Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-72/2021 21.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi iştirakı ilə 21 dekabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1971-ci ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitəsini idarə hüququndan məhrum edilməklə 5 il müddətə azadlqdan mərhumetmə cəzasına məhkum edilmiş, hazırda məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, 2021-ci ilin may ayında dəqiq tarixi müəyyən edilməyən vaxtda yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşməklə Kürdmaşı kənd bələdiyyəsinin mülkiyyətində olan, kənd məscidinin 10 metr yaxınlığında yerləşən qəbiristanlığın dərə hissəsində 2 metr enində, 3 metr uzunluğunda olan 6 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyib əkin üçün yararlı vəziyyətə gətirdikdən sonra həmin çətənə bitkisinin toxumlarını orada qanunsuz olaraq əkib su verməklə və sair üsullarla aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən 8 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirmiş, bitkiləri 80 santimetrdən 140 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 30 iyul 2021-ci il tarixdə, saat 15 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əkərək kultivasiya etdiyi 80 santimetrdən 140 santimetrədək hündürlüklərdə, təmiz çəkisi 1015 qram təşkil edən, xeyli miqdarda, yəni 8 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitəsini idarə hüququndan məhrum edilməklə 5 il müddətə azadlqdan mərhumetmə cəzasına məhkum edilmiş, hazırda məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. 2021-ci ilin may ayının əvvəllərində cəzasını çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 12 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəhbərliyindən icazə alaraq yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndinə gəlmiş, səhər saatlarında yaşadığı kənddən keçən Qaraməryəm-İsmayıllı-Şəki yolunun kənarı ilə piyada gəzərkən yol kənarında, daşlı-çınqıllı yolun üzərində bir ədəd kağız bağlama görmüşdür. Həmin bağlama ağ rəngdə olduğu üçün diqqətini çəkmiş və onu götürmüşdür. Bağlamanı açdıqda içərisində 10 ədəd bitki toxumu görmüş və həmin toxumların çətənə toxumları olduğunu bilmişdir. Toxumları şalvarının cibinə qoymuş və evə qayıtmışdır. Ailə üzvlərinin görməsindən ehtiyatlanaraq toxumları yaşadığı evin divarında, daşların arasında gizlətmişdir. Bir-iki gündən sonra toxumları əkmək istəmiş, toxumlardan iksinin yaxşı olmadığını görüb onları kənara atmış, digər səkkizini isə kənd qəbiristanlığın dərə hissəsində əkmək qərarına gəlmişdir. Toxumları əkmək üçün əlverişli yer seçmiş və həmin yerə səpmişdir. Daha sonra toxumları basdırdığı yerə su tökmüş və dibini peyinləmişdir. Əkdiyi toxumlardan hamısı cücərib inkişaf etmişdir. Bitkilər cücərdikdən sonra onları vaxtaşırı sulayaraq dibini yumuşaldırmış. Çətənə bitkilərinə qulluq göstərmək üçün müəyyən vaxtlarda cəzaçəkmə müəssisəsindən səhhəti ilə əlaqədar icazə də almışdır. 30 iyul 2021-ci il tarixdə saat 15 radələrində əkdiyi çətənə bitkilərinə su verərkən bir neçə nəfər şəxsin ora gəldiyini görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını və yanlarında olan şəxsin isə aqronom mütəxəssis olduğunu bildirmişlər. Polis əməkdaşları onun razılığından sonra çətənə bitkilərinin olduğu yerə və ətraf yerlərə hal şahidlərinin iştirakları ilə baxış keçirtmişlər. Baxışda onun razılığı ilə fotoçəkiliş edilmişdir. Baxış zamanı ona qəbiristanlıqda qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkiləri kultivasiya edibetməməyi barədə sual verilmiş, o, törətdiyi əməli etiraf edərək 2021-ci ilin may ayında qəbiristanlıqda 8 ədəd çətənə toxumu əkdiyini və qulluq göstərdiyini bildirmişdir. Polis əməkdaşları aqronomun iştirakı ilə əkdiyi çətənə bitkilərinə baxış keçirtmiş, bitkilər kökündən qoparılaraq yerə sərilmişdir. Sonra həmin bitkilər kağız bağlamada qablaşdırmış, bağlamanın üzərində olan kağızda yazılmış yazı uca səslə oxunmuş, baxışda iştirak edən şəxslər və özü tərəfindən imzalanmış, həmin kağız bağlamanın üzərinə yapışdırılmış və möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə İsmayıllı rayon Polis şöbəsinə getməyini təklif etmişdir. O polis əməkdaşlarına etiraz etməmiş və birlikdə İsmayıllı rayon Polis şöbəsinə gəlmişlər. Şöbənin Növbətçi hissəsinin qarşısında müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya qanunla qadağan edilmiş maddə, predmet aşkar edilməmişdir. Sonra tərtib edilən protokol uca səslə oxunmuş və o müdafiəçi ilə birlikdə həmin protokola imza etmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində azyaşlı uşağı var, ailəsində ondan başqa işləyən, ailəyə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid İsmayıllı rayon Polis şöbəsinin sahə polis nəfəri X6 ifadə verərək göstərdi ki, 30 iyul 2021-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kənd sakini Təqsirləndirilən şəxs həmin kəndin qəbiristanlıqda narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə şöbəyə daxil olmuşdur. Məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və qərarın icrası ilə əlaqədar həmin gün saat 15 radələrində yaradılmış, onunda daxil olduğu İsmayıllı RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu və İsmayıllı rayon DAİM-nin bitkiçilik sektorunun baş məsləhətçisi Rəşid Zülfüqarlı ilə birlikdə Kürdmaşı kəndi ərazisində yerləşən qəbiristanlığa getmişlər. Qəbiristanlığa daxil olduqları zaman Təqsirləndirilən şəxs orada olduğunu görmüşlər. Xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını və yanlarında olan Rəşid Zülfüqarlının isə aqronom mütəxəssis olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs razılığından sonra onlar fotoçəkiliş etməyə başlamışlar. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs qəbiristanlıqda qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkiləri kultivasiya edib-etməməyi barədə sual vermişdir. Təqsirləndirilən şəxs qəbiristanlıqda səkkiz ədəd çətənə bitki kolu yetişdirdiyini bildirərək onlara çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Baxışın keçirilməsində iştirak edən Rəşid Zülfüqarlı torpaqda əkilmiş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə baxıb həmin bitkilərin boylarının 80-140 sm hündürlüyündə olmasını və həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri özü yetişdirdiyini və onlaraq qulluq göstərdiyini etiraf etmişdir. Baxış keçirildikdən sonra çətənə bitkiləri kökündən qopardılıb yerə sərilmiş və onların ümumilikdə səkkiz ədəd olduqları müəyyən olunmuşdur. Qəbiristanlıqda baxış davam etdirilsə də, orada çətənə kolları və ya qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Çətənə bitkilərinə baxış keçirildikdən sonra onlar kağız bağlamada qablaşdırdılmışdır. Bağlamanın üzərində olan kağızda əks olunan yazı uca səslə oxunmuş, imzalanmış, yapışdırılmış və möhürlənmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs birlikdə İsmayıllı rayon Polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə şöbəyə getmişdir. Şöbənin Növbəti hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək müdafiəçi ilə təmin olunmuşdur. Həmin gün saat 17 radələrində şöbənin növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər kütlə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolun doğruluğu imzasıyla təsdiq etmişdir. Şаhidlər İsmayıllı RPŞ-nin İTB-nin sahə polis nəfərləri X7 və X8 şahid Rəşad Əhmədov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid1 ifadə verərək göstərdi ki, 30 iyul 2021-ci il tarixdə, saat 15 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən qəbiristanlığın yaxınlığından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərinin kultivasiyasında şübhəli olan bir nəfər şəxsin çətənə bitkilərini əkdiyi yerə baxış keçiriləcəyini və onun da həmin proses zamanı hal şahidi qismində iştirak etməyini ondan xahiş etmişlər. O etirazının olmadığını bildirib həmin proses zamanı iştirak etmək üçün razılıq vermişdir. İsmayıllı rayon polis şöbəsinin əməkdaşları, digər bir hal şahidi və aqronomla birlikdə Kürdmaşı kənd qəbiristanlığına getmişlər. Narkotik tərkibli bitkilərin əkildiyi yerə yaxınlaşdıqda həmkəndlisi Təqsirləndirilən şəxs həmin yerdə olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və əraziyə baxış keçirilmişdir. Baxış zamanı torpaqda əkilmiş ümumilikdə səkkiz ədəd çətənə bitkilərinə oxşar bitkilər, həmən çətənə bitkilərinin yanında ağ və göy olmaqla 2 ədəd plastik qab aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin nə olması sorğu olunduqda o, həmin bitkiləri tapdığı çətənə bitki toxumlarından yetişmiş çətənə bitkiləri olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qabları hansı məqsədlə istifadə etdiyi sorğu edildikdə o, çətənə bitkilərini sulamaq üçün həmin qablardan istifadə etdiyini bildirmişdir. Baxışın keçirilməsində iştirak edən mütəxəssis torpaqda əkilmiş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə baxıb həmin bitkilərin boylarının 80- 140 sm hündürlüyündə olmasını, bitkilərin su verildiyini, diblərinin alaq otlarından təmizləndiyini və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin çətənə bitkiləri torpaqdan çıxarılaraq sayılmış və kağız bağlamaya qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxsla birlikdə rayon polis şöbəsinə dəvət olunmuşlar. İsmayıllı RPŞ-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin, onun, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı hər hansı bir əşya aşkar edilməmişdir. Axtarışın sonunda protokol tərtib olunmuş və protokolun doğruluğu onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şаhid Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Baxış keçirilməsi haqqında 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən qəbiristanlıqdan ümumi təmiz çəkisi 1015 qram təşkil edən xeyli miqdarda, yəni 8 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilmiş, qeyd olunan bitkilərinin boyu 80-140 sm arasında olmuş, həmin bitkilərə qullu göstərilmiş, su verilmiş, dibi alaq otlarından təmizlənmiş, onlara aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 31 iyul 2021-ci il tarixli 17/560 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış vərəqədə “...vət. Təqsirləndirilən şəxs məxsus narkotik tərkibli bitkilərə bənzər... 8(səkkiz) ədəd bitki kolları...” sözləri yazılmış kağız bağlamanın içərisindəki 08 (səkkiz) ədəd, hündürlükləri 80 sm-dən 140 sm-dək, ümumi təmiz çəkisi – 1015 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, 08 (səkkiz) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. X1 tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 1089 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. O narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 05 oktyabr 2021-ci il tаriхli tələbnamədən və Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitəsini idarə hüququndan məhrum edilməklə 5 il müddətə azadlqdan mərhumetmə cəzasına məhkum edilmiş, hazırda məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 12 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin 01 oktyabr 2021-ci il tarixli 17/52-1023 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdən Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinə qeydiyyata alınaraq hazırda müəssisəsədə cəza çəkir. Həmin məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkdiyi müddətdə 07.05.2021-ci il tarixdən 10.05.2021 -cl il tarixədək 3 (üç) gün müddətinə, 21.05.2021-ci il tarixdən 24.05.2021-ci il tarixidək 3 (üç) günlük ailəvi görüşə və 28.07.2021-ci il tarixdə müəssisə rəisinə ünvanladığı ərizəyə əsasən müalicə olunması üçün 29.07.2021-ci il tarixdən ailə üzvlərinin yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndinə getməsinə icazə verilmişdir. İsmayıllı rayon Kürmaşı kənd bələdiyyəsinin 19 senyabr 2021-ci il tarixli 50 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini kultivasiya etdiyi yer İsmayıllı rayon Kürdmaşı kənd bələdiyyəsinin mülkiyyətindədir. İsmayıllı rayon X3 X4 Şöbəsi tərəfindən verilmiş 8 sentyabr 2021-ci il tarixli 183 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təhqiqatçının 30 iyul 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 30 iyul 2021-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə saat 16:54-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 01 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 14:50-də saxlanıldığı İsmayıllı RPŞ-dən azad edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 02 avqust 2021-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1014,60 qram təşkil edən 08 (səkkiz) ədəd tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. 01 sentyabr 2021-ci il tarixli 288 və 289 nömrəli arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən,1975-ci il təvəllüdlü arvadı Gülnazdan, 1996, 1998, 2000, 2002, 2004 və 2009-cu il təvəllüdlü uşaqları Ləman, Asiman, Günay, Aytac, Aysun və Turaldan ibarətdir. İnzibati ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şifahi və yazılı məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci mаddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci mаddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməkdə cinayətkar niyyətinin olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, eyni zamanda cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 12 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin 01 oktyabr 2021-ci il tarixli 17/52-1023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitəsini idarə hüququndan məhrum edilməklə 5 il müddətə azadlqdan mərhumetmə cəzasına məhkum edilmiş, hazırda məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir,məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 30 iyul 2021-ci il tarixdən 01 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla ona təyin edilən 4000 (dörd min) manat miqdarda cərimə cəzası yüngülləşdirilməli və üzərində 3500 (üç min) manat miqdarda cərimə cəzası saxlanılmalıdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 1(091)-180/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs təyin edilmiş 03(üç) il müddətə nəqliyyat vasitəsini idarə hüququndan məhrum edilməklə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan mərhumetmə cəzasının çəkilməmış qalan 03(üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan mərhumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin ediləcək 3500 (üç min) manat miqdarda cərimə cəzası cəzası ilə tamamilə birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03(üç) il müddətə nəqliyyat vasitəsini idarə hüququndan məhrum edilməklə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan mərhumetmə cəzası və 3500 (üç min) manat miqdarda cərimə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilən 3500 (üç min) manat miqdarda cərimə cəzası müstəqil icra edilməli, təyin edilən cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1014,60 qram təşkil edən 08 (səkkiz) ədəd tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdən 01 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 4000 (dörd min) manat miqdarda cərimə cəzası yüngülləşdirilsin və üzərində 3500 (üç min) manat miqdarda cərimə cəzası saxlanılsın. Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 1(091)-180/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs təyin edilmiş 03(üç) il müddətə nəqliyyat vasitəsini idarə hüququndan məhrum edilməklə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 05(beş) il müddətə azadlıqdan mərhumetmə cəzasının çəkilməmış qalan 03(üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan mərhumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 3500 (üç min) manat miqdarda cərimə cəzası cəzası ilə tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03(üç) il müddətə nəqliyyat vasitəsini idarə hüququndan məhrum edilməklə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan mərhumetmə cəzası və 3500 (üç min) manat miqdarda cərimə cəzası cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 3500 (üç min) manat miqdarda cərimə cəzası müstəqil icra edilsin. Təyin edilmiş cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1014,60 qram təşkil edən 08 (səkkiz) ədəd tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-72/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-72/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver