Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-72/2022 28.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 25 oktyabr 2022-ci il tarixdə saat 15:25-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1989-cu ildə İsmayıllı rayonu Göytəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Göytəpə kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 24 noyabr 2020-ci il tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasına müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə və 28 noyabr 2020-ci il tarixdə keçirilmiş müayinəsi zamanı koronavirus (COVİD-19) infeksiyasının pozitiv olması aşkar edilərək evdə qalmaqla müalicə olunmasının qərara alınmasına, habelə karantin qaydalarını pozmağa görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etdirilməsinə baxmayaraq, koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olmasını biləbilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 00:00-dan etibarən elan edilmiş epidemiya əleyhinə olan xüsusi karantin rejimini qəsdən pozaraq 02 dekabr 2020ci il tarixdə saat 10 radələrində yaşadığı İsmayıllı rayonunun Göytəpə kəndində yerləşən evini tərk edərək özünə və kənd sakinlərinə məxsus 60 baş iribuynuzlu malları axşama qədər otarmaq üçün kənd sakinlərinin daimi hərəkətdə olduqları Göytəpə kəndindəki küçə ilə piyada yaşadığı evdən 2 kilometrdən artıq məsafə gedərək örüş sahəsinə apararaq insanların çoxluq təşkil etdiyi yerlərdə olmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 11:55-də İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən koronavirus (Covid-19) infeksiyası xəstələrinin yoxlanışı keçirilərkən onun evdə olmaması müəyyən edilərək yaşadığı evə gətirilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, ailəsi ilə bir yerdə İsmayıllı rayonu Göytəpə kəndində yaşayır, himayəsində iki azyaşlı uşağı vardır. 2020-ci ilin noyabr ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə anası Səbirə xəstəliyi ilə əlaqədar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və X11 şöbəsinin əməkdaşları anası Səbirədə COVİD-19 yolxucu xəstəliyinin olubolmaması ilə əlaqədar analiz götürmüşlər. 21 noyabr 2020-ci il tarixdə Səbirədə həmin xəstəliyin pozitiv olması aşkar edilmiş, Səbirənin evdə qalması və müalicəsinin evdən davam edilməsi qərara alınmışdır. 24 noyabr 2020-ci il tarixdə X11 şöbəsinin əməkdaşları anasının səhhəti ilə maraqlanmaq üçün yaşadıqları evə gəlmişlər. Həkimlər ondan və digər ailə üzvlərindən də Covid-19 xəstəliyi ilə əlaqədar analiz götürmüşlər. 28 noyabr 2020-ci il tarixdə onun mobil telefonuna analizlərinin pozitiv olması barədə mesaj gəlmiş, həkimlər ona və digər ailə üzvlərinə analizi ilə əlaqədar COVİD-19 infeksiyasının pozitiv olmasının aşkar olunduğunu, karantin qaydalarını pozmamaqlarını, evdə qalmaqlarını və müalicələrini evdən davam etdirməklərini bildirib bu barədə iltizama imza etdirmişlər. 2 dekabr 2020-ci il tarixdə saat 10 radələrində kəndin mallarını otarmaq barədə kənddə müəyyən olunmuş növbə ona çatdığından həmin gün özlərinə və kənd sakinlərinə məxsus 60 baş mal heyvanını evdən təxminən 2 kilometr aralıda olan örüş sahəsinə aparmışdır. Örüşdə olarkən ona zəng olunaraq polis əməkdaşlarının yaşadığı evə gələrək onun evdə olub-olmadığını yoxladıqların barədə məlumat vermişlər.O, dərhal evinə qayıtmış və polis əməkdaşlarının həqiqətən də yaşadığı evin qarşısında olduğunu görmüşdür. Polis əməkdaşları videoçəkilişlə baxış keçirəcəkərini bildirmiş, o isə buna etiraz etməmişdir. Əməkdaşlar videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşlarına “Covid-19” infeksiyası xəstəsi olmağı barədə həkimlər tərəfindən xəbərdar edildiyini və evdən çıxmamağının nəzərinə çatdırıldığını, kəndin mallarını otarmaq onun növbəsi olduğu üçün malları örüşə apardığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, o tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. Evdən çıxdıqdan sonra İsmayıllı rayonu Göytəpə kəndində küçə ilə gedərkən heç kimlə görüşməmiş və ünsiyyətdə olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə (COVİD-19) infeksiyasının pozitiv olması aşkar edilmiş şəxslərə bunun qeydə alındığı tarixdən 14 gün müddətində yaşadıqları mənzili və ya tibb müəssisəsini tərk etmək qadağan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 26, 27 və 28 nömrəli qərarları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə müəyyən edilmiş məhdudiyyətin müddəti 7 günə endirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə müəyyən edilmiş məhdudiyyət müddətinin 9-cu günündə saxlanılmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 26, 27 və 28 nömrəli qərarları ilə müəyyən edilmiş məhdudiyyətin müddəti 7 günə endirildiyindən şəraitin dəyişilməsi nəticəsində onun tərəfindən törədilmiş əməlin ictimai təhlükəliliyi itmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 26, 27 və 28 nömrəli qərarları bu əmələ görə cəzanı aradan qaldırdığından hesab edir ki, cinayət qanununun geriyə qüvvəsi vardır.O, bu xəstəliyin yayılmasına səbəb olmamış və xəstəliyin yayılması üçün real təhlükə yaratmamışdır. Hesab edir ki, onun əməlinin cinayət sayılmasını aradan qaldıran qanun qəbul edilmiş və şərait dəyişmişdir. Ona görə də ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 26, 27 və 28 nömrəli qərarları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə müəyyən edilmiş məhdudiyyətin müddətinin 7 günə endirilməsi ilə əlaqədar onun əməlinin cinayət sayılmasını aradan qaldıran qanununun qəbul edilməsi və şərait dəyişdiyi üçün ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsi barədə ifadəsinə münasibət bildirməklə qeyd edir ki, son zamanlar (COVİD-19) infeksiyasının yoluxma və ölüm riskinin azalması, habelə müalicə tədbirlərinin effektivliyi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həmin infeksiyaya yoluxmuş şəxslərə tətbiq edilən məhdudiyyət müddətinin 14 gündən 7 günə endirilməsi zərurəti yaratmışdır. Eləcə də qəbul edilmiş qərarlar 24 yanvar 2022-ci il tarixdən qüvvəyə minmişdir. Lakin (COVİD-19) infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs 28 noyabr 2020-ci il tarixdə faktiki olaraq həmin dövrə yoluxma və ölüm riskinin yüksək olması ilə əlaqədar infeksiyaya yoluxmuş şəxslərə tətbiq edilən məhdudiyyət müddətinin 14 gün olduğu müddətdə yaşadığı evini tərk edərək piyada İsmayıllı rayonunun Göytəpə kəndinin ərazisində, insanların çoxluq təşkil etdiyi yerlərdə olmaqla koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratması, heç də onun törətdiyi əməlin ictimai təhlükəliliyini aradan qaldırmır və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid1 ifadə verərək göstərdi ki, İsmayıllı rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə o və digər polis əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Siyahıda COVİD- 19 infeksiyasına yoluxan xəstələrin ad, soyad, ata adları, şəxsiyyət vəsiqələrinin nömrələri, qeydiyyatda olduqları ünvanları və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar göstərilmişdir. 2 dekabr 2020-ci il tarixdə saat 11 radələrində İsmayıllı RPŞ-nin CAB-nin digər əməliyyat müvəkkili Şahid2 ilə birlikdə İsmayıllı rayonu Göytəpə kəndi ərazisində “Covid-19” infeksiyası xəstələrinin siyahısında olmaqla ev şəraitində müalicə olması və evdən çıxışı qadağan edilmiş şəxslərin yoxlanışını həyata keçirmişlər. Həmin gün saat 11:55-də Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlib onun evdə olubolmamasını yoxlayarkən Yusifin anası Səbirə Mirzəliyeva və atası Vidadi Mirzəliyev onlara mal növbələri olduğu üçün Təqsirləndirilən şəxs malları otarmaq üçün örüşə getdiyini bildirmişlər. Onlar Yusiflə əlaqə saxlayıb təcili gəlməsini bildirmiş, həmçinin bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs də qısa müddət sonra yaşadığı evin qarşısına gəlmiş, əməliyyat qrupunda növbədə olan baş müstəntiq Cəlal Abdullayev və İTB-nin sahə inspektoru X10 evinin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs hal şahidləri dəvət edilmədiyinə görə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Yusif baxışın videoçəkilişlə keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmiş, ara məsafəsi və karantin qaydaları gözlənilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd etmişdir ki, 21 noyabr 2020-ci il tarixdə anası Səbirə Mirzəliyeva da COVİD-19 infeksiyası aşkar olunduğu üçün ailə üzvləri olduğuna görə o, da evdən çıxmaması barədə iltizama imza etmiş, İsmayıllı RMX-nın infeksiya şöbəsinin əməkdaşları 24 noyabr 2020-ci il tarixdə yaşadığı evə gələrək ondan, arvadı Gülşən Mirzəliyevadan, atası Vidadi Mirzəliyevdən, azyaşlı uşaqları Nazlı və Vidadidən COVİD-19 infeksiyası ilə bağlı analiz götürmüş, 28 noyabr 2020-ci il tarixdə infeksiya şöbəsinin əməkdaşları zəng edərək verdiyi test nümünəsinə əsasən onun COVİD-19 infeksiyasına yoluxduğunu deyib karantin qaydalarını pozmamağı, evdə qalmağı və müalicəsinin evdən davam etdirməyini nəzərinə çatdırmış, 28 noyabr 2020-ci il tarixdə iltizama imza etdirmişlər. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, 2 dekabr 2020-ci il tarixdə saat 10 radələrində kəndin mallarını otarmaq onların ailəsinin növbəsi olduğu üçün məcbur qalıb həmin tarixdə kəndin mallarını otarmaq üçün evindən təxminən 2 kilometr məsafədə örüş sahəsinə aparmış, kiminləsə ünsiyyətdə olmamış və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Baxışın yekununda protokol tərtib olunmuş və o, da digər iştirakçılarla birlikdə protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Şahid X3 ifadə verərək göstərdi ki, 2020-ci ilin noyabr ayının ortalarında səhhəti pis olduğundan İsmayıllı rayon X5 Tibbi yardım şöbəsinə zəng edərək səhhətinin yoxlanılması üçün çağırış vermişdir. X11 Şöbəsinin əməkdaşları gələrək ondan koronavirus (Covid-19) yolxucu xəstəliyi ilə əlaqədar test nümünəsi götürmüşlər. Götürülən test nümunəsinin pozitiv olması aşkar olunduqdan sonra həkimlər ona karantin qaydalarını pozmamağa görə iltizama imza etdirmişdirlər. Həkimlər tərəfindən ona evdə qalmağı və müalicəsini evdən davam etdirməsi nəzərinə çatdırılmışdır. 24 noyabr 2020-ci il tarixdə həkimlər yaşadığı evə gələrək oğlu Yusifdən, əri Vidadidən, gəlini Gülşəndən test nümunəsi götürmüşdürlər. 28 noyabr 2020-ci il tarixdə infeksiya şöbəsinin tibbi heyəti zəng edərək oğlu Yusif, əri Vidadi və gəlini Gülşənin də COVİD-19 infeksiyasına yoluxduqlarını bildirərək karantin qaydalarını pozmamağa görə iltizama imza etdiklərini, evdə qalmaqlarını və müalicələrinin evdən davam etdirmələrini nəzərinə çatdırmışlar. 2 dekabr 2020-ci il tarixdə kənd sakinlərinə məxsus iribuynuzlu malları otarmaq onların növbəsi olmuş, həmin gün saat 10 radələrində oğlu Yusif özlərinə və kənd sakinlərinə məxsus malları otarmaq üçün evlərindən təxminən 2 kilometr məsafədə olan örüş sahəsinə aparmışdır. Saat 11:55-də yaşadığı evdə olan zaman İsmayıllı RPŞ-nin əməkdaşları yaşadıqları evə gələrək koronavirus infeksiyası xəstələrinin evdə olub-olmamasını yoxladıqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşları Yusifin malları otarmaq üçün örüş sahəsinə apardığını aşkar etmişlər. Polis əməkdaşları Yusiflə əlaqə saxlayaraq Yusifi evə çağırmışlar. Evin qarşısında Yusifin iştirakı ilə videoçəkilişlə baxış keçirmiş və protokol tərtib etmişlər. İsmayıllı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2020-ci il tarixdə test nümunəsi götürülmüş, testin nəticəsi 28 noyabr 2020-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) olaraq cavablandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 nömrəli əlavə olan Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs, X4 və X1 və X3 14 gün ərzində evi tərk etməmək barədə xəbərdarlıq edilərək bu barədə iltizama imza etmişlər. Məhkəmə-tibbi ekspertizasının 28 yanvar 2021-ci il tarixli 36/KEŞ nömrəli rəyindən görünür ki, 28 noyabr 2020-ci il tarixdə yeni növ virus infeksiyasınm (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin izitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Covid-19 diaqnozu ilə müalicələr qəbul etməsi haqqında hər hansı bir tibbi sənəd olmadığından, bu barədə fikir söyləmək mümkün olmamışdır. İsmayıllı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsi tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli 359 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. 09 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 18 yanvar 2021-ci il tarixli 19 və 19/1 nömrəli arayışlardan, xasiyyətnamədən və doğum haqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Göytəpə İsmayıllı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası X2, anası X3, arvadı X4, 06 iyul 2011-ci il və 23 mart 2012-ci il təvəllüdlü uşaqları Vidadi və Nazlıdan ibarətdir. Ərazidə yaşadığı müddətdə barəsində ərizə və şikayət daxil olmamışdır. Müstəntiqin 09 fevral 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Göytəpə kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonunun Göytəpə kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-72/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-72/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver