadığı evlərinə gedərək hadisə yerində əl-barmaq izlərinin qalmaması üçün əlcək götürmüşlər. Saat artıq 14 radələrinə birlikdə Dilənçinin evinin yaxınlığına gəlmiş və həyətin ətrafına çəkilmiş məftil tordan həyətə daxil olmuşlar. Xəyal çöldən kiminsə daxil olmaması üçün darvazanı həyət tərəfdən bağlamışdır. Bundan sonra Xəyal həyətdəki quraqlıqdan nərdivanı gətirib pəncərəyə qoymuşdur. Xəyal pəncərəyə qalxaraq oradakı məftil toru çıxarıb ona vermiş, o, toru yerə qoymuşdur. Xəyal plastik pəncərənin arasına dəmir parçası salaraq pəncərəni açmış və içəri daxil olmuşdur. O isə həyətdə dayanaraq ətrafa nəzarət etmişdir. Bir müddətdən sonra Xəyal onu çağırmış, o nərdivanla yuxarı çıxaraq pəncərədən evə daxil olmuşdur. Bu zaman Xəyal ona otaqların birindən üç ədəd üzük, bir ədəd üzük qaşı və bir ədəd boyunbağı, həmçinin 260 manat pul oğurladığnı bildirmişdir. Onlar evin qalan otaqlarını axtarsalar da pul və qızıl-zinət əşyaları tapa bilməmişlər. Onlar evə girdikləri yerdən nərdivanla həyətə düşmüşlər və nərdivanı yerinə qoymuşlar. Sonra isə həyətdəki otağa pəncərədən daxil olmuşlar. Həmin otağı axtarsalar da oradan qiymətli heç nə tapa bilməmişlər. Oradan çıxıb qapının giriş hissəsindəki evə daxil olmağa qərar vermişlər. O, həyətdə dayanaraq ətrafa nəzarət etmiş, Xəyal isə həmin evin açıq pəncərəsindən içəri daxil olmuşdur. Az sonra Xəyal ona taxta sandığın qıfılını qırmaq üçün əşya gətirməsini demişdir. O, həyətdən bir ədəd oval formalı dəmir parçası və digər dağ xizək idmanında istifadə olunan əl tutacağını taparaq pəncərədən Xəyala vermişdir. Xəyal sandığın qıfılını qıra bilmədiyi üçün sandığın alt hissəsini sındırmış və oradan sənədlərin arasında qoyulmuş xeyli sayda olan pulları saymadan cibinə qoyaraq pəncərədən yerə düşmüşdür. Onlar kiminsə görməsindən ehtiyatlanaraq vaxt itirmədən həyətə girdikləri yerdən məftil torun üstündən keçərək yaxınlıqdakı dərəyə tərəf qaçmışlar. Oradan xeyli aralandıqdan sonra oğurladıqları pulları bölüşdürməyi qərara almışlar. Sandıqdan oğurladıqları pulu saydıqda 18000 manat olduğunu görmüşlər. Xəyal xərclik pulu olaraq hər birinə 500 manat ayırmış, qalan 17000 manat pulu da hər birinə 8500 manat olmaqla bölmüş, həmçinin 260 manat xırda əskinaslı pulları da aralarında bölmüşdür. Onlar İsmayıllı rayonu İvanovka kəndinə gedərək pivə içməyi qərarlaşdırmışlar. Bundan sonra hər biri öz evinə getmiş və bir müddətdən sonra kəndin yolunda görüşərək tanımadıqları bir avtomobillə İsmayıllı rayonu İvanovka kəndinə getmişlər. Yolda olarkən o, öz payına düşmüş pulu Xəyala vermiş və gizlətməyi xahiş etmişdir. İvanovka kəndindəki kafedə oturaraq pivə içmişlər. Orada İsmayıllı şəhərinə gedərək yeyib-içmək qərarına gəlmişlər. Xəyal əmisi oğlu Vicdana zəng edərək onları İsmayıllı şəhərinə aparmağı xahiş etmişdir. Az sonra Vicdan idarə etdiyi avtomobili ilə həmin kafeyə gəlmiş və onları İsmayıllı şəhərinə gətirmişdir. Onlar birlikdə “Günəş park” adlanan istirahət mərkəzində oturmuşlar və yeyib-içmişlər. Vicdan maşın idarə etdiyi üçün spirtli içki qəbul etməmiş, saat 17 radələrində Vicdan onları yaşadıqları kəndə gətirmişdir. Vicdan onların oğurluq etdiklərini bilməmiş, özləri də Vicdana bu barədə heç bir söz deməmişlər. 26 iyul 2021-ci il tarixdə polis əməkdaşları oğurluqla əlaqədar şübhəli şəxs qismində onu və Xəyalı polis şöbəsinə dəvət etmişlər. O, şöbədə olarkən etdikləri oğurluq əməlini etiraf etmişdir. Onlara heç kim köməklik göstərməmişdir. Barələrindəki cinayət işinin istintaqı zamanı Xəyal pulu gizlətdiyi yeri polis əməkdaşlarına demiş və onların oğurladıqları pulun bir hissəsi həmin yerdən aşkarlanaraq götürülmüşdür. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri onların etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Qalagah kəndində yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir. 24 iyul 2021-ci tarixdə saat 13 radələrində onlar bütün ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Vəng kəndində nəvəsinin toyuna getmişlər. Saat 17 radələrinə qədər toyda iştirak etmiş, sonra isə oğlu avtomobili ilə onu və arvadını yaşadığı evə gətirmişdir. Arvadı darvaza qapısını açarla aşmaq istədikdə qapı açılmamışdır. Bu zaman qohumlarının nəvəsi hasardan həyətə keçib qapını arxadan açmışdır. Bu məsələ ona şübhəli gəlmişdir. Həyətdə olan otağa getdikdə oranın dağınıq vəziyyətdə olduğunu, evin pəncərəsinin qoruyucu torunun yerdə olduğunu görmüşdür. Arvadı ilə yuxarı çıxmış və evin giriş qapısını açarla açmaq istədikdə qapının bağlı olduğunu görmüşlər. Artıq başa düşmüşdür ki, qapı arxadan kimsə tərəfindən bağlanmışdır. Oradan evin baş hissəsindəki taxta sandıq olan otağa getmişlər. Qapını açıb içəri daxil olduqda taxta sandığın çevrilmiş və sındırılmış vəziyyətdə olduğunu görmüşlər. Arvadı sənədlərin arasına baxdıqda pulun olmadığını görmüşlər. Onlar təcili bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər. Az sonra gəlini Zərərçəkmiş şəxs2 da evə gəlmiş və evin otağında qoyduğu əl çantalarına baxdıqda 260 manat pulunun, iki ədəd qızıl qadın üzüyünün, bir ədəd metal qadın üzüyünün, bir ədəd üzük daşının, bir ədəd qızıl boyunbağısının oğurlandığını müəyyən etmiş və bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları yaşadığı ünvana gəlmiş, onların iştirakı ilə evə, sandığa və çantalara baxış keçirilmişdir. Baxış zamanı gəlininin dediyi qızıl zinət əşyalarının və taxta sandığın içindən ona məxsus 18000 (on səkkiz min) manat pulun oğurlanması müəyyən edilmişdir. Aparılan araşdırılma zamanı evindən oğurluq edən şəxslərin həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları məlum olmuşdur. Cinayət işinin istintaqı zamanı oğurlanmış qızıl zinət əşyaları və pulun bir hissəsi aşkar edilərək onlara qaytarılmış, qalan hissəsi isə Təqsirləndirilən şəxs1 atası tərəfindən ona ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və təqsirləndirilən şəxslərə qarşı tələb və şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun ərinin babasıdır. O, Bakı şəhərində yaşayır. 23 iyul 2021-ci il tarixdə ərinin qohumunun İsmayıllı rayonu Vəng kəndində keçiriləcək toyunda iştirak etmək üçün qayınatası və qayınanası ilə birlikdə rayonun Qalagah kəndində Dilənçi babanın evinə gəlmişlər. O, özünə məxsus iki ədəd çantaya 260 manat pulu, iki ədəd qızıl üzüyünü, bir ədəd mis materialdan olan üzəri qaşlı üzüyü, bir ədəd qızıl boyunbağısını, bir ədəd üzük daşını yerləşdirərək evin bir otağına qoymuşdur. 24 iyul 2021-ci tarixdə saat 13 radələrində onlar hamısı toya getmişlər. Dilənçi evin giriş qapılarını və giriş darvaza qapısı açarla bağlamışdır. Saat 17 radələrinə qədər toyda iştirak etmiş, sonra isə Dilənçi və arvadı evlərinə qayıtmışlar. Az bir müddət sonra Dilənçi zəng edərək evdən oğurluq edildiyini bildirmişdir. Onlar da Dilənçinin evinə qayıtmışlar. Dilənçi evindəki sandıqdan 18000 manat pulun oğurlandığını bildirmişdir. O, evin qonaq otağına qoyduğu çantalarının içərisindən qeyd etdiyi məbləğdə pulun və qızıl zinət əşyalarının oğurlandığını görmüşdür. Aparılan araşdırılma zamanı evindən oğurluq edən şəxslərin İsmayıllı rayonu Qalagah kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları məlum olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 2224,2 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan onun qızıl zinət əşyaları və pulu özünə qaytarılmışdır. Şahid Şahid ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir. Təqsirləndirilən şəxs1 həm də əmisi oğludur. 24 iyul 2021-ci il tarixdə saat 15 radələrində Xəyal ona zəng edərək İlqarla rayonun İvanovka kəndində olduğunu demiş və onları aparmağını xahiş etmişdir. O, idarə etdiyi avtomobili ilə İvanovka kəndində Xəyalgilin oturduqları kafeyə getmişdir. İlqarla Xəyal birlikdə pivə içmişlər. Xəyal onunla İlqarı İsmayıllı şəhərindəki “Günəş” park istirahət mərkəzinə aparmağı xahiş etmişdir. O, Xəyalla İlqarı həmin istirahət mərkəzinə aparmış, İlqar və Xəyal orada yeyib içmişlər. Saat 17 radələrində Xəyalı və İlqarı Qalagah kəndinə gətirmişdir. Kəndə qayıdarkən polis əməkdaşlarının həmkəndlisi Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında olduğunu görmüşdür. Xəyalla İlqarı kənddə düşürtmüşdür. Həmin gün Dilənçinin evindən pul və qızıl-zinət əşyalarının oğurlandığını eşitmişdir. 26 iyul 2021-ci il tarixdə isə Dilənçinin evindən oğurluğun Xəyal və İlqar tərəfindən törədilməsini eşitmişdir. Onun İlqar və Xəyalın oğurluq etməsindən məlumatı olmamışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ev İsmayıllı rayonunun Qalagah kəndində yerləşməklə Zərərçəkmiş şəxs1 məxsusdur. “Təqdim etmə, baxış keçirmə və götürmə” barədə 26 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladığı 18000 manat pulun 9600 manat hissəsini, iki ədəd qızıl üzüyü, bir ədəd mis metal üzüyü, bir ədəd qızıl boyunbağını və bir ədəd üzük daşını təqdim etmiş, həmin əşyalar götürülərək bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. Komleks məhkəmə fiziki-kimyəvi, məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 6/3732-9/5998 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 13,25 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli 1 ədəd üzük mis əsaslı ərintidən hazırlanmışdır, 5,23 qram kütləli, üzərində 1 ədəd ağ rəngli, kürə formalı daş olan, sarı rəngli üzük 750 əyarlı qızıldan hazırlanmışdır. 4,13 qram kütləli, sarı rəngli 1 ədəd üzük 750 əyarlı qızıldan hazırlanmışdır; 14,66 qram kütləli, qırmızımtılsarı rəngli 1 ədəd boyunbağı, 583/585 əyarlı qızıldan hazırlanmışdır; 5.25 qram kütləli, üzərində çıxsaylı cızıqlar olan, rəngsiz, şəffaf 1 ədəd sərbəst daş qiymətli daşlara aid deyildir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilən zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1964,20 manat müəyyən olunur. O, cümlədən- 13,25 qram kütləli, mis əsaslı ərintidən hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli 1 ədəd üzük-2 manat, 5,23 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 1 ədəd ağ rəngli, kürə formalı daş olan, sarı rəngli üzük-470 manat, 4,13 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 ədəd üzük 392 manat, 14,66 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, qırmızımtıl-sarı rəngli 1 ədəd boyunbağı-1100 manat, 5.25 qram kütləli, üzərində çıxsaylı cızıqlar olan, rəngsiz, şəffaf 1 ədəd sərbəst daş-0,20 manatdır. Təqdim edilmiş zərgərlik məmulatlarının keyfiyyətindən, rəngindən, miqdarından, tələb və təklifdən asılı olaraq qiymətlərdə dəyişiklik olması istisna olunmur.Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş 08 noyabr 2021-ci il tarixli 249 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 RMP-nin “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdurlar. 03 sentyabr 2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. 03 sentyabr 2021-ci il tarixli tələbnamədən, İsmayıllı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(037)-33/2021 nömrəli hökmünün surətindən və məhkəmənin 12 iyul 2021-ci il tarixli 7(037)-13/2021 nömrəli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məhkəmənin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmənin 12 iyul 2021-ci il tarixli qərarı əsasında cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 12(on iki) gün hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməsə də əməlində cinayətin residivi yoxdur. 15 iyul 2021-ci il tarixli 127 və 128 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonu Qalagah kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası X4, anası X5, arvadı X3 və 06 avqust 2020-ci il təvəllüdlü qızı Humaydan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 23 sentyabr 2021-ci il tarixli 194 və 195 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı rayonu Qalagah kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, anası X2 və bacısı X1 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Müstəntiqin “Maddi sübut kimi tanınma barədə” 25 sentyabr 2021-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə 1 ədəd 13,25 qram çəkidə mis materialdan olan qadın üzüyü, 1 ədəd 5,23 qram çəkidə 750 əyarlı qızıl qadın üzüyü, 1 ədəd 4,13 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl qadın üzüyü, 1 ədəd 14,66 qram çəkidə qızıl qadın boyunbağısı, 1 ədəd 5,25 qram çəkidə sərbəst daş maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Həmin qərardan müəyyən edilir ki, hadisə yerindən götürülmüş bir ədəd oval formalı dəmir parçası, bir ədəd dağ xizəkçilik idmanında istifadə edilən əl tutacağı cinayət işi üzrə maddi sübut qismində tanınmış və İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Müstəntiqin “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” 26 iyul 2021-ci il tarixli qərarından və eyni tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 26 iyul 2021-ci il tarixdə saat 23:05-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” 26 iyul 2021-ci il tarixli qərarından və eyni tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 26 iyul 2021-ci il tarixdə saat 20:05-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 28 iyul 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 21:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin Müvəqqəti saxlanma yerindən azad edilmişdir. Müstəntiqin 28 iyul 2021-ci il il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 18:35-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin Müvəqqəti saxlanma yerindən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətlərini, cəzalarını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilməli, onların 26 iyul 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət onlara təyin edilən аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərilərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzalarını İsmayıllı rayonu ərazisində çəkməli, üzərilərnə cəza çəkdikləri müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qalagah kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarının icrasına nəzarət yaşadıqları yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadıqları yer üzrə İcra və probasiya şöbəsində qeydə alındındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz ) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübutlar – 1 ədəd 13,25 qram çəkidə mis materialdan olan qadın üzüyü, 1 ədəd 5,23 qram çəkidə 750 əyarlı qızıl qadın üzüyü, 1 ədəd 4,13 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl qadın üzüyü, 1 ədəd 14,66 qram çəkidə qızıl qadın boyunbağısı, 1 ədəd 5,25 qram çəkidə sərbəst daşın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd oval formalı dəmir parçası, bir ədəd dağ xizəkçilik idmanında istifadə edilən əl tutacağı sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 26 iyul 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 02(iki) il 05(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qalagah kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 26 iyul 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 02(iki) il 05(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qalagah kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz ) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübutlar – 1 ədəd 13,25 qram çəkidə mis materialdan olan qadın üzüyü, 1 ədəd 5,23 qram çəkidə 750 əyarlı qızıl qadın üzüyü, 1 ədəd 4,13 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl qadın üzüyü, 1 ədəd 14,66 qram çəkidə qızıl qadın boyunbağısı, 1 ədəd 5,25 qram çəkidə sərbəst daşın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd oval formalı dəmir parçası, bir ədəd dağ xizəkçilik idmanında istifadə edilən əl tutacağı sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-71/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-71/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver