Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-74/2021 23.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Məhsum Ruhəngiz Əmrah qızının iştirakı ilə 23 dekabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1998-ci ildə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində metodist işləyən, məhkum edilməmiş, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə, saat 21 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikasının ərazisində yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə dair tələbini pozaraq nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi atası Zərərçəkmiş şəxs1 məxsus 2000-ci ildə istehsal olunmuş “Opel Zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin M.Orucov küçəsi ilə 20-30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni təqribən 12,2-18,6 metr aralı məsafədə, İsmayıllı şəhəri, M.Orucov küçəsi, 90 nömrəli evin qarşısından piyadanın yolu soldan sağa doğru keçməyə başladığı anda hərəkət üçün təhlükənin yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkət təhlükəsizliyini təmin etməyərək yolu soldan sağa qaçaraq keçmək istəyən xx.xx.2016-cı il təvəllüdlü piyada Zərərçəkmiş şəxs2 ehtiyyatsızlıqdan yolun özünə aid hərəkət zolağında avtomobilin qabaq sol qanad hissəsi ilə vuraraq sonuncunun qapalı kəllə beyin travması, sağ körpücük sümüyünün qapalı sınığı və sağ bazunun sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurulmaya aid bədən xəsarətləri almasına, eləcə də “Opel Zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs1 148 (yüz qırx səkkiz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuş, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin mexaniki nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı və ya zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, habelə müvafiq polis orqanına xəbər verməli olmasına dair tələblərini pozaraq, idarə etdiyi avtomobillə İsmayıllı şəhərinin M.Orucov küçəsi ilə hərəkətini davam etdirməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1 və 264–cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1, 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilmiş, lakin Azərbaycan Respublikası CM-nin 264cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) qeydiyyatdadır və yaşayır, İsmayıllı rayon Regional Mədəniyyət İdarəsində metodist işləyir və işdən sonra boş vaxtlarında restoranlarda, el şənliklərində fotoqraflıq edir. Restoranlarda fotoqraflıq edən tanışlarının çəkdikləri şəkilləri studiyaya aparıb çıxararaq özlərinə gətirib verir. 04 avqust 2021-ci il tarixdə saat 18 radələrində işlədiyi Regional Mədəniyyət İdarəsində işdən çıxmış və həmin gün saat 19 radələrində şəkilçıxarma studiyası işlədən Rahimə zəng edərək “Röya” şadlıq sarayına gedəcəyini və oradan çəkilmiş şəkilləri studiyada çıxarıb həmin yerə aparacağını bildirmiş, atası Zərərçəkmiş şəxs1 məxsus “Opel Zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün atasından icazə almış və avtomobili sürmüşdür. Həmin gün saat 20 radələrində avtomobillə yaşadığı İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisindən İsmayıllı şəhəri ərazisində yerləşən “Röya” şadlıq restoranına getmiş, həmin yerdə fotoqraflıq edən şəxslər kartda olan şəkilləri ona verib aparıb çıxarıb gətirməyini bildirmişlər. Atası həmin toyda gitarada ifa etmiş, restoradan İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən şəkilçıxartma studiyasına gəlib 2 dəfə şəkilləri çıxarıb aparıb həmin fotoqraflara vermişdir. Həmin gün saat 21 radələrində idarə etdiyi atasına məxsus avtomobillə 3-cü dəfə fotostudiyaya gedib şəkilləri çıxararaq İsmayıllı şəhəri, M.Orucov küçəsi ilə restoran istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkət etmiş, svetoforu keçdikdən sonra elə hiss etmişdir ki, arxadan hansısa avtomobil ona uzaq və yaxın işıqları yandırıbsöndürərək ona yol verməsini istəyir. Gözlərinə arxadakı tanımadığı şəxsin idarə etdiyi markasını və nömrəsini bilmədiyi avtomobilin işıqları düşdüyündən gözləri qamaşmış, təxminən 20-30 km saat sürətlə hərəkətdə olmuşdur. Qəflətən həmin yerdə yolun sol hissəsindən təxminən 3 metr məsafədən yolun sağ hərəkət hissəsinə azyaşlı oğlan uşağının qaçıb keçdiyini görmüş və məsafə qısa olduğundan əyləcdən istifadə edə bilməmiş və avtomobilin sükanını sağ tərəf döndərib yoluna davam etmək istədikdə avtomobilin sol qabaq yan tərəfi ilə azyaşlı uşağı vurmuşdur. Özünü itirdiyindən hadisə barədə atasına məlumat vermək üçün “Röya” şadlıq restoranına getmiş və atası Rahimi çölə çağırmış, Rahimə maşınla azyaşlı uşaq vurduğunu və polisə məlumat verməsini bildirmişdir. Özünü itirdiyindən “Kəpənək” adlanan yerə getmiş və orada su alıb içmişdir. Sonra isə rayonun aşağı hissəsinə piyada getmiş, tanışı fotoqraf Asif mobil telefonuna zəng edərək harada olduğunu soruşduqda o, “Kapital bank”ın qarşısında olduğumu demişdir. Asif “Vaz-21074” markalı avtomobillə gəldikdən sonra avtomobilinə əyləşmiş və maşını polis şöbəsinə sürməyini bildirmişdir. Hadisədən təxminən 30-35 dəqiqə sonra polis şöbəsinin qarşısında olmuş, polis şöbəsinin qarşısında olarkən atası Rahim mobil telefonuna zəng edərək hadisə yerinə gəlməsini bildirmiş, o, da hadisə yerinə getmiş, artıq polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Buna görə də polis əməkdaşları ilə birlikdə İsmayıllı rayon polis şöbəsinə gəlmişdir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərəri könüllü olaraq ödəmiş və onlarla razılıq əldə edərək barışmışdır. Ona görə də məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınaraq dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 90-da qeydiyyatdadır və yaşayır. İsmayıllı şəhəri ərazisində “Araz” marketdə kassir işləyir. Zərərçəkmiş şəxs2 oğludur, Murad 2016-cı il təvəllüdlüdür. 04 avqust 2021-ci il tarixdə saat 22 radələrində işdən çıxıb yaşadığı evə gəldikdə ona məlum olmuşdur ki, oğlu Zərərçəkmiş şəxs2 İsmayıllı şəhəri, M.Orucov küçəsində hansısa avtomobil vurmuş və hadisə yerindən uzaqlaşıb getmişdir. O, Azad adlı şəxsin idarə etdiyi “Leksus” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gəlmiş, Azad ondan əvvəl oğlu Muradı xəstəxanaya aparmışdır. Xəstəxanada Murada həkimlər tərəfindən tibbi yardım edildiyini görmüş, xəstəxanada eşitmişdir ki, Muradı Təqsirləndirilən şəxs idarə etdiyi “Opel zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuş və həyəcanlandığından hadisə yerindən gedib atası Rahimə məlumat vermiş, atası Rahim də bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Hadisədən sonra təqsirləndirilən Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda onunla barışmış, ondan şikayəti və tələbi yoxdur. Gələcəkdə də heç bir maddi və sair tələbi olmayacaqdır. Ona görə də məhkəmədən ifadəsini nəzərə almağı və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun oğludur. O, musiqiçidir və el şənliklərində gitara ifa edir. 04 avqust 2021-ci il tarixdə o, İsmayıllı rayonunda yerləşən “Röya” şadlıq sarayında toyda olmuş, təxminən axşam saat 22:00 radələrində oğlu ona telefonla zəng edərək avtomobillə adam vurduğunu bildirdikdə, o bu barədə polisə məlumat verilməsini demişdir. Sonradan onlar dostuna məxsus avtomobillə hadisə yerinə getmişlər və məlum olmuşdur ki, oğlu, yolu soldan sağa qaçaraq keçmək istəyən azyaşlı piyada Zərərçəkmiş şəxs2 vurmuşdur. Sonradan zərərçəkmiş şəxsə bütün yardımlar,( istər maddi istərdə də mənəvi) edilmişdir. Onun avtomobilinə isə maddi zərər dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmədən ifadəsini nəzərə almağı və oğluna azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, İsmayıllı şəhərində yaşayır. İsmayıllı RPŞ-nin DYP-nin baş inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. 04 avqust 2021-ci il tarixdə saat 21:50-də RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X1 RPŞ-nin Növbətçi hissəsinə zəng edərək İsmayıllı şəhəri, M.Orucov küçəsində naməlum avtomobilin piyada 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 vurub xəsarət yetirməsi və hadisə yerində uzaqlaşması barədə məlumat vermişdir. Həmin məlumatla əlaqədar o və İsmayıllı RPŞ-nin digər əməkdaşları İsmayıllı şəhəri, M.Orucov küçəsində piyada Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına getmiş, hadisə yerində saxlanılmış vəziyyətdə olan hər hansı avtomobil olmamış, lakin asvalt üzərində fara şüşəsinin sınığı olmuşdur. İB-nin müstəntiqi polis mayoru X3, İB-nin rəisi, polis mayoru X5, KTQ-nun baş inspektor kriminalisti X18, RPŞ-nin CAB-nin rəisi, polis mayoru X11, RPŞnin DYPB-nin baş inspektoru, polis baş leytenantı X8 hadisə yerində qalaraq baxış keçirtməyə başlamışlar. O və RPŞ-nin DYPB-nin inspektoru X12 xidməti yol patrul avtomobillə rayon ərazisində xidməti davam etdirib həmin avtomobili və sürücüsünü aşkar etmək üçün rayon ərazisində hərəkətdə olmuşlar. 4 avqust 2021-ci il tarixdə saat 22 radələrində tanışı X17 mobil telefonuma zəng edərək İsmayıllı şəhəri, M.Orucov küçəsində azyaşlı uşağı vurub xəsarət yetirən avtomobilin İsmayıllı şəhəri, Röya şadlıq sarayının qarşısında olduğunu, sürücünün atası Zərərçəkmiş şəxs1 orada olduğunu və həmin avtomobili gəlib aparmaqlarını bildirmişdir. O və Cəlal Hüseynli həmin yerə getmiş, Opel Zafira markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol fara şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüşdür. Həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisəni oğlu Təqsirləndirilən şəxs törədib və o, polis şöbəsinə getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1lə birlikdə hadisə yerinə gəlmiş və avtomobilin hadisə yerində fotoşəkilləri çəkilmiş, mənim Zərərçəkmiş şəxs1 və yuxarıda adlarını qeyd etdiyim şəxslərin, dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisə yerində baxış keçirilmiş, protokol və sxem tərtib olunaraq, onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 oğlu da şahid X13 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi halları eyni ilə təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, M.Sabir küçəsi küçəsi ev 9, dalan 9-da qeydiyyatdadır və yaşayır, subaydır, eç bir yerdə işləmir. Özünə məxsus “Leksus” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 4 avqust 2021-ci il tarixdə saat 21 radələrində İsmayıllı şəhəri, M.Orucov küçəsi ilə hərəkətdə olarkən tanışı X4 və anasının, həmçinin bir neçə nəfər şəxsin yolda olduğunu görüb nə baş verdiyini maraqlanmaq üçün maşından düşdükdə Rüstəmin bacısı oğlu azyaşlı Muradın huşsuz vəziyyətdə Rüstəmin qucağında olduğunu görmüşdür. Maraqlandıqda ona məlum olmuşdur ki, Rüstəmi hansısa avtomobil vurmuş və hadisə yerindən qaçıb getmişdir. Rüstəm ondan xahiş etmişdir ki, Muradı xəstəxanaya aparsınlar. O, razılaşmış ə Rüstəm avtomobilin qabaq oturacağında əyləşdikdən sonra İsmayıllı rayon Mərkəzi Xəstəxanasına getmişlər. Həkimlər tərəfindən Murada tibbi yardım göstərilmiş, o, bundan sonra Muradın anası Ruhəngizi yaşadıqları ünvandan götürüb İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirmiş, təxminən 1 saat sonra eşitmişdir ki, Muradı Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Zafira” markalı avtomobillə vurmuşdur. O, ifadəsində həmçinin göstərmişdir ki, hadisə yerində maşını saxlayanda hadisə yerində hər hansı avtomobil görməmişdir. İbridai istintaqında şahid qismində X6 və X4 ifadələri məhkəmə iclasında elan edildi. Bunula yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 4 avqust 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi İsmayıllı şəhəri, M.Orucov küçəsində baş vermişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından alınmış spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin 4 avqust 2021-ci il tarixli 341 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2020-ci il tarixdə sərxoş vəziyyətdə olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsindən alınmış 28 oktyabr 2021-ci il tarixli 016-312-2293-1221 nömrəli məktubdan görünür ki, İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) sakini Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin olması barədə BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi şəxsi İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının 27 avqust 2021-ci il tarixli 384 nömrəli rəyindən görünür ki, 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin travması, sağ körpücük sümüyünün qapalı sınığı və sağ bazunun sıyrığı küt əşya (əşyalar) təsirindən törönmişdir, 04.08.2021-ci il tarixli yolnəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlıəğa az ağır dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 3 noyabr 2021-ci il tarixli 8/2509 nömrəli rəyindən görünür ki, “Opel Zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomlbilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərdində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədın hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə əmtəəşünaslıq ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 9/6266 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “X21 Servis Mərkəzi” tərəfindən tərtib edilmiş 12.08.2021-ci il tarixli ziyan aktı məlumatlarına əsasən, 2000-ci il buraxılışlı, gümüşü metalik rəngli, “Opel Zafira” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci 2021-ci ilin avqust ayına təxminən 148 manat müəyyən edilir. Ö, cümlədən dəyişləmli hissələrin qiyməti-28 manat, təmir-bərpa işlərinin qiyməti 120 manat təşkil edir. Müstəntiqin maddi sübut qismində tanınması haqqında 12 avqust 2021-ci il arixli qərarından görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən “Opel zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınaraq sahibi Zərərçəkmiş şəxs1 maddi məsul saxlancına verilmiş, hadisə yerindən götürülərək bir ədəd zərfdə qablaşdırılmış bir ədəd fara şüşəsinin sınığı isə maddi sübut qismində tanınaraq İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan AD 017159 nömrəli nəqliyyat vasitəsinin texniki qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2000-ci il buaxılışlı “Opel Zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 adınadır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, “Opel Zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomlbilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərdində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədın hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istisimarı qaydalarını pozan ictimai təhlükəli əməli törətmiş və onun əməllərində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə, saat 21 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikasının ərazisində yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə dair tələbini pozaraq nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi atası Zərərçəkmiş şəxs1 məxsus 2000-ci ildə istehsal olunmuş “Opel Zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin M.Orucov küçəsi ilə 20-30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni təqribən 12,2-18,6 metr aralı məsafədə, İsmayıllı şəhəri, M.Orucov küçəsi, 90 nömrəli evin qarşısından piyadanın yolu soldan sağa doğru keçməyə başladığı anda hərəkət üçün təhlükənin yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkət təhlükəsizliyini təmin etməyərək yolu soldan sağa qaçaraq keçmək istəyən xx.xx.2016-cı il təvəllüdlü piyada Zərərçəkmiş şəxs2 ehtiyyatsızlıqdan yolun özünə aid hərəkət zolağında avtomobilin qabaq sol qanad hissəsi ilə vuraraq sonuncunun qapalı kəllə beyin travması, sağ körpücük sümüyünün qapalı sınığı və sağ bazunun sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurulmaya aid bədən xəsarətləri almasına, eləcə də “Opel Zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs1 148 (yüz qırx səkkiz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuş, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin mexaniki nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı və ya zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, habelə müvafiq polis orqanına xəbər verməli olmasına dair tələblərini pozaraq, yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–nin məhz 263–1.1 və 264–cü maddələri ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15.11.2013–cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara “Opel Zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37–ci maddəsinin 1–ci hissəsinin 1–ci bındinin tələblərinə uyğunsuzluq olmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37–ci maddəsinin 1– ci hissəsinin 8–ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 37–ci maddəsinin 4–cü hissəsinin tələbinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol–nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb–sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 29 yanvar 2004–cü il tarixli Qərarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 264–cü maddəsi “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq yol–nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərməsi üçün bütün mümkün tədbirlər görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə müəyyən mənada vadar edir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264–cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012–ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264–cü maddəsinin mənasına görə yol–nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1 və 264–cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalı, həmin Məcəllənin 66–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzalar qismən toplanmalı və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Həmin Məcəllənin 264–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol–nəqliyyat hadisəsi yerindən qaçması ilə əlaqədar olan, qəsdən törədilən böyük ictimai təhlükə törətməyən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş zərəri könüllü olaraq ödəməsini və zərərçəkmiş şəxslərlə razılıq əldə edib barışmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1–59.1.10–cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Bununla da məhkəmə cinayət qanunda cəzanı yüngülləşdirən halların sayının məhdudlaşdırılmadığına əsaslanaraq, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış halları da cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaqla, Təqsirləndirilən şəxs cəza təyin edərkən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq keçirməsini də onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 5 oktyabr 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xatakterizə olunur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə təqdim etdiyi 25 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Əliyev X7 şəhəri M.Orucov küçəsində idarə etdiyi “Opel Zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən oğlu Zərərçəkmiş şəxs2 vuraraq xəsarət yetirmiş və hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs tərəfindən oğlu Zərərçəkmiş şəxs2 xəsarəti ilə əlaqədar dəymiş ziyan tam şəkildə ödənilmiş və barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi 26 oktyabr 2021ci il tarixli ərizəsindən görünür ki, oğlu Təqsirləndirilən şəxs İsmayıllı şəhəri M.Orucov küçəsində ona məxsus “Opel Zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobilinə dəymiş 148 manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 N-li qərarının 14-cü bəndinə əsasən qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanmasını istisna etmədiyindən belə hallarda CM-nin 68-ci maddəsi ilə müəyyən edilən qaydalar rəhbər tutulmalıdır. Cinayətlərdən birinə görə cərimə, digərinə görə daha ağır cəza növü müəyən edilmişsə, CM-nin 66.2-ci maddəsinə əsasən cəzalar birləşdirilərkən məhkəmələr qəti cəza təyini üçün seçilmiş qaydadan asılı olaraq cərimə cəzasının daha ciddi cəza ilə əhatə edilməsi və ya cəzaların toplanması barədə qərar qəbul edə bilər. Cəzalar toplanarkən CM-nin 68.2-ci maddəsinin belə bir müddəasını rəhbər tutmaq lazımdır ki, bu halda cərimə cəzası müstəqil icra olunur. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə əlavə, cərimə növündə isə əsas cəza təyin edilməsini və həmin Məcəllənin 264– cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə əlavə, azadlığın məhdudlaşdırılması növündə isə əsas cəza təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən əsas cəzaları tamamilə və həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən təyin edilən əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə və azadlığın məhdudlaşdırılması cəzaları təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməli, cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının çəkilmə müddətinin başlanğıcı hökm qanuni qüvvəyə minənədən sonra hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, ”Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübutlar olan, Opel zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı,İsmayıllı rayon Polis şöbəsində saxlanılan hadisə yerindən götürülərək bir ədəd zərfdə qablaşdırılmış bir ədəd fara şüşəsinin sınığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə 346.1.21 və 353.4.10–ci maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 150 (bir yüz əlli) manat təşkil etmişdir. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzaları tamamilə və həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən ona təyin edilmiş əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzaları təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 6000 (altı min) manat miqdarda cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının çəkilmə müddətinin başlanğıcı hökm qanuni qüvvəyə minənədən sonra hesablansın. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut - “Opel zafira” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – İsmayıllı rayon Polis şöbəsində saxlanılan hadisə yerindən götürülərək bir ədəd zərfdə qablaşdırılmış bir ədəd fara şüşəsinin sınığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-74/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-74/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver