Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-72/2023 01.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Şikayət verən şəxs X2, Barəsində şikayət verilən şəxs X3 iştirakı ilə X2 X4 barəsində xüsusi ittiham qaydasında şikayətinə 01 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Qızqayıt Daşdıyeva xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Əli Daşdiyevin onun barəsində şər-böhtan və şantaj xarakretli ifadələr işlətdiyini bildirərək Əli Daşdiyev haqqında qanunda nəzərdə tutulmuş qaydada cəza müəyyən edilməsini xahiş etmişdir. Şikayət verən şəxs Qızqayıt Daşdıyeva məhkəmə hazırlıq iclasında izahat verərək göstərdi ki, Əli Daşdiyev onun keçmiş əri olmaqla birgə hiahda olduqları zaman İsmayıllı rayonunun Qubaxəlilli kəndində tikdirdikləri evi 17000 manata satmışlar. Atası da özünə məxsus olan torpaq sahəsini 10000 manata sataraq həmin pulu da ona vermiş, onlar həmin pulun üstünü düzəldərək Abşeron şəhərciyindən ipoteka müqaviləsi üzrə ilkin ödəniş 34000 manat ödənilməklə mənzil almışlar. 2022-ci ilin sentyabr ayında onlar həmin mənzilə köçmüşlər. Bir müdət orada yaşadıqdan sonra ona məlum olmuşdur ki, əri Əli Daşdiyev həmin mənzili qardaşı arvadının adına rəsmiləşdirmişdir.Bu məsələ ilə bağlı “S” kanalında yayımlanan “Çıxış yolu” verlişinə müraciət etmiş, verliş zamanı aparıcı məsələ ilə bağlı Əli Daşdiyevə sual verdikdə sonuncu onun ünvanına təhqiredici ifadələr işlətmiş və ona böhtan atmışdır. Canlı yayımda yayımlanan verlişdə və sosial şəbəkədə guya uşağını qızıla dəyişən kimi qələmə verilmişdir. Əslində isə belə bir məsələ heç bir vaxt olmamışdır. Ona görə də Əli Daşdiyev haqqında qanunda nəzərdə tutulmuş qaydada cəza müəyyən edilməsini xahiş edir. Barəsində şikayət verilən şəxs X4 heç bir zaman heç kimi təhqir etmədiyini bildirərək ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayət verən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Şikayət verən şəxs X1 şər-böhtan atmaqda, təhqir etməkdə təqsirli bilərək sonuncu haqqında qanunda nəzərdə tutulmuş qaydada cəza müəyyən edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsinə dair məlumat konkret olaraq qeyd edilməli olduğu halda belə bir məlumat şikayət ərizəsində göstərilməmişdir. Bundan əlavə, şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməli olduğu halda bu məlumatların heç biri göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer və şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1 və 302.1.3 –cü maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7, 299, 300.1.3, 300.5, 302.1.3 və 302.2.3.-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X2 X4 barəsində xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-72/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-72/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver