Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-74/2023 26.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Rəşid qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 26 dekabr 2023-cü il tarixdə saat 13:22-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1981-ci ildə Bakı şəhəri Qaradağ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu, ev 5d, mənzil 98-də yaşayış qeydiyyatında olmaqla hazırda İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 1, ev 6-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 0,202 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib 1 ədəd qara-ağ rəngli kağız bükümdə qablaşdırmaqla, içərisində cüzi miqdarda olduğuna görə təmiz çəkisinin müəyyən edilməsi mümkün olmayan heroin hissəcikləri olan 1 ədəd 2 millilitrlik şpris və 1 ədəd başlığı qırıq vəziyyətdə olan şüşə ampula ilə birlikdə üzərində daşıyaraq xx.xx.2023-cü il tarixə kimi saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 11:40 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin Cavanşir küçəsində tək piyada gəzərkən saxlanılıb İsmayıllı rayon polis şöbəsinə dəvət edilərək orada üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın qabaq sağ yan cibində saxladığı 1 ədəd qara-ağ rəngli kağız bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda - 0,202 qram çəkidə narkotik vasitə olan heroin, habelə içərisində cüzi miqdarda olduğuna görə təmiz çəkisinin müəyyən edilməsi mümkün olmayan heroin hissəcikləri olan 1 ədəd 2 millilitrlik şpris və 1 ədəd başlığı qırıq vəziyyətdə olan şüşə ampula aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 19 avqust 2023-cü il tarixdə saat 11-12 radələrində İsmayıllı şəhəri Cavanşir küçəsində olduğu zaman bir neçə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirəcəklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək onu İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra vəkili və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Həmçinin polis əməkdaşları ona şəxsi axtarış prosesini video kamera vasitəsilə qeydə alacağını demişlər. O, etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı əynində olan boz rəngli cins şalvarının qabaq sağ yan cibində, özünə məxsus 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, heroindən istifadə etmək üçün 01 ədəd şüşə dərman ampulası və 01 ədəd şpiris olmuşdur. O, həmin əşyaları özü təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirildikdə içərisində qismən toz halında, spesifik iyə malik, narkotik vasitə olan heroin olması məlum olmuşdur. Sorğu zamanı həmin 01 ədəd sellofan bükülüdə narkotik vasitənin heroin olmasını, özünə məxsus olduğunu, şəxsi istifadə etməyi məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını, şüşə ampula və şpirisin özünə məxsus olduğunu və heroindən istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Həmçinin, polis əməkdaşları ona həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqları zaman həmin 01 ədəd sellofan bükülüdə aşkar edilmiş heroin narkotik vasitəsini saxlanılmazdan təxminən on beş gün əvvəl, yəni 2023-cü ilin avqust ayının əvvəllərində, Bakı şəhərində olduğu zaman 9-cu mikrorayon ərazisində, yol kənarında yerdən tapdığını bildirmişdir. Belə ki, o, 2023-cü ilin avqust ayının əvvəllərində, tarixini dəqiq xatırlamadığı günündə, Bakı şəhərində 9-cu mikrorayon ərazisində, yol kənarında piyada hərəkətdə olarkən həmin şəffaf rəngli bükülünü yerdə görərək və maraqlı gəldiyi üçün götürmüş, həmin sellofan bükülünü açıb baxdıqda isə içərisində bir qədər toz halında, spesifik iyi olan maddə olmasını görərək narkotik vasitə olan heroin olmasını bilmişdir. O, əvvəllər heroindən istifadə etdiyi üçün tapdığı həmin heroini sonra istifadə etməyindən ötrü götürüb cibinə qoyaraq saxlamış, bu barədə heç kimə bildirməmiş, məqsədi sonra təklikdə istifadə etmək olmuşdur. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan heroin sellofan bükülü ilə birlikdə xüsusi elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilmişdir. Şəxsi axtarış zamanı əynində olan digər paltarlar və geyim əşyalarında cinayət xarakterli hər hansı əşya, predmet, iz, habelə narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi özü də imzası ilə təsdiq etmişdir. Narkotik vasitədən istifadə etdiyini heç kim, o cümlədən ailə üzvləri də bilməmişdir. O, başqa heç kimə narkotik satmamış, nə də pay verməmişdir. Narkotiki tək özü qəbul etmiş və bundan heç kimin xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır, himayəsində iki azyaşı uşağı vardır, ailəsində evə gəlir gətirən yeganə şəxsdir. Ona görə də məhkəmədən göstərdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilidir, polis leytenantı rütbəsindədir. İsmayıllı şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan İsmayıllı RPŞ-nin rəisinə raportla məruzə etmiş və İsmayıllı RPŞ-nin rəisinin əmrinə əsasən bundan sonra əməliyyat-təhqiqat qrupu yaradılmışdır. 19 avqust 2023-cü il tarixdə saat 12 radələrində o, qrupun digər üzvləri birlikdə İsmayıllı şəhəri Cavanşir küçəsində Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, buna görə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Ardınca onlar həmin şəxslə birlikdə İsmayıllı RPŞ-nə gəlmiş, RPŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs İsmayıllı RPŞ-nə ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etdiyi üçün birinciyə İsmayıllı rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş və həmin siyahıdan Təqsirləndirilən şəxs özünə müdafiəçi seçmişdir. Təqsirləndirilən şəxs seçdiyi həmin vəkillə təmin edilmiş və vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 (bir)ədəd şəffaf sellofan torba çıxarıb iştirakçılara təqdim etmişdir. Sellofan torbanın içərisində 1 ədəd qara ağ rəngli kağız büküm, 1 ədəd şpris və 1 ədəd şüşə ampula olması aşkar edilmişdir. Həmin kağız büküm açıldıqda isə içərisində toz halında kimyəvi maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus olduğunu, özü şəxsi istifadə məqsədi ilə üzərində saxladığını qeyd etmişdir. Ardınca həmin maddə elektron tərəzidə çəkilmiş, çəkisi yadında qalmamışdır. Təqsirləndirilən şəxs 1 ədəd şprisi və 1 ədəd şüşə ampulanı heroini istifadə etmək üçün saxladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən həmin bükümdən başqa hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotiki haradan əldə etməyini soruşduqda birinci bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümü də təxminən 15 gün əvvəl bakı şəhərində 9-cu mikrorayonda küçədən tapmışdır. Axtarış davam etdirilsə də başqa cinayət xarakterli əşya aşkar edilmədiyi üçün şəxsi axtarış yekunlaşdırılmış, axtarış zamanı aşkar edilmiş predmet-büküm və digər əşyalar müvafiq qaydada qablaşdırılmış və zərfə Təqsirləndirilən şəxs, digər iştirakçılar, eləcə də özü imza etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, bu vaxta kimi hər hansı şəxsə narkotik satmamış, nə də pay verməmişdir. Üzərindən aşkar edilmiş maddə heroindir. Narkotik istifadə etməsindən ailə üzvləri və ya başqa hər hansı şəxsin xəbəri olmamışdır. Sonda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokola şübhəli şəxs olan Təqsirləndirilən şəxs, özü və digər iştirakçılar imza etmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar, o cümlədən özü tərəfindən protokol imzalanmışdır. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X9 və X10 ifadələrində X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Şəxsi axtarış aparılması və götürmə barədə” 19 avqust 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisində 1 ədəd qara ağ rəngli kağız bükümdə toz halında kimyəvi maddə, 1 ədəd şpris və 1 ədəd başlığı qırıq şüşə ampula aşkar edilərək götürülmüşdür. Həmin predmetlər xüsusi elektron tərəzidə çəkilmiş, kimyəvi maddənin kağızı ilə birlikdə çəkisinin 0,35 qram, şüşə ampulanın çəkisinin 2,78 qram və şprisin çəkisinin isə 3,06 qram olması müəyyən edilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 20 avqust 2023-cü il tarixli 17/629 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş ..... 01 ədəd şpris, 01 ədəd bükülü, 01 ədəd kapsul...” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torba olan; 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,202 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd 2 ml-lik şprisin içərisində olan cüzi miqdarda maddə hissəcikləri heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. 01 (bir) ədəd başlığı qırıq şüşə ampulanın içərisində olan cüzi miqdarda maddə hissəcikləri heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 01 ədəd şprisin və 01 ədəd şüşə ampulanın içərisindəki heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 01 ədəd qara-ağ rəngli kağız bükümdə olan heroinin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd edilən kimyəvi ekspertiza rəyinin qeyd hissəsinə əsasən, heroinin təmiz çəkisi-0,202 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq-0,152 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manat (yetmiş bir manat doxsan dörd qəpik) təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 09 mart 2023-cü il tarixli 1722 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 0,202 qram narkotik vasitənin-heroinin ekspertiza tədqiqatından sonrakı qalıqları - 0,152 qram heroin, eləcə də 1 ədəd şpris və 1 ədəd şüşə ampula cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 0,202 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib 1 ədəd qara-ağ rəngli kağız bükümdə qablaşdırmaqla, içərisində cüzi miqdarda olduğuna görə təmiz çəkisinin müəyyən edilməsi mümkün olmayan heroin hissəcikləri olan 1 ədəd 2 millilitrlik şpris və 1 ədəd başlığı qırıq vəziyyətdə olan şüşə ampula ilə birlikdə üzərində daşıyaraq xx.xx.2023-cü il tarixə kimi üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 0,202 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib 1 ədəd qara-ağ rəngli kağız bükümdə qablaşdırmaqla, içərisində cüzi miqdarda olduğuna görə təmiz çəkisinin müəyyən edilməsi mümkün olmayan heroin hissəcikləri olan 1 ədəd 2 millilitrlik şpris və 1 ədəd başlığı qırıq vəziyyətdə olan şüşə ampula ilə birlikdə üzərində daşıyaraq xx.xx.2023cü il tarixə kimi saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 11:40 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin Cavanşir küçəsində tək piyada gəzərkən saxlanılıb İsmayıllı rayon polis şöbəsinə dəvət edilərək orada üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın qabaq sağ yan cibində saxladığı 1 ədəd qara-ağ rəngli kağız bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda - 0,202 qram çəkidə narkotik vasitə olan heroin, habelə içərisində cüzi miqdarda olduğuna görə təmiz çəkisinin müəyyən edilməsi mümkün olmayan heroin hissəcikləri olan 1 ədəd 2 millilitrlik şpris və 1 ədəd başlığı qırıq vəziyyətdə olan şüşə ampula aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış 13 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış 17 oktyabr 2023-cü il tarixli 2613 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu, ev 5d, mənzil 98-də yaşayış qeydiyyatında olmaqla hazırda İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 1, ev 6-da yaşayır, ailəlidir, ailə tərkibi özündən, arvadı X5, xx.xx.2011 və xx.xx.2016-cı il təvəllüdlü uşaqları Nigar və Nuraydan ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X8 Hüquqi Şəxsindən alınmış 25 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın poliklinika şöbəsininin “Ruhi-Əsəb”, Narkoloji və Nevroloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il saat 12:20-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 avqust 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 12:00-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,152 qram olan heroin, 1 ədəd şpris və 1 ədəd şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71,94 manat (yetmiş bir manat doxsan dörd qəpik) məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il saat 12:20-dən 21 avqust 2023-cü il saat 12:00-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 2 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 1, ev 6-da yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,152 qram olan heroin, 1 ədəd şpris və 1 ədəd şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 71,94 manat (yetmiş bir manat doxsan dörd qəpik) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-74/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-74/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver