Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-73/2022 15.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 15 noyabr 2022-ci il tarixdə saat 16:57-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1998-ci ildə İsmayıllı rayonunun Mulux kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə saat 16 radələrində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmaqla, yaşadığı İsmayıllı rayonunun Diyallı kəndində yerləşən evini tərk edərək xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, İsmayıllı rayonu Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Ailəlidir, hiyasəsində bir azyaşlı uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləmir. 26 dekabr 2020-ci il tarixdə Covid-19 xəstəliyi ilə əlaqədar İsmayıllı RMX-nın təcili tibbi yardım şöbəsi çağırmış və ondan analiz nümunəsi götürülmüşdür. 27 dekabr 2020-ci il tarixdə həkimlər ona zəng edərək Covid-19 infeksiyasına yoluxduğu barədə məlumat vermiş və evi tərk etməməyini bildirmişdirlər. Təcili ibbi yardım şöbəsinin həkimləri yaşadığı evə gələrək ondan 14 gün müddətində yaşadığı evi tərk etməməyini bildirib ona iltizama imza etdirmişlər. 05 yanvar 2021-ci il tarixdə saat 16 radələrində soyuq olduğundan yaşadığı evdə yandırmaq üçün quru çör-çöp yığmaq məqsədi ilə Vaz-21011 markalı avtomaşını işlək vəziyyətə salıb təxminən 10-150 metr məsafədə küçə ilə hərəkət etmişdir. Evin yaxınlığında maşını saxlamışdır. Ətrafda və küçədə başqa heç kim olmamışdır. Yerdən quru çör-çöp yığarkən polis əməkdaşlarının qapıya gəldiyini görüb qapıya tərəf gəlmişdir. Polis əməkdaşları videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər və videoçəkilişlə baxış keçirilmişdir. Bundan sonra protokol tərtib edilmiş, o tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nəticəsinin və Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamənin qeyd hissəsini oxumuş və həmin iltizamnaməyə imza etmişdir. İltizamnamədə 14 gün müddətində yaşadığı yeri tək etməmək və həkim tərəfindən müalicə tədbilərinin həyata keçirilməsi üçün zəruri imkanların yaradılması, qaydaları pozduğu halda inzibati və cinayət məsuliyyətinin müvafiq maddələri məsuliyyət daşımağı öz əksini tapmışdır. O, evdən çıxıb İsmayıllı rayonu Diyallı kəndində küçədə olduğu müddətdə heç kimlə görüşməmiş və kəndin tək özü evin istiliyi üçün çör çöp yığmışdır. Qeyd edilənlərlə yanaşı ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, sözügedən cinayəti zərurətdən törətdiyini, himayəsində azyaşlı uşağının olmasını qeyd edərək, bunların nəzərə alınmasını və barəsində qanunun yol verdiyi həddə yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə o və digər polis əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Həmin siyahıda COVİD-19 infeksiyasına yoluxan xəstələrin ad, soyad, ata adları, şəxsiyyət vəsiqələrinin nömrələri, qeydiyyatda olduqları ünvanları və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar göstərilmişdir. 05 yanvar 2021-ci il tarixdə saat 16 radələrində İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X5 ilə birlikdə İsmayıllı rayonu Diyallı kəndi ərazisində “Covid-19” infeksiyası xəstələrinin siyahısında olmaqla ev şəraitində müalicə olması və evdən çıxışı qadağan edilmiş şəxslərin yoxlanışını həyata keçirmişdirlər. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlib Qurbanın evdə olub-olmamasını yoxlayarkən Qurbanın anası X17-21011 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə odun gətirmək üçün yaxınlıqdakı təxminən 150 metr əraziyə getdiyini bildirmişdir. O və X9 görmürdürlər. Həmin vaxt Qurbanın ya anası, ya da atası Hacalı zəng edərək Qurbanı evə çağırmış, təxminən 5-10 dəqiqə sonra Qurban qapıya gəlmişdir. X12 Rəhmanlının evə gələrkən videoçəkilişini etmişdir. Təqsirləndirilən şəxs evi tərk etməsi barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Əməliyyat qrupunda növbədə olan baş müstəntiq, polis mayoru X2 gəldikdən sonra hal şahidləri dəvət edilmədiyinə görə videoçəkilişlə baxış keçiriləcəyi bildirildikdə Qurban baxışın keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Ara məsafəsi və karantin qaydaları gözlənilməklə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 26 dekabr 2022-ci il tarixdə Covid-19 xəstəliyi ilə əlaqədar müayinə olunmuş, 27 dekabr 2021-ci il tarixdə Covid-19 infeksiyası xəstəsi olması müəyyən edilmiş, iltizama imza etdirilərək evdən çıxmaması bildirilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, 05 yanvar 2021-ci il tarixdə “VAZ-21011 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşını yaşadığı evin yaxınlığında 150 metr məsafəyə gedib saxlayaraq quru ağacı gətirmək istədikdə polis əməkdaşlarının gəldiyini görüb qapıya gəlmiş, bu barədə porotokol tərtib edilmişdir. Baxışın yekununda protokol tərtib olunmuş və o, da digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 şahid X4 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış X6 məhkəmə iclasına gəlmədiyindən onun məcburi gətirilməsi barədə qərarə qəbul edilmiş, lakin səhhəti imkan vermədiyindən onun məhkəmə iclasına məcburi gətirilməsi təmin edilməmişdir. Bu səbəbdən X1nın ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan edilmişdir. X1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Qurbanın səhhətində narahatlıq olduğundan 26 dekabr 2022-ci il tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsi əməkdaşları yaşadıqları evə gələrək Təqsirləndirilən şəxs burun-udlaq nahiyəsindən yaxma üsulu ilə Covid-19 infeksiyası daşıyıcısı olub-olmamasını müəyyən etmək üçün analiz götürmüşlər. 27 dekabr 2022-ci il tarixdə Qurbanın Covid-infeksiyası xəstəsi olması müəyyən edilmiş, həkimlər Qurbana yaşadığı evi tərk etməməsi, 14 gün müəddətində evi tərk etdiyi halda cinayət və ya inzibati məsuliyyəti daşımağı barədə xəbərdar edilmişdir. Qurban iltizama imza etmiş, həmçinin o və əri Hacalı evi tərtk etməməkləri barədə iltizama imza etmişlər. O və əri hacalı Covid-19 infeksiyası xəstəsi olmamışlar. 05 yanvar 2021-ci il tarixdə saat 16 radələrində yaşadıqları evdı yandırmaq üçün quru odun gətirmək üçün evdən təxminən 100-150 metr məsafə getmiş, Qurbana məxsus “VAZ-21011” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil nasaz vəziyyətə düşdüyü üçün Qurban avtomobili evin qarşısıdna 20 metr məsafədə saxlamış, Qurban evdən 100-150 metr məsafədə gəzib quru ağac parçası axtararkən İsmayıllı ryaon polis şöbəsinin əməkdaşları yaşadıqları evin qarşısına gələrək Qurbanıne vdə olub-olmadığınəı soruşduqda Qurban polis əməkdaşlarının gəldiyini görüb qapıya gəlmiş, polis əməkdaşları tərəfindən Qurbanın iştirakı ilə videoçəkilişlə baxış keçirilməklə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İsmayıllı RPŞ-dən alınmış 22 sentyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, İsmayıllı RPŞ-nin İB-dən Azərbaycan Respublikası CM-nin 139-1.1ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığı daxil olmuşdur. Həmin əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Covid-19 infeksiyası xəstəsi olduğunu bilə-bilə yaşadığı İsmayıllı rayonunun Biyallı kəndindəki evini tərk edərək qum ağac parçaları toplamaq üçün kənd sakinlərinin daimi hərəkətdə olduqları rayonun Diyallı kəndindəki küçəyə çıxaraq piyada hərəkət etmiş, Təqsirləndirilən şəxs yaşadığı evi tərk etdikdən sonra kənd sakinlərinin daimi hərəkətdə olduqları küçədə hərəkətdə olsa da həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmamış, həmçinin 27 dekabr 2020-ci il tarixdən 09 yanvar 2021-ci il tarixə kimi olan müddətdə, 5 yanvar 2021-ci il tarixi istisna olmaqla, digər vaxtlarda yaşadığı evi tərk edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. İsmayıllı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə test nümunəsi götürülmüş, testin nəticəsi xx.xx.2020-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) cavablandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 nömrəli əlavə olan Covid-19 virus infeksiyasının təyin olunmasıüçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs 14 gün ərzində evi tərk etməmək barədə xəbərdarlıq edilərək bu barədə iltizama imza etmişlər. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X10 alınmış məhkəmətibbi ekspertizasının 28 yanvar 2021-ci il tarixli 62/KEŞ nömrəli rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini i çün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış 11 yanvar 2021-ci il tarixli 2 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı rayonu Diyallı kənd İƏD-si üzrə nümayəndəliyi tətəfindən verilmiş, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayır, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. AZ-İV № 713449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 may 2022-ci il təvəllüdlü X16 Rəhmanlının himayəsindədir. “Başqa yerə getməmək haqında” qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “Başqa yerə getməmək haqında” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CinayətMəcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, himayəsində bir azyaşlı uşağının olmasını nzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonunun Diyallı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-73/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-73/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver